Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-269/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdehnə qarşı “pul tələbi”nə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli 2-2(107)-7/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxı lmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MTK ilə Cavabdeh MMC arasında bağlanmış 2018-ci il 28 avqust tarixli müqaviləin mahiyyəti Bakı Şəhər İcra Hakimiyyətinin 2005-ci il 12 oktyabr tarixli 267 saylı Sərəncamına əsasən İddiaçı MTK-nın qanuni təmsilçisi X2 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyriyaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində aparılan auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyətinin 2015-ci il 23 oktyabr tarixli 443 saylı sərəncamına əsasən Cavabdeh MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X31 tərəfi ndən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin auditinin başa çatdığı tarixə auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X2 şəriki, Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi X18 qəbul etməsindən və auditin başa çatdırıldığı tarixədək yaranmış audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir.
2. Müqavilənin 2.3-cü bəndinə əsasən Cavabdeh MMC “C” blokunun tikintisini 2019cu ilin sonuna, 2.4-cü bəndinə əsasən digər blokların tikintisini 2020-ci ilin sonuna başa çatdırmağı, 2.5-ci bəndinə əsasən D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrini, cəmi 1.250 kv.m sahəni X3 adına rəsmiləşdirməyi ö hdəsinə götürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 3. “X47” Mənzil Tikinti Kooperativi (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia tələbi ilə 2022-ci il 13 aprel tarixində Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1.250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan 1.850.310,80 manat vergi borcu, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2018-ci il 22 iyun tarixli icra vərəqəsinə əsasən iddiaçı tərəfindən X12 ödənilməli 82.700 manat pul, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2016-cı il 8 dekabr tarixli icra vərəqəsinə əsasən iddiaçı tərəfindən X14 ödənilməli 95.760 manat pul, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2016-cı il 14 iyun tarixli icra vərəqəsinə əsasən iddiaçı tərəfindən X13 ödənilməli 76.530 manat pul, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2015-ci il 30 iyun tarixli icra vərəqəsinə əsasən iddiaçı tərəfindən Bakı şəhəri, ünvan ünvanda yerləşən yüksəkmərtəbəli binanın C blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 515 kv.m təşkil edən yaşayış sahəsi və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda yerləşən yüksəkmərtəbəli binanın B blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 36 kv.m olan qeyri-yaşayış sahəsinin X4 verilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il 11 fevral tarixli icra vərəqəsinə əsasən iddia çı tərəfindən X5 ödənilməli olan 170.000 manat pul üzrə öhdəliklərin icra olunmasının cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2018-ci il 28 avqust tarixli müqaviləyə (bax yuxarıda §§ 1-2) əsasən, müqavilə üzrə öhdəliklərini iddiaçı tam yerinə yetirmiş, lakin cavabdeh tam yerinə yetirməmişdir. Belə ki, bu günədək D bloku tikilməmiş, hətta tikintisinə belə başlanmamışdır. Artıq öhdəliyin icra edilməli vaxtından 1 ildən artıq müddət ötmüşdür. Həmin ərazidə mənzillərin 1 kv.m qiyməti 1.600 manat ilə 2.200 manat arasındadır. Həmin müqavilənin 2.6-ci bəndinə əsasən iddiaçının Bakı şəhəri Xətai rayonu, Xocalı pr. 32 ünvanında inşa etdiyi A2 blok xaric digər binalarla bağlı olan bütün öhdəlik lərin, vergi borclarının, o cümlədən bütün debitor və kreditorların icra olunması öhdəliyini cavabdehin təsisçisi və qanuni təmsilçisi X31 üzərinə götürmüş, lakin bu günədək icra etməmişdir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, iddiaçının qanuni təmsilçisi X9 (bundan sonra – “H.Yigitdöl”) həmin ərazidə bina tikmək məqsədi ilə özünün, X10, Əfrasim adlı şəxsin, X19 adına rəsmiləşdirilmiş bütün sahələrə dair şəhadətnamələri və digər hüquqverici sənədləri Qabil Əliyevin adına keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək həmin ərazidə bina tikməmişdir. Bina tikilib mənzillər iddiaçıya təhvil verilmədiyi üçün iddiaçı üçüncü şəxslərə (X20, X21, X32, X6, X22, X23, X15 və digər şəxslərə) qarşı olan öhdəliklərini və borcl arını yerinə yetirə bilmir.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 443.1-ci maddələrinə istinad edilmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək bildirilmişdir ki, iddiaçı ilə aralarında imzalanmış 2018-ci il 28 avqust tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən, iddiaçının qanuni təmsilçisi H.Yiğitdölün xahişi ilə onun tərəfindən ziyan vurulmuş vətəndaşlara dəymiş ziyanın ödənilməsi üçün cavabdeh hazırda tikintisi yekunlaşmış 1 bloklu binada mənzil verilməsini öhdəlik kimi götürmüşdür. Həmçinin H.Yigitdöl də qeyd olunan müqaviləyə əsasən cavabdeh qarşısında bir sıra öhdəliklər götürmüşdür. Həmin öhdəliklərdən biri də ondan ibarətdir ki, H.X1 və X11 adına olan şəhad ətnamələri və digər sənədləri cavabdehin qanuni təmsilçisinin adına keçirməli idi. Lakin hələ də adı çəkilən şəxslərin adına olan mənzillərin mülkiyyət hüququ onlarda qalmaqdadır. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmişdir.
7. İddiaçı müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən tikiləcək D blokunun 23 və 24cü mərtəbəsində olan 1.250 kv.m sahənin H.Yigitdölün adına rəsmiləşdirmə öhdəliyinin yerinə yetirilməməsini, hətta blokun tikilməməsini bildirmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 2015-ci il 23 oktyabr tarixli 443 saylı sərəncamına uyğun olaraq cavabdeh ona ayrılmış sahədə layihələndirilmiş, hər biri 1 girişli olmaqla, 23 mərtəbəli, 3 blokun tikintisinə icazə verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmi şdir. Sonuncu orqan tərəfindən cavabdehə ünvanlanmış 2019-cu il 26 avqust tarixli cavab məktubunda cavabdehin icarəsində olan torpaq sahəsində layihələndirilən 2 ədəd 1 girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyri-yaşayış binasına icazə verilmişdir. Yəni müqavilədə sözügedən “D” blokunun tikintisi rəsmi olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmışdır.
8. İddia tələbində qeyd edilən yaşayış sahələrinin dəyərinin müəyyən edilməsi ilə bağlı iş materiallarında olan mütəxəssis rəyinin mötəbərliyi şübhə doğurur. Belə ki, iddiaçı özü də bildirir ki, sözügedən “D” bloku tikilməmişdir. Belə olan halda, tikilməmiş yaşayış binasının 23 və 24-cü mərtəbələrinin yaşayış sahəsinin 1 kv.m-nin qiyməti necə 1.600 manat müəyyən edilə bilər. Bundan başqa, 1.250 kv.m-d ən çıxmaqla 3-cü şəxslərə C blokdan mənzillər verilmişdir. Odur ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir.
9. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 26 sentyabr tarixli e-2-2(117)-454/2022 saylı qərardadı ilə MPM-in 261.0.1-ci maddəsinə (iş məhkəmədə baxılmalı deyildirsə) əsasən “iddiaçıya aid öhdəliklərin cavabdehə aid edilməsi” hissəsində iddia tələbinə xitam verilmişdir (hakim – R.Məcidov).
10. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 26 sentyabr tarixli e-2-2(117)-454/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1.250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xey rinə ödənilməsi, ödənilməmiş 400 manat dövlət rüsumunun cavabdehdən dövlət gəlirinə tutulması qət edilmişdir (hakim – R.Məcidov).
11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının müqavilə tərəfi olaraq öhdəliklərin icrasını tələb etmək hüququ mövcuddur. Bundan başqa, H.Yiğitdöl hazırda iddiaçının qanuni təmsilçisidir və hüquqi şəxsin adından hərəkət etmək hüququna malikdir. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 11 noyabr tarixli hökmü ilə H.Yiğitdölə digər cəzalarla yanaşı, əlavə cəza kimi 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmişdir. Göründüyü kimi iddiaçı hüquqi şəxsin rəhbəri H.Yiğitdölün yalnız dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququ məhdudlaşdırılmışdır ki, sonuncunun MMC-nin rəhbəri vəzifəsini tutmaq hüququ məhdudlaşdırılmamışdır. Bu səbəbdən də H.Yiğitdöl rəhbəri, qanuni təmsilçisi olduğu hüquqi şəxsin adından etibarnamə verə və iddia irəli sürmək üçün hərəkətlər edə bilər.
12. Məhkəmə işin hallarına istinadən belə nəticəyə gəlmişdir ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən blokların tikintisini 2020-ci ilin axırına başa çatdırmamış, D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrini, cəmi 1.250 kv.m sahəni X3 adına rəsmiləşdirməmişdir. Belə ki, cavabdeh bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyinin 2022-ci il 22 iyul tarixli məktu bundan müəyyən edilmişdir ki, cavabdeh tərəfindən sözügedən ərazidə 2019-cu ildən sonra tikinti işləri aparılmamış və yalnız Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2022-ci il 17 yanvar tarixli Tİ-06/22 nömrəli icazəsi əsasında A-5 yaşayış binasının tikilməsi məqsədi ilə həmin ərazidə torpaq-qazma işləri aparılır. Göründüyü kimi, cavabdeh 2020-ci ilin sonuna qədər tikib və həmin tikintidən iddiaçı tərəfin mülkiyyətinə verməyi öhdəsinə götürdüyü yaşayış binasını tikməmiş və nəticədə öhdəliyini icra etməmişdir.
13. Yaşayış binasının hansı səbəbdən tikilməməsi mübahisənin həllinə təsir etmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməməsi ilə bağlı qeyd-şərt, hər hansı oby ektiv və subyektiv səbəblər barədə forsmajor hal nəzərdə tutulmamış və cavabdeh müqavilə üzrə qəti şəkildə yerinə yetirəcəyi öhdəliyi üzərinə götürmüşdür. Öhdəliyin icra edilməməsi üçün hər hansı hal mövcud olmuşdursa belə, həmin hallar yalnız iddiaçı ilə razılaşdırma yolu ilə həllini tapmalıdır ki, cavabdeh ötən müddət ərzində öhdəliyini icra edə bilməməsinin səbəbləri və ona əlavə vaxtın verilməsi ilə bağlı iddiaçıya müraciətini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdeh müqavilə üzrə öhdəliyini müəyyən olunmuş müddət ərzində yerinə yetirmədiyindən, iddiaçı 1.250 kv.m sahənin hazırkı dəyərini ondan tələb etməkdə haqlıdır. Belə ki, cavabdeh öhdəliyini icra edib yaşayış binasının 1.250 kv.m hissəsini iddiaçının mülkiyyətinə vermiş olsaydı, iddiaçının əldə edəcəyi əmlakın dəyəri hazırkı vaxtla qiymətləndirilmiş olacaqdı.
14. Məhkəmə mübahisəli ərazidə 1 kv.m-in dəyəri ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 8 aprel tarixli 02-49/22 nömrəli mütəxəssis rəyinə əsasən, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə görə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən, D binasının 23-24-cü mərtəbələrindəki, ümumi sahəsi 1.250 kv.m olan təmirsiz yaşayış sahələrinin 2022-ci il 8 aprel tarixinə bazar dəyəri aşağıdakı kimi hesablanmışdır: 1.800 manat/1 kv.m x 1.250 kv.m = 2.250.000 manat təşkil edir.
15. Məhkəmə iddiaçı tərəfindən ərazidə olan yaşayış evləri nin 1 kv.m hissəsi ilə bağlı müəyyən edilmiş qiymətlə razılaşaraq qeyd etmişdir ki, qiymətin müəyyən edilməsi zamanı mütəxəssis internet resurslarında olan elanlar vasitəsi ilə həm Xocalı prospektində, həm qonşu Orucov küçəsində olan qiymətləri müqayisəli şəkildə təhlil etmiş və yekun olaraq 1 kv.m-in dəyərini 2022-ci il 8 aprel tarixinə 1.800 manat həddində müəyyən etmişdir. Cavabdeh tərəf həmin qiymətlə razılaşmadığını bildirsə də, rəyin həqiqiliyini şübhə altına alan sübutları məhkəməyə təqdim etməmişdir. Sonuncunun mülahizələri yalnız sözdən ibarət olmuş və hər hansı sübutla öz təsdiqini tapmamışdır. Halbuki məhkəmə araşdırması zamanı tərəflərə işin nəticəsinə təsir edəcək halların məhkəməyə təqdim edilməsi üçün kifayət qədər müddət tanınmışdır. Cavabdeh alternativ araşdırmanın nətic ələrinə dair başqa rəy və ya ən azından mənzil satışı ilə məşğul olan hüquqi şəxs kimi həmin ərazidə hazırkı dövrdə satışını həyata keçirdiyi mənzillərə dair müqavilələri təqdim etmək imkanında olmuşdur.
16. Qeyd olunanlara əsasən məhkəmə cavabdehin həmin ərazidə 1 kv.m mənzilin qiyməti ilə bağlı etiraz dəlillərini əsassız hesab etmiş və təqdim edilmiş rəylə müəyyən olunmuş qiyməti qəbul etmişdir. Lakin iddiaçı əmlakın 1 kv.m dəyərinin 1.800 manatla deyil, 1.600 manatla alınmasını tələb etdiyindən və məhkəmə tələbdən kənara çıxmağa haqlı olmadığından iddiaçının tələbi üzrə mübahisəli ərazidə olan 1 kv.m-in dəyəri 1.600 manat götürülməklə cavabdehdən 1.250 kv.m-in dəyəri olan 2.000.000 manat pul tutularaq iddiaçıya ödənilməlidir.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 329.2, 38 5.1, 386.1, 406.1, 442, 445.2, 448, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. İddiaçı 2022-ci il 10 oktyabr tarixində apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. X30 Məhkəməsinin 2022-ci il 13 oktyabr tarixli e-2-2(117)-454/2022 saylı qərardadı ilə təmin edilməmiş, həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 noyabr tarixli 2-2(107)-90/2022 saylı qərardadı ilə təmin edilməmişdir.
19. Cavabdeh 2022-ci il 26 oktyabr tarixində birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməklə, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli 2-2(107)-7/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – G.Cavadova, hakimlər – V.Məlikov və E.Hüseynov).
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən blokların tikintisini 2020-ci ilin sonuna başa çatdırmamış, D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1.250 kv.m sahəni H.Yiğitdölün adına rəsmil əşdirməmişdir. Cavabdeh tərəf blokların tikintisini başa çatdırmadığını mübahisələndirmir. O, bildirir ki, həmin blokların tikintisinə ümumiyyətlə başlanmamışdır, tikinti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmışdır.
22. Yaşayış binasının hansı səbəbdən (o cümlədən də, cavabdehin istinad etdiyi əsasla) tikilməməsi mübahisənin həllinə təsir etmir. Belə ki, cavabdeh tikinti sahəsində uzun müddət fəaliyyət göstərən hüquqi şəxsdir, bu sahədə risklərin (tikintiyə icazənin verilməməsi ehtimalı və s.) mövcud olmasını bilir və ya bilməli idi. Cavabdeh bu riskləri nəzərə alaraq iddiaçı ilə qarşılıqlı müqavilə şərtlərini müəyyən edə bilərdi. Lakin tərəflər arasında bağlanmış müqavilədə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməməsi ilə bağlı qeyd-şərt, hər han sı obyektiv və subyektiv səbəblər ilə bağlı fors-major hallar nəzərdə tutulmamışdır. Müqavilə şərtləri tərəflər arasında könüllülük əsasında, qarşılıqlı razılaşma yolu ilə, hər iki tərəfin iradə ifadəsini bildirməklə müəyyən edilmişdir. Müqavilə öhdəliyinin icra edilməməsi üçün hər hansı hal mövcud olmuşdursa belə, həmin hallar yalnız iddiaçı ilə razılaşdırma yolu ilə həllini tapmalı idi. Lakin cavabdeh keçən müddət ərzində üzərinə götürdüyü öhdəlikləri icra edə bilməməsinin səbəbləri və ona əlavə vaxtın verilməsi ilə bağlı iddiaçıya müraciət etməmişdir. Cavabdehin bu kimi müraciətinin olması iş materialları ilə təsdiq olunmur.
23. Cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etmədiyinə görə, iddiaçı 1.250 kv.m sahənin hazırkı dəyərini cavabdehdən tələb edilməkdə haqlı olmuşdur. Çünki bu vəziyyətdə cavabdeh, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehlik daşıyır.
24. Məhkəmə 1.250 kv.m sahənin dəyəri ilə bağlı bildirmişdir ki, cavabdeh öhdəliyini icra edib yaşayış binasının 1.250 kv.m hissəsini iddiaçının mülkiyyətinə vermiş olsaydı, iddiaçının əldə edəcəyi əmlakın dəyəri hazırkı vaxtla qiymətləndirilmiş olacaqdı. Məhkəmə işdə olan "xxxx" MMC-nin verdiyi 2022-ci il 8 aprel tarixli 02-49/22 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmiş qiymətlə razılaşaraq qeyd etmişdir ki, cavabdeh mütəxəssis rəyində müəyyən edilmiş qiymətin reallığı əks etdirmədiyini bildirsə də, bu xüsusatı təsdiq edən və ekspert rəyini şübhə altına ala biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qiymətləndirici tərəfindən verilmiş rəyi və MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq, əmlakın 1 kv.m dəyərini iddia ərizəsində qeyd edildiyi kimi 1.600 manat məbləğində müəyyən etmişdir.
25. Bunlardan başqa, cavabdeh apellyasiya şikayətində göstərir ki, iddiaçının hazırki iddianı irəli sürmək hüququ olmamış, iddiaçını təmsil etmək üçün etibarnamə və sair sənədlər buna səlahiyyəti olmayan şəxs H.Yiğitdöl tərəfindən verilmişdir. Çünki H.Yiğitdöl qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən müddətdə vəzifə tutmaq hüququndan məhrum edilmişdir.
26. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır və onun qanuni təmsilçisinin hüquqi şəxsin adından etibarnamə və sair sənədlər tərtib etmək hüququ olmuşdur. Belə ki, mübahis ə predmeti olan 2018-ci il 28 avqust tarixli müqavilə məhz iddiaçı və cavabdeh arasında bağlanmışdır. İddiaçının müqavilə tərəfi olaraq öhdəliklərin icrasını tələb etmək hüququ mövcuddur. H.Yiğitdöl hazırda iddiaçının qanuni təmsilçisidir və hüquqi şəxsin adından hərəkət etmək hüququna malikdir. Eyni zamanda, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 11 noyabr tarixli hökmü ilə H.Yiğitdölə digər əlavə cəza kimi 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə təyin edilmişdir. Göründüyü kimi, iddiaçı hüquqi şəxsin rəhbəri H.Yiğitdölün MMC-nin rəhbəri vəzifəsini tutmaq hüququ məhdudlaşdırılmamışdır. Bu səbəbdən də H.Yiğitdöl qanuni təmsilçisi olduğu hüquqi şəxsin adından etibarnamə verə və iddia irəli sürmək üçün hərəkə tlər edə bilər.
27. Bunlardan başqa, cavabdeh bildirir ki, iddiaçı öhdəliklərini yerinə yetirməmiş, lakin bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə bildirmişdir ki, qeyd olunan halın cavabdeh tərəfindən üzərinə götürdüyü müqavilə öhdəliklərinin yerinə yetirilməsinə maneə olmasını təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Bundan başqa, cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini iddiaçıdan tələb etmək hüququ vardır.
28. Məhkəmə cavabdehin apellyasiya şikayətinin H.Yigitdölə təhvil verilməli olan "1.250 kv.m sahədən" olan payın ayrı-ayrı fiziki şəxslərin adına rəsmiləşdirilməsi, bununla bağlı müqavilələrdə H.Yigitdölün imzalarının olması haqqında dəlilini əsassız hesab edərək göstərmişdir ki, "1.250 kv.m sahədən" olan payın ayrı-ayrı fiziki şəxslərin adına rəsmiləşdirilməsi ilə bağlı apellyasiya şikayətində qeyd olunan müqavilələrə nəzər saldıqda müəyyən edilir ki, həmin müqavilələr üzrə payçılara ayrılan mənzillər də məhz D blokunda tikiləcək mənzillərin hesabına verilməli idi. Həmin mənzillərin tikilib payçılara təhvil verilməsi isə iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə həm qeyd olunan dəlillə, həm də apellyasiya şikayətində qeyd olunan digər dəlillərlə bağlı sübutların təqdim edilməsi üçün cavabdehə lazımi şərait yaratmış, bununla bağlı məhkəmə iclası təxirə salınmışdır. Lakin cavabdeh öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 329.2, 385.1, 386.1, 390.1, 406.1, 442, 445.2, 448-ci, MPM-i n 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. Həmin qətnamə 2023-cü il 27 yanvar tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
31. Cavabdeh 2023-cü il 15 mart tarixində kassasiya şikayəti verməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
32. MM-in 389.1, 399.1, 399.3, 399.4, 441.1, 441.2, 441.3, 445.2, 445.2.1, 445.2.2, 445.5-ci maddələri üzrə - 2018-ci ildə iddiaçıya verilmiş layihədə mübahisə predmeti olan "D" blokunun tikintisi nəzərdə tutulmuş, sonradan qanunvericilikdə nəzərdə tutulmuş hallara görə (şəhərin sıxlığı nəzərə alınaraq) Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin sahənin t ikintisi ilə bağlı razılıq verilməmişdir. Bu hal cavabdehdən asılı olmayan səbəblərə görə baş vermiş və tikinti üçün nəzərdə tutulmuş layihədə dəyişiklik edilmişdir. Qeyd edilən layihə cavabdehin birinci tikinti layihəsi olmuş, eyni zamanda cavabdeh müqavilə bağlayan vaxt Şəhərsalma və Arxitektura Komitəsinin yaradılacağını və sözügedən "D" blokunun nəzərdə tutulmuş tikintisinin ləğv olunacağını bilə bilməzdi. H.Yigitdöl də məhkəməyə verdiyi ifadəsində mübahisə predmeti olan "D" blokunun tikintisinin əvvəllər nəzərdə tutulduğunu, sonradan isə Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ləğv olunduğunu bildirmişdir. Bütün bunları məhkəmə nəzərə alaraq, maddi hüquq norması qismində MM-in 445.5-ci maddəsini işin hallarına tətbiq etməli idi.
33. Həmçinin iddiaçının qanuni təmsilçisi H.Yigitd öl də qeyd olunan müqaviləyə əsasən cavabdeh qarşısında üzərinə bir sıra öhdəliklər götürmüşdür. Həmin öhdəliklərdən biri də ondan ibarətdir ki, H.X1 və Əfrasim adlı şəxsin adına olan şəhadətnamələri və digər sənədləri cavabdehin adına keçirməli idi. Lakin hələ də X19 və X11 adına olan mənzillərin mülkiyyət hüququ onlarda qalmaqdadır.
34. Bundan başqa, iddiaçı iddia tələbində müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində cavabdehdən müəyyən məbləğ tələb etsə də, həmin məbləğin nədə ifadə olunmasını və nə kimi mülki hüquqi ziyan olmasını iddia tələbində göstərməmişdir.
35. Həmçinin iddiaçının iddia tələbi kimi qeyd etdiyi "nəzərdə tutulan tikilidə olan 1.250 kv.m sahə" tikildikdən sonra, əslində iddiaçıya deyil, fiziki şəxs olan H.Yigitdölə verilməli idi. Belə olan halda məhkə mə fiziki şəxs olaraq H.Yigitdölü qeyd olunan iş cəlb etməli idi.
36. Əslində H.Yigitdöl "özünə çatası" "1.250 kv.m sahədən" olan payı ayrı-ayrı fiziki şəxslərin adına rəsmiləşdirmişdir. Belə ki, cavabdeh ilə X7 arasında bağlanmış 2018-ci il 24 dekabr tarixli müqavilədən görünür ki, binanın tikintisi başa çatdıqdan sonra H.Yigitdölə verilmiş müqavilədə göstərilən "D" blokundan olan 1.250 kv.m sahədən çıxmaq şərti ilə "C" blokunun 4-cü mərtəbəsində yerləşən 76 kv.m təşkil edən qeyri yaşayış sahəsi" ona satılmışdır. Həmçinin cavabdeh ilə 2018-ci il 1 və 2 noyabr tarixlərində X21, 2019-cu il 1 mart tarixində X24, X26 arasında, 2019-cu il 4 fevral tarixində bağlanmış müqavilələrdə qeyd olunan sahələrin hamısı iddia tələbində qeyd olunan "1.250 kv.m sahə" dən çıxmaqla təqdim olunan müqavilədə o lan fiziki şəxslərə verilmişdir. Həmin müqavilələr həmçinin H.Yigitdöl tərəfindən imzalanmışdır. Apellyasiya məhkəməsi isə bununla bağlı mövqeyini onunla əsaslandırmışdır ki, guya cavabdeh buna dair sübutları məhkəməyə təqdim etməmişdir.
37. MPM-in 97.1-ci maddəsi üzrə - İddiaçının təqdim etdiyi ekspert rəyi əslində bir mütəxəssis rəyidir. Yəni bu rəy xüsusi biliyə malik olan ekspert tərəfindən verilməmişdir. Buna görə də həmin rəy mötəbər sübut kimi qəbul edilməməlidir.
38. MPM-in 4.1-ci maddəsi üzrə - İddia tələbi MPM-in tələbləri kobud şəkildə pozularaq məhkəməyə təqdim olunmuşdur. Belə ki, iddia ərizəsini iddiaçının səlahiyyətli şəxsi qismində imzalayan və iddiaçını məhkəmədə təmsil edən nümayəndəyə və vəkilə verilmiş etibarnamə tamamilə etibarsızdır. İddiaçının səlahiyyətli nümayəndəs i H.Yigitdöl qanuni qüvvəsini 2022-ci il 22 fevral tarixində almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 11 noyabr tarixli hökmü ilə 1 il müddətində dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmuşdur. Hazırda da həmin qərarın icrası Bakı şəhəri Nərimanov Rayon Probasiya Xidmətində nəzarət qaydasında icraatdadır.
39. MPM-in 218.1-ci maddəsi üzrə - Məhkəmə tərəflər arasında olan münasibətləri araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh D blokunun tikintisinin Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırıldığını qeyd etmişdir. Halbuki yaşayış binasının hansı səbəbdən tikilməməsi mübahisənin həllinə təsir etmir. Belə ki, 2018-ci il 28 avqust tarixli müqavilənin tərəfi olan cavabdeh tikinti sahəsində uzun müddət fəaliyyət göstərən hüquqi şəxsdir və bu sahədə risklərin (tikintiyə icazənin verilməməsi ehtimalı və s.) mövcud olmasını bilirdi və ya bilməli idi. Cavabdeh bu riskləri nəzərə alaraq iddiaçı ilə qarşılıqlı müqavilə şərtlərini müəyyən edə bilərdi. Lakin tərəflər arasında bağlanmış müqavilədə cavabdehin üzərinə götürdüyü öhdəliyin yerinə yetirilə bilinməməsi ilə bağlı qeyd-şərt, hər hansı obyektiv və subyektiv səbəblərlə bağlı fors-major hallar nəzərdə tutulmamışdır.
41. Cavabdeh mütəxəssis rəyində müəyyən edilmiş qiymətin reallığı əks etdirmədiyini bildirsə də, bu xüsusatı təsdiq edən və ekspert rəyini şübhə altına ala biləcək sübutları məhkəməyə təqdim etmə mişdir.
42. H.Yigitdöl Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 11 noyabr tarixli hökmü ilə 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmiş, lakin MTK-nı idarə etmək hüququndan məhrum edilməmişdir. Bu səbəbdən, cavabdehin iddiaçının iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüququnun olmamasına dair dəlili də əsaslı olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
44. Apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
46. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəaların da “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
556. İcra mümkün olmadığına görə öhdəliyin xitamı 556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz....”
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respu blikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli Qərarında müəyyən edilmişdir ki: “... tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.”
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
49. İddiaçı cavabdeh tərəfindən 2020-ci ilin sonunadək D blokunun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş cəmi 1.250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.
50. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış m üqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən blokların tikintisini 2020-ci ilin sonuna başa çatdırmamış, D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrini, cəmi 1.250 kv.m sahəni X3 adına rəsmiləşdirməmişdir. Cavabdeh tərəf blokların tikintisini başa çatdırmadığını mübahisələndirmir. O, bildirir ki, həmin blokların tikintisinə ümumiyyətlə başlanmamışdır, tikinti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmışdır.
51. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yaşayış binasının hansı səbəbdən (o cümlədən də cavabdehin istinad etdiyi əsasla) tikilməməsi mübahisənin həllinə təsir etmir. Belə ki, cavabdeh tikinti sahəsində uzun müddət fəaliyyət göstərən hüquqi şəx sdir, bu sahədə risklərin (tikintiyə icazənin verilməiməsi ehtimalı və s.) mövcud olmasını bilir və ya bilməli idi. Cavabdeh bu riskləri nəzərə alaraq iddiaçı ilə qarşılıqlı müqavilə şərtlərini müəyyən edə bilərdi. Lakin tərəflər arasında bağlanmış müqavilədə cavabdehin üzərinə götürdüyü öhdəliyin yerinə yetirə bilməməsi ilə bağlı qeyd-şərt, hər hansı obyektiv və subyektiv səbəblər ilə bağlı fors-major hallar nəzərdə tutulmamışdır. Müqavilə şərtləri tərəflər arasında könüllülük əsasında, qarşılıqlı razılaşma yolu ilə, hər iki tərəfin iradə ifadəsini bildirməklə müəyyən edilmişdir.
52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.
53. MM-in 448.1, 448.2 və 448.4-cü maddələrinin (bax yuxarıda § 46) əlaqəli şəkildə təhlili onu de məyə əsas verir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, bir şərtlə ki, bu öhdəliklərin pozulmasında təqsirli olsun. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
54. MM-in 448.4-cü maddəsində nəzərdə tutulan vəziyyət faktiki olaraq qarşısıalınmaz qüvvəni, yəni fors-major hallarını özündə ehtiva edir.
55. Hüquq nəzəriyyəsində fors-major halları obyektiv xarakterli, yəni baş verməsi borcludan asılı olmayan elə hallar başa düşülür ki, həmin halların baş verməsi borclu ya öz öhdəliklərini icra etməyə imkan vermir.
56. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdeh tərəf blokların tikintisinə başlanılmamasını tikintinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılması ilə əsaslandırmışdır.
57. Əgər cavabdeh səlahiyyətli dövlət orqanının qərarının əleyhinə çıxaraq və ya bu qərarın mövcudluğunu nəzərə almadan, yəni özbaşına (qanunsuz) şəkildə tikinti aparsa idi, bunun, cavabdehin qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsi, hətta qanunsuz tikiliən binanın sökülməsi üçün hüquqi əsas olması qaçılmaz idi.
58. Bu zaman o da nəzərə alınmalıdır ki, səlahiyyətli dövlət orqanının tikintiyə icazə verməməsinin səbəb(lər)inin cavabdehdən qayanqlanması, yəni cavabdehin hər hansı qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verməsi ilə bağlı olması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
59. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilə öhdəliyinin pozulmasında cavabdehin təqsiri mövcud deyildir.
60. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, tikinti sahəsində uzun müddət fəaliyyət göstərən cavabdeh bu sahədə risklərin (tikintiyə icazənin verilməiməsi ehtimalı və s.) mövcud olmasını bilirdi və ya bilməli idi, müqavilə şərtlərini bu riskləri nəzərə alaraq iddiaçı ilə qarşılıqlı müəyyən etməli idi.
61. Məhkəmə kollegiyası bu mövqeni ədalətsiz və əsassız hesab edir. Belə ki, ən azından, iddiaçı da tikinti sahəsində fəaliyyət göstərən hüquqi şəxsdir və bu sahədə risklərin (tikintiyə icazənin verilməiməsi ehtimalı və s.) mövcud olmasını bilir di və ya bilməli idi, müqavilə şərtlərini bu riskləri nəzərə alaraq cavabdeh ilə qarşılıqlı müəyyən etməli idi.
62. Bundan başqa, icranın mümkün olmaması, yəni icra edilməmənin tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəlməsi MM-in 556.1-ci maddəsində (bax yuxarıda § 46) öhdəliyə xitam verilməsinin əsası kimi müəyyən edilmişdir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.
63. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə tikintinin səlahiyyətli dövlət orqanı tərəfindən dayandırılması nəticənidə cavabdehin müvafiq öhdəliyinin icrası tamamilə mümkünsüz hala gəlmiş, bu səbəbdən də həmin öhdəlik xitam olunmuşdur.
64. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin üzərinə götürdüyü öhdəliyin yerinə ye tirə bilməməsi ilə bağlı qeydşərt, hər hansı fors-major hallar nəzərdə tutulmamışdır.
65. Halbuki MM-in yuxarıda istinad olunan normaları imperativ xarakterlidir, həmin normalarda onların, tərəflərin qarşılıqlı razılaşması ilə hər hansı formada dəyişdirilməsi imkanı ümumiyyətlə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, müqavilədə fors-major halının, qeyd-şərtin nəzərdə tutulmaması sözügedən qanun normalarının hüquqi qüvvəsinin qarşısını ala bilməz.
66. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi digər dəlil ondan ibarət olmuşdur ki, müqavilə öhdəliyin icra edilməməsi üçün hər hansı hal mövcud olmuşdursa belə, həmin hallar yalnız iddiaçı ilə razılaşdırma yolu ilə həllini tapmalı idi. Lakin cavabdeh keçən müddət ərzində üzərinə götürdüyü öhdəlikləri icra edə bilməməsinin səbəbləri və ona əlavə vaxtın verilməsi ilə bağlı iddiaçıya müraciət etməmişdir.
67. Məhkəmə kollegiyası həmin mövqeni də əsassız və ədalətsiz hesab edir. Belə ki, əvvəla, tikintiyə qadağa müvəqqəti deyil, birdəfəlik (həmişəlik) xarakter daşıdığı üçün cavabdehə öz öhdəliklərinin icrası üçün əlavə vaxtın verilməsi onsuz da heç nəyi dəyişə bilməzdi. İkincisi isə, hazırkı halda hətta cavabdeh iddiaçıya icranın mümkün olmaması barədə məlumat versə idi belə, iddiaçı bu öhdəliyin hər hansı digər tikinti şirkəti tərəfindən yerinə yetirilməsinə nail olmaq imkanına malik deyildi. Çünki Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintini məhz cavabdehin və ya onun peşəkar fəaliyyətinin lazımi tələblərə uyğun gəlmədiyinə görə dayandırması işə baxan məhkəmələr tərəfindən müəyyən e dilməmişdir. Bu o anlama gəlir ki, Komitənin qadağası istənilən tikinti şirkəti üçün keçərlidir.
68. Bundan başqa və ən əsası, cavabdehin öz öhdəliyini yerinə yetirə bilməməsi nəticəsində iddiaçının konkret olaraq hansı zərərə (itkilərə) məruz qalması apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olmur.
69. Belə ki, mübahisə predmeti olan müqavilə ikitərəfli xarakter daşıyır və iddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə icraatı zamanı israrla öz öhdəliklərini yerinə yetirdiyini bildirmiş, lakin bununla bağlı öz mövqeyini konkret dəlillərlə əsaslandırmamış, cavabdeh isə bunu inkar etmişdir.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə” qərarında formalaşdırılmış hüquqi mövqeyə (bax yuxarıda § 47) görə, tərəflər hüquq və öhdəl iklərini müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
71. Məhkəmə kollegiyasının mövqeyinə görə, əgər iddiaçı həqiqətən də müqavilə ilə öz üzərinə düşən öhdəliklərini icra etmişdirsə və bunun nəticəsində müəyyən zərərə (itkiyə) məruz qalmışdırsa, həmin zərərin (itkinin) cavabdeh tərəfindən qarşılanması ədalət prinsipinə tamamilə uyğun olardı.
72. Lakin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində həmin məsələyə lazımi diqqət yetirməmiş, dolğun hüquqi qiymət verməmişdir ki, bu da iş üzrə birmənalı nəticəyə gəlməyə imk an vermir.
73. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunu düzgün tətbiq etməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 48) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
74. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli 2-2(107)-7/2023 saylı qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
75. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən iddiaçının mübahisə predmeti olan müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edib-etməməsini, icra etmişdirsə, bunun nəticəsində zərərə (itkiyə) məruz qalıb-qalmamasını müəyyən etməli, həmin zərərin (itkinin) əvəzinin (əgər belə zərər mövcud olmuşdursa) cavabdeh tərəfindən ödənilməsi məsələsini həll etməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
76. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehn kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli 2-2(107)-7/2023 saylı qətnaməsi ləğv edilsin. İş yenidən araşdırılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.