Məhkəmə qərarları › İş №2-2(102)-276/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-276/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-276/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinq müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Şamayev Elşad Yaquboviç, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi, avadanlığın geri qaytarılması və lizinq borcunun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli, 2-2(103)-63/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Lizinq verən İddiaçı ASC ilə lizinq alan Cavabdeh2 arasında 2020-ci il 1 aprel tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və X1 ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsi bağlanmış, müqaviləyə əsasən, 1 ədədinin qiyməti 66.858 manat olan 7 ədəd kartof çıxaran və kartof yığan avadanlıq Cavabdeh2 lizinqə verilmişdir. Müqavilədə 93.606 manat avans ödənişi nəzərdə tutulmuşdur. Müqaviləyə edilən 1 nömrəli Əlavədə lizinqə verilən 7 ədəd kartof çıxaran və kartof yığan avadanlığın dəqiq təfsiri verilmişdir. Müqaviləyə edilən 2 nömrəli Əlavədə göstərilən ödəniş cədvəlinə əsasən, cavabdeh 2020ci il 30 aprel tarixində 3.041,13 manat, sonrakı aylarda isə (2025-ci il 31 mart tarixinədək) hər ay 3.146 manat ödəməli, sonuncu ödəniş isə 2025-ci il 1 aprel tarixində 104,87 manat ödənilməli olduğu nəzərdə tutulmuşdur. 2. “Lizinq obyektinin təhvil-təslim aktları”ndan görünür ki, 7 ədəd kartof çıxaran və kartof yığan avadanlıq qüsursuz vəziyyətdə lizinq alan – Cavabdeh2 təhvil verilmişdir. Aktlarda qeyd edilir ki, Cavabdeh2 texnikaları işə salmış, heç bir texniki nasazlıq, xarici görünüşündə batıq, əzik rənginin solmasını aşkar etmədiyini öz imzası ilə təsdiq etmişdir.

3. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 9 yanvar tarixli, KTAKTT-20/0001-İ-01-Z nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış lizinq müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 lizinq verən qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. 4. 2022-ci il 4 may tarixli, PLM-22/0148/1 nömrəli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh2 İddiaçı ASC qarşısında 2020-ci il 1 aprel tarixli, KTA-KTT20/0840 nömrəli “Aqrar Kredit və X1 ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən, 2022-ci il 4 may tarixinə qədər 27313,05 manat gecikdirilmiş əsas borcu, 4.086,25 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 31.399,30 manat öhdəliyi vardır.

5. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanan 2022ci il 21 yanvar tarixli pretenziya məktubu ilə Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi tələb olunmuşdur. 6. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2022-ci il 31 yanvar tarixli arayışa əsasən cavabdehl ər Cavabdeh2 və Cavabdeh1 sessiyanın tarixi, saatı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, həmin sessiyada iştirak etməmişdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 6 may tarixində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2020-ci il 1 aprel tarixli, KTA-KTT20/0840 saylı “Aqrar Kredit və X1 ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə və zaminlik müqaviləsinə əsasən yaranmış 27.313,05 manat gecikdirilmiş əsas borc, 4.086,25 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 31.399,30 manat məbləğində pul və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin ca vabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 2020-ci il 1 aprel tarixli, KTA-KTT-20/0840 saylı “Aqrar Kredit və X1 ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə xitam verilməsi, həmçinin lizinq predmeti olan 7 ədəd “YN-19-PSC” markalı kartofçıxaran və kartofyığan avadanlığın cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında 2020-ci il 1 aprel tarixli, KTA-KTT-20/0840 saylı “Aqrar Kredit və X1 ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən, 7 ədəd “YN19-PSC” markalı kartofçıxaran və kartofyığan avadanlıq cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Avadanlıq lar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi qiyməti 468.006 manat təşkil etmişdir. Həmin məbləğin 185.640 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 93.606 manat məbləğində ilkin ödəniş, 18.720,24 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası, 3.088,84 manat sığorta haqqı, 175 manat lizinq obyektinin qeydiyyat xərci iddiaçıya ödənilmişdir.

9. Eyni zamanda, Cavabdeh2 müqavilənin şərtin i pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə 2022-ci il 4 may tarixinə cavabdehin lizinq müqaviləsi üzrə 27.313,05 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Müqavilənin 4.2-ci bəndinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin 2022-ci il 4 may tarixinə 4.086,25 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə 2022-ci il 21 yanvar tarixli, PLX-22/0012 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa, mediasiya sessiyasında cavabdehlər iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 200 manat həcmində mediasiya xərci ödənmişdir. Lizinq müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır.

10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 427.3, 445.2.1, 748-1.5, 748-1.12.4, 748-2.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 36.11-ci maddəsi nə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə istinad olunmuşdur.

11. Cavabdeh2 2022-ci il 27 iyun tarixində iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıdan 7 ədəd texnika götürülmüşdür. Həmin texnikalardan 2 ədəd ümumiyyətlə istifadə edilməmiş, qalan 5 ədədi isə onun istifadəsindədir. İddiaçının iddia tələbini qismən etiraf edir. Belə ki, ilkin kredit üzrə 20 faiz (yəni 93.000 manat) onun tərəfindən iddiaçıya nağd şəkildə ödənilmişdir. Hər ay isə hissəhissə olmaqla 44.000 manat ödəniş edilmişdir. 40 faiz məbləğində ödəniş dövlət tərəfindən həyata keçirilmişdir. Müqavilə üzrə ümumi məbləğ 468.000 manat təşkil edir. Həmin məbləğdən 40 faiz məbləğ çıxıldıqdan sonra cəmi 281.000 borc manat qalır. İlkin olar aq ödənilmiş 93.000 manat və hissə-hissə olaraq ödənilmiş 44.000 manat məbləğlər nəzərə alınmaqla, ümumilikdə bu günə 143.000 manat borc qalmışdır. 2 ədəd texnikadan ümumilikdə istifadə edilmir və həmin 2 ədəd texnikanın qiyməti 133.000 manat təşkil edir. 2 ədəd texnika qaytarılacağı təqdirdə məbləğdən 40 faiz çıxılsa (80.000 manat), iddiaçıya yekun qalan 143.000 manat borcdan qalan qəti borc 63.000 manat təşkil edəcəkdir. Qeyd olunan 63.000 manat məbləğ üzrə isə yeni ödəniş qrafiki təyin edilərək hissə-hissə ödəniləcəkdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 avqust tarixli, e-2-2(113)2689/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 27.313,05 manat əsas borc, 1.000 manat cərimə, 100 manat mediasiya xərci olmaqla, ümumillikdə 28.4 13,05 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması və iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2020-ci il 1 aprel tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və X1 ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə xitam verilməsi, lizinq predmetini təşkil edən 7 ədəd “YN-19-PSC” markalı kartofçıxaran və kartofyığan avadanlığın saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq iddiaçıya geri qaytarılması qət edilmişdir (hakim – Z.Axundova).

14. Məhkəmə qeyd etmişdir ki, işdə olan sübutlarla cavabdehlərin tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini icra etmədikləri təsdiq edildiyindən iddiaçının cavabdehlərə qarşı müqavilənin ləğvi, lizinq obyekti olan avadanlıqların saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbi ilə bağlı tələb hüququ yaranmışdır. İddia tələbinin bir hissəsini 2020-ci il 1 aprel tarixli, KTA-KTT-20/0840 saylı “Aqrar Kredit və X1 ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə və zaminlik müqaviləsinə əsasən yaranmış 27.313,05 manat gecikdirilmiş əsas borcun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi təşkil etmişdir. 15. 2020-ci il 1 aprel tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və X1 ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsinin 1.4 və 1.5-ci bəndlərinə əsasən, lizinq obyektinin qiyməti 468.006 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 185.640 manat müəyyən edilmişdir.

16. Həmin müqavilənin 2.2, 2.3, 2.3.1-2.3.3, 2.4, 2.5, 2.5.1-2.5.4-cü bəndlərinə əsasən, lizinq ödənişlərinin ümumi məbləği 317.866,45 manat (Avans məbləği 93.606 manat, lizinq obyektini n qalıq dəyəri 188.760 manat, lizinq verənin mükafat məbləği 35.500,45 manat, müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği 21.984,08 manat, sığorta haqqı (illik) 3.088,84 manat, müqavilənin rəsmiləşdirilmə komissiyası 18.720,24 manat, lizinq obyektinin qeydiyyat xərcləri 175 manat) müəyyən edilmişdir.

17. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən, müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas borcla bağlı hissədə təmin edilməli və cavabdehlərdən müştərək qaydada 27.313,05 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır.

18. Dəbbə pulu tələbi ilə bağlı hissədə məh kəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə MM-in 467-ci maddəsinə istinad edərək hesab etmişdir ki, dəbbə pulu 1.000 manat məbləğində müəyyən olunmalı, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

19. İddia tələbinin digər hissələrini iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2020-ci il 1 aprel tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və X1 ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə xitam verilməsi və lizinq predmetini təşkil edən 7 ədəd “YN19PSC” markalı kartofçıxaran və kartofyığan avadanlığın saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq iddiaçıya geri qaytarılması təşkil etmişdir.

20. Tələbin göstərilən hissəsinə münasibətdə məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli və iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2020-ci il 1 aprel tarixli, KTA-KTT20/0840 nömrəli Aqrar Kredit və X1 ilə verilən subsidiya tətbiq olunan X2 Müqaviləsinə xitam verilməli, lizinq predmetini təşkil edən 7 ədəd “YN-19-PSC” markalı kartofçıxaran və kartofyığan avadanlıq saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq iddiaçıya geri qaytarılmalıdır.

21. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 747.1, 748-1.12.4, 748-11.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunaraq iddia tələbinin rə dd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli, 2-2(103)-63/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmuş, iddia cavabdehlərdən müştərək qaydada 27.313,05 manat əsas borc, 1.000 manat cərimə, 100 manat mediasiya xərci olmaqla, ümumillikdə 28.413,05 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericilikdə lizinq müqaviləsinə verilən anl ayışdan və lizinq münasibətlərinin iştirakçılarının dairəsindən göründüyü kimi, lizinq-lizinq verənin vəsaiti hesabına əldə edilmiş lizinq predmeti olan əmlaka lizinq alanın müvəqqəti istifadə və sahibliyini nəzərdə tutur. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış maliyyə lizinqi müqaviləsinə lizinq alanın təqsirinə görə lizinq ödənişləri 2 dəfədən çox həyata keçirilmədiyinə görə vaxtından əvvəl xitam verilmişdir. Belə olan halda, MM-in 751-ci maddəsinə əsasən, tərəflər arasındakı münasibətlərə əmlak kirayəsi müqaviləsinin qaydaları tətbiq edilməli və cavabdehlərdən lizinqə verilmiş avadanlıqların lizinq alanın istifadəsində olduğu müddət üçün razılaşdırılmış aylıq lizinq ödənişi məbləği tutulmalıdır. Əmlak kirayə münasibətlərində olduğu kimi, lizinq müqaviləsini n qüvvədə olduğu və avadanlıqların lizinq alanın sahibliyində olduğu müddət ərzində lizinq alanın lizinq predmetindən istifadə edibetməməsi hər hansı əhəmiyyət kəsb etmir və onu ödənişlərdən azad etmir.

25. Lizinqə verilmiş avadanlıqların ikisindən istifadə edilmədiyinə görə həmin avadanlıqlara görə ödəniş etməli olmadığına dair cavabdehin etirazı və apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Cavabdeh tərəfindən bu məsələ ilə bağlı tərəflər arasında barışıq şərtlərinin müzakirəsi barədə apellyasiya instansiyası mərhələsində təqdim olunmuş yazışmalar və səs yazısı məhkəmə tərəfindən MPM-in 372.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilməmişdir.

26. Lakin lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə MM-in 750-ci maddəsinin tələblərinə görə, lizinq əmlakının qalıq dəyəri, li zinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınmalı olduğundan lizinq verənin lizinq obyektini əldə edərkən qənaət edilmiş xərclərinə eyni zamanda lizinq alan tərəfindən həyata keçirilmiş ilkin ödəniş də daxildir.

27. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş izahlı maliyyə arayışından görünür ki, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə 93.606 manat ilkin ödəniş həyata keçirilmiş, qrafik üzrə 2021-ci il 4 iyun tarixində 3.041,13 manat, 2021ci il 29 iyun tarixində 3.146 manat, 2021-ci il 29 iyul tarixində 3.041,13 manat, 2020-ci il 1 sentyabr tarixində 3146, 2020-ci il 30 sentyabr tarixindən 2021-ci il 30 iyun tarixinədək hər ay 3.146 manat ödəmiş, 2021-ci ilin iyun ayından sonra ödəniş etməmişdir.

28. İşə apellyasiya qaydasın da baxılarkən tərəflərin izahatlarına əsasən, müəyyən olunmuşdur ki, müqavilə ləğv edilərkən avans məbləği lizinq alana qaytarılmamış və lizinq borcu hesablanarkən nəzərə alınmamışdır.

29. Tərəflər arasında razılaşdırılmış müqavilə şərtlərindən göründüyü kimi, lizinq alan tərəfindən ödənilmiş avans məbləği müqaviləyə vaxtından əvvəl xitam verilərkən o şərtlə lizinq verəndə saxlanılır ki, lizinq verən bu zaman lizinq alandan müqavilənin ləğvi məbləğini (müqavilə ləğv edildiyi tarixədək ödənilməli olan lizinq ödənişlərinin məbləğini) deyil, lizinq predmeti olan avadanlıqların satışından əldə edilmiş məbləğlə müqavilənin ləğvi məbləği arasındakı fərqi tələb etsin.

30. Hazırkı halda iddiaçı lizinq müqaviləsinin 20.6-cı bəndində nəzərdə tutulmuş qaydaya riayət etmədən (lizinq alandan geri alınm ış avadanlıqları satışa çıxarmadan), müqavilənin ləğvi məbləğini tam həcmdə lizinq alandan tələb etdiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, bu zaman qarşılıqlı hesablaşma zamanı lizinq alan tərəfindən ödənilmiş avans nəzərə alınmalı, avansın məbləği (93.606 manat) lizinq müqaviləsi üzrə qalıq borcdan çox olduğundan iddia cavabdehlərdən 27.313,05 manat əsas borc,1.000 manat cərimə, 100 manat mediasiya xərci tutulması hissəsində də rədd edilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 747.1, 748-1.12.4, 748-2.5, 750, 751-ci maddələrinə, MPM-in 78.1, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-ci il 14 fevral tarixində tərəflərə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

33. İddi açı həmin qətnamədən 2023-cü il 3 aprel tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

34. MM-in 5.3. və 385.1-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflər arasında bağlanmış 2020-ci il 1 aprel tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və X1 ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsinə əsasən, cavabdeh ödənişləri qrafikə əsasən həyata keçirməmişdir. Cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə 93.606 manat ilkin ödəniş həyata keçirilmiş, qrafik üzrə 2021-ci il 4 iyun tarixində 3.041,13 manat, 2021-ci il 29 iyun tarixində 3.146 manat, 2021-ci il 29 iyul tarix ində 3.041,13 manat, 2020-ci il 1 sentyabr tarixində 3.146 manat, 2020-ci il 30 sentyabr tarixindən 2021-ci il 30 iyun tarixinədək hər ay 3.146 manat ödəmiş, 2021-ci ilin iyun ayından sonra ödəniş etməmişdir.

35. Lizinq müqaviləsinin 15.1-ci bəndinə əsasən, lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə, lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. Həmçinin müqavilənin 10.3.1-ci bəndinə əsasən, lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim olunmadan lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək lizinq alanın vəzifəsi kimi təsbit edilmişdir.

36. İcranın lizinq alan tərəfindən geci kdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində lizinq verənə zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətlərindən irəli gələrək pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

37. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq, lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin tərəfindən qeyd olunan xü susatlar nəzərə alınmadan Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə cavabdehlərdən 28.413,05 manat pulun xeyrimizə tutulması hissəsinin rədd edilməsi əsassızdır.

38. MPM-in 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1997-ci il 11 iyul tarixli, 2 saylı Qərarında qeyd olunanlara əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən olunan faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

39. Qərar qəbul edərkən məhkəmə istinad etdiyi dəlilləri və rəhbər tutduğu q anunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

40. Bakı Apellyasiya Məhkəməsinin mövqeyinə görə, tərəflər arasında razılaşdırılmış müqavilə şərtlərindən göründüyü kimi, lizinq alan tərəfindən ödənilmiş avans məbləği müqaviləyə vaxtından əvvəl xitam verilərkən o şərtlə lizinq verəndə sax lanılır ki, lizinq verən bu zaman lizinq alandan müqavilənin ləğvi məbləğini (müqavilə ləğv edildiyi tarixədək ödənilməli olan lizinq ödənişlərinin məbləğini) deyil, lizinq predmeti olan avadanlıqların satışından əldə edilmiş məbləğlə müqavilənin ləğvi məbləği arasındakı fərqi tələb etsin. İddiaçı lizinq müqaviləsinin 20.6-cı bəndində nəzərdə tutulmuş qaydaya riayət etmədən (lizinq alandan geri alınmış avadanlıqları satışa çıxarmadan), müqavilənin ləğvi məbləğini tam həcmdə lizinq alandan tələb etdiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, bu zaman qarşılıqlı hesablaşma zamanı lizinq alan tərəfindən ödənilmiş avans nəzərə alınmalı, avansın məbləği (93.606 manat) lizinq müqaviləsi üzrə qalıq borcdan çox olduğundan iddia cavabdehlərdən 27.313,05 manat əsas borc, 1.000 manat cərimə, 100 m anat mediasiya xərci tutulması hissəsində də rədd edilməlidir”.

41. Kassator hesab edir ki, məhkəmənin qərarı bu hissədə əsassız və ədalətsizdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 7-ci bəndinə əsasən, müqavilənin ləğvi məbləği dedikdə lizinq alanın öhdəliklərinin məbləği nəzərdə tutulur. Həmin məbləğə lizinq obyektinin cari dəyəri, lizinq ödənişləri qrafikinə əsasən, vaxtı çatmış, lakin ödənilməmiş lizinq ödənişləri, müqavilənin ləğv edilməsi gününə Lizinq alan tərəfindən ödənilməli olan cərimə və/və ya penya, lizinq obyektinin geri alınması və satışı, lizinq obyektinin sığorta xərcləri, lizinq obyektinə quraşdırılmış GPS avadanlığın dəyəri, müqavilənin icrası nəticəsində lizinq verənin üçüncü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərinin ödənilməsi ilə bağlı lizinq verə nin zərər və itkilərinin ödənilməsi üçün lazım olan məbləğ daxildir.

42. İddiaçı tərəfindən verilmiş iddia ilə məhkəmədən cavabdehlərdən müqavilənin ləğvi məbləğlərinin ödənilməsi deyil, cavabdehin iddia verilən tarixə göstərilmiş borc məbləğləri, tərəflər arasında bağlanmış müqavilənin ləğvi, lizinq predmeti olan kartof çıxaran və kartof yığan avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması xahiş edilmişdir. İddia qaldırılarkən lizinq obyekti cavabdehin istifadəsində olmuş, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra lizinq obyekti cavabdehdən tərəfindən təhvil verilmişdir.

43. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən müqavilənin ləğvi anlayışı düzgün təfsir olunmadığından, həmçinin, lizinq obyektinin təhvil verilməsi ilə bağlı qeyd edilən fakt nəzərə alı nmadığından iddia tələbi ilə bağlı düzgün olmayan mövqeyə gəlinmişdir.

44. MPM-in 386-cı maddəsinin tələbləri pozulmuşdur. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq olunmasında səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ-hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə düzgün olmayan qərar çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Cavabdehlər 2023-cü il 3 may tarixində kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul o lunmasını xahiş etmişdir.

46. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh tərəfindən hansı tarixlərdə, hansı məbləğlərdə ona pulların ödənilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının maliyyə arayışında yazdığı borcun məbləği əsaslandırılmamışdır. Cavabdeh2 Turanbank ASC-də olan bank hesabından iddiaçının bank hesabına 159,424 manat köçürülmüşdür. Bu barədə bank hesabından çıxarış məhkəməyə təqdim edilmişdir.

47. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 20.13-cü bəndində nəzərdə tutulur ki, lizinq müqaviləsinə onun 20.9-cu bəndində (o cümlədən 20.9.8-ci bəndindəmüqaviləyə lizinq müqaviləsində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda xitam verilməsi) nəzərdə tutulmuş əsaslar üzrə xitam verildikdə lizinq alan tərəf indən lizinq verənə ödənilmiş avans məbləği geri qaytarılmır. Müqavilənin 20.1.3-cü bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 təqvim günündən artıq müddətdə 3 dəfədən artıq ödənişi gecikdirdikdə lizinq verən müqavilənin icra edilməsindən birtərəfli imtina edə bilər. Müqavilənin qeyd olunan şərtlərinə əsasən lizinq müqaviləsi lizinq alanın təqsiri üzündən vaxtından əvvəl ləğv edildikdə lizinq alan ödədiyi avansı geri tələb etmək hüququnu itirir.

48. Cavabdeh2 iddiaçıdan 7 ədəd “YN-19-PSC” markalı kartof çıxaran və kartof yığan avandanlıq götürmüşdür, 5 avadanlıq istifadədir, digər 2 avadanlıq isə ümumiyyətlə istifadə edilməmişdir. Tərəflər arasında lizinq müqaviləsi bağlanan zaman Cavabdeh2 məbləğin 20 faizini n ağd şəkildə şirkətə ödəmişdir, 40 faizi isə dövlət tərəfindən ödənilmişdir. Cavabdeh hər ay hissə-hissə iddiaçıya 44.000 manat məbləğində pul ödəmişdir. Müqavilə ləğv edilərkən avans məbləği lizinq alana qaytarılmamış və lizinq borcu hesablanarkən nəzərə alınmamışdır.

49. Məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, “tərəflər arasında razılaşdırılmış müqavilə şərtlərindən göründüyü kimi, lizinq alan tərəfindən ödənilmiş avans məbləği müqaviləyə vaxtından əvvəl xitam verilərkən o şərtlə lizinq verəndə saxlanılır ki, lizinq verən bu zaman lizinq alandan müqavilənin ləğvi məbləğini (müqavilə ləğv edildyi tarixədək ödənilməli olan lizinq ödənişlərinin məbləğini) deyil, lizinq predmeti olan avadanlıqların satışından əldə edilmiş məbləğlə müqavilənin ləğvi məbləği arasındakı fərqi tələb e tsin. Hazırkı halda iddiaçı lizinq müqaviləsinin 20.6-cı bəndində nəzərdə tutulmuş qaydaya riayət etmədən (lizinq alandan geri alınmış avadanlıqları satışa çıxarmadan), müqavilənin ləğvi məbləğini tam həcmdə lizinq alandan tələb etdiyindən qarşılıqlı hesablaşma zamanı lizinq alan tərəfindən ödənilmiş avans nəzərə alınmalı, avansın məbləği (93.606 manat) lizinq müqaviləsi üzrə qalıq borcdan çox olduğundan iddia cavabdehlərdən 27.313,05 manat əsas borc,1.000 manat cərimə, 100 manat mediasiya xərci tutulması hissəsində də rədd edilməlidir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məz munu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

51. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

53. Azərbaycan Respub likasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə ş ərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri... 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.” “Maddə

750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.” “Maddə

751. Lizinqə tətbiq edilən digər qaydalar Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.”

54. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual “Maddə

78. Sübutlar ın təqdim edilməsi və tələb olunması Məcəlləsinin müvafiq 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli, 2-2(103)-63/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Belə ki, işə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, müqavilə ləğv edilərkən avans məbləği lizinq alana qaytarılmamış və lizinq bor cu hesablanarkən həmin məbləğ nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən belə qənaətə gəlmişdir ki, lizinq alan tərəfindən ödənilmiş avans məbləği müqaviləyə vaxtından əvvəl xitam verilərkən o şərtlə lizinq verəndə saxlanılır ki, lizinq verən bu zaman lizinq alandan müqavilənin ləğvi məbləğini (müqavilə ləğv edildiyi tarixədək ödənilməli olan lizinq ödənişlərinin məbləğini) deyil, lizinq predmeti olan avadanlıqların satışından əldə edilmiş məbləğlə müqavilənin ləğvi məbləği arasındakı fərqi tələb etsin. Hazırkı halda iddiaçı lizinq müqaviləsinin 20.6-cı bəndində nəzərdə tutulmuş qaydaya riayət etmədən (lizinq alandan geri alınmış avadanlıqları satışa çıxarmadan), müqavilənin ləğvi məbləğini tam həcmdə lizinq alandan tələb etdiyindən, bu zaman qarşılıqlı hesablaşma zamanı lizinq alan tərəfindən ödənilmiş avans nəzərə alınmalı, avansın məbləği (93.606 manat) lizinq müqaviləsi üzrə qalıq borcdan çox olduğundan iddia cavabdehlərdən 27.313,05 manat əsas borc,1.000 manat cərimə, 100 manat mediasiya xərci tutulması hissəsində də rədd edilməlidir.

57. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan iddiaçının kassasiya şikayətinin əsas dəlili bundan ibarət olmuşdur ki, iddia tələbi ilə müqavilənin ləğvi məbləğlərinin ödənilməsi deyil, cavabdehin iddia verilən tarixə göstərilmiş borc məbləğləri, tərəflər arasında bağlanmış müqavilənin ləğvi, lizinq predmeti olan kartof çıxaran və kartof yığan avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması xahiş edilmişdir. İddia qaldırılarkən lizinq obyekti cavabdehin istifadəs ində olmuş, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra lizinq obyekti cavabdehdən tərəfindən təhvil verilmişdir.

58. İddiaçı, iddia tələbinin müqavilənin ləğvi məbləğlərinin ödənilməsi ilə bağlı olmadığını qeyd etsə də, özü kassasiya şikayətində müqavilənin ləğvi məbləğləri anlayışını izah etmək üçün tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndinə istinad edərək göstərmişdir ki, müqavilənin ləğvi məbləği dedikdə, lizinq alanın öhdəliklərinin məbləği nəzərdə tutulur. Həmin məbləğə lizinq obyektinin cari dəyəri, lizinq ödənişləri qrafikinə əsasən vaxtı çatmış, lakin ödənilməmiş lizinq ödənişləri, müqavilənin ləğv edilməsi gününə lizinq alan tərəfindən ödənilməli olan cərimə və/və ya penya, lizinq obyektinin geri alınması və satışı, lizinq obyektinin sığorta xə rcləri, lizinq obyektinə quraşdırılmış GPS avadanlığın dəyəri, müqavilənin icrası nəticəsində lizinq verənin üçüncü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərinin ödənilməsi ilə bağlı lizinq verənin zərər və itkilərinin ödənilməsi üçün lazım olan məbləğ daxildir.

59. Belə olan halda, vaxtı çatmış, lakin ödənilməmiş lizinq ödənişlərini, eləcə də lizinq alan tərəfindən ödənilməli olan cərimə məbləğini tələb edən iddiaçının kassasiya şikayətinin sözügedən dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, lizinq verən lizinq avadanlıqlarını satışa çıxarmadan müqavilənin ləğvi məbləğini tam həcmdə lizinq alandan tələb etdiyindən, qarşılıqlı hesablaşma zamanı lizinq alan tərəfindən ödənilmiş avans məb ləğinin nəzərə alınması haqqında məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur.

60. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, sübutların qiymətləndirilməsində səhvə yol verilmədiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli, 2-2(103)63/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməməlidir.

61. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR:

62. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli, 2-2(103)-63/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçının kassas iya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar