Məhkəmə qərarları › İş №2-2(102)-272/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-272/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-272/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMCyə qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-272/2021 Bakı şəhəri 2021-ci il 7 iyul Açar sözlər: hərracın yekunlarına dair protokolun bağlanması, alqı-satqı müqaviləsinin sadələşdirilmiş vergi tutulmadan bağlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili X2, müstəqil tələb irəli sürməyən üçüncü şəx s Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəkili Vəkil iştirakları ilə İddiaçı ASC cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun bağlanması və alqı-satqı müqaviləsinin sadələşdirilmiş vergi tutulmadan bağlanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 mart tarixli 2-2(103)-284/2021 saylı qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ:

1. Bakı Apelyasiya Məhkəməsinin 2019-cu il 1 fevral tarixli, 2(103)-1328/2019 saylı qətnaməsinə əsasən, cavabdehlər "xxxx" MMC-dən və X1 İddiaçı ASC-nin xeyrinə ümumilikdə, 801.246,05 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın ilkin satı ş qiyməti 95.000 manat müəyyən edilməklə Abşeron Rayonu, xx qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə, ilkin satış qiyməti 202.000 manat müəyyən edilməklə Bakı şəhəri, xx rayonu, xx küçəsində yerləşən 102 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 255.000 manat müəyyən edilməklə Bakı şəhəri, xx rayonu, xx 1 küçəsində yerləşən, 8 R saylı evin 1 saylı mənzilinə və ilkin satış qiyməti 250.000 manat müəyyən edilməklə Bakı şəhəri, xx rayonu, Yeni xx 1 küçəsində yerləşən, 8 H saylı evin 1 saylı mənzilinə yönəldilməli, ipoteka predmetləri açıq hərracdan satılmalı, ipoteka predmetləri satıldıqda cavabdehlər və onunla yaşayan ailə üzvləri tərəfindən ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir.

2. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra Abşeron rayon İcra və probasiya şöbəsi Bakı Apelyasiya Məhkəməsinin icra sənədini icraata qəbul etmiş və sonrakı icra hərəkətlərinə başlamış, ipoteka predmeti olan Abşeron rayonu, xxx qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin satılmasının təşkil edilməsi Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə həvalə edilmişdir. Sözügedən fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərraclar baş tutmadığından, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC 2020-ci il 24 yanvar tarixli məktubla Abşeron rayonu, xxx qəsəbəsində yerləşən 24 mərtəbəli fərdi yaşayış evini ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə ipoteka saxlayana təklif etmiş və İddiaçı ASC 2020-ci il 7 fevral tarixli, 07/05-330 saylı məktubla göstərilən əmlakı təklif olunan qiymətə əldə etməyə razılıq vermişdir. 2020-ci il 5 mart tarixdə İd diaçı ASC tərəfindən Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMCyə təkrarən müraciət olunmuş, hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin əldə edilməsi üçün, "xxxx" MMC-yə cəmi 3.028,12 manat məbləğində vəsaitin ödənilməsi, lakin hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin banka təqdim edilməməsi bildirilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 2020-ci il 7 may tarixli məktubla hərracın nəticələrinə dair protokolun alıcı və ipoteka predmetini əldə edən şəxs tərəfindən Vergi Məcəlləsinin 150.1.13, 150.3-1, 220.8 və 220.8.1-ci maddələrinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergi ödənildikdən sonra tərtib olunacağı bildirilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 3. 2020-ci il 24 avqust tarixdə İddiaçı ASC (bundan sonra mətndə iddiaçı) cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1328/2019 saylı, 2019-cu il 1 fevral tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron rayonu, xxx qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-satqı müqaviləsinin iddiaçıdan ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini işin §1-2-də göstəril ən halları ilə əsaslandıraraq bildirmişdir ki, hazırda cavabdeh əmlakın banka satılması üçün hərracın yekunları üzrə protokolun və alqı-satqı müqaviləsinin imzalanmasından imtina edir. Cavabdeh tərəfindən Bankın 2020ci il 5 mart tarixli rəsmi müraciətə verilmiş 01/856 saylı, 2020-ci il 7 may tarixli cavab məktubunda Abşeron rayonu, xxx qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə görə hesablanmış 4.277,4 manat sadələşdirilmiş vergi məbləği ödənildikdən sonra hərracın yekunlarına dair protokolun banka təqdim ediləcəyi bildirilmişdir. Cavabdeh indiyə qədər əmlakın açıq hərracda satılmasına dair yekun protokolu və alqı-satqı müqavilələrini bankdan ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan imzalanmayacağını rəsmi olaraq bildirmiş və müvafiq sənədləşmələri həyata keçirməkdən qə rəzli formada yayınır. Cavabdehin göstərilən mövqeyi iddiaçı üçün maddi itkilərə səbəb olur.

5. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə VM) 150.3, 150.1.13, 218.4.3, 218.3-1, “İpoteka haqqında“ Azərbaycan Respublikası Qanununun 41.2-ci maddələrinə istinad etmişdir.

6. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 noyabr tarixli e-2-2(113)-2220/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1328/2019 saylı, 2019cu il 1 fevral tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Abşeron rayonu, xxx qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-sa tqı müqaviləsinin iddiaçıdan ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim L.Əliyeva).

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi qanunvericiliyinə görə ixtisaslaşdırılmış hərrac təşkilatları tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi hərrac yolu ilə həyata keçirildikdə belə təqdim etməyə görə Azərbaycan Respublikası VM-in 218.4.3-cü maddəsində nəzərdə tutulmuş sadələşdirilmiş vergini ödəmə mənbəyində tutmalıdır.

9. Sadələşdirilmiş vergi şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı əldə edilən məbləğdən tutulan vergi olmaqla, həmin verginin ödəyicisi qismində sahəni təqdim edən şəxs (konkret halda sa tıcı, sahənin mülkiyyətçisi) çıxış edir. Hazırki halda iddiaçı daşınmaz əmlakı təqdim edən şəxs deyil, həmin əmlakı əldə edən qismində çıxış etdiyindən, cavabdehin hərracın yekunlarına dair protokolun tərtib edilməsi və alqı-satqı müqaviləsinin bağlanması üçün sadələşdirilmiş verginin ASC tərəfindən ödənilməsi şərtini irəli sürməsi qanunauyğun hesab edilə bilməz.

10. Həmçinin, hərracın nəticəsi olaraq iddiaçının əldə etdiyi daşınmaz əmlak gələcəkdə satıldıqda bank tərəfindən Azərbaycan Respublikası VM-in 218.4.3-cü maddəsinin tələblərinə əsasən yenidən sadələşdirilmiş vergi ödənilməlidir. Belə olan halda isə hazırda əmlak alınarkən iddiaçı tərəfindən sadələşdirilmiş verginin ödənilməsi bankın eyni əmlakla bağlı 2 dəfə eyni vergiyə cəlb olunmasına səbəb olacaqdır.

11. Bundan əlavə, mübahi sə predmeti olan hərrac könüllü əsaslarla deyil, icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmurunun sifarişi əsasında həyata keçirildiyindən, yəni həmin hərracın həyata keçirilməsi vəzifəsi qanundan irəli gəldiyindən, hərrac təşkilatçısı qanunun tələblərinə uyğun şəkildə keçirilmiş hərracın nəticələrinə dair protokolu təsdiq etmək və alqı-satqı müqaviləsi bağlamaq vəzifəsi daşımaqla hərrac protokolunu imzalamaqdan və müqavilə bağlamaqdan imtina etmək hüququna malik deyildir.

12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası VM-in 150.3, 150.1.13, 218.4.3, 219.3-1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.2, 41.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Üçüncü şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təm in edilməməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 mart tarixli 2-2(103)-284/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 noyabr tarixli e-2-2(113)-2220/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim V.Baxışova, hakimlər R.Qurbanov və C.Yusifov).

15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, qanunvericilikdə yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyində, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulması nəzərdə tutulmuşdur.

16. Hazırkı mübahisə əmlakı əldə edən ipoteka s axlayan tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyi üçün, ödəmə mənbəyindən verginin tutulması ilə bağlı vergi qanunvericiliyinin müvafiq normalarının tətbiqi mümkün olmur.

17. Eyni zamanda, ipoteka saxlayan hərrac baş tutmadıqda ipoteka predmetini məcburiyyət qarşısında qalaraq əldə edir, xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində özgəninkiləşdirməyə məcbur olur. Həmin əmlaklar özgəninkiləşdirilərkən bank tərəfindən ödəmə mənbəyindən vergi ödənildiyindən bank bir vergini iki dəfə-həm əmlakı ələ edərkən, həm də özgəninkiləşdirərkən ödəmiş olur ki, bu da vergi qanunvericiliyinə əsasən qanunsuzdur.

18. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 319.1, 319. 3, Azərbaycan Respublikası VM-in 150.1.13, 150.3-1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7,43.9-cu maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun“Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 23 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

19. Məhkəmənin qətnaməsi üçüncü şəxsə 2021-ci il 9 aprel tarixdə təqdim edilmişdir. 20. 2021-ci il 4 may tarixdə üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri:

21. Sadələşdirilmiş verginin “bilavasitə mənbədən” tutulmasını həyata keçirmək öhdəliyi yaşayış və qeyri-yaşayış sahəsinin təqdim edilmə üsulundan asılı olaraq iki fərqli subyekt arasında bölüşdürülmüşdür: notariuslar və hərracın nəticələrini təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar. Vergitutma ilə bağlı öhdəliyin hansı subyektin üzərinə qoyulmasından asılı olmayaraq, vergitutmanın yalnız “bilavasitə mənbədən” forması nəzərdə tutulur və yaranan münasibətlərdə əmlakı təqdim edən, yəni gəlir əldə edən şəxsin iştirakı birmənalı olaraq istisna edilir.

22. Vergi qanunvericiliyi baxımından, yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxs formasından asılı olmayaraq müəyyən gəlir əldə edir və həmin gəlirin mənbəyi q ismində əmlakı mülkiyyətinə qəbul edən şəxs çıxış edir. Bu zaman, əmlakı təqdim edən şəxsin əldə etdiyi gəliri və çəkdiyi xərclər arasında fərqin mənfi, yaxud müsbət olması, yəni zərərə məruz qalıb-qalmaması heç bir əhəmiyyət daşımır.

23. İpoteka predmetini təşkil edən yaşayış və qeyri-yaşayış sahələrinin icra edilməmiş kredit öhdəliyi qarşılığında ipoteka saxlayanın mülkiyyətinə keçməsi vergitutma məqsədləri üçün təqdim edilmə sayılır və sadələşdirilmiş verginin obyektini təşkil edir. Əmlakı əldə edən qismində ipoteka saxlayan çıxış edir, ipoteka predmetini təşkil edən əmlakın mülkiyyətindən çıxması qarşılığında ipoteka qoyan kredit üzrə öhdəliklərinin tam və ya qismən əvəzləşdirilməsi formasında müəyyən gəlir əldə edir. Məsələyə bu mövqedən yanaşdıqda, hərracın nəticələrini müvafiq proto kolla rəsmiləşdirən ixtisaslaşdırılmış təşkilat tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması haqqında tələbi məhz ipoteka saxlayana qarşı yönəlməlidir. Bu zaman sadələşdirilmiş verginin tutulduğu şəxs ipoteka saxlayan olsa da, bu vergi məbləği ipoteka qoyanın hesabına aid edilir.

24. Vergi qanunvericiliyi mülkiyyət hüququnun ipoteka qoyana keçməsi formasında ipoteka predmetinin təqdim edilməsini sadələşdirilmiş vergi öhdəliyini istisna edən hal kimi müəyyən etmir. Başqa sözlə, ipoteka predmetinin ipoteka saxlayanın mülkiyyətinə keçməsi ilə bağlı vergi azadolması nəzərdə tutulmamışdır.

25. Əmlakın təqdim edilməsi ilə bağlı yaranan sadələşdirilmiş verginin ipoteka qoyandan tutulması həm qanunvericiliyin tələbləri baxımından, həm də praktiki baxımdan mümkün deyildir. İpoteka predmetinin təqdim edilməsi əməliyyatında, yəni hərrac prosesində ipoteka qoyan nə bilavasitə (şəxsən), nə də dolayısı olaraq iştirak etmir və verginin ondan tutulması üçün şərait yaranmır.

26. Ümumiyyətlə, ipoteka predmeti üzərində mülkiyyət hüququnu əldə edən şəxslərin statusundan və hərracın nəticələrindən asılı olaraq sadələşdirilmiş verginin fərqli qaydada tutulması ağlabatan hesab oluna bilməz. Bir halda ipoteka predmetinin baş tutmuş hərrac nəticəsində üçüncü şəxslərə satılması zamanı sadələşdirilmiş verginin onlardan tutulması, ikinci halda isə hərracın baş tutmaması ilə əlaqədar ipoteka predmetinin ipoteka saxlayanın mülkiyyətinə keçməsi zamanı verginin əmlaka mülkiyyət hüququ əldə edəndən deyil, ipoteka qoyandan tutulması ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemlili yi və kompleksliyi, eləcə də, mütənasiblik prinsiplərinə uyğun gəlmir.

27. Bundan başqa, ipoteka predmetini mülkiyyətinə qəbul etməsinə görə ipoteka saxlayandan sadələşdirilmiş verginin tutulması və həmin predmetin sonradan üçüncü şəxslərə satışı zamanı sadələşdirilmiş verginin ödənilməsi təkrar vergitutma hesab oluna bilməz. Birinci halda ipoteka saxlayandan tutulan sadələşdirilmiş vergi onun hesabına deyil, ipoteka qoyanın hesabına aid edilir və həmin vergini dolayı olaraq ipoteka qoyan ödəmiş hesab olunur.

28. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən mülkiyyətə qəbul edilməsi əməliyyatında pul vəsaitinin iştirak etməməsi verginin ödəmə mənbəyində tutulmasına mane olmur. İstər barter formasında daşınmaz əmlakın təqdim edilməsində, istər fiziki şəxslərin muzdlu işlə bağlı gəlirləri nin natura formasında ödənilməsində, eləcə də, digər hallarda pul vəsaitinin hərəkəti baş vermir və bununla yanaşı, ödəmə mənbəyində vergilər vergitutma obyektini təqdim edən şəxslər tərəfindən ödənilir.

29. Üçüncü şəxs kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası VM-in 13.2.10, 150.1.9, 150.3-1, 218.4.3, Azərbaycan Respublikası MM-in 319.3, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 5, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.2-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətlərinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şika yətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. İddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

33. Kassasiya şikayətləri MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində verilmiş, şikayətlərin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

34. İş üzrə üçüncü şəxs apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsin də məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.3. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur.”

36. Azərbaycan Respublikası VM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbu r edilə bilməz.... 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin.... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir....” “Maddə

6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir:... 6.1.9. sadələşdirilmiş vergi;...” “Maddə

150. Ödəmə mənbəyində verginin tutulması qaydası (mübahisəli münasibətinin yarandığı dövrdəki redaksiyası) 150.1.9. fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius... 150.1.13. aşağıdakılar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar... 150.3-1. Notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar bu Məcəllənin 150.1.13.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 (on) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada məlumatı vergi orqanına təqdim etməyə borcludurlar. Verilmiş borcun təminatı kimi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edildikdə bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ipoteka saxlayandan tutulur....” “Maddə

219. Vergitutma obyekti... 219.3-1. Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir.... 37. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “M a d d ə

41. İpoteka predmetinin satış üsulları... 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir....” “M a d d ə

43. Hərracın baş tutmamış elan edilməsi... 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaq la, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.... 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir....” 38. “Daşı nmaz Əmlakın Dövlət Reyesteri haqqında” Azərbaycan Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası “ M a d d ə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol...”

39. KMP-nin “Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 23 iyul tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “... keçirilmiş təkrar hərrac baş tutmamış elan edildiyi halda sadələşdirilmiş verginin ödənilməli olub-olmaması və ya kim tərəfindən ödənilməli olması mövcud qanunvericilik normaları ilə tam nizamlanmadığı vurğulanaraq müvafiq şərhlə məsələnin tənzimlənməsini qeyri-mümkün hesab etmiş və bu baxımdan, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının qüsa müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.”... “Konstitusiya Məhkəməsinin Plenumu göstərilən mövqelərə əsaslanaraq qeyd edir ki, müvafiq qanunvericilik sahəsinin müddəalarının qeyri-müəyyənliyi həm vergi ödəyicilərinin hüquqlarının pozulmasına, həm də vergidən yayınma hallarına səbəb ola bilər. Məhz buna görə də adıçəkilən qanunvericilik sahəsi hər kəsin tələb olunan vergini nə vaxt və hansı qaydada ödəməli olduğuna dair tam və dəqiq məlumatlı olmasını mümkün edən səviyyədə qurulmalıdır. Bu zaman onu da nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyi aktlarındakı bütün ziddiyyətlər və anlaşılmazlıqlar vergi ödəyicisinin xeyrinə həll olunur. Belə ki, Vergi Məcəlləsinin 3.9-cu maddəsinə müvafiq olaraq, vergilər haqqında qanunve ricilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə uyğun olaraq isə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.”... “Qeyd olunduğu kimi, keçirilmiş təkrar hərrac baş tutmamış elan edildiyi halda sadələşdirilmiş verginin ödənilməli olub-olmaması və ya kim tərəfindən ödənilməli olması mövcud qanunvericilik normaları ilə tam nizamlanmadığından, Konstitusiya Məhkəməsinin Plenumu müvafiq şərhlə məsələnin tənzimlənməsini qeyri-mümkün hesab edir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, vergi qanunvericiliyinin yuxa rıda istinad olunan normalarının məzmunundan göründüyü kimi (bax yuxarıda mətndə 36-cı bənd)mülkiyyətdə olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Hazırki işdə iddiaçı daşınmaz əmlakı təqdim edən şəxs deyil, həmin əmlakı əldə edən qismində çıxış etmişdir. Yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyində, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulması nəzərdə tutulmuşdur

41. İşin mübahisələndirilməyən hallarına görə, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün təşkil edilmiş hərrac baş tutmamış və iddiaçı həmin əmlakı “İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinin tələbləri qaydasında (bax yuxarıda 37-ci b ənd) ipotekaya xitam verilməməsi üçün əldə etmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka saxlayan iddiaçı tərəfindən ipoteka predmeti əldə edilərkən, hər hansı ödəniş edilmədiyindən, üçüncü şəxsin ödəmə mənbəyində verginin iddiaçıdan tutulmasına dair dəlilləri əsaslı olmamaqla, Vergi Məcəlləsinin 150-ci maddəsiinin tələblərinə uyğun deyildir (mübahisəli münasibətinin yarandığı dövrdəki redaksiyası).

43. Həmçinin, «İpoteka haqqında» Qanunun tələbinə görə (bax yuxarıda 37-ci bənd) ipoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. İddiaçı Qanunun həmin tələbini yerinə yetirərək, əldə etdiyi ipoteka predmetini gələcəkdə özgənin kiləşdirən zaman vergi qanunvericiliyin tələblərinə əsasən yenidən sadələşdirilmiş vergini ödəməli olacaqdır.

44. Bu isə Vergi Məcəlləsinin heç bir şəxsin əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməməsinə dair 3-cü maddəsinin tələblərinin pozulması ilə nəticələnə bilər.

45. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan hərrac könüllü əsaslarla deyil, icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmurunun sifarişi əsasında həyata keçirildiyindən, işə baxmış məhkəmələr düzgün olaraq belə qənaətə gəlmişlər ki, hərracın keçirilməsi vəzifəsi qanundan irəli gəldiyindən hazırki halda hərrac təşkilatçısı qanunun tələblərinə uyğun şəkildə keçirilmiş hərracın nəticələrinə dair protokolu təsdiq etmək və alqı-satqı müqaviləsi bağlama q vəzifəsi daşımaqla hərrac protokolunu imzalamaqdan və müqavilə bağlamaqdan imtina etmək hüququna malik deyildir.

46. Həmçinin, KMP-nin yuxarıda qeyd olunmuş qərarında ifadə olunmuş mövqeyinə görə, ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildiyi halda, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməli olub-olmaması və ya kim tərəfindən ödənilməli olması, habelə bu zaman tələb olunan sadələşdirilmiş verginin ödənilməsi qaydaları mövcud qanunvericilik normaları ilə tam nizamlanmadığından müvafiq şərhlə məsələnin tənzimlənməsini qeyri-mümkündür. Vergi qanunvericiliyi aktlarındakı bütün ziddiyyətlər və anlaşılmazlıqlar vergi ödəyicisinin xeyrinə həll olunur (bax yuxar ıda mətndə 39-cu bənd).

47. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 mart tarixli 2-2(103)-284/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m inir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.M.Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar