Məhkəmə qərarları › İş №2-2(102)-270/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-270/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-270/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: pul tələbi 06.07.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı Cavabdeh MMC-nin vəkili iştirakı ilə, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə iddiasına dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 aprel tarixli 2-2(103)-456/2021 saylı qərar dadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. “İddiaçı” MMC (bundan sonra – “iddiaçı”) 2020-ci il 21 sentyabr tarixində Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən artıq ödənilmiş 8.960 manat məbləğin, 627,20 manat faiz məbləğinin və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 9.617,20 manat pul məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 yanvar tarixli e-2-2(113)-232/2021 saylı qətnaməsi ilə iddia rədd edilmiş, iddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı-ə aid edilmişdir (hakim – L.Əliyeva). 3. iddiaçının direktoru 2021-ci il 10 mart tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinin hakimi barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 2 aprel tarixli 2-2(103)456/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və geri qaytarılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər – V.Baxışova və R.Qurbanov).

5. Apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyi aşağıdakı kimi olmuşudur.

6. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 yanvar tarixli əsaslandırılmış qətnaməsi 2021ci il 5 fevral tarixində imzalanaraq, “Elektron məhkəmə” informasiya sistemind ə yerləşdirilmiş və elə həmin gündə də, yəni 2021-ci il 5 fevral tarixində iddiaçının qanuni təmsilçisi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə istiqamətlənərək, həmin kabinetdə yerləşdirilmişdir. İddia ərizəsi məhz müəssisənin həmin qanuni təmsilçisi tərəfindən yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə verilmişdir.

7. Qətnamə 2021-ci il 5 fevral tarixində rəsmi qaydada iddiaçıya verilmiş sayılır. Həmin günün sonrakı günündən başlayan bir aylıq apellyasiya şikayəti vermə müddəti isə növbəti ayın müvafiq günündə, yəni 2021-ci il 5 mart tarixində tamamlanır. Həmin gün isə həftənin iş gününə (cümə) düşür. İddiaçının qanuni təmsilçisi Nümayəndə tərəfindən isə apellyasiya şikayəti məhkəməyə elektron kabineti vasitəsilə 2021-ci il 10 mart tarix ində, yəni qanunla müəyyən edilən prosessual müddət beş gün ötürməklə verilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi öz qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 129.1, 130.3, 135.5, 135.8, 360, 363.1.3, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 9. iddiaçı həmin qərardaddan 2021-ci il 16 aprel tarixində kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Daha sonra iddiaçı-in nümayəndəsi 2021-ci il 16 aprel tarixində ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək həmin məhkəmənin Kommersiya Kollegiyasının 2021-ci il 2 aprel tarixli 2-2(103)-456/2021 saylı qərardadından kassasiya şikay ətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini və kassasiya şikayətinin kassasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli 2-2(103)456/2021 saylı qərardadı ilə iddiaçı-in həmin ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 aprel tarixli 2-2(103)-456/21 saylı qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir (sədrlik edən – C.Yusifov, hakimlər – V.Baxışova və R.Qurbanov). Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

12. Birinci instansiya məhkəməsi qətnaməsinin 2021-ci il 5 fevral tarixində iddiaçı-in qanuni tə msilçisi Nümayəndə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməsi barədə iddiaçı tərəfdə heç bir məlumat olmayıb, məhkəmədə nümayəndə kimi çıxış edən Namiq Əkbərovun telefonuna (***-***-**-**) SMS vasitəsi ilə heç bir məlumat verilməyib. Bu səbəbdən iddiaçı tərəf həmin qətnaməni rəsmi qaydada 2021-ci il 10 fevral tarixində qəbzə imza edərək götürmüşdür. Həmin qəbz iş materiallarında mövcuddur. Əgər qətnamənin elektron kabinetdə yerləşdirilməsindən iddiaçı tərəf məlumatlı olsaydı, o halda qətnamə rəsmi qaydada qəbzə imza etməklə məhkəmədən qəbul etməzdi, habelə apellyasiya şikayəti ilə birlikdə müddətin bərpa olunması barədə ərizə də təqdim edərdi. Göstərilənlər bir daha sübut edir ki, iddiaçı tərəf apellyasiya şikayəti verilməsi üçün müddəti ötürməm işdir.

13. Kassasiya şikayəti MPM-in 403.1, 405.0.2, 416, 417.1.3, 418.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

16. İddia tərəfinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qər ardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 18. iddiaçı-in nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

19. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya insta nsiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

20. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. …” “Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri... 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə q aytarılır.” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Maddə

363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məh kəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;...” “Maddə

366. Apellyasiya mümkünlüyünün yoxlanılması... 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər....” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:... 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, cavabdehin vəkilinin izahatını dinləyərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ədalətli və əsaslıdır.

22. Məhkəmə kollegiyası kassato run dəlillərini (bax yuxarıda § 12) əsasız, apellyasiya instansiyası məhkəməsinin qərardadını qanuni və əsaslı hesab edir.

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi 2021-ci il 5 fevral tarixində iddiaçının qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yarıdılmış elektron kabinetdə yerləşdirildiyindən qətnamə həmin tarixdə rəsmi qaydada iddiaçıya verilmiş sayılır. İddiaçının qanuni təmsilçisinin apellyasiya şikayəti məhkəməyə elektron kabineti vasitəsilə 2021-ci il 10 mart tarixində, yəni, prosessual müddət beş gün ötürməklə verilmişdir.

24. Məhkəmə kollegiyası bu mövqe ilə aşağıdakı səbəblərdən razılaşır.

25. MPM-in 135.5 və 135.8-ci maddələrinin (bax yuxarıda § 20) mənasına görə, kommersiya mübahi sələri üzrə məhkəmə sənədləri işdə iştirak edən şəxslərə o zaman rəsmi qaydada verilmiş hesab edilir ki, məhkəmə bu sənədləri işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirsin və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılsın.

26. Beləliklə, MPM-in 135.8-ci maddəsinin dispozisiya şərti hər iki prosedurun (sənədlərin işdə iştirak edən şəxslərin “elektron kabinet”lərində yerləşdirilməsi və onlara bu barədə həmin sistem vasitəsilə elektron qaydada – elektron poçt, SMS və s. vasitəsilə məlumat çatdırılması) yerinə yetirilməsini nəzərdə tutur.

27. Məhkəmə kollegiyasının mövqeyi belədir ki, bu proseduralar alternativ, bir-birini istisna edən xarakter daşımadı ğından onların hər ikisi yerinə yetirilməlidir. MPM-nin 135.8-ci maddəsinin dispozisiyasında “və ya” deyil, məhz “və” sözündən istifadə olunması da bu anlama gəlir.

28. İşin materiallarından görünür ki, iddiaçının qanuni təmsilçisi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti və həmin sistemdə təsdiq edilmiş elektron ünvanı (e-mail) (mailto:iddiaçı.nn.mmc@mail.ruElektron ünvan ) vardır.

29. Qeyd etmək lazımdır ki, “Elektron məhkəmə” informasiya sistemində şəxs elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, elektron kabinetdə məhkəmə sənədlərinin yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir.

30. Bununla bağlı “Elektron məhkəmə” informasiya s isteminin məlumat bazasından alınmış məlumatdan görünür ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə 2021-ci il 5 fevral tarixində saat 09:10-da iddiaçının qanuni təmsilçisi Nümayəndə təsdiq edilmiş elektron ünvanına “e2-2(113)-232/2021 nömrəli iş üzrə 29.01.2021 tarixli Qətnamə elektron kabinetdə yerləşdirildi.” məzmunda bildiriş göndərilmişdir.

31. Bu o anlama gəlir ki, iddiaçının qanuni təmsilçisi Nümayəndə münasibətdə MPM-in 135.8-ci maddəsinin həm birinci dispozisiya şərti (qərardadın “elektron kabinet”də yerləşdirilməsi), həm də ikinci dispozisiya şərti (ona bu barədə həmin sistem üzərindən elektron poçt vasitəsilə məlumat çatdırılması) yerinə yetirilmişdir.

32. Bu baxımdan, məhkəmə kollegiyasınin qənaəti belədir ki, qəbul edilmiş qətnamə iddiaçı tərəfə MPM-in 135.5 və 1 35.8-ci maddələrinin tələblərinə görə, lazımi qaydada çatdırılmış hesab edilməlidir.

33. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsinin müddətinin axımı qətnamə iddiaçının qanuni təmsilçisi Nümayəndə elektron kabinetinə yerləşdirilərək onun təsdiq edilmiş elektron ünvanına bu barədə bildiriş göndərildiyi 2021-ci il 5 fevral tarixindən başlamış və iddiaçıya münasibətdə 2021-ci il 5 mart tarixində bitmiş olurdu.

34. Buna baxmayaraq həmin tərəfin qətnamədən apellyasiya şikayəti 10 mart tarixində daxil olmuş, beləliklə prosessual müddət ötürülmüş, lakin həmin müddətin bərpası haqqında vəsatət verilməmişdir.

35. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün hər hansı prosessual əsas görmür.

36. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 aprel tarixli 22(103)-456/2021 saylı qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar