Məhkəmə qərarları › İş №2-2(102)-286/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-286/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-286/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: tezlik və radioelektron vasitələrinə istismar haqqı borcunun tutulması, tariflərin aylıq deyil, illik götürülməklə yeni hesabların tərtib edilməsi vəzifəsinin qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının nümayəndələrinin iştirakları ilə, iddiaçı Cavabdeh MMC-yə qarşı tezlik və radioelektron vasitələrin ə istismar haqqı borcunun tutulması tələbi, Cavabdeh MMC-nin Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İddiaçınə qarşı tariflərin aylıq deyil, illik götürülməklə yeni hesabların tərtib edilməsi vəzifəsinin qoyulması və s. tələbləri barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə Cavabdeh MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 03 mart tarixli, 2-2(103)-53/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır.

1. İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı (bundan sonra – “iddiaçı”) ilkin iddia üzrə Cavabdeh MMCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nə müraciət edərək, 30.03.2015-ci il tarixli, 38 saylı müqavilə üzrə Cavabdeh MMC-dən 106 680,00 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutularaq İdarənin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 mart 2015-ci il tarixində iddiaçı ilə cavabdeh arasında 38 saylı müqavilə imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq DRİ-yə təqdim olunmuş “Anket materialları” na əsasən cavabdehə 2016 və 2017-ci illər üçün tezlik və radielektron vasitələrindən istifadəyə görə 106680 manat məbləğində 38-M-16 və 36M-17 saylı hesablar təqdim olunmuşdur. Cavabdehə təqdim olunmuş hesablar Azərbaycan Respublikası Tarif Şurasının 23.07.2004-cü il tarixli iclas Qərarına əsasən təsdiqlənmiş «Radiotezliklər in qeydiyyatı və elektromaqnit uzlaşmanın təmini və istismarına nəzarət tarifləri»nin 75 və qeydlər bölməsinin 1-ci bəndləri əsasında tərtib olunmuşdur. İddiaçı 38 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməsinə baxmayaraq, cavabdeh müqavilənin 3-cü bəndini pozur. Belə ki, adı çəkilən bölmədə qeyd olunur ki, cavabdeh Tariflər Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabların 10 gün müddətində ödənilməsini təmin etməlidir. Bununla bağlı 20.04.2018-ci il tarixli, DRİ-HKŞ9/531 saylı pretenziyanın göndərilməsinə baxmayaraq, bu günə kimi “cavabdeh Azərbaycan Respublikası Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabları ödəməmişdir.

3. Cavabdeh MMC Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçınə qarşı qarşılıql ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Cəmiyyətə təqdim olunmuş 38-M-16 və 36M-17 saylı hesabların ləğv olunması və qarşılıqlı iddia üzrə cavabdehin üzərinə 38- M-16 və 36M-17 saylı hesabların əvəzinə Preyskurantın Cəmiyyətdə istifadə olunan radiorabitə vericilərinin çıxış gücünə uyğun gələn 43 və 44-cü bənddə təsbit edilmiş tariflər tətbiq edilməklə və tezlik sayı düzgün tətbiq olunmaqla, tariflər aylıq deyil, illik götürülməklə yeni hesabların tərtib edilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdehin 30.03.2015-ci il tarixli 38 saylı müqavilə üzrə cəmiyyətə təqdim etdiyi 38-M-16 və 36M-17 saylı hesablarda həqiqətə uyğun olmayan, preyskurantın cəmiy yətdə istifadə olunan kanalların, tezliklərin diapazonuna uyğun gəlməyən tarifləri və düzgün olmayan hesablanma qaydası tətbiq edilmişdir. Bununla qarşılıqlı iddia üzrə cavabdeh hüquqdan sui-istifadə etmişdir. Sui-istifadənin də başlanğıcı kimi qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 30.03.2015-ci il tarixli, 38 saylı müqavilədə Azərbaycan Respublikası Tarif Şurası tərəfindən 23.07.2004-cü ildə təsdiq edilmiş “Raditezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantının konkret olara hansı bəndlərində nəzərdə tutulmuş tariflərin tətbiq olunacağını qəsdən göstərilməməsi hesab edilir. Çünki adı gedən preyskurantda 90-a yaxın müxtəlif tarifləri əks etdirən bəndlər vardır və qarşılıqlı iddia üzrə cavabdehin müqavilədə konkret olaraq 90 bən ddən hansılarında əks olunmuş tariflərin tətbiq olunacağını qəsdən göstərməməsi açıq-aşkar görsənir. 30.03.2015-ci il tarixli, 38 saylı müqavilə üzrə təqdim edilmiş 38-M-16 və 36M-17 saylı hesablar əsassız və qanunsuzdur. Belə ki, cəmiyyətdə istifadə olunan kanallar, tezliklər 4-4.2 GhZ diapazonunda işləyir ki, bu da santimetrik diapazon hesab olunur. Qeyd olunanlar İddiaçınə təqdim edilmiş anket məlumatları ilə təsdiqini tapır. İddiaçı tərəfindən isə preyskurantın desimetrik diapazona uyğun tarifləri tətbiq edilmişdir. Preyskurantın 75-ci bəndində göstərilmiş tariflər illik ödəniş kimi, yəni bir ildə bir dəfə ödənişin edilməsi kimi nəzərdə tutulsa da, hər hesabda iki dəfə eyni dövrü əhatə edən illik ödənişlər tətbiq edilmişdir. Digər tərəfdən cəmiyyətin 2 tezlik zolağı olduğundan və tarif hər bir tezliyə görə tətbiq olunmalı olduğundan, REV sayı nəzərə alınmadan və tezlik sayı olaraq 12 və ya 24 deyil, məhz 2 götürülməklə hesablanma aparılmalı idi. Lakin qarşılıqlı iddia üzrə cavabdehin təqdim etdiyi hesablarda “Tele və radiyayım paylayıcı şəbəkələrdə (efir-kabel) bir tezliyin (kanalın) istismarı üzrə ödənişlər hesablanarkən 12 və 24 tezlik sayı və eyni zamanda REV sayı da tətbiq edilmişdir. Preyskurantın 75-ci bəndinə əsasən tariflər illik hesablanmalı olmasına baxmayaraq, 36M-17 saylı hesabda tarif 11 ayın sayına vurularaq hesablanmışdır. Həmin hesabda Preyskurantda mövcud olmayan tarif (15 manat) tətbiq edilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 16 sentyabr tarixli, 2-2(113)-64/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, 30.03.2015-ci il tari xli, 38 saylı müqavilə üzrə cavabdehdən 106 680 (yüz altı min altı yüz səksən) manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı tutularaq İddiaçı hesabına köçürülməsi, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehə qarşı “tariflərin aylıq deyil, illik götürülməklə yeni hesabların tərtib edilməsi vəzifəsinin qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, cavabdehdən 250 (iki yüz əlli) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – S.Nuriyeva).

6. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edib, ilkin iddia üzrə iddia tələbinin qismən, ekspert rəyi ilə müəyyən edilmiş 26212,4 manat hissəsinin, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 03 mart tarixli, 2-2(103)-53/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 16 sentyabr tarixli, 2-2(113)-64/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi, ilkin iddia üzrə iddia tələbinin qismən – ekspert rəyi müəyyən edilmiş 26212.4 manat hissəsinin, ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti icraata qəbul edilərək, məhkəmə baxışına təyin olunmuşdur.

10. Cavabdeh MMC-nin dir ektoru Qanuni nümayəndə elektron kabinet vasitəsilə 05 iyul 2021-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddiaçı Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İddiaçı Cavabdeh MMC-yə qarşı tezlik və radioelektron vasitələrinə istismar haqqı borcunun tutulması tələbinə dair iş üzrə mübahisənin həlli istiqamətində tərəflər arasında danışıqlar aparıldığından, tərəflərindən verilmiş kassasiya şikayətinə baxılmasına zərurət qalmadığını və kassasiya şikayətindən imtina etdiyini, kassasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir.

11. İddiaçının nümayəndələri X3 və Nümayəndə məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatları dinlənilmədi.

12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

13. Məhkəmə kollegiyası kassasiya şikayətindən imtina edilməsi barədə cavabdehin ərizəsini nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətindən imtina qəbul edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkə mə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.

15. Məhkəmə hesab edir ki, cavabdehin kassasiya şikayətindən imtinası qanuna zidd deyildir və işdə iştirak edən digər şəxslərin hüquq və mənafelərinə toxunmur, buna görə də qəbul edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

17. Cavabdehin kassasiya şikayətindən imtinası qəbul edilsin. Kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar