Məhkəmə qərarları › İş №2-2(102)-279/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-279/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-279/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Birinci iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı1 qarşı və digər iş üzrə İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı "xxxx" tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 fevral tarixli 2-2(106)-8/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Alıcı Cavabdeh1 MMC, tədarükçü “MKT Sabirabad” ilə təsərrüfatçı İddiaçı1 arasında bağlanan müqaviləyə 2016-cı il 19 dekabr tarixli, ********* saylı “2017-ci il mövsümü üzrə xam-pambığın alğı-satqısına dair” müqavilədən görünür ki, əsasən 25 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla məhsul əldə etməklə 50 ton xam-pambıq məhsulu istehsal edib alıcıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin; - 2.1.7-ci bəndinə əsasən, təsərrüfatçı səpini optimal müddətdə başa çatdırılmadığı halda alıcı müqaviləyə əsasən avansın ödənilməsini dayandıra bilər. Bu halda təsərrüfatçı aldığı avans məbləğinin 2 mislini alıcıya geri qaytarmağı öhdəsinə götürür. - 3.1-ci bəndinə əsasən, xam-pambığın 1 tonunun satın alma qiyməti: birinci növ üzrə-500 manat, ikinci növ üzrə-470 manat, üçüncü növ üzrə-440 manat, dördüncü növ üzrə-400 manat məbləğində təşkil edir. 2. 2018-ci il 4 fevral tarixli aktda Sabirabad rayonlararası Bioloji laboratoriyasının rəyinə görə İddiaçı1 22.646 manat məbləğində maddi ziyan vurulduğu qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh1 MMC cavabdeh İddiaçı1a qarşı iddia ərizəsi ilə Sabirabad rayon Məhkəməsinə müraciət edərək, 2.117,52 manat məbləğində əsas borcun, 3.612,50 manat məbləğində cərimə borcunun və ödənilməmiş dövlət rüsumu kimi 30 manat, ümumilikdə 5.769,02 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı il 19 dekabr tarixli, ********* saylı müqaviləyə əsasən, İddiaçı1 25 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 50 ton xam-pambıq məhsulu istehsal edilib MMC-yə satmağı öz öhdəsinə götürmüşdür. Bununla bağlı iddiaçı MMC-dən 8.891,22 manat məbləğində avans vəsaiti götürülmüşdür. Müqaviləyə əsasən cavabdeh İddiaçı1 götürdüyü avansının dəyərini xam-pambıqla ödəməli və həmin vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh İddiaçı1 isə 6.654,70 manat məbləğində 13.785,51 kq xam-pambıq təhvil vermişdir. Götürülən ümumi avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 119 manat məbləğində ödəmiş və 2.117,52 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanan m üqavilədə göstərilmişdir ki, öhdəliyin yerinə yetirilmədiyi zaman, birinci növ üzrə 20 faiz həcmində cərimə ödəməlidir ki, bu da 3.621,50 manat təşkil edir. Bundan başqa, qarşı tərəfə göndərilmiş pretenziyanın heç bir nəticəsi olmamışdır.

5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- “MM”) 385.1, 425.1-ci maddələrinə istinad olunmuşdur.

6. Həmçinin İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və “MKT-Sabirabad” filialına qarşı 2019-cu il 2 avqust tarixində iddia ərizəsi (daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək, ona dəymiş zərərin əvəzi olaraq, ümumilikdə 25.081 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, pambıq əkini məqsədi ilə kənd camaatından icarə qaydasında götürdüyü torpaq sahəsinin 25 ha hissəsində MKTSabirabad filialı ilə bağlanmış 2016-cı il 19 dekabr tarixli, 17279541 saylı müqavilə əsasında pambıq məhsulu əkmişdir. Həmin müqavilədə tərəf olaraq onun imza və təsdiqi olmamış, birtərəfli xarakter daşımışdır. Pambıq əkininə dair müqavilədə ona aid bütün vəzifələri yerinə yetirmiş, lakin qarşı tərəf üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyindən və ya lazımi qaydada olmayan, keyfiyyətsiz yerinə yetirildiyindən ona külli miqdarda ziyan dəymişdir. Belə ki, MKT-Sabirabad filialı tərəfindən ona keyfiyyətsiz toxum verildiyindən təkrar səpin və əkin aparılmış, məhsulun yetişməsi gecikmiş və məhsuldarlıq aşağı düşmüşdür. Be lə olan halda müqavilə üzrə onun MMC qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi mümkünsüz olmuşdur.

8. Qeyd olunmuş hallar Sabirabad rayonunun rəhbərliyinə, kənd təsərrüfatı idarəsinə, cavabdeh şəxslərə və MKT-nın Sabirabad rayon filialına məlum olmuşdur. Müraciəti əsasında Sabirabad rayon Kənd təsərrüfatı İdarəsinin təşəbbüsü ilə pambıq əkdiyi 25 ha sahəyə baxış keçirilmiş və baxışda Sabirabad rayonlararası bioloji laboratoriyasının müdiri Elçin Əhmədov, Sabirabad rayon Qalaqayın KİƏD üzrə nümayəndəsi İsrafil Aslanov, Sabirabad rayon Qalaqayın kənd bələdiyyəsinin sədri Mirnəsiyyət Məmmədov və onun özü iştirak etmişdir. Sahəyə baxış zamanı MKT-Sabirabad filialının Qalaqayın kəndi üzrə nümayəndəsi Məhərrəm Əliyevlə telefon əlaqəsi saxlanılmış və nümayəndə bildirmişdir ki, onun sahəsi ndə 2017-ci ildə 2 dəfə çiyid səpini aparılmışdır. Bu hal tərtib edilən aktla da öz təsdiqini tapmışdır. Müayinə zamanı müəyyən edilmişdir ki, həqiqətən də bir çox digər mülkiyyətçilərdə olduğu kimi, MKT-Sabirabad filialından götürdüyü və birinci səpin apardığı lifli toxum keyfiyyətsiz və yararsız olmuşdur. Bu səbəbdən çıxış alınmamışdır. Çıxış alınmadığından məcburiyyət qarşısında 2017-ci il may ayının ortalarında təkrar səpin aparılmışdır. Birinci səpinə və toxuma onun tərəfindən 796 manat xərclənmişdir. Vegetasiya suvarması ilə bağlı suvarma sistemlərinə 200 manat ödəsə də, əsassız olaraq adına 200 manat vəsait hesablanmışdır. Məcburiyyət qarşısında aparılan 2-ci səpindən sonra çıxışın alınması və birinci kompleks becərmə işləri may ayının sonu, iyun ayının əvvəllərinə təsadüf etdiyində n, bu zaman adətən alaq otlarının güclü inkişaf dövrü olduğundan hər hektara orta hesabla əlavə olaraq özü tərəfindən 50 manat vəsait xərclənmişdir. Bu səbəbdən, ona dəymiş ziyan 1.250 manat təşkil etmişdir. İkinci səpinin may ayının ortalarına təsadüf etməsi səbəbindən, pambıq bitkisinin bar orqanlarının yetişməsinin 2017-ci ilin dekabr ayının sonlarına qədər uzanması, havaların soyuması nəticəsində təbii olaraq pambıq qozalarının yetişməməsi, çürüməsi, məhv olması, labüd xarakter daşımışdır. Müayinə zamanı pambıq bitkisinin üzərində orta hesabla 4 ədəd yetişməmiş məhv olmuş qozalar aydın görünmüşdür.

9. Əkdiyi 25 ha pambıq sahəsinin hər hektarından 20 sentner məhsul gözlənildiyi halda, MKT-Sabirabad filialının təqsiri nəticəsində məhsuldarlıq cəmi 6,4 sentner olmuşdur. Ona hər hektar üçü n 13,6 sentner ziyan dəymişdir. Tərtib edilmiş rəy əsasında ona dəymiş ziyan bu qaydada hesablanmışdır: birinci səpinə çəkilən xərc - 796 manat; suvarma üçün hesablanmış borc - 200 manat; 25 ha x 13,6 ha = 340 sentner = 34 ton x 0,60 manat = 20.400 manat; 25 ha x 50 manat = 1.250 manat; cəmi - 22.646 manat. Lakin buna baxmayaraq MKT-Sabirabad filialının direktoru Y.Ə.Gözəlov ona xəbərdarlıq məktubu göndərərək hər hektar üçün ondan 20 sentner pambıq məhsulu verməyi tələb etmişdir. Əks halda mücərrəd halda olan 20 sentnerin pulunu ondan almaq üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə baxışı zamanı rəyin tərtibində iştirak edən şəxslər şahid qismində məhkəmədə ifadə vermək üçün iştirak edə bilərlər. Odur ki, dəymiş ziyanın ödənilməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyəti ndə qalmışdır.

10. İddia tələbinin maddi hüquqi əsası kimi MM-in 21.1 və 21.2-ci maddələrinə istinad edilmişdir.

11. İddia tələbinə dair etiraz təqdim olunmamışdır.

12. Sabirabad rayon Məhkəməsinin 2019-cu il 23 avqust tarixli 2(056)-1350/2019 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə Nərimanov rayon Məhkəməsinə göndərilmişdir (hakim F.Pənahov).

13. Nərimanov rayon Məhkəməsinin 2019-cu il 24 oktyabr tarixli, 2(005)-4385/2019 saylı qərardadı ilə iddiaçı MMC-nin vəsatəti təmin edilmiş, Sabirabad rayon Məhkəməsinin 2(056)-1705/2019 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qət olunmuşdur (hakim R. Quliyev).

14. Sabirabad rayon Məhkəməsinin 2019-cu il 9 dekabr tarixli, 2(056)-1705/2019 saylı qətnaməsi ilə İddiaçı1 cavabdeh MMC-yə qarşı "xxxx" barədə iddia tələbi rədd edilmiş, iddiaçı MMC-nin cavabdeh İddiaçı1 qarşı “pul tələbi” barədə iddia tələbi rədd olunmuşdur (hakim N. Bağırov).

15. Şirvan Apellyasiya Məhkəməsinin 2020-ci il 9 iyul tarixli 2(106)-1471/2020 saylı qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim Z. Zeynalov).

16. Şirvan Kommersiya Məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli 2-2(121)-926/2020 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir (hakim N.Misirzadə).

17. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2020-ci il 30 oktyabr tarixli, 4/842 saylı rəydə göstərilmişdir ki, “Təhvil aldım” qrafasındakı imzalar və aktlarda “Hacıyev” və “İddiaçı1” ad və soyadı önündəki imzal ar İddiaçı1 tərəfindən deyil, başqa şəxs(şəxslər) tərəfindən icra olunmuşdur.

18. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 3 fevral tarixli 2-2(121)-64/2021 saylı qətnaməsi ilə İddiaçı1 cavabdeh MMC-yə qarşı olan dəymiş zərərin əvəzinin, ümumilikdə 25.081 manat və 30 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə iddiası rədd edilmiş, iddiaçı MMC-nin iddiası qismən təmin edilərək, 2.117,52 manat məbləğində əsas borc, 30 manat məbləğində cərimə borcu və 20 manat məbləğində dövlət rüsumu, cəmi 2.147,52 manat məbləğində borcun İddiaçı1 MMC-yə ödənilməsi qət olunmuşdur (hakim N. Misirzadə).

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış 2016-cı il 19 dekabr tarixli, ********* saylı “2017-ci il mövsümü üzrə xam-pambığın alğı- satqısına dair” İddiaçı1 tərəfindən imzalanmasa da, həmin müqavilə əsasında İddiaçı1 tərəfindən 25 hektar sahədə pambıq əkməsi və hər hektardan 20 sentnerdən az olmamaqla məhsul əldə etməklə 50 ton xam-pambıq məhsulu istehsal edib MMC-yə satması üçün, tədarükçü tərəfindən İddiaçı1 çiyid, dərman və gübrə səpini, kultivasiya və digər avans xidmətlər göstərilmişdir. Bu hal, qeyd edilən müqavilənin həm iddiaçı, həm cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi, həmçinin İddiaçı1 məhkəmə iclasında verdiyi izahatı və onun iddia ərizəsinin məzmunu ilə təsdiq edilmişdir.

20. Tərəflər arasında müqavilə imzalanmasa da, müqavilənin şərtləri İddiaçı1 tərəfindən qismən (müqavilədə nəzərdə tutulan miqdardan az xam-pambıq təhvil verilmişdir), cavabdeh tərəfindən isə tam (İddiaçı1 çiyid, dərman və gübrə s əpini, kultivasiya və digər avans xidmətlər göstərilmişdir) yerinə yetirildiyindən, tərəflər arasında müqavilə bağlanmış sayılmışdır. Müqavilə İddiaçı1 tərəfindən imzalanmış olmasa belə, müqavilə İddiaçı1 qabaqcadan razılığı əsasında bağlandığından və sonuncu tərəfindən sonradan bəyənildiyindən etibarlı sayılmışdır.

21. Ekspert rəyi ilə aktlar və qaimələrdə olan imzaların İddiaçı1 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən icra olunması müəyyən edilsə də, cavabdeh MMC tərəfindən İddiaçı1 çiyid, dərman və gübrə səpini, kultivasiya və digər avans xidmətlər göstərildiyindən, bu hal İddiaçı1 tərəfindən öz iddia ərizəsində də etiraf edildiyindən, həmin xidmətlərin ona göstərilməsinə dair cavağdeh MMC ilə arasında qeyd olunan müqavilə baş tutmuşdur. Bu cür müqavilənin bağlanması üçün ayrı ca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət yoxdur. Tərəflər arasında sadə yazılı şəkildə müqavilə bağlanmamış (imzalanmamış) olsa idi belə, cavabdeh MMC-nin göstərilən vəsaiti İddiaçı1 tələb edilə bilərdi.

22. İddiaçı1 25.081 manat məbləğində ziyanın vurulması barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə həminr tələbin əsassız olması qənaətinə gəlmişdir.

23. Məhkəmə gəldiyi nəticni Azərbaycan Respublikası MM-in 21.1, 21.2, 329.2-329.4, 355-358, 385.1, 390.1, 390.5, 404, 405.1, 407.1, 409.4, 442, 443.1, 462.1, 467, 1091.11091.2, 1092.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair 2002-ci il 31 may tarixli Qərarı, Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 2-2(106)-109/2021 saylı qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, 5.404 manat məbləğində pul vəsaitinin cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh1 MMC-nin iddiasının təmin edilməməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim İ. Əhmədov, hakimlər T. Heydərov və T. Kərimov).

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, İddiaçı1 müqaviləni imzalamasa da ona məxsus 25 ha sahədə pambıq əkilmiş, müqavilə bağlanması ilə tərəflərin əldə etməyi nəzərdə tutduqları məqsədlərə çatılması üçün müəyyən hərəkətlər edilmişdir. Ona görə birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir kı, tərəflər arasında müqavilə faktiki olaraq bağlanmışdır.

27. Lakin hazırda İddiaçı1 cavabdeh MMC tərəfindən ona keyfiyyətsiz çiyid istisna olmaqla, heç bir vəsait, o cümlədən 8.891,82 manat məbləğində avans vəsaiti verilmədiyini, pambığın əkilməsi, yetişdirilməsi, dərmanlanıb gübrələnməsı və yığılması ilə bağlı bütün xərcləri özünün çəkməsini göstərir.

28. Beləliklə, müqavilənin İddiaçı1 tərəfindən imzalanmadığı vəziyyətdə cavabdeh MMC tərəfindən göstərilmiş hər hansı xidmət və ya avansın İddiaçı1 tərəfindən qəbul edilmədiyi də ortaya çıxır. Ən azından cavabdeh MMC akt və qaimələrdəkı imzaların İddiaçı1 məxsus olmadığının müəyyən edildiyi vəziyyətdə bunu sübut edə bilmir.

29. İddiaçı1 cavabdeh MMC-dən yalnız 1.250 manat dəyərində çiyid almış olduğunu etiraf edir. Belə bir vəziyyətdə Q.H tərəfindən 6.654,10 manat məbləğində 13.785,61 kq xam pambığın təhvil vermiş olmasını hər iki tərəf qəbul edir. Beləliklə, İddiaçı1 cavabdeh MMC-yə ondan aldığı 1.250 manat dəyərində çiyidin müqabilində 6.654 manat dəyərində 13.785 kq pambıq təhvil vermişdir.

30. Birinci instansiya məhkəməsinin işdə olan ekspert rəyini nəzərə almadan İddiaçı1 imzalamadığı qaimə və aktlar əsasında ona göstərilmiş hesab edilən xidmət və avansın onun tərəfin dən həqiqətən alınmış olması, qəbul edilmiş olması nəticəsinə gəlməsi düzgün olmamışdır.

31. Cavabdeh MMC, İddiaçı1lə müqavilə münasibətlərinə girərkən MM-in 425-ci maddəsində nəzərdə tutulan vicdanlılığın tələb etdiyi tərzdə davranmamış, ümumi məqsədin əldə edilməsinə yönəlmiş səy göstərməmiş, İddiaçı1 tərəfindən onun ümid etməyə haqqı çatan məhsuldarlığın əldə edilməsi üçün cavabdeh MMC olaraq müqavilənin məqsədlərinə çatmağa yönəlmiş, özünün təyinatı ilə bağlı olan hər hansı davranış və birgə hərəkət demək olar ki, etməmiş, nəticədə hazırkı vəziyyət yaranmışdır.

32. Məhkəmə İddiaçı1 cavabdehlərdən ona dəymiş zərərin iddia ərizəsində göstərilən 22.646 manat həcmində tutulmalı olması ilə razılaşmamış və göstərmişdir ki, işdən görünür ki, İddiaçı1 ona verilmiş pambıq toxumunun, məhsuldarlı ğın, 70%-ə qədər azalmasına səbəb ola biləcək dərəcədə keyfiyyətsiz olmasını sübut edə bilməmişdir. İşdə olan Sabirabad rayonlararası Bioloji laboratoriyasının müdiri, Sabirabad rayon Qalaqayın KİƏD-üzrə nümayəndəsi, Sabirabad rayon Qalaqayın kənd bələdiyyəsinin sədri və İddiaçı1 tərəfindən tərtib edilmiş 2018-ci il 14 fevral tarixli akt və Sabirabad rayonlararası Bioloji laboratoriyanın müdiri tərəfindən verilmiş rəy ilə yalnız İddiaçı1 dəymiş zərəri müəyyən edilmişdir.

33. İddiaçı1 ona dəymiş zəzərin bütövlükdə pambıq toxumunun keyfiyyəti ilə bağlı olduğunu sübut edə bilməmişdir.

34. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilərək, İddiaçı1 cavabdeh MMC-yə təhvil verdiyi 13.785,61 kq xam pambığın qiyməti ol an 6.654,70 manatdan onun aldığı çiyidin dəyəri olan 1.250 manatı çıxılmaqla alınan məbləğin- 5.404 manat alınaraq İddiaçı1 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

35. Məhkəmə gəldiyi nəticəni MM-in 407.1, 425.1, 425.2-ci, MPM-in 14.2, 77.1, 88, 372.1, 372.6, 372.7, 384.0.2-ci maddəsinə istinad edərək əsaslandırılmışdır.

36. Həmin qətnamədən hər iki tərəf kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 mart tarixli, 2-2(102)-139/2022 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2021-ci il 24 iyun tarixli 2-2(106)-109/2021 saylı qətnaməsində iddiaçı MMC-nin iddianın təmin olunmadığı hissədə dəyişdirilmədən s axlanılmış, qətnamə qalan hissədə ləğv edilmiş, ləğv edildiyi hissələrdə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir (məruzəçi B.Məmmədli, hakimlər B. Qəribov və İ. Dadaşov).

38. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, İddiaçı1 iddia tələbini (son olaraq) cavabdehlərdən ona dəymiş zərərin əvəzi olaraq, ümumilikdə 25.081 manat pul vəsaitinin və 30 manat məbləğində ödədiyi dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi təşkil edilmişdir.

39. Dəymiş ziyan bu qaydada hesablanmışdır: Birinci səpinə çəkilən xərc - 796 manat; Suvarma üçün hesablanmış borc - 200 manat; 25 ha x 13,6 s = 340 sentner= 34 ton x 0,60 manat = 20.400 manat; 25 ha x 50 manat = 1.250 manat; cəmi – 22.646 manat.

40. Apellyasiya instansiyası məhkəməsi isə öz qətnaməsi ilə həmin iddia nı qismən təmin edərək, İddiaçı1 cavabdeh MMC-yə təhvil verdiyi 13.785,61 kq xam pambığın qiyməti olan 6.654,70 manatdan onun aldığı çiyidin dəyəri olan 1.250 manat çıxılmaqla alınan məbləğin-5.404 manatın alınaraq İddiaçı1 ödənilməsini qət etmişdir.

41. Halbuki sözügedən iddiada İddiaçı1 dəymiş ziyanın həcmi müəyyən olunarkən qət olunmuş 5.404 manat nəzərə alınmamış, başqa sözlə, sonuncu təhvil verdiyi 13.785,61 kq xam pambığın dəyərini cavabdehlərdən tələb etməmişdir.

42. Odur ki, məhkəmənin qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən MPM-in 218.3-cü maddəsinin tələblərini pozaraq iddia tələbindən kənara çıxmış, İddiaçı1 tələb etmədiyi vəsaiti cavabdehlərdən tutulmasını qət etmiş, dəymiş ziyanın ödənilməsinə dair iddia tələbinə isə faktiki olaraq hüquqi qiymə t verməmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi qətnamədə İddiaçı1 cavabdeh MMC-dən yalnız 1.250 manat dəyərində keyfiyyətsiz çiyid almış olduğunu İddiaçı1 etirafı ilə əsaslandırmışdır. Halbuki MMC-nin belə faktın mövcudluğunu iddia etməsi qətnamədən görünmür.

44. Cavabdeh MMC özünün kassasiya şikayətində ekspertizasının rəyi ilə avans vəsaitlərin verilməsi ilə bağlı bütün aktlarda və qaimələrdə İddiaçı1 imzasının mövcud olmamasının sübuta yetirilməsinə istinad edilərək sonuncunun cavabdeh MMC-dən 1.250 manat dəyərində çiyid alması faktı təkzib olunur.

45. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin sözügedən nəticəsi yalnız İddiaçı1 etirafı ilə əsaslandırıldığından, cavabdeh MMC isə bunu təkzib etdiyindən məhkəmə hesab etmişdir ki, qətnamə həmin hissədə MPM-in 88 və 217.3-cü ma ddələrinin tələbləri pozulmaqla qəbul edilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi İddiaçı1 dəymiş zərərin 22.646 manat olması ilə ona görə razılaşmamışdır ki, sonuncu ona verilmiş pambıq toxumunun, məhsuldarlığın 70%-ə qədər azalmasına səbəb ola biləcək dərəcədə keyfiyyətsiz olmasını sübut edə bilməmişdir. Halbuki İddiaçı1 iddia ərizəsindən görünür ki, o, 22.646 manat məbləğində zərər dəyməsini bilavasitə ona verilən toxumun keyfiyyətsizliyi ilə əlaqələndirməmişdir.

47. İddia ərizəsinə əsasən, İddiaçı1 keyfiyyətsiz toxum verildiyindən təkrar səpin və əkin aparılmış, məhsulun yetişməsi gecikmiş və məhsuldarlıq aşağı düşmüşdür. Belə olan halda müqavilə üzrə onun cavabdeh MMC qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi mümkünsüz olmuşdur. Bu hallar MMC-nin filialına məlum olmuş dur. Çıxış alınmadığından məcburiyyət qarşısında 2017-ci il may ayının ortalarında təkrar səpin aparılmışdır.

48. Məhkəmənin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə qətnamə qətnamə qəbul edərkən, verilmiş pambıq toxumunun, məhsuldarlığın 70%-ə qədər azalmasına səbəb ola biləcək dərəcədə keyfiyyətsiz olub-olmasına deyil, İddiaçı1 cavabdeh MMC-nin qanunsuz hesab etdiyi sözügedən bütün hərəkətləri nəticəsində ona iddia edilən 22.646 manat məbləğində zərər vurulub-vurulmamasına hüquqi qiymət verilməli, o cümlədən 25 ha sahədə pambıq əkilməsinə çəkilmiş xərcin həcmi müəyyən edilməli idi. Hazırkı vəziyyətdə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 217.3-cü maddəsinə uyğun şəkildə əsaslandırılmış hesab edilə bilməz. d) Apellyasiya instansiyası məhkəməsindəki i kinci icraat

49. Şirvan Apellyasiya Məhkəməsinin 2022-ci il 17 may tarixli, 2-2(106)-72/2022 saylı qətnaməsi ilə Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 3 fevral tarixli 2-2(121)-64/2021 saylı qətnaməsi İddiaçı1 cavabdeh MMC-yə (tədarükçüyə) qarşı "xxxx" barədə iddiasının rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim İ. Əsədov, hakimlər S. Mayılov və Z. Allahyarov).

50. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, MMC-nin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan MMC tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, MMC-nin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Hazırki iş üzrə qüvvədə olan mə hkəmə aktları ilə də sözügedən müqavilənin İddiaçı1 tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Həmin məhkəmə aktları preyudisial qüvvədə olmuşdur.

51. İddiaçı1 tərəflər arasında öhdəlik yaradan müqaviləni imzalamadığını, nəticə etibarı ilə belə müqavilənin olmadığını iddia etdiyi, müqavilənin mövcudluğunu inkar etdiyi halda həmin müqavilə əsasında öhdəliyin yaranması mümkün olmamışdır.

52. Beləliklə, İddiaçı1 tələbinin təmin edilməsi üçün, istinad etdiyi faktlarla və hallarla əlaqəli sübut, eləcə də müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan sübut təqdim etməmiş və İddiaçı1 tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir.

53. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, MPM-nin 77.1, 81, 82.3, 88, 372.1, 372.6-cı maddəsinə istinadla əsaslandırmışdır.

54. İddiaçı1 tərəfindən ve rilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul olunması, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 sentyabr tarixli, 2-2(102)-590/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli, 22(106)-72/2022 saylı qətnaməsi ləğv olunmuş və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qət edilmişdir (məruzəçi hakim İ.Şəfiyev, hakimlər Ə.Əhmədov və V.Həsənov).

56. Kassasiya instansiyası məhkəməsi qərarında müqavilənin İddiaçı1 tərəfindən imzalanmaması barədə dəlillə bağlı qeyd etmişdir ki, əvvəl a MMC öz iddiasını İddiaçı1lə bağlanmış 2016-cı il 19 dekabr tarixli yazılı müqavilə ilə əsaslandırmışdır. İddiaçı1 də müqavilədə imzasının olmadığını bildirməsinə baxmayaraq, sonuncunun iddia ərizəsində və məhkəmədəki sonrakı mövqelərində təsdiq etmişdir ki, 25 ha torpaq sahəsində pambığı MMC-nin 2016-cı il 19 dekabr tarixli, 17279541 saylı müqaviləsi əsasında əkmişdir. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Belə ki, tərəflər arasında olan razılaşma-şifahi müqavilə olmuşdur. Məhz həmin razılaşma əsasında İddiaçı1 pambıq toxumu verilmiş, istehsal edilən pambıq da başqa müəssisəyə deyil, məhz MMC-nə təhvil verilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin “İddiaçı1 öhdəlik yaradan müqaviləni imzalamadığını, nəticə et ibarı ilə belə müqavilənin olmadığını iddia etdiyi, müqavilənin mövcudluğunu inkar etdiyi halda həmin müqavilə əsasında öhdəliyin yaranması mümkün olmamışdır” nəticəsi əsassız olmuşdur.

57. MMC yazılı müqavilənin şərtlərini qəbul etmiş, İddiaçı1 isə müqavilənin imzalanmamasına istinad etmiş olsa da ümumi şəkildə “MMC-nin 2016-cı il 19 dekabr tarixli, 17279541 saylı müqaviləsi əsasında əkmişəm” deməklə əslində yazılı müqavilənin şərtləri əsasında hərəkətliyini qismən də olsa etiraf etmişdir. Həmin şərtlərin dəqiq nədən ibarət olmasını müəyyən etmək üçün məhkəmə əlavə araşdırma aparmalı idi. Lakin məhkəmə bunun üçün MM-in 404-cü maddəsinə əsasən işin hallarını araşdırıb, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqa yisəsini aparmalı, bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalı idi.

58. Həmçinin işin materiallarından göründüyü kimi İddiaçı1 tələb etmiş olduğu məbləğin: birinci səpin üçün çəkilən 796 manat xərcdən; suvarmaya çəkilən 200 manat xərcdən; sahənin dərmanlanmasına sərf olunan 1.250 manatdan: 34 hektar sahədən gözlənilən pambığı yığa bilmədiyi üçün əldən çıxmış faydadan ibarət olduğunu bildirmişdir.

59. Buna görə də, məhkəmə bu məbləğlərin hər biri üzrə araşdırma aparmalı, bu xərclərin çəkildiyinə dair mötəbər sübutların təqdim olunmasını tələb etməlidir.

60. İddiaçı1 MMC tərəfindən ziyan vurulması və həmin ziyanın vurulması ilə MMC-nin tə qsirli hərəkərləri arasında səbəbli əlaqənin sübut olunmaması barədə apellyasiya instansiyası məhkəməsinin dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı1 ona ziyan vurulmasını MMC-nin birinci dəfə verdiyi toxumun keyfiyyətsiz olması səbəbindən bitişin olmaması, məcburiyyət qarşısında qalıb ikinci dəfə səpin aparması, lakin vegetasiya dövrü payızın havalar soyuyan (bitkinin inkişafının dayandığı) dövrünə düşdüyünə görə məhsul ala bilməməsi ilə izah edir.

61. Bu dəlil üzrə Mülki Məcəllənin 21-ci maddəsi baxımından təhlil aparılması üçün ilk addım həqiqətən də toxumun yararsız olub-olmamasının araşdırılmasıdır. Çünki toxumun yararsız olması, özlüyündə müqavilə üzrə İddiaçı1 mövsüm dövrü baxımından malik ola biləcəyi adi məhsuldarlıqdan (tam və ya qismən) məhrum olmasına səbəb ola bilən h aldır. İşdən görünür ki, MMC-nin nümayəndəsi təkrar səpin aparıldığını, İddiaçı1 borcu tələb edərkən birinci səpinə çəkilən xərclərin nəzərə alındığını bildirmişdir (2-ci cild, səh.12).

62. MMC-nin təqdim etdiyi İddiaçı1 aid xərclər cədvəlindən də görünür ki, 30 iyun 2017ci il tarixdə toxumluq çiyid məxaric edilmişdir (2-ci cild, səh.31). Lakin apellyasiya instansiyası məhkəməsi bu sübutlara qiymət verməmişdir.

63. Apellyasiya instansiyası məhkəməsinin bu araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.

64. Bundan başqa, işə baxmış apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinə əməl etməmiş, iş üzrə Ali Məhkəmənin 01 mart 2022-ci il tarixli qərarında verilmiş göstərişlər ü zrə işin hallarını araşdırmamışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

65. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 fevral tarixli, 2-2(106)-8/2023 saylı qətnaməsi ilə birinci iş üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 3 fevral tarixli, 22(121)-64/2021 saylı qətnaməsi -birinci iş üzrə cavabdeh İddiaçı1 birinci iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin Sabirabad filialına qarşı zərərin əvəzinin ödənilməsi barədə iddiasının rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim O.İsmayılov, hakimlər M.Həsənov və S.Həsənov).

66. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləc ə də tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış, pambıq əkilməsi ilə bağlı razılaşma olmuşdur.

67. Ali Məhkəmənin Kommersiya Kollegiyasının bəhs olunan qərarındakı birinci göstəriş ondan ibarət olmuşdur ki,...“müqavilə şərtlərin dəqiq nədən ibarət olmasını müəyyən etmək üçün məhkəmə əlavə araşdırma aparmalı idi... Bu zaman diqqət çəkən hallardan biri, tərəflərin arasında bundan əvvəl də pambıq əkilməsi ilə bağlı müqavilələrin olmasıdır”.

68. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər məhkəmə iclasında verdikləri izahatlarında əvvəllər belə müqavilə bağlamadıqlarını, eyni zamanda hazırkı müqavilədə nəzərdə tutulmuş şərtlərdən əlavə pambıq əkilməsi ilə bağlı tərəflər arasında hər hansı əlavə şərtin olmadığını bildirmişlər.

69. Ali Məhkəmənin qərarındakı ikinci göstəriş ondan ibarətdir ki,... “İddiaçı1 özünün tələb etdiyi məbləğin: birinci səpin üçün çəkilən 796 manat xərcdən; suvarmaya çəkilən 200 manat xərcdən; sahənin dərmanlanmasına sərf olunan 1250 manatdan: 34 hektar sahədən gözlənilən pambığı yığa bilmədiyi üçün əldən çıxmış faydadan ibarət olduğunu bildirir. Buna görə də məhkəmə bu məbləğlərin hər biri üzrə araşdırma aparmalı, bu xərclərin çəkildiyinə dair mötəbər sübutların təqdim olunmasını tələb etməlidir.”

70. İşin materiallarında olan Sabirabad rayonlararası Bioloji laboratoriyanın müdiri işləyən Elçin Əhmədov tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli rəydən görünür ki, İddiaçı1 22.646 manat miqdarında dəymiş ziyan hesablanmışdır. Tərtib ed ilmiş rəy əsasında ona dəymiş ziyan bu qaydada hesablanmışdır: Birinci səpinə çəkilən xərc - 796 manat; Suvarma üçün hesablanmış borc - 200 manat; 25 ha x 13,6 ha = 340 sentner= 34 ton x 0,60 manat =20.400 manat; 25 ha x 50 manat = 1.250 manat; cəmi – 22.646 manat.

71. Həmin rəydə qeyd olunmuş 22.646 manat zərərin necə və hansı sənədlər əsasında hesablandığını müəyyənləşdirmək üçün rəyi tərtib etmiş E.Əhmədov məhkəmənin 16 yanvar 2023-cü il tarixli iclasına dəvət olunmuşdur. Həmin məhkəmə iclasında izahat verən E.Əhmədov bildirmişdir ki,... “pambıq toxumunun keyfiyyətli olmasını toxuma vizual baxış zamanı bilərdim....İddiaçının 2017-ci ilin aprel ayında əkdiyi pambıq toxumunu görməmişəm. Rəydə qeyd olunmuş zərərin həcmini (hesablanmış məbləği) iddiaçının deməsinə görə yazmışdır”.

72. Görü ndüyü kimi, E.Əhmədov zəruri texniki, digər bilik və düşüncəyə əsaslanmadan 14 fevral 2018-ci il tarixli rəyi tərtib etmişdir. Bu baxımdan, məhkəmə tərkibi qeyd olunan rəyi mötəbər sübut kimi qəbul etmir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, İddiaçı1 ona 22.646 manat zərərin dəyməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

73. Ali Məhkəmənin qərarındakı digər göstəriş ondan ibarətdir ki,... “Mülki Məcəllənin 21-ci maddəsi baxımından təhlil aparılması üçün ilk addım həqiqətən də toxumun yararsız olub-olmamasının araşdırılmasıdır.”

74. Bununla bağlı qeyd olunmuşdur ki, İddiaçı1 məhkəməyə birinci səpin zamanı toxumun keyfiyyətsiz və yararsız olmasını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi, 14 fevral 2018-ci il tarix li rəyi tərtib edən E.Əhmədov izahatında pambıq toxumunun keyfiyyətli olub-olmasını toxuma vizual baxış zamanı müəyyənləşdirə biləcəyini və 2017-ci ilin aprel ayında səpilmiş pambıq toxumunu görmədiyini bildirmişdir.

75. Məhkəmə qeyd etmişdir ki, istər İddiaçı1 iddia ərizəsindən, istər hazırkı icraat çərçivəsindəki izahatlarından, eyni zamanda iş materiallarından (1-ci cild, iş vərəqi 54-57) müəyyən olunur ki, o, 2017-ci ilin may ayının ortalarında (təxminən 14 mayda) təkrar səpin aparmışdır. Belə ki, o, Türkiyə istehsalı olan “Beyaz altın” pambıq sortu əkmişdir. 76. 2017-ci ilin may ayının ortalarında əkilmiş Türkiyə istehsalı olan “Beyaz altın” pambıq sortundan 2016-cı il 19 dekabr tarixli, ********* saylı müqavilədə “Tərəflərin öhdəlikləri”ndə nəzərdə tutulmuş 20 sentner məhsul alınma sının mümkünlüyünü müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə məhkəmə tərəfidən müvafiq sorğu ünvanlanmışdır. Həmin sorğu əsasında tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli rəydə aşağıdakılar qeyd olunmuşdur: “- Sabirabad rayonu ərazisində Türkiyə istehsalı olan “Beyaz altın” pambıq sortu optimal səpin müddətinin sonuncu günündən 10-15 gün sora əkilərsə, aqrotexniki qulluq işlərinin səviyyəsindən, qeyri-əlverişli hava şəraitinin (havanın temperaturunun orta illik normadan xeyli aşağı və ya yuxarı olması) və digər amillərin (suvarma suyu ilə təminat, zərərli orqanizmlərin inkişafı və s.) təsirindən bitkilərin məhsuldarlığı müəyyən edilmiş normadan aşağı düşə bilər. - Sabirabad rayonu (Qalaqayın kəndində) ərazisində may ayının 14-də Türkiyə istehsalı ol an “Beyaz altın” pambıq sortu əkilərsə və düzgün aqrotexniki qulluq işləri yerinə yetirilərsə, hər hektardan 20 sentner və daha çox məhsul alınması mümkündür”.

77. Göründüyü kimi, İddiaçı1 2017-ci ilin may ayının ortalarında əkilmiş Türkiyə istehsalı olan “Beyaz altın” pambıq sortundan müqavilədə nəzərdə tutulduğundan daha artıq məhsul almaq imkanı olmuşdur.

78. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı1 müxtəlif səbəblərdən (aqrotexniki qulluq işlərinin səviyyəsindən, qeyri-əlverişli hava şəraitindən və s.) asılı olaraq müqavilədə nəzərdə tutulduğundan az məhsul əldə etməsi Cavabdeh1 MMC-nin müqavilə üzrə öhdəliklirini icra etməməsi (və ya lazımınca icra etməməsi) kimi qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından İddiaçı1 dəymiş maddi zərərin MKT İstehsalat Kommersiya” MMC tərəfindən ödənilməli olması ilə bağlı sübutetmə yükü onun üzərinə düşür, lakin o, öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmir. Belə olan halda isə məhkəmə qeyd etmişdjir ki, iddia tələbi ilə əlaqədar İddiaçı1 tərəfindən kifayət qədər mötəbər və zəruri sübutlar təqdim edilmədiyindən, mülki qanunvericiliyin müddəalarına əsasən onun iddia tələbi əsaslı hesab edilə bilməz.

79. İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətində, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

80. MM-in 21-ci maddəsinin tələbi pozulmuşdur- id diaçı icarəyə götürmüş olduğu torpaq sahəsinin 25 ha hissəsində cavabdehlə bağlanmış 2016-cı il 19 dekabr tarixli, ********* nömrəli müqavilə əsasında pambıq məhsulu əkmiş, müqavilədə nəzərdə tutulan və iddiaçıya aid bütün vəzifələri yerinə yetirmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən və ya lazımi qaydada olmayan, keyfiyyətsiz yerinə yetirdiyindən iddiaçıya külli miqdarda ziyan dəymişdir. Nəticədə cavabdeh tərəfindən verilmiş keyfiyyətsiz toxum verildiyindən təkrar səpin və əkin aparılmış, məhsulun yetişməsi gecikmiş, məhsuldarlıq aşağı düşmüşdür. Həmçinin MKT Sabirabad rayon filialından verilən və birinci dəfə səpin aparılmış lifli toxum da keyfiyyətsiz və yararsız olmuş, belə olduğu halda çıxış alınmamışdır. Bununla bağlı 2017-ci ilin may ayının ortaları nda təkrar səpin aparılmışdır.

81. Məcburiyyət qarşısında aparılan ikinci səpinin may ayının ortalarına təsadüf etməsi səbəbindən pambıq bitkisinin bar orqanlarının yetişməsinin 2017-ci ilin dekabr ayının sonlarına qədər uzanması, havaların soyuması nəticəsində təbii olaraq pambıq qozalarının yetişməməsi, çürüməsi və məhv olması labüd xarakter daşımışdır. Müayinə zamanı pambıq bitkisi üzərində orta hesabla 4 ədəd yetişməmiş məhv olmuş qozalar aydın görünürdü. Belə ki, əkilmiş olan 25 ha pambıq sahəsinin hər hektarından 20 sentner məhsul gözlənildiyi halda (müqavilədə nəzərdə tutulmuşdur) MKT-Sabirabad rayon filialının təqsiri nəticəsində məhsuldarlıq cəmi 6,4 sentner olmuşdur. Bunun nəticəsində iddiaçıya hər hektar üçün 13,6 sentner ziyan dəymişdir. Göstərilən dəlillə bağlı tərtib edilmi ş rəyə əsasən cavabdehə dəymiş ziyanın məbləği 22.646 manat müəyyən edilmişdir. Qeyd olunanlardan görünür ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən yalnız formal əsaslandırma ilə kifayətlənmişdir.

82. MPM-in 1.3, 9.3, 14, 217, 218, 417, 418, 420-ci maddələrinin tələbləri pozulmuşdurSabirabad rayonlararası bioloji laboratoriyasının müdiri Əhmədov Elçin tərəfindən verilmiş 2018-ci il 14 fevral tarixli rəyə əsasən apellyasiya məhkəməsi iclasında vermiş olduğu ifadəsində E.Əhmədov göstərmişdir ki, 2017-ci ilin aprel ayında əkilən çiyidi görməmişdir. E.Əhmədov rəyində sahəsinə aid biliklərə istinad edərək sahəyə baxış keçirərək nə üçün çıxış alınmadığını göstərmişdir. Lakin apellyasiya məhkəməsi E.Əhmədovun çiyidi görməməsinə istinad edərək, rəyi sübut vasitəsi kimi yetərsiz hesab etmişdi r. Apellyasiya məhkəməsinin qətnaməsi qəbul olunarkən kassasiya instansiyası məhkəməsinin 2022-ci il 6 sentyabr tarixli, 2-2(102)-590/2022 saylı qərarında qeyd edilənlərə əməl olunmamış və nəticə etibarı ilə apellyasiya məhkəməsi sübutların mötəbərliyini araşdırmadan düzgün olmayan qətnamə qəbul etmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

83. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

84. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

85. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən İddiaçı1 iddiasının təmin edilməm əsi hissəsində yoxlanılacaqdır.

86. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

87. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödəni lməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılı r.” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəf lərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsi ndə tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetiri lməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

447. İkitərəfli müqavilələ rdə öhdəliklərin icra edilməməsi... 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.”

88. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsas landırılmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

89. Məhkəmə kollegiyası İddiaçı1 kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 90. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

91. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir.

92. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən zərər vurulması öhdəliyin əməl gəlmə əsaslarından biridir. Həmin Məcəllənin 1096 və 1097-ci maddələrində mülki hüquq pozuntularının (deliktlərin) anlayışı və məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddi hüquq normalarının dispozisiyasına əsasən mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün mövcudluğu; zərər vuranın təqsirli (təsirsiz məsuliyyət halları istisna olmaqla); hüquqa zidd əməli və əməllə zərər ara sına səbəbli əlaqənin mövcudluğu tələb olunur.

93. Baxılan işdə İddiaçı1 iddiasına görə, ona keyfiyyətsiz toxum verildiyindən ilkin səpin və əkin üzrə məhsuldarlıq aşağı olmuş, cavabdeh MMC qarşısındakı öhdəliyinin icra olunması üçün məcburiyyət qarşısında təkrar səpin və əkin aparmalı olmuş, bu zaman yaranmış əlavə xərcləri öz hesabına ödəməli olmuş, nəticədə ona iddia olunan məbləğdə ziyan dəymişdir.

94. Kassasiya instansiyası məhkəməsində əvvəlki icraat zamanı qəbul edilmiş qərarlarda qeyd olunmuş göstərişlərə əsasən yeni apellyasiya baxışı zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçıya iddia olunan zərərin vurulub-vurulmamasına hüquqi qiymət verilməlidir.

95. İşin yeni apellyasiya baxışı zamanı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə ünvanlanmış sorğunun cavabı əsası nda müəyyən olunmuşdur ki, İddiaçı1 2017-ci ilin may ayının ortalarında əkilmiş Türkiyə istehsalı olan “Beyaz altın” pambıq sortundan müqavilədə nəzərdə tutulduğundan daha artıq məhsul almaq imkanı olmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı1 müxtəlif səbəblərdən (aqrotexniki qulluq işlərinin səviyyəsindən, qeyri-əlverişli hava şəraitindən və s.) asılı olaraq müqavilədə nəzərdə tutulduğundan az məhsul əldə etməsi cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərini icra etməməsi (və ya lazımınca icra etməməsi) kimi qiymətləndirilə bilməz.

96. İddiaçıya vurulmuş ziyanın miqdarı ilə bağlı işin materiallarında olan 2018-ci il 14 fevral tarixli rəyə gəldikdə, apellyasiya instansiyası məhkəməsi həmin rəyi vermiş E.Əhmədovun yeni apellyasiya baxışı zaman ı məhkəmə iclasında verdiyi, «rəydə qeyd olunmuş zərərin həcminin iddiaçının deməsinə görə yazmasına» dair izahatı ilə birgə qiymətləndirərək, sözügedən rəyi mötəbər sübüt kimi qəbul etməmişdir.

97. Odur ki, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, sübutetmə yükü onun üzərinə düşən iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

98. Məhkəmə kollegiyası işin yeni apellyasiya baxışı zamanı müəyyən edilmiş, yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə nəticəsi MPM-nin 14.2, 77.1 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur. İşin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstə rişlər nəzərə alınaraq, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır (bax yuxarıda §66-78).

99. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

100. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 fevral tarixli, 2-2(106)-8/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva A.Ə.Abbasov Z.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar