Məhkəmə qərarları › İş №2-2(102)-273/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-273/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-273/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı1 cavabdehlər cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi ilə bağlı tələblər, iddia qaldırılması üçün subyektiv hüquq, müqavilə tələbləri üzrə iddia müddəti, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı icarə və alqı-satqı müqaviləsinin, çıxarışların qismən ləğv edilməsi və torpaq sahəsinin iddiaçının icarəsinə və istifadəsinə qaytarılması tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 yanvar tarixli 2-2(104)-25/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1997-ci il 5 dekabr tarixli 5147 saylı sərəncamı ilə ** ticarət mərkəzinin qarşısındakı ərazidə və bu sahənin Nizami küçəsi boyu piyada yolunda yaranmış antisanitariya vəziyyətini aradan qaldırmaq, göstərilən ərazidə alqı-satqı ilə məşğul olan vətəndaşları vergiyə cəlb etmək məqsədi ilə bu ərazidə kompleks yenidənqurma və abadlıq işləri aparılanadək ** ticarət mərkəzinin qarşısında və ətrafında müvəqqəti fəaliyyət göstərən satış yerlərinin idarə olunması hüququ İddiaçı1nə veril mişdir.

2. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2001-ci il 2 aprel tarixli 186 saylı sərəncamı ilə “Təminat“ şirkəti rəhbərliyinin məktubu nəzərə alınaraq ** ticarət mərkəzinin qarşısında pərakəndə şəkildə fəaliyyət göstərən yarmarkanın yerində yenidənqurma işlərinin aparılmasına və müasir tipli ticarət yarmarkasının təşkil edilməsinə icazə verilmişdir. 3. “Torpaqdan daimi istifadə hüququna dair” 2006-cı il 25 iyun tarixində dövlət aktı qeydiyyat kitabında 603 sayla qeydiyyata alınmış JN-1623 KOD 20000002 saylı Dövlət aktına əsasən Gəncə şəhər İcra Hakimiyyətinin 1997-ci il 5 dekabr tarixli 5147 saylı və Gəncə şəhər İcra Hakimiyyətinin 2001-ci il 2 aprel tarixli 186 saylı sərəncamları ilə satılmış, cizgidə göstərilən sərhəd daxilində 0,071 ha torpaq sahəsi daimi istifadə hüququ ilə İddi açı1 adına qeydə alınmışdır. 4. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi” haqqında 2009-cu il 6 fevral tarixli 676 saylı müqaviləyə görə, Gəncə şəhəri, V.Xuluflu ilə Nizami küçələrinin kəsişməsindəki Ticarət Pasajının yerləşdiyi ümumi torpaq sahəsinin (3059.7 kv.m) icarəyə verilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2, X6, X8 və adları 004266 saylı 2009-cu il 12 yanvar tarixli şəhadətnamədə qeyd olunanların şəxsində müqavilə bağlanılmışdır. 5. “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 2009-cu il 9 mart tarixli 2074 nömrəli alqı-satqı müqaviləsinə görə, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 2009-cu il 12 yanvar tarixli, 4266 saylı “Mülkiyy ət hüququ haqqında” şəhadətnamə əsasında özəlləşdirilmiş ünvan 1ndə yerləşən Ticarət Passajının qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsi 3059,7 m2 təşkil edir. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən satıcı - Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi müqavilənin 1.1-ci bəndində göstərilən torpaq sahəsini 13.769 manata satır, alıcı - Cavabdeh2 isə həmin torpaq sahəsininin tam dəyərini ödəməklə satın alır.

6. Gəncə şəhəri, Vəli Xuluflu küçəsi ilə Nizami küçələrinin kəsişməsində (Ticarət Passajı) yerləşən 0.306 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyetrindən 2020-ci il 29 dekabr tarixli ********** qeydiyyat nömrəli çıxarış).

7. Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi ilə Nizami küçələrinin kəsişməsində Ticarət passajı Cavabdeh4 xüsusi mülkiyyətindədir (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən 2023-cü il 25 iyun tarixli ********** qeydiyyat nömrəli çıxarış).

8. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 3 dekabr tarixli 1MK-5958/2004 nömrəli qətnaməsində göstərilir ki, İddiaçı1nə məxsus ticarət köşkləri ** Ticarət Mərkəzinə aid olmayan torpaq sahəsində yerləşir, ticarət köşklərinin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 710 kv.metrdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 20 aprel tarixli 6k-761 nömrəli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2012-ci il 10 yanvar tarixli 2(102)-32/2012 nömrəli qərarına görə, Gəncə şəhəri, V.Xuluflu ilə Nizami küçələrinin kəsişməsində yerləşən Ticarət passajı (ümumi sahəsi 630.1 kv.m) və həmin dövlət müəssisəsinin yerləşdiyi 3059.7 kv.m torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada adıçəkilən müəssisənin əmək kollektivinin üzvləri tərəfindən İİ Dövlət Proqramına uyğun olaraq özəlləşdirilmiş, həmin əmlaka dair əmək kollektivi üzvlərinə Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 2009-cu il 12 yanvar tarixli 004266 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı1 (bundan sonra-“iddiaçı”) 2023-cü il 27 fevral tarixində cavabdehlər Azərbaycan Respublikasının İqti sadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra-“ƏMDX”), Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra-“DƏDKR”), Cavabdeh2 (bundan sonra-“Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən 3059,7 kv.m (0,306 ha) torpaq sahəsinin Ticarət Passajına icarəyə verilməsinə dair 2009-cu il 6 fevral tarixli 676 nömrəli icarə müqaviləsinin, həmin torpaq sahəsinin özəlləşdirilməsinə dair 2009-cu il 9 mart tarixli 2074 nömrəli alqı-satqı müqaviləsinin, həmin torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə verilməsinə dair 2020-ci il 29 dekabr tarixli ********** qeydiyyat nömrəli çıxarışın qismən, 710.0 kv.m torpaq sahəsi hissəsində ləğv edilmə si və 710.0 kv.m torpaq sahəsinin iddiaçının icarəsinə və daimi istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək, cavabdeh və Cavabdeh4 (bundan sonra-“Cavabdeh4”) adına verilmiş 2023-cü il 25 iyun tarixli ********** qeydiyyat nömrəli çıxarışın qismən, 710,0 kv m torpaq sahəsi hissəsində ləğv edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şirkət 1997-ci ildə yaradılmış və Şirkətin nizamnaməsi 1997-ci il 4 iyun tarixində, 33965 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 5147 saylı 1997-ci il 5 dekabr tarixli sərəncamı ilə ** tikinti mərkəzinin qarşısındakı əraz idə və bu sahənin Nizami küçəsi boyu piyada yolunda yaranmış antisanitariya vəziyyətini aradan qaldırmaq, göstərilən ərazidə alqı-satqı ilə məşğul olan vətəndaşları vergiyə cəlb etmək məqsədi il bu ərazidə kompleks yenidənqurma və abadlıq işləri aparılanadək ** ticarət mərkəzinin qarşısında və ətrafında müvəqqəti fəaliyyət göstərən satış yerlərinin idarə olunması hüququ iddiaçıya verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 186 saylı 2001-ci il 2 aprel tarixli sərəncamı ilə iddiaçıya ** ticarət mərkəzinin qarşısında pərakəndə şəklində fəaliyyət göstərən yarmarkanın yerində yenidənqurma işləri aparılmasına və orada müasir tipli ticarət yarmarkası təşkil edilməsinə icazə verilmişdir. 2002-ci il 5 oktyabr tarixli 31 saylı icarə müqaviləsi ilə ** ticarət Mərkəzinin qarşısında yerləşən 710 kv metr torpaq sahəsi ticarət yarmarkasının təşkili üçün 15 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Həmin icarə müqaviləsi, Azərbaycan Respublikası DTXK-nın Gəncə şəhər şöbəsində dövlət qeydiyyatına alınmışdır. Bundan sonra iddiaçı tərəfindən icarəyə götürülmüş torpaq sahəsində 106 ədəd ticarət köşkü tikilmiş və 28 ədəd ticarət köşkü birinci cərgədə yerləşdirilmişdir. İddiaçıya məxsus ticarət köşkləri ilə ** ticarət mərkəzi arasında 4 metr məsafə olmaqla tam bir-birindən ayrı sahələrdə yerləşmişlər. 2006-cı il 25 may tarixində DTXK Gəncə şəhər şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən iddiaçının istifadəsinə verilən 0.071 ha torpaq sahəsinə dair iddiaçıya torpaqdan daimi istifadə hüququna dair JN-1623 (kod ********) saylı “Dövlət Aktı” işlənib verilmişdir. Bu göstəri lən halları Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının hazırda da qüvvədə olan 2004-cü il 03 dekabr tarixli qətnaməsi ilə də müəyyən edilərək təsdiq edilmişdir. İddiaçının daimi istifadəsinə verilən 710.0 kv metr torpaq sahəsinin ** ticarət mərkəzinə verilmiş 1000 kv metr torpaq sahəsinə heç bir aidiyyatı yoxdur və bu torpaq sahələri bir-birindən ayrı olan torpaq sahələridir və bu qanuni qüvvəyə minmiş və hazırda da qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilərək təsdiq edilmişdir. 2009-cu ildə mövcud olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) onların xəbəri və məlumatı olmadan İddiaçı1 icarəsinə və daimi istifadəsinə verilən 710.0 kv.m torpaq sahə sində ətraf torpaqlara qatıb birlikdə cəmi 3059,7 kv.m (0,306 ha) torpaq sahəsini qanunsuz olaraq 06 fevral 2009-cu il tarixli 676 nömrəli icarə müqaviləsi ilə Ticarət Passajın kollektivinə icarəyə vermiş və bundan 1 ay sonrada yəni xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsini Ticarət Passajının mülkiyyətinə verməklə özəlləşdirilmişdir. Hansı ki, Ticarət Passajının həmin vaxta kimi torpaq sahəsi cəmi 1000 kv.m olmuş və onların icarəsində və daimi istifadəsində olan 710.0 kv.m torpaq sahəsində qanunsuz olaraq Ticarət Passajının icarəsinə verilməklə onların adına özəlləşdirilmişdir. Hansı ki, həmin vaxt İddiaçı1 icarəsinə və daimi istifadəsinə verilən 710 kv m torpaq sahəsi bizim icarə və istifadə hüququları ilə yüklü olmuş və həmin torpaq sahəsinin ö zəlləşdirilməsi birinci növbədə onlara təklif olunmalı idi. Ancaq, onların bu üstünlük hüquqları pozulmuş və xəbərləri olmadan onların icarəsində olan torpaq sahəsi başqasına icarəyə verilməklə qanunsuz özəlləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın tələbinə görə özəlləşdirilən müəsisələr birinci növbədə onun işçilərinə, əmək kollektivinə təklif olunmalıdır. Çünki əmək kollektivi özəlləşdirilmədə üstünlük hüququna malikdirlər. İddiaçı1 icarəsinə və daimi istifadəsinə verilmiş 710,0 kv.m torpaq sahəsinin icarə haqqı o dövrdən başlayaraq, hal-hazıra kimi də onlar tərəfindən ödənilir. Bundan əlavə Ticarət Passajı hal-hazırda fəa liyyət göstərmir və ona aid olan tikililər sökülməklə fəalliyyətini dayandırmışdır və ancaq 3059,7 kv.m torpaq sahəsi qalır. Həmin torpaq sahəsi də hazırda Cavabdeh2 mülkiyyətindədir və bu barədə ona İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququna dair 29 dekabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hesab edir ki, İddiaçı1 icarəsinə və daimi istifadəsinə verilmiş 710.0 kv.m torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpası üçün Gəncə şəhəri, V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən 3059,7 kv.m (0,306 ha) torpaq sahəsini Ticarət Pssajina icarəyə verilməsinə dair xx.xx.2009-cu il tarixli 676 nömrəli icarə müqav iləsi, həmin torpaq sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqaviləsi habelə həmin torpaq sahəsinin cavabdehlərdən Cavabdeh2 mülkiyyətinə verilməsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış qismən, 710.0 kv m torpaq sahəsi hissəsində ləğv edilməli və 710.0 kv m torpaq sahəsi İddiaçı1 icarəsinə və daimi istifadəsinə qaytarılmalıdır.

13. Cavabdeh ƏMDX 2023-cü il 1 may tarixli yazılı etirazını belə əsaslandırmışdır ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmuş, Gəncə şəhəri, V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən Ticarət Pasajının özəlləşdirilməsi ilə bağlı 2008-ci il 30 dekabr tarixində keçirilmiş hərracda qeyd edilən əmlak hərracın qalibi Cavabdeh2 və əmək kollektivinin digər üzvlərinə satılmış və onlarla Komitə arasında qeyd edilən əmlakın alqı-satqısına dair 2009-cu il 5 yanvar tarixli, 1973 nömrəli müqavilə bağlanmışdır. Daha sonra Cavabdeh2 və əmək kollektivinin digər üzvlərinə ünvan 1 ünvanında yerləşən Ticarət Pasajının qanunvericiliklə müəyyən edilmiş qaydada satın almasına dair “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması barədə” 2009-cu il 12 yanvar tarixli, 004266 nömrəli Şəhadətnamə verilmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 2008-ci il 27 noyabr tarixli, 002548 nömrəli texniki pasporta əsasən Gəncə şəhəri, V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən Ticarət Pasajının ümumi torpaq sahəsi 30 59.7 kv.m təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Cavabdeh2 və əmək kollektivinin digər üzvləri tərəfindən Gəncə şəhəri, V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən ticarət pasajının binasına mülkiyyət hüququnu təsdiq edən sənəd və binanın yerləşdiyi 3059.7 kv.m torpaq sahəsinin onların istifadəsində olmasını təsdiq edən digər sənədlər təqdim edildikdən sonra onlarla Komitə arasında “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında” 2009-cu il 6 fevral tarixli 676 nömrəli müqavilə bağlanılmışdır. Bundan sonra 2009- cu il 9 mart tarixli 2074 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı” müqaviləsinə əsasən ünvan 1ndə yerləşən Ticarət Passajının torpaq sahəsi alıcı 009541 Cavabdeh2 və əmək kollektivinin digər üzvləri tərəfindən satın alınmışdır. Torpaq sahəsinin özəlləşdirilərilməsi həyata keçirilərkən qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 10.42-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışım həyata keçirmək Komitənin səlahiy yətlərinə aid olmuşdur. Hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin icarəyə verilməsi və özəlləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etmişlər.

14. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iddia tələbinə qarşı etirazlarını məhkəməyə göndərərək tərəflər arasında əvvəllər baxılmış məhkəmə mübahisələri nəzərə alınmaqla iddia tələbinin təmin olunmamasını xahiş etmişlər.

15. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 21 avqust tarixli e-2-2(115)425/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim K.Vəliyev).

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 və Cavabdeh4 adlarına verilmiş çıxarışlarda onların mülkiyyəti kimi qeyd olunan 0,30597 ha torpaq sahəsi əv vəllər ”Passaj” ticarət mərkəzinin istifadəsində olmaqla dövlət mülkiyyətinə aid olmuşdur. Həmin torpaq sahəsi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Qəbul edilmiş qərarlarda hazırkı mübahisə üzrə preyudisial xarakter daşıyan faktların müəyyən olunması təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2004-cü il 3 dekabr tarixli 1MK-5958/2004 nömrəli qətnaməsinə görə, iddiaçıya məxsus ticarət köşkləri ** Ticarət Mərkəzinə aid olmayan torpaq sahəsində yerləşir, ticarət köşklərinin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 710 kv.metrdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2005-ci il 20 aprel tarixli 6k-761 nömrəli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Gö ründüyü kimi iddiaçının istifadəsində olan 710 kv.m torpaq sahəsi ilə ** Ticarət Mərkəzinə aid olan torpaq sahəsinin ayrı-ayrı torpaq sahələri olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Bu hal iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olmamasına dəlalət edir.

17. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2012-ci il 10 yanvar tarixli 2(102)-32/2012 nömrəli qərarına görə, Gəncə şəhəri, V.Xuluflu ilə Nizami küçələrinin kəsişməsində yerləşən Ticarət passajı (ümumi sahəsi 630.1 kv.m) və həmin dövlət müəssisəsinin yerləşdiyi 3059.7 kv.m torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada adıçəkilən müəssisənin əmək kollektivinin üzvləri tərəfindən İİ Dövlət Proqramına uyğun olaraq özəlləşdirilmiş, həmin əmlaka dair əmək ko llektivi üzvlərinə Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 2009-cu il 12 yanvar tarixli 004266 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir.

18. Qərarda o da qeyd edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan qeyri-yaşayış binası (ticarət passajı) və onun yerləşdiyi 0.306 ha torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada Ticarət Passajının əmək kollektivinin üzvləri X4, Cavabdeh2, X2, X1, X9, X8, X6 və X3 tərəfindən özəlləşdirilmiş, bundan sonra onlar mülkiyyətçi kimi sərəncam vermək hüquqlarından istifadə edərək, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin daşınmaz əmlakı və yerləşdiyi torpaq sahəsini Cavabdeh4 satmışlar və əml ak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. Qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin özəlləşdirilməsi, alqı-satqısı və Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma zamanı qanunvericiliyin tələblərinə tam əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin həmin qərarda, Gəncə şəhər İcra Hakimiyyətinin 1997-ci il 5 dekabr tarixli 5147 nömrəli və 2001-ci il 2 aprel tarixli 186 nömrəli sərəncamlarında iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı heç bir bəndin olmadığı təqdirdə, Gəncə şəhəri, Nizami rayonu İcra Hakimiyətinin 2010-cu il 12 noyabr tarixli 150 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Nizami küçəsində yerləşən ** Ticarət Mərkəzinin qarşı tərəfində Gəncə şəhər İcra Hakimiyyətinin 2001-ci il 2 aprel tarixli 186 nömrəli sərəncamına əsasən iddiaçı tərəfindən 0,071 ha torpaq sahəsində təşkil olunmuş ticarət yarmarkasının yerində razılaşdırılmış layihə əsasında ticarət mərkəzinin tikintisinə icazə verilməsi qanuna zidd hal kimi dəyərləndirilmişdir. Qeyd edilən məhkəmə qərarında müəyyən edilmiş hallar əvvəlki və hazırkı iş üzrə tərəf olan iddiaçıya və Cavabdeh4 münasibətdə preyudisial xarakter daşıyır.

19. Məhkəmə onu da qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən 2009-cu il 6 fevral tarixli 676 saylı icarə və 2009-cu il 9 mart tarixli 2074 nömrəli alqı-satqı müqavilələrinin bağlanması üçün Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 2009-cu il 12 yanvar tarixli 004266 qeydiyyat nömrəli şəhadətnamə əsas sənəd olmuşdur. Həmin şəhadətnamə qüvvədəd ir və qeyd edildiyi kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2012-ci il 10 yanvar tarixli qərarında 3059.7 kv.m torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada İİ Dövlət Proqramına uyğun olaraq özəlləşdirilməsi və həmin əmlaka dair 2009-cu il 12 yanvar tarixli 004266 qeydiyyat nömrəli şəhadətnamə verilməsi qeyd olunur. Həmçinin mübahisələndirilən 2009-cu il 6 fevral tarixli 676 saylı icarə və 2009-cu il 9 mart tarixli 2074 nömrəli alqı-satqı müqavilələri barədə məlumat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2012-ci il 10 yanvar tarixli qərarının məzmununda yer almışdır ki, iddiaçı da həmin iş üzrə tərəf olduğundan müqavilələrdən məlumatlı olmuşdur. Buna baxmayaraq 10 ildən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Cava bdeh tərəf isə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.8 və 384.0.4-cü maddələrinin tələbləri baxımından hazırkı tələbə iddia müddətinin şamil edilmədiyini bildirmişdir.

20. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, hazırkı iddia tələbi iddia müddətinin şamil edilmədiyi tələblər kateqoriyasına aid edilmir. Belə ki, iddiaçı 710 kv.m torpaq sahəsinin mülkiyyətçisi deyildir və yaxud mülkiyyətçi olmasa da mülki qanunvericiliklə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs kimi mülkiyyətçinin hüquqlarını daşımır.

21. Məhkəmə iddia tələbinin Cavabdeh2 və Cavabdeh4 adına verilmiş çıxarışların qismən ləğv edilməsi və torpaq sahəsinin iddia çının icarəsinə və istifadəsinə qaytarılması hissəsi barədə qeyd etmişdir ki, iddia tələbinin həmin hissələri müqavilələrin qismən ləğvi hissəsinə münasibətdə əlavə tələb xüsusiyyətini daşıyır. Əsas tələbin əssasızlığı əlavə tələbin də əsassızlığına gətirib çıxarır. Bundan başqa, hazırda mübahisələndirilən 2009-cu il 6 fevral tarixli icarə və 2009-cu il 9 mart tarixli alqı-satqı müqavilələrindən sonra, yəni 2009,2011,2017, 2018, 2020-ci illərdə mübahisə predmetinə aid torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş müqavilələr və həmin müqavilələr əsasında verilmiş çıxarışlar mövcuddur ki, onların hər biri qüvvədədir. Məhkəmə əvvəlki müqavilələrin və çıxarışların qüvvədə olduğu vəziyyətdə onların əsasında verilmiş çıxarışların mübahisələndirilməsinin də əsa ssız olması nəticəsinə gəlmişdir.

22. Məhkəmə gəldiyi nəticəni MM-in 139.1, 139-1.1.3, 146.1, 149.2, 157.8, 373.1, 375.2, 377.1, 384.0.4, 646.1, 706.1 və 706.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 23 iyun tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 2016-ci il 23 fevral qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 4.1, 77.1, 82.3, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

23. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və id dianın təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 yanvar tarixli 2-2(104)-25/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və A.Hüseynzadə).

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, mülki və torpaq haqqında qanunvericiliyin tələblərinə görə torpaq sahəsi torpaq ayırma sənədləri əsasında ayrılır və tərəflər arasında bağlanmış müqavilə əsasında verilir. İddiaçı 0,71 ha torpaq sahəsinin daimi istifadəsinə verildiyini göstərmiş olsa da, istinad etdiyi Gəncə ş əhər İcra Hakimiyyəti başçısının 1997-ci il 5 dekabr tarixli 5147 saylı və 2001-ci il 2 aprel tarixli 186 saylı sərəncamlarında həmin torpaq sahəsinin iddiaçıya ayrıldığı göstərilməmiş, həmin sərəncamlarla ** ticarət mərkəzinin qarşısındakı ərazidə və bu sahənin Nizami küçəsi boyu piyada yolunda yaranmış antisanitariya vəziyyətini aradan qaldırmaq, göstərilən ərazidə alqı-satqı ilə məşğul olan vətəndaşları vergiyə cəlb etmək məqsədi ilə bu ərazidə kompleks yenidənqurma və abadlıq işləri aparılanadək ** ticarət mərkəzinin qarşısında və ətrafında müvəqqəti fəaliyyət göstərən satış yerlərinin idarə olunması hüququ iddiaçıya verilmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırki tələbində Gəncə şəhəri V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən 3059,7 kv.m (0,306 ha) torpaq sahəsin in Ticarət Passajına icarəyə verilməsinə dair 2009-cu il 6 fevral tarixli 676 nömrəli icarə müqaviləsinin, həmin torpaq sahəsinin özəlləşdirilməsinə dair 2009-cu il 9 mart tarixli 2074 nömrəli alqı-satqı müqaviləsinin ləğvini xahiş etmiş, lakin həmin müqavilələr üzrə müqavilə tərəfi olması ilə bağlı məhkəməyə sübut təqdim etməmiş, məhkəmə iclasında da bu kimi hal müəyyən olunmamışdır. Ona görə də iddiaçı Gəncə şəhəri V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən 3059,7 kv.m (0,306 ha) torpaq sahəsinin Ticarət Passajına icarəyə verilməsinə dair 2009-cu il 6 fevral tarixli 676 nömrəli icarə müqaviləsinin, həmin torpaq sahəsinin özəlləşdirilməsinə dair 2009-cu il 9 mart tarixli 2074 nömrəli alqı-satqı müqaviləsinin ləğvini tələb etməkdə subyektiv hüquqa malik olmamışdır.

27. İddia tələb inin həmin torpaq sahəsinin cavabdehlərdən Cavabdeh2 mülkiyyətinə verilməsinə dair 2020-ci il 29 dekabr tarixli ********** qeydiyyat nömrəli çıxarışın qismən710.0 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi və 710.0 kv.m torpaq sahəsinin iddiaçının icarəsinə və daimi istifadəsinə qaytarılması hissəsinə münasibətdə isə qeyd edilmişdir ki, iddia tələbi Gəncə şəhəri V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən 3059,7 kv.m (0,306 ha) torpaq sahəsinin özəlləşdirilməsinə dair 2009-cu il 9 mart tarixli 2074 nömrəli alqı-satqı müqaviləsinin ləğvi hissəsində təmin edilmədiyindən, qalan hissələrdə də təmin edilə bilməz.

28. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2012-ci il 10 yanvar tarixli 2(102)-32/2012 nömrəli qərarı ilə Gəncə şəhəri, Nizami ra yonu, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan qeyri-yaşayış binası (ticarət passajı) və onun yerləşdiyi 0.306 ha torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada - Ticarət Passajının əmək kollektivinin üzvləri X4, Cavabdeh2, X2, X1, X9, X8, X6 və X3 tərəfindən özəlləşdirilməsi, bundan sonra onların mülkiyyətçi kimi sərəncam vermək hüquqlarından istifadə edərək, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin daşınmaz əmlakı və yerləşdiyi torpaq sahəsini Cavabdeh4 satmaqları və əmlakın sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsi və ümumilikdə qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin özəlləşdirilməsi, alqı-satqısı və Cavabdeh4, h əmçinin Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı qanunvericiliyin tələblərinə tam əməl edildiyi, heç bir qanun pozuntusuna yol verilmədiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsi hazırkı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

29. Məhkəmə apellyasiya şikayətinin “birinci instansiya məhkəməsinin iş üzrə ekspertiza keçirməkdən əsassız olaraq imtina etməsi”nə dair dəlilini də iddiaçının bu kimi iddia ilə müraciət etməkdə subyektiv hüquqa məxsus olmaması əsası ilə əsassız saymışdır.

30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 1.2, 139.1, 139.2, 140, 152.1, 421.1, 421.2 və 646.1-ci maddələrinə; Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.2, 50.1, 50.2, 55 və 66-cı maddələrinə; “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2008-ci il 30 iyul tarixli Qərarına; MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

31. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. MM-nin 152.1, 152.2, 152.3, 157.8, 158.1, 158.1.2, 158.4 və 384.0.4-cü maddələri üzrə - apellyasiya məhkəməsi nəzərə almamışdır ki, mübahisəli 710 kv.m t orpaq sahəsi 2002-ci il 5 oktyabr tarixli 31 saylı icarə müqaviləsi ilə 15 il müddətinə, yəni 2017-ci il 5 oktyabr tarixədək iddiaçıya icarəyə verilmiş, habelə 2006-cı il 25 may tarixində DTXK və Dövlət yerquruluşu lahiyə İnstitutu tərəfindən iddiaçının icarəsinə verilən 0.071 ha torpaq sahəsinə dair iddiaçıya torpaqdan daimi istifadə hüququna dair JN1623 (kod ********) saylı Torpaqdan daimi istifadə huququna dair “Dövlət Aktı” işlənib verilmiş və həmin “Dövlət Aktı” Azərbaycan Respublikası DTXK-da dövlət qeydiyyatına alınmışdır. O dövrdən bu günə kimi, yəni hal-hazırda da 0.071 ha torpaq sahəsi iddiaçının sahibliyində olmaqla, hər ay torpaq vergisi də, iddiaçı tərəfindən ödənilir, yəni həmin torpaq sahəsinə sahiblik etməklə, torpaq sahəsi üzərində daimi istifadə hüququ olmaqla bu hüquq rə smi dövlət qeydiyyatına alınmışdır. İddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququna bərabər olan sahiblik və daimi istifadə hüququ olmasına baxmayaraq, habelə iddiaçının bu iddia tələbinə iddia müddəti şamil edilmədiyi halda, pozulmuş hüququnun bərpa edilməsinə dair iddia qaldırmaqda subyektiv hüququ olduğu halda, apellyasiya məhkəməsi iddiaçının subyektiv hüququ olmamasına əsaslanaraq və əsassız olaraq iddia müddətini tətbiq etməklə apellyasiya şikayətini təmin etməmişdir.

33. MM-nin 560.1, 560.2, 560.3, 560.3.1 və 560.3.3-cü maddələri üzrə - iddiaçının daimi istifadəsində 710.0 kv.m torpaq sahəsi və ** Ticarət Mərkəzinin istifadəsində 1000 kv.m torpaq sahəsi olduğu halda (bu qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində öz əksini tapmışdır) 2009-cu ildə mövcud olan Azərbaycan Resp ublikası Əmlak Məsələləri Dövlət Komitəsi hüquqdan sui-istifadə edərək iddiaçının 15 illik icarəsinə və daimi istifadəsinə verilən 710.0 kv.m torpaq sahəsini də ətraf torpaqlara qatıb birlikdə cəmi 3059.7 kv.m (0.036 ha) torpaq sahəsini qanunsuz olaraq 2009-cu il 6 fevral tarixli 676 nömrəli icarə müqaviləsi ilə ** Ticarət Mərkəzinin kollektivinə icarəyə vermiş və bundan 1 ay sonra, yəni 2009-cu il 9 mart tarixli 2074 nömrəli alqı-satqı müqaviləsi ilə ** Ticarət Mərkəzinin mülkiyyətinə verməklə özəlləşdirilmişdir. Halbuki ** Ticarət Mərkəzinin istifadəsində olan torpaq sahəsi cəmi 1000 kv.m olmuşdur və həmin torpaq sahəsi özəlləşə bilərdi. ** Ticarət Mərkəzinin 1000 kv.m torpaq sahəsi iddiaçının 710.0 kv.m torpaq sahəsi və ətraf torpaq sahələri hesabına 3059.7 kv.m olmuşdur.

34. MPM-nin 9.1, 9.2, 9.3, 14.2, 77.1, 82.3, 88, 97.1, 217.3 və 217.4-cü maddələri üzrə - məhkəmə iddiaçının təqdim etdiyi sübutların bir hissəsini ümumiyyətlə araşdırmamış, təqdim edilən sübutların bir hissəsini isə qətnamədə sadalasa da, qətnamənin sübutların qiymətləndirilməsi hissəsində bu sübutlara da heç bir qiymət verməmiş, digər sübutlarla müqayisəli şəkildə təhlil edib qiymətləndirməmiş, yalnız iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququnun olmadığını, iddia müddətinin keçməsini və məhkəməyə torpaq ayırma sənədinin təqdim edilmədiyini bildirməklə kifayətlənmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 3 dekabr tarixli 1MK-5958/2004 nömrəli qətnaməsi, bu qətnamənin qüvvədə saxlanılması na dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 20 aprel tarixli 6K761 nömrəli Qərarı, İcra Hakimiyyəti Başçısının Sərəncamları, torpaqdan daimi istifadəyə dair Dövlət Aktı, torpaq vergisinin hazıra kimi iddiaçı tərəfindən ödənilməsinə dair məlumat təqdim edilmişdir. Qanuni qüvvədə olan həmin qətnamə və qərarla iddiaçının istifadəsində olan 710.0 kv.m torpaq sahəsi ilə ** ticarət mərkəzinin istifadəsində olan 1000 kv.m torpaq sahəsinin qonşu torpaq sahələri olmaqla aralarında 4 metr məsafənin olduğu müəyyən edilmişdir. Deməli ** ticarət mərkəzinin istifadəsində olan torpaq sahəsi cəmi 1000 kv.m torpaq sahəsi olmuş, lakin sonradan ** ticarət mərkəzinin torpaq sahəsinin hansı torpaq sahələri hesabına, hansı qərarla, hansı torpaq ayırma sənə di ilə 3059.7 kv.m olmasını məhkəmə müəyyən etməmiş və araşdırmamışdır. Apellyasiya Məhkəməsi iddiaçının torpaq ayırma sənədinin olmamasına istinad edərək şikayəti təmin etmədiyi halda ** Ticarət Mərkəzinin də torpaqayırma sənədinin olmadığına da qiymət verməli idi.

35. Bundan əlavə iddiaçının iddia tələbinin mahiyyəti ondan ibarət olmuşdur ki, iddiaçının icarəsinə və daimi istifadəsinə verilmiş 710.0 kv.m torpaq sahəsi ** ticarət mərkəzinin torpaq sahəsinə qatılıb qanunsuz olaraq icarəyə verilməklə sonradan özəlləşdirilmişdir. İddiaçının tələbi 710.0 kv.m torpaq sahəsinin geriyə, onun istifadəsinə qaytarılmasıdır. Yəni iddiaçının icarəsinə və daimi istifadəsinə verilmiş 710.0 kv.m torpaq sahəsinin hazırda cavabdehlərin mülkiyyətinə verilmiş 3059,7 kv.m torpaq sahəsinin tərkibində olub-olm amasını aydınlaşdırmaq işin obyektiv həll edilməsi üçün zəruri əhəmiyyət kəsb etmişdir. Bu isə yalnız ekspertiza rəyi ilə müəyyən edilə bilərdi. Apellyasiya məhkəməsində iddiaçının icarəsinə və daimi istifadəsinə verilmiş 710.0 kv.m torpaq sahəsinin cavabdehlərin mülkiyyətinə verilmiş 3059,7 kv.m torpaq sahəsinin tərkibində olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə yazılı qaydada əsaslandırılmış vəsatət verilsə də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmiş, iddianın mahiyyətini təşkil edən işin bu obyektiv hal məhkəmə tərəfindən araşdırılmamışdır. Apellyasiya məhkəməsində hazırkı işə baxılarkən məhkəmə tərəfindən sorğu verilib sənədlərin alınması ilə bağlı məhkəmə iclası 2023-cü il 20 dekabr tarixinə təxirə salınmış, id diaçı 2023-cü il 20 dekabr tarixində iddiaçının direktorunun xəstəliyi ilə bağlı məhkəməyə teleqram vuraraq üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini göstərmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir (xəstəlik arayışı şikayətə əlavə olunmuşdur). Apellyasiya məhkəməsi işin baxılmasını 2024-cü il 10 yanvar tarixinə təxirə salsa da, bundan iddiaçının xəbəri olmamış, ona hər hansı bildiriş və məlumat göndərilməmiş, iddiaçı məhkəmə sorğusu ilə alınmış sənəd və sübutlarla tanış edilməmiş, həmin sənəd və sübutlara qarşı öz mülahizə və sübutlarını təqdim edə bilməmiş və məhkəmə iddiaçının iştirakı və çıxışları olmadan yekunlaşdırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Cavabdeh4 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya verilm iş 2006-cı il 25 iyun tarixli, 603 nömrə ilə qeydiyyata alınmış “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktında 701 kv.m torpaq sahəsinin Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1997-ci il 5 dekabr tarixli 5147 nömrəli və 2001-ci il 2 aprel tarixli 186 nömrəli sərəncamları əsasında verildiyi, hətta satıldığı qeyd edilsə də, həmin sərəncamlarda iddiaçıya hər hansı bir ölçüdə torpaq sahəsinin ayrılması göstərilməmişdir.

37. İddiaçı iddia ərizəsində, habelə məhkəmədə verdiyi izahatında bildirmişdir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə şirkətə məxsus ticarət köşklərinin "Pasaj” ticarət mərkəzinə aid olmayan torpaq sahəsində yerləşməsi, ticarət köşklərinin yerləşdiyi torpaq sahəsinin 710,0 kv.m olması müəyyən edildiyindən həmin qətnamə Cavabdeh4 üçün də məcburi xarakter daşıyır və 710.0 kv.m torpaq sahəsinin şirkətə məxsusluğunun təkrar sübuta ehtiyacı yoxdur.

38. Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2012-ci il 10 yanvar tarixli 2(102)-32/2012 nömrəli qərarında göstərilmişdir ki, “Gəncə şəhəri, Nizami rayonu V. Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan qeyri-yaşayış binası (Ticarət Pasajı) və onun yerləşdiyi 0.306 ha torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada - Ticarət pasajının əmək kollektivinin üzvləri - X4, Cavabdeh2, X2, X1, X9, X8, X6 və X3 tərəfindən özəlləşdirilmiş, bundan sonra onlar mülkiyyətçi kimi sərəncam vermək hüquqlarından istifadə edərək, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin daşınmaz əmlakı və yer ləşdiyi torpaq sahəsini Cavabdeh4 satmışlar və əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. Qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin özəlləşdirilməsi, alqısatqısı və Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma zamanı qanunvericiliyin tələblərinə əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir”. Bundan başqa Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1997-ci il 5 dekabr tarixli 5147 nömrəli, 2001-ci il 2 aprel tarixli 186 nömrəli sərəncamlarına, “Torpaqdan daimi istifadə hüququna dair” 2006-cı il 25 iyun tarixli 603 saylı Dövlət aktına, Gəncə şəhəri Nizami rayon icra Hakimiyyətinin 2010-cu il 12 noyabr tarixli 150 saylı sərəncamına hüquqi qiymət verilərək qeyd edilmişdir ki, “apellyasiya inst ansiyası məhkəməsi qeyd olunan sərəncamları və dövlət aktını sübut kimi qəbul etməyib, iddiaçının iddiasının rədd edilməsi qənaətinə gələrkən haqlı olmuşdur”.

39. Ali Məhkəmənin həmin qərarında göstərilmişdir ki, digər bir qanuna zidd hal Gəncə şəhər İcra Hakimiyyətinin 1997-ci il 5 dekabr tarixli 5147 nömrəli və Gəncə şəhər İcra Hakimiyyətinin 2001-ci il 2 aprel tarixli 186 nömrəli sərəncamlarında iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı heç bir bənd olmadığı təqdirdə, Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin 2010-cu il 12 noyabr tarixli 150 nömrəli sərəncamı ilə Gəncə şəhəri Nizami küçəsində yerləşən "Pasaj" ticarət mərkəzinin qarşı tərəfində Gəncə şəhər İcra Hakimiyyətinin 2001-ci il 2 aprel tarixli 186 nəmrəli sərəncamına əsasən iddiaçı tərəfindən 0.071 ha torpaq sahəsində təşkil olunmuş ticarət yarmarkasının yerində razılaşdırılmış layihə əsasında ticarət mərkəzinin tikintisinə icazə verilməsidir. Həmin sərəncamlar torpaq ayırma sənədi olmamış, “Pasaj” Ticarət Mərkəzinin qarşısındakı ərazidə və bu sahənin Nizami küçəsi boyu piyada yolunda yaranmış antisanitariya vəziyyətini aradan qaldırmaq, göstərilən ərazidə alqı-satqı ilə məşğul olan vətəndaşları vergiyə cəlb etmək məqsədilə bu ərazidə kompleks yenidənqurma və abadlıq işləri aparılanadək "Pasaj” Ticarət Mərkəzinin qarşısında və ətrafında müvəqqəti fəaliyyət göstərən satış yerlərinin idarə olunması hüququ iddiaçıya verilmişdir. Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin 2010-cu il 12 noyabr tarixli, 150 nömrəli sərəncamı ilə heç bir hüquqi əsas olmadan əvvəlki sərəncamlara istinad olunaraq guya əvvəlk i sərəncamlar əsasında iddiaçı tərəfindən 0.071 ha torpaq sahəsində təşkil olunmuş ticarət yarmarkasının yerində razılaşdırılmış layihə əsasında ticarət mərkəzinin tikintisinə icazə verilməsi də birbaşa qanun pozuntusu olmuş və bu səbəbdən həmin sərəncam da sübut kimi qəbul edilə bilməz.

40. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının direktoru İddiaçı2 eyni predmet barəsində və eyni əsaslarla iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının (Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2011-ci il 16 avqust tarixli 2(104)686/2011 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2012-ci il 10 yanvar tarixli 2(102)-32/2012 nömrəli qərarı) olmasına baxmayaraq, mülkiyyətçinin dəyişməsindən (Cavabdeh2 mülkiyyətinə keçməsindən MPM-in 261.0.2-ci maddəsini n təsiri altına düşməməsindən) istifadə edərək yenidən məhkəməyə müraciət etmişdir. Daha sonra, yəni 2023-cü il 25 iyun tarixində sözügedən daşınmaz əmlak, yəni Gəncə şəhəri, V. Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsindəki Ticarət Pasajının yerləşdiyi 0.3050 ha torpaq sahəsi mülkiyyətçi Cavabdeh2 tərəfindən qardaşı Cavabdeh4 bağışlanmış və onun mülkiyyətinə keçmişdir. Cavabdeh hesab edir ki, Ali Məhkəmənin 2012-ci il 10 yanvar tarixli 2(102)-32/2012 nömrəli qərarı ilə hazırkı iddia tələbi ilə irəli sürülmüş bütün faktlara hüquqi qiymət verilmişdir. Kassasiya baxışının hədləri

41. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

42. Kassas iya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələri 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun işti rakçılarının bərabərliyi əsasında təmin etməkdir. 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; mülki dövriyyəni təmin etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq. “Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, s ervitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır....” “Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanla rdan xeyli dərəcədə məhrum olur...” “Maddə

646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür....”

44. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası...

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər....” “Maddə

50. Torpaq sahəsi üzərində istifadə hüququ

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə e tməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur.

2. Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; dövlət və bələdiyy ə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzilistismar təşkilatlarına. Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər....” “Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Maddə

66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əs asları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir....” 45. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2008-ci il 30 iyul tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən t am hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxsl ərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...

46. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası ki mi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmu ş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi)

48. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməs i işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

49. İddiaçı kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlillərini “Torpaqdan daimi istifadə huququna dair” 2006-cı il 25 iyun tarixli Dövlət aktı əsasında mübahisəli 710 kv.m torpaq sahəsi üzərində daimi istifadə hüququnun dövlət qeydiyyatına alınması, iddiaçının daimi istifadəsinə verilən 710.0 kv.m torpaq sahəsinin qanunsuz olaraq ** Ticarət Mərkəzinin kollektivinə icarəyə verilməsi və ** Ticarət Mərkəzinin mülkiyyətinə verilməklə özəlləşdirilməsi ilə əsaslandırmışdır.

50. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin qeyd edilən dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir.

51. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdiri lmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsi, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılması və təkzib edilməsi mümkünsüzdür.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2012-ci il 10 yanvar tarixli 2(102)-32/2012 nömrəli Qərarında iddiaçının kassasiya şikayətində istinad etdiyi dövlət aktının sübut əhəmiyyəti ilə bağlı hüquqi dəyərləndirilmə aparılaraq, torpaq sahəsinin İddiaçı1 istifadəsinə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı olmadığından həmin Dövlət aktı qanuni sənəd hesab edilməmişdir. Eyni zamanda həmin qərarla Gəncə şəhər İcra Hakimiyyətinin 1997-ci il 5 dekabr tarixli 5147 nömrəli və 2001-ci il 2 aprel tarixli 186 nömrəli sərəncamlarında iddiaçıya tor paq sahəsinin ayrılması ilə bağlı bənd olmadığı halda, Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin 2010-cu il 12 noyabr tarixli 150 nömrəli sərəncamı ilə əvvəlki sərəncamlara istinad olunaraq guya həmin sərəncamlar əsasında iddiaçı tərəfindən 0,071 ha torpaq sahəsində təşkil olunmuş ticarət yarmarkasının yerində razılaşdırılmış layihə əsasında ticarət mərkəzinin tikintisinə icazə verilməsi də qanunsuz hesab edilmişdir.

53. Bundan başqa, sözügedən qərarla müəyyən olunmuşdur ki, Gəncə şəhəri, V.Xuluflu ilə Nizami küçələrinin kəsişməsində yerləşən Ticarət passajı (ümumi sahəsi 630.1 kv.m) və həmin dövlət müəssisəsinin yerləşdiyi 3059.7 kv.m torpaq sahəsinin özəlləşdirilməsi, alqısatqısı və Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı qanunvericiliyin tələb lərinə tam əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir.

54. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə (bax yuxarıda bu qərarın 8-ci bəndi) iddiaçıya məxsus ticarət köşklərinin ** ticarət mərkəzinə aid olmayan torpaq sahəsində yerləşməsinin müəyyən edilməsi barədə dəlillərə gəldikdə həmin məsələyə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2012-ci il 10 yanvar tarixli 2(102)32/2012 nömrəli Qərarında qiymət verilərək göstərilmişdir ki, işlərdə iştirak edən tərəflər eyni olmadığından, eləcə də istinad edilən qətnamədə (bax bu qərarın 8-ci bəndi) ** ticarət mərkəzinin dövlət mülkiyyəti olması göstərilməsinə baxmayaraq, hazırda ticarət mərkəzi xüsusi mülkiyyətdə olduğundan, həmin qətnamə ilə müəyyən edilən hallar məhkəmə üçün məcburi hesab edilə bilməz.

55. İ şə hazırda kassasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 82.3cü maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, 2009-cu il 6 fevral tarixli 676 nömrəli icarə müqaviləsinin və 2009-cu il 9 mart tarixli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı” müqaviləsinin bağlanmasına əsas olan-Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 2009-cu il 6 fevral tarixli 34 saylı sərəncamı və həmin Komitə tərəfindən verilmiş 2009-cu il 12 yanvar tarixli 4266 nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə hazırda qüvvədə olmaqla ləğv edilməmişdir.

57. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya qeyd edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, iddiaçının məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə dair vəsatəti 2023-cü il 29 noyabr tarixli məhkəmə iclasında iddiaçının özünün və cavabdehlərin nümayəndələrinin iştirak ı ilə müzakirə edilərək rədd edilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

58. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti isə təmin edilməməlidir.

59. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 ya nvar tarixli 2-2(104)-25/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar