Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-283/2019 29.05.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Kamil oğlu Hüseynov İddiaçı x1 cavabdeh x2-yə qarşı “müqaviləyə xitam verilməsi, borcun, maddi və mənəvi ziyanın ödənilməsi” tələblərinə dair ilk, iddiaçı x2-nin cavabdeh x1 qarşı “maddi ziyanın, işgüzar nüfuza dəymiş zərərin və çəkilmiş xərcin tutulması” barədə qarşılıqlı iddia tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli 2-2(103)-663/2018 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini və işin materiallarını nəzərdən keçirib aşağıdakı qərarı qəbul etdim. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək 2014-cü il 10 tarixli icarə müqaviləsinə və cavabdehin icarəyə verilmiş əmlakdan istifadə etmək hüququna xitam verilməklə yanaşı oradan çıxarılması, cavabdehdən ödənilməmiş 305.200 manat icarə haqqının, 110.728 manat maddi və 101.733 mənəvi ziyanın, ümumilikdə 517.661 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə iddiaçıdan 240.000 manat vurulmuş ziyanın, 200.000 manat işgüzar nüfuza görə vurulmuş zərərin və 45.000 manat məbləğində kondisioner sisteminin müvəqqəti təmiri üçün çəkilmiş xərcin onun xeyrinə tutulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 2 iyul tarixli 2-2(81)-57/2018 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, qar şılıqlı iddia tələbi rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli 2-2(103)-663/2018 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, qarşılıqlı iddia üzrə iddiaçıdan 106.350 manat məbləğində icarə haqqının və 10 manat məbləğində dövlət rüsumunun tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Əsaslandırıcı hissə: Kassasiya şikayəti işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Kassasiya şikayətində mübahisələndirilən qətnamənin 2019-cu il 8 yanvar tarixdə alındığı qeyd edilsə də, iş materiallarında olan təqdimetmə barədə məhkəmə qəbzində (3cü cild, iş v. 128) mübahisələndirilən mə hkəmə aktının qəbul edildiyi tarix “2019-cu il 8 dekabr” göstərilmişdir. Həmin tarixin, əslində “2018-ci il 8 dekabr” yaxud “2019-cu il 8 yanvar” olduğu aydın deyil, buradan, prosessual müddətin axımının başlanğıcını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 408.2-ci maddəsinin tələbinə görə, həmin Məcəllənin 408.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa) kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, prosessual müddətə şikayət verən tərəfindən əməl olunduğu apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmalı idi. Bundan başqa, ilk iddia ü zrə iddiaçı kassasiya şikayətinin nəticə hissəsində “Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli 22(103)-663/2018 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və ilk iddia tələbi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 2 iyul tarixli 2-2(81)-57/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını” xahiş etmişdir. MPM-in 407.1, 407.1.4-cü maddələrinin tələbinə əsasən, kassasiya şikayətində şikayəti verən şəxsin tələbi... göstərilməlidir. Kassasiya şikayətində mübahisələndirilən məhkəmə aktının məhz hansı hissədə qismən ləğv edilməsinə dair tələb göstərilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını ləğv etməklə “birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişdir ilmədən saxlanılması” MPM 417.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmədiyindən, həmin tələbə kassasiya qaydasında baxıla bilməz. MPM-in 408.1, 408.1.1-ci maddələrinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə... kassasiya şikayəti qaytarılır. MPM-in 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilən normaların tələblərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmadığından, şikayətin icraata qəbul edilməsindən imtina edilməli və işlə birlikdə həmin məhkəməyə qaytarılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 408, 417 -ci maddələrinə əsasən, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli 2-2(103)-663/2018 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilir və işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılır.
Məhkəmə qərarları › İş №2-2(102)-283/2019
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-283/2019
29.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver