Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-279/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Allahverdiyev Qəhrəman Əli oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri Nümayəndə1, Nümayəndə2, vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs olmaqla) pul tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsin in İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-58/2019 nömrəli 12 mart 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 03 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (İcraçı) ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsi (Sifarişçi) arasında bağlanmış 09 saylı, 17 sentyabr 2015-ci il tarixli müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, “Sifarişçi” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi işlərinin davam etdirilməsi üçün “İcraçı”nın ƏDV il ə 6.549.481,90 manat məbləğində təklifini qəbul etmişdir. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən, “İcraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”yə Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi işlərinin davam etdirilməsini öhdəsinə götürür. Layihə smeta sənədləri hazırlandıqdan sonra müqavilə qiymətində dəyişiklik edilə bilər. Yerinə yetirilmiş işlər bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “İcraçı” aşkar olunan qüsurların müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 2.3-cü bəndinə əsasən, “Sifarişçi" müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin və xidmətlərin “İcraçı”dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 2.4-cü bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır. 11.3-cü bəndinə əsasən, “İcraçı”nın “Sifarişçi”yə ödəməyə dair müraciəti hər ayın 5dən gec olmayaraq keçən ay üçün yazılı surətdə müvafiq sənədləri (forma 2v, forma 3, elektron vergi hesabat faktura, hesab, gizli işlərin aktı, sınaq aktları, tikinti zamanı istifadə olunmuş qaz, su, kanalizasiya və elektrik xərclərinin ödənilməsi qəbzi və digər aktlar) təqdim edilməklə həyata keçirilir. 11.4-cü bəndinə əsasən, yerinə yetirilmiş işlərin dəyərinin ödənişi hər ay faktiki yerinə yetirilmiş işlərin dəyəri həcmində ödəniləcək. Aralıq ödənişlər ümumi müqavilə dəyərinin 95 %-ni təşkil edir. Tam ödəniş obyekt istismara təhvil verildikdən sonrakı 1 ay müddətində həy ata keçirilir. Zəmanət müddəti 2 il müəyyən olunur. 12.1-ci bəndinə əsasən, “İcraçı” satınalma müqaviləsini imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təmin edən (avans ödənişinin 100 % məbləğində avans zəmanəti) bank zəmanətlərini “Sifarişçi”yə təqdim edir. “İcraçı”nın tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalamaması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir. 17.1-ci bəndinə əsasən, “Sifarişçi” (və ya onun nümayəndələri) heç bir əlavə xərc çəkmədən, müqavilənin texniki və digər şərtlərinin icrasına nəzarət etmək və sınaq keçirmək hüququna malikdir. 17.2-ci bəndinə əsasən, “Sifarişçi” belə texniki nəzarətin və sınağın keçirilməsi üçün təyin olunmuş nümayəndələri barədə “İcraçı”ya məlumat verməlidir. 17.3-cü bəndinə əsasən, texniki nəzarət və sınaq “İcraçı”nın (submüqavilələri icra edənlərin) ərazisində keçirilə bilər. Belə hallarda “İcraçı” “Sifarişçi”yə (və ya onun nümayəndələrinə) lazımi kömək göstərməlidir. 17.4-cü bəndinə əsasən, “Sifarişçi” texniki nəzarətdən və ya sınaqdan keçməyən mallardan imtina edə bilər. Bu halda “İcraçı” texniki nəzarətdən və ya sınaqdan keçməyən malları dəyişdirir və ya “Sifarişçi”nin tələblərini təmin edən digər malları təqdim edir. İddiaçı UİKŞ ilə bağlanmış 09 saylı 17.09.2015-ci il tarixli müqaviləyə dair imzalanmış 14.10.2016-cı il tarixli Əlavə Razılaşmanın təsdiq olunmuş surətində qeyd edilir ki, Müqavilənin 2.1 yarımbəndi aşağıdakı mətndə oxunsun: 2.1 Tərəflər təsdiq edirlər ki, “Sifarişçi” Azərbaycan Respublikası Müdafiə Na zirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi işlərinin davam etdirilməsi üçün “İcraçı”nın 6.549.481,90 manat məbləğində təklifini qəbul etmişdir. Bundan sonra, yerinə yetirilmiş tikinti işlərinin həcminə uyğun olaraq tərəflər müqavilənin ilkin dəyərinin 479.455,05 manat məbləğində azaldılaraq müqavilənin ümumi dəyərinin ƏDV ilə birlikdə cəmi 6.070.026,85 manat təşkil etməsinə razılaşmışlar. İlkin müqavilənin bəndlərində nəzərdə tutulmuş bütün digər şərtlər əlavə razılaşdırmanın şərtləri kimi qəbul olunur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (Əsaslı Tikinti şöbəsi) 28.06.2018-ci il tarixli pretenziya məktubu ünvanlayaraq ƏDV ilə birlikdə cəmi 938.676,98 manat həcmində borc məbləğində n 638.676,98 manat həcmində hissəsinin hesabina ödənilməsini və yerdə qalan 300.000 manat məbləğin isə “Dövlət qəbul Aktı”ndan sonra hesabına ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən iddiaçıya ünvanlanan 06.07.2018-ci il tarixli 305 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Hesablama Palatasının audit qrupu tərəfindən H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində müdavim yeməkxanası və qazanxana binasının tikintisi obyektində keçirilmiş yoxlama zamanı aşkar olunmuş qüsurlar audit qrupunun, Əsaslı Tikinti şöbəsinin məsul işçilərinin, İddiaçı şirkətinin təsisçisi və TİŞ rəisinin iştirakı ilə müzakirə olunmuşdur. Aparılan müzakirələr zamanı Hesablama Palatasının audit qrupu, şirkətiniz tərəfindən qaldırılmış bü tün sualları cavablandırmış və azaldılmış məbləğ barədə açıqlama verilmişdir. Bununla bağlı, 103 nömrəli 27.03.2018-ci il tarixli məktub göndərilmişdir. Eyni zamanda, məktubda ödənilməsi tələb olunan vəsaitdən 694.000,0 manatın ödənilməsi Hesablama Palatası tərəfindən saxlanılmışdır. Qalan 244.676,98 məbləğin isə Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “Obyektin istismara hazırlıq aktı" və Müdafiə Nazirliyinin “Əsaslı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Komissiyanın aktı” təqdim olunduqdan sonra ödənilməsi həyata keçirilə bilər. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (Əsaslı Tikinti şöbəsi) ünvanladığı 16.07.2018-ci il tarixli pretenziya məktubunda iddiaçı cavabdehdən ƏDV ilə birlikdə cəmi 938.676,98 manat həcmində borcun ödənilməsini xahiş e tmişdir. Bundan sonra, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə 26 iyul 2018ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 938.676,98 manat vəsaitin, ilk əvvəl 638.676,98 manat həcmində hissəsinin tutulması və qalan 300.000 manat məbləğ hissəsinin isə “Dövlət qəbul Aktı”ndan sonra iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilədən irəli gələn öhdəliklərini icra etməsinə baxmayaraq cavabdeh hazırkı vaxta qədər ödəməli olduğu 6.070.026,85 manatdan qalıq borc məbləğini, yəni 938.676,98 manat hissəsini ödəməmişdir. Eyni zamanda cavabdehə ünvanlanmış pretenziya məktubu nda 938.676,98 borc məbləğinin 638.676,98 manat hissəsinin ödənilməsi, yerdə qalan 300.000 manat məbləğin isə “Dövlət qəbul Aktı”ndan sonra hesaba ödənilməsi xahiş olunsa da, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Halbuki, tərəflər arasında rəsmiləşdirilmiş 03 may 2017-ci il tarixli üzləşmə aktı ilə də cavabdeh hazırkı vaxta (məhkəməyə müraciət edilən vaxt) iddiaçıya 938.676,98 manat həcmində borc öhdəliyinin yarandığını etiraf etmişdir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445.1 və 447.1ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-947/2018 saylı 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: A.Ə.Hüseyn) iddia təmin edilmiş, cavabdehdən 938.676,98 manat vəsaitin ilk əvvəl 638.676,9 8 manat həcmində tutulması və qalan 300.000 manat məbləğin isə “Dövlət qəbul Aktı”ndan sonra iddiaçının hesabına ödənilməsi, 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Hesablama Palatasının müqavilə ilə müəyyən edilən və görülmüş işlərin dəyərini təşkil edən məbləğin azaldaraq ehtimal olunan müqavilə qiymətinə uyğunlaşdırılması barədə göstərişi iddiaçı tərəfindən yerinə yetirilib təhvil verilmiş işlərə görə müqavilədə nəzərdə tutulmuş məbləğin tələb edilməsinə hər hansı maneə yarada bilməz. Məhkəmənin həmin qətnaməsindən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-58/2019 nömrəli, 12 mart 2019-cu il tarixli qətnam əsi ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.Ə.Baxışova və H.Ü.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-947/2018 saylı 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-58/2019 nömrəli, 12 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Heydər Əliyev adına Ali Hərbi məktəbin ərazisində müdavim yeməkxanası və qazanxana binasının tikintisi ilə əlaqədar Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsi ilə “İddiaçı" X2 şirkəti arasında 17.09.2015-ci il tarixdə 6.549.481,9 manat məbləğində 09 nömrəli müqavilə bağlanmışdır. 24.10.2016-cı il tarixdə yerinə yetirilmiş tikinti işlərinin həcminə uyğun olaraq müqavilənin ilkin dəyəri 479.455,05 manat məbləğində azaldılaraq müqavilənin ümumi dəyərinin 6.070.026,85 manat müəyyən edilməsi barədə əlavə razılaşma imzalanmışdır. 2017-ci ilin sentyabr - oktyabr aylarında Azərbaycan Respublikası Hesablama Palatasının audit qrupu tərəfindən obyektdə tikinti işlərinin sənədli yoxlaması aparılmışdır. Yoxlamanın nəticələrinə əsasən tikinti iş həcmlərinin və dəyərin hesablanmasında qüsurlar aşkar olunmuş və müqavilə üzrə 694.000,0 manat artıq vəsaitin hesablanması müəyyən edilmişdir. Bununla bağlı audit qrupunun, Əsaslı Tikinti şöbəsinin məsul işçilərinin, İddiaçı UİK şirkətinin təsisçisinin və TİŞ rəisinin iştirakı ilə müzakirə aparılmışdır. Aparılan müzakirələr zamanı Hesablama Palatasının audit qrupunun üzvləri İddiaçı UİK şirkəti tərəfindən qaldırılmış bütün sualları cavablandırmış və azaldılmış məbləğ barədə açıqlama verilmişdir. İddiaçı şirkətin nümayəndələri bu azalma ilə razılaşmış və heç bir etiraz bildirməmişlər. Daha sonra qeyd edilir ki, İddiaçı UİK şirkətinə 27.03.2018-ci il tarixli 103 nömrəli, 06.07.2018-ci il tarixli 305 nömrəli və 26.07.2018-ci il tarixli 343 nömrəli məktublarla azaldılmış məbləğ barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının 07 fevral 2018-ci il tarixli 04mq nömrəli Kollegiya qərarının 3.3-cü bəndi (“H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi” obyekti üzrə satın alınan malların müəyyən olunan ehtimal qiymətindən artıq məbləğdə podratçı təşkilatla satınalma müqaviləsinin bağlanması səbəbindən artıq hesablanmış 694,0 min manat məbləğində vəsait azaldılaraq obyektin ehtimal olunan müqavilə qiymətinə uyğunlaşdırılsın) Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən icra olunmuş, podratçıya (iddiaçıya) olan borc 694.000,0 manat azaldılmışdır. Hal-hazırda Müdafiə Nazirliyinin İddiaçı UİK şirkətinə yerinə yetirilmiş işlər üzrə 244.676,98 manat borcu var. Bu vəsaitin ödənilməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən ve rilən “Obyektin istismara hazırlıq aktı” və Müdafiə Nazirliyinin “Əsaslı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının aktı" şifarişçiyə (cavabdehə) təqdim edildikdən sonra obyektin keyfiyyət zəmanəti kimi saxlanılmış həmin vəsait ödənilə bilər. Etiraz: İddiaçı kassasiya şikayətinə etiraz təqdim etmişdir. Etiraz iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, tərəflər arasında rəsmiləşdirilmiş müqavilə şərtlərinə uyğun olaraq sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Müdafiə Naziri cənab Z.Həsənov və Baş Qərargah rəisi cənab N.Sadıxovun bilavasitə iştirakı ilə (sübut olaraq fotolar əlavə edilir) yeməkxana və qazanxana binalarının rəsmi açılışı olmuşdur və həmin vaxtdan etibarən Müdafiə Nazirliyinin Ali Hərbi Məktəb i tərəfindən qeyd olunan obyektlər davamlı olaraq istismar edilir. Gündəlik istismar nəticəsində, habelə bəzi hallarda binanın mətbəx hissəsində və sair yerlərdə su krantları açıq qoyulduğu üçün binanın müəyyən sahələrinə su axıdılması səbəbindən yaranmış qüsurlar Sifarişçinin xahişləri əsasında iddiaçının vəsaiti hesabına bir neçə dəfə aradan qaldırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndələri kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-58/2019 nömrəli, 12 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkə mə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. İddiaçının direktoru məhkəmə kollegiyasına teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, vəsatət əsas olduğundan təmin edilməmişdir. İddiaçı tərəf üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Heydər Əliyev adına Ali Hərbi məktəbin ərazisində müdavim yeməkxanası və qazanxana binasının tikintisi ilə əlaqədar Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsi ilə “İddiaçı" X2 şirkəti arasında 17.09.2015-ci il tarixdə 6.549.481,9 manat məbləğində 09 nömrəli müqavilə bağlanmışdır. 24.10.2016-cı il tarixdə yerinə yetirilmiş tikinti işlərinin həcminə uyğun olaraq müqavilənin ilkin dəyəri 479.455,05 manat məbləğində azaldılaraq müqavilənin üm umi dəyərinin 6.070.026,85 manat təşkil etməsi barədə əlavə razılaşma imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat müqaviləsindən irəli gələn münasibətlərini tənzimləyən müddəalarına görə, podrat müqaviləsinə əsasən, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (752.2). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1). Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (762.2). Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (762.3). Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər (763.1). Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi mü qavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (765). İş materiallarından görünür ki, 2017-ci ilin sentyabr - oktyabr aylarında Azərbaycan Respublikasının Hesablama Palatasının audit qrupu tərəfindən obyektdə tikinti işlərinin sənədli yoxlaması aparılmışdır. Yoxlamanın nəticələrinə əsasən tikinti iş həcmlərinin və dəyərin hesablanmasında qüsurlar aşkar olunmuşdur. Belə ki, yoxlama zamanı “H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi” obyekti üzrə satın alınan malların müəyyən olunan ehtimal qiymətindən artıq məbləğdə podratçı təşkilatla satınalma müqaviləsinin bağlanması səbəbindən müqavilə üzrə 694.000,0 manat artıq vəsaitin hesablanması müəyyən ed ilmişdir. Eyni zamanda kassasiya şikayətində qeyd edilir ki, audit yoxlaması zamanı aşkar edilənlərlə bağlı audit qrupunun, Əsaslı Tikinti şöbəsinin məsul işçilərinin, İddiaçı UİK şirkətinin təsisçisinin və TİŞ rəisinin iştirakı ilə bu məsələ müzakirə olunmuşdur. Aparılan müzakirələr zamanı Hesablama Palatasının audit qrupunun üzvləri İddiaçı UİK şirkəti tərəfindən qaldırılmış bütün sualları cavablandırmış və azaldılmış məbləğ barədə açıqlama verilmişdir. Şirkət nümayəndələri bu azalma ilə razılaşmış və heç bir etiraz bildirməmişlər. Azərbaycan Respublikası Hesablama Palatasının 07 fevral 2018-ci il tarixli 04mq nömrəli Kollegiya qərarının 3.3-cü bəndi (“H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi” obyekti üzrə satın alınan malların müəyyən olunan ehtimal qiymətindən artıq məbləğdə podratçı təşkilatla satınalma müqaviləsinin bağlanması səbəbindən artıq hesablanmış 694,0 min manat məbləğində vəsait azaldılaraq obyektin ehtimal olunan müqavilə qiymətinə uyğunlaşdırılsın.) Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən icra olunmuş, podratçıya olan borc 694.000,0 manat azaldılmışdır. Cavabdeh kassasiya şikayətində qeyd etdiyi bu dəlilləri eyni ilə apelyasiya instansiya məhkəməsində də təqdim etmiş, lakin apelyasiya instansiya məhkəməsi heç bir qanuni əsas gətirmədən cavabdehin mövqeyini əsassız hesab etmişdir. İddiaçı kassasiya şikayətinə verdiyi etirazda da gördüyü işlərdə qüsurların olduğunu etiraf etmişdir. Lakin buna baxmayaraq işə baxan məhkəmələr işlərin qüsurla icra edilməsinə dair audit rəyinə sübut kimi qiymət verməmiş, cavabdeh apelyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası Hesablama Palatasının işə cəlb edilməsi üçün vəsatət versə də məhkəmə həmin vəsatət barədə heç bir araşdırma aparmamışdır. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, layihə smeta sənədləri hazırlandıqdan sonra müqavilə qiymətində dəyişiklik edilə bilər. Yerinə yetirilmiş işlər bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “İcraçı” aşkar olunan qüsurların müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 18.1-ci bəndinə əsasən, müqavilənin icrası müddətində “Sifarişçi” aşkar olunmuş qüsurlar haqqında “İcraçı”ya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddə ti göstərilməlidir. 18.2-ci bəndinə əsasən, “İcraçı” qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət ərzində aradan qaldırır. 18.3-cü bəndinə əsasən, “İcraçı” məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, “Sifarişçi” həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və “İcraçı”ya ödəniləcək məbləğdən çıxır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxılarkən audit yoxlamasını həyata keçirən Azərbaycan Respublikası Hesablama Palatası üçüncü şəxs qismində işə cəlb edilməli, keçirilən auditin nəticələri nəzərə alınmaqla müqavilə üzrə yaranmış borcun məbləği bir daha dəqiqləşdirilməli, zərurət yaranırsa müqavilənin icrası zamanı yol verilmiş və aradan qaldırılmamış qüsurlar, o cümlədən keçirilmiş auditin nəticələri ilə bağlı məhkəmə tərəfindən müvafiq olaraq tikinti-texniki və mühasibatlıq ekspertizası təyin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin oluns un. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-58/2019 nömrəli 12 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-279/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-279/2019
03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver