Məhkəmə qərarları › İş №2-2(102)-268/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-268/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-268/2020 02.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehə qarşı iş üzrə QƏRAR (Açar sözlər:kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), hakimlər X2 və X1 ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdeh X4, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönə ldilməsi” tələblərinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxx 2020-ci il tarixli 22(103)-136/2020 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.İŞİNHALLARİ:

1. İddiaçı ASC-nin 4 saylı filialı (borc verən) ilə cavabdeh (borc alan, VÖEN ********** ) arasında bağlanmış 2012-ci il * tarixli * nömrəli Təminatlı kredit müqaviləsinə əsasən borc verən borc alana 25000 ABŞ dolları məbləğində 36 ay müddətinə illik 26 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür.

2. Həmin kredit müqaviləsi üzrə öhdəl iklərin icra olunmasına təminat olaraq İddiaçı ASC-nin 4 saylı filialı ilə cavabdeh arasında 2012-ci il * tarixli * saylı girov müqaviləsi bağlanmış, DAF (Tip: TE85XC; Ban: XLRTE85XCOE645209 rəngi ağ; buraxılış ili 2004-cü il) dartıcı yük avtomobili girov qoyulmuşdur.

3. Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən DAF (Tip: TE85XC; Ban: * rəngi ağ; buraxılış ili 2004cü il) dartıcı yük avtomobili X5 məxsusdur. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir.

5. Ləğv prosesində olan İddiaçı ASC, X5 xx.xx.2018-ci il tarixli, **********272 saylı pretenzi ya məktubu ünvanlanaraq 12302,70 ABŞ dolları əsas borcunun, 10771,18 ABŞ dolları faiz borcunun, 3047,54 ABŞ dolları cərimə borcunun olduğu, borc ödənilmədiyi təqdirdə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən borcun ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ləğv prosesində olan ASC cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 2012-ci il * tarixli * nömrəli «Təminatlı kredit müqaviləsi»nə əsasən 2018-ci il 20 iyul tarixində ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 12302,70 (on iki min üç yüz iki d ollar yetmiş sent) ABŞ dolları, faiz borcu üzrə 10771,18 (on min yeddi yüz yetmiş bir dollar on səkkiz sent) ABŞ dolları, cərimə borcu üzrə 3047,54 (üç min qırx yeddi dollar əlli dörd sent) ABŞ dolları, cəmi 26121,42 (iyirmi altı min bir yüz iyirmi bir dollar qırx iki sent) ABŞ dolları məbləğində pulun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub ödənilməsi, tutmanın girov predmeti olan (şassi XLRTE*; tip yəhərli-dartıcı; rəngi ağ; buraxılış ili 2004-cü il; DAF TE*) markalı * nömrə nişanlı yük avtomobilinə yönəldilməsi, girov predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmi şdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, müsbət nəticə olmamışdır. İddiaçı ASC-nin 4 saylı filialı ilə cavabdeh arasında bağlanmış 2012-ci il * tarixli * nömrəli «Təminatlı kredit müqaviləsi»nə əsasən 2018-ci il 20 iyul tarixində X4 əsas borc üzrə 12302,70 (on iki min üç yüz iki dollar yetmiş sent) ABŞ dolları, faiz borcu üzrə 10771,18 (on min yeddi yüz yetmiş bir dollar on səkkiz sent) ABŞ dolları, cərimə borcu üzrə 3047,54 (üç min qırx yeddi dollar əlli dörd sent) ABŞ dolları, cəmi 26121,42 (iyirmi altı min bir yüz iyirmi bir dollar qırx iki sent) ABŞ dolları məbləğində borc öhdəliyi yaranmışdır.

8. İddiaçı tələbinin maddi hüquqi əsası ki mi Mülki Məcəllənin 448, 449cu maddələrinə, «İpoteka haqqında» Qanunun 33, 36-cı maddələrinə istinad etmişdir.

9. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-102/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh 2012ci il * tarixli * nömrəli təminatlı kredit müqaviləsinə əsasən əsas borc üzrə 12302,70 ABŞ dolları, faiz borcu üzrə 1875,75 ABŞ dolları, cərimə borcu üzrə 349,53 ABŞ dolları, cəmi 14527,98 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat pulun iddiaçının xeyrinə tutulması, tutmanın girov predmeti olan (şassi XLRTE85XCOE645209; tip yəhərli-dartıcı; rəng i ağ; buraxılış ili 2004-cü il; DAF TE85XC) markalı * nömrə nişanlı yük avtomobilinə yönəldilməsi və girov predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracda satılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Xaliq İmanov).

11. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyinə əsaslanmış, iddiaçının məhkəməyə təqdim etdiyi **********165 saylı, 2018-ci il * tarixli maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirərək, arayışda qeyd olunduğu kimi kredit müqaviləsinin bitmə tarixinə əsas borcun 12.302,70 manat, faiz borcunun 1875,75 manat, cərimə borcunun isə 349,53 manat olması qənaətinə gəlmişdir.

12. Həmin qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətn amənin ləğv edilməsi, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçiriməklə, ədalətli qərarın qəbul edilməsi xahiş edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il tarixli, 2-2(103)-136/20 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

14. Məhkəmənin qərardadının icrası qaydasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2020-ci il 12 mart tarixli 09/199 nömrəli ekspert rəyi verilmişdir.

15. Ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış 2012-ci il *tarixli * nömrəli «Təminatlı kredit müqaviləsi»nin şərtləri əsas götürülməklə borclunun 2015-ci il *tarixə banka olan əsas borcu 11.349,27 ABŞ dolları, faiz borcu 1736,23 ABŞ dolları, cəri mə borcu 650,0 ABŞ dolları təşkil etmişdir.

16. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxx 2020-ci il tarixli 2-2(103)-136/2020 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(82)-102/2019 nömrəli qətnaməsinin iddia tələbinin borcun tutulması hissəsində dəyişdirilməsi, cavabdehdən 2012-ci il *tarixli * nömrəli təminatlı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11.349,27 ABŞ dolları, faiz borcu üzrə 1.736,23 ABŞ dolları, cərimə borcu üzrə 650,0 ABŞ dolları, cəmi 13.735 (on üç min yeddi yüz otuz beş) ABŞ dolları, 50 sent məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb iddiaçıya verilməsi, ekspertiza tədqiqatına görə 120 (yüz iyirmi) manat məbləğin cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulması, qə tnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət etmişdir (sədrlik edənməruzəçi hakim A.Nuriyeva, hakimlər ).

17. Apelyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş 2020-ci il 12 mart tarixli 09/199 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmiş, iddiaçının borcun tutulması tələbini həmin rəylə müəyyən edilmiş həddə təmin etmişdir.

18. Məhkəmənin qətnaməsi iddiaçıya 2020-ci il 11 iyun tarixində, cavabdehə isə 2020-ci il 13 iyun tarixində təqdim edilmişdir.

19. İddiaçı həmin qərardan 2020-ci il 25 iyun tarixində kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Cavabdeh həmin qərardan 2020-ci il 30 iyun tarixində kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və işin ye nidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçının kassasiya şikayətinin dəlilləri:

21. Bakı Apelyasiya Məhkəməsində*.20-ci il tarixdə keçirilən məhkəmə prosesində iddiaçının iştirakı təmin edilməmiş, məhkəmə tərəfindən iddiaçıya məhkəmə baxış iclasının tarixi ilə bağlı məhkəmə bildirişi göndərilməmişdir.

22. Həmçinin 2020-ci il * tarixli * nömrəli ekspert rəyi iddiaçıya təqdim edilməmiş, buna görə də, iddiaçı tərəfindən ekspert rəyinə dair münasibət bildirilməmişdir. Bununla da məhkəmə tərəfindən MPM-in 14, 88, 103-cu maddələrinin tələbləri pozulmuşdur. b)Cavabdehin kassasiya şikayətinin dəlilləri:

23. Tərəflər arasında bağlanmış xx xxxxxxx 20 12-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borcdan 24.000 ABŞ dolları ödəmişdir. Ekspert rəyi ilə də, onun 24.000 ABŞ dolları ödəməsi təsdiq edilmişdir. Lakin ekspert rəyində əsas borcun 11000 dollardan artıq olduğu göstərilmişdir. Məhkəmə ekspert rəyindəki anlaşılmazlıqları araşdırmaq üçün mütəxəssisi dindirməmişdir. Bununla da, məhkəmə sübutların qiymətləndirilməsinə dair 88-ci maddəsinin tələbini pozmuşdur.

24. Məhkəmə işə onun vəkilinin iştirakı olmadan baxmaqla MPM-in 9-cu maddəsinin tələbini pozmuşdur. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. ç) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını xahiş etdi.

27. Cav abdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını xahiş etdi.

28. Məhkəmə iclasında iştirak edən cavabdeh M.Cəfərov kassasiya şikayətində göstərilənlərə əlavəsinin olmamasını bildirərək, şikayətinin təmin olunmasını xahiş etdi. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ

29. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: « Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». «Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.....” Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” 30. “Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır.

31. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz.”....... 9.3. Hakim büt ün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə

403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər....” “ Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır”. “Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları.... 418.4. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:... 418.4.5. işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa”;

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında göstərilmişd ir ki, «..Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» xx xxxx 2019-cu il tarixli Qərarında göstəri lmişdir ki, «Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur».

34. Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). İİİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansi yası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. İş üzrə hər iki tərəfin kasssaiya şikayəti apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə yönəldiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu tam yoxlanılır (MPM-in 403 və 416-cı maddələri). İV.KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməlidir.

38. Belə ki, işin materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mə hkəzinin 2020-ci il 12 mart tarixli 09/199 saylı ekspert rəyi apelyasiya istansiyası məhkəməsinə 2020-ci il 04 may tarixində daxil olmuş, məhkəmənin 2020-ci il * qərardadı ilə iş üzrə dayandırılmış icraat təzələnmiş və məhkəmə baxışı 2020-ci il 20 may tarixinə təyin edilmişdir.

39. İşin materiallarına məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya ünvanlanmış məhkəmə bildirişi əlavə edilsə də, həmin bildirişin ünvana çatırılmasına dair sübutlar əlavə edilməmişdir. Məhkəmə iclasının iş üzrə icraatın təzəlməsi tarixindən 2 (iki) gün sonraya təyin edilməsi nəzərə alınarsa, müvafiq məhkəmə bildirişinin ünvan sahiblərinə çatması qeyri-mümkündür, işdə iştirak edən şəxslərə “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadə edilməklə məlumat verilə bilərdi. Lakin işin materialları na məhkəmə iclasının vaxtı və yeri barədə yalnız cavabdehə SMS xəbərdarlıq verilməsinə dair sənəd əlavə edilmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş iddiaçının iştirakı olmadan baxılmaqla ədalət mühakiməsinin konstitusion prisipləri olan çəkişmə və tərəflərin bərabərliyi prisipi pozulmuşdır. (bax 31- bənd).

41. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməməsinə dair kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, bu hal şikayətin dəlillərindən asılı olmayaraq iş üzrə qəb ul edilmiş məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas olduğundan kassasiya şikayətlərinin digər dəlilləri üzrə hüquqi qiymətləndirmə aparılmasına zərurət olmadan qətnamə ləğv edilməli, hər iki tərəfin iştirakı təmin edilməklə işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il *** tarixli 2-2(103)-136/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar