Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-287/2019 31.05.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi N.Rəsulbəyova borcun tutulması tələbinə dair iqtisad işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-48/2019 saylı 22 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN E T D İ M: Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)48/2019 saylı 22 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti vermişdirlər. Kassasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayətinin məzmununa dair qanunvericilikdə nəzərdə tutul muş tələblərə əməl olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinin tələbinə əsasən kassasiya şikayətində kassasiya şikayəti verən şəxsin tələbi, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərməlidir. İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 408.1.5-ci maddəsinin tələblərinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, bu kassasiy a şikayətinin qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 408.2-ci maddəsinə görə yuxarıda göstərilən əsasla kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, kassasiya şikayəti icraata qəbul edilə bilməz və mülki iş kassasiya şikayəti ilə birlikdə şikayətin qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407 və 408 -ci maddələrini rəhbər tutaraq Q Ə R A R V E R D İ M: İddiaçı və onun vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)48/2019 saylı 22 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin, kassasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəm
Məhkəmə qərarları › İş №2-2(102)-287/2019
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-287/2019
31.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver