Məhkəmə qərarları › İş №2-2(102)-282/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-282/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-282/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdehə qarşı ilk, Cavabdehin İddiaçı MMC-yə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, muzd tələbi, real zərər, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı MMC-nin Cavabdehə qarşı "pulun tutulması” barədə ilk, Cavabdehin İddiaçı MMC-yə qarşı "maddi zərər və əldən çıxmış fayda" barədə qarşılıqlı iddiasına dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Kom mersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 22(107)-79/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Sifarişçi “X2” MMC (hazırki İddiaçı MMC) ilə icraçı Cavabdeh arasında 2022-ci il 10 mart tarixli 012-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında Qax rayonu Meşəbaş kəndi ərazisində 15 ha sahədə soya paxlası əkinlərini həyata keçirməyi və sifarişçiyə təhvil verməyi, sonuncu isə bunun dəyərini icraçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla, cəmi 45 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən tə hvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1.000 manat, müqavilənin ümumi dəyəri 45.000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir.

2. Müqaviləyə 1 nömrəli əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 nömrəli əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 nömrəli əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.

3. Müqavilənin icrası ilə əlaqədar 20 22-ci il 16 mart tarixli ödəniş tapşırığı ilə 6.750 manat, 2022-ci il 5 aprel tarixli ödəniş tapşırığı ilə 2.250 manat olmaqla, ümumilikdə 9.000 manat məbləğində avans, 2022-ci il 4 may tarixli elektron qaimə ilə 11.073 manat, 2022-ci il 26 may tarixli elektron qaimə ilə 2.520,03 manat, 2022-ci il 10 iyul tarixli elektron qaimə ilə 887,70 manat olmaqla, ümumilikdə 23.480,73 manat dəyərində toxum, gübrə, dərman vasitələri icraçıya təhvil verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra – "iddiaçı") Cavabdehə (bundan sonra – "cavabdeh") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən soya paxlası istehsalı və alqı-satqısı barədə müqaviləyə əsasən 21.230,61 manat qalıq borc məbləğinin və 200 manat mediasiya xərcinin ə vəzinin tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına (bax §§ 1-3) istinad etməklə belə əsaslandırılmışdır ki, 9.000 manat avans qismində həyata keçirilən ödəniş də daxil olmaqla, cavabdehə ümumilikdə 23.480,73 manat məbləğində vəsait ödənilməsinə baxmayaraq sonuncu tərəfindən cəmi 2.250,09 manat dəyərində məhsul təhvil verilməklə müqavilə ilə üzərinə düşən öhdəliklər icra edilməmişdir. Bununla da, cavabdeh müqavilə öhdəliyini tam yerinə yetirmədiyindən onun ödənilməmiş 21.230,61 manat qalıq borcu qalmışdır.

6. Cavabdeh də qarşılıqlı iddia verərək, soya paxlası məhsulunun istehsalı zamanı çəkilmiş xərclər üçün 7.110 manat maddi zərər, 23.350,50 manat əldən çıxmış fayda olmaqla, cəmi 30.460,50 mana t pulun və 181,38 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 15 ha hissəsindən məhsul əldə etmişdir. Eyni zamanda məhsulun yetişdirilməsi üçün avans puldan əlavə özü 7.110 manat xərc çəkmişdir. Lakin cəmiyyət tərəfindən məhsulun alınması gecikdirildiyi üçün ona 7.110 manat maddi zərər və müqaviləyə 2 nömrəli əlavəyə əsasən 23.350,50 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 30.460,50 manat zərər dəymişdir. Bundan əlavə sifarişçi cəmiyyət sentyabr-oktyabr aylarında məhsulun tam yetişmədiyini bildirərək məhsulun vaxtında biçilməsi üçün razılıq verməmişdir. Bu səbəbdən 2022-ci il 17 oktyabr tarixdə o və digər fermerlər tərəfindən məhsulun yetişib-yetişməməsi il ə bağlı Qax rayon DAİM-ə müraciət etmişlər. 2022-ci il 26 oktyabr tarixində mərkəzin bitkiçilik sektorunun müdiri və Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi və X1 rayon mərkəzinin rəisinin iştirakı ilə sahələrə baxış keçirilmiş və rəy verilmişdir ki, məhsul artıq yetişmişdir. Bu barədə sifarişçiyə məlumat versələr də, təxminən 1 ay sonra məhsul biçilərək təhvil alınmışdır. Bununla da sifarişçi şirkət məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olmuş və nəticədə məhsulun çox az hissəsini təhvil alaraq ona qeyd olunan məbləğlərdə ziyan vurmuşdur.

8. Şəki Kommersiyа Məhkəməsinin 2023-cü il 2 avqust tarixli e-2-2(117)-696/2023 nömrəli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur (hakim – R.Məcidov).

9. Birinci instansiya məhkəmə si qeyd etmişdir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat, borc qaytarıldıqdan sonra yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh tərəfindən təhvil verilmiş məhsulun dəyəri avans verilən borc və satılmış gübrə və toxumun dəyərini tam ödəmədiyindən, tərəflər arasında alqısatqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.

10. İlkin iddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğ u soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini qismən yerinə yetirməməklə borcunu tam ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır.

11. Elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul olunmasını birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni malların təhvil qəbul aktları, habelə cavabdehin 2023-cü il 20 iyul tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatı ilə əlaqəli şəkildə qiymətləndirildikdə iddiaçı tərəfindən cavabdehə malın (toxum, gübrə, dərman) təhvil verilməsi müəyyən olunur.

12. Şərh olunanlara əsasən məhkəm ə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 23.480,70 manat məbləğində avans və mal (gübrə, dərman, toxum) təhvil verilməsi, sonuncunun isə cəmi 2.250,09 manat dəyərində məhsul təhvil verməsi iş materialları ilə öz təsdiqini tapdığından və cavabdeh istər məhsul, istərsə də pul şəklində qalan məbləği iddiaçıya qaytarmadığından 21.230,61 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Qarşılıqlı iddia tələbinin hüquqi əsasına münasibətdə məhkəmə bildirmişdir ki, hazırki iş üzrə iddiaçı iddia tələbinin əsası kimi yalnız məhsulun sifarişçi cəmiyyət tərəfindən vaxtında biçilməməsinə və təhvil alınmamasına istinad etmişdir. Həmin dəlillərə münasibətdə məhkəmə ilk öncə onu vurğulamışdır ki, icraçı tərəfindən sifarişçiyə məhsulun biçini ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır.

14. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilədə məhsulun məhz sifarişçi tərəfindən biçilməsi ilə bağlı onun üzərinə öhdəlik qoyulmamış, sadəcə olaraq müqavilədə 3 nömrəli əlavədə məhsulun biçini ilə bağlı qiymət göstərilmiş və icraçı da həmin qiymətlə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən zərurət yarandığı halda icraçının müraciəti əsasında dəyəri ödənilmək şərtilə sifarişçi məhsulun biçinini həyata keçirə bilər. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən, sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində təhvil almalıdır. Göründüyü kimi, məhsulun mütləq qaydada sifarişçi olan cəmiyyət tərəfindən biçilməli olması ilə bağlı tərəflər arasında heç b ir razılaşma mövcud olmamışdır. Bu səbəbdən qarşılıqlı iddianın dəlilləri əsassızdır.

15. Bundan əlavə, məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş rəyə münasibətdə onu qeyd etmişdir ki, əvvəla, Qax rayon DAİM-nin bitkiçilik sektorunun müdiri və Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi və X1 rayon mərkəzinin rəisinin həmin rəyi müvafiq olaraq işlədikləri müəssisənin adından tərtib və təsdiq etmək səlahiyyətləri olsaydı, bu zaman qanunvericiliyin tələbinə uyğun şəkildə həmin vəzifəli şəxslərin imzaları müvafiq olaraq işlədikləri idarənin möhürləri ilə təsdiq edilməli idi. Lakin hazırki rəy möhürlərlə təsdiq edilməyərək yalnız həmin şəxslərin vəzifəli şəxs qismində deyil, adi vətəndaşlar kimi imzaları ilə təsdiq edilmişdir. Bundan başqa, əgə r həmin rəy qanunvericiliyin tələbinə uyğun tərtib edilmiş və məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş olsaydı belə, rəylə yalnız məhsulun artıq yetişməsi müəyyən edilmişdir ki, icraçının məhsul yetişdikdən sonrakı hərəkətləri – məhsulun biçilməsi və təhvil verilməsi üçün sifarişçi cəmiyyətə müraciət olunması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

16. Bundan əlavə, cavabdeh məhsulun yetişdirilməsi üçün 7.110 manat xərc çəkdiyini bildirsə də, ümumiyyətlə sonuncu tərəfindən xərc çəkilməsi və çəkilmiş xərcin də məhz həmin məbləğdə olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

17. Həmçinin cavabdeh əldən çıxmış faydanı 10 ha torpaq sahəsində yetişən məhsulun iddiaçı tərəfindən vaxtında təhvil almaması ilə əsaslandırmışdır. Həmin tələbə münasibətdə qeyd olunmuşdur ki, məhsulun vaxtında təhvil alınmamasına məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir.

18. Birinci instansiya məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1 və 752.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 77.1, 78.1 və 119-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh apellyasiya şikayət i verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(107)-79/2023 nömrəli 2023-cü il 31 oktyabr tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – G.Cavadova və V.Məlikov).

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyasının mövqeyi aşağıdakılardan ibarət olmuşdur.

22. Apellyasiya şikayətinin “cavabdehin müqavilə üzrə üzərinə düşənləri icra etməsi və məhsulun vaxtında yetişməməsi, iddiaçının təqsirindən məhsulun yığılmasının gecikdirilməsi, yetişmiş məhsulun sahədə qalaraq xarab olması və yığılmış məhsulun isə iddiaçının almaqdan imtina etməsi səbəbli verilmiş toxum, gübrə və avans məbləğini geri ödəyə bilməməsi”, həmçinin “iddiaçının məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olması və buna görə də məhsulu təhvil almaqdan imtina etməsi” ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh həmin halları təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.

23. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilədə məhsulun məhz iddiaçı tərəfindən biçilməsi ilə bağlı onun üzərinə öhdəlik qoyulmamış, sadəcə olaraq müqavilədə 3 nömrəli əlavədə məhsulun biçini ilə bağlı qiymət göstərilmiş və cavabdeh də həmin qiymətlə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən, zərurət yarandığı halda cavabdehin müraciəti əsasında dəyəri ödənilmək şərtilə sifarişçi olan iddiaçı məhsulun biçinini həyata keçirə bilər.

24. Bundan başqa, müqavilənin 4.1-ci bəndinə əsasən, sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində təhvil almalıdır. Göründüyü kimi, məhsulun mütləq qaydada sifarişçi olan iddiaçı tərəfindən biçilməli olması ilə bağlı tərəflər arasında heç bir razılaşma mövcud olmamışdır. Cavabdeh (icraçı) yalnız məhsulun sifarişçi cəmiyyət tərəfindən vaxtında biçilməməsinə və təhvil alınmamasına istinad etmişdir. Həmin dəlillərə münasibətdə kollegiya qeyd etmişdir ki, icraçı tərəfindən sifarişçi cəmiyyətə məhsulun biçini ilə bağlı müraciət olunmasını təsdiq edən sübutlar təqdim edilməmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının cavabdehə soya məhsulunun istehsalı zamanı sonuncu tərəfindən əlavə çəkilmiş xərclər üçün 7.110 manat maddi zərər və 23.350,5 manat əldən çıxmış fayda olmaqla cəmi 30.460,5 manat məbləğlərdə maddi zərər vurması barədə dəlillərini də əsassız saymışdır. Belə ki, cavabdeh həmin xüsusatları təsdiq edən sübutları təqdim etməmişdir.

26. Apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinin tələblərinə əməl etməməsi ilə bağlıdır. Müqavilənin həmin bəndində göstərilmişdir ki, sifarişçi əkinlərin sığorta haqqını ödəyir. Sığorta ödənişi ilə bağlı isə məhkə mə kollegiyası qeyd etmişdir ki, müqavilənin qeyd olunan bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı və iddiaçı isə onun dəyərini ödəməlidir. İş materiallarında iddiaçı tərəfindən yerində monitorinq keçirilməsi barədə hesabatlar və fotoşəkillər olduğundan kollegiya apellyasiya şikayətinin sifarişçi tərəfindən məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməməsi barədə dəlili ilə də razılaşmamışdır.

27. Məhkəmə kollegiyası kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkilinin sifarişçinin icraçıy a təqdim etdiyi toxumun keyfiyyətinin müəyyən edilməsi və sertifikatı (mənşəyi) barədə mütəxəssis rəyinin alınması, eyni zamanda toxumun məhsuldarlığı, toxumun böyüməsinin (inkişaf etməsinin) icraçının bitkiyə (toxuma) düzgün qulluq etməməsindən, yoxsa toxumun keyfiyyətindən, torpaq sahəsinin mineral tərkibindən, o cümlədən iqlim şəraitindən asılı olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə bioloji ekspertizasının keçirilməsi barədə vəsatətinə münasibət bildirərək qeyd etmişdir ki, soya paxlası bitkisi birillik bitkidir. İş materiallarından da göründüyü kimi tərəflər arasında mübahisə 2022-ci ildə yaranmışdır. Yəni, soya paxlası məhsulu 2022-ci ildə əkilib becərildiyindən vəsatətdə qoyulmuş sualların cavablandırılmasının mümkün olmayacağı əvvəlcədən bəllidir.

28. Eyni zamanda, iş materi allarına iddiaçı tərəfindən cavabdehə əkmək üçün verdiyi soya toxumunun sertifikatı (mənşə məlumatları) əlavə edilmişdir. Həmin sertifikatda toxumun laborator müayinəsinin nəticələri öz əksini tapmışdır. Həmin sertifikatdan (mənşə məlumatları) görünür ki, iddiaçı tərəfindən cavabdehə əkmək üçün yüksək keyfiyyətli toxum verilmişdir. Belə olan halda, bitişin zəif olması toxumun keyfiyyəti ilə deyil, lazımi qaydada aqrokimyəvi və aqrotexniki xidmətin olmaması ilə bağlı olmuşdur.

29. Apellyasiya instansiyası məhkəməsinin öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi ilə eynilik təşkil etmiş, əlavə olaraq MM-in 14.2.1, MPM-in 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinad olunmuşdur.

30. Cavabdeh k assasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. MM-in 5.3-cü və 16.1-ci maddələri üzrə - Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə həmin maddələrin tələblərinə mülki hüquq subyektləri tərəfindən riayət olunub olunmadığı, yəni müqavilə üzrə tərəflərin öz hüquq və vəzifələrini vicdanla həyata keçirib keçirmədiyini araşdırmamışdır.

32. MM-in 404.5, 448.2 və 556.2-ci maddələri üzrə - məhkəmə tərəflər arasında bağlanmış “soya paxlası istehsalı və alqı-satqısı” barədə müqaviləni düzgün təfsir etməmişdir. Əslində müqavilə təfsir edilərkən tərəflərin öhdəliklərin icrasının mahiyyətinə baxmaq lazımdır. Məhkəmə iş üzrə tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsini podrat müqaviləsi kimi təfsir etməkdə haqlı olmamışdır. Qanunvericiliyin tələblərindən görünür ki, podrat müqaviləsinin predmeti hər hansı işi icra etmək və yaxud hər hansı məmulatı və ya əvəz edilən əşyanı hazırlamaqdır. Əgər tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin üzərinə qoyulmuş öhdəlik razılaşdırılmış muzd qarşılığında hər hansı iş görməkdirsə, yəni soya paxlası əkinlərinin həyata keçirilməsindən ibarətdirsə, onda tərəflər arasında yaranmış münasibət podrat müqaviləsindən irəli gələn münasibətlər hesab edilməlidir. Hansı ki, burada cavabdeh əvvəlcədən razılaşdırılmış muzd qarşılığında işi lazımınca icra edərək sifarişçi tərəfindən verilmiş toxumu əkmiş və becərmişdir. Əgər tərəflər arasında bağlanm ış müqavilə üzrə cavabdehin üzərinə qoyulmuş öhdəlik razılaşdırılmış muzd qarşılığında hər hansı məmulatın və ya əvəz edilən əşyanın hazırlanmasından ibarətdirsə, yəni cavabdehin öhdəliyi əvvəlcədən razılaşdırılmış muzd qarşılığında soya məhsulunun istehsal etməsidirsə, bu Məcəlləyə əsasən əkinçilik nəticəsində əldə edilmiş və hələ emal olunmamış kənd təsərrüfatı məhsulları podrat müqaviləsinin predmeti kimi qəbul edilə bilməzdi. Buradakı müqavilə münasibətlərindən görünür ki, tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsində öhdəliyin icrasının mahiyyətinə (yəni “soya məhsulunun istehsalı”na) daha çox xidmət müqaviləsi sayılan tapşırıq müqaviləsinə uyğun gəldiyindən həmin müqavilə haqqında normalar tətbiq olunmalı idi. Podrat müqaviləsində öhdəliyin icrasının mahiyyətində n görünür ki, podratçı konkret nəticənin əldə olunmasına təminat verir. Lakin tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsində cavabdehin öhdəliyi soya məhsulunun istehsalıdır, hansı ki, əkinçilik nəticəsində kənd təsərrüfatı məhsullarının əldə edilməsində icraçı tərəfindən təminat verilə bilməz. Nəticədə soya məhsulu torpaqdan əldə olunan məhsuldur və o, hər hansı üsulla hazırlanmır.

33. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə MM-in 448.2ci maddəsinin tələbini nəzərə almadan yəni iddia ərizəsində tələb edilən borc məbləğinin iddiaçıya ödənilməməsində cavabdehin təqsirli olub-olmadığını araşdırmadan əsassız olaraq sonuncunun iddiaçı qarşısında borclu olmağı qənaətinə gələrək apellyasiya şikayətini təmin etməmişdir. Halbuki iddiaçı ilə cavabdeh aras ında bağlanmış 2022-ci il 10 mart tarixli 012-S nömrəli müqavilənin müddəti 2022-ci il 1 oktyabr tarixində başa çatmasına və həmin müqavilənin 4.1 və 6.6-cı bəndlərinə əsasən sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində yerində təhvil almalı olmasına baxmayaraq, sifarişçi məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olmuş və nəticədə məhsulu təhvil almaqdan imtina etmişdir. Həmçinin cavabdeh birinci instansiya məhkəməsinin ilk və yeganə hazırlıq iclasında verdiyi izahatında “Sifarişçinin nümayəndəsinə telefon danışıqları ilə Qax rayon DAİM-nin bitkiçilik sektorunun müdiri və Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi və X1 rayon mərkəzinin rəisinin iştirakı ilə tərtib edilən rəy barəsində məlumat verdiyini və məhsulun vaxtında təhvil alınmasını tələb etdiyini, lakin sifarişçinin nümayəndələri onun tələblərinə məhəl qoymayaraq məhsulun biçilməsini qərəzli olaraq gecikdirdiyini, məhsulun biçimi təhvil alma ilə eyni vaxtda həyata keçirilməli olduğunu, telefon zəngləri ilə bağlı sübutların növbəti məhkəmə hazırlıq iclasında vəkil vasitəsi ilə təqdim ediləcəyini bildirmişdir. Beləliklə, həmin müqavilənin pozulmasında və borcun yaranmasında cavabdehin təqsiri olmamışdır.

34. Əksinə həmin Müqavilənin şərtləri Sifarişçi tərəfindən pozulduğu üçün cavabdehə soya məhsulunun istehsalı zamanı əlavə çəkilmiş xərclər üçün 7.110 manat maddi zərər və 23.350,5 manat əldən çıxmış fayda olmaqla cəmi 30.460,5 məbləğlərdə maddi zərər vurmuşdur.

35. Bundan başqa Həmin Müqavilənin 6.5-ci bəndinə əsasən, əkinlərin sığorta haqqını ödəmək Sifarişçinin vəzifəsidir. Müqavilənin bu bəndindən də görünür ki, əkinlərin sığortalanmasını təşkil etmək və sığorta haqlarını ödəmək vəzifəsini Sifarişçinin üzərinə qoyulmuşdur. Ümumiyyətlə, Sifarişçi müqaviləni bağlayarkən hüquqi savadsızlığından istifadə edərək Müqavilənin bu bəndini icra etməmişdir.

36. Həmçinin müqavilənin 6.12 və 6.13-cü bəndlərindən görünür ki, sifarişçi məhsul istehsalının yerinə yetirilməsi zamanı nümayəndəsini ayda bir dəfədən az olmayaraq göndərməli, nöqsanlar olduğu təqdirdə 6.13-cü bənddəki tədbirləri görməli idi. Lakin sifarişçi müqavilənin bu bəndlərinə riayət etməmiş, yəni məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməmişdir. Hər hansı nöqsan olduğu halda bu barədə cavabdehə heç bir xəbə rdarlıq etməmişdir. Buradan görünür ki, müqavilə bəndlərinin pozulmasında sifarişçinin, yəni iddiaçının marağı olmuşdur.

37. MM-in 5.3-cü və 16.1-ci maddələri üzrə - məhkəmə həmin maddənin tələblərinə mülki hüquq subyektləri tərəfindən riayət olunub olunmadığı, yəni müqavilə üzrə tərəflərin öz hüquq və vəzifələrini vicdanla həyata keçirib keçirmədiyini araşdırmamışdır.

38. MPM-in 9, 14.1, 66, 76, 88 və 217-ci maddələri üzrə - birinci instansiya məhkəməsində iddiaçı verdiyi izahatında avans, toxum və gübrə aldığını, bu vəsaitlərlə əkin və qulluq işləri gördüyünü, məhsulu yetişdirdikdən sonra biçmək üçün iddiaçıya müraciət etdiyini, lakin sonuncu məhsulu vaxtında təhvil almadığı üçün məhsulun yararsız hala düşdüyünü bildirsə də, məhkəmə cavabdehin izahatında göstərdiyi xüsusatları araşdırmad an bir hazırlıq iclası keçirməklə tələsik bir qətnamə qəbul etmişdir. Eyni zamanda, Şəki Apellyasiya Məhkəməsinə sübutların əldə edilməsi və müvafiq mütəxəssis, o cümlədən ekspert rəyinin alınması ilə bağlı vəsatətlərlə müraciət olunsa da, məhkəmə heç bir əsaslandırma aparmadan vəsatətlərin təmin olunması barədə qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri

40. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsin in maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

42. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər d edikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

390. Müqavilə azadlığı... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir....” “Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....” 43. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarında aşağıdakılar nəzərdə tutulur: 1.1.6, 4.1.1 və 12.1-ci maddələrinin “Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:... 1.1.6. aqrar sığortalı – aqrar sığorta sistemi üzrə əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxs;...” “Maddə

4. Aqrar sığortanın predmeti 4.1. Bu Qanunun tələblərinə uyğun olaraq aşağıdakılar aqrar sığortanın predmeti sayılır: 4.1.1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla);...” “Maddə

12. Aqrar sığortalı 12.1. Aqrar sığor talı aqrar sığorta sistemi üzrə sığortalanmaq üçün vasitəçi aqrar sığortaçılar vasitəsilə aqrar sığorta informasiya sistemində müvafiq qeydiyyatdan keçir və əmlak mənafelərinin bu Qanunla müəyyən edilən qaydada sığortalanması üçün idarəedici qurum ilə müqavilə bağlayır....”

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

46. Kassatorun dəlillərinə görə, əkinçilik nəticəsində əldə edilmiş və hələ emal olunmamış kənd təsərrüfatı məhsulları podrat müqaviləsinin predmeti kimi qəbul edilə bilməzdi. Buradakı müqavilə münasibətlərindən görünür ki, tərəflər arasında bağlanmış qarışıq müqavilən in birinci hissəsində öhdəliyin icrasının mahiyyətinə (yəni “soya məhsulunun istehsalı”na) daha çox xidmət müqaviləsi sayılan tapşırıq müqaviləsi uyğun gəldiyindən, həmin müqavilə haqqında normalar tətbiq olunmalı idi. Podrat müqaviləsində öhdəliyin icrasının mahiyyətindən görünür ki, podratçı konkret nəticənin əldə olunmasına təminat verir. Lakin tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsində cavabdehin öhdəliyi soya məhsulunun istehsalıdır, hansı ki, əkinçilik nəticəsində kənd təsərrüfatı məhsullarının əldə edilməsində icraçı tərəfindən təminat verilə bilməz. Nəticədə soya məhsulu torpaqdan əldə olunan məhsuldur və o, hər hansı üsulla hazırlanmır.

47. Məhkəmə kollegiyası isə hesab edir ki, podrat müqaviləsinin anlayışını verən MM-in 752.1 və 752.2-ci maddələrinin (b ax § 42) məzmunundan əkinçilik məhsullarının hazırlanmasının (istehsalının) podrat müqaviləsinin predmeti ola bilməyəcəyinə dair nəticə çıxmır.

48. Digər tərəfdən, kassatorun istinad etdiyi xidmət müqaviləsini tənzimləyən normalar MM-də nəzərdə tutulmadığından formalaşmış məhkəmə təcrübəsində adətən qanunun analogiyası qaydasında MM-in tapşırıq müqaviləsinə dair müddəaları tətbiq edilir. Çünki podrat müqaviləsindən fərqli olaraq, istər xidmət, istərsə də tapşırıq müqavilələrinin predmetini hər hansı maddiləşmiş konkret nəticənin əldə olunması deyil, müəyyən işin görülməsinin özü təşkil edir. Yəni, xidmət və tapşırıq müqavilələrinin icrasında sifarişçi üçün önəmli olan əsas məqam iş prosesinin özüdür. Elə tapşırıq müqaviləsinin anlayışını müəyyən edən MM-in 777.1-ci maddəsində (bax § 42) is tifadə olunmuş “konkret nəticə əldə olunmasına təminat vermədən” ifadəsinin işlədilməsi də eyni mətləbdən xəbər verir.

49. Hazırkı halda isə, sifarişçi (iddiaçı) bilavasitə soya məhsulunun əldə olunmasında maraqlıdır və məhz bu səbəbdən də icraçı (cavabdeh) ilə mübahisəli müqaviləni bağlamışdır.

50. O da qeyd olunmalıdır ki, MM-in 752.2-ci məzmunundan aydın olur ki, podrat müqaviləsinə uyğun olaraq əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

51. Hazırkı halda da podratın predmetini məhz əvəz edilən əşyanın (soya məhsulu) hazırlanması təşkil etmişdir. Lakin həmin məhsul hazırlanmadığından alqı-satqı qaydalarının tətbiqinə əsas olmamışdır ki, işə baxan məhkəmələr də bu barədə doğru nəticəyə gəlmişlər.

52. Bu baxımdan, sözügedən müqavilənin kassator tərəfindən xidmə t müqaviləsi kimi dəyərləndirilməsi, məhkəmə kollegiyasının qənaətinə görə, yalnız cavabdehin məsuliyyətdən yayınmasına nail olmaq məqsədini daşıyır və tamamilə əsassızdır.

53. Kassasiya şikayətinin sifarişçi məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olmasına və nəticədə məhsulu təhvil almaqdan imtina etməsinə, iddiaçının cavabdehə soya məhsulunun istehsalı zamanı cavabdeh tərəfindən əlavə çəkilmiş xərclər üçün 7.110 manat maddi zərər və 23.350,5 manat əldən çıxmış fayda olmaqla cəmi 30.460,5 manat məbləğlərdə maddi zərər vurmasına dair eyniməzmunlu dəlilləri aşağı məhkəmə instansiyalarında da bildilimişdir.

54. Lakin bu halların həqiqiliyinin təsdiqi məqsədilə cavabdehin MPM-in 77.1-ci maddəsinə (bax § 35) u yğun olaraq iddia etdiyi zərərlə bağlı hər hansı sübutu təqdim etməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

55. Həmçinin mübahisələndirilən qətnamədə o da tamamilə haqlı olaraq qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən, sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində təhvil almalıdır. Göründüyü kimi, məhsulun mütləq qaydada sifarişçi olan cəmiyyət tərəfindən biçilməli olması ilə bağlı tərəflər arasında heç bir razılaşma mövcud olmamışdır.

56. Daha sonra məhkəmə əsaslı olaraq göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə məhsulun məhz iddiaçı tərəfindən biçilməsi ilə bağlı onun üzərinə öhdəlik qoyulmamış, sadəcə olaraq müqavilədə 3 nömrəli əlavədə məhsulun biçini ilə bağlı qiymət göstərilmiş və cavabdeh də həmin qiymətlə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən zərurət yarandığı halda cavabdehin müraciəti əsasında dəyəri ödənilmək şərtilə sifarişçi olan iddiaçı məhsulun biçinini həyata keçirə bilər... İcraçı cavabdeh tərəfindən sifarişçi cəmiyyətə məhsulun biçini ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

57. Kassator öz şikayətində bu məsələlərlə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Məhkəmə kollegiyası da həmin mövqe ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

58. Kassasiya şikayətində istinad olunan Qax rayon DAİM-in bitkiçilik sektorunun müdiri və Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi və X1 rayon mərkəzinin rəisinin rəyinə gəldikdə isə q eyd olunmalıdır ki, həmin rəyə hələ birinci instansiya məhkəməsi tərəfindən belə qiymət verilmişdir ki, əvvəla, Qax rayon DAİM-in bitkiçilik sektorunun müdiri və Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi və X1 rayon mərkəzinin rəisinin həmin rəyi müvafiq olaraq işlədikləri müəssisənin adından tərtib və təsdiq etmək səlahiyyətləri olsaydı, bu zaman qanunvericiliyin tələbinə uyğun şəkildə həmin vəzifəli şəxslərin imzaları müvafiq olaraq işlədikləri idarənin möhürləri ilə təsdiq edilməliydi. Lakin hazırkı rəy möhürlərlə təsdiq edilməyərək yalnız həmin şəxslərin vəzifəli şəxs qismində deyil, adi vətəndaşlar kimi imzaları ilə təsdiq edilmişdir. Bundan başqa, əgər həmin rəy qanunvericiliyin tələbinə uyğun tərtib edilmiş və məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş olsaydı be lə, rəylə yalnız məhsulun artıq yetişməsi müəyyən edilmişdir ki, icraçının məhsul yetişdikdən sonrakı hərəkətləri – məhsulun biçilməsi və təhvil verilməsi üçün sifarişçi cəmiyyətə müraciət edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

59. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində, eləcə də apellyasiya icraatının gedişində Qax rayon DAİM-in bitkiçilik sektorunun müdiri və Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi və X1 rayon mərkəzinin rəisinin rəyi ilə bağlı heç bir dəlil gətirməmiş, həmçinin birinci instansiya məhkəməsinin bu rəylə bağlı mövqeyini hər hansı şəkildə təkzib edə bilməmişdir.

60. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlili ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün səbəb ola bilməz.

61. Daha sonra kassator bildirir ki, iddiaçı müqavilə öhdəliklərini pozaraq əkinlərin sığorta haqqını ödəmək vəzifəsini, habelə məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməmişdir.

62. Sığorta ödənişi ilə bağlı apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq qeyd etmişdir ki, müqavilənin qeyd olunan bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı və iddiaçı isə onun dəyərini ödəməlidir.

63. O da qeyd olunmalıdır ki, “Aqrar sığor ta haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6, 4.1.1 və 12.1-ci maddələrinin (bax § 43) məzmununun qarşılıqlı təhlili belə deməyə əsas verir ki, bitkiçilik məhsulları da (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla) aqrar sığortanın predmetini təşkil edir. Aqrar sığortalı, yəni aqrar sığorta sistemi üzrə əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxs aqrar sığorta sistemi üzrə sığortalanmaq üçün idarəedici qurum ilə müqavilə bağlayır.

64. Göründüyü kimi, mübahisəli müqavilədə və qanunda cavabdehin sığortalanması vəzifəsi nəinki iddiaçının üzərinə qoyulmamış, hətta “Aqrar sığorta haqqında” Qanunda aqrar sığorta müqaviləsinin bilavasitə kənd təsərrüfatı məhsulları istehsalçısının özü tərəfindən həyata keçirilməsi nəzərdə t utulmuşdur.

65. Həmçinin mübahisələndirilən qətnamədən görünür ki, iş materiallarında iddiaçı tərəfindən yerində monitorinq keçirilməsi barədə hesabatlar və fotoşəkillər olduğundan apellyasiya instansiyası məhkəməsi cavabdehin sifarişçi tərəfindən məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməməsi barədə dəlili ilə də razılaşmamışdır.

66. Kassator apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Məhkəmə kollegiyası da həmin mövqeni əsaslı hesab edir.

67. Kassasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, sübutların əldə edilməsi və müvafiq mütəxəssis, o cümlədən ekspert rəyinin alınması ilə bağlı vəsatətlərlə müraciət olunsa da, məhkəmə heç bir əsaslandırma aparmadan vəsatətləri təmin etməmişdir.

68. Halbuki iş material larında həmin vəsatətlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış ayrıca qərardad mövcuddur (i/v 148-150). Həmin qərardadda məhkəmə vəsatətlərin rədd olunması ilə bağlı mövqeyini lazımi qaydada əsaslandırmışdır.

69. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində də vəsatətlərlə bağlı mövqeyini daha yığcam şəkildə ifadə etmişdir.

70. Cavabdeh isə vəsatətlərin təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən qərardadı qəbul edərkən MPM-in 97.1-ci maddəsinin (bax § 44) tələblərinə əməl etmiş, həmçinin digər hüquq pozuntusuna yol verməmişdir.

72. Eyni zamanda, qətnamədə o da qeyd olunmuşdur ki, iş materiallarına iddiaçı tərəfindən cavabdehə əkmək üçün verdiyi soya toxumunun sertifikatı (mənşə məlumatları) əlavə edilmişdir. Həmin sertifikatda toxumun laborator müayinəsinin nəticələri öz əksini tapmışdır. Həmin sertifikatdan (mənşə məlumatları) görünür ki, iddiaçı tərəfindən cavabdehə əkmək üçün yüksək keyfiyyətli toxum verilmişdir.

73. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, bitişin zəif olması toxumun keyfiyyəti ilə deyil, lazımi qaydada aqrokimyəvi və aqrotexniki xidmətin olmaması ilə bağlı olmuşdur.

74. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 44) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 44) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

75. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-79/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-79/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar