Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-271/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı MMC-nin Cavabdeh Siğorta Şirkəti ASC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən-məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 dekabr tarixli, 2-2(103)-1347/2021 saylı qətnaməsindən Cavabdeh Siğorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sığorta şirkəti ASC-dən **-PX-*** dövlət qeydiyyat nişanlı, “Lada Vesta GFL-11-04P-52 minik” markalı avtomaşına dəymiş 21500 manat məbləğində zərərin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 avqust tarixli e-2-2(113)-588/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh sığorta şirkəti ASC-dən 13900 manat və dövlət rüsumu kimi ödənilmiş 19,39 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 100 manat məbləğində pulun 65,64 manatının Cavabdeh sığorta şirkəti ASC-dən, 34,36 manatının isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməs i qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 14 dekabr tarixli, 2-2(103)-1347/2021 saylı qətnaməsi ilə cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 avqust tarixli e-2-2(113)588/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə 2021-ci il 27 dekabr tarixində tərəflərin “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə yerləşdirilmişdir. 2022-ci il 27 fevral tarixində cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayəti cavabdehin adından nümayəndə kimi Nümayəndə1 imzalamışdır. Lakin cavabdeh tərəfindən Nümayəndə1 verilmiş etibarnamənin müddəti (i.vi 20) 2022-ci il 11 fev ral tarixində bitmişdir. Bu isə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini imzalayan şəxsin onu nümayəndə kimi təmsil etmək səlahiyyətinin olmaması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qayt arılır. Göstərilənlərə əsasən Cavabdeh Siğorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 dekabr tarixli, 2-2(103)-1347/2021 saylı qətnaməsindən Cavabdeh Siğorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov
Məhkəmə qərarları › İş №2-2(102)-271/2022
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-271/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver