Məhkəmə qərarları › İş №2-2(102)-270/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-270/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-270/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh MMC-ə qarşı “185.001,41 avro məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dairiş üzrə QƏRAR Açar sözlər: tərəflər yazılı şəkildə bağladıqları müqavilə ilə mübahisə aidiyyatını müəyyən etmişlər və mübahisənin istər İtaliya Respublikasının, istərsə də müştərinin hüquqi ünvanın olduğu Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətlərinə aid edilməsində iddiaçı tərəfin seçim hüququ saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər X4, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibd ə, məhkəmə iclasının katibi X2, iddiaçı “İddiaçı” Şirkətinin vəkili və nümayəndəsi X5, Cavabdeh MMC-in nümayəndəsi X3, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “İddiaçı” Şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 mart tarixli 2-2(103)-62/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İtaliya Respublikasında qeydiyyata alınmış “İddiaçı” Şirkəti (bundan sonra-Şirkət) ilə Azərbaycan Respublikasında qeydiyyata alınmış Cavabdeh MMC (bundan sonra-MMC) arasında malların göndərilməsinə dair müqavilə bağlanmışdır.

2. Həmin müqaviləyə əsasən Şirkət tərəfindən MMC-ə göndərilmiş mallara görə MMC-in 160.001,41 avro məbləğində borcu yaranmışdır. 3. 2015-ci il 1 yanvar tarixli sənəddə qeyd edilmişdir ki, Şirkət bununla bəyan edib bildirir ki, sizə Şirkətin avadanlıqlarının gələcəkdə qüvvədə olan prays-listə (qiymətlər cədvəlinə) müvafiq olaraq alışı üçün təmin edə biləcəyi kommersiya alqı-satqı şərtlərini təsdiq edir. 4. 2016-cı il 10 may tarixli ödəniləcək hesab-faktur-təkrar ödəmə sənəddə qeyd edilmişdir ki, “Bu arayış verilir ondan ötrü ki, həqiqətən cavabdeh MMC-in iddiaçı Şirkətə borclu olduğu məbləğ 201.638,68 avro təşkil edir ki, bu da Şirkətin MMC-ə aşağıda göstərilmiş hesab-faktura müvafiq olaraq təchiz etdiyi mallardan yaranmışdır: (Sifarişçinin adı MMC, qaimə **********, sənəd xx/xx/2015, qaimədəki qiymət 2.480,27 avro, ödəmə tarixi xx.xx.2015; Sifarişçinin adı: MMC, qaimə **********, sənəd xx.xx.2015, qaimədəki qiymət 4.249,53 avro, ödəmə tarixi xx.xx.2016; Sifarişçinin adı: MMC, qaimə **********, sənəd xx.xx.2015, qaimədəki qiymət 199.869,42 avro, ödəmə tarixi xx.xx.2016;) 5. 2016-cı il 11 noyabr tarixli ödəniləcək hesab-faktur-təkrar ödəmə sənəddə qeyd olunmuşdur ki, “Bu arayış verilir ondan ötrü ki, həqiqətən MMC-in Şirkətə borclu olduğu məbləğ 201.638,68 avro təşkil edir ki, bu da Şirkətin MMC-ə aşağıda göstərilmiş hesab fakturaya müvafiq olaraq təchiz etdiyi mallardan yaranmışdır: (sifarişçi kodu 102166, Sifarişçinin adı: MMC, qaimə **********, sənəd xx.xx.2015, qaimədəki qiymət – 2.480,27 avro, ödəmə tarixi xx.xx.2015; sifarişçi kodu 102166, Sifarişçinin adı: MMC, qaimə **********, sənəd xx.xx.2015, qaimədəki qiymət 4.249,53 avro, ödəmə tarixi xx.xx.2016; sifarişçi kodu 102166, Sifarişçinin adı: MMC, qaimə **********, sənəd xx.xx.2015, qaimədəki qiymət 199.869,42 avro, ödəmə tarixi xx.xx.2016; sifarişçi kodu 102166, Sifarışçinin adı: MMC, qaimədəki qiymət 201.638,68 avro)

6. Tərəflər arasında bağlanmış malların göndərilməsinə dair müqavilənin: -1.1-ci bəndinə görə, bu sənəd birbaşa müştərilər üçün nəzərdə tutulub Şirkətin “Müştərilər”i) -1.2-ci bəndinə görə, sənədin məqsədi Şirkət ilə hər bir Müştəri arasında bağlanmış bütün alqı-satqı müqavilələrini (Şirkət tərəfindən yerinə yetirilən montaj işləri istisna olmaqla) tənzimləyəcək müddəaları (bundan sonra “Ümumi satış şərtləri”) müəyyən etməkdən ibarətdir. -1.3-cü bəndinə görə, ümumi satış şərtləri ilə tənzimlənən satış müqavilələri “CAME”, “BPT” və “xxxxxxxxxx” markalı mallara aid olacaq. -3.2-ci maddəsinə görə, satış müqaviləsi aşağıdakı hallardan sonra bağlanmış hesab edilir: a) Şirkə tin alış sifarişini təsdiq etməsi; b) Şirkətin alış sifarişini yerinə yetirməsi. - 3.3-cü bəndinə görə, müqavilənin hazırki ümumi şərtlərinin müddəalarına yaxud da alış sifarişinin ayrıca müddəalarına dair hər hansı dəyişikliklər və ya əlavələr onların Şirkət tərəfindən yalnız yazılı şəkildə bəyənildikdən sonra hüquqi qüvvəyə malik olacaq. Alış sifarişinə dəyişikliklər olunduqda, Şirkət həm dəyişiklikləri, eləcə də məhsulun alışına dair ilkin sifarişi ləğv etmək hüququnu qoruyub saxlayacaq. - 3.4-cü bəndinə görə, alış sifarişlərində qeyd edilmiş malların çatdırılması tarixi həmişə müstəsna olaraq yönəldici xüsusiyyət daşıyır və mümkün ola biləcək ləngimələr təzminatın alınması və ya müqavilənin pozulması üçün əsas ola bilməz. Xüsusilə də, Şirkət, onun iradəsindən, Müştərinin hüquqi vəziy yətinin dəyişməsindən, xammalın və ya ehtiyat hissələrinin alınması ilə əlaqədar çətinliklərdən asılı olmayan fors-major hallarının və ya hadisələrinin baş verməsi halında təchiz etmə müddətlərinin uzadılması və ya sifarişin ləğv edilməsi hüququnu qoruyub saxlayır. - 4.1-ci bəndinə görə, malların çatdırılması onların istehsal yerində, yəni Şirkətin hüquqi ünvanında həyata keçirilir. - 4.2-ci bəndinə görə, mallar X14–də franko-zavod şərtlərində (İnkoterms 2010) təchiz edildikdə mallara görə məsuliyyətin ötürülməsi malların Şirkət ilə həmçinin, onların daşınmasına görə xərcləri öz üzərinə götürən müştəriyə çatdırılması anında baş verir. - 4.3-cü bəndinə görə, Şirkət, müştərinin tapşırığı ilə və onun adından daşınma yolunu və həmçinin daşıyıcını müəyyən edir. - 14.1-ci bəndinə görə, satışın ü mumi şərtlərinə müvafiq olaraq bağlanmış satış müqavilələri italyan qanunvericiliyin normalarına müvafiq olaraq tənzimlənir və şərh edilməlidir. Bu halda hər hansı digər qanunvericiliyin tətbiq olunması istisna edilir. - 14.2-ci bəndinə görə, yuxarıda sadalanan şərtlərlə bağlı bütün mübahisə və fikir ayrılıqdan İtaliya, Trevizo şəhəri Məhkəməsinin italyan yurisdiksiyasının səlahiyyəti daxilində olacaq, istənilən halda Şirkət, Müştərini sonuncunun hüquqi ünvanının olduğu ölkənin Məhkəməsinə çağırmaq hüququnu qoruyub saxlayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Şirkət cavabdeh MMC-ə qarşı 2018-ci il 25 iyun tarixində iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən 160.001,41 avro məbləğində borc un və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Sonradan Şirkət məhkəməyə iddianın həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən 185.001,41 avro məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İtaliyada qeydiyyata alınmış Şirkət ilə Azərbaycan Respublikasında qeydiyyata alınmış MMC arasında malların göndərilməsinə dair müqaviləyə əsasən Şirkət tərəfindən MMC-ə göndərilmiş mallara görə MMC-in 160.001,41 avro məbləğində borcu yaranmış, borcun ödənilməsi ilə əlaqədar Şirkət tərəfindən MMC-ə dəfələrlə xəbərdarlıq olunmasına və danışıqlar aparılmasına baxmayaraq, MMC müqavilə üzrə borcunu ödəməkdən yayınmış, sonuncu dəfə Şirkətin nümayəndəsi tərəfindən MMC-ə rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, cavabdeh tərəfindən borc tam şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacaqdır.

10. İddiaçının xəbərdarlıqlarına baxmayaraq cavabdeh borcun ödənişini nəinki tam şəkildə, heç qismən də həyata keçirməmiş və bununla öhdəliklərini kobud surətdə pozmuşdur.

11. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən müqavilənin predmetini Şirkət tərəfindən istehsal olunan “CAME”, “BPT”, “xxxxxxxxxx” əmtəə nişanlı malların müqaviləyə uyğun olaraq MMC-ə satılması təşkil edir.

12. Müqaviləyə əsasən MMC, Şirkətdən malları almağı və Şirkət tərəfindən göndərilən malları Azərbaycan Respublikası ərazisində olan müştərilərə satmağı öz öhdəsinə götürmüşdür. 13. 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 2018-ci il 19 sentyabr tarixli, 2-2(82)564/2018 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh MMC-dən ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 185.001,41 avro məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Şirkətə ödənilməsi qət edilmişdir (hakim Rüstəm Kərimli).

14. Məhkəmə müəyyən etmişdir ki, işdə olan sənədlərə əsasən iddiaçı Şirkət tərəfindən cavabdeh MMC-ə tərəflər arasındakı razılaşmaya müvafiq malların göndərilməsi təsdiqini tapsa da, cavabdeh MMC-in bunun müqabilində ödəniş etməsinə dair hər hansı sübut məhkəmə icraatında təqdim olunmamışdır. Bu hal isə cavabdeh MMC tərəfindən müqavilənin şərtlərinin pozulması kimi qiymətləndirilməlidir və iddiaçı Şirkət 185.001,41 avro məbləğində pul vəsaitini cavabdeh MMC-dən tələb etməkdə haqlıdır.

15. Həmin məhkəmə qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.1.2, 385.1, 386.1, 389.1, 389.3, 390.1, 421.2, 425.1, 430.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 567, 568.1, 568.2, 597.1, 598, 627.1, 630.1, 632.1, 637.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2, 77.1, 78.1, 80, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh MMC həmin qətnamədən 2018-ci il 26 noyabr tarixində apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-137/2019 saylı, 2019-cu il 18 aprel tarixli qətnaməsi ilə cavabdeh MMC-in apellyasiya şikayəti təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-2(82)-564/18 saylı iş üzrə qəbul etdiyi 2018-ci il 19 sentyabr tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddiaçı Şirkətin cavabdeh MMC-ə qarşı 185.001,41 avro məbləğində borc və 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin olunmamışdır (sədrlik edən və məruzəçi hakim M.Tağızadə, hakimlər Ü.Mayılov, K.Abiyeva).

18. Məhkəmə belə qənaətə gəlmişdir ki, J ******* saylı CMR sənədi MMC-in adına tərtib edilsə də, həmin sənəddə yükü göndərən qrafasında Şirkətin nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında “xxxxxxx” şirkətinin nümayəndəsinin imza və möhürü olsa da, yükü qəbul edən qrafasında isə MMC-in imza və möhürü göstərilməmiş, qrafa boş saxlanılmışdır.

19. Belə olan halda iddiaçının iddia etdiyi malların MMC tərəfindən qəbul olunması halı öz təsdiqini tapmamış, iddiaçı tərəf 2016-cı il 10 may tarixli Şirkət ilə MMC arasında imzalanmış təkrar ödəmə planına istinad edərək cavabdehin göndərilmiş mallara görə borcunun olmasını bilavasitə etiraf etdiyini bildirmişdir.

20. İş materiallarının 57-58-ci səhifələrində kserosurət olmaqla əlavə olunmuş həmin sənədə əsasən cavabdehin Şirkətə 201.638,68 avro borcunun olması qeyd olunmuş, eyni zamanda həmin borcun ödənilməsi ilə bağlı yeni ödəniş cədvəli tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur.

21. Kollegiya sözügedən sənədin əslinin təqdim olunmasını təklif etsə də, iddiaçı tərəf həmin sənədin əslini nə birinci, nə də apellyasiya instansiya sı məhkəməsinə təqdim etmişdir.

22. İşin 58-61-ci səhifələrində isə həmin sənədin əslinin deyil, kserosurətinin tərcümə olunmuş surətinin notarial qaydada təsdiq olunmuş surəti borcun etirafı (qarşılıqlı üzləşmə aktı) olaraq mötəbər sənəd kimi qəbul olunmur.

23. Kollegiya təkrar ödəmə planı ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, həmin sənəddə cavabdehin iddiaçıya göndərilmiş mallara görə 201.638,68 avro borcunun olduğu göstərilsə də, hazırki tələbində iddiaçı 185.001,41 avro məbləğində borcun ödənilməsini tələb etmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda qeyd olunan fərqin nə ilə bağlı olmasını iddiaçı tərəfin borcu arzuladığı məbləğdə tələb etmək hüququnun olması ilə əlaqələndirmişdir.

24. İddiaçı istinad etdiyi Şirkətin nümayəndəsi ilə MMC-in qanuni təmsi lçisi Firuz Atakişiyev arasında e-mail yazışmalarının olması, həmin yazışmalarla sonuncunun borcla bağlı etirafı və ödənilmə ilə bağlı razılaşma əldə olunmasına cəhd etməsinin təsdiq olunduğunu bildirsə də, kollegiya qeyd olunan e-mail yazışmalarını hazırki mübahisənin həlli üçün mötəbər sübut kimi qəbul etmir.

25. Cavabdehin hazırki apellyasiya şikayətində qeyd etdiyi müqaviləyə əsasən tərəflər arasında bütün mübahisə və fikir ayrılıqlarının İtaliyanın Trevizo şəhəri Məhkəməsinin baxmalı olduğu, Azərbaycan Respublikası Məhkəmələrinin işə baxmağa səlahiyyətinin olmaması barədə dəlili ilə razılaşmayaraq qeyd edir ki, MPM-in 40.2-ci maddəsinə görə tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır.

26. İddiaçı Şirkə t kassasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını və və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 oktyabr tarixli 2-2(103)-422/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 aprel tarixli 2-2(103)-137/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir (sədrlik edən və məruzəçi hakim Z.Quliyev, hakimlər N.Rəsulbəyova və İ.Hüseynov).

28. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən malların daşıma yolu və d aşıyıcısı MMC-in tapşırığı ilə müəyyən olunmasının şərtləndirilməsinə baxmayaraq iş materiallarında iddia edilən malların göndərilməsi ilə bağlı Şirkətə cavabdeh tərəfindən hər hansı sifarişin verilməsi, malların daşınması üçün “xxxxxxx” şirkətinə təhvil verilməsi barədə cavabdeh tərəfindən iddiaçıya tapşırığın verilməsi barədə hər hansı rəsmi sənəd müəyyən olunmamışdır.

29. Şirkətə məxsus mallar “xxxxxxx” şirkətinə məxsus “xxxxxxxx” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə Azərbaycanda fəaliyyət göstərən və MMC-ə daşıma xidmətləri həyata keçirən ASE (X12) şirkətinin göstərişi əsasında yüklənmiş, lakin həmin malların yüklənməsinin cavabdeh MMC-in ASE (X12) şirkətinə verdiyi hər hansı sifariş əsasında və ya bu barədə MMC-in ASE X12 şirkəti arasında daşıma müqaviləsi üzrə öhdəliklə bağlı olm ası iş materialları ilə öz təsdiqini tapmamışdır.

30. Apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən birmənalı şəkildə müəyyən olunmuşdur ki, Şirkətə məxsus malların Azərbaycanda məhz daşıma xidmətləri ilə bağlı fəaliyyət göstərən ASE (X12) şirkətinin göstərişi ilə “xxxxxxx” şirkətinə məxsus “xxxxxxxx” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yüklənməsi müəyyən olunmuşdur.

31. Burada ən azı “xxxxxxx” şirkətinin hazırki mübahisə ilə bağlı mövqeyi öyrənilməli idi və ya onu üçüncü şəxs qismində cəlb edib işə baxılmalı idi.

32. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş həmin fakta malik olduğu və gündəmdə 185.001,41 avro məbləğində malların yerinin bəlli olmaması olduğu halda, sözügedən ASE şirkətini işə cəlb edərək həmin göstərişin kimin verdiyini və malların kimə çatdırıldı ğını müəyyən edib qanuni və əsaslı qətnamə qəbul etmək əvəzinə, məhkəmə tədqiqatını faktiki olaraq yarımçıq qoymaqla natamam şəkildə bitirmişdir ki, bu da MPM-in 88-ci maddəsinin pozulması anlamına gəlir.

33. Apellyasiya instansiya məhkəməsi 2015-ci il 01 yanvar tarixli kommersiya alqı-satqı şərtləri və Ümumi alqı-satqı şərtlərinin mübahisə və fikir ayrılıqlarının İtaliya, Trevizo şəhər Məhkəməsinin italyan yurisdiksiyasının səlahiyyətinə daxil olmasına, X1 hüquqi ünvanının olduğu ölkənin Məhkəməsinə çağırmaq hüququnun qoruyub saxlamasına, həmçinin “Satışın ümumi şərtlərinə müvafiq olaraq bağlanmış satış müqavilələrinin İtaliya qanunvericiliyi normalarına müvafiq olaraq tənzimlənməsi və şərh edilməsinə, bu halda hər hansı digər qanunvericiliyin tətbiq olunmasının istisna edilməsinə dair 14.1-ci və14.2-ci maddələrinin müddəalarını ümumiyyətlə nəzərə almamış, bu barədə hər hansı şərh verməmiş və onu qiymətləndirməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 mart tarixli 2-2(103)-62/2020 saylı qətnaməsi ilə cavabdeh MMC-in apellyasiya şikayəti təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-2(82)-564/18 saylı iş üzrə qəbul etdiyi 2018-ci il 19 sentyabr tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddiaçı Şirkətin cavabdeh MMC-ə qarşı 185.001,41 avro məbləğində borc və 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin olunmamışdır (sədrlik edən və məruzəçi hakim İ.Əhmədov, hakimlər C.Yusifov və V.Baxışova).

35. Həmin məhkəmə tərəfindən İtaliya mülki qanunvericiliyinin əldə olunması ilə bağlı hərəkətlər olunmuş və həmçinin İtaliyanın Azərbaycan Respublikasındakı səfirliyinə də “Rus və Azərbaycan dillərində İtaliya Mülki Məcəlləsinin (4 kitab: öhdəliklər barədə) səfirliyin kitabxanasında mövcud olduğu halda məcəllənin məhkəməyə təqdim edilməsi” məzmununda məhkəmə sorğusu göndərilmişdir. 36. 2020-ci il 6 mart tarixində səfirlik tərəfindən məhkəməyə daxil olmuş cavab məktubunda qeyd olunmuşdur ki, “Sözügedən məcəllənin 2020-ci ildə yenilənmiş nüsxəsi bu səfirlikdə hələ mövcud deyil, lakin həmin nüsxə səfirliyə göndərilənə kimi İtaliya Mülki Məcəlləsi ilə qeyd olunan link vasitəsilə ingilis dilində dərhal tanış olmaq mümkündür. İstənilən halda, Məcəllənin kitab nüsxəsi səfirliyə çatan kimi o həmin məhkəməyə yönləndirəcək”. 37. “Beynəlxalq xüsusi hüquq haqqında” qanunun 2.1-ci maddəsinə görə, xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.

38. Həmin Qanunun 2.2-ci maddəsinə görə, bu Qanunun 2.1‐ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.

39. Məhkəmə daha sonra bildirmişdir ki, tərəflər yazılı şəkildə bağladıqları müqavilə ilə mübahisə aidiyyatını müəyyən etmişlər və mübahi sənin istər İtaliya Respublikasının, istərsə də müştərinin hüquqi ünvanın olduğu Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətlərinə aid olunmasında iddiaçı tərəfin seçim hüququ saxlanmışdır.

40. Belə olan halda hazırki mübahisəyə Azərbaycan Respublikası Məhkəməsində baxılaraq hüquqi qiymət verilməsi qanunvericiliyin tələblərinə və tərəflərin razılaşmasına uyğundur.

41. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş “X13” şirkətinin nümayəndəsi X6 bildirmişdir ki, hazırki mübahisə ilə bağlı olan yüklərin daşınması və ya o yüklərin “xxxxxxx” şirkətindən alınması ilə bağlı hər hansı sənədlər mövcud deyildir, lakin indiyədək cavabdeh tərəfindən bu yüklərlə bağlı hər hansı şikayət olmadığı üçün yüklər çox güman ki, təhvil ve rilmişdir. 42. “xxxxxxx” adlı şirkət Azərbaycan Respublikasında fəaliyyət göstərmədiyi və Xorvatiyada qeydiyyata alınan hüquqi şəxs olduğu üçün həmin şirkət üçüncü şəxs kimi icraata cəlb olunmamışdır.

43. Bu məhkəmə qətnaməsi ilə əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, Ümumi satış şərtlərinin 3-cü bəndinin tələblərinə əsasən, müştəri MMC almaq istədiyi mallara dair yazılı sifariş tərtib etməli və satıcıya göndərməli idi.Həmin oferta satıcıya çatdırıldığı andan 30 gün ərzində qüvvədə sayılırdı. Şirkətin həmin sifarişi təsdiqləməsi və ya sifarişin icrasına başlaması, onun ofertanı qəbul etməsi, tərəflər arasında müqavilənin bağlanması nəticəsini doğura bilərdi, lakin iş materiallarında iddia olunan malların cavabdeh MMC tərəfindən sifariş edilməsinə dair sübut mövcud deyildir.Başqa s özlə, MMC-in həmin malların alışı barədə təkliflə Şirkətə müraciəti müəyyən olunmur.Tərəflər arasında iddia olunan malların alqı-satqısına dair müqavilənin bağlanması nəticəsinə gəlmək üçün hər hansı əsas yoxdur. Bağlanmamış müqavilə, hər hansı hüquqi nəticə, o cümlədən cavabdehin iddiaçıya pul ödəmək öhdəliyini doğura bilməz.İşdəki yük sənədinə (CMR J 2396908) əsasən Şirkətin, “xxxxxxx” şirkətinə məxsus “xxxxxxxx” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə malları yükləməsi müəyyən olunsa da, həmin malların yüklənməsinin cavabdeh MMC-in “X12” şirkətinə verdiyi hər hansı sifariş əsasında və ya bu barədə MMC ilə “X12” şirkəti arasında daşıma müqaviləsi üzrə öhdəliklə bağlı olması iş materialları ilə öz təsdiqini tapmamışdır.

44. J ******* saylı CMR sənədi cavabdeh MMC-in adına tərtib edilsə də, həmin sənəddə yükü göndərən qrafasında iddiaçı Şirkətin nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında “xxxxxxx” şirkətinin nümayəndəsinin imza və möhürü olsa da, yükü qəbul edən qrafasında MMC-in imza və möhürü göstərilməmiş, qrafa boş saxlanılmışdır. Odur ki, sözügedən qaimə (CMR) iddia olunan malların cavabdeh MMC tərəfindən qəbul edilməsini təsdiqləyən sübut qismində qəbul oluna bilməz.

45. Məhkəmənin qətnaməsi MMC-ə 2020-ci il 10 mart tarixində, Şirkətə isə 2020-ci il 18 may tarixində göndərilmiş və iddiaçının kassasiya şikayəti 2020-ci il 20 iyul tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

46. İddiaçı Şirkət kassasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını və borcun ödənilməsi tələbinə dair iddianın tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahi ş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. Şirkət ilə MMC arasında imzalanmış 2015-ci il 1 yanvar tarixli müqavilənin 14.2-ci maddəsində qeyd olunmuşdur ki, müqavilə ilə bağlı bütün mübahisə və fikir ayrılıqları İtaliya, Trevizo şəhəri məhkəməsinin italyan yurisdiksiyasının səlahiyyəti daxilində olacağı, lakin istənilən halda Şirkət müştərini onun hüquqi ünvanının olduğu ölkənin məhkəməsinə çağırmaq hüququna malikdir.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 oktyabr tarixli, 2-2(102)422/2019 saylı qərarında müqavilənin 14.2-ci maddəsinə istinad edilərək, Şirkətin müştərinin hüquqi ünvanının olduğu ölkənin məhkəməsində iddia qaldırmaq hüququ olsa da işə baxılan zaman İtaliya qanunvericiliyinin tətbiq edilməli old uğu qeyd olunmuş və işə İtaliya qanunvericiliyi əsasında baxılması üçün təkrar apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

49. İşə baxan Bakı Apellyasiya Məhkəməsi səfirliyin cavabı ilə kifayətlənərək əlavə hər hansı prosessual hərəkət etmədən işə İtaliya qanunvericiliyini tətbiq etməmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsi əlavə prosessual hərəkətlər etməklə (misal üçün, mübahisəli hüquqi məsələlər müəyyən olunaraq İtaliya qanunvericiliyini bilən mütəxəssisdən hüquqi rəy almaq vəzifəsini tərəflərin üzərinə qoya bilər və ya bunun üçün şərait yarada bilərdi) İtaliya qanunvericiliyi tətbiq edə bilərdi. Bunun əksinə, Bakı Apellyasiya Məhkəməsi formal mülahizələrə əsaslanaraq işə İtaliya qanunvericiliyini tətbiq etməli olduğu halda bunu etməmiş və Ali Məhkəmənin 2019-cu il 3 oktyab r tarixli, 2-2(102)-422/2019 saylı qərarına zidd olaraq Azərbaycan qanunvericiliyini tətbiq etmişdir.

50. Hazırki işdə Bakı Apellyasiya Məhkəməsi Ali Məhkəmənin məcburi göstərişlərinə əməl etməmiş, formal araşdırma aparmış, İtaliya qanunvericiliyini tətbiq etməmiş, bunun üçün bütün prosessual imkanlardan səmərəli istifadə etməmiş və ASE şirkətinin nümayəndəsini məhkəmə iclasına dəvət edib onun izahatını alsa da buna düzgün hüquqi qiymət və sübuti əhəmiyyət verməmişdir.

51. Apellyasiva instansiya məhkəməsi tərəfindən tərəflər arasında müqavilə münasibətləri nə Azərbaycan Respublikası qanunvericiliyinə, nə də İtaliya qanunvericiliyinə əsasən düzgün şərh olunmamış, təkrar ödəmə planı, e-mail yazışmaları sübut kimi düzgün qiymətləndirilməmiş və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

52. İtaliya Mülki Məcəlləsinə əsasən, müqavilənin bağlanılması üçün tərəflərin iradəsi ilə razılaşdırılmış forma və zəruri razılıq tələb olunur. Alqı-satqı müqaviləsi bağlamaq iradəsi şifahi ya qəti şəkildə ifadə oluna bilər. Xüsusən, tərəflər bir-birindən uzaq olduğu halda, təklif verən şəxsin akseptdən xəbərdar olduğu yerdə və vaxtda, bu həm şifahi qaydada (şifahi forma kifayət olarsa ), həm də yazılı məktub və ya e-maillər, həmçinin elektronik (dijital, İT və ya virtual) vasitə elan edilərsə müqavilə bağlanmış hesab olunur. Təklif vermiş tərəf təklifin qarşı tərəf tərəfindən qəbul edilməsindən xəbərdar olduğu andan müqavilə bağlanmış hesab olunur.

53. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. O cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

54. İtaliya qanunvericiliyi tərəflərə skan olunmuş sənədin elektron poçt yazışmaları vasitəsilə ötürülməsi ilə müqavilə bağlamağa imkan verdiyi üçün müqavilə və burada göstərilən ödəmə planı, İtaliya qanunvericiliyinə əsasən etibarlı sayılırlar.

55. İkinci apellyasiya icraatı zamanı ASE (X13) şirkəti üçüncü şəxs qismində məhkəməyə cəlb olunmuşdur. ASE şirkətinin səlahiyyətli nümayəndəsi X6 məhkəmə iclası za manı verdiyi şifahi ifadəsində ASE şirkətinə məxsus həmin e-mail yazışmalarını təsdiqləmiş, ASE şirkətinin sözügedən malların çatdırılması üçün MMC-in göstərişi əsasında hərəkət edərək Şirkət tərəfindən müəyyən olunmuş yerdən malların təhvil alındığını qeyd etmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən malların daşınma fəaliyyətini həyata keçirən ASE (X13) şirkətinin nümayəndəsinin məhkəmədə verdiyi ifadə sübut kimi dəyərləndirilməmişdir.

56. MMC-in direktoru verdiyi ifadədə sözügedən malların onlara çatdırılmadığını qeyd etsə də, bu vaxtadək ASE (X13) şirkətinə heç bir narazılıq bildirməmiş və ya hər hansı bir iddia irəli sürməmişdir. Bu isə öz növbəsində sözügedən malların MMC-ə çatdırıldığını göstərir. Əks halda, malların çatdırılmamasına görə MMC maddi ziyana uğraması səbəbindən daşınm a fəaliyyətini həyata keçirən ASE (X13) şirkətinə qarşı iddia irəli sürmək və dəymiş maddi ziyanı kompensasiya etmək hüququna malik idi.

57. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş e-mail yazışmalarına dair məhkəmənin şübhəsi var idisə, bununla bağlı e-mail yazışmalarının tərəfə (MMC-in qanuni təmsilçisi cənab Firuz Atakişiyevə) aid olub-olmamasını müəyyən etmək üçün informasiya texnologiyaları sahəsində zəruri texniki biliyə malik mütəxəssisin və ya xüsusi biliyə malik ekspertin iştirakını təmin edə bilərdi. Məhkəmə bu hissədə araşdırma aparmamış və cavabdehin mülki məsuliyyətdən və öhdəliklərinin icrasından boyun qaçırmasına şərait yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə əlavə olunan hesab-faktura (Qoşma 4), yol-nəqliyyat, CMR (Qoşma 1) sən ədlər MMC-in adına hazırlansa da onların nəql olunması İtaliyanın Triyest şəhərinin NUOVO dayanacağında bitir. Bu malın son olaraq Azərbaycan Respublikası sərhədindən keçərək, MMC tərəfindən qəbul olunmasına dair sübut və dəlil təqdim olunmayıb. Belə olan halda iddiaçının kassasiya şikayətində iddia edilən borc faktiki mövcud deyildir.

59. Müqavilənin 4.3-cü bəndində qeyd olunur ki, Şirkət müştərinin tağşırığı ilə onun adından daşınma yolunu və həmçinin daşıyıcını müəyyən edir. Belə olan halda iddiaçı MMC adından verilən uyğun rəsmi tapşırığı məhkəməyə təqdim etməli idi.

60. Müqavilənin mülkiyyət hüququna dair 10-cu bəndində göstərilir ki, razılaşmaya müvafiq olaraq kimin sərəncamında olmasına baxmayaraq alınmış mallar müştəri onların qiymətini tam ödəməyincə Şirkətin mülkiyyətində qalır. Bu da bir daha sübut edir ki, dəyəri tərəfimizdən ödənilməyən, almadığımız malların üzərində MMC-in hüququ olmamışdır.

61. J ******* saylı CMR sənədi MMC-in adına tərtib olunsa da, həmin sənəddə yükü göndərən qrafasında Şirkətin nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında “xxxxxxx” şirkətinin nümayəndəsinin imza və möhürü olsa da, yükü qəbul edən qrafasında isə MMC-in imza və möhürü göstərilməmiş, qrafa boş saxlanılmışdır.

62. İş materiallarına kserosurət olaraq əlavə olunmuş sənədə əsasən cavabdehin CAME-ə 201.638,68 avro borcunun olması qeyd olunmuş, eyni zamanda həmin borcun ödənilməsi ilə bağlı yeni ödəniş cədvəli tərtib edilmişdir.

63. Həmin sənəd tərəflərin imza və möhürləri ilə təsdiq olunmuş, lakin həmin sənədin əslinin apellyasiya instansiya məhkəməsi tərəfindən təqdim ol unmasının təklif edilməsinə baxmayaraq iddiaçı tərəf sənədin əslini məhkəməyə təqdim edə bilməmişdir.

64. Təkrar ödəmə planı ilə bağlı sənəddə cavabdehin iddiaçıya göndərilmiş mallara görə 201.638,68 avro borcunun olduğu göstərilsə də, hazırki tələbində iddiaçı 185.001,41 avro məbləğində borcun ödənilməsini tələb etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında qeyd olunan fərqin nə ilə bağlı olmasını iddiaçı tərəfin borcu arzuladığı məbləğdə tələb etmək hüququnun olması ilə əlaqələndirilmişdir.

65. İddiaçı istinad etdiyi iddiaçı şirkətin nümayəndəsi ilə MMC-in qanuni təmsilçisi F.Atakişiyev arasında e-mail yazışmalarının olması, həmin yazışmalarla sonuncunun borcla bağlı etirafı və ödəmə ilə bağlı razılaşma əldə olunmasına cəhd etməsinin təsdiq olunduğunu bildirsə də, qeyd olunan e-mail yazışmaları hazırki mübahisənin həlli üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Çünki e-mail yazışmaları yalnız onun tərəfindən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verdiyi hallarda (elektron imza, möhür olmaqla təsdiq edildiyi) sübut kimi qəbul oluna bilər.

66. Kassasiya şikayətinə qarşı etirazı da Azərbaycan Respublikası Milli Məclisinin 1996-cı il 12 mart qanunu ilə təsdiq edilmiş 1975-ci il noyabrın 14-də Cenevrədə qəbul olunmuş “BYD Kitabçası tətbiq olunmaqla beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasına, MPM-nin 76.1, 76.2-ci maddələrinə də istinad olunmaqla iddiaçının kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

67. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahatında kassasiya ş ikayətini müdafiə etdiyini, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu bildirdi.

68. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu, apellyasiya məhkəməsinin işə baxarkən heç bir maddi və prosessual hüquq pozuntusuna yol vermədiyini bildirdi, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

69. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona gör ə də, şikayət mümkün hesab edilmişdir.

70. İş üzrə cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

71. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜ QUQ BYD kitabçasının tətbiqi ilə beynəlxalq yük daşımaları haqqında Gömrük konvensiyası (BYD Konvensiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması QAYDALARİ”... 7.7. Daşıyıcı əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yükləri daşınma üçün qəbul etməməlidir. 7.9. Yükgöndərən və daşıyıcı əmtəə-nəqliyyat qaiməsinin hər bir nüsxəsini imzalamalıdır. 7.10. Yükgöndərən (yükalan) əmtəə-nəqliyyat qaiməsini doldurmaqdan imtina etdikdə və ya səhv doldurduqda, sürücü yükün qəbul olunması (təhvil verilməsi) faktını öz imzası ilə təsdiq edərək, əmtəə-nəqliyyat qaiməsinin hər bir nüsxəsinin arxa tərəfinin aşağı hissəsindəki boş yerdə bu barədə müvafiq qeydlər etməlidir....” Azərbay can Respublikası Mülki Məcəlləsi Maddə

10. İşgüzar adətlər 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır....” Maddə

12. Mülki hüquqların siyasi hüquqlardan asılı olmaması... 12.2. Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər. Maddə

331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 331.2. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gə lməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. 331.3. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. 331.4. Əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəf indən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. 331.5. Əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....” Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.[348] 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdir ilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Maddə

409. Aksept 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 409.2. Əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər. 409.3. Əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır. 409.4. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmay ıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.... 409.8. Əgər yazılı ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə, müqavilə bu şərtlə bağlanmış sayılır ki, oferta göndərmiş şəxs aksepti bu Məcəllədə müəyyənləşdirilmiş müddət qurtarana qədər, belə müddət müəyyənləşdirilmədikdə isə bunun üçün zəruri olan müddət ərzində almış olsun....”. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

72. Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin vəkilinin və nümayəndəsinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin 2020-ci il 10 mart tarixli, 2-2(103)-62/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

73. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

74. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda ka ssasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən olunub-olunmamasını da yoxlamalıdır.

75. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 2020-ci il 10 mart tarixli, 2-2(103)-62/2020 saylı qətnamə ilə cavabdeh MMC-in apellyasiya şikayətini təmin edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-564/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul olunması və iddiaçı Şirkətin cavabdeh MMC-ə qarşı 185.001,41 avro məbləğində borc və 30 manat dövlət rüsumunun tutulmaması qənaətinə gələrkən Mülki Məcəllənin 405.1, 405.2, 407.1-ci maddələrinə, “Beynəlxal q xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2-ci maddəsinə, Azərbaycan Respublikası Milli Məclisinin 1996-cı il 12 mart qanunu ilə təsdiq edilmiş 1975-ci il noyabrın 14-də Cenevrədə qəbul olunmuş “BYD Kitabçası tətbiq olunmaqla beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının 1, 3, 4, 5, 9, 11.1, 11.2-ci maddələrinə əsaslanmış, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki hallarının düzgün araşdırılmamasını, iş üzrə sübutların düzgün qiymətləndirilməməsini və bununla da səhv nəticəyə gəlindiyini göstərmişdir.

76. Ali Məhkəmənin Kommersiya Kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, 2-2(103)-62/2020 saylı qətnaməsi və həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti il ə əlaqədar olaraq aşağıdakıları qeyd edir.

77. Həmin şikayətdə apellyasiya instansiyası məhkəməsinin adı çəkilən qətnaməsində formal mülahizələrə əsaslanaraq işə İtaliya qanunvericiliyini tətbiq etməli olduğu halda bunu etmədiyi və Ali Məhkəmənin 2019-cu il 3 oktyabr tarixli, 2-2(102)-422/2019 saylı qərarına zidd olaraq Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq olunduğu göstərilir.

78. Məhkəmə kollegiyası kassatorun bu dəlili ilə razılaşmayaraq vurğulayır ki, doğurdan da tərəflər arasında bağlanmış 2015-ci il 1 yanvar tarixli Ümumi alqı-satqı şərtlərinin 14-cü bəndində bu şərtlərə uyğun olaraq bağlanmış alqı-satqı müqavilələrinin İtaliya qanunvericiliyi normalarına uyğun tənzimlənməsinin və təfsirinin olunması, bu zaman hər hansı digər qanunvericiliyin tətbiqinin istisna olması nəzərdə tutulmuşdur.

79. Bununla belə həmin məhkəmədə işə baxılarkən İtaliya mülki qanunvericiliyinin əldə olunması ilə bağlı hərəkətlər edilmiş, İtaliyanın Azərbaycan Respublikasındakı səfirliyinə də Rus və Azərbaycan dillərində İtaliya Respublikasının Mülki Məcəlləsinin Səfirliyin kitabxanasında mövcud olduğu halda bu məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu da göndərilmişdir.

80. Həmin Səfirliyin 2020-ci il 6 mart tarixli apellyasiya instansiya məhkəməsinə daxil olmuş cavab məktubunda adı çəkilən Məcəllənin 2000-ci ildə yenilənmiş nüsxəsinin bu səfirlikdə hələ mövcud olmadığı, lakin həmin Məcəllənin məktubda göstərilən link vasitəsilə ingilis dilində dərhal tanış ola bilinməsi göstərilmiş, onun kitab nüsxəsinin Səfirliyə daxil olan təqdirdə bu məhkəməyə göndərilməsi bildirilmişdir. 8

1. Bundan başqa, məhkəmə iclasının 2020-ci il 25 fevral tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçının vəkili (Fuad Qəşəmov) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə istinad edərək İtaliya qanunvericiliyinin tətbiqinin əlavə xərc tələb etdiyindən həmin Qanunun bu maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinə istinad edilməsi bildirilmişdir (2-ci cild i.v 176).

82. Həmin məhkəmənin 2020-ci il 10 mart tarixli məhkəmə iclas protokolunda isə o da görünür ki, həm iddiaçının vəkili (F.Qəşəmov), həm cavabdehin nümayəndəsi (Firuz Atakişiyev) hazırki işə ölkə qanunvericiliyi ilə baxılmasını xahiş etmişlər (2-ci cild i.v 184).

83. Beləliklə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2-ci maddələri nin tələblərinə uyğun olaraq hazırki iş üzrə tərəflərin ifadə etdikləri razılığa əsasən apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının qanununu tətbiq etməkdə haqlı olmuşdur.

84. İddiaçının kassasiya şikayətinə əlavə etdiyi hazırki iş üzrə İtaliya qanunvericiliyinə dair İtaliya Vəkillər Kollegiyasının vəkili cənab Riccardo Manfrininin verdiyi hüquqi rəy isə apellyasiya instansiya məhkəməsində işə baxılarkən təqdim edilməli olduğu halda, həmin məhkəməyə deyil, kassasiya instansiya məhkəməsinə təqdim olunmuşdur.

85. Məhkəmə kollegiyası həmçinin onu qeyd edir ki, Mülki Məcəllənin 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyində n asılı olmayaraq, işgüzar adət sayılır.

86. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.

87. Həmin Məcəllənin 331.3-cü maddəsində də qeyd olunmuşdur ki, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir.

88. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər (Mülki Məcəllənin 406. 3-cü maddəsi).

89. Beləliklə, yuxarıda göstərilən normaların təhlilindən aydın olur ki, müqavilə münasibətləri zamanı elektron vasitələrdən istifadə etməklə müqavilədən irəli gələn öhdəliklərin icrası məqsədilə yazışmaların tərəflər üçün hüquqi nəticələr yaratması inkar olunmur.

90. Belə ki, müasir dövrdə biznes mühitinin dinamik inkişafında elektron yazışmaları qarşılıqlı əlaqələrin qurulması və irəliləməsinin əsas amillərindən birinə çevirilmişdir. Müqavilə tərəflərinin (kontragentlərin) operativ surətdə, qısa zaman kəsiyində məlumat mübadiləsi yolu ilə razılaşma əldə etməsi imkanın elektron yazışmaların şərtsiz üstünlüklərindən biridir. Belə yazışma forması artıq kommersiya subyektlərinin müasir ünsiyyət vasitəsi kimi qəbul olunur.

91. Bununla belə, müqavilə tərəflərinin elektron yazışm alarının məqbul hesab olunması və sübutetmə bazasına aid edilməsi, yalnız belə yazışmaların kontragentlər tərəfindən müqavilənin icrası üsulu kimi qəbul etmələrini dəqiq müəyyənləşdirməyə imkan yaradan müəyyən şərtlərin mövcudluğu halında mümkündür.

92. Bu baxımdan tərəflər arasında bağlanmış müqavilədə ondan irəli gələn öhdəliyin icrası məqsədilə tərəflərin rekvizitlərində göstərdikləri elektron poçt ünvanlarına göndərilən məlumatlar (müqavilə, onunla bağlı yazışmalar, digər elektron sənədlər və s.) tərəflər üçün mühüm olmaqla hüquqi nəticələr yaradır.

93. Elektron məlumatların həqiqiliyi məsələsinə gəldikdə isə o, belə məlumatı göndərənin (məlumatı qəbul edənin) eyniləşdirilməsinin, onların belə səlahiyyətə malik olmalarının, elektron məlumatın özünün isə bilavasitə autentliyinin müəyy ənləşdirilməsi zəruriliyinin məcmusundan ibarətdir.

94. Bu baxımdan tərəflər arasında elektron məlumat mübadiləsinin sübut kimi qəbul edilməsi tərəflər arasında bağlanmış müqavilədə bu cür qeyd şərtin mövcudluğu ilə əlaqələndirilməməlidir.

95. Bununla əlaqədar o da nəzərdən qaçırılmamalıdır ki, şəxs(lər)in müəyyən hüquq münasibətlərinə daxil olmaq (onun subyektinə çevirilmək) arzusu şifahi yaxud da yazılı iradə ifadəsi formasından deyil, belə niyyətin olması nəticəsinə gəlməyə əsas verən davranışı konklüdent hərəkətlərdən də irəli gəlir və hüquqi nəticələr doğurur.

96. Belə ki, müqavilədə belə şərt nəzərdə tutulmasa da belə onun konragentləri elektron yazışmalar vasitəsilə müqavilədən irəli gələn öhdəliklərin icrası üçün elektron yazışma mübadilə edirlərsə bu konklüdent hərəkət olmaqla onl arın aralarındakı belə ünsiyyət formasını qəbul etmələri kimi qiymətləndirilməlidir.

97. İş materiallarından da görünür ki, tərəflər arasında elektron yazışmalar dəfələrlə aparılmışdır.

98. Təsadüfi deyildir ki, MPM-in 89.1-ci maddəsində göstərilmişdir ki, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun (MPM-in 89.2-ci maddəsi).

99. Lakin hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi MPM-in göstərilən bu normalarının tələblərinə ta m riayət etməmişdir.

100. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarındakı Şirkət ilə MMC arasında mövcud olan aparılmış yazışmalardakı MMC-in və onun qanuni nümayəndəsinin elektron ünvanlarının MMC-ə və onun qanuni təmsilçisi F.Atakişiyevə məxsus olması, F.Atakişiyevin belə səlahiyyətlərə malik olması, MMC tərəfindən Şirkətə göndərilmiş yazışmaların autentliyinin müəyyənləşdirilməsi, həmin yazışmaların kimə ünvanlanması, MMC tərəfindən göndərilmiş yazışmaların məhz Şirkətə (və yaxud onun səlahiyyətli nümayəndəsinə) məxsus olmasının müəyyənləşdirilməsi üçün informasiya texnologiyalar sahəsində tənzimləməni həyata keçirən müvafiq dövlət orqanının rəyi alınmalıdır.

101. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin 2019- cu il 3 oktyabr tarixli qərarında göstərmişdir ki, Şirkətə məxsus malların Azərbaycanda məhz daşıma xidmətləri ilə bağlı fəaliyyət göstərən “ASE (X13) Şirkətinin göstərişi ilə “xxxxxxx” şirkətinə məxsus “xxxxxxxxx” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yüklənməsi müəyyən edilmişdir. Burada ən azı xxxxxxx Şirkətinin hazırki mübahisə ilə bağlı mövqeyi öyrənilməli və ya onu üçüncü şəxs qismində cəlb edib işə baxılmalı idi.

102. Bununla belə, 2020-ci il 10 mart tarixli qətnaməni çıxarmış apellyasiya instansiyası məhkəməsi adı çəkilən Şirkətin Azərbaycan Respublikasında fəaliyyət göstərmədiyini və Xorvatiyada qeydiyyata alınan hüquqi şəxs olduğunu əsas götürərək onu üçüncü şəxs kimi icraata qəbul etməmişdir.

103. Halbuki, iş materiallarında olan J2396908 saylı CMR sənədi MMC-in adına tərtib ed ilmiş, bu sənəddə yükü göndərən qrafasında Şirkətin nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında “xxxxxxx” şirkətinin nümayəndəsinin imza və möhürünün olması görünür, yükü qəbul edən qrafasında isə MMC-in imza və möhürü göstərilməmiş və qrafa boş saxlanılmışdır.

104. Tərəflər arasında bağlanmış yuxarıda göstərilən müqavilənin 4.1-ci bəndinə görə malların çatdırılması onların istehsal olunduğu yerdə, yəni Şirkətin hüquqi ünvanında həyata keçirilir (müqavilənin 4.2-ci bəndinə əsasən franco-zavod şərti Dosso-di-Kazyer).

105. Apellyasiya instansiya məhkəməsi iclasının 2020-ci il 4 fevral tarixli protokolundan da görünür ki, hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilən Ase Şirkətinin nümayəndəsi bildirmişdir ki, ““xxxxxxxxx” qeydiyyat nömrəli nəqliyyat vasitəsi Ase Şirkətinə məxsus deyil, “xxxxxxx” şirkətinə aiddir, biz isə şərait yaratmışıq ki yük gətirilsin və çatdırılsın, mail yazışmalarına görə sifariş verən təşkilat Cavabdeh dur” (2-ci cild i.v 173). 106. 2020-ci il 10 mart tarixli məhkəmə iclas protokolunda da qeyd olunmuşdur ki, MMC tərəfindən malların göndərilməsi ilə bağlı onlara müraciət edilmiş, lakin nəqliyyat vasitələri olmadığına görə “xxxxxxx” şirkəti tərəfindən qeyd olunmuş nəqliyyat vasitəsi həmin ünvana göndərilmişdir (2-ci cild i.v 176).

107. Apellyasiya instansiya məhkəməsi isə Ase Şirkətinin nümayəndəsinin verdiyi izahatı onun şəxsi mühakiməsinə əsaslanması kimi qiymətləndirərək malların cavabdeh MMC-ə təqdim edilməsini təsdiqləyən sübut kimi qəbul etməmişdir.

108. Kassas iya instansiya məhkəməsi qeyd edir ki, hazırki mübahisə ilə bağlı mallar “xxxxxxx” şirkətinin nəqliyyat vasitəsinə yükləndiyindən MPM-in 83-cü maddəsinə əsasən məhkəmə tapşırığı verilməklə “xxxxxxx” şirkətinin mövqeyi mütləq öyrənilməlidir.

109. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, “xxxxxxx” Şirkəti ilə əlaqədar apellyasiya instansiya məhkəməsinin məhkəmə tapşırığının cavabı alındıqdan sonra zərurət yarandığı təqdirdə hazırki mübahisə üzrə göstərilən malların Azərbaycan Respublikasına gətirilib gətirilməməsi ilə bağlı gömrük orqanlarına məlumatı (rəyi) alınmaqla MPM-in 88-ci maddəsinə tələblərinə uyğun olaraq qiymətləndirilmə aparılmalı və mübahisə həll edilməlidir.

110. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İ ddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 mart tarixli, 2-2(103)-62/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar