Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-273/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" kiçik müəssisəsinin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: "pul" tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" kiçik müəssisəsinin Cavabdeh qarşı "pul" tələbi barədə ilkin iddia, Cavabdeh "xxxx" kiçik müəssisəsinə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə "xxxx" kiçik müəssisəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-c i il 21 fevral tarixli, 2-2(103)-1241/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" kiçik müəssisəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc qismində 4.864,50 manat, həmin pul vəsaitinin gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə 15.760 manat məbləğində faizin, pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 11.966 manat məbləğində faizin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Həmçinin Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" kiçik müəssisəsindən 9.726 man at, əlavə çəkdiyi 500 manat xərcin və mənəvi ziyanın əvəzi olaraq 10.000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 aprel tarixli, 2-2(113)-421/2021 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək, "xxxx" Kiçik Müəssisəsindən 4.861,5 manatın tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmiş, qalan hissədə qarşılıqlı iddia təmin edilməmişdir (hakim – A.Əliyeva).
4. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 03 noyabr tarixli, 2-2(103) -1241/2021 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 aprel tarixli, 2-2(113)-421/2021 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilmiş, X1 qarşılıqlı iddiası "xxxx" kiçik̇ müəssisəsindən 4.861,5 manat pulun tutulması hissəsində rədd edilmişdir. 6. 2022-ci il 24 yanvar tarixində iddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir.
7. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 07 fevral tarixli, e-2-2(103)-1241/2021 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) müəyyən edilmiş formada (3 saylı Əlavə) (bundan sonra – MPM) tərtib olunmadığından geri qaytarılmışdır.
8. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 03 noyabr tarixli, 2-2(103)-1241/2021 saylı qətnaməsindən 2022-ci il 18 fevral tarixdə MPM-ə 3 saylı Əlavəyə uyğun formada kassasiya şikayəti vermiş, lakin qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür.
9. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 fevral tarixli, 2-2(103)-1241/2021 saylı qərardadı ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), V.M.Məmmədov və R.Ə.Qurbanov) Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 03 noyabr tarixli, 2-2(103)-1241/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi be lə qənaətə gəlmişdir ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlara görə, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 03 noyabr tarixli, 2-2(103)-1241/2021 saylı qətnaməsi 2021-ci il 24 noyabr tarixdə iddiaçının nümayəndəsi Nümayəndə elektron kabinetinə yerləşdirilmiş, iddiaçının həmin qətnamədən kassasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin axımı 2022-ci il 26 yanvar tarixdə bitmiş, iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verməmişdir.
11. Məhkəmə bu qənaətini Mülki Prosessual Məcəllənin 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və kassasiya şikayətinin mümkünlüyünə dair yeni qərardad qə bul edərək, kassasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayətini MPM-in 405.0.1-ci maddəsində nəzərdə tutulan müddətdə vermişdir. Belə ki, məhkəmə 2022-ci il 21 fevral tarixli qərardadında qeyd etmişdir ki, “iddiaçının kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin axımı 2022-ci il 26 yanvar tarixdə bitmişdir”. Yəni iddiaçının kassasiya şikayətini göndərmək üçün iki gün də əlavə vaxtı olmuşdur.
14. Beləliklə, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə göndərildiyinə görə Bakı Apellyasiya Məhkəməsi kassasiya şikayətini mümkünlüyü ilə bağlı icraata qəbul etmiş və 2022-ci il 7 fevral tarixl i qərardad qəbul edərək, kassasiya şikayətinin mümkünlüyünə münasibət bildirmişdir.
15. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsind ə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
19. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində”; “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa”; “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman p rosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 fevral tarixli, 22(103)-1241/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
22. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, mülki prosessual qanunvericilikdə prosessual müddətlərin hesablanması, başlanması, qurtarması, axımının dayandırılması əsasları və prosessual müddətlərin ötürülməsinin nəticələri dəqiq təsbit edilmişdir.
23. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş və məhkəmənin 2022-ci il 7 fevral tarixli qərardadı ilə geri qaytarılmış kassasiya şikayəti vaxtında verilsə də, qeyd edilən qərardadda göstərilmiş çatışmazlıqlar aradan qaldır ıldıqdan sonra təkrar təqdim edilərkən artıq kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən ilkin kassasiya şikayətinin verilməsi prosessual müddətin axımını dayandırmamış, müddətin axımı davam edərək 2022-ci il 26 yanvar tarixdə bitmişdir.
24. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, ilkin kassasiya şikayətinin verilməsi prosessual müddətin axımını dayandırmadığından və şikayət verilməsi üçün müəyyənləşdirilmiş müddət 2022-ci il 26 yanvar tarixdə bitdiyindən, o cümlədən iddiaçı tərəfindən ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təqdim edilmədiyindən, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq kassasiya şikayətini geri qaytarmışdır.
25. Beləliklə, i şə kassasiya qaydasında baxan məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 fevral tarixli, 2-2(103)1241/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
27. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 fevral tarixli, 2-2(103)-1241/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.