Məhkəmə qərarları › İş №2-2(102)-272/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-272/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-272/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli 2-2(106)147/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İ ddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2018-ci il 1 fevral tarixli, 201803 saylı Müqaviləyə əsasən bu müqavilənin şərtləri daxilində satıcı alıcının sifarişi ilə bu müqavilənin əlavələri ilə müəyyən olunan malları alıcıya təqdim etməklə onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib onun dəyərini bu müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

2. İddiaçı MMC ilə Cavabdeh arasında tərtib edilmiş 2022-ci il 4 may tarixli üzləşmə aktından görünür ki, 49.227,6 manat məbləğində borc olduğunu imzaları ilə təsdiqləmişlər.

3. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 2022-ci il 3 iyun tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci ödəmişdir. 4. 2020-ci il 9 oktyabr tarixli, EBAR seriyalı 074107 nömrəli elektron qaiməyə əsasən 202,93 manat, 2020-ci il 12 oktyabr tarixli, EBAR seriyalı 161954 nömrəli elektron qaiməyə əsasən 276,34 manat, 2020-ci il 12 oktyabr tarixli, EBAR seriyalı 162065 nömrəli elektron qaiməyə əsasən 453,74 manat, 2020-ci il 12 oktyabr tarixli, EBAR seriyalı 162377 nömrəli elektron qaiməyə əsasən 361,12 manat, 2020-ci il 16 oktyabr tarixli, EBAR seriyalı 388646 nömrəli elektron qaiməyə əsasən 1.360,65 manat, 2020-ci il 21 oktyabr tarixli, EBAR seriyalı 535618 nömrəli elektron qaiməyə əsasən 1.632,59 manat, 2020-ci il 22 oktyabr tarixli, EBAR seriyalı 618180 nömrəli elektron qaiməyə əsasən 351,64 manat, 2020-ci il 30 noyabr tarixli, EBAT seriyalı 245213 nömrəli elektron qaiməyə əsasən 6.018,60 manat, 2021-ci il 9 yanvar tar ixli, EBAV seriyalı 917865 nömrəli elektron qaiməyə əsasən 9.299,29 manat, 2021-ci il 9 fevral tarixli, EBAX seriyalı 219372 nömrəli elektron qaiməyə əsasən 7.148,19 manat, 2021-ci il 19 mart tarixli, EBAZ seriyalı 037654 nömrəli elektron qaiməyə əsasən 10.293,66 manat, 2021-ci il 30 avqust tarixli, EBBH seriyalı 250886 nömrəli elektron qaiməyə əsasən 7.330,86 manat məbləğində mal təqdim olunmuşdur.

5. İddiaçı MMC tərəfindən Cavabdeh bildiriş ünvanlanaraq, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ödənilməmiş 49.277,6 manat məbləğində pul vəsaitini 5 gün müddətində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – “id diaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 28 iyun tarixdə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 2018-ci il 1 fevral tarixli, 2018-03 saylı müqaviləyə əsasən satılmış malların dəyəri kimi 49.277,60 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2018-ci il 1 fevral tarixli, 2018-03 saylı müqaviləyə əsasən iddiaçı həmin müqavilənin əlavələri ilə müəyyən olunan malları cavabdehə təqdim etməklə sonuncunun mülkiyyətinə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə həmin müqavilənin şərtlərinə görə malları qəbul edib dəyərini müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. H əmin müqaviləyə əsasən iddiaçı tərəfindən mütəmadi olaraq cavabdehə müqavilədə nəzərdə tutulan mallar satılmış, bu malların dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə elektron-qaimə göndərilmişdir. Cavabdeh göndərilmiş elektron qaimələri təsdiq edərək, təqdim edilmiş mallar üçün qaimədə göstərilən məbləğin ödənilməsini qəbul etmiş, bir müddət aldığı malların dəyərini vaxtında ödəmiş, sonradan isə aldığı malların dəyərini ödəmədiyinə görə ödənilməyən 49.277,6 manat borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə elektronqaimə göndərilmiş, həmin məbləğlərə etirazını bildirməmiş və bununla əlaqədar iddiaçı ilə cavabdeh arasında 2022-ci il 4 may tarixli üzləşmə aktı tərtib edilmişdir.

8. Belə ki, tərəflər arasında ödənilməli olan pulun məbləğinin dəqiqləşdirilməsi ilə əlaqədar 2022 -ci il 4 may tarixli üzləşmə aktı tərtib olunmuş, həmin üzləşmə aktı cavabdeh tərəfindən təsdiq edilmiş, bununla da müqavilə üzrə ödənilməyən borc məbləğinin 49.277,6 manat olması cavabdeh tərəfindən etiraf edilmişdir. Cavabdeh müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədiyinə görə iddiaçı öhdəliyinin icrasını dayandırmışdır. İddiaçı tərəfindən cavabdehə 49.277,6 manat dəyərində mal verilmiş olsa da, cavabdeh tərəfindən həmin malın dəyəri ödənilməmişdir. Tərəflər arasında bağlanmış 2018-ci il 1 fevral tarixli, 2018-03 saylı müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniş müqaviləyə əsasən “Alıcı” sifariş olunan malın dəyərini “Satıcı” malı təqdim etdiyi gündən sonra 10 iş günündən bir köçürmə yolu ilə həyata keçirir. Lakin cavabdeh aldığı malların dəyərini müqavi lədə nəzərdə tutulduğu vaxtda ödəmədiyinə görə, sonuncuya bildiriş göndərilərək tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənilməmiş 49.277,6 manat məbləğində pul vəsaitinin 5 gün müddətində iddiaçının müqavilədə göstərilən bank hesabına ödənilməsi tələb edilmişdir. Buna baxmayaraq cavabdeh qeyd olunan müqavilənin şərtlərini yerinə yetirməkdən imtina etmiş, müqavilə üzrə ödəməli olduğu məbləği iddiaçıya ödəməmişdir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə - “MM”) 427.3, 427.4, 430.1, 441.1, 441.2, 442, 567, 598.1-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.

11. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 14 sentyabr tarixli, e-2-2(121)1566/2022 saylı qətnam əsi ilə iddia tələbi təmin edilmişdir (hakim – İ.Cabbarov).

12. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırkı işdə iddiaçının müqaviləsi üzrə Cavabdeh işlərin görülməsi üçün avansın ayrılması, xidmətlərin göstərilməsi və sonuncunun ödəniş tapşırıqlarına əsasən pul vəsaitini alması, o cümlədən, qaiməfakturalara və aktlara əsasən işlərin görülməsi işin mübahisəsiz halını təşkil etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı tərəfindən mütəmadi olaraq cavabdehə müqavilədə nəzərdə tutulan mallar satılmış, bu malların dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə elektron-qaimə göndərilmişdir. Cavabdeh göndərilmiş elektron qaimələri təsdiq edərək, təqdim olunmuş mallar üçün qaimədə göstərilə n məbləğin ödənilməsini qəbul etmiş, bir müddət aldığı malların dəyərini vaxtında ödəmiş, sonradan isə aldığı malların dəyərini ödəmədiyinə görə 49.277,6 manat məbləğində borcu qalmışdır.

13. Həmçinin cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 2018-ci il 1 fevral tarixli, 2018-03 saylı müqaviləyə əsasən 49.277,6 manat borcun olduğu iş materialları ilə tam sübuta yetirilmişdir.

14. Məhkəmə öz mövqeyini MM-in 14.2.1, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 567, 599.1, 599.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etmişdir.

15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbin in təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli, 2-2(106)-147/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Zeynalov, hakimlər – T.Kərimov və T.Heydərov).

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul olunduğundan qanuni və əsaslıdır. Bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Hazırkı işdə müqavilə üzrə cavabdehə işlərin görülməsi üçün avansın ayrılması, xidmətlərin göstərilməsi və sonuncunun ödəniş tapşırıqlarına əsasən pul vəsaitini alması, o cümlədən qaimə-fakturalara və aktlara əsasən işlərin görülməsi işin mübahisəsiz halını təşkil etmişdir. Həmçinin iddiaçı ilə cavabdeh arasında 2022-ci il 4 may tarixli üzləşmə aktı imzalanaraq 49.277,6 manat məbləğində borc olduğunu tərəflər imzaları ilə təsdiq etmişlər.

18. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin olunaraq hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan ə saslı hesab edilərək təmin olunmamışdır. Cavabdeh birinci instansiya məhkəmə baxışı iclasından məlumatlı olmuş, göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və sonuncu bu imkanından istifadə etməmişdir. Həmçinin cavabdeh iş üzrə xüsusi bilik tələb olunan halların nədən ibarət olmasının, məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasının zəruriliyini əsaslandırmamışdır. Belə ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunması barədə apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir.

19. Məhkəmə öz qətnaməsini MM-in 14.2.1, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 567, 599.1, 599.3, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.3, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsas landırmışdır.

20. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 12 dekabr tarixində iş üzrə tərəflərə göndərilmiş və 2022-ci il 19 dekabr tarixdə cavabdehə təqdim olunmuşdur.

21. Cavabdeh həmin qətnamədən 2023-cü il 16 fevral tarixində kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. MPM-in 9.1, 9.3, 97.1, 106.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi cavabdehin vəsatəti əsasında məhkəmə-mühasibatlıq ekspertizası təyin edə biləcəyi halda, bundan imtina etmişdir. Belə olan halda məhkəmə qeyd olunan halların araşdırılmasını əlavə sübut toplan ması kimi nəzərə almışdır. Məhkəmə iş materiallarında mövcud olan üzləşdirmə aktına əsaslanaraq cavabdehin borclu olmasına dair qətnamə qəbul etmişdir. Lakin həmin akta 49.277,6 manat məbləğində borclu olduğuna dair cavabdehin imzasının olması sonuncunun borclu olduğunu təsdiqləməmişdir. Həmin borc məbləğinin cavabdehə aid olubolmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Hazırkı icraat çərçivəs ində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir ş əxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş di gər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür....”

28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli, 2-2(106)-147/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

30. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2018-ci il 1 fevral tarixli, 2018-03 say lı müqaviləyə əsasən iddiaçı həmin müqavilənin əlavələri ilə müəyyən olunan malları cavabdehə təqdim etməklə sonuncunun mülkiyyətinə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə həmin müqavilənin şərtlərinə görə malları qəbul edib dəyərini müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən mütəmadi olaraq cavabdehə müqavilədə nəzərdə tutulan mallar satılmış, bu malların dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə elektron-qaimə göndərilmişdir. Cavabdeh göndərilmiş elektron qaimələri təsdiq edərək, təqdim edilmiş mallar üçün qaimədə göstərilən məbləğin ödənilməsini qəbul etmiş, bir müddət aldığı malların dəyərini vaxtında ödəmiş, sonradan isə aldığı malların dəyərini ödəmədiyinə görə ödənilməyən 49.277,6 manat borcu qalmış dır. İddiaçı tərəfindən cavabdehə elektronqaimə göndərilmiş, həmin məbləğlərə etirazını bildirməmiş və bununla əlaqədar iddiaçı ilə cavabdeh arasında 2022-ci il 4 may tarixli üzləşmə aktı tərtib edilmişdir.

31. Kassasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 2018-ci il 1 fevral tarixli, 2018-03 saylı müqaviləyə əsasən, müqavilənin şərtləri daxilində satıcı alıcının sifarişi ilə bu müqavilənin əlavələri ilə müəyyən olunan malları alıcıya təqdim etməklə onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib onun dəyərini bu müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

32. Həmin müqaviləyə dair 2022-ci il 4 may tarixli üzləşmə aktından görünür ki, 49.227,6 manat məbləğində borc olduğunu imzaları ilə təsdiqləmişlər. Bel ə olduğu halda cavabdeh tərəfindən ekspertizanın keçirilməsi barədə verilmiş vəsatət əsassız olmuşdur. Belə ki, cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin olunaraq hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan cavabdehin bu dəlili əsassız olmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinə sübutlarını təqdim edə biləcəyi halda bunu etməmişdir.

33. Məhkəmə kollegiyası həmçinin “cavabdehin imzasının olması halı, sonuncunun borclu olduğunu təsdiqləməmişdir” dəlilinə dair qeyd edir ki, 2020-ci il 9 oktyabr tarixdən 2021-ci il 30 avqust tarixədək iddiaçı tərəfindən mütəmadi olaraq cavabdehə müqavilədə nəzərdə t utulan mallar satılmış, bu malların dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə elektron-qaimə göndərilmişdir. Cavabdeh göndərilmiş elektron qaimələri təsdiq edərək, təqdim olunmuş mallar üçün qaimədə göstərilən məbləğin ödənilməsini qəbul etmişdir. Lakin Cavabdeh bir müddət sonra aldığı malların dəyərini vaxtında ödəmədiyindən 49.277,60 manat məbləğində borcu yaranmışdır.

34. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Respublikası MPM-nin 417419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

36. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli, 2-2(106)-147/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar