Məhkəmə qərarları › İş №2-2(102)-283/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-283/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-283/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3, qarşılıqlı iddia üzrə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, məhkəmə aktının kassasiya qaydasında yoxlanılmış hissəsi digər tərəfin şikayəti üzrə təkrarən mübahisələndirildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəh ram Məmməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X1rşı “borcun tutulması” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “maddi zərərin əvəzinin, əldən çıxmış faydanın ödənilməsi, lizinq ödənişinin qaytarılması, lizinq obyektinin istifadəyə qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 mart tarixli 2-2(103)-1085/2023 nömrəli qərardadından ilk iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı

1. İ lk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra - “Agentlik”) 2021-ci il 2 noyabr tarixində cavabdeh X3 (bundan sonra - “T.Boqatırev”) qarşı iddia ərizəsi, bundan sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2022-ci il 29 avqust tarixinə hesablanmaqla, 2012-ci il 28 avqust tarixli 37-LA/12 nömrəli müqavilə üzrə 920.920 manat əsas borc və 636.629,28 manat cərimə borcunun, 07-LA/14 nömrəli müqavilə üzrə 149.400 manat gecikdirilmiş əsas borc və 102.906,6 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və 400 manat mediasiya xərci olmaqla, ümumilikdə 1.810.605,88 manat pulun T.Boqatırevdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. T.Boqatırev qarşılıqlı iddia ərizəsi, bundan sonra qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 50.000 manat maddi ziyanın və 760.000 manat əldən çıxmış faydanın, ödənilmiş 563.950 manat lizinq ödənişinin, lizinq obyektinin amortizasiyasının və 6 il ərzində əsaslı və cari təmiri aparılmadığından və texniki qulluq edilmədiyindən faktiki köhnəlmə dəyərinin lizinq obyektinin ümumi dəyərindən çıxılmaqla qalıq dəyərinin müəyyən olunması, lizinq obyektinin lizinq verənin (hüquqi varisinin) maliyyə vəsaiti hesabına əsaslı təmiri həyata keçirilməklə istifadəyə yararlı vəziyyətdə lizinq alanın istifadəsinə qaytarılması, lizinq obyekti lizinq alanın istifadəsinə qaytarıldıqdan sonra lizinq borcunun lizinq obyektinin qalıq dəyərinə uyğun tutulması barədə qə tnamə qəbul olunmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 noyabr tarixli 2-2(113)-375/2022 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir (hakim–F.Qasımov).

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 aprel tarixli 2-2(103)-255/2023 nömrəli qətnaməsi ilə Agentliyin apellyasiya şikayəti təmin olunmamış, T.Boqatırevin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni qarşılıqlı iddiada irəli sürülmüş 50.000 manat zərərin rədd edilməsi hissəsində ləğv olunmaqla, həmin hissədə iddia təmin edilərək, Agentlikdən 50.000 manat pulun tutularaq T.Boqatırevə ödənilməsi qət olunmuş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.B axışova və A. Hüseyn).

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 oktyabr tarixli 2-2(102)-426/2023 nömrəli qərarı ilə Agentliyin kassasiya şikayəti qismən təmin olunmuş, T.Boqatırevin kassasiya şikayəti təmin olunmamış, apellyasiya məhkəməsinin qətnaməsi qismən Agentlikdən 50.000 manat pulun tutularaq T.Boqatırevə ödənilməsi hissəsində ləğv edilərək, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (sədrlik edən hakim – K.Abiyeva, hakimlər – Ə.Əhmədov və İ.Dadaşov).

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 dekabr tarixli 2-2(103)-1085/2023 nömrəli qətnaməsi ilə T.Boqatırevin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – X.Sarıyev, hakimlər – F.Abdıyev və M.Rüstəmli).

7. Agentlik həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 mart tarixli 2-2(103)-1085/2023 nömrəli qərardadı ilə Agentliyin kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən hakim – X.Sarıyev, hakimlər – M.Məmmədov və M.Rüstəmli).

9. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Agentlik tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 403.1-ci maddəsinin tələblərinin pozulması ilə verilmişdir. Belə ki, Agentliyin iddia tələbi birinci və apellyasiya instansiya məhkəmələrinin qətnamələri ilə təmin edilməmiş və Ali Məhkəmənin qərarı ilə iddianın təmin olunmayan hissəsində apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış (yuxarıda §§ 3-5), Agentliyin kassasiya şikayəti həmin hissədə təmin edilməmişdir.

10. Ali Məhkəmənin qərarına (yuxarıda § 5) əsasən, apellyasiya baxışının həddi qarşılıqlı iddianın Agentlikdən 50.000 manat pulun tutularaq T.Boqatırevə ödənilməsi hissəsi ilə bağlı olmuşdur. Göründüyü kimi, Agentliyin iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci və apellyasiya instansiya məhkəmələrinin qətnamələri kassasiya instansiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmış, hazırda kassasiya şikayəti verilən apellyasiya məhkəməsinin qətnaməsi qəbul olunarkən, ilkin iddianın təmin edilməməsi ilə bağlı hissə apellyasiya baxışının predmeti olmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası həmin qətnamədən Agentlik tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir.

11. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MPM-in 403.1 və 408.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Agentlik həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını və kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. MPM-in 403.1-ci maddəsi üzrə - Qərardad MPM-in sözügedən normasının tələblərinin pozulması ilə qəbul edilmiş, Agentliyin kassasiya şikayəti vermək hüququ məhdudlaşdırılmışdır.

14. Məhkəmə kollegiyası kassasiya şikayətini geri qaytararkən, Agentliyin dövlət büdcəsi əsasında maliyyələşən təşkilat olmasını, lizinq götürənlərə verilmiş texnikaların, avadanlıqların dövlət büdcəsi vəsaiti hesabına alınmasını nəzərə almamışdır. Hazırkı iddianın rədd olunması və kassasiya şikayətinin geri qaytarılması dövlət mənafeyinə ciddi ziyan vurulmasına, dövlət büdcəsindən ayrılmış vəsaitin israf edilməsinə və geri qaytarılmamasına səbəb olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

16. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər....” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi gö stərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

18. Ali Məhkəmənin apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual M əcəllənin tətbiqi məsələlərinə dair məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2020-ci il 14 oktyabr tarixli 04/2020 nömrəli qərardadının müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulur: “...

41. Qeyd edilənlər baxımından məhkəmə tərkibi belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır.

57. Apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında tam və yaxud qismən yoxlanıldığı halda isə, yoxlanılan həmin hissə ilə bağlı digər şəxsin kassasiya şikayətinə baxılması mümkünsüz olacaqdır. Belə k i, kassasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qərarını yenidən yoxlamaq imkanına malik deyildir.

4. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

19. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İddiaçının kassasiya şikayətinin (§§ 13-14) dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Ali Məhkəmənin apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2020-ci il 14 oktyabr tarixli 04/2020 nömrəli qərardadının 57-ci bəndində təsbit olunmuşdur ki, apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında tam və yaxud qismən yoxlanıldığı halda isə, yoxlanılan həmin hissə ilə bağlı digər şəxsin kassasiya şikayətinə baxılması mümkünsüz olacaqdır. Belə ki, kassasiya instansiyası məhkə məsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qərarını yenidən yoxlamaq imkanına malik deyildir.

22. Həmin qərardadın nəticə hissəsində də qeyd olunmuşdur ki, məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Avropa Konvensiyası) 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarak terli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar).

24. Bu baxımdan kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən qərardadın ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

25. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti i sə təmin edilməməlidir.

26. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 mart tarixli 2-2(103)-1085/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar