Məhkəmə qərarları › İş №2-2(102)-267/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-267/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-267/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 fevral tarixli 2-2(107)-121/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki i craat

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 10.175 manat əsas borc, gecikdirilmiş faizlərə görə 164 manat və 126 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 25 iyun tarixli e-2-2(117)-594/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 10.175 manat əsas borc, 121,02 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, artıq ödənilmiş 4,98 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur (hakim - R.Məcidov).

3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 noyabr tarixli 2-2(107)-121/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – E.Hüseynov, hakimlər – Z.Sadiqov və Ə.Kərimov).

5. Cavabdeh 2025-ci il 24 yanvar tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması və ya işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 28 yanvar tarixli 2-2(107)-121/2024 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – Z.Sadiqov və Ə.Kərimov).

7. Cavabdeh 2025-ci il 6 fevral tarixində Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 noyabr tarixli 2-2(107)-121/2024 nömrəli qətnaməsindən təkrar kassasiya şikayəti vermiş, həmçinin şikayətə prosessual müddətin bərpasına dair ərizə də əlavə etmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 fevral tarixli 2-2(107)-121/2024 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmişdir (sədrlik edən – E.Hüseynov, hakimlər – Z.Tahirov və Ə.Kərimov).

9. Məhkəmə kollegiyası iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, möv cudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.

10. Bundan başqa, kollegiya qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 prosessual müddətin bərpası haqqında ərizədə qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etsə də, müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir. Müddətin bərpası barədə dəlillər formal mülahizələrdən ibarət olmuşdur.

11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublik asının Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 128.3, 130.1, 133.1, 135.2, 135.3, 135.5, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Həmin qərardaddan cavabdeh kasasiya şikayəti verərək, onun ləğv edilməsini, müddətin bərpasına dair ərizə təmin edilməklə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. MPM-in 128.1, 128.3, 133.1-ci maddələri üzrə - şikayətin son günü kimi göstərilən 2024-cü il 23 yanvar tarixində məhz iş üzə cavabdeh təşkilatın direktoru xəstə olmuş və qanunla müəyyən edilmiş müddət ərzində müraciət edə bilməmiş və vəkilə yalnız 2024-cü il 24 yanvar tarixində müraciət e tmişdir. Müddətin ötürülməsi məhz şikayət verən təşkilatın direktorunun səhhəti ilə əlaqədar baş verdiyindən həmin buraxılmış 1 günlük müddət bərpa edilməlidir. Bundan əlavə, iş üzrə təqdim edilmiş elektron kabinetdə qətnamənin yerləşdirilməsinə dair bildirişdən görünür ki, həmin qətnamə məhz 2024-cü il 23 noyabr tarixində saat 16:58 radələrində yerləşdirilmiş, həmin qətnamədən şikayət verilmə müddəti və qaydasına dair müvafiq bildiriş isə elektron kabinetə 2025-ci il 25 noyabr tarixində yerləşdirilmişdir. Ümumiyyətlə iş üzrə vəkilin müvafiq direktorla müqavilə bağlamadan və order əldə etmədən hər hansı bir şikayət vermə imkanı yoxdur. Ödənilmiş dövlət rüsumu, vəkil müqaviləsinin bağlanma tarixi və etibarnamələrin tarixləri ilə müəyyən edilir ki, qeyd edilən şikayət üçün vəkilə 2025-ci il 24 noyabr tarixində müraciət edilmişdir. Məhkəmə qətnaməsinin elektron kabinetə yerləşdirildiyi qətnamə isə 2024-cü il 23 noyabr tarixində saat 16:58 radələrində olmaqla müəssisənin faktiki olaraq ondan sonrakı günün qeyri iş günü olmasını nəzərə aldıqda qısaldılmış 1 saat tez iş günün qurtarmış, həmin qətnamənin yerləşməsindən məlumatı olmamışdır. Digər tərəfdən isə iş günün bitməsinə bir saat qalmış qətnamənin elektron kabinetə yerləşdirilməsi və nəticə etibarı ilə həmin günün də şikayətin vermə müddətinə əlavə edilməklə hazırda şikayətin 1 gün əsası ilə geri qaytarılması cavabdehin Konstitusiyada nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnu da məhdudlaşdırır. Nəzərə alınsa ki, MPM-in 135.6-cı maddəsində də məhz elektron kabinetə yerləşdirilmə məqamını qətnamənin çatdırılması kimi m üəyyən etsə də həmin müddətin prosessual müddətə daxil edilməli olmasını müəyyən edən hər hansı bir göstəriş nəzərdə tutulmamışdır. Digər tərəfdən, müddətin axınının müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanması müəyyən edilir, belə olan halda məhz elektron kabinetə iş günün bitməsinə bir saat qalmış yerləşdirilmiş qətnamə həmin gündən sonrakı gündən müddətin axımının hesablanması ədalətli və prosessual müddətin başlanma tarixi kimi müəyyən edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 14.İddiaçı kassasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehin kassasiya şikayəti verməsi üçün kifayət qədər zamanı və imkanı olmuşdur. Şəki Apellyasiya Məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olara q düzgün qərar qəbul edilmişdir. Kassasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.”

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.” “Maddə

129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablana n müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.” “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində ye rləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

19. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

20. Kassasiya şikayətində istinad edilən dəlillər isə əsaslı hesab edilmir.

21. Belə ki, apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarına görə qətnamə cavabdehin, onun vəkilləri və nümayəndələrinin elektron kabinetlərinə 2024-cü il 23 noyabr tarixində yerləşdirilmişdir.

22. MPM-in 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-in 129.1-ci maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır.

23. Hazırkı işdə də cavabdehin qətnamədən kassasiya şikayəti vermə müddətinin axımı 24 noyabr 2024-cü il tarixdən başlamış və həmin müddət 2025-ci il yanvar ayının 23də qurtarmışdır.

24. Qeyd olunan qətnamədən kassasiya şikayəti 2025-ci il 24 yanvar tarixində verilmişdir.

25. Məhkəmə kollegiyası izah edir ki, MPM-in 129.1-ci maddəsində qeyd edilən “müvafiq ayında və günündə” söz birləşməsindəki “müvafiq” ifadəsi aylarla və illərlə hesablanan müddətin axımının başlandığı günə deyil, hadisənin baş vermə vaxtına münasibətdə müəyyən edilir. Müddətin axımının müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanması dedikdə, müddətin, onun başlanğıcının təyin edildiyi təqvim tarixindən sonra saat 00:00:01-dən başlayıb, müvafiq müddətin sonuncu günü saat 00:00:00-da bitməsi başa düşülür. Nəzərə alma q lazımdır ki, bir gün 24 saata bərabərdir, buna görə də təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gün dərhal deyil, saat 00:00:01-dən başlayır və bu saata qədər keçən vaxt hesaba alınmadığı kimi, müddətin sonuncu günü də saat 00:00:00-a qədər olan vaxt hesaba alınmır. Yəni, 24 noyabr 2024-cü ilin başlanğıcı saat 00:00:01-dən başlayır və iki aylıq müddət 23 yanvar 2025-ci il saat 24:00:00-da bitir. Yəni, müddətin axımı hansı zaman kəsiyində başlamışdırsa, müddətin sonu da həmin zaman kəsiyində bitir.

26. Beləliklə, hazırkı işdə cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi müddəti ötürülüb və müddətlərin hesablanması ilə bağlı kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.

27. Prosessual müddətin üzrlü səbəblərdən buraxılması barədə (şikayətin son günündə cavabdeh MMC-nin direktoru xəstə olması) dəlillər də əsassızdır.

28. Belə ki, bu hal kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsə münasibətdə heç bir halda kassasiya şikayətinin üzrlü səbəblərdən ötürülməsi kimi qəbul edilə bilməz. Çünki şikayətin tərtib edilməsi üçün iki aylıq müddət olmuş və məhz sonuncu gündə hər hansı məsələyə görə şikayətin verilməsinin mümkün olmaması bütün müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. Eyni zamanda, hüquqi şəxs öz kommersiya fəaliyyətinin hüquqi məsələlərini tənzimləməsi və yarana biləcək məhkəmə mübahisələrində lazımi qaydada təmsil olunması ilə bağlı hüquqşünasının və ya məhkəmədə təmsil etmək üçün hər hansı əməkdaşının və vəkilinin olmaması riskini özü daşıyır.

29. Prosessual müddətin bir gün və ya daha artıq müddətə ötürülməs i isə əhəmiyyət daşımır. Belə ki, hər bir halda qanunla müəyyən edilən bütün müddət, hazırkı halda isə iki aylıq müddət ötürülmüş olur.

30. Cavabdehin məhkəməyə müraciət etmək hüququnun pozulması barədə dəlillər də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat versə də, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və bu hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər daxilində məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur ki, bu cür məhdudiyyətlərdən biri də MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətd ir.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərmişdir ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin olunması məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də iş üzrə qəbul edilmiş q ərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 fevral tarixli 22(107)-121/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar