Məhkəmə qərarları › İş №2-2(102)-272/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-272/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-272/2020 02.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi X3, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)-38/202 nömrəli 2020-ci il 20 fevral tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, işə açıq mə hkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.İŞİN HALLARİ:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci il * tarixli, *saylı xüsusi lisenziya əsasında İddiaçı MMC-yə ünvan 1 ünvanında sürətli poçt xidmətinin həyata keçirilməsinə icazə verilmişdir. 2. 2017-ci il 01 oktyabr tarixində Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında 39 saylı poçt və bağlama daşınması haqqında müqavilə bağlanmışdır.

3. Müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini icraçı tərəfindən ölkədaxili göndərişlərin (məktublar, banderollar, kiçik paketlər, bağlamalar və s.) çatdırılması üçün ekspress kuryer xidmətinin (bundan sonra “xidmət”) adlandırılacaq) göstərilməsi, sifarişçi tərəfindən isə bunun əvəzində xidmət haqqının ödənilməsinə dair hüquqi öhdəliy in yaranması təşkil edir

4. Müqavilənin 1.2-ci bəndinə əsasən, xidmət müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilən xidmət zonaları və tarifləri əsasında göstərilir, Müqavilənin 2.3.1-ci bəndinə əsasən icraçı hər ay sifarişçiyə göstərilən xidmətin aylıq hesabatını təqdim edir.

5. Müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən xidmətin dəyəri müqavilənin ayrılmaz hissəsi olan əlavədə göstərilir və ödəmə hər ay xidmət göstərilən aydan sonraki ayın 30-dan gec olmayaraq icraçının təqdim etdiyi hesab əsasında həyata keçirilir.

6. Müqavilənin 6-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır; tərəflərdən hər hansı biri digər tərəfi 30 gün əvvəlcədən yazılı şəkildə xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər; müqavilənin müddəti nin bitməsinə 30 gün qalmış tərəflər ona xitam verilməsini bildirməmişlərsə, o zaman müqavilə daha bir il uzadılmış hesab edilir. Müqavilədən görünür ki, müqavilə hər iki tərəf arasında razılaşdırılaraq imzalanmış və möhürlənmişdir.

7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2019-cu il * tarixli *nömrəli pretenziya məktubu ünvanlayaraq müqavilədə nəzərdə tutulan qiymət razılaşma protokolunda göstərilən mallara görə 10.225 manat məbləğində borcun pretenziya məktubunun alındığı gündən 5 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks halda həm borc, həm də borca görə hesablanacaq dəbbə pulunun, həmçinin hüquqi xidmətlərə görə çəkilən xərcin və digər məhkəmə xərclərinin tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsində icraat

8. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.225 manat borcun, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa görə illik beş faiz ödənilməsi ilə birlikdə 1500 manat məbləğində pulun, iddia tələbi üzrə göstərilən hüquqi yardıma görə 200 manat məbləğində pulun və iddia ərizəsi üzrə ödənilmiş 30 manat məbləğində pulun birdəfəlik tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci il 01 oktyabr tarixində tərəflər arasında “poçt və bağlama daşınmasına” dair 39 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə müvafiq olaraq “İcraçı”, yəni MMC ölkədaxili göndərişlərin (məktublar, banderollar, kiçik paketlər, bağlamaları və s.) çatdırılması üçün ekspress kuryer xidmətini həyata keçirir, “Sifarişçi” isə bunun əvəzinə xidmət haqqının ödənilməsinə dair hüquqi öhdəliyi öhdəsinə götürür. iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edərək 2018-ci il 01-31 dekabr tarixlərində, 2019-cu il 01-31 yanvar tarixlərində və l 2019-cu il 01-28 fevra tarixlərində Sifarişçi cavabdehin sifarişlərini yerinə yetirsə də, Sifarişçi müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə iddiaçıya 10225 (on min iki yüz iyirmi beş) manat borcu yaranmışdır. 10. iddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5, 442, 448.1, 448.2, 460.1, 462.1 və 545.7-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir.

11. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir. 12. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-2(81)-1063/2019 saylı 2019-cu il 10 oktyabr tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim: Aytən Oruczadə).

13. Birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən ona istinad etmişdir ki, kuryer xidmətini həyata keçirməli olan iddiaçı mübahisələndirilən dövrlər üzrə xidmətin göstərilməsi barədə sifarişçidən sifarişi aldığını və xidmətlərin göstərilməsinin təsdiqini sübuta yetirə bilməmişdir. Sübut kimi təqdim etdiyi aktlarda sifarişçi qismində cavabdehin adı, rekvizitləri qeyd edilsə də, aktlar onun tərəfindən imzalanmamış, həmçinin, məktubların siyahısının cavabdeh tərəfindən təqdim edilməsini təsdiq edən hər hansı bir mötəbər sübut, təhvil-təslim aktı əlavə edilməmişdir.

14. Məhkəmə həmçinin göstərmişdir ki, iddiaçının əsas tələbi təmin olunmadığından, həmin tələblə bağlı olan özgəsinin pul vəsaitini qanunsuz saxlamağa görə illik beş faiz ödənilməsi ilə birlikdə 1500 manat məbləğində pulun, iddia tələbi üzrə göstərilən hüquqi yardıma görə 200 manat məbləğində pulun və iddia ərizəsi üzrə ödənilmiş 30 manat məbləğində pulun birdəfəlik tutulması barədə tələbləri təmin edilməməlidir.

15. İddiaçı həmin qərardan 2019-cu il 13 noyabr tarixində apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-22(103)-38/2020 nömrəli 2020-ci il 20 fevral tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkə məsinin 2-2(81)-1063/2019 nömrəli 2019-cu il 10 oktyabr tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 10.225 (on min iki yüz iyirmi beş) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. (sədrlik edən-məruzəçi hakim Həmid Həmidov).

17. Məhkəmə müəyyən etmişdir ki, işdə olan qaimə və aktlara əsasən, iddiaçı tərəfindən mübahisə edilən dövrdə cavabdehə xidmətlər göstərilməsi faktı təsdiq edilir, iddiaçı cavabhehlə bağladığı müqaviləyə uyğun olaraq 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar, fevral aylarında sonuncuya poçt xidmətinin göstərilməsinin davam etdiyini sübuta yetirə bilm işdir.

18. İddia tələbinin özgənin pul vəsaitini qanunsuz saxlamağa görə illik 5 faiz ödənilməsi şərti ilə 1500 manat məbləğində pulun və iddia tələbi üzrə göstərilən hüququ yardıma görə 200 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı belə bir hal müəyyən edilməmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3, 427.5, 430.1, 752.1, 753.1, 756.1, 769, 770-ci maddələrinə, «Poçt haqqında» Azərbaycan Respublikası Qanunun 7.2-ci maddəsinə, Azərbaycan Respublikası Rabitə və Yüksə Texnologiyalar Nazirliyinin 2016-cı il 6 fevral tarixli 0001 nömrəli qərarı ilə təsdi q edilmiş «Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları»na, Azərbaycan Respublikası Maliyyə nazirinin "21" fevral 2000-ci il tarixli №- İ - 42 Əmri ilə təsdiq edilmiş "Sürətli poçt xidmətləri üçün mədaxil qəbzi"nin (forma №- EMS-23) və "Kuryer xidmətləri üçün mədaxil qəbzi"nin (forma №- EMS-23 K) forma və rekvizitləri və onlardan istifadə qaydaları”-na istinad etməklə əsaslandırmışdır.

20. Məhkəmənin qətnaməsi cavabdehə 2020-ci il 22 aprel tarixində təqdim edilmişdir.

21. Cavabdeh həmin qərardan 2020-ci il 19 iyun tarixində kassasiya şikayəti vermiş, qətnamənin iddianın təmin olunduğu hissədə qismən ləğv edilməsini və iddianın tam təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və məhkəmə icraatı iştirakçılarını n izahatları a) Cavabdehin kassasiya şikayətinin dəlilləri:

22. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmuşdur ki, bu da iş üzrə qətnamənin MPM-in 418.3-cü maddəsinə əsasən ləğv edilməsi üçün əsasdır.

23. Belə ki, müqaviləyə uyğun işlərin görülməsi haqqında 2019-cu il 16 yanvar, 2019-cu il 15 fevral və 2019-cu il 14 mart tarixli aktların nəticəsi ilə iddiaçının cavabdehə poçt xidməti göstərilməsi kimi nəticəyə gəlinməsi tamamilə əsassız hesab edilməlidir. Həmin sənədlər iddiaçının özü tərəfindən kompüterdə hazırlanmış, yalnız * tərəfindən təsdiq olunmuşdur. Cavabdeh həmin sənəddə göstərilənləri imza və möhürü ilə təsdiq etməmişdir. Belə olan halda *nın iddia ərizəsində yazdıqlarını akt adı altında başqa formada yazmasının iddia ərizəsində yazdıqlarının təsdiqi, sübutu kimi qəbul olunması sübutlar və sübutetməyə dair mülki prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır.

24. Sənədlərin (çoxsaylı qaimələr və siyahılar) yeni sübut kimi qiymətləndirilməməsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinin tələbinə görə “əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Prosessual normada “əlavə faktlar və sübutlar” ifadəsindən istifadə olunur. Belə olan halda *nın apelyasiya baxışı zamanı təqdim etdiyi istənilən sənəd əlavə fakt və sübut statusunda olur ki, bu əlavə fakt və sübutun qəbul olunması üçü n bir sıra şərtlər var(Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarı). *nın direktoru və vəkili iş birinci instansiya məhkəməsinin icraatında olarkən bütün məhkəmə iclaslarında iştirak etmişlər və məhkəmə onlara əlavə, yeni sübutlarla bağlı vəsatətlərinin olub-olmamasını soruşduqda onlar bu barədə hər hansı vəsatətlərinin olmadıqlarını bildirmişlər.

25. Digər tərəfdən, * tərəf apelyasiya icraatında təqdim etdiyi yeni, əlavə sübutlarla bağlı bunları birinci instansiya məhkəməsində təqdim etməməsinin üzrlü səbəblərini göstərə bilməmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıdan yeni, əlavə fakt və sübutları qəbul etməsi mülki prosessual qanunvericiliyin tələblərinin pozulması hesab edilməlidir.

26. Apelyasiya icraatı zamanı da təqdim edilmiş heç bir əlavə, yeni sübutda iddiaçının cavabdehə iddia ərizəsində göstərilən dövr üçün sifariş alması və bu sifariş üzrə xidmət göstərməsi heç bir hissədə qətiyyən təsdiq, sübut olunmamışdır. 27. iddiaçının məhkəməyə təqdim etdiyi qaimələr (waybill) iddiaçının deyil, cavabdehin aldığı şifarişlərin qaimələridir, bu qaimələr cavabdehin adına çap edilmiş sənədlərdir, həmin qaimələr cavabdehin əməkdaşları tərəfindən poçt göndərişlərini qəbul etdikdə yazılmışdır və həmin qaimələrdə heç bir yerdə İddiaçı MMC-nin adı qeyd olunmamışdır.

28. Məhkəmə kollegiyasının qətnaməsində də istinad etdiyi Azərbaycan Respublikası Maliyyə nazirinin 2000-ci il 21 fevral tarixli №-İ- 42 Əmri ilə təsdiq edilmiş "Sürətli poçt xidmətləri üçün mədaxil qəbzi"nin (forma №- EMS-23) və "Kuryer xidmətləri üçün mədaxil qəb zi"nin (forma №- EMS-23 K) forma və rekvizitləri və onlardan istifadə qaydalarına görə "qəbzin kötüyü" hesabat vermək üçün göndərişi qəbul edən işçidə saxlanılır. Təqdim edilmiş qaimələr, qəbzlər cavabdehin adına olduğundan və cavabdehin əməkdaşlarının qəbul edilmiş sifarişlər üzrə verilmiş qəbzlər olduğundan bu sənədlər iddia tələbini tam və ya qismən sübut etmək üçün əsas götürülməməlidir.

29. Apelyasiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, tərəflər arasında faktiki olaraq mübahisəli dövrdə də müqavilə münasibətləri davam etmişdir. Lakin məhkəməyə cavabdeh tərəfindən təqdim edilən cavabdehin iddiaçıya ünvanladığı 2018-ci il 1 sentyabr tarixli məktubda tərəflər arasında olan.2017-ci il 1 oktyabr tarixli 39 saylı müqaviləyə 2018-ci il 1 oktyabr tarixindən birtərəfli qaydada xitam veriləcəyi və həmin tarixdən sonra müqavilənin heç bir hüquqi qüvvəsinin olmayacağı göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə iddiaçı tərəfindən məhkəməyə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını xahiş etdi.

32. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi kassasiya şikayətində göstərilənlərə əlavəsinin olmamasını bildirərək, şikayətinin təmin olunmasını xahiş etdi.

33. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdi.

34. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi əlavəsinin olmamasını bildirərək, şikayətinin təmin olunmamasını xahiş etdi. İİ.TƏT BİQ EDİLƏN HÜQUQ 35. tutulur: Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə

769. Yerinə yetirilmi ş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir”. “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.....” “Maddə

430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir...”

36. Azərbaycan Respublikası Maliyyə nazirinin 2000-ci il 21 fevral tarixli №- İ - 42 Əmri ilə təsdiq edilmiş "Sürətli poçt xidmətləri üçün mədaxil qəbzi"nin (forma №- EMS-23) və "Kuryer xidmətləri üçün mədaxil qəbzi"nin (forma №EMS-23 K) forma və rekvizitləri və onlardan istifadə qaydaları”-na əsasən, "Sürətli poçt xidmətləri üçün mədaxil qəbzi" (forma №- EMS-23) (bundan sonra "forma №- EMS-23" yazılacaq) üç hissədən, forma №- EMS-23 mədaxil qəbzindən, onun surətindən və kötuyündən ibarətdir. forma №- EMS-23 mədaxil qəbzi, onun surəti və kötüyü eyni rekvizitlərə malikdir. forma №- EMS-23 mədaxil qəbzi xüsusi surət-çıxaran kağızda çap edilir ki, onları üst-üstə qoyub dolduran zaman qəbzin surəti onun surəti və kötüyünə çıxa bilsin. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq zəruri hallarda "Sürətli poçt xidmətləri üçün mədaxil qəbzi"nin (forma №- EMS-23 ) rekvizitləri Azərbaycan dili ilə yanaşı, tələb olunan xarici dillərdə də çap edilə və doldurula bilər. Forma №- EMS-23 mədaxil qəbzi beynəlxalq və respublika daxili ekspresspoçt göndərişlərinin qəbulu üçün istifadə olunur. forma №-EMS23 mədaxil qəbzinin "mədaxil qəbzi" hissəsi göndəriciyə verilir, "qəbzin surəti" göndərişin üzərinə yapışdırılır, "qəbzin kötüyü" isə hesabat vermək üçün göndərişi qəbul edən işçidə saxlanılır. "Kuryer xidmətləri üçün mədaxil qəbzi" (forma №- EMS-23 K) (bundan sonra "forma №EMS-23K" yazılacaq) mədaxil qəbzi 4 hissədən, forma №-EMS-23 K "mədaxil qəbzi"ndən, "qəbzin surəti”ndən, "qəbzin talonu"ndan və “qəbzin kötüyü"ndən ibarətdir. Forma №- EMS-23 K "mədaxil qəbz"i, "qəbzin surət"i, “qəbzin talo nu" və "qəbzin kötüyü" eyni rekvizitlərə malikdir. Forma №- EMS-23 K mədaxil qəbzi xüsusi surətçıxaran kağızda çap edilir ki, onları üst-üstə qoyub dolduran zaman onun surətinə, talonuna və kötüyünə surəti çıxa bilsin. Forma №- EMS-23 K mədaxil qəbzi respublika daxilində kuryer poçtunun qəbulu və çatdırılması üçün nəzərdə tutulmuşdur. Forma №- EMS-23 K mədaxil qəbzinin "mədaxil qəbzi" hissəsi göndəriciyə verilir. "Qəbzin surəti" hissəsi göndərişin üzərinə tikilir və göndərişlə birlikdə alıcıya verilir, "qəbzin talonu" hissəsi hesabat vermək üçün qəbul edən işçidə, "qəbzin kötüyü" hissəsi işə çatdırma haqqında hesabat vermək üçün göndərişi çatdıran işçidə qalır.

37. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər....” “Maddə

407. Kassasiya şikayətinin məzmunu “..... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “ Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır”. “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;...” «Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları ….. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin».

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Lider Monolit» Məhdud Məsuliyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fev ral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2020-ci il 17 fevral tarixli qərarında göstərilmişdirki, «…. kassasiya icraatı işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır». İİİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

39. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apelyasiya məhkəməsinin qətnaməsi «iddianın qismən təmin olunması hissəsində» mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). İV.KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir

42. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında poçt və bağlama daşınması haqqında müqavilə münasibətləri olmuş, sifarişçi qismində cavabdeh, icraçı qismində iddiaçı çıxış etmişdir. 43. iddiaçı həmin müqavilə əsasında cavabdehə 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar, fevral aylarında xidmətlərin göstərilməsini, lakin dəyərinin ödənilmədiyini iddia edir. Cavabdeh isə iddiaya etiraz edərək, icraçıya dekabr, yanvar və fevral ayları üzrə hər hansı bir sifarişin verilmədiyini qeyd etmişdir.

44. İşin mübahisələndirilən hallarına münasibətdə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx iddiaçıxxx 2017-ci il tarixli müqavilə 1 (bir) il müddətinə bağlansa da, həmin müqavilənin 6-cı bəndində tərəflərdən hər hansı birinin digər tərəfi 30 gün əvvəlcədən yazılı şəkildə xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada xitam verə biləcəyi, müqavilənin müddətinin bitməsinə 30 gün qalmış tərəflər ona xitam verilməsini bildirməmişlərsə, o zaman müqavilənin daha 1 (il) il müddətinə uzadılmış hesab edildiyi göstərilmişdir. iddiaçının mübahisələndirdiyi dövrdə2018 -ci ilin dekabr, 2019-cu ilin yanvar və fevral aylarında müqavilə qüvvədə olmuş, bu dövrdə hər hansı tərəf digər tərəfə müqavilənin xitamı barəsində tələb irəli sürməmişdir.

45. Məhkəmə həmçinin müəyyən etmişdir ki, qeyd olunan dövrdə cavabdehin sifarişi əsasında göndərilən, məktubların qaimələrinin «sifarişçi» bölməsində cavabdehin adı qeyd edilmiş, həmin qaimələrə göndərilən məktubların siyahıları əlavə edilmiş, siyahılarda göndərilən məktubların ayrıayrılıqda 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar və fevral ayının məktubları olduğu tarixlə qeyd edilmiş, həmin siyahılara cavabdehin möhürü vurulmuş və məktublar iddiaçının kuryerləri tərəfindən qəbul edilmişdir.

46. Cavabdeh tərəfindən, qeyd olunan qaimələrin onların idarəsindən yoxa çıxdığı, ehtimal ki, əvvəllər cavabehdə, hazırda isə i ddiaçı Cəmiyyətdə işləyən X6 və X4 tərəfindən iddiaçıya təqdim olunduğu bildirilmişdir.

47. Apelyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlilini əsassız hesab edərək göstərmişdir ki, cavabdehin nümayəndəsi izahatında qaimələrin onların idarəsindən yoxa çıxdığını, başqa sözlə oğurlandığını qeyd etsə də, onun tərəfindən bununla bağlı hər hansı hüquq mühafizə orqanına müraciət edilməsi və ya qeyd olunan orqanlar tərəfindən bu halla bağlı hər hansı bir qərar qəbul edilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. 48. “iddiaçı” ASC-nin “Nərimanov” filialında olan bank hesabından çıxarışlarına əsasən cavabdeh tərəfindən daşımalar üzrə iddiaçının hesabına 2018-ci il 19 noyabr tarixində, 2018-ci il 17 dekabr tarixində və 2019-cu il 19 fevral tarixində hər biri 2000 manat olmaqla pul k öçürüldüyü müəyyən edilmiş, iddiaçı bu pul məbləğlərinin 2018-ci ilin dekabr ayına qədər olan xidmətlərə görə ödənildiyini, 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar və fevral aylarında heç bir ödənişin olmadığını qeyd edilmiş, cavabdeh tərəf isə bu ödənişləri inkar etməmiş, xidmətlərin 2018-ci ilin noyabr ayından sonra göstərilmədiyini qeyd etmişdir. Odur ki, qeyd edilən dövrdə tərəflər arasında müqavilə münasibətləri faktik olaraq mövcud olmuş, onlar qarşılıqlı fəaliyyətlərini davam etdirmişlər.

49. Göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı, tərəflərarasında bağlanmış müqaviləyə uyğun olaraq ümumidəyəri 10.225 manat olan, 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar, fevral aylarında cavabdehə poçt xidmətinin göstərilməsinin davam etdiyini sübuta yetirə bilmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan hallarına mülki qanunvericiliyin yuxarıda göstərilən normalarını (bax 35-36-cı bəndlər) düzgün tətbiq edərək iddianın görülmüş xidmətlərə görə borcun tutulması hissəsində əsaslı olması qənaətinə gəlmişdir.

51. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi deyil, prosessual hüquq normalarının pozulmasına istinad etmişdir.

52. Prosessual hüquq normalarının pozulması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (bax yuxarıda 38-ci bənd). Kollegiyası hesab edir ki, hazırkı halda apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olmaya n qətnamənin qəbul edilməsinə əsas olan prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.

53. Beləki, cavabdehin şikayətinin ilk dəlili məhkəmənin iddiaçı tərəfindən bir tərəfli qaydada tərtib edilmiş aktlara istinadı, bununla da sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır.

54. Bununla bağlı qeyd edilməlidir ki, işin materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən yalnızi ddiaçı tərəfindən tərtib edilmiş 2019-cu il 16 yanvar, 2019-cu il 15 fevral və 2019-cu il 14 mart tarixli aktlara deyil, həm də cavabdehin özünün ştampı ilə təsdiq edilmiş məlumatlara əsaslanmış, həmin məlumatları MPM-in 88-ci maddəsinin tələblərinə müvafiq qiymət vermişdir.

55. Məhkəmə kolllegiyası iddiaçının apel yasiya instansiyası məhkəməsinə təqdim etdiyi məlumatların (i.v 11-220) işin materiallarına birinci instansiya məhkəməsində əlavə edilmiş aktlarla məzmun etibarıilə eyniyyət təşkil etməsini nəzərə alaraq, apelyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-in 372.2-ci maddəsinin tələblərinə əməl edilməməsi və yeni sübutların qəbul edilməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilini (bax yuxarıda 25-cibənd) də əsassız hesab edir.

56. Cavabdehin kassasiya şikayətində digər dəlili ondan ibarətdir ki, mübahisəli dövrdə tərəflər arasında müqavilə münasibətləri olmamış, cavabdeh iddiaçıya, müvafiq müqaviləyə 2018-ci il 1 oktyabr tarixindən xitam veriləcəyinə dair 2018-ci il 1 sentyabr tarixli məktub ünvanlamışdır. (bax 31-ci bənd).

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin d əlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh istinad etdiyi 2018-ci il 1 sentyabr tarixli məktubuna birinci instansiya məhkəməsinə, də apelyasiya instansiyası məhkəməsinə təqdim etməmiş, kassasiya şikayətinə əlavə etmişdir. Həmin məktubun hazırki mərhələdə sübut kimi qiymətləndirilməsi isə 407.2-ci və 416-cı maddələrinə əsasən yolverilməzdir (bax 48-ci bənd).

58. Belə ki, göstərilən normaların tələblərinə əsasən birinci və apelyasiya instansiyası məhkəmələrindən fərqli olaraq kassasiya məhkəməsində işə mahiyyəti üzrə baxılmır, yəni sübutlar qəbul edilmir, işin faktiki halları araşdırılmır. Kassasiya məhkəməsi, işəbaxmışməhkəmələrtərəfindən müəyyən edilmiş işin faktiki hallarından çıxış etməklə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini yoxlayır (kassa siya icraatının mahiyyəti ilə bağlı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Lider Monolit» Məhdud Məsuliyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx iddiaçıxx 2019-cu il tarixli qərarı, bax 48-ci bəndə ).Bu zaman kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyənləşdirilməsi zamanı sübutların toplanılmasına, yoxlanılmasına, mümkünlüyünə, aidiyyətinə və qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə əməl edilib-edilmədiyini nəzərə alır. Kollegiyası hesab edir ki, hazırki halda, məhkəmə işdə olan sübutlara prosessual qanunvericiliyin tələblərinəmüvafiqqiymətvermişdir.

59. Cavabdeh kassasiya şikayətində iddiaçı tərəfindən ona poçt xidmətinin gös tərilməməsinə istinad etsə də, apelyasiya instansiyası məhkəməsinin əsaslandığı, cavabdehə məxsus ştampla təsdiq edilmiş sübutları təkzib edən mötəbər sübutları məhkəmə araşdırmasına təqdim etməmişdir. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarının aydınlaşdırılmamasına dair dəlillər üzrə araşdırma apara bilməz.

60. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə v ə MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)-38/2020 nömrəli, 2020-ci il 20 fevral tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar