Məhkəmə qərarları › İş №2-2(102)-269/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-269/2019

24.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-269/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 ASC-nə, “xxxx” MMC-nə, “xxxx” MMC-nə və “xxxx” QSC-nə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-269/2019) Bakı şəhəri xxx 2019-cu il Giriş hissə Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “xxxx” MMC-nin vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh1 ASC-nin vəkili Vəkil2 iştirakları ilə, İ.Muradovun katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 ASC-nə, “xxxx” MMC-nə, “xxxx” MMC-nə və “xxxx” QSC-nə qarşı müqa vilənin etibarsız hesab edilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-59/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” MMC və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1 ASC-nə, “xxxx” MMC-nə, “xxxx” MMC-nə və “xxxx” QSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd edilən tərəflər arasında xxx 2011-ci il tarixdə bağlanmış müqavilənin 1.1-ci bəndinə görə Bankın iddiaçıya əsas tələbin 20%-i qədər, yəni 473.200 manat məbəğində kredit verdiyini, tərəflərin, iddiaçı tərəfindən əldə edilən kredit məbləğinin əsas tələbin bir hissəsinin ödənilməsinə yönəldiləcəyini razılaşdırdıqlarını, müqavilə şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh1 ASC-dən 473.200 manat kredit alaraq, borcluların kredit borclarının bir hissəsinin ödənilməsinə yönəltdiyini, qeyd edilənlərlə yanaşı iddiaçının həmin müqavilənin imzalandığı tarixdən 6 ay ərzində 780.000 manat məbləğində istiqraz buraxmağı, ən geci 180 gün ərzində istiqraz buraxılışını yekunlaşdırmağı öhdəsinə götürdüyünü, istiqraz buraxıldığı tarixədək, iddiaçının 7 satış mağazası fəaliyyət göstərməli olduğunu, bunun isə müqavilədə nəzərdə tutulduğu kimi borcluların köməkliyi, vasitəçiliyi ilə həyata keçirilməli olduğunu, lakin müqavilə bağlandıqdan sonra, Borclular tərəfindən iddiaçıya mağaza binalarının təhvil verilmədiyini, əslində isə, mağaza binalarının icarə münasibətləri əsasınd a Borcluların istifadəsində olduğunu və bu müqavilənin bağlandığı ərəfədə, qısa müddət ərzində mağazalardakı malları boşaldaraq mağaza binalarını sahiblərinə geri qaytardıqlarına görə də iddiaçının müqavilədə üzərinə götürdüyü istiqrazları emissiya edə bilmədiyini, həmçinin 473.200 manat məbləğində “xxxx” ASC-dən götürdüyü krediti ödəmək imkanından məhrum olduğunu, borclular müqavilə üzrə vəzifələrini vicdanla icra etmiş olsaydılar, iddiaçının həm mağaza sayını artıraraq kredit borcunu ödəmiş olacağını, cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri icra etmədiklərinə, avadanlıqları və mağazaları təhvil vermədiklərinə görə, aldadılaraq heç bir başqa əsas olmadan onların kredit borcunun iddiaçının üzərinə götürməsinə əsas olan xxx 2011-ci il tarixdə saziş bağlandığını göstərərək, «xxxx» MM C, Cavabdeh1 ASC, Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh4 QSC arasında bağlanmış xxx 2011-ci il tarixli müqavilənin (razılaşmanın) etibarsız hesab edilməsi, iddiaçıya dəymiş 473.000 manat məbləğində zərərin “xxxx” MMC-dən, “xxxx” MMC-dən və “xxxx” QSC-dən tutularaq «xxxx» MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(81)607/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, «xxxx» MMC, Cavabdeh1 ASC, Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh4 QSC arasında bağlanmış xxx 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh4 QSC-dən 473.000 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq «xxxx» MMC nə ödənilməsi qət olunmuşdur (hakim M.Əkbərov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-59/2019 saylı qətnaməsi ilə (A.Nuriyeva sədrlik edən-məruzəçi, hakimlər V.Ağayev və C.Yusifov) cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 ASC-nə, “xxxx” MMCnə, “xxxx” MMC-nə və “xxxx” QSC-nə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC və vəkili Vəkil1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, i ş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni, yaxud işin yenidən baxılmaq üçün qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC xxx2011-ci il tarixli müqavilə üzrə yalnız 473.200 manat kredit hesabına əsas tələbə xidmət göstərməyi öhdəsinə götürmüş, 2.366.000 manatı əhatə edən əsas tələbi ödəmək öhdəliyini üzərlərinə götürməmişdir, cavabdehlər hazırkı müqaviləni restrukturizasiya müqaviləsi kimi qəbul edərək özləri ilə Cavabdeh1 arasında bağlanmış kredit müqavilələrinin bu müqavilə əsasında restrukturizasıya edildiyini iddia edir, bütün borcun “xxxx” tərəfindən icra ediləcəyini bildirirlər. Əgər bu həqiqətən də belədirsə, o zaman “xxxx” MMC-nin bu müqavilə münasibətində mənfə əti, gəliri nədən ibarətdir? Göründüyü kimi bu müqavilə formaca yazılı bağlanmış olsa da, bu, onun yazılı formasına əməl edilməsi kimi qiymətləndirilə bilməz. Şirkətin (“xxxx” MMC) minimum 7 işlək mağaza şəbəkəsi ilə təmsil olunmalıdır halı ilə bağlı məhkəmə yanlış hüquqi nəticəyə gəlmiş və mağazaların təşkil edilməsi öhdəliyinin “xxxx” MMC-nin üzərinə düşdüyünü qeyd edərək, cavabdehlərin hər hansı öhdəliyinin olmaması qənaətinə gəlmiş, halbuki, borclular (cavabdehlər) “xxxx” MMC-nin fəaliyyətinin genişləndirilməsi üçün vasitəçilik etmək öhdəliyi götürümüşdür. “xxxx” MMC ilə cavabdehlər Cavabdeh2, Cavabdeh4 QSC, Cavabdeh3 MMC arasında heç bir hüquqi bağlılıq və əlaqə yoxdur. Vasitəçilik və köməklik etmək öhdəliyi götürən cavabdehlər, istifadə etdikləri əmlakları, mağazaları “xxxx” MMC-yə vermək yolu ilə bu vasitəçilik həyata keçirilməli idi, müqavilə (saziş) üzrə borcluların (cavabdehlərin) Şirkət (“xxxx” MMC) qarşısında heç bir öhdəliyi yoxdursa, “xxxx” MMC nəyə görə Borcluların kredit borcunun müəyyən hissəsini ödəmək öhdəliyini öz üzərinə götürmüşdür? Cavabdehlərin hazırkı müqavilə üzrə heç bir öhdəliyi yoxdursa, o zaman bu müqavilənin bağlanmasına zərurət nədir? “xxxx” MMC cavabdehlərin Cavabdeh1a olan kredit borcunun müəyyən hissəsini ödəmək öhdəliyini, cavabdehlər isə mağazaları “xxxx” MMC-yə vermək öhdəliyini götürmüşdürlər. İş materiallarından göründüyü kimi tərəflərin müqavilənin məzmununa dair gəldikləri razılıqlar (mağazaların və vitrinlərin təhvil verilməsi) müqavilədə qismən əks edilmişdir. Bu isə müqavilənin forma və məzmununa dair tələbə riayət edilməməsi a nlamına gəlir. İddia müddəti ilə bağlı, məhkəmə məsələyə tam, hərtərəfli və obyektiv qiymət verməmiş, bank bütün borcu iddiaçıdan tələb etmişdir. İddiaçı həmin tarixədək yalnız 473.200 manat məbləğində kredit borcunun ödənişini üzərinə götürmüş və qalan əsas tələb üzrə borcun ödənilib-ödənilməməsinin ona heç bir aidiyyəti olmamışdır. Lakin bankın və eləcə də Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh4 QSC-nin tələblərindən aydın olur ki, onlar bütün borcu iddiaçıdan tələb etmək niyyətindədirlər. İddiaçı bu məsələdən məhz bank tərəfindən pretenziya göndərərkən məlumatlı olmuş və 01.06.2011-ci il tarixli müqavilənin etibarsızlığı üçün əsas məhz həmin pretenziya göndərildiyi tarixdə yaranmış, müqavilənin etibarsızlığı üçün hüquqi əsas məhz pretenziya göndərildikdən sonra ortaya çıxmışdır ki, hə min tarixdən də bir il ötməmiş tərəflərindən iddia qaldırılmışdır, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsindən yalnız “xxxx” MMC apellyasiya şikayət vermiş, digər cavabdehlərə münasibətdə qətnamə formal cəhətdən qüvvəyə minmiş, onlar qətnamədən apellyasiya şikayəti vermədiklərindən, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən müqavilə Cavabdeh2 MMC istisna olmaqla, digər tərəflərə münasibətdə etibarsız hesab edilərək hüquqi qüvvəsini itirmişdir. Tərəflərin izahatları İddiaçı “xxxx” MMC-nin vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni, bu mümkün olmadıqda isə işin yenidən baxılmaq üçün qaytar ılması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh “xxxx” MMC-nin vəkili və nümayəndəsi Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ASC-nin vəkili və nümayəndəsi Vəkil2 kassasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər cavabdehlər “xxxx” MMC, “xxxx” QSC və üçüncü şəxs “X3 GmbH” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də hər hansı üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan RespublikasıMPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqq ında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər cavabdehlər “xxxx” MMC, “xxxx” QSC və üçüncü şəxs “X3 GmbH” MMC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiklərini nəzərə alaraq,işə onların iştirakları olmadan, kassasiya şikayətinin dəlilləri əsasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi nin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 ASC-nin vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-59/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, idd iaçının kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xxx 2010-cu il tarixdə Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** nömrə ilə qeydiyyata alınmış “xxxx” MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış ***** №li xxx 2011-ci il tarixli kredit müqaviləsinin 1-ci və 2-ci bəndlərinə əsasən, Cavabdeh1 ASC “xxxx” MMC-nə illik 8% olmaq şərtilə 60 ay müddətinə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, dövriyyə vəsaitinin artırılması məqsədilə 473.200 manat məbəğində kredit verməyi öhdəsinə götürmüş, xxxx 2011-ci il tarixli kredit müqaviləsinə edilmiş 01 saylı xxxx 2011-ci il tarixli əlavəyə əsasən kreditin ödənilməsi üçün ödəniş qrafiki tərtib olunaraq, hər iki tərəfin i mzası və möhürü ilə təsdiq edilmiş, Əlavəyə əsasən Bank, qanunvericiliklə müəyyən edilmiş maliyyə xidmətlərini göstərməyi və iddiaçıya əsas tələbin 20%-i qədər, yəni 473.200 manat məbəğində kredit verməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən əldə edilən kredit məbləğinin əsas tələbin bir hissəsinin ödənilməsinə yönəldilməlidir, Əlavənin 1.2.1-ci bəndinə əsasən iddiaçı qeyd edilən müqavilənin imzalandığı tarixdən 6 ay ərzində 780.000 manat məbləğində istiqraz buraxmağı, ən geci 180 gün ərzində istiqraz buraxılışını yekunlaşdırmağı öhdəsinə götürmüş, Əlavənin 1.2.2-ci bəndinə əsasən istiqraz buraxıldığı tarixədək şirkət Azərbaycan bazarında 7 işlək mağaza şəbəkəsi ilə təqdim olunmalı, mağazası fəaliyyət göstərməli, Bank buraxılan İstiqrazları aldığı və ya digər alıcı tapdığı hallarda Şirkət satılma hadisəsi baş verdikdə Bankın xeyrinə 520.000 manat ödəməyi öhdəsinə götürmüş, iş materiallarına əlavə edilmiş mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışa əsasən, iddiaçının Cavabdeh1 ASC-dən götürdüyü 473.200 manat məbləğində kredit borcundan xxx 2018-ci il tarixə 67.114.99 manat qalıq borcu mövcuddur. İddia tələbini təmin etməyən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, tərəflər arasında xxx 2011-ci il tarixdə bağlanmış razılaşmanı (müqavilə) birinci instansiya məhkəməsi səhv olaraq kredit müqaviləsinə Əlavə kimi göstərmiş, Razılaşmanın 1.2.2-ci bəndinə əsasən, istiqraz buraxılması anına minimum 7 işlək mağaza şəbəkəsi ilə təmsil olunma öhdəliyini “xxxx” MMC öz üzərinə götürmüş, cavabdehlərin (Cavabdeh2, Cavabdeh4 QSC, Cavabdeh3 MMC) bununla bağlı hər hansı öhdəliyi nəzə rdə tutulmamış, birinci instansiya məhkəməsi razılaşmanın 1.2.2ci bəndini düzgün şərh etməmiş, Cavabdeh1 ASC ilə “xxxx” MMC arasında bağlanmış xxx 2011-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh1 ASC tərəfindən “xxxx” MMC-yə sahibkarlıq fəaliyyətini həyata keçirilməsi, dövriyyə vəsaitinin artırılması məqsədilə 473.200 manat məbləğində kredit verilmiş, lakin xxx 2011-ci il tarixli kredit müqaviləsinin xxx 2011-ci il tarixli razılaşmaya istinadən bağlanması və həmin pul vəsaitinin xxx 2011-ci il tarixli razılaşma üzrə öhdəliklərin yerinə yetirilməsi üçün sərf edilməsi təsdiq edilmir, birinci instansiya məhkəməsi tərəflər arasında xxx 2011-ci il tarixdə bağlanmış müqaviləni etibarsız hesab edərkən, MM-nin 329.1-ci maddəsini tətbiq etsə də, məhkəmə həmin müqavilədə hansı forma tələblərinə riayət edilməməsini müəyyən edə bilməmiş, hansı səbəbdən müqavilənin uydurma və ya yalan əqd olduğunu əsaslandırmamış, iş materiallarına əsasən isə razılaşmanın (müqavilənin) etibarsızlığı üçün hər hansı əsas mövcud deyil, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi həmin müqavilənin etibarsızlığına səbəb ola bilməz, iddiaçı isə müqavilənin icrasına başlanıldıqdan 6 il sonra həmin müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməklə, iddia müddətini ötürmüşdür. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə, müqavilə-razılaşmanın etibarsızlığı üçün qanunla müəyyən edilmiş əsasların mövcud olmadığı və bunun tələb edilməsi üçün isə iddia müddətinin ötürüldüyü barədə gəldiyi nəticəni qanuni və əsasl ı hesab edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqaviləyə əsasən “xxxx” MMC əsas tələbə xidmət etməyi, Cavabdeh1 ASC isə əsas tələbi restrukturizasiya etmək və ona xidmət etmə qaydalarını müəyyən etməyi öhdələrinə götürsələr də, Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh4 QSC müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər, müqavilə bağlandıqdan sonra Borclular tərəfindən iddiaçıya mağaza binaları təhvil verilməmiş, mağaza binaları icarə münasibətləri əsasında Borcluların istifadəsində olmuş və bu müqavilənin bağlandığı ərəfədə, qısa müddət ərzində mağazalardakı malları boşaldaraq mağaza binalarını sahiblərinə geri qaytarmış, nəticə etibarı ilə iddiaçı müqavilə əsasında istiqrazları emissiya edə bilməmiş, iddiaçı əldə edəcəyinə ümid etd iklərindən məhrum olmuş, həmçinin 473.200 manat məbləğində Cavabdeh1 ASCdən götürdüyü krediti ödəmək imkanını itirmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci və 340-cı maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin ə qdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Müqavilə-razılaşmanın etibarsız hesab edilməsi hissəsində iddia tələbinin, cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi (müqavilə bağlandıqdan sonra ona 7 ədəd işlək mağaza şəbəkəsinin təqdim edilməməsi, Borclular tərəfindən iddiaçıya mağaza binalarının təhvil verilmədiyi, icarə münasibətləri əsasında Borcluların istifadəsində olmuş mağaza binalarının və bu müqavilə bağlandığı ərəfədə, qısa müddət ərzində mağazalardakı malları boşaldaraq mağaza binalarını sahiblərinə geri qaytarması) ilə əsaslandırıldığını nəzərə alan Apellyasiya Məhkəməsi bununla bağlı düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin müqavilədə hansı forma tələblərinə riayət edilməməsini müəyyən edə bilməmiş, hansı səbəbdən müqavilənin uydurma və ya yalan əqd olduğunu əsaslandırmamış, iş materiallarına əsasən razılaşmanın (müqavilənin) etibarsızlığı üçün hər hansı əsas mövcud deyil, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi isə həmin müqavilənin etibarsızlığına səbəb ola bilməz. Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apellyasiya məhkəməsi, etibarsız əqdlər üzrə iddia müddətinin 1 il olduğunu və iddiaçının həmin müddət başa çatdıqdan sonra məhkəməyə müraciət etdiyini nəzərə alaraq, iddiaçının tələbi üzrə iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd edilməli olduğunu qeyd etmişdir. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, bankın və eləcə də Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh4 QSC-nin tələblərindən aydın olur ki, onlar bütün borcu iddiaçıdan tələb etmək niyyətindədirlər, iddiaçı bu məsələdən məhz bank tərəfindən pretenziya göndərilərkən məlumatlı olmuş və 01.06.2011-ci il tarixli müqavilənin etibarsızlığı üçün əsas məhz həmin pretenziya göndərildikdən sonra ortaya çıxmışdır ki, həmin tarixdən də bir il ötməmiş tərəflərindən iddia qaldırılmışdır. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, iddia tələbi məhz cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri icra etməməsi, ona 7 ədəd işlək mağaza şəbəkəsinin təqdim edilməməsi, müqavilə bağlandıqdan sonra isə Borclular tərəfindən iddiaçıya mağaza binalarının təhvil verilmədiyi, mağaza binalarının icarə münasibətləri əsasında Borcluların istifadəsində olduğu və bu müqavilə bağlandığı ərəfədə, qısa müddət ərzində mağazalardakı malları boşaldaraq mağaza binalarını sahiblərinə geri qaytardıqlarına görə də iddiaçının müqavilədə üzərinə götürdüyü istiqrazları emissiya edə bilmədiyi ilə əsaslandırılmışdır. İddia ərizəsində yazılanlara əsasən cavabdehlərin ona mağazaları təqdim etməməsi və qısa müddət ərzində mağazalardakı malları boşaldaraq mağaza binalarını sahiblərinə geri qaytardıqları müqavilə bağlandıqdan qısa müddət sonra iddiaçıya məlum olsa da, keçən bu müddət ərzində onun tərəfindən hər hansı iddia qaldırmamış, bununla da sonuncu qanunla müəyyən edilmiş iddia müddətini hər hansı üzrlü səbəb olmadan ötürmüşdür. Qeyd edilənləri və iddia müddətinin üzrlü səbəb olmadan ötürülməsi halının iddianı rədd etmək üçün qanunla müstəqil əsas olaraq müəyyən edildiyini nəzərə alan məhkəmə kollegiyası şikayətin bu dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin i icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhz həmin mövqedən çıxış etməklə və öhdəliklərin icra edilməməsi üçün qanunvericiliklə başqa məsuliyyət tədbirlərinin müəyyən edildiyini nəzərə alan məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəl ilinə də tənqidi yanaşır. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsindən yalnız “xxxx” MMC apellyasiya şikayət vermiş, digər cavabdehlərə münasibətdə qətnamə formal cəhətdən qüvvəyə minmiş, onlar qətnamədən apellyasiya şikayəti vermədiklərindən, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən müqavilə “xxxx” MMC istisna olmaqla, digər tərəflərə münasibətdə etibarsız hesab edilərək hüquqi qüvvəsini itirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Qeyd edilən pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmədiyi və nəticələnə bilmədiyi üçün kassasiya şikayətinin, mübahisənin mahiyyətinə təsir etməyən bu dəlili də uğurlu sayıla bilməz. Apellyasiya məhkəməsi, iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iş materiallarında razılaşmanın (müqavilənin) etibarsızlığı üçün hər hansı əsasın mövcud olmadığını, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi halının isə həmin müqavilənin etibarsızlığına səbəb ola bilmədiyini, iddiaçının, müqavilənin icrasına başlanıldıqdan 6 il sonra həmin müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etdiyini, beləliklə, qanunla müəyyən edilmiş iddia müddətinin hər hansı üzrlü səbəb olmada n ötürüldüyünü nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamış, işdəki sübutlar düzgün qiymətləndirildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2-2(103)-59/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-2(103)-59/2019 saylıqətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçının kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar