Məhkəmə qərarları › İş №2-2(102)-27/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-27/2020

21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-27/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh Sığorta şirkətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta müqaviləsinin müddətinin uzadılmış hesab edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Sığorta şirkətinin nümayəndəsi X3, vəkili X5 iştirakı ilə, İddiaçı ASC-nin (bundan sonra iddiaçı) Cavabdeh Sığorta şirkətinə (bundan sonra cavabdeh) qarşı “müqavilənin müddətinin uzadılmış hesab edilməsi, sığorta şəha dətnaməsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-2(103)-644/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdeh ilə iddiaçı arasında x xxx 2014-cü il tarixli “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta müqaviləsi” bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən sığortalı (iddiaçı) müqavilə ilə müəyyən olunmuş sığorta haqlarını ödəməyi, Sığortaçı (cavabdeh) isə bunun müqabilində sığorta müddəti ərzində müqavilə ilə sığorta təminatı verilmiş sığorta riskləri nəticəsində sığorta hadisənin baş verməsi halında sığorta predmetinin (qrup halında sığorta zamanı hər hansı bir sığorta predmetinin) zədələnməsi və ya məhv olmasına görə müqavilənin şərtlərinə uyğun olaraq sığorta ödənişini verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13.3.2-ci bəndinə müvafiq olaraq ümumi zərərlik dərəcəsi 100%-dən az olduqda, sığortaçı sığortalıya müəyyən miqdarda sığorta haqqını qaytarır, zərərlik dərəcəsi 100%-dən yuxarı olduqda həmin müqavilə üzrə bütün sığorta olunmuş sığorta şəhadətnamələrinə dair zərərlər üzrə sonrakı ödənişlər həyata keçirilmir. Sığorta tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərtilə hazırki müqavilənin hərəkətini bərpa etmək olar. Bütün hesablamalar müvafiq düsturlarla müəyyən olunur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(103)-367/2017 saylı qətnaməsi üzrə iddiaçı Cavabdeh Sığorta Şirkə ti ASC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “əlavə sığorta haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi təmin edilərək, İddiaçı ASCdən Cavabdeh Sığorta Şirkəti ASC-nin xeyrinə 190 047,58 manat əlavə sığorta haqqı və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 190 077,58 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış x xxx 2014-cü il tarixli “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta müqaviləsi”nin müddətinin uzadılmış hesab edilməsi, təqdim ediləcəyi gündən qüvvəyə minmək şərtilə cavabdehdən MTRC-LZ 025/1674-014 nömrəli müqavilənin şərtləri daxilində 190.047,58 manat dəyərində siyahısı iddiaçı tərəfindən təqdim ediləcək avtomobillər üzrə avtosığorta şəhadətnaməsinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(103)- 367/2017 saylı qətnaməsi ilə iddiaçıdan cavabdehin xeyrinə tutulmuş 190 047.58 manat əlavə sığorta haqqı ödənildikdən sonra cavabdeh tərəfindən yeni sığorta şəhadətnamələrinin verilməsi imtina edilmiş və bununla da iddiaçının hüquqlarını pozaraq ona maddi ziyan vurmuşdur. Belə ki, bağlanmış xx.xx.2014-cü il tarixli sığorta müqaviləsinə əsasən Sığortalı-iddia ərizəsi üzrə iddiaçı tərəfindən lizinqə verilmiş və müqavilənin əlavəsi olan sığorta şəhadətnamələrinə əsasən sığortalanmış avtomobillər sığorta obyektl əri üçün müqavilə üzrə müəyyən olunmuş sığorta haqlarını ödəməyi, Sığortaçı-iddia ərizəsi üzrə cavabdeh isə ödəniş müqabilində sığorta müddəti ərzində bu müqavilə ilə sığorta təminatı verilmiş sığorta riskləri nəticəsində baş verməsi halında sığorta predmetinin zədələnməsi və ya məhv olmasına görə bu müqavilənin şərtlərinə uyğun olaraq buraxdığı sığorta şəhadətnaməsinin müddəti ərzində sığorta ödənişini verməyi öhdəsinə götürmüşdü. Müqavilə şərtlərinə (7-ci bənd) uyğun olaraq müqavilə 12 ay müddətinə müəyyən olunmuşdur. Müqavilə və sığorta şəhadətnamələrinin qüvvədə olduğu müddətdə tərəflər qarşılıqlı olaraq öhdəliklərini 100% icra edildikdən sonra cavabdeh tərəfindən müqavilənin 13.3.2-ci bəndinin şərtlərini rəhbər tutaraq məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xx xxxx 2017-ci il tarixli, 2-2(103)367/2017 saylı qətnaməsi ilə iddiaçıdan cavabdehə 190.047,58 manat əlavə sığorta haqqının tutulması qət edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilmiş və bundan sonra xx.xx.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək əlavə sığorta haqqının ödənildiyini nəzərə alaraq “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta müqaviləsi” üzrə öhdəliklərinin icra etməsini və həmin ərizəyə qoşmada siyahısı göstərilən avtomobillərə yeni sığorta şəhadətnamələrinin verilməsini cavabdehdən xahiş etmişlər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli 15/2496 saylı məktubu ilə müqavilə və sığorta şəhadətnamələri üzrə müddət bitdiyindən yeni şəhadətnamələrin verilməsinin qeyri-mümkün olduğu göstərilmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin də istinad etdiyi və qətnamənin qəbulunda əsas götürdüyü tərəflər arasında bağlanmış sığorta müqaviləsinin 13.3.2-ci bəndinə əsasən “Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərtilə hazırkı müqavilənin hərəkətini bərpa etmək olar”. Digər tərəfdən, məhkəmə yuxarıda adı çəkilən qətnaməni qəbul edərkən də müqavilə müddəti bitmişdir. Lakin buna baxmayaraq, məhkəmə bu hala Mülki Məcəllənin 903.2 və 390.1-ci maddələri baxımından qiymət verərkən hesab etmişdir ki, cavabdeh tərəfindən sığorta haqqı ödənildiyindən müqaviləyə xitam verilə bilməz. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2( 103)367/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə sığorta haqqı xx xxxxxxxx 2018-ci il tarixində cavabdehə tam şək ildə ödənilmişdir. Lakin bu ödənişin qarşılığında cavabdeh tərəfindən şəhadətnamələr təqdim edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-2(81)-609/2019 saylı iş) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş qətnamələrdən görünür ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış MTRC-LZ 025/1674-014 nömrəli müqavilənin 13.3.2-ci maddəsində ümumi zərərlilik dərəcəsi 100%-dən yuxarı olduğundan, məhz 190.047,58 manat əlavə sığorta haqqının ödənilməsi “xxxx” Sığorta Şirkətinə həvalə edilmişdir. Həmçinin məhkəmə qətnaməsində x xxx 2014-cü il tarixli müqaviləyə sonuncu əlavənin 2014-cü ilin dekabr ayında bağlanaraq cavabdehin maşınlarına təminat v erilməsi və təminatın 2015-ci ilin dekabr ayına kimi verilməsi nəzərə alınarsa, bu hal belə qənaətə gəlməyə əsas verir ki, müqavilə 2015-ci ilin dekabr ayına kimi qüvvədə olduğu öz əksini tapmışdır. Belə olan təqdirdə iddiaçının “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta müqaviləsi”nin müddətinin uzadılmış hesab edilməsi və yeni sığorta şəhadətnamələrinin verilməli olduğu anlamına gəlmir. MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4məruzəçi, X1 və X2, 2-2(103)-644/2019 saylı iş) xx xxxxxxxx 2019-cu il tarixli qətnamə si ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxt olan müddət uzadıldıqda yeni müddət bitmiş müddətin sonundan hesablanır. (Mülki Məcəllə 367.1, 369.8-cu maddələr) İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2( 103)-367/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə sığorta haqqı xx xxxxxxxx 2018ci il tarixində cavabdehə tam şəkildə öd ənilmişdir. Lakin bu ödənişin qarşılığında cavabdeh tərəfindən şəhadətnamələr təqdim edilməmişdir. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 424.3, 551.2.4, 441, 445.1, 445.2.1-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Tərəflər arasında bağlanmış x xxx 2014-cü il tarixli “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta müqaviləsi”nin 2-ci bəndinə əsasən sığortalı (bu işdə iddiaçı) müqavilə ilə müəyyən olunmuş sığorta haqlarını ödəməyi, Sığortaçı (bu işdə c avabdeh) isə bunun müqabilində sığorta müddəti ərzində müqavilə ilə sığorta təminatı verilmiş sığorta riskləri nəticəsində sığorta hadisənin baş verməsi halında sığorta predmetinin (qrup halında sığorta zamanı hər hansı bir sığorta predmetinin) zədələnməsi və ya məhv olmasına görə müqavilənin şərtlərinə uyğun olaraq sığorta ödənişini verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13.3.1-ci bəndinə müvafiq olaraq ümumi zərərlik dərəcəsi 100%-dən az olduqda, sığortaçı sığortalıya müəyyən miqdarda sığorta haqqını qaytarır. Müqavilənin 13.3.2-ci bəndinə əsasən, zərərlik dərəcəsi 100%-dən yuxarı olduqda hazırkı müqavilə üzrə bütün sığorta olunmuş sığorta şəhadətnamələrinə dair zərərlər üzrə sonrakı ödənişlər həyata keçirilmir. Sığorta tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərtilə hazırkı müqa vilənin hərəkətini bərpa etmək olar. Bütün hesablamalar müvafiq düsturlarla müəyyən olunur. Tərəflər arasında əlavə sığorta haqqının ödənilməli olması ilə bağlı əvvəllər mübahisə yaranmış, qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi üzrə iddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “əlavə sığorta haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi təmin edilərək, İddiaçı ASC-dən Cavabdeh Sığorta Şirkəti ASC-nin xeyrinə 190.047,58 manat əlavə sığorta haqqı tutulması qət edilmişdir. İddiaçı hesab edir ki, məhkəmə qətnaməsini icra edərək 190.047,58 manat əlavə sığorta haqqını cavabdehə ödədiyindən, cavabdeh də müqavilənin 13.2.2-ci bəndinə əsasən x xxx 2014-cü il tarixli “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığ orta müqaviləsi”nin hərəkəti bərpa edilməlidir. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında bağlanmış müqavilənin 13.2.2-ci bəndində olan şərt “ümumi zərərlik dərəcəsi 100%-dən yuxarı olduqda sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi”nin tələb hüququnu müstəsna şəkildə sığortaçıya vermiş və bunun qarşısında sığortalıya müqavilənin vaxtının uzadılması tələb hüququ verilməmişdir. Məhkəmə bu şərtin müqavilə azadlığı prinsipinə, eləcə də, etimad və vicdanlılıq prinsiplərinə uyğun gəldiyini bildirir. İddiaçının, tərəflər arasında yaranmış bu işgüzar əlaqələrdən kənara çıxaraq “müqavilənin müddətinin uzadılmış hesab edilməsi” tələb etməsi yuxarıda göstərilən səbəblərdən başqa həm də Mülki Məcəllənin 425.1-ci maddəsində nəzərdə tutulmuş vicdanlılıq prinsipi i lə də ziddiyyət təşkil etdiyi üçün əsassızdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən sığorta şirkəti ilə sığortalı arasında bağlanmış müqavilənin 13.3.2-ci bəndində ümumi zərərlilik dərəcəsi 100%-dən yuxarı olduğundan, məhz 190.047,58 manat əlavə sığorta haqqının ödənilməsi sığorta şirkətinə həvalə edilmişdir. Həmçinin məhkəmə qətnaməsində x xxx 2014-cü il tarixli müqaviləyə sonuncu əlavənin 2014-cü ilin dekabr ayında bağlanaraq cavabdehin maşınlarına təminat verilməsi və təminatın 2015-ci ilin dekabr ayına kimi verilməsi nəzərə alınarsa, bu hal belə qənaətə gəlməyə əsas verir ki, müqavilə 2015-ci ilin dekabr ayına kimi qüvvədə olduğu öz əksini tapmışdır. Belə olan təqdirdə iddiaçının “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta Müqaviləsi”nin müddətinin uzadılm ış hesab edilməsi və yeni sığorta şəhadətnamələrinin verilməli olduğu anlamına gəlmir. MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yaz ışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 13.3.2-ci bəndinin təfsiri ilə bağlı heç bir araşdırma aparılmamış, tərəflərin iradə ifadəsinə aydınlıq gətirilməmiş, iddiaçının əlavə sığorta haqqının ödənilməsi şərti ilə müqavilənin hərəkətinin bərpa edilməsi nəyi ehtiva etdiyi və hansı məna daşıdığı, hansı dövrün nəzərdə tutulduğu müəyyən edilməmişdir. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış x xxx 2014-cü il tarixli müqavilənin 13.3.2-ci bəndində nəzərdə tutulan şərtlərin hansı vaxtdan, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan, yoxsa bu işdə olan iddiaçının məhkəmə qərarını icra etdiyi vaxtdan öhdəliklərin dəyişdirilməsini müəyyən etməmişdir. Mülki Məcəllənin 903.1-ci maddəsinə əsasən, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 903.4-cü maddəsinə əsasən, müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. İddiaçı iddiasında bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarını xx xxxxxxxx 2018-ci il tarixdə icra etmişdir, yəni əlavə sığorta haqqını həmin vaxt ödəmişdir. Məhkəmə əlavə sığorta haqqının ödənildiyi vaxtı müəyyən etməmiş, müqavilənin hərəkətinin bərpasının xx xxxxxxxx 2018-ci il tarixdən sayılıb-sayılmaması ilə bağlı tərəflərin münasibətini öyrənməmişdir. Apellyasiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə istinad edərək qeyd etmişdir ki, qətnamədə x xxx 2014-cü il tarixli müqaviləyə sonuncu əlavənin 2014-cü ilin dekabr ayında bağlanaraq cavabdehin ma şınlarına təminat verilməsi və təminatın 2015-ci ilin dekabr ayına kimi verilməsi nəzərə alınarsa, bu hal belə qənaətə gəlməyə əsas verir ki, müqavilə 2015-ci ilin dekabr ayına kimi qüvvədə olduğu öz əksini tapmışdır. Hazırkı işdə x xxx 2014-cü il tarixli müqavilənin 2015-ci ilin dekabr ayınadək qüvvədə olmasına və sığorta şəhadətnaməsinin verilməsinə dair işdə sübut mövcud olmamışdır. x xxx 2014-cü il tarixli müqavilənin 2015-ci ilin dekabr ayınadək qüvvədə olmasının müqavilənin 13.3.2-ci bəndi ilə əlaqəli olması, habelə 2015-ci ilin dekabr ayına qədər sığorta şəhadətnaməsinin verilməsi xx xxxxxx 2017-ci il tarixli qətnamə ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin Plenumunun xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. x xxx 2014-cü il tarixli müqavilənin 2015-ci ilin dekabr ayınadək qüvvədə olması barədə əlavənin mövcudluğu, buna uyğun sığorta şəhadətnaməsinin verilməsi, habelə əlavə sığorta haqqı ödənilə qədər (ödənilməmiş) müqavilənin müddətinin 2015-ci ilin dekabr ayına qədər qüvvədə qalması, bunların müqavilənin 13.3.2-ci bəndi ilə əlaqəli olması əvvəlki işdə məhkəmə tərəfindən araşdırılıb qiymətləndirilmədiyindən bu hissədə məhkəmə MPM-in 82.3-cü maddəsinə istinad etməkdə haqlı olmamışdır. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir (MPM-in 377-ci maddəsi). MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri) müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, h ər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Bəhs edilənlərə əsasən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə kol legiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-644/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar