Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-270/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi 05.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli 2-2(103)-1202/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (bundan sonra – “İddiaçı”) ilə alıcı qismində Cavab deh MMC (bundan sonra – “Cavabdeh”) arasında bağlanmış 2020-ci il 26 iyun tarixli alqı-satqı müqaviləsinə (bundan sonra – “Müqavilə”) görə, satıcı bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada “Satıcı” müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə “Mal”ı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndində müəyyənləşdirilmiş məbləği “Satıcı”ya ödəməti öhdəsinə götürür (1.1-ci bənd). Malın qiyməti Protokol əsasında müəyyən edilir. Ödəniş “Alıcı” tərəfindən “Satıcı”nın bank hesabına köçürmə yolu ilə və ya qanunvericiliyin tələbləri nəzərə alınmaqla, nağd şəklində Azərbaycan manatı ilə həyata keçirilir (3.1-ci bənd). Mala görə ödəniş “Alıcı” tərəfindən hesab fakturaya əsasən 15 gün müddətində həyata keçirilir (3.2-ci bənd). Bu müq avilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1 % həcmində “Satıcı”ya dəbbə pulu ödəyir (4.2-ci bənd).
2. Aşağıdakı 2020-ci il tarixli elektron qaimələrlə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) aşağıdakı kimi olmuşdur: - 29 iyun tarixli, EBAL seriyalı, 738910 nömrəli qaimə üzrə 15.937,08 manat; - 7 iyul tarixli, EBAL seriyalı, 964562 nömrəli qaimə üzrə 4.320,05 manat; - 10 iyul tarixli, EBAM seriyalı, 225674 nömrəli qaimə üzrə 2.432,72 manat; - 10 iyul tarixli, EBAM seriyalı, 222962 nömrəli qaimə üzrə 17.404,82 manat; - 17 iyul tarixli, EBAM seriyalı, 502712 nömrəli qaimə üzrə 17.466,86 manat; - 27 avqust tarixli, EBAP seriyalı, 20 1722 nömrəli qaimə üzrə 18.891,24 manat; - 2 sentyabr tarixli, EBAP seriyalı, 472916 nömrəli qaimə üzrə 4.640,04 manat; - 4 sentyabr tarixli, EBAP seriyalı, 591672 nömrəli qaimə üzrə 12.809,42 manat; - 10 sentyabr tarixli, EBAP seriyalı, 751578 nömrəli qaimə üzrə 19.034,89 manat; - 21 sentyabr tarixli, EBAQ seriyalı, 208863 nömrəli qaimə üzrə 17.032,44 manat; - 5 oktyabr tarixli, EBAQ seriyalı, 854749 nömrəli qaimə üzrə 19.010,31 manat; - 9 oktyabr tarixli, EBAR seriyalı, 086631 nömrəli qaimə üzrə 17.400,16 manat; - 26 oktyabr tarixli, EBAR seriyalı, 728995 nömrəli qaimə üzrə 19.250,39 manat; - 2 noyabr tarixli, EBAS seriyalı, 020418 nömrəli qaimə üzrə 17.646,65 manat.
3. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 2021-ci il 26 may tarixli pretenziya məktubunda borc məbləğinin 5 gün müddətin də ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 2021-ci il 1 iyun tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 57.237,16 manat əsas borc, gecikdirməyə görə 1.190,53 manat cərimə faizi və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 58.457,69 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış Müqaviləyə əsasən (bax yuxarıda § 1) müxtəlif vaxtlarda “Satıcı” Tərəfindən “Alıcı”ya 203.277,07 manatlıq mal göndərilmişdir. Göndərilən malın dəyərindən 146.039,91 manat məbl əğ ödənilmiş, lakin 57.237,16 manat məbləğ ödənilməmişdir. Dəfələrlə müraciət etmələrinə baxmayaraq, həmin məbləğ bu günə kimi iddiaçının hesabına köçürülməmişdir. Bununla da, “Alıcı” tərəfindən müqavilə öhdəliyinə lazımınca əməl olunmamışdır. Ən sonuncu dəfə 2020ci il 2 noyabr tarixində “Satıcı” tərəfindən “Alıcı”ya mal göndərilmişdir. Həmin vaxtdan 5 ay keçmişdir. Qanunvericiliyin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 5 %: 12 ay x 5 ay = 2,08 % x 57.237,16 manat = 1.190,53 manat. Axırıncı dəfə cavabdehə 2021-ci il 29 mart tarixdə göndərilən pretenziya məktubuna cavab verilməmiş və heç bir tədbir görülməmişdir.
6. İddiaçı tərəf 2021-ci il 15 iyul tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ve rərək, 52.237,16 manat əsas borc, gecikdirməyə görə 10.186,53 manat cərimə faizi və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 62.453,69 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442, 443.1, 443.2, 445.7-ci maddələrinə istinad edilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 iyul tarixli e-2-2(113)-2892/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 52.237,16 manat əsas borc, 700 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat olmaqla, cəmi 52.962,16 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – Z.Axundova).
9. Məhkəmə hesab etmişdi r ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hazırda iddiaçıya borcu yaranmışdır.
10. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 52.237,16 manat pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 10.186,53 manat cərimənin cavabdehdən tutulması təşkil edir.
11. Cavabdeh tərəfindən borc məbləği m üəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçının dəbbə pulunun ödənilməsinə dair tələbi əsaslı hesab edilmiş, tərəflərin mənafeləri nəzərə alınaraq həmin məbləğ azaldılaraq dəbbə pulu 700 manat məbləğində müəyyən edilmişdir
12. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 567, 598.1, 598.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh 2021-ci il 10 sentyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli 2-2(103)-1202/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdir ilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – R.Həsənov və V.Baxışova).
15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ümumilikdə birinci instansiya məhkəməsinin mövqeyi ilə eynilik təşkil edir. Belə ki, kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış Müqaviləyə görə iddiaçı MM-in 600.4-cü maddəsinə əsasən 52.237,16 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia tam əsaslıdır.
16. Həmçinin dəbbə pulunun tutulması barədə tələblərin qismən təmin edilmiş hissəsi də əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1 faizi satıcıya dəbbə pulu ödəyir. İşin hallarını, yəni cavabdeh tərəfindən alına n malların dəyərini, onun tərəfindən aparılmış ödənişləri, malların təhvil verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 700 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
17. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində 52.237,16 manat əsas borcu etiraf etdiyi və malların göndərilməsi vaxtı və ya müqavilənin hər hansı digər şərtinin pozulması ilə bağlı hallara istinad etmədiyi halda apellyasiya şikayətində bu hallara istinad edərək iddiaya etiraz etmişdir. Halbuki MPM-in 372.2-ci maddəsində təsbit olunmuşdur ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edə n şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh qeyd olunan maddənin tələblərinə riayət etməmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara və təqdim olunmuş sübutlara əsaslanır.
18. Həmçinin iş materiallarında olan elektron qaimələrə (bax yuxarıda §2) əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 185.630,42 manat dəyərində mallar təqdim olunmuşdur. Cavabdeh də həmin elektron qaimələri qəbul etmiş və onlara dair hər hansı etirazını bildirməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə malları gecikdirməklə təhvil versəydi, cavabdeh iddiaçı t ərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu hallar isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin dəlillərə istinad etməsi tamamilə əsassızdır.
19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsi tərəfindən istinad olunan maddələrlə (bax yuxarıda § 12), həmçinin əlavə olaraq MM-in 600.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 372.6-cı maddəsi ilə əsaslandırmışdır.
20. Cavabdeh 2022-ci il 15 yanvar tari xində kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. MM-in 386.1, 425, 427, 442, 443-cü maddələrinin tələbləri pozulmuşdur - tərəflər arasında bağlanmış Müqavilənin 2.2.1-ci bəndində qeyd olunmuşdur ki, malı alıcıya üçüncü şəxslərin hüquqlarından azad, qüvvədə olan standartlarla müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən şəkildə və protokola uyğun miqdarda, çeşiddə və müddətdə təhvil verir. Hazırkı mübahisədə sifarişlərin cavabdehə təhvil verilmə müddəti önəmli məqamdır. Çünki, cavabdeh sifariş verdiyi malları vaxtında təhvil almalı və daha sonra həmin malları cavabde hə sifariş vermiş digər təşkilata çatdırmalı idi. Lakin iddiaçı qəsdən cavabdeh tərəfindən verilmiş sifarişləri gecikdirmiş, vaxtında təhvil verməmişdir. Nəticədə cavabdeh alınan malları öz sifarişçisinə sövdələşmiş vaxtlarda təhvil verə bilməmiş və bununla da müştərisini itirmişdir. İddiaçının bir necə dəfə mallarda qiymət artımı etməsini də bununla əlaqələndirmək lazımdır. Bu fakt tərəflər arasında imzalanmış qiymət razılaşdırma protokolu ilə öz təsdiqini tapır. İddiaçı müqavilə üzrə öhdəliklərini layiqincə yerinə yetirməmiş, bununla da cavabdehə ziyan dəymişdir. Lakin məhkəmə qanunvericiliyin tələbini tətbiq etməmiş və bununla maddi hüquq normasının tələbini pozmuşdur.
22. MPM-in 9, 14.1, 14.2, 77.1, 88, 217.1, 217.3 və 217.4-cü maddələrinin tələbləri pozulmuşdur - apellyasiya şikayət ində cavabdeh tərəfindən məhkəmənin onun iştirakını təmin etmək üçün kifayət qədər tədbirlər görmədiyini, bu səbəbdən də cavabdeh öz hüquqlarını müdafiə edə bilmədiyini qeyd etmişdir. Buna baxmayaraq apellyasiya instansiyası cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxmışdır. Kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair hissədə göstərilmiş əsaslardan da görünür ki, məhkəmə sadalanan prosessual normaların tələbini pozmuşdur. İş materiallarında faktiki olaraq, cavabdehin öz mövqeyini müdafiə etmək üçün gətirdiyi sübutların olmasına baxmayaraq, məhkəmə cavabdehin iştirakını təmin etmədiyindən hüquqlarını müdafiə edə bilməmişdir.
23. Apellyasiya məhkəməsi tərəfindən işin bütün halları araşdırılmamışdır. Belə ki, cavabdehin direktoru Qanuni nümayəndə birinci instans iya məhkəməsində iddiaçıya olan 52.237,16 manat borcunu qarşı tərəfin öhdəliklərini vaxtında yerinə yetirmədiyi nəticəsində ziyana düşdüyü üçün ödəmədiyini qeyd etmişdir. Yəni, cavabdeh birinci instansiya məhkəməsində də iddiaçıya verilmiş sifarişlərin vaxtında cavabdehə təhvil verilmədiyini və bununla da cavabdeh ziyan çəkərək müştərisini itirdiyini bildirmişdir. Ola bilsin ki, bu məhkəmə protokolunda qeyd edilməsin, lakin məhkəmə iclasının audio və video yazısına baxılsa, bu hal öz təsdiqini tapacaq. Lakin apellyasiya instansiyası bu halı kifayət qədər araşdırmadan bu barədə deyilənləri apellyasiya instansiyasında irəli sürülmüş dəlil kimi qəbul etmişdir.
24. Apellyasiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən malların ona vaxtında verilməməsi barədə bildirdikləri nəzərə alınmamışdır. B elə ki, sifarişlərin verilməsi ilə hazır malların cavabdehə təhvil verilməsi müddətləri araşdırılsa idi, müqavilə şərtlərinin iddiaçı tərəfindən pozulması öz təsdiqini tapardı. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən ilk vaxtlar sifarişlər vaxtında təhvil verildiy üçün, ödənşlərdə də gecikmə olmamışdır. İddiaçı tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi onun öz müştərisi ilə münasibətlərinin pozulması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət (MPM-in 405.0.2ci maddəsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən bərpa edilməklə verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə müvafiq olaraq yoxlanılacaqdır.
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
427. Öhdəliyin icrası müddəti 42 7.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklə rin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdə n sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nə zərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozun tusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 21-24) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Kassatorun əsas dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, iddiaçı müqavilənin 2.2.1-ci bəndini pozaraq qəsdən cavabdeh tərəfindən verilmiş sifarişləri gecikdirmiş, vaxtında təhvil verməmiş, nəticədə cavabdeh alınan malları öz sifarişçisinə sövdələşmiş vaxtlarda təhvil verə bilməmiş, bununla da müştərisini itirmiş, nəticədə ziyana düşdüyündən iddiaçıya olan borcunu ödəməmi şdir. Cavabdeh birinci instansiya məhkəməsində borcunu etiraf edərkən bu halları məhkəməyə bildirmiş, həmin hallar məhkəmə iclasının protokoluna qeyd olunmasa da, audio-vidio yazısında əks olunmuş, apellyasiya instansiya məhkəməsi isə səhvən həmin halları yeni sübut kimi qiymətləndirərək qətnamə qəbul olunarkən nəzərə almamışdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər aşağıdakı səbəblərdən apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas kimi qiymətləndirilə bilməz.
34. Apellyasiya instansiya məhkəməsi sözügedən məsələ ilə bağlı öz qətnaməsində belə bir nəticəyə gəlmişdir ki, əgər cavabdehin qeyd etdiyi kimi, həqiqətən də iddiaçı cavabdehə malları gecikdirməklə təhvil versəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qa nunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud deyil. Bu hallar isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir.
35. Kassator apellyasiya instansiya məhkəməsinin həmin nəticəsinin qanuniliyini və əsaslılığını kassasiya şikayətində tutarlı dəlillərlə mübahisələndirə bilməməmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq bildirir ki, əgər alıcı həqiqətən də satıcının müqavilənin 2.2.1-ci bəndini pozaraq malları gec təhvil verdiyini hesab edirdisə, tərəflər arasında bağlanmış alğısatqı müqaviləsinin 2.3.1-ci bəndinə uyğun olaraq, satıcıdan öz vəzifəsinin yerinə yetirilməsini tələb etmək hüququna malik idi. Lakin cavabdehin həmin hüququndan istifadə etməsi iş materialları ilə öz təsdiqini tapmır.
37. Beləliklə, iş materiallarından cavabdehin nə qanunvericiliklə, nə də müqavilə ilə müəyyən edilmiş qaydada malların gec təhvil verilməsi ilə bağlı iddiaçıya qarşı hər hansı etiraz bildirməsi, tələb irəli sürməsi müəyyən olunmur.
38. Bundan başqa, hətta malların iddiaçı tərəfindən gec təhvil verilməsi halları mövcud olsaydı belə, müqavilə şərtlərində alıcını belə hallara görə satılmış malların dəyərini ödəmək vəzifəsindən azad edilməsini nəzərdə tutan müddəalar nəzərdə tutulmamışdır.
39. Kassatorun digər dəlilləri isə prosessual xarakterlidir və mahiyyət etibarilə ondan ibarətdir ki, işə baxan məhkəmələr cavabdeh tərəfin iştirakını t əmin etməmiş, işə onun iştirakı olmadan baxılmış, nəticədə cavabdehin hüquqları pozulmuşdur.
40. Məhkəmə kollegiyası kassatorun həmin dəlillərini də əsassız hesab edir.
41. Belə ki, iş materiallarından və kassatorun kassasiya şikayətində bildirdiklərindən də məlum olur ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin 2021-ci il 5 iyul tarixli iclasında iştirak edərək iddia tələbi barədə öz mövqeyini məhkəməyə bildirmiş, habelə müvafiq sənədi imzalayaraq növbəti məhkəmə iclasının vaxtı və yeri barədə bildirişi almışdır (i/v 42-44).
42. Buna baxmayaraq cavabdeh tərəf birinci instansiya məhkəməsinin 2021-ci il 15 iyul tarixli növbəti iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir (i/v 49).
43. Apellyasiya baxışında isə məhkəmə iclasının vaxtı və yeri haqqında bild iriş elektron imza ilə təsdiq edilərək həmin iclasa bir aydan artıq vaxt qalmış tarixdə - 2021-ci il 29 sentyabr tarixində cavabdehin qanuni nümayəndəsinin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə yerləşdirilmiş, lakin cavabdeh tərəf naməlum səbəblərdən həmin məhkəmə iclasında da iştirak etməmişdir (i/v 82-83).
44. Göründüyü kimi, istər birinci instansiya, istərsə də apellyasiya instansiyası mərhələlərində məhkəmələr cavabdeh tərəfin məhkəmə iclaslarında iştirakının təmin olunması üçün prosessual qanunun imkan verdiyi bütün lazımi tədbirləri görmüşlər.
45. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən qətnamənin ləğvinə əsas olan biləcək hər hansı maddi və p rosessual hüquq pozuntusuna yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 30) uyğun olaraq iş üzrə qanuni və əsaslı qətnamə çıxarımışdır.
46. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli 2-2(103)-1202/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir