Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-267/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh “4 nömrəli X1” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “4 nömrəli X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 1 fevral tarixli, 2-2(103)-102/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında bax ılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı ilə cavabdeh “4 nömrəli X1” MMC arasında bağlanmış 2021-ci il 24 sentyabr tarixli, 2021/05-09 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya malmaterial satır, alıcı isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, malların növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri qiymətlərin razılaşdırma protokolu ilə müəyyən olunur. - 2.1-ci bəndinə əsasən, malların qiyməti və miqdarı müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokoluna əsasən müəyyənləşdirilir. - 5.1-ci bəndinə əsasən, alıcı sifariş olunan malları dəyərinin 50 % həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və sa tıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 30 iş günü ərzində köçürmə yolu ilə həyata keçirilir. 2. 2022-ci il 5 yanvar tarixli razılaşdırma protokolundan görünür ki, İddiaçı ilə cavabdeh “4 nömrəli X1” MMC protokolda qeyd edilən malların qiyməti barədə razılığa gəlmişdirlər.
3. İddiaçı tərəfindən cavabdeh “4 nömrəli X1” MMC-yə malların təhvil verilməsi ilə bağlı 2022-ci il 19 yanvar tarixli, EBBP 710324 nömrəli, 2022-ci il 5 may tarixli, EBBV 741389 nömrəli elektron qaimələr göndərilmişdir.
4. İddiaçı ilə cavabdeh “4 nömrəli X1” MMC arasında bağlanmış 2022-ci il 5 may tarixinə qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına görə, 2022-ci il 5 may tarixinə bağlanmış müqaviləyə əsasən cavabdehin iddiaçıya 115.179,82 manat (ƏDV daxil) borcu vardır.
5. İddiaçı tərəfindən cavabde h “4 nömrəli X1” MMC-yə ünvanlanmış 2022-ci il 22 iyul tarixli məktubdan görünür ki, borc məbləğinin ödənilməsi xahiş edilmişdir. 6. 2022-ci il 10 avqust tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, cavabdeh “4 nömrəli X1” MMC sessiyanın tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 18 avqust tarixində cavabdeh “4 nömrəli X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, 2022-ci il 16 sentyabr tarixində isə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2021-ci il 24 sentyabr tarixli alqı-s atqı müqaviləsinin dəyəri olan 115.180 manat, mediasiya xərci üçün ödənilmiş 400 manat, hüquqi yardım üçün ödənilmiş toplamda 5.000 manat pul vəsaitinin, ümumilikdə 120.580 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci il 24 sentyabr tarixində tərəflər arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə mal-material satmağı, cavabdeh isə həmin malları qəbul etməyi və müqavilədə razılaşdırılmış qaydada malların dəyərini iddiaçıya ödəməyi öhdəliyinə götürmüşdür. 2021-ci il 24 sentyabr tarixli, 2021/05-09 nömrəli müqaviləyə edilmiş 2022-ci il 5 yanvar tarixli 2 nömrəli Əlavəyə əsasən, malların qiyməti barədə razılığa gəlinmişdir. 2022-ci il 19 yanvar tarixli, EBBP seriyalı, 71032 4 saylı malların təqdim edilməsi haqqında elektron qaimədən göründüyü kimi, iddiaçı tərəfindən 95.391,20 manat, 2022-ci il 5 may tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı və 2022-ci il 5 may tarixli, EBBV seriyalı, 741389 saylı malların təqdim edilməsi barədə elektron qaimədən göründüyü kimi 197.88,62 manat dəyərində xidmət və mal cavabdehə təqdim edilmişdir. 2021-ci il 24 sentyabr tarixli, 2021/05-09 nömrəli müqavilənin 5.2-ci bəndinə əsasən, mallar alıcıya tam təhvil verildikdən sonra alıcı 30 iş günü ərzində malların dəyərinin 100 faiz həcmində ödəniş etməlidir. Dəfələrlə şifahi şəkildə müraciət edilməsinə və 2022-ci il 22 iyul tarixində rəsmi qaydada pretenziya məktubu ünvanlanmasına baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər hər hansı müsbət cavab tədbiri görülməm iş, ödəniş həyata keçirilməmişdir.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 324.1, 324.2, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 445.2.2, 449.3, 449.4, 567, 598.1, 598.2, 598.3-cü maddələrinə, Avropa Məhkəməsinin X2rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli, Buzescu Ruminiyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli, Kraska İsveçrəyə qarşı, Van de Hurk Hollandiyaya qarşı və Perez Fransaya qarşı iş üzrə qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 10-1.1. 24.1, 47.1, 47.2, 77.1-ci maddələrinə istinad olunmuşdur.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 oktyabr tarixli, e-2-2(113)4848/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 115.180 manat məbləğində pul və ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – Ü.Həsənova).
11. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 2021-ci il 24 sentyabr tarixli, 2021/05-09 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və MM-in normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməm işdir.
12. Məhkəmə cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 115.180 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən 115.180 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
13. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il 22 iyun tarixində bağlanmış kommersiya mübahisəsi ilə bağlı hüquqi yardım göstərilməsinə dair müqaviləyə 2022-ci il 22 iyul tarixli Əlavənin 2.1-ci bəndi üzrə ödəmə şərti 5.000 manat müəyyən edilir. 2.000 manat müqavilə imzalandığı gün, qalan məbləğ isə müvəqqəti təmin qərardadı elan edildiy i gün ödənilməlidir. Lakin iddiaçı qeyd olunan məbləğin ödənilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmiş, Məhkəməyə də sonradan təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə iddia ərizəsini “5.000 manat hüquqi yardım xərcinin ödənilməsi” hissəsində əsassız hesab etmişdir.
14. Cavabdehin nümayəndəsi 2022-ci il 6 oktyabr tarixində elektron qaydada Məhkəməyə iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinin bildirişini və iddiaçının cavabdeh MMC-də mühəndis peşəsinə keçirilməsi barədə əmri təqdim etmiş, lakin həmin sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər deyil, bilavasitə məhkəmə baxışı zamanı təqdim edilmişdir.
15. Halbuki, MPM-in 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfində n birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
16. Bundan əlavə, məhkəmə təqdim olunmuş həmin sənədlərlə bağlı qeyd etmişdir ki, cavabdehdən tələb olunan məbləğ tərəflər arasında bağlanmış 2021-ci il 24 sentyabr tarixli, 2021/05-09 nömrəli alqı-satqı müqaviləsi ilə bağlı olmuşdur. İddiaçının əlavə iş yerinin cavabdeh MMC olması irəli sürülmüş tələblə bağlı olmadığına görə mübahisənin həlli üçün əhəmiyyətli hesa b edilməmişdir.
17. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Cavabdeh tərəfindən təqdim olunmuş həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qəbul edilmir.
18. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 598.1, 598.2, 600.1, 600.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə, MPM-in 14.2, 78.1, 80, 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh həmin qətnamədən 2022-ci il 10 noyabr tarixində apellyasiya şikayəti verərək onun ləğv olunaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icra at
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 1 fevral tarixli, 2-2(103)-102/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər A.Hüseyn –və R.Qurbanov).
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə birinci instansiya qaydasında baxılarkən cavabdeh iddiaya etiraz etsə də, iddiaçının təqdim etdiyi sübutları, o cümlədən borcun məbləğini təsdiq edən 2022-ci il 5 may tarixli üzləşmə aktını mübahisələndirmədiyindən məhkəmə iddianın əsas borcla bağlı hissədə əsaslı olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
22. Tərəflər arasında bağlanmış müqavi lənin 6.2-ci bəndində nəzərdə tutulmuşdur ki, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Müqavilənin qeyd edilən bəndinə əsasən, iddiaçı tərəfindən cavabdehin elektron poçtuna 2022-ci il 11 avqust tarixdə pretenziya məktubu göndərilərək 5 gün müddətində borcun ödənilməsi tələb edilmiş, borc həmin müddət ərzində ödənilmədiyindən 2022-ci il 18 avqust tarixində iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia qaldırılanadək cavabdehə pretenziya məktubu göndərilmədiyinə dair apellyasiya şikayətində qeyd edilənlər həqiqətə uyğun olmamışdır.
23. Eyni zamanda, 6 saylı Mediasiya Təşkilatının 2022-ci il 10 avqust tarixli arayışından görünür ki, cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmış, lakin sessiyada iştirak etməmişdir. 6 saylı Mediasiya Təşkilatının arayışında qeyd edilən məlumatların həqiqiliyini şübhə altına alan hər hansı sübut olmadığından apellyasiya şikayəti əsassız hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 598.1, 600.1, 600.4-cü maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5, 21.6, 21.7, 21.8, 21.9.1-21.9.4-cü maddələrinə, MPM-in 150.1.6, 150.1.7, 150.2, 152.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 13 fevral tarixində tərəflərə məxsus şəxsi elektron kabinetlərdə yerlə şdirilmişdir.
26. Cavabdeh həmin qətnamədən 2023-cü il 1 aprel tarixində kassasiya şikayəti verərək onun tamamilə ləğv olunaraq, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 27. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinin tələbi pozulmuşdur. Tərəfin mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul olunmadıqda ilkin mediasiya sessiyası mediasiya təşkilatı tərəfindən aparılır. Buna görə də cavabdehə mediasiya prosesinə başladılması barədə bildiriş göndərilməli, həmin bildirişin cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut təqdim edilməli, cavabdeh 10 gün müddətin də mediasiya sessiyasında iştirak edib-etməməsini bildirməli idi. 2022-ci il 10 avqust tarixli mediasiya arayışından görünür ki, cavabdeh 6 gün əvvəlcədən onlayn kargüzarlıq, poçt və telefon vasitəsi ilə məlumatlandırılmışdır. Halbuki, qeyd olunan hal mövcud olmamışdır. Bunu sübut edən sənədlər ərizəyə əlavə edilməmişdir.
28. MPM-in 9-cu maddəsinin tələbi pozulmuşdur. Prosessual hüquq normasının tələbləri pozulmaqla cavabdeh vaxtında sübutlarını toplaya və məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə vəsatətini təmin etməmişdir. Nəticədə cavabdehin müdafiəsini təşkil etmək hüququ pozulmuşdur.
29. MPM-in 152.1-ci maddəsinin tələbi pozulmuşdur. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tər əfindən qanunun normalarına riayət edilməməsi ilə cavabdehin etiraz hüququ, məhkəməyə sübutlar təqdim edə bilmək hüquqları pozulmuşdur.
30. MPM-in 152.1.4-cü maddəsinin tələbi pozulmuşdur. İddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə rəsmi təqdim edilməlidir. Cavabdeh tərəfindən həmin sənədlərin alınmasına dair sübutlar iddia ərizəsinə əlavə edilməlidir. Bu sübutlar təqdim edilməmiş, başladılmış icraatdan cavabdehin məlumatı olmamış, bununla da onun iş üzrə etiraz hüququ pozulmuşdur.
31. MPM-in 152.6-cı maddəsinin tələbi pozulmuşdur. 2022-ci il 22 iyul tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə pretenziya qaydasında müraciət edir və 5 gün müddətində cavab verilməsini tələb edir. Lakin həmin məktubun məzmunundan görünür ki, məktub 2022-ci il 11 avqust tarixi ndə, saat 11-27-də göndərilmişdir. Bundan əlavə həmin məktubun cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı bir sənəd işə əlavə edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
35. Kassasiya instansiyas ı məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
36. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər gö stərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 59 8.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
37. Azərbaycan Respublikasının Mülki mü ddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
121. Nümayənd əyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qanunvericiliyin tələblərinə riayət edildiyindən, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 1 fevral tarixli, 2-2(103)-102/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
39. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə ilkin olaraq qeyd edir ki, cavabdehin nümayəndəsi 2022-ci il 6 oktyabr tarixin də elektron qaydada aşağı instansiya məhkəməsinə iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinin bildirişini və iddiaçının cavabdeh MMC-də mühəndis peşəsinə keçirilməsi barədə əmri təqdim etmiş, lakin həmin sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər deyil, bilavasitə məhkəmə baxışı zamanı təqdim edilmişdir.
40. Halbuki, MPM-in 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaş ana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
41. Digər tərəfdən, işə birinci instansiya qaydasında baxılarkən cavabdeh iddiaya etiraz etsə də, iddiaçının təqdim etdiyi sübutları, o cümlədən borcun məbləğini təsdiq edən 2022-ci il 5 may tarixli üzləşmə aktını mübahisələndirmədiyindən apellyasiya instansiya məhkəməsi iddianın əsas borcla bağlı hissədə əsaslı olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır.
42. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndində nəzərdə tutulmuşdur ki, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının m üvafiq məhkəmələrində həll edilir. Müqavilənin qeyd edilən bəndinə əsasən, iddiaçı tərəfindən cavabdehin elektron poçtuna 2022-ci il 11 avqust tarixdə pretenziya məktubu göndərilərək 5 gün müddətində borcun ödənilməsi tələb edilmiş, borc həmin müddət ərzində ödənilmədiyindən 2022-ci il 18 avqust tarixində iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia qaldırılanadək cavabdehə pretenziya məktubu göndərilmədiyinə dair şikayətdə qeyd edilənlər həqiqətə uyğun deyil.
43. Eyni zamanda, 6 saylı Mediasiya Təşkilatının 2022-ci il 10 avqust tarixli arayışından görünür ki, cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmış, lakin sessiyada iştirak etməmişdir. 6 saylı Mediasiya Təşkilatının arayışında qeyd edilən məlumatların həqiqiliyini şübhə altına alan hər hansı sübut olmadığından cavabdehin dəlilləri bu hissədə də əsassızdır.
44. Yuxarıda qeyd olunanlardan görünür ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
45. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
46. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmuş, prose ssual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 1 fevral tarixli, 2-2(103)102/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 1 fevral tarixli, 2-2(103)-102/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.