Məhkəmə qərarları › İş №2-2(102)-281/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-281/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-281/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta məbləğinin ödənilməsi tələbi 07.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra cavabdeh) qarşı sığorta müqaviləsi üzrə sığorta məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 dekabr tarixli 2-2(103)-1199/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassa siya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçının mülkiyyətində olan Balakən şəhəri, H.Əliyev prospekti, 119 ünvanında yerləşən daşınmaz əmlak (qeyri-yaşayış sahəsi) 2019-cu il tarixindən 2020-ci il 19 iyun tarixinədək icbari sığorta növündə cavabdeh tərəfindən sığortalanmış, bu barədə BA seriyalı, 990831 nömrəli daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə sığorta məbləği 36.110 manat, azadolma məbləği 110 manat miqdarında müəyyən edilmişdir.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən edilir ki, 2019-cu il 20 avqust tarixində, saat 03:50-də Balakən rayonu, H.Əliyev prospekti 119 ünvanında yerləşən İddiaçı məxsus mağazada yanğın hadisəsi baş vermiş, nəticədə mağazanın konstruksiyaları, içərisinə yığılmış müxtəlif növ ərzaq və məişət malları yanğının təsirinə məruz qalmış və sözügedən yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

3. İddiaçı sığorta məbləğinin ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya 2019-cu il 25 dekabr tarixli bildiriş ünvanlanaraq 8.793 manat sığorta ödənişi təklif edilmişdir.

4. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinə təqdim edilmiş 2019-cu il 16 oktyabr tarixli 23474 nömrəli və 2019-cu il 12 noyabr tarixli 27620 nömrəli ekspert rəylərindən görünür ki, Balakən şəhəri, H.Əliyev prospektində yerləşən ticarət mağazası nda baş vermiş yanğın nəticəsində, tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 22.819 manat məbləğində, əlavə aşkar edilmiş qüsurların yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 8.000 manat məbləğində müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 36.000 manat sığorta ödənişi, sığorta ödənişinin verilməsini gecikdirdiyinə görə hesablanmış 19.620 manat dəbbə pulun, mənəvi zərərin əvəzi kimi 5.000 manat, 8.000 manat əldən çıxmış fayda və ödənilmi ş 30 manat dövlət rüsumunun, cəmi 68.650 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xüsusi mülkiyyətində ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 168,1 m2 olan mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Mağaza binasını 2019-cu il 19 iyun tarixində cavabdehdə 36.110 manat dəyərində sığorta etdirmiş və bununla bağlı ona cavabdeh tərəfindən RAZ********** saylı «Daşınmaz Əmlakın İcbari Sıgorta Şəhadətnaməsi» verilmişdir. 2019-cu il 20 avqust tarixdə saat 03:50-də ona məxsus həmin mağazada yanğın hadisəsi baş vermiş və nəticədə mağazanın yanar konstruksiyaları, içərisinə yığılmış müxtəlif növ ərzaq və məişət malları yanğının təsirinə məruz qalmışdır. Hadisə ilə əlaqədar Azərbaycan Respublikası Fövqə ladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin böyük təhqiqatçısı mayor X1 tərəfindən araşdırma aparılmış, araşdırma zamanı müvafiq məhkəmə tikinti texniki ekspertizaları təyin edilmiş, keçirilmiş ekspertizalar nəticəsində sığorta (yanğın) hadisəsi zamanı onun əmlakı olan mağazaya tikinti üzrə 30.819 manat, əmtəə üzrə 66.900,60 manat, ümumilikdə 97.719,60 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir.

7. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarının və digər normativ aktlarının tələblərinin pozulması müəyyən edilməmişdir. Əmtəə üzrə dəymiş ziyanla bağlı sığorta məbləği ona ödənilmişdir. Lakin mağazaya tikinti üzrə dəymiş sığorta məbləğini cavabdeh təşkilat qəsdən ödəmək istəmir. Belə ki, sığorta pulunun ödənilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh isə ona uzun müddət sonra 2019-cu il 25 dekabr tarixində rəsmi məktub verərək əmlaka dəymiş zərərin ekspert tərəfindən qiymətləndirərək 8.793 manat hesablandığını bildirmişdir. Sığorta şəhadətnaməsinin şərtlərinə görə şərtsiz azadolma 110 manat təşkil edir. Həmin 110 manat çıxılaraq yerdə qalan 8.693 manat pulun ödənilməsi mümkün hesab edilir. 8.793dən 110 manat çıxıldıqda 8.683 manat qalır.

8. Bundan başqa, cavabdeh ona göndərdiyi bildirişin qeyd hissəsində yazmışdır ki, sözügedən əmlak sığorta prinsiplərinə zidd olaraq dəyərindən 4 dəfə az sığortalanmışdır. Hazırda həmin əmlakın dəyəri təxmini 150.000 manat təşkil edir. Bu hal Azərbaycan Respublikasının Mülki Məcəllənin (bundan sonra – “MM”) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – “İcbari sığortalar haqqında” Qanun) müddəalarının birtərəfli sığortalıların xeyrinə tətbiqi ilə nəticələnir və sığorta prinsiplərinin pozulmasına gətirib çıxarır. Belə hallar üzrə təkrarsığortaçılar tərəfindən isə qismən sığorta şərti tətbiq edilir. Bu kimi hallar sığortalıların əsassız varlanmasına şərait yaradır, sığortaçının isə maliyyə sabitliyinə və zərərliliyinin artmasına bir başa təsir göstərir. İddiaçı cavabdeh tərəfindən yazılmış bu cavabla razı deyil. Belə ki, sığortalı əmlak yanaraq məhv olmuş, ona maddi ziyan dəymişdir. Cavabdeh isə yazmışdır ki, Məcəllənin və “İcbari sığortalar haqqında” Qanunun müddəalarının sığortalıların xeyrinə tətbiqi sığorta prinsiplərinin pozulmasına gətirib çıxarır. Sığorta prinsipləri sığortalıların əmlakına sığorta hadisəsi zamanı də ymiş zərərin aradan qaldırılmasından ibarətdir. Cavabdehin əmlaka qoyduğu məbləğ real deyil və müqavilədə onunla razılaşdırılmamışdır.

9. İddia tələbinin maddi hüquqi əsası kimi, MM-in 21.1, 21.2, “İcbari sığortalar haqqında” Qanunun 18.1, 18.2, 35.1, 36.3, 39.2, 39.4, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 78.2-ci maddələrinə istinad olunmuşdur.

10. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 iyun tarixli 2-2(113)-569/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş - cavabdehdən sığorta ödənişi olan 30.709 manat, sığorta ödənişinin gecikdirilməsinə görə 12.000,90 manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,66 manat məbləğində pul tutular aq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir (hakim E.Əliyev).

12. Birinci instansiya məhkəməsi işin §1-4-də qeyd edilən hallarına istinadən müəyyən etmişdir ki, 20 avqust 2019-cu il tarixində baş vermiş yanğın nəticəsində "xxxx" ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış Balakən rayonu, Balakən şəhəri, H.Əliyev prospekti 119 ünvanında yerləşən sığortalı İddiaçı məxsus qeyri-yaşayış sahəsinə (“Dəniz” market) zərər dəymişdir. İddiaçının bildirdiyinə görə mağazaya tikinti üzrə dəymiş ziyanla bağlı sığorta ödənişi 36000 manat, cavabdeh tərəfindən təqdim edilən hesabata görə dəymiş ziyan 8793 manat müəyyən olunsa da, məhkəməekspertizalarının rəyində isə müvafiq olaraq tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi də yərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 22819 manat və tikilidə, əlavə aşkar edilmiş qüsurların yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 8000 manatgöstərildiyindən, məhkəmə 16 oktyabr 2019-cu il tarixli 23474 nömrəli və 12 noyabr 2019- cu il tarixli 27620 nömrəli məhkəmə ekspertizalarının rəyini əsas götürərək, dəymiş ziyanı cəmi 30819 manat məbləğində müəyyən etmişdir.

13. Məhkəmə dəymiş ziyanın məbləği ilə bağlı göstərmişdir ki, iddiaçı dəymiş ziyanla bağlı 36.000 manat sığorta ödənişi tələb etsə də, bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilən hesabata görə dəymiş ziyanın 8.793 manat həcmində olması ilə bağlı məhkəmə razılaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində müvafiq araşdırma aparılarkən ekspertiza təyin edilmiş və 2019-cu il 16 oktyabr tarixli 23474 nömrəli və 2019-cu il 12 noyabr tarixli 27620 nömrəli məhkəmə ekspertizası rəylərinə əsasən, müvafiq olaraq tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 22819 manat və tikilidə, əlavə aşkar edilmiş qüsurların yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 8000 manat müəyyən edilmişdir. Odur ki, həmin ekspertizaların rəyləri əsas götürülərək, dəymiş ziyan cəmi 30.819 manat məbləğində müəyyən edilmiş, həmin vəsaitdən vəsaitdən azadolma (franşiza-110 manat) çıxılandan sonra qalan 30.709 manat məbləğində pulun sığorta ödənişi olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlinmişdir.

14. Məhkəmə iddiaçının sığorta ödənişinin verilməsini gecikdirdiyinə görə hesablanmış 19.620 (545 gün x 36 manat) manat dəbbə pulunun tutulması tələbi ilə bağlı göstərmişdir ki, cavabdeh izahatında şirkətin sığorta pulun ödənilməsindən imtina etmədiyini bildirsə də, iddiaçının ödənilməsini tələb etdiyi 36000 manat vəsaitin əvəzinə yalnız 8683 manat məbləğində vəsaitin ödənilməsi ilə bağlı razılığının verilməsi, tələb olunan vəsaitdən qalan 27207 manat məbləğində pulun ödənilməsindən imtina kimi başa düşülür. Yəni şığorta şirkəti ödənilməsi tələb olunan vəsaitdən yalnız 8683 manat məbləğinin ödənilməsinə razılıq verməklə, həmin vəsaitdən sığorta ödənişi kimi tələb edilən artıq mə bləğin verilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbinin 36.000 manat deyil, yalnız 30.709 manat hissəsində əsaslı olduğu qənaətinə gəldiyindən, hesab etmişdir ki, həmin məbləğdən 8683 manat çıxılandan sonra qalan ödənilməsindən imtina olunan vəsaiti müəyyən etməli (22.026 manat) və məhz həmin məbləğə dəbbə pulu hesablamalıdır. Belə ki, 30.709 manatdan 8.683 manat çıxılandan sonra qalan ödənilməsindən imtina olunan 22.026 manat məbləğində vəsaitə dəbbə pulu hesablamaq məqsədi ilə 545 gecikmə günü (2019-cu il 25 dekabr tarixli imtina bildirişi) 22,02 manata (22026 manatın bir gün üçün 0,1 faizi) vurulmalı (545 gün x 22,02 manat) və dəbbə pulu 12.000,90 manat həcmdə təmin edilməlidir.

15. Həmçinin, iddiaçı 5000 manat mənəvi zərər və 8000 manat əldən çıxmış fayda tələb etsə də, bununla b ağlı heç bir sübut təqdim edilmədiyinə görə iddia həmin hissədə iddia təmin edilməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni MM-in 898.2, 922.1, 926.1, 926.2, 926.3, 934.2, “İcbari sığortalar haqqında” Qanunun 36.1.8, MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 dekabr tarixli 2-2(103)-1199/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən məruzəçi hakim V.Baxışova, hakimlər-R.Qurbanov və V.Məmmədov).

19. Apell yasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istiad etmiş və iş üzrə gəlinən nəticəni qanuni və əsaslı hesab etmişdir. Apellyasiya şikayətinin əlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya sığorta hadisəsi nəticəsində 30.819 manat məbləğində dəymiş zərərə görə 8.793 manat sığorta ödənişi təklif edilməsi sığorta şirkətini öhdəliyin lazımı qaydada icra edilməməsinə görə məsuliyyətdən azad edə bilməz. Hazırkı halda sığorta şirkəti tərəfindən iddiaçıya dəymiş zərərin bir hissəsi qədər sığorta ödənişi təklif edilməsi birinci instansiya məhkəməsi tərəfindən öhdəliyin lazımı qaydada icra edilməməsi kimi qiymətləndirilmiş və düzgün olaraq dəbbə pulu tutulması hissəsində də iddia qismən təmin edilmişdir.

20. Cavabdehin a pellyasiya şikayətinə əlavədə qeyd edilmiş, iddiaçının sığorta şirkətinə müraciət edərkən vurulmuş zərərə 15.000 manat ödəniş tələb etməsi barədə mülahizə ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının sığorta şirkətinə ünvanlanmış ərizəsi birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən, MPM-in 372-ci maddəsinin tələbinə əsasən apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmir və hüquqi qiymət verilmir. Bundan əlavə, dəymiş ziyanın məbləği ilə bağlı işdə ekspert rəyləri mövcud olduğundan, apellyasiya şikayətinin dəlilləri sığorta ödənişinin məhkəmə tərəfindən müəyyən edilmiş məbləğinin azaldılması üçün əsas ola bilməz.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 442, 448.1, 462.1, MPM-in 372-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi 2021-ci il 14 yanvar tarixində iddiaçı, cavabdeh və cavabdehin vəkilinə məxsus şəxsi elektron kabinetlərində yerləşdirilmişdir.

23. Cavabdeh həmin qətnamədən 2022-ci il 9 mart tarixində kassasiya şikayəti verərək, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qətnaməsində göstərilən 12.000,90 manat məbləğində dəbbə pulunun alınaraq iddiaçıya ödənilməsi hissəsində rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 24. “İcbari sığortalar haqqında” Qanunun 16.2-ci maddəsinin tələbi pozulmuşdurSığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Sığorta fəaliyyəti haqqı nda” Qanun) 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi həmin qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İşin materiallarında olan və iddiaçının cavabdehə ünvanladığı 2019-cu il 22 avqust tarixli sığorta tələbindən görünür ki, o, cavabdehdən daşınmaz əmlaka dəymiş zərərlə bağlı 15 000 (on beş min) manat məbləğində pul vəsaitini (sığorta ödənişi) tələb etmişdir. Sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert in rəyindən görünür ki, sığorta ödənişinin verilməsi üçün əsas olan müstəqil ekspert sənədi 2019-cu il 23 dekabr tarixində hazırlanaraq cavabdehə daxil olmuşdur. İddiaçıya ünvanlanmış 2019-cu il 25 dekabr tarixli bildirişdən görünür ki, dəymiş zərər üzrə qiymətləndirmə aparılaraq və azadolma məbləği çıxılmaqla sığortalıya 8693 manat pul vəsaitinin ödənilməsinə dair bildiriş ünvanlanmışdır. Göründüyü kimi, sığorta şirkəti "İcbari sığortalar haqqında" Qanunun 18.1-ci maddəsinə riayət etməklə həmin qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdə (müstəqil ekspert rəyi) sonuncusunun alındığı 7 iş günündən (10 gün) gec olmayaraq sığorta ödənişini verməsinə dair bildiriş göndərmişdir.

25. MM-in 925.1, 925.2, 925.3-cü maddələrinin tələbləri pozulmuşdur- sığortalı zərərin sığortaçı tərəfindən müə yyən edilmiş həcmi barədə razılıq əldə edilmədiyinə münasibət bildirməmiş, digər müstəqil ekspertin seçilməsinə dair ərizə (tələb) verməmişdir. Birinci instansiya məhkəməsinin qeyd etdiyi 8.683 manat məbləğinin ödənilməsinə razılıq verməklə, həmin vəsaitdən sığorta ödənişi kimi tələb edilən artıq məbləğinin verilməsindən imtina etmişdir ifadəsi isə məntiqə və həqiqətə uyğun gəlmir. MM-in 925.1, 925.2, 925.3-cü maddələrinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlə rini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya "Sığorta fəaliyyəti haqqında" Qanunun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi "Sığorta fəaliyyəti haqqında" Qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Sığorta qanunvericiliyinə əsasən sığorta şirkəti özünün və ya sığorta sahəsində fəaliyyət göstərən müstəqil ekspertin hesabladığı zərər məbləği üzrə s ığorta ödənişini "İcbari sığortalar haqqında" Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməli idi.

26. MPM-nin 88-ci maddəsi pozulmuşdur- apellyasiya instansiyası məhkəməsi «İcbari Sığortalar haqqında» Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışı tələb etməməklə, sübutlara obyektiv, qərəzsiz və hərtərəfli şəkildə baxmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kas sasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi 12.000,90 manat dəbbə pulunun tutulması hissəsidə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələri baxımından həmin hissədə yoxlanılacaqdır.

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktik i hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 31.Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Məcəlləsinin müvafiq müddəalarında Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” Maddə

934. Sığorta ödənişinin verilməsi 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişin in verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 32.«İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə

16. Zərərin müəyyənləşdirilməsi ….. 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müə yyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. …… 16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qa ldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. «Maddə

18. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir».

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsas ı kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkü n olmadığını əsaslandırsın....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 35. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “ kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yanğın hadisəsi nəticəsində 30.709 manat məbləğində zərər vurulmuşdur.

37. Cavabdeh hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini 30.709 manat məbləğində sığorta ödənişinin va xtında ödənilməməsinə görə 12.000,90 manat dəbbə pulunun tutulması hissəsində mübahisələndirmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsində cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı § 24-25-də göstərilən dəlillərinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh şikayətində «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin məhkəmə tərəfindən pozulduğunu göstərsə də, işin müəyyən edilmiş hallarına görə Qanunun həmin normasının tələbinə cavabdeh tərəfindən əməl edilməmişdir.

39. Belə ki, «İcbari sığortalar haqqında» Qanunun istinad olunan normasının tələbinə görə sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etməlidir. Cavabdehin iddiaçıya ünvanladığı 2019-cu il 25 dekabr tarixli bildirişindən göründüyü kimi, iddiaçı tərəfindən sığorta hadisəsi barədə Cəmiyyətə 2019-cu ilin 21 avqust tarixində müraciət edilsə də, müvafiq qiymətləndirmənin nəticələrinə istinadən 2019-cu ilin 25 dekabr tarixində iddiaçıya bildiriş ünvanlanmış, azadolma məbləği çıxılmaqla 8.693 manat sığorta ödənişinin ödənilməsinin mümkünlüyü qeyd olunmuşdur.

40. Halbuki, həmin vaxtadək sığorta ödənişinin miqdarı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən təyin edilmiş ekspertizaların rəylərinə əsasən müəyən edilmişdir (bax yuxarıda § 4).

41. Cavabdeh apellyasiya şikayətində sığorta ödənişinin verilməsi üçün əsas olan mü stəqil ekspert sənədinin 2019-cu il 23 dekabr tarixində hazırlanaraq cavabdeh Cəmiyyətə daxil olduğunu qeyd edir. Lakin «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin tələblərinə əməl edilərək 7 gün ərzində qiymətləndirmənin təşkil edilməsinə, bununla belə, müvafiq rəyin gec təqdim edilməsinə dair mötəbər sübutlar işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim edilməmişdir.

42. Məhkəmə kollegiyası iddiaçının dəbbə pulunun tutulmasının əsassız olması ilə bağlı dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, cavabdeh sığorta hadisəsinin baş verməsindən 4 ayadək vaxt keçdikdən sonra 8.693 manat məbləğində sığorta ödənişi təklif etməklə, sığortaçı olaraq qanunvericiliyə və müqavilə şərtlərinə əməl etdiyinə istinad edir. Bununla belə, hazırki kassasiya şikayətin də sığorta ödənişinin miqdarı ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirməməklə, faktiki olaraq vaxtında ödənilməli olan sığorta ödənişinin 8.693 manat təşkil etmədiyini qəbul etmişdir.

43. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunver iciliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

44. Cavabdeh kassasiya instansiyası məhkəməsinə ünvanladığı 2022-ci il 03 iyun tarixli ərizəsində tərəflər arasında bağlanmış 2019-cu il 19 iyun tarixli RAZ********** saylı sığorta müqaviləsinin bağlandığı andan etibarsız sayılması barədə Şəki Kommersiya Məhkəməsinin icraatında olan (2022-ci il 02 iyun tarixində məhkəmənin icraatına qəbul edilmişdir) iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırki işin icraatının dayandırılmasını xahiş etmişdir.

45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin müqaviləyə əsasən ödənilən sığorta ödənişinin tutulması hissəsində mübahisələndirilməməsini nəzərə alaraq, işin icraatının dayandırılması barədə cavabdehin vəsatə tinin təmin edilməsini məqsədəuyğun hesab etməmişdir.

46. Həmçinin nəzərə alınmalıdır ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 2022-ci il 14 iyun tarixli 02/2022 saylı qərardadında göstərilmişdir ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 47.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 48.MPM-in 416-419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunma sın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 dekabr tarixli 2-2(103)-1199/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov İ.A.Dadaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar