Məhkəmə qərarları › İş №2-2(102)-284/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-284/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-284/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli 2-2(105)-13/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Borc verən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialı ilə borc alan Cavabdeh1 arasında bağlanılmış 2013-cü il 6 mart tarixli 02/2013 nömrəli kredit müqaviləsinə əsasən, borcverən tikinti bərpa işləri məqsədilə borc alana dövriyyə vəsaitləri üçün 60.000 manat kredit xəttinin açılmasını öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 5.1-ci bəndinə əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 18 %-lə hesablanır. - 6.1-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin təminat üsulu ipotekadır. Bu məqsədlə ABB Şabran filialı ilə ipoteka qoyan arasında 2013-cü il 6 mart tarixli 02/2013 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. - 7.3-cü bəndinə əsasən, borcalan borc verəndən bu müqavilə üzrə nəzərdə tutulmuş şərtlərlə əsas borcu dövrün sonu, faiz borclarını isə hər rübün sonunda tam ödənilməsi şərti ilə 12 ay müddətində ödəməlidir.

2. Tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1ünvanında 0,19 ha torpaq sahəsi və üzərində yerləşən 18 nömrəli fərdi yaşayış evi"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyətini 2013-cü il 6 mart tarixli 02/2013 nömrəli kredit müqaviləsi təşkil etmişdir.

3. Borclu Cavabdeh1 9.000 man at əsas və 10.736,62 manat faiz borcu olmaqla, cəmi 19.736,62 manat problemli kredit borcu üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin 2018-ci il 25 aprel tarixli S-SHB-01 nömrəli təhviltəslim aktı). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı QSC bank olmayan kredit təşkilatı (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 (bundan sonra birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MMC”, “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək, MMC-dən 2013-cü il 6 mart tarixli 02/2013 nömrəli kredit müqaviləsi (bundan sonra-“kredit müqaviləsi”) üzrə 9.000 manat əsas borc, 10.736 manat faiz borcu olmaqla, cəmi 19.736,62 manat pulun iddiaçının xeyrinə tutulması, tələbin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş Cavabdeh2 məxsus ünvan 2 ünvanda olan 0,19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə (bundan sonraipoteka predmeti) yönəldilməklə, həmin əmlakın açıq hərracda satılması hesabına borcun və ödənilmiş 200 manat mediasiya xərcinin ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən, MMC-yə 12 ay müddətinə illik 18 faizlə 60.000 manat kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin atı kimi "xxxx" ASC-nin Şabran filialı ilə cavabdehlər arasında 2013-cü il 6 mart tarixli 02/2013 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ iddiaçıya güzəşt edilmiş və MMC-nin 9.000 manat əsas, 10.736,62 manat faiz borcu olmaqla, cəmi 19.736,62 manat problemli kredit borcu da 2018-ci il 25 aprel tarixli SSHB-01 nömrəli təhvil-təslim aktına əsasən, iddiaçının Xaçmaz filialının idarəetməsinə təhvil verilmişdir. Kr edit müqaviləsinin 7.3-cü bəndinə əsasən, borc alan borc verəndən bu müqavilə üzrə nəzərdə tutulmuş şərtlərlə əsas borcu dövrün sonu, faiz borclarını isə hər rübün sonunda tam ödənilməsi şərti ilə 12 ay müddətində ödəməlidir. Cavabdeh ona verilmiş krediti vaxtında qaytarmamaqla kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və iddiaçını ümid etməyə haqqı çatanlardan məhrum etmişdir.

6. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibat, məhkəməəmtəəşünaslıq və məhkəmə mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 11 aprel tarixli 10/6229/673-9/702 nömrəli ekspert rəyində göstərilmişdir ki, MMC-nin iddiaçıya 2017-ci il 1 yanvar tarixinə əsas borcu 9.000 manat, faiz borcu 10.736,62 manat təşkil edir. İpote ka predmetinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 56.400 manat, likvid qiyməti 10 % azalma tətbiq edilməklə likvid dəyəri təxminən 50.700 manat müəyyən olunmuşdur.

7. Məhkəmə tərəfindən əlavə məhkəmə-mühasibat, əlavə məhkəmə-əmtəəşünaslıq və əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuşdur. Əlavə məhkəmə-mühasibat ekspertizasının qarşısında qoyulmuş suallar: - kredit müqaviləsinin müddətinin bitmə tarixinə hal-hazıra kimi aparılmış ödənişlər nəzərə alınmaqla faiz borcunun məbləği nə qədər təşkil edir? (cədvəl şəklində hesablanma qaydası rəydə göstərilməklə); - kredit müqaviləsi üzrə hal-hazıra kimi aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən 2017-ci il 1 yanvar tarixinə əsas borc və müqavilənin müddətinin bitdiyi tarixdən 2017-ci il 1 yanvar tarixinə əsas borca 5%-lə hesablanan faiz borcu nə qədər təşkil edir? (cədvəl şəklində hesablanma qaydası rəydə göstərilməklə); - kredit müqaviləsi üzrə hal-hazıra kimi aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən 2017-ci il 1 yanvar tarixinə cəmi faiz borcu nə qədər təşkil edir? (cədvəl şəklində hesablanma qaydası rəydə göstərilməklə). Əlavə məhkəmə-əmtəəşünaslıq və əlavə məhkəmə mühəndis-texniki ekspertizaları qarşısında qoyulmuş sual: - ipoteka predmetinin likvid qiyməti və real bazar dəyəri nə qədər təşkil edir?.

8. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 25 avqust tarixli 10/41999/4353-9/4356 nömrəli ekspert rəyində göstərilmişdir ki, MMC-nin iddiaçıya 20 17ci il 1 yanvar tarixinə əsas borcu 6.918,50 manat, faiz borcu 386,28 manat təşkil edir. İpoteka predmetinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 56.400 manat, likvid qiyməti 10 % azalma tətbiq edilməklə likvid dəyəri təxminən 50.700 manat müəyyən olunmuşdur.

9. MMC-nin qanuni təmsilçisi və Cavabdeh2 izahatında 2023-cü il 25 avqust tarixli 10/4199-9/4353-9/4356 nömrəli ekspert rəyində göstərilən borcun olduğunu bildirmiş, lakin həmin rəydə ipoteka predmetinin dəyərindən ucuz qiymətləndirildiyini qeyd etmişdir.

10. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 18 sentyabr tarixli e-2-2(119)41/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, MMC-dən 6.918,50 manat əsas borc və 386,28 manat faiz borcu olmaqla, cəmi 7.304,78 manat pulun iddiaçının xeyrinə tutulması, cavabdehlərdən müştərək qaydada 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması, iddiaçının xeyrinə tutulmalı olan cəmi 7.504,78 manat pulun ipoteka predmetinə yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq iddiaçıya olan cəmi 7.504,78 manat borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50.700 manat müəyyən olunması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim H.Alıyeva)

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə baclı göstərmişdir ki, MMC kredit müqaviləsi üzrə aldığı kredit üzrə əsas borc və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin MMC kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna g örə də, kredit müqaviləsi üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsi təmin edilmədiyindən, müqavilə üzrə yaranmış borc MMC-dən tutulmalıdır. Lakin MMC-dən tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən, iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibat, əlavə məhkəməəmtəəşünaslıq və əlavə məhkəmə mühəndis-texniki ekspertizasının 2023-cü il 25 avqust tarixli 10/4199-9/4353-9/4356 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 2022-ci il 25 may tarixinə hesablanaraq tələb edilən “9.000 manat” əsas borc və “10.736 manat” faiz borcu 2023-cü il 25 avqust tarixli 10/41999/4353-9/4356 nömrəli ekspert rəyi ilə təsdiq olunmamışdır. Buna görə də, MMC-dən həmin ekspert rəyində qeyd edilən 6.918,50 manat əsas borc və 386,28 m anat faiz borcu tutulmalıdır.

12. Kredit müqaviləsi üzrə MMC üzərinə düşən öhdəliklərin təmini məqsədilə müvafiq ipoteka müqaviləsinə əsasən, ipoteka predmeti ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü olunmuş mənzilə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur.

13. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş rəyləri nəzərə alaraq, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiymətinin 50.700 manat göstərilməsi qənaətinə gəlmişdir.

14. Məhkəmə gəldiyi nəticəni MM-in 5.3, 269.1, 319.1, 385.1, 386.1, 442, 448.1, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.2 və 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

15. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv olunaraq, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli 2-2(105)-13/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Z.Məmmədov, hakimlər A.Süleymanova və E.Rəhimov).

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MMC kredit müqaviləsi üzrə aldığı kredit üzrə əsas borc və müqavilə ilə müəyyən edilmi ş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin MMC kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir.

18. Apellyasiya şikayətinin “əsas və faiz borcunun cavabdehin xeyrinə azaldılması” ilə bağlı dəlilini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, 2023-cü il 11 aprel tarixli 10/622-9/673-9/702 nömrəli ekspert rəyində ekspertin hansı əsasla müvafiq nəticəyə gəldiyi ümumiyyətlə əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi 2023-cü il 25 avqust tarixli 10/4199-9/4353-9/4356 nömrəli ekspert rəyini əsas götürməklə həmin nəticəyə gəlmişdir.

19. Həmin ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində ekspert qeyd etmişdir ki, “iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü k imi, MMC tərəfindən iddiaçı bankdan ümumilikdə 86.460,0 manat pul istifadə olunmuş və istifadə etdiyi vəsaitin müqabilində kredit müqaviləsinin imzalandığı 2013-cü il 6 mart tarixindən sualda maliyyə arayışında borcun hesablandığı tarixə, yəni 2017-ci il 1 yanvar tarixinədək, ümumilikdə 94.412,0 manat ödəniş aparılmışdır ki, hazırki ekspertiza tədqiqatı zamanı həmin məbləğdən 79.541,50 manat pulun əsas borcdan silinməsi, 14.870,50 manat pulun isə faiz borcundan silinməsi müəyyən olunur...”

20. Beləliklə, iddia tələbində 2022-ci il 25 may tarixinə hesablanaraq tələb edilən “9.000 manat” əsas və “10.736 manat” faiz borcu 2023-cü il 25 avqust tarixli 10/41999/4353-9/4356 nömrəli ekspert rəyi ilə təsdiq olunmamışdır. Bu səbəbdən kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsin də 2023-cü il 25 avqust tarixli 10/4199-9/4353-9/4356 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmış, MMC-dən həmin ekspert rəyində qeyd edilən 6.918,50 manat əsas borc və 386,28 manat faiz borcu tutulmuşdur.

21. Məhkəmə “borc ödənişinin gecikdirilməsi səbəbindən cavabdehə faiz borcundan da əlavə illik 18 faizlə cərimə faizləri hesablanması, bu səbəbdən faiz məbləğinin həmin məbləğdə olması” barədə dəlili əsassız hesab edərək göstərmişdir ki, iddia ərizəsinin məzmunundan əsas və faiz borcundan başqa, cərimə məbləğinin tələb edildiyi müəyyən olunmamışdır.

22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 296.1, 317.1, 319.1, 319.4, 385.1, 425.1, 427.3, 442, 445.1, 448.1, 448.2, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1.2, 39.1, 39.3.3 və 41.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 88, 97.1, 99.1, 101.6, 101.7, 102 və 103-cü maddələrinə istinadla əsaslandırmışdır.

23. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənənin iddianın təmin edilməyən hissəsində ləğv olunaraq, iddianın tam təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MM-in 5.3, 16.1, 385.1, 405.1, 425.1, 425.2, 427.3, 442, 445,1 və 448.1-ci maddələrinin tələbləri pozulmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarındakı hüyuqi mövqe nəzərə alınmamışdır-apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı (yuxarıda § 3) və Nazirlər Kabinetinin Sərəncamının icrası ilə əlaqədar kredit borcunun qaytarılması üçün müvafiq tədbirlərin görülməsi iddiaçı qarşısında vəzifə olaraq qoyulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq MMC-nin əsas və faiz borcu kifayət qədər azaldılmışdır. MMC qrafikə uyğun olaraq əsas borc və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda, o, müqavilənin şərtlərinə əməl etməmiş və kredit təşkilatına 2019cu il 10 oktyabr tarixinə 9.000,0 manat əsas borc, 10.736,62 manat faiz borcu olmaqla, cəmi 19.736,62 man at borcu yaranmışdır. Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən, kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə borc alan borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 18 %-lə hesablanan cərimə faizləri ödəməlidir. Kredit müqaviləsi üzrə aparılan ödənişlərdən də göründüyü kimi, borcun ödənişi kifayət qədər gecikdirilmiş və cavabdehə faiz borcundan da əlavə illik 18 faizlə cərimə faizləri hesablanmışdır. Müqavilədən də göründüyü kimi, həmin şərtlər cavabdehlə razılaşdırılmışdır. Lakin ekspert rəyində müqavilənin bu şərtləri nəzərə alınmamış, əksinə əsas borcun gecikdirilməsinə görə hesablanmış faizlər kredit müqaviləsinin tələblərinə zidd olaraq azaldılmışdır. Ekspert rəyinə istinad olunaraq məhkəmə tərəfind ən cavabdehin faiz borcu ilə yanaşı, əsas borcu da qanunsuz azaldılmışdır.

25. İddia ərizəsində tələb olunan faiz borcunun müqavilənin icra müddəti ərzində hesablanan faiz olduğu göstərilməmişdir. Hesablanmış faizlər əsasən müqavilənin müddəti başa çatandan sonra müqavilənin 9.2-ci bəndinə uyğun olaraq borcluya əsas borcun gecikdirilməsinə görə hesablanmış faizlərdir. Lakin gecikdirilmiş əsas borca görə faizlərin hesablanmasında müqavilənin bu mühüm şərti məhkəmə tərəfindən nəzərə alınmamışdır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Cavabdeh tərəf müqavilənin yerinə yetirilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi-hüquq normalarının pozulmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qətnaməni qüvvədə saxlamaqla, düzgün olmayan qətnamə qəbul etmişdir.

26. MPM-in 9.1-9.3, 88, 372.1, 372.6, 372.7, 386 və 387.2-ci maddələrinin tələbləri pozulmuşdur-birinci instansiyası məhkəməsi tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eləcə də həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 9, 88, 185.2 və 185.4-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə sübutlara obyektiv qiymət verməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 25 avqust tarixli 10/4199-9/6739/702 nömrəli ekspert rəyinə əsasən, MMC-nin iddiaçıya 2017-ci il 1 yanvar tarixinə ödənilməli borcları əsas borc üzrə 6.918,0 manat və faiz bo rcu üzrə isə 386,28 manat olduğu müəyyən edilmişdir. Lakin ekspert tərəfindən cavabdehin əsas və faiz borcunun kifayət qədər azaldılması məhkəmədə sual doğurmamış və bu rəyi əsaslı hesab etmişdir. Həmin rəy əsaslı olmadığı üçün məhkəmənin gəldiyi qənaət də düzgün olmamışdır. Borcla bağlı məsələyə aydınlıq gətirilməsi üçün yenidən ekspertiza təyin olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

28. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır (apellyasiya baxışının hədlərinə uyğun olaraq iddianın təmin olunmayan hissəsində).

29. Kassasiya instansiyası məhkəməsi tərə findən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.

1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur....” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiy i və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. (2018-ci il 28 dekabr tarixli 1438-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 319.4-cü maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məş ğul olan şəxsə müraciət edə bilərlər.)...” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdan lılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərt ləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.” 31. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə

33. İpoteka predmetinə tutmanın yönəldilməsi əsasları (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbay can Respublikasının Qanunu ilə 33-cü maddə ləğv edilmişdir.) Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.” “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 34.1-ci maddədə “yaranması anı” sözləri “yaranmasına əsas verən hallar” sözləri ilə əvəz edilmişdir.)... 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 34.1.2-ci maddə l əğv edilmişdir.)...” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.1. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 39.1-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Belə işlərə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır. Qərardan şikayət verildiyi halda, bu Qanunun 37.2-ci maddəsində nəzərdə tutulmuş qayda tətbiq edilir.)... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “Maddə

41. İpoteka predmetinin satış üsulları... 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 41.2-ci maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın t əşkilatçısı) sifariş verir.)

32. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Mad də

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə

99. Ekspertizanın aparılması qaydası 99.1. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır....” “Maddə

101. Ekspert rəyi... 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir....” “Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya baş qa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırıl malıdır.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 33.Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 34.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzim lənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

35. Kassasiya şikayətinin “əsas və faiz borcunun cavabdehin xeyrinə azaldılması” ilə bağlı dəlilini əsassız hesab edən məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə ekspertiza təyin edilmiş, lakin 2023-cü il 11 aprel tarixli ekspert rəyində ekspertin hansı əsasla müvafiq nəticəyə gəldiyi əsaslandırılmadığından, məhkəmə əlavə ekspertiza keçirilməsini zəruri hesab etmişdir. Birinci instansiya məhkəməsi əlavə məhkəmə mühasibatlıq ekspertizasının 2023-cü il 25 avqust tarixli rəyini mötəbər sübut kimi qiymətləndirərək, iş üzrə nəticəyə gəlmişdir. Apellyasiya məhkəm əsi də həmin məhkəmənin mövqeyi ilə razılaşmış borcalan cavabdehdən tutulmalı olan borc məbləğinin əsas borc üzrə 6.918,50 manat və faiz borcu üzrə isə 386,28 manat təşkil etməsi qənaətinə gəlmişdir. 36.İddiaçının kassasiya şikayətində iş üzrə verilmiş ekspert rəyinin mötəbərliyi mübahisələndirilmişdir.

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə qəbul edilmiş qətnamənin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndinmək səlahiyyətinə malik olan məhkə mələrə təqdim etməlidir. Lakin işin materiallarından iddiaçı tərəfindən belə sübutların təqdim edildiyi müəyyən edilmir.

38. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. 39.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli 2-2(105)-13/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar