Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-267/2022 08.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2-2(103)-1320/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı ic raat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – “iddiaçı”) ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “cavabdeh”) arasında 2016-cı il 29 avqust tarixli Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, Sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi könüllü növlər üzrə 30%-dək (30% daxil olmaqla), icbari sığorta növləri üzrə 15%-dək (15% daxil olmaqla) təyin olunur.
2. İddiaçı 2021-ci il 31 may tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək, tapşırıq müqaviləsi üzrə yaranmış 39.462 manat borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir.
3. Cavabdeh tə rəfindən iddiaçıya ünvanlanmış 2021-ci il 3 iyun tarixli AS-21/624 nömrəli pretenziyaya cavab məktubunda, 2019-cu il 1 may - 2021-ci il 10 may tarixləri ərzində işlərin aparılması xərci olaraq ödənilmiş 84.082,31 manat (62.414,31+21.668) məbləğ yığılmış 407.538,64 manat sığorta haqqının 20,6 faizini təşkil etdiyindən və həmin məbləğ işlərin aparılması xərci kimi ayrıla biləcək sığorta haqlarının 20 faizindən az olmadığından hər hansı əlavə komisyon muzdun ödənilməsi üçün vəsait ayrılmasının mümkün olmadığı qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 2021-ci il 12 iyul tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 39.462 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətn amə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış sığorta müqavilələri üzrə 2019-cu il 1 may tarixdən 2021-ci il 10 may tarixədək 407.538,64 manat məbləğində vəsait cavabdehin hesabına ödənilmişdir. Qeyd olunan fəaliyyəti müddətində cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan ümumi məbləğin 407.538,64 manatın 15 %nin - yəni 61.130 manatın 21.668 manatı ödənilsə də, qalan 39.462 manat iddiaçının hesabına ödənilməmişdir. Bununla bağlı cavabdehə pretenziya qaydasında bildiriş göndərilsə də, müvafiq ödəniş həyata keçirilməmişdir. 6. 2021-ci il 6 sentyabr tarixində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən elektron sistem vasitəsi ilə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verilərək, cavabdehdən 59.839 man at pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 777.1, 783.1-783.3-cü maddələrinə istinad edilmişdir.
8. İddia tələbini qəbul etməyən cavabdeh 2021-ci il 31 avqust tarixli etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçı 2019-cu il 1 may - 2021-ci il 10 may tarixləri ərzində cavabdehin “Favorit” Nümayəndəliyinin rəhbəri olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanılmış Müqaviləyə əsasən (bax §1), Sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15%-dək təyin olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən Sığort açı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər. Göründüyü kimi, həm qanunvericilikdə, həm də tapşırıq müqaviləsində icbari sığorta növləri üzrə buraxılmış şəhadətnamələrə görə veriləcək komisyon muzdun məbləği dəqiq rəqəmlə öz əksini tapmamış, 0-15 faiz intervalında təyin edilə biləcəyi təsbit olunmuşdur. 2019-cu il 1 may - 2021-ci il 10 may tarixləri ərzində yığılmış sığorta haqqına görə cavabdeh tərəfindən iddiaçıya 21.668 manat komisyon muzd ödənilmişdir. 2019-cu il 1 may - 2021-ci il 10 may tarixləri ərzində iddiaçının rəhbəri olduğu “Favorit” Nümayəndəliyinin saxlanılması üçün cavabdeh tərəfindən işlərin aparılması xərci olaraq əmək ha qqı və digər ayırmalar, reklam, sığorta, nəqliyyat xərcləri üçün ümumilikdə 62.414,31 manat məbləğində vəsait sərf edilmişdir. Bundan başqa, iddiaçının rəhbəri olduğu “Favorit” Nümayəndəliyinin yerləşdiyi ofisin 2019-cu il 1 may - 2021-ci il 10 may tarixləri ərzində icarə haqqı üçün 22.450 manat vəsait ödənilmişdir. Həmçinin, 2019-cu il 1 may 2021-ci il 10 may tarixləri ərzində işlərin aparılması xərci olaraq ödənilmiş 84.082,31 manat (62.414,31+21.668) məbləğ yığılmış 407.538,64 manat sığorta haqqının 20,6 faizini təşkil etdiyindən və həmin məbləğ işlərin aparılması xərci kimi ayrıla biləcək sığorta haqlarının 20 faizindən az olmadığından hər hansı əlavə komisyon muzdun ödənilməsi üçün vəsaitin ayrılması mümkün deyil.
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 sentyabr tarixli e-2-2(11 3)-3649/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Z.Axundova).
10. Məhkəmə qeyd edir ki, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 12.4-cü maddəsində sığortaçının daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilməsi göstərilmiş, yəni sığortaçıya bu barədə hüquq verilmiş, sığortaçının üzərinə həmin məbləğin ödənilməsi vəzifə kimi müəyyən olunmamışdır. Eyni zamanda tərəflər arasında bağlanmış Müqaviləyə əsasən, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15%-dək təyin olunur. Yəni cavabdeh konkret olaraq iddiaçıya komission muzd olara q 15% pul məbləğinin ödənilməsi barədə öhdəlik götürməmişdir. Əlavədə qeyd olunan kommisyon muzd mükafatının 15%-dək olması göstərilmiş, aşağı həddi müəyyən edilməmişdir. Bu isə o anlama gəlir ki, cavabdeh tərəfindən komissiyon muzd mükafatı 0,5 və ya 1% həcmində də ödənilə bilərdi. Müqavilənin zəruri şərtləri kimi onun subyekt tərkibi, predmeti müfəssəl göstərilmiş, ancaq mübahisənin predmeti olan sığorta agentinə komission muzdun verilməsi şərti dəqiq göstərilməmiş həmçinin qeyd olunan şərti müqavilənin zəruri şərti hesab edilmir. Belə olan halda qeyd edilməlidir ki, müqavilənin qeyd edilən şərtininin təfsiri zamanı onun məzmununu nə hərfi mənaya görə, nə də ağlabatan mühakimə əsasında müəyyənləşdirmək mümkün olmadığından hazırki iddia tələbi təmin edilə bilməz.
11. Məhkəmə mövqeyini MM- in 405.1, 777.1-ci maddələrinə; "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 12.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
12. İddiaçı 2021-ci il 14 oktyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2-2(103)-1320/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş; birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilmiş, cavabdehdən 39.462 manat məbləğində pul vəsaiti və cəmi 45 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın r ədd edilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və V.Məmmədov).
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddia tələblərinin qanuni əsasını MM-nin 783.2-ci maddəsi təşkil edir. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, iddiaçının vasitəçiliyi ilə bağlanmış sığorta müqavilələri üzrə 2019-cu il 1 may tarixdən 2021-ci il 10 may tarixədək cavabdehin hesabına ödənilən cəmi sığorta haqlarının 407.538,64 manat təşkil etməsi və bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya 21.668 manat məbləğində komisyon muzdun ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. Tərəflərin mübahisələndirdiyi hal ödənilməli olan komisyon muzd mükafatının məbləği ilə bağlıdır. Belə ki, iddiaçı həmin məbləğin sığorta haqlarının 15%-i və əlavə olaraq 5% təşkil etdiyini, cavabdeh isə həmin məbləğin sığorta haqlarının 15%-dək təşkil etdiyini bildirir.
15. Tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halları və tərəflər arasında bağlanmış vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin 6.1-ci bəndində ödənilməli olan komisyon muzd mükafatının konkret faizinin deyil, onun yuxarı həddinin müəyyən edildiyini nəzərə alaraq kollegiya hesab etmişdir ki, mübahisənin düzgün həll edilməsi üçün həmin müqavilə MM-in 404-cü maddəsinə uyğun olaraq təfsir edilməlidir. Müqavilə təfsir edilərkən isə müəyyən edilir ki, tərəflər arasında bağlanmış vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin 6.1-ci bəndində nəzərdə tutulmuşdur ki, sığortaçı tərəfindən sığorta agentin ə ödənilməli olan komisyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15% təyin olunur. Belə ki, işdə olan təhvil-təslimi haqqında aktlarda və həmin aktlara aid 1 saylı əlavələrdən müəyyən edilir ki, həmin tarixlərdə iddiaçının sığorta agenti kimi fəaliyyəti nəticəsində bağlanmış sığorta müqavilələri üzrə toplanmış sığorta haqlarına görə sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatının faiz həcmi 15% təşkil etmişdir. Cavabdehin nümayəndəsi də bu faktı etiraf etmişdir.
16. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş cavabdehin İdarə Heyətinin sədri M.F.Əliyev tərəfindən cavabdehin Sığorta Xidmətləri Departamentinə, bütün filialların və nümayəndəliklərin rəhbərlərinə, brokerlər və sığorta vasitəçilərinə ünvanlanmış 2019-cu il 6 may tarixli AS-19/1155 saylı məktubda da göstərilmişdir ki, hal-hazırda “İcbari Sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq sığorta vasitəçilərinə 15% komissiya haqqı ödənilir. İddiaçı tərəfindən həmin sübutu apellyasiya baxışında təqdim edilməsi ilə bağlı kollegiya qeyd etmişdir ki, həmin məktub cavabdehin rəhbərinin imzaladığı məktub olduğuna görə iddiaçıya deyil, cavabdehə məxsus sübut hesab olunur.
17. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin təfsirindən müəyyən edilir ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatı 15% təşkil edir. Bu qaydada hesablandıqda isə müəyyən edilir ki, iddiaçıya ödənilməli olan komisyon muzd mükafatının məbləği 39.462 manat təşkil edir.
18. İddiaçı tərəfindən əlavə olaraq 5% məbləğində pulun ödənilməsi ilə bağlı tələb irəli sürməsi isə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə bu şərt nəzərdə tutulmamışdır.
19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 404, 777.1, 783.2, 937.2ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 372.2-ci maddələri ilə əsaslandırmışdır.
20. Həmin qətnamə 2022-ci il 7 yanvar tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir.
21. Cavabdeh 2022-ci il 16 fevral tarixində kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 22. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 12.4-cü maddəsinin tələbi pozulmuşdur - qanunvericilikdə, həm də tapşırıq müqaviləsində icbari sığorta növləri üzrə buraxılmış şəhadətnamələrə görə veriləcək komisyon muzdun məbləği dəqiq rəqəmlə öz əksini tapmamış, 0-15 faiz intervalında təyin edilə biləcəyi təsbit olunmuşdur. Qeyd olunmalıdır ki, 2019-cu il 1 may - 2021-ci il 10 may tarixləri ərzində işlərin aparılması xərci olaraq ödənilmiş 84.082,31 manat (62.414,31+21.668) məbləğ yığılmış 407.538,64 manat sığorta haqqının 20,6 faizini təşkil etdiyindən və həmin məbləğ işlərin aparılması xərci kimi ayrıla biləcək sığorta haqlarının 20 faizindən az olmadığından hər hansı əlavə komisyon muzdun ödənilməsi üçün vəsaitin ayrılması mümkün deyil.
23. MM-in 404.1-ci maddəsinin tələbi pozulmuşdur - komisyon muzdun ödənil məsi ilə bağlı tələb 2019-cu il 1 may - 2021-ci il 10 may tarixləri, yəni 2 ili əhatə etməsi və iddiaçının həmin 2 il ərzində cavabdehə müraciət etməməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qaydasında məsələni mübahisələndirməməsi əslində MM-in 404.1-ci maddəsində qeyd olunduğu kimi “tərəflərin iradə ifadəsinin həqiqi mənası” halını aydın şəkildə aşkar edir. Görünür məhkəmənin istinad etdiyi maddədə də qeyd olunduğu kimi normaya söz və ifadələrin hərfi mənası ilə yanaşması həmin maddənin mahiyyətindən kənara çıxır.
24. Apellyasiya məhkəməsi iddiaçı ilə cavabdehin əməkdaşları tərəfindən imzalanan təhvil-təslimi haqqında aktlara istinad edərək komisyon muzdun 15% təşkil etməsinə əsaslansa da ümumiyyətlə qeyd olunan dövrlər ərzində ödənilən komisyon muzdun və işlərin aparılması xərclərinin ümumilikdə məbləğinin “İcbari sığortalar haqqında'' Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsi ilə müəyyən edilmiş limit olan 20% həddi keçib-keçməməsi halı məhkəmə kollegiyası tərəfindən araşdırılmamışdır. Beləki, qeyd olunan dövrlərdə iddiaçı ilə cavabdeh arasında bağlanılmış Müqaviləyə əsasən işlərin aparılması xərcləri ümumilikdə 20%-i keçmədiyi üçün həmin sığorta haqlarının 15 faizədək hissəsi cavabdeh tərəfindən iddiaçıya komisyon muzd olaraq sərf edilmişdir.
25. MM-in 404.2-ci maddəsinin tələbi pozulmuşdur - “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən, Sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə istifadə edilə biləcəyi imperativ haldır. Məhkəmənin “İcbari sığortalar haqqın da” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsində konkret olaraq göstərilən 20%-dək ifadəsinə münasibətdə MM-in 404.2-ci maddəsin istinad etməsi başa düşülən deyil. Çünki, “İcbari sığortalar haqqında” qanunla konkret tənzimlənən münasibətlər ilə konkret olaraq tənzimlənməyən münasibətlər üçün nəzərdə tutulmuş qeyd olunan normaya məhkəmə istinad etməklə əslində əvvəllər cavabdeh tərəfindən daha çox komisyon muzd ödənilibsə qanunun tələblərini nəzərə almayaraq yenə artıq ödənməlidir fikrini ortaya atır.
26. MPM-in 154.4, 372.1, 372.2-ci maddələrinin tələbləri pozulmuşdur - məhkəmənin cavabdehin 2019-cu il 6 may tarixli AS-19/1155 saylı məktubu filial və nümayəndəliklərin rəhbərlərinə, sığorta vasitəçilərinə ünvanlanmışdır. Apellyasiya məhkəməsinin qətnaməsinin məzmunundan da aydın olu r ki, məhkəmə iddiaçını həm sığorta agenti kimi, həm də cavabdehin “FAVORİT” Nümayəndəliyinin rəhbəri kimi tanıyır və belə olan halda sözügedən məktub həm iddiaçıya, həm də cavabdehə məxsus sübut kimi qiymətləndirilməli və birinci instansiya məhkəmədə təqdim edilmədiyi üçün işin nəticəsinə təsir göstərən amil kimi nəzərə alınmamalı idi.
27. Əlavə olaraq həmin məktubla bağlı məhkəmə baxışı iclasında da qeyd edilib ki, həmin dövrdə M.F.Əliyev cavabdehin İdarə Heyətinin sədri vəzifəsindən çıxmışdır. Məhkəmə ümumiyyətlə bu sənədi mötəbər sübut kimi nəzərə almamalıdır, çünki iddiaçının pul tələbi ilə bağlı dövrü belə əhatə etmir. Həmçinin, cavabdehin satış və onlara münasibətdə komisyon muzdun verilməsi strategiyası birbaşa rəhbər şəxslərdən asılıdır. İdarə Heyəti sədrinin dəyişməsi ilə bu cür strategiyaların dəyişməsi halı da çox normaldır. Ancaq göründüyü kimi iddiaçı yenə də 2 il “FAVORİT” Nümayəndəliyinin rəhbəri kimi əmək funksiyalarını icra etməyə davam etmiş və rəsmi hər hansı bir narazılığını cavabdehə bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirsə də, hazı rki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403.1 və 416-cı maddələrinin tələblərinə müvafiq olaraq yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
404. Müqavilənin təfsiri 4 04.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələ r olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.” “Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....” “Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa ş əxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....” “Maddə
783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu... 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir....” “Maddə
937. Sığorta münasibətlərində sığorta vasitəçilərinin iştirakı... 937.2. Sığortaçı aşağıdakı sığorta əməliyyatlarında onun adından çıxış edən sığorta agentinin vasitəçilik xidmətlərindən tapşırıq müqaviləsi bağlamaqla istifadə edə bilər: 937.2.1. sığorta müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması; 937.2.2. sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması. 937.2–1. Sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsində aşağıdakılar əks olunmalıdır: 937.2–1.1. tapşırıq müqaviləsinin nömrəsi və tarixi; 937.2–1.2. sığortaçının adı və ünvanı; 937.2–1.3. sığorta agenti fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, lisenziyasının seriya və nömrəsi və VÖEN-i; 937.2–1.4. sığorta agenti hüquqi şəxs olduqda onun adı, olduğu yer, lisenziyasının seriya və nömrəsi, VÖEN-i, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğuldursa, icra orqanının rəhbərinin, əsas fəaliyyəti digər fəaliyyət növüdürsə, icra orqanının rəhbəri ilə yanaşı, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş attestasiyadan keçmiş işçilərinin adı, soyadı və atasının adı; 937.2–1.5. tapşırıq müqaviləsinin predmeti; 937.2–1.6. sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növlərinin siyahısı; 937.2–1.7. tapşırıq müqaviləsi üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği; 937.2–1.8. tərəflərin hüquq və vəzifələri; 937.2–1.9. müqavilə şərtlərini pozmağa görə tərəflərin məsuliyyəti; 937.2–1.10. tapşırıq müqaviləsinin qüvvədə olduğu ərazi; 937.2–1.11. tapşırıq müqaviləsinin qüvvədə olduğu müddət; 937.2–1.12. tərəflərin rekvizitləri....” 33. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Ma ddə
12. Sığorta haqlarının bölüşdürülməsi... 12.4. Sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər.”
34. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası müvafiq məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə b axılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2-2(103)-1320/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının vasitəçiliyi ilə bağlanmış sığorta müqavilələri üzrə 2019-cu il 1 may tarixdən 2021-ci il 10 may tarixədək cavabdehin hesabına ödənilən cəmi sığorta haqları 407.538,64 manat təşkil etmiş və bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya 21.668 manat məbləğində komisyon muzd ödənilmiş, tərəflərin mübahisələndirdiyi hal ödənilməli ol an komisyon muzd mükafatının məbləği ilə bağlıdır. Belə ki, iddiaçı həmin məbləğin sığorta haqlarının 15%-i və əlavə olaraq 5% təşkil etdiyini, cavabdeh isə həmin məbləğin sığorta haqlarının 15%-dək təşkil etdiyini bildirir.
37. Tərəflər arasında bağlanmış vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin 6.1-ci bəndində ödənilməli olan komisyon muzd mükafatının konkret faizinin deyil, onun yuxarı həddinin müəyyən edildiyini nəzərə alaraq kollegiya hesab etmişdir ki, MM-in 404-cü maddəsinə uyğun olaraq və işdə olan təhvil-təslimi haqqında aktlar və həmin aktlara aid 1 saylı əlavələrə əsasən həmin tarixlərdə iddiaçının sığorta agenti kimi fəaliyyəti nəticəsində bağlanmış sığorta müqavilələri üzrə toplanmış sığorta haqlarına görə sığorta agentinə ödənilməli olan komisyon muzd m ükafatının faiz həcmi 15% təşkil etmiş, cavabdehin nümayəndəsi də bu faktı etiraf etmiş, beləliklə, tərəflər arasında təşəkkül tapmış işgüzar münasibətlərə, həmçinin “İcbari Sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq sığorta vasitəçilərinə 15% komissiya haqqı ödənilmişdir. Müqavilənin təfsirindən isə müəyyən edilir ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatı 15% olmaqla, iddiaçıya ödənilməli olan komisyon muzd mükafatının məbləği 39.462 manat təşkil edir və əvvəlki illərdə də ödəniş məhz həmin qaydaya uyğun olaraq aparılmışdır.
38. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin etirazı və iddiaçının rəhbəri olduğu filialın saxlanılması üçün çəkilmiş xərclərə istinad etməsi əsassızdır. Belə ki, İddiaçı hazırkı iddianı cavabde hin işçisi kimi deyil, tərəflər arasında müstəqil şəkildə bağlanmış müqaviləyə əsasən sığorta agenti kimi irəli sürmüş və onların öhdəlikləri də həmin müqaviləyə əsasən müəyyən edilmiş, bu müqavilədə isə cavabdehin istinad etdiyi şərt nəzərdə tutulmamışdır.
39. Apellyasiya məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası işə baxılarkən “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinin, həmçinin MM-nin 404.2-ci maddəsinin tələblərinin pozulması barədə kassasiya şikayətinin dəlillərinə tənqidi yanaşır.
40. İş materiallarındakı müqavilə, onun şərtlərinə uyğun olaraq tərtib edilmiş aktlar, onlarda göstərilmiş, iddiaçıya ödənilməli olan faiz nisbətləri, 2019-cu ilədək aparılmış ödənişlər hazırkı iddia tələbinin qanuni həlli üçün yetərli olduğundan, cavab dehin 2019-cu il 6 may tarixli AS-19/1155 saylı məktubu birinci instansiya məhkəməsində təqdim edilmədiyi üçün işin nəticəsinə təsir göstərən amil kimi nəzərə alınmalı olmadığından, MPM-in 154.4, 372.1, 372.2-ci maddələrinin tələblərinin pozulduğu barədə kassasiya şikayətinin dəlilləri, mübahisənin mahiyyətinə təsir etmədiyi üçün uğurlu hesab edilə bilməz.
41. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 22(103)-13 20/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
43. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2-2(103)-1320/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.