Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-279/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC- yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 dekabr tarixli 2-2(103)-1371/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı MMC (agent) (bundan sonra - “iddiaçı”) ilə Cavabdeh MMC (subagent) (bundan sonra - “cavabdeh”) arasında bağlanmış 2019-cu il 1 iyun tarixli “aviadaşımaların satış hüququnun verilməsinə dair müqavilədən (bundan sonra - “Müqavilə”) görünür ki, “agent” mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə hüquqlarını özü tərəfindən subagentə verməyi, subagent isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğlərin, bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür.
2. Agentin direktoru Qanuni nümayəndə Sərhəd qızının (bundan sonra - “Qanuni nümayəndə”) ərizəsi əsasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində (bundan sonra - “Polis idarəsi”) toplanmış materialdan çıxarılmış təsdiq edilmiş surətlərdə olan X2 (bu ndan sonra “S.Mənsimov”) izahatında bildirmişdir ki, cavabdeh onun adında olmasına baxmayaraq, əsas işlər ilə X5 (bundan sonra - “D.Sədiyeva”) məşğul olmuş, bu səbəblə də tələb edilən 18.000 manat onun tərəfindən yox, cavabdehin adından D.Sədiyeva ödəməlidir.
3. Polis İdarəsində toplanmış materialdan çıxarılmış təsdiq edilmiş surətlərdə olan D.Sədiyeva izahatında bildirmişdir ki, cavabdehin qanuni təmsilçisi S.Mənsimov ilə qohumdur. S.Mənsimovun iddiaçının direktoru Qanuni nümayəndə ümumilikdə aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işinin yazılmasında 18.000 manat pul borcu vardır. O, sadəcə aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işinin yazılmasında S.Mənsimova köməklik etmişdir.
4. Cavabdehin qanuni təmsilçisi S.Mənsimov Polis İdarəsinə verdiyi izahat da bildirmişdir ki, D.Sədiyeva ilə qohumluq və yaxın münasibəti yoxdur. 5. 2019-cu il 18 oktyabr tarixli “Cinayət işinin başlanmasının rədd ediləməsi haqqında“ qərara əsəsən Qanuni nümayəndə ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə Qanuni nümayəndə, D.Sədiyeva və S.Mənsimov ilə aralarında yaranmış mübahisələrin həll olunması məqsədi ilə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi izah olunmuşdur.
6. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 3 mart tarixli 1 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən öhdəliyin icra olunmasını və ödənilməmiş 16.846 manat borcun təxirəsalınmadan ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyini bilirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci i nstansiya məhkəməsindəki icraat
7. İddiaçı 2021-ci il 26 aprel tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciətində, cavabdehdən 16.846 manat borcun, habelə 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı X3 Dövlət Qeydiyyatı İdarəsində 2015-ci il 2 mart tarixində qeydiyyata alınmış və vətəndaşlara turizm və aviabiletlərin satışından ibarət xidmətlər göstərir. Sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi üçün cavabdeh ilə 2019-cu il 1 iyun tarixli müqavilə (bax § 1) bağlanmışdır.
9. Bir sözlə cavabdeh tərəfindən aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması barədəki sifarişləri yalnız iddiaçı vasitəsi ilə sifariş ed əcəklərini və bununla da, qeyd olunan sifarişlər barədəki ödənişlərin vaxtında və tam ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən müxtəlif vaxtlarda aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması barədəki sifarişlər verilməyə başlanıb.
10. Cavabdeh müxtəlif vaxtlarda aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması üçün ümumilikdə 22.546 manat məbləğində xidmətlər sifariş vermiş və verilmiş sifarişlər iddiaçı tərəfindən dərhal həyata keçirilmişdir. Cavabdeh qeyd olunan 22.546 manat məbləğin 5.700 manatını ödəsə də, qalan 16.846 manat məbləği ödəməmiş, cavabdehlə dəfələrlə əlaqə saxlansa da, həmin məbləğ ödənilməmiş qalır.
11. İddiaçı şikayət ərizəsi ilə Polis idarəsinə müraciət etmiş, idarə nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X1 tərəfindən cavabdehin direktoru S.Mənsimovun və cavabdehin adından onunla birlikdə müxtəlif vaxtlarda aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması üçün sifarişlərin verilməsini həyata keçirən D.Şədiyevanın şikayət ərizəsində göstərilənlərlə bağlı izahatları alınmışdır. Cavabdehin direktoru S.Mənsimov və D.Şədiyeva izahatlarında aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması üçün iddiaçıya borcu olduğunu təsdiq etmişlər.
12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 324.4, 373.2, 385.1, 386.1, 389.1, 390.1, 442, 445.2.1, 448.1, 448.2-ci maddələrinə istinad edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 21 iyun tarixli, e-2-2(113)-2309/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 16.846 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur (hakim – A.Əliyeva).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımınca icra etməsi cavabdeh şirkətin direktorunun və D.Sədiyevanın iş materiallarında olan izahatı ilə də öz təsdiqini tapmışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır.
15. Belə olan halda cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada ye rinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
16. İddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir.
17. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 425.2, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin (bundan sonra - “MPM”) 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh 2021-ci il 20 oktyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 dekabr tarixli 22(103 )-1371/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarıda §§14-16) ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, iddiaçı (agent) ilə cavabdeh (subagent) arasında “Aviadaşımaların satış hüququnun verilməsinə dair” müqavilə bağlanması, bu müqaviləyə əsasən “agent” mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə verməsi, subagent isə bu avidaşımaların satışından əldə edilmiş məbləğlərin, bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödənişini həyata keçirməyi öhdəsinə götürməsi işin mübahisəsiz halıdır.
21. İddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
22. İşdə iştirak edən şəxslərin izahatları sübut növlərindən biridir.
23. Hazırkı halda cavabdehin qanuni təmsilçisi S.Mənsimovun Polis İdarəsinə verdiyi izahatdan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin icrası ilə bağlı hərəkətlər qanuni təmsilçinin razılığı və şifahi tapşırığı əsasında onun qeyri-rəsmi işçisi D.Sədiyeva tərəfindən həyata keçirilmişdir. Buna görə də, qanuni təmsilçi iddiaçı ilə hansı əməliyyatların həyata keçirildiyi və hansı məbləğdə borc qalığı olması barədə məlumatının olmadığını qeyd edir. Direktor özü təsdiq edir ki, borc cavabdehin adından ödənilməlidir, lakin borcun ödənilməsini D.Sədiyeva həyata keçirməlidir.
24. Cavabdehin adından fəaliyyət göstərmiş D.Sədiyeva izahatında iddiaçı ilə bağlanmış müqavilə əsasında 18.000 manat borclu olduqlarını təsdiq etdiyindən, həmin borcun ödənişi ilə bağlı sübutlar olmadığından, o cümlədən iddiaçı ilə müqavilə cavabdeh ilə bağlandığından iddiaya cavab verməli olan şəxs D.Sədiyeva deyil, cavabdeh olduğu üçün birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının tələb etdiyi 16.846 manat borc cavabdehdən tutulmalıdır.
25. Məhkəmə öz qətnaməsini MM-in 385.1, MPM-in 76.1, 76.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Qətnamə 2022-ci il 10 yanvar tarixində tərəflərə göndərilmişdir.
27. Cavabdeh 2022-ci il 7 mart tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. MM-in 1099.1-ci maddəsinin tələbi pozulmuşdur. İş materiallarında cavabdeh tərəfindən iddiaçıya hər hansı borcunun olması və ya ona hər hansı zərər vurulması barədə sübut yoxdur. apellyasiya məhkəməsi yalnız cavabdeh tərəfindən iddiaçıya borcunun olmasına sübutlar kimi iş materiallarında olan Polis İdarəsinin 2019-cu il 18 oktyabr tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ qərarı və orada olan izahatları qəbul etmişdir. Halbuki, həmin qərarda və izahatlarda cavabdehin direktoru olan S.Mənsimov göstərmişdir ki, cavabdehin iddiaçıya borcu yoxdur. Bundan başqa, cavabdehin direktoru olan S.Mənsimov qeyd etmişdir ki, iddiaçı və onun direktoru Qanuni nümayəndə iddia etdiyi borc D. Sədiyevanın borcudur. D.Sədiyevanın Polis İdarəsinin 2019-cu il 18 oktyabr tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ qərarında və oradakı izahatlarından da görünür ki, məhz onun, yəni D.Sədiyevanın iddiaçıya və onun direktoru Qanuni nümayəndə borcu vardır. Bunu D.Sədiyeva polisə verdiyi izahatda etiraf etmişdir. İş materiallarında D.Sədiyevanın cavabdehin işçisi olması barədə heç bir sübut yoxdur. D.Sədiyevanın cavabdehin işçisi olması barədə müvafiq sorğular X4 də verilməmişdir. Beləliklə, D.Sədiyeva cavabdehin işçisi deyildir və hüquqi şəxsin işçisi olmadığı üçün, onun öz hərəkətləri nəticəsində kimlərəsə borcunun yaranması və ziyan vurması nəticəsində işçisi olmadığı hüquqi şəxs, yəni cavabdeh məsuliyyət daşıya bilməz.
29. MPM-in 175.1-ci maddəsinin tələbi pozulmuşdu r. Bakı Apellyasiya Məhkəməsi iş üzrə yeganə sübut kimi qiymətləndirdiyi Polis İdarəsinin 2019-cu il 18 oktyabr tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ qərarında və oradakı izahatlarda adı keçən D.Sədiyevanı bilavasitə şahid kimi məhkəmədə izahat verməyə çağırmamışdır.
30. MPM-in 77.1-ci maddəsinin tələbi pozulmuşdur.İddiaçı iddia üzrə heç bir sübut təqdim etməmişdir, cavabdehin hansı dövrlər üzrə, hansı səyahətlər, biletlər üzrə ona borcunun yaranması barədə heç bir sənədi məhkəməyə verməmişdir. İş üzrə yeganə sübut kimi Polis İdarəsinin 2019-cu il 18 oktyabr tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ qərarı məhkəmə tərəfindən qəbul edilmişdir. Amma həmin qərarda da borcun yaranmasının əsasları, hər hansı biletlər, qaimələr, təhvil təslim aktları v ə s. göstərilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Azərbaycan Respublikasının Cinayət müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur Prosessual Məcəlləsinin müvafiq “Maddə
212. Cinayət işinin başlanmasının rədd edilməsi 212.1. Cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya ə sasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır....” “Maddə
449. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi 449.1. Məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.4. müstəntiqin;”
37. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə i ştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 28-30) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məh kəmə kollegiyası cavabdehin iddiaçıya borcunun olması və ya ona zərər vurması barədə sübutun olmamasına dair dəlilə (bax §§ 28, 30) münasibətdə bildirir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin qanuni təmsilçisi S.Mənsimovun Polis İdarəsinə verdiyi izahatda tərəflər arasında bağlanmış müqavilənin icrası ilə bağlı hərəkətlərin qanuni təmsilçinin razılığı və şifahi tapşırığı əsasında onun qeyri-rəsmi işçisi D.Sədiyeva tərəfindən həyata keçirildiyi qeyd edilmişdir.
40. Bununla əlaqədar məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımınca icra etməsi cavabdeh şirkətin direkto runun və D.Sədiyevanın iş materiallarında olan izahatları ilə də öz təsdiqini tapmışdır. Bununla da qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması inkar olunmazdır. Belə olan halda cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, məhz cavabdehin qanuni təmçilsinin verdiyi izahatın öhdəliyin icra edilməməsi səbəbindən yaranmış borcun etirafı kimi qəbul edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 76-cı maddəsinə (bax § 36) uyğun olmuşdur.
42. Məhkəmə kollegiyası cavabdehin işçisi olmayan D.Sədiyevanın hərəkətləri nəticəsində borcun yaranması üzrə cavabdehin məsuliyyət daşıya bilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, müqavilənin 2.4.1-ci bəndindən subagentin, yəni cavabdehin aviadaşımaların satışından əldə edilmiş məbləğlər üzrə iddiaçıya ödəniş həyəta keçirməyi öhdəsinə götürdüyü açıq-aşkar görünür. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2019-cu il 1 iyun tarixli aviadaşımaların satış hüququnun verilməsinə dair müqavilə məhz Qanuni nümayəndə şəxsində iddiaçı və S.Mənsimovun şəxsində cavabdeh arasında bağlanmışdır.
43. Kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin yeganə sübut kimi Polis İdarəsin in 2019-cu il 18 oktyabr tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara və oradakı izahatlara istinad etməklə D.Sədiyevanın məhkəmə iclaslarında bilavasitə şahid kimi izahatının alınmamasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıların vurğulanmasını zəruri hesab edir.
44. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “CPM”) 212.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır.
45. CPM-in 449.1.4-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlar ından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər.
46. Hazırkı iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi 2019-cu il 18 oktyabr tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar məhkəmədə mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin göstərilən qərara istinad etməkdə haqlı olmuşdur və həmin qərarda izahatının öz əksini tapdığı D.Sədiyevanın məhkəmə iclaslarında şahid kimi çağırılaraq izahatının alınmasına zərurət mövcud olmamışdır.
47. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 2 17.1-ci maddəsinə (bax § 36) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
48. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 dekabr tarixli, 22(103)-1371/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.