Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-27/2019 29.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-462/2018 saylı iş üzrə 14 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-277/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim - Z.M.Tağıyev) iddia ərizəsi təmin edilərək Cavabdeh MMC-dən 23 yanvar 2015-ci il tarixli, 150123/11-1-506 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 197.804.30 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 197.834,30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-462/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – A.B.Nuriyeva və V.M.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Şikayətdə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər tərəflər arasında öhdəliyin yaranaması və cavabdehin iddiaçıya borclu olmasını sübut edən hal hesab edilməməlidir. Çünki, təqdim edilən sənədlər bir tərəfli qaydadada iddaçı tərəfindən hazırlanmışdır. Odur ki, onun düzgünlüyü və obyektivliyi şübhə doğurur. İddiaçının təqdim etdiyi borc rəqəmi özü şübhə doğurur. Həmçinin, məhkəmə işə baxarkən i ş materiallarını və işin faktiki hallarını kifayət qədər dərindən araşdırmamış və cavabdeh tərəfindən ödənişlərin edilməsini sübut edən hesabdan çıxarışı sübut kimi qəbul etməmiş və ona hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi mülki işi araşdırarkən məhkəmə-mühasibatçılıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatəti də əsassız olaraq təmin etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili şikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə və vəkilinə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, tərəflər arasında bağlanılmış 02 avqust 2013-cü il tarixli, SS-240 n ömrəli malların alqısatqı müqaviləsinə əsasən, satıcı “xxxx” MMC malları müqavilənin bir hissəsi olan qaiməfakturaya müvafiq qaydada, keyfiyyetdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə alıcı Cavabdeh MMC-yə təhvil verməyi, müvafiq olaraq isə alıcı malları qəbul edərək onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, tərəflər arasında malların alqı-satqısına dair 150123/11-1-506 saylı, 23.01.2015-ci il tarixli başqa bir müqavilə də bağlanılmışdır. Sözügedən müqavilələrdən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən tam icra edilmədiyinə istinadla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 23.10.2017-ci il tarixli, 14/467 saylı pretenziya məktubu ilə "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək göstərmişdir ki, tərəflərin arasında 02 avqust 2013-cü il tarixli SS-240 nöm rəli müqavilə və 23 yanvar 2015-ci tarixli 150123/11-1-506 nömrəli müqavilə bağlanılmış və müqavilələr əsasında malların satışı həyata keçirilmişdir. Göstərilən sənədlər üzrə "Satıcı" tərəfindən üzərinə düşən öhdəliklər vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirilmiş, təəssüf ki, Müqavilələr əsasında cavabdehə göndərilmiş malların dəyəri tam şəkildə ödənilməmiş və "Alıcı"ının Müqavilə üzrə ümumi 197.804,05 (bir yüz doxsan yeddi min səkkiz yüz dörd manat beş qəpik) manat məbləğində borcu yaranmışdır. Dəfələrlə şifahi müraciətlərə baxmayaraq borcun ödənilməsi həyata keçirilməmiş, ümümi 197.804,05 (bir yüz doxsan yeddi min səkkiz yüz dörd manat beş qəpik) manat məbləğində borc bu günə kimi ödənilməmiş qalmışdır. Qeyd edilən 197.804.05 manat əsas borc məbləğini 3 iş günü ərzində bank hes baına ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qə bul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 və 448.1-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi göstərilən müddəaları hazırkı işin müəyyən olunmuş hallarına düzgün tətbiq edərək əsaslı olaraq iddianın təmin edilməli olduğu nəticəsinə g əlmişdir. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmaqla malların satışı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə olunan müvafiq təsdiqedici sənədlərdən göründüyü kimi, iddiaçı malların alqı-satqısı ilə bağlı üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada icra etsə də, cavabdeh aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Kollegiya kassasiya şikayətinin dəlillərini də əsassız hesab edir. Belə ki, şikayətdə tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu inkar edən, eləcə də cavabdeh tərəfindən həmin münasibətlər çərçivəsində öhdəliklərin tam olaraq icra edildiyinə dair hər hansı əsaslı hala və mötəbər sübutlarla istinadlar edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin ed ilməməli, apellyasiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-462/2018 saylı iş üzrə 14 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-27/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-27/2019
29.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver