Məhkəmə qərarları › İş №2-2(102)-273/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-273/2019

11.06.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-273/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı (üçüncü şəxs “Azəriqaz” İBnin Bakı Regional Qazın Satışı Departamentinin iştirakı ilə) iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nıgar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Nümayəndə1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı (üçüncü şəxs - “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin iştirakı ilə) aktın etibarsız hesab olunaraq onun əsasında hesablanmış ziya nın silinməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 27 avqust 2018ci il tarixli 2-2(103)-395/2018 qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 11 iyun 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı (üçüncü şəxs “Azəriqaz” İBnin Bakı Regional Qazın Satışı Departamentinin iştirakı ilə) əsassız olaraq yazılmış 60458 manat 80 qəpik borcun silinməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MMP-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq “Azəriqaz” X1 istifadə qaydalarının pozulması haqqında ******* nömrəli 08 sentyabr 2017-ci il tarixli aktı etibarsız hesab olunaraq və onun əsasında 54156 manat məbləğində ziyanın silinməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında 27.10.2016cı il tarixdə 1957-10-16 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı ünvan 1 ünvanında yerləşən çörək bişirmə sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olur, iddiaçı sayğacında nasazlıq hiss edərək “Azəriqaz” İB-yə müraciət etmiş və müraciəti əsasında 07.09.2017-ci il tarixdə “Azəriqaz” İB-nin nümayəndələri qeyd olunan ünvana gələrək, ******* nömrəli 07.09.2017-ci il tarixli qaz sayağcının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edərək, sayğacının ç ıxarılaraq nümayəndələr tərəfindən yuyulmuş və yenidən plomblanaraq yerinə qoyulmuşdur. Həmin zaman ona heç bir irad bildirilməmişdir. Həmin gün yenidənAzəriqaz” İB-nin işçiləri qeyd olunan ünvana gələrək, sexdə olanavadanlıqların inventaruizasiyasını və buna dair akta iddiaçıya imza etdirmişlər. 28.09.2017-ci il tarixində ona cavabdeh tərəfindən hesab-faktura göndərilərək bildirilmişdir ki, 28.09.2017-ci il tarixinə onun cavabdehə 60458 manat 80 qəpik borcu vardır. Birinci instansiya məhkəməsinin 09.02.2018-ci il tarixli iş № 2-2(82)-82/2018, (sədrlik edən hakim Z.Tağıyev) qətnaməsi ilə iddianın təmin edilməsi, “Azəriqaz” X1 istifadə qaydalarının pozulması haqqında ******* nömrəli 08 sentyabr 2017-ci il tarixli aktı etibarsız hesab olunaraq və onun əsasında 54156 manat məbləğində ziyanın silinməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 09.02.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin 27.08.2018-ci il tarixli iş № 2-2(103)-395/2018 (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və X.Sarıyev) qətnaməsi ilə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 2-2(82)/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cavabdehin təbii qazdan i stifadə qaydalarının pozulması haqqında 08 sentyabr 2017-ci il tarixli, ******* nömrəli aktının etibarsız hesab olunaraq onun əsasında hesablanmış 54156 manat məbləğində ziyanın silinməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçıkasasiya şikayətini onunla əsaslandırmışdır ki,cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ilə onun arasında 27 oktyabr 2016-cı il tarixdə 1957-10-16 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında o, ünvan 2 ünvanında yerləşən çörək bişirmə sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sayğacında nasazlıq hiss edərək, “Azəriqaz” İstehsalat Birliyinə müraciət etmişdır. Müraciəti əsasında 07 sentyabr 2017-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri qeyd olunan ünvana gələrək, 07 sentyabr 2017-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edərək, sayğacı çıxarılaraq nümayəndələr tərəfindən yuyulmuş və yenidən plomblanaraq yerinə qoyulmuşdur. Həmin zaman ona heç bir irad bildirilməmişdir. Həmin günün sabahısı yenidən, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri qeyd olunan ünvana gələrək, sexdə olan avadanlıqlarının inventarizasiyasını aparmışlar və buna dair ona imza atdırmışlar. 28 sentyabr 2017-ci il tarixdə ona “Azəriqaz” İstehsalat Birliyindən hesab-faktura göndərərək bildirmişlər ki, 28 sentyabr 2017-ci il tarixə onun cavabdeh orqana 60458 manat 80 qəpik borcu vardır. Belə ki, onun müraciəti əsasında idarənin əməkdaşları sayğaca baxış keçirməyə gəlmişlər. Əgər həqiqətən sayğacdan kənar xətdən istifadə etmiş olsay dı cavabdehə onlar tərəfindən necə müraciət oluna bilərdi? Digər bir hadisə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış nəticəsində də müəyyən olunmuşdur ki, kənar xətt çörək bişirmə sexinə gedən yolda, şadlıq sarayı və avtomobillərin texniki təmiri emalatxanasının yaxınlığında aşkar edilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təqdim olunmuş şahidlər dindirilmiş və həmin şahidlərdən X2 bildirmişdir ki, yeri qazan zaman əlavə xətt çıxdığını, iki obyektin arası ilə xəttin getdiyini, qazma işlərinin çörək sexinə kimi aparılmadığını, sonradan cihazlara baxış keçirildiyini, sexdə olan avadanlıqlara qaz xəttinin qoyulmasının müəyyən edilmədiyini və qaz xəttinin haradan qoşulmasını müəyyənləşdirə bilmədiyini qeyd etmişdir. Hətta yerli baxış keçirilən zaman d a cavabdeh tərəfin bütün şahidləri və aktı tərtib etmiş şəxsləri orada olmuş, lakin həmin qaz xəttini onun çörək bişirmə seximə qoşulmasını göstərə bilməmişlər və məhz həmin xəttin ona məxsus sexə daxil olduğunu təsdiq edə bilməmişlər. Sonradan onun tərəfindən aparılmış araşdırma nəticəsində, müəyyən olunmuşdur ki, həmin şadlıq sarayının yerində əvvəllər Gülüstan çörək bişirmə sexi fəaliyyət göstərmiş və həmin qaz xətti də həmin çörək bişirmə istehsalat sahəsinin istifadəsində olmuşdur. Beləliklə, bu hal bir daha təsdiq edir ki, həmin xəttin ona heç bir aidiyyəti yoxdur. Bu halı tərəfindən kasasiya şikayətinə əlavə etdiyi Gülüstan Çörək bişirmə istehsalat sahəsinin Abonent saldosu və İnşaat pasportunda göstərilən cihazlar bir daha təsdiq edir ki, “Azəriqaz” İB-nin işçiləri tərəfindən tap ılmış həmin köhnə xətt məhz ləğv edilmiş Gülüstan çörək bişirmə sexinə məxsus olmuşdur. Bütün bu faktlara 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müəyyən edildiyi halda, Bakı Apelyasiya Məhkəməsi bu faktlara əsassız olaraq heç bir hüquqi qiymət verməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli 2-2(103)-395/2018 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2-2(103)395/2018 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da, onun vəkili Nümayəndə1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2-2(103)-395/2018 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında i ştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçınınkasasiy a şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, “Azəriqaz” X1 istifadə qaydalarının pozulması haqqında 08 sentyabr 2017-ci il tarixli ******* nömrəli aktı etibarsız hesab olunaraq və onun əsasında 54156 manat məbləğində ziyan silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 27 avqust 2018-ci il tarixli, 2-2(103)-395/2018 saylı qətnamə ilə, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 2-2(82)-82/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cavabdehin təbii qazdan istifadə qaydalarının pozulması haqqı nda 08 sentyabr 2017-ci il tarixli, ******* nömrəli aktının etibarsız hesab olunaraq onun əsasında hesablanmış 54156 manat məbləğində ziyanın silinməsi barədə iddiasının təmin edilməməsi qənaətinə gələrkən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə, Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.1, 5.9-cu bəndlərinə istinad etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi və həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 26 oktyabr 2004-cü il tarixdə verdiyi vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnaməyə gö rə ********** saylı VÖEN-ə malik olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yəni, fərdi sahibkar statusundadır. Məlum olduğu kimi isə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələri n, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə müvafiq olaraq yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Lakin iş materiallarında olan və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, “Azəriqaz” İstehsalat Birliyi iddiaçı barəsində yoxlamanı n aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Həmçinin iş üzrə müəyyən edilmişdir ki, “Azəriqaz” İstehsalat Birliyinin istehlakçılara satılan qaza nəzarət şöbəsinin mühəndisləri tərəfindən 08 sentyabr 2017-ci il tarixdə Rasimə Məcidova məxsus çörək sexinə baxış keçirilən zaman sayğacdan kənar qaz xətti aşkar edilməsi barədə akt tərtib etmiş və dəymiş ziyanın hesablanılması tələb edilmişdir. Həmin akt əsasında 11 sentyabr 2017-ci il tarixdə itirilmiş qazın bərpası barəd ə hesabat tərtib edilmiş və hesabatda kənar xətt vasitəsilə qazdan istifadənin aşkar olunduğu tarixə 08 sentyabr 2017-ci il tarixədək sayğacdan kənar xətt vasitəsilə qazdan istifadə olunan 250 gün müddət üçün sayğacın sutkalıq arxiv məlumatlarında qeydiyyata alınmış göstəricilərə uyğun olaraq 05 aprel 2017-ci il tarixdə qeydə alınmış maksimal günlük 1408 kub metr sərfiyyat nəzərə alınmaqla itirilmiş qazın bərpası üzrə hesabat aparılması 1408 kub metr x 250 gün = 352000 kub metr 01.01.2017-07.09.2017-ci il tarixləri ərzində qeyri-qanuni təbii qazdan istifadə dövründə müəssisənin sayğacı vasitəsilə qeydə alınmış (arxiv məlumatlarına əsasən) 81228 kub metr sərfiyyat hesabatlarda nəzərə alınması və qeydə alınmış qaz həcmi nəzərə alınmaqla itirilmiş qaz həcminin hesabatı 352000 kub metr 81220 = 270780 kub metr kimi hesablanmaqla, 01.01.2017-07.09.2017-ci il ərzində hesabatdan kənarda qalmış qaz həcminin 270780 metr kub həcmində olduğu müəyyən edilmişdir. Lakin “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 08 sentyabr 2017-ci il tarixli, ******* nömrəli aktda qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Belə ki, qeyd edilən aktdan görünür ki, iddiaçıya məxsus müəssisədə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. Lakin birinci instansiya məhkəməsinin hazırlıq icraatı zamanı aktın tərtibində iştirak etmiş “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları ifadələrində qeyd etmişdirlər ki, iddiaçıya məxsus çörək sexinə baxış keçirilməsi üçün ana qaz xəttindən qazıntı işləri aparılmış, qazı ntı 2-3 metr məsafədə aparıldıqdan sonra çörək sexinə çəkilmiş qaz xəttinin yanında çörək sexindən 25-30 metr aralıda kənar xəttin aşkarlanmış, kənar xətti iddiaçıya məxsus qaz xəttinə birləşməmiş, qazıntı işlərinin tam olaraq iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə kimi aparılmamış və kənar xəttin iddiaçının az qaz sərfiyyatı səbəbindən ona məxsus olduğu qənaətinə gəlmişlər. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən 08 yanvar 2018-ci il tarixli yerli baxış zamanı müəyyən edilmişdir ki, əsas qaz xəttindən iddiaçının qeyri-yaşayış sahəsinə gedən qaz xətti yol kənarından başlayaraq hərəkət edərək sol tərəfdə şadlıq sarayı, sağ tərəfdə avtomobillərin texniki təmiri emalatxanasının arasından keçərək, çörəkbişirmə sexinə gedir. Şadlıq sarayı ilə avtomobillərin texniki təmiri emalat xanası arasında 20 (iyirmi) sm məsafə var. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən aşkar olunan kənar xətt iddiaçıya məxsus çörəkbişirmə sexindən təxmini 25 (iyirmi beş) 30 (otuz) metr aralıqda, qeyd olunan şadlıq sarayının və avtomobillərin texniki təmiri emalatxanasının divarların ara məsafələrinin 20 (iyirmi) sm məsafədə yaxınlaşmasına 1 (bir) metr məsafə qalmış ərazidə aşkar olunmuşdur. Kənar xətt iddiaçıya məxsus çörəkbişirmə sexinə gedən yolda, şadlıq sarayı və avtomobillərin texniki təmiri emalatxanasına yaxınlıqda aşkar edilmişdir. Daha sonra qaz xətti şadlıq sarayı və avtomobillərin texniki təmiri emalatxanası aralarında olan məsafədən keçərək iddiaçıya məxsus çörəkbişirmə sexinə gedir. Göründüyü kimi aktda qeyd olunanlar işin halları ilə öz təsdiqini tapmamışdır. Belə ki, kənar qaz xətti iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən 25-30 metr aralıda şadlıq sarayının və avtomobillərin texniki təmiri emalatxanasının yaxınlığında iddiaçıya məxsus olan qaz xəttinə birləşmədən aşkar olunmuş, bundan başqa qaz xəttinin keçdiyi sahə, yəni, şadlıq sarayının və avtomobillərin texniki təmiri emalatxanasının ara divarları məsafəsi 20 sm olduğundan həmin ərazidə qazıntı işləri aparılmaqla kənar qaz xəttinin iddiaçıya məxsus qaz xəttinə birləşdirilməsi istisna olunur. Habelə nə aktda, nə şahid ifadələrində, nə yerli baxış zamanı iddiaçıya məxsus qeyri-yaşayış sahəsində qaz xəttinə kənar xəttin birləşməsi yeri müəyyən olunmamışdır. Lakin apelyasiya instansiyası məhkəməsi bütün yuxarıda göstərilənləri nəzərə almayaraq iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə olan hal da məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, “Azəriqaz” X1 istifadə qaydalarının pozulması haqqında 08 sentyabr 2017-ci il tarixli ******* nömrəli aktı etibarsız hesab olunaraq və onun əsasında 54156 manat məbləğində ziyan silinməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.4, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 27 avqust 2018-ci il tarixli, 22(103)-395/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı hazırkı iddiası təmin edilsin. Cavabdeh “Azəriqaz” X1 isti fadə qaydalarının pozulması haqqında 08 sentyabr 2017-ci il tarixli ******* nömrəli aktı etibarsız hesab olunsun və onun əsasında hesablanmış 54156 manat məbləğində ziyan silinsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar