Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-286/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 yanvar tarixli 2-2(105)-4/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Borc verən "xxxx" X1 ASC (hazırkı adı İddiaçı ASC) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Borc alan” Cavabdeh2 arasında bağlanmış 2019-cu il 22 aprel tarixli 23-BİZ-1-0-770-19 nömrəli Kredit Müqaviləsinə (bundan sonra – “kredit müqaviləsi”) əsasən 2019-cu il 15 fevral tarixində götürülmüş 45.000 manat məbləğində kredit öhdəliklərinin tam bağlanması, əsas və dövriyyə vəsaitinin artırılması məqsədilə borcalan Cavabdeh2 60 ay müddətinə illik 19% dərəcəsi ilə 140.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin: - 4.2-ci bəndinə əsasən, bu Müqavilədə göstərilmiş qaydada Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. - 4.8-ci bəndinə əsasən, Borcalan bu Müqavilənin 4.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında etmədikdə, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı gecikdirilən hər gün üçün cərimə kimi gündəlik 0,1 faiz dəbbə pulunu da ödəyir. Dəbbə pulu ödənişlər gecikdirilən gündən gecikdirilən məbləğ Kreditora tam ödənildiyi günə qədər hesablanır.
2. Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlində (1 saylı Əlavədən) borcalan Cavabdeh2 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. X3 əsasən ödənişin son tarixi 2024-cü il 22 aprel müəyyən olunmuşdur.
3. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 2019-cu il 22 aprel tarixli 23-BİZ-3-0-770-19 nömrəli ipoteka müqaviləsi ilə sonuncunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və 281,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka qoyan Cavabdeh2 tərəfindən ipoteka saxlayan İddiaçı ASC qarşısında Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyat a alınmışdır.
4. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh1 və borc alan Cavabdeh2 arasında bağlanmış 2019-cu il 22 aprel tarixli 23-BİZ-3-0-770-19/1 nömrəli İpoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0,13 ha torpaq sahəsi və 111,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka qoyan Cavabdeh1 tərəfindən ipoteka saxlayan İddiaçı ASC qarşısında Kredit Müqaviləsində və həmin müqavilə əsasında bağlanacaq razılaşmalarda nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır.
5. Qeyd olunan ipoteka predmetlərinə dair ipoteka saxlayan İddiaçı ASC-nin tutmanın yönəldilməsi haqqında bildirişləri müvafiq qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2021-ci il 13 aprel tarixində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – birlikdə “cavabdehlər, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh2” və “Cavabdeh1”) qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçının xeyrinə Kredit Müqaviləsi üzrə 2022-ci il 3 oktyabr tarixinə hesablanmış 112.538,48 manat əsas borc, 47.746,79 manat faiz borcu və 5.264,45 manat cərimə olmaqla, ümumilikdə 165.549,72 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumun un, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması, tutulan borcun ipoteka predmetləri olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə və 281,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh1 məxsus Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0,13 ha torpaq sahəsinə və 111,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək, açıq hərracdan satılması və borcun həmin ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetləri satıldıqdan bir ay sonra cavabdehlər və digər şəxslərin həmin ipoteka predmetlərinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin fərdi yaşayış evlərindən çıxarılmaları, həmin fərdi yaşayış evlərinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
7. İddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 müqavilə üzrə öhdəliklərini pozmuş, bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Lakin müddətin keçməsinə baxmayaraq, cavabdehlər həmin bildirişə münasibət bildirməmişlər. Eyni zamanda, reyestr orqanına ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydə alınması barədə ərizə göndərilmiş və həmin ərizə də bu orqanda qeydə alınmışdır.
8. Cavabdeh2 2022-ci il 27 oktyabr tarixində məhkəməyə iddiaya qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 öhdəlik götürdüyü tarixdən hazırkı dövrədək bütün dünyada, o cümlədən ölkədə “COVİD 19” pandemiyası başlamışdır. Bu pandemiyanın qarşısı alınması məqsədilə dövlət ciddi qapanmalara (iş yerlərinin aylarla bağlanmasına, hətta vətəndaşların küçəyə çıxmasına belə) getmiş və bu hallar insanların sağlamlığının qorunması məqsədi daşısa da, cavabdeh kimi minlərlə sahibkarın iflasına gətirib çıxarmışdır. Mərkəzi Bankın rəsmi internet saytında verdiyi 2020-ci il 30 sentyabr tarixli rəsmi məlumatına əsasən, Azərbaycan Respublikası Prezidentinin “Koronovirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində maliyyə sektoruna əl avə dəstəkləyici tədbirlər X2 Heyətinin 2020-ci il 24 aprel tarixli 16 saylı qərarı ilə təsdiq edilmişdir. Lakin Cavabdeh2 bu kimi yardımlardan bəhrələnə bilmədiyi bir yana, faktiki fors-major halda icra edə bilmədiyi öhdəliyə əsasən məsuliyyət daşımalı olmuş və müflis vəziyyətdə olduğu, evin əldən getdiyi vaxtda əlavə olaraq 500 ABŞ dolları məbləğində dəbbə pulu da ödəməli olmuşdur. Halbuki 2020-ci il 16 dekabr tarixindən 2021-ci ilin aprel ayına kimi sərt qapanmaların növbəti mərhələsi baş vermiş və bütün xidmət sahələri yalnız onlayn xidmət göstərmək məcburiyyətində qalmışdır. Bundan başqa, qarşısı alınmaz pandemiyanın nəticələrindən cavabdehin zərər çəkməyi bir yana, iddiaçı özünün yubatdığı hər gün üçün əlavə faizlər hesablayaraq gəlirlərini artırmaq niyyətindədir.
9. Məhkəmə tərəfind ən təyin edilmiş məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2023-cü il 13 mart tarixli 10/7664, 10/7401, 9/8401, 9/8190, 9/9421 nömrəli ekspert rəyləri ilə Şamaxı şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən fərdi yaşayış evinin üzərində inşa olunduğu torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 151.000 manat, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən fərdi yaşayış evinin üzərində inşa olunduğu torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 104.000 manat, Cavabdeh2 Kredit Müqaviləsi üzrə 2022-ci il 3 oktyabr tarixinə 112.535,81 manat məbləğində əsas borcunun və 47.876,43 manat məbləğ ində faiz borcunun olduğu müəyyən edilmişdir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 13 aprel tarixli 2-2(119)-33/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 112.535,81 manat əsas borc, 47.746,79 manat faiz borcu, 1.500 manat cərimə, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 60 manat xidmət haqqı olmaqla – cəmi 161.892,6 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, Cavabdeh2 tutulmalı olan cəmi 161.892,6 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə və 281,1 kv.m. ümumi sahədən ibarət fərdi y aşayış evinə və Cavabdeh1 məxsus Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0,13 ha torpaq sahəsinə və 111,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və həmin ipoteka predmetləri açıq hərracda satılaraq iddiaçıya olan cəmi 161.892,60 manat məbləğində borcun ödənilməsi, tutmanın yönəldiyi Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 151.000 manat məbləğində və Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış qiymətinin 104.000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 300 manat məbləğində pul vəsaitinin Cavabdeh2 dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – Z.Sadiqov).
11. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 Kredit Müqaviləsi üzrə k redit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Müqavilə üzrə yaranmış borc – borcalan Cavabdeh2 tutulmalıdır. Lakin Kredit Müqaviləsi üzrə Cavabdeh2 tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən – iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2023-cü il 13 mart tarixli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehdən tutulmalı olan borc məbləğləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 218.3cü maddəsinin tələbləri nəzərə alınmaqla, həmin rəyə və iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Çünki ekspert rəyində faiz borcunun 47.876,43 manat məbləğində olduğu qeyd olunsa da, iddiaçı iddia tələbində daha az məbləğdə, yəni 47.746,79 mana t məbləğində faiz borcun tutulmasını xahiş etmişdir. Lakin iddia tələbində 2022-ci il 3 oktyabr tarixinə hesablanaraq tələb edilən “112.538,48 manat məbləğində” əsas borc isə 2023-cü il 13 mart tarixli ekspertiza rəyi ilə təsdiq olunmur və ona görə də, həmin müqavilə üzrə əsas borcun tutulması hissəsində ekspertiza rəyi mötəbər sübut kimi nəzərə alınmalı və Cavabdeh2 Kredit Müqaviləsi üzrə ekspertiza rəyində 2022-ci il 3 oktyabr tarixinə müəyyən edilmiş “112.535,81 manat” miqdarında əsas borc tutulmalıdır.
12. İddianın "5.264,45 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq Cavabdeh2 cəmi 1.500 manat məbləğində cərimə tutulmalıdır.
13. Həmçinin Cavabdeh2 tutulmalı olan pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehlərə məxsus ipoteka predmetlərinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli və tutmanın yönəldiyi Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 151.000 manat məbləğində, Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış qiyməti isə 104.000 manat məbləğində müəyyən edilməlidir.
14. İddia tələbi digər hissələrdə - yəni “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetləri satıldıqdan bir ay sonra cavabdehlər və digər şəxslərin həmin ipoteka predmetlərinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin fərdi yaşayış evlərindən çıxarılmaları, həmin fərdi yaşayış evlərinin boşa ldılması və banka təhvil verilməsi” hissələrində - əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi Məhkəmə öz mövqeyini MM-in 296.1, 317.1, 319.1, 319.4, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, 739.1, 739.2-ci maddələrinə, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.1, 39.3.3, 41.2-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 2020-ci il 20 iyul tarixli 01 nömrəli Qərardadına, MPM-in 14.2, 77.1, 88, 119.1, 185.5, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
16. İddiaçı apellyasiya şikayəti verərək, həm in qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və pandemiya nəticəsində ondan asılı olmayan hallara görə gecikdirilmiş borca görə hesablanmış faizlərin daha aşağı faizlərlə hesablanaraq ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
18. Apellyasiya baxışında təyin edilmiş daşınmaz əmlakın təkrar qiymətləndirilməsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 2023-cü il 8 dekabr tarixli ekspert rəyinə əsasən, Şamaxı şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 156.000 manat məbləğində, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 100.000 manat məbləğində müəyyən edilir.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin 2024-cü il 8 yanvar tarixli 2-2(105)-4/2024 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti rədd, Cavabdeh2 apellyasiya şikayəti isə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, tutmanın yönəldiyi Cavabdeh2 məxsus ipoteka predmeti ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və 281,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 156.000 manat məbləğində müəyyən edilməsi, qətnaməni n qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Z.Məmmədov, hakimlər – L.Rəhimli və F.Məmmədov).
20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin faiz, cərimə borcu, əmlakların likvid qiyməti hissəsində ləğv edilməsi xahiş olunduğunu nəzərə alaraq, məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlamışdır.
21. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin faiz borcu ilə bağlı dəlillərinə münasibətdə bildirmişdir ki, iddiaçı ekspert rəyinə istinad etməklə məhkəmənin gəldiyi nəticənin əsassızlığının nədən ibarət olması barədə dəlillərini əsaslandırmamışdır. Cərimə borcu ilə bağlı isə məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini və əsas borc məbləğindən cərimənin tutulmasına dair mövcud məhkəmə təcrübəsini, Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq hesab etmişdir ki, müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə cavabdehdən 1.500 manat cərimənin tutulması MM-in 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
22. Kollegiya iddiaçının 2022-ci il 20 may tarixinə tələb edilən faiz və cərimə borcunun məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı dəlilinə cavab kimi iş üzrə alınmış 2023cü il 13 mart tarixli ekspert rəyinə istinad etmişdir.
23. İddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetləri satıldıqdan bir ay sonra cavabdehlər və digər şəxslərin həmin ipoteka predmetlərinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin fərdi yaşayış evlərindən çıxarılmaları, həmin fərdi yaşayış evlərinin boşaldılması və Banka təhvil verilməsi” hissələrində təmin olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, tələbin təmin edilməsi üçün yetərli pul vəsaiti olmayan borcludan borcun tutulması qaydası qətnamənin icra mərhələsində həll edilən məsələ olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Həmçinin ipotekaya qoyulmuş mənzil və fərdi yaşayış evi satıldıqdan, münasibətlərə yeni mülkiyyətçi daxil olduqdan sonra, yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi və həmin əşyaların ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçının, yəni ipoteka saxl ayanın belə tələblə məhkəməyə müraciət etmək hüququ yoxdur. Belə olan halda, iddia tələbi cavabdehlərin istifadə hüquqlarının itirilməsi və ipoteka predmetlərinin iddiaçıya təhvil verilməsi hissələrində təmin edilə bilməz.
24. Məhkəmə Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə bildirmişdir ki, 2023-cü il 8 dekabr tarixli ekspert rəyində Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ipoteka predmetləri olan 0,04 ha torpaq sahəsinin və onun üzərində yerləşən 281,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri cəmi 156.000 manat məbləğində, yəni Sumqayıt Kommersiya Məhkəməsinin müəyyən etdiyi ilkin satış qiymətindən 5.000 manat artıq məbləğdə qiymətləndirilmiş, Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən ipoteka predmetləri olan 0,13 ha torpaq sahəsinin və 111,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri isə 100.000 manat məbləğində, yəni birinci instansiya məhkəməsinin müəyyən etdiyi ilkin satış qiymətindən 4.000 manat az məbləğdə qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən, cavabdehin daşınmaz əmlakların likvid dəyəri ilə bağlı dəlilləri qismən əsaslı olduğundan, həmin hissələrdə təmin edilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 296.1, 317.1, 319.1, 319.4, 385.1, 425.1, 427.3, 442, 445.1, 448.1, 448.2, 462.1, 465.2, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 39.1, 39.3.3, 41.2, 59.3-cü, MPM-in 14.1, 14.2, 77.1, 88, 372.6, 372.7, 384.0.3, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
26. Cavabdeh2 kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi ni (2 ekspert rəyi arasında ziddiyyət olmasına baxmayaraq məhkəmə təkrar ekspertiza keçirilməsi barədə qərar qəbul etməmişdir), işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. MM-in 462.2-ci maddəsinin tələbi üzrə - Həmin maddəyə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Cavabdeh öhdəlik götürdüyü tarixdən 2021-ci ilin iyul ayınadək “COVİD-19” pandemiyasına görə bütün fəaliyyət sahələri dayanmışdır. Bu pandemiyanın qarşısı alınması məqsədilə dövlət ciddi qapanmalara getmiş və bu hallar cavabdeh kimi minlərlə sahibkarın iflasına gətirib çıxarmışdır. Lakin məhkəmə MM-in 467-ci maddəsinin tələblərini nəzərə almamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, MM-in 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir.
28. MPM-in 76, 77, 88. 217, 418.1-ci maddələri üzrə - Məhkəmə icraatı zamanı bir neçə dəfə mühasibatlıq və qiymətləndirmə ekspertizası keçirilmiş və fərqli ekspert rəyləri alınmışdır. Lakin məhkəmə iddiaçının xeyrinə olan rəyləri əsas götürərək, cavabdeh tərəfin vəziyyətini xeyli pisləş dirən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının 2023-cü il 13 mart tarixli ekspert rəyi ilə 23-BİZ-1-0-770-19 nömrəli kredit müqaviləsi üzrə 03 oktyabr 2022-ci il tarixinə 112.535,81 manat məbləğində əsas borc və 47.876,43 manat məbləğində faiz borcunun olduğu müəyyən edilmişdir. 2023-cü il tarixli 8 dekabr ekspert rəyindən isə görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Şamaxı şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 156.000 manat məbləğində, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 100.000 manat məbləğində müəyyən edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüqu q
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata k eçirilir....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.4. Açıq hərracdan satışa çıxarılan ipote ka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlə rə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....” 33. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranm ası 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.1. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır.... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” Maddə
41. İpoteka predmetinin satış üsulları... 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir....” “Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar....”
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 2018-ci il 7 sentyabr tarixli Qərarında müəyyən edilmişdir ki: “Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.”
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə
88. Sübutların qiymət ləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün m əhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.... 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.” “Maddə
101. Ekspert rəyi... 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanıl malıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
37. Kassatorun istinad etdiyi iki dəlildən biri onunla əsaslandırılmışdır ki, MM-in 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Cavabdeh öhdəlik götürdüyü tarixdən 2021-ci ilin iyul ayınadək “COVİD-19” pandemiyasına görə bütün fəaliyyət sahələri dayanmışdır. Bu pandemiyanın qarşısı alınması məqsədilə dövlət ciddi qapanmalara getmiş və bu hallar cavabdeh kimi minlərlə sahibkarın iflasına gətirib çıxarmışdır. Lakin məhkəmə MM-in 467-ci maddəsinin tələblərini nəzərə almamışdır.
38. Əvvəla, hazırk ı halda cavabdehin mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsinə görə ümumiyyətlə məsuliyyət daşımaması üçün əsasların mövcudluğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
39. Cavabdeh öz mövqeyini əsaslandırmaq üçün fors-major halı kimi “COVİD-19” pandemiyasına istinad etsə də, həmin hadisə nəticəsində özünün sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün imkanların bütövlükdə (tam şəkildə) aradan qalxdığını təsdiq edən sübutları MPM-in 77.1-ci maddəsinin (bax § 35) tələblərinə uyğun olaraq aşağı məhkəmələrə təqdim etməsi iş materiallarından görünmür.
40. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 2018-ci il 7 sentyabr t arixli Qərarında formalaşdırılmış hüquqi mövqelərdən (bax § 34) aydın olur ki, qarşısıalınmaz qüvvə (fors-major hadisə) müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır.
41. Lakin məlumdur ki, pandemiya zamanı heç də bütün sahibkarlıq fəaliyyəti növlərinin həyata keçirilməsi imkanları tam şəkildə aradan qaldırılmamış, hökumət tərəfindən bəzi fəaliyyət növlərinə müvafiq tələblərə əməl olunması şərtilə yol verilirdi.
42. Yuxarıda qeyd olunduğu kimi isə, cavabdehin bütün işgüzar fəaliyyətinin tam şəkildə qadağan edilməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
43. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi MM-in 462.2-ci maddəsini tətbiq etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
44. Məhkəmənin MM-in 467-ci maddəsinin tələblərini nəzərə almamasına dair dəlilə gəldikdə isə qeyd olunmalıdır ki, həmin dəlil ümumiyyətlə həqiqəti əks etdirmir. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi məhz sözügedən normaya istinad edərək 5.264,45 manat cərimənin tutulmasına dair iddia tələbini qismən (1.500 manat həddində) təmin etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin hissədə aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.
45. Kassasiya şikayətinin digər dəlili isə onunla bağlıdır ki, iş üzrə bir neçə dəfə ekspertiza təyin olunsa da, məhkəmə iddiaçının xeyrinə olan ekspert rəylərini əsas götürmüşdür. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının 2023-cü il 13 mart tarixli ekspert rəyi ilə kredit müqaviləsi üzrə 112.535,81 manat məbləğində əsas borc və 47.876,43 manat məbləğində faiz borcunun olduğu müəyyən edilmişdir. 2023-cü il tarixli 8 dekabr ekspert rəyində isə ipoteka predmetlərinin likvid dəyəri müvafiq olaraq təqribən 156.000 və 100.000 manat məbləğində müəyyən edilmişdir.
46. Əvvəla, mübahisələndirilən qətnamədən görünür ki, cavabdeh eyniməzmunlu dəlili birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində də göstərmiş, məhz cavabdeh tərəfin vəsatəti əsasında apellyasiya icraatında daşınmaz əmlakların təkrar qiymətləndirilməsi təyin edilmiş və həmin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilmiş likvid qiymətlərə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsinə müv afiq hissədə dəyişiklik etmişdir.
47. Cavabdeh isə özünün kassasiya şikayətində yalnız ümumi xarakterli ifadələrlə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
48. O da qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan işdə isə belə hallar mövc ud deyildir.
49. Son məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin əsassızlığına dair dəlilə gəldikdə isə, kassator konkret olaraq hansı səbəblərdən həmin rəylə razı olmadığını, həmçinin ekspert öz hesablamalarında hansı səhv(lər)ə yol verdiyini və müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin sözügedən rəyin qiymətləndirməsi ilə bağlı pozuntularının nədən ibarət olduğunu heç bir tutarlı dəlillə əsaslandıra bilməmişdir.
50. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 35) tələblərinə əməl etmiş, qanunu düzgün tətbi q etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 35) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
51. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 yanvar tarixli 2-2(105)-4/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 yanvar tarixli 2-2(105)-4/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.