Məhkəmə qərarları › İş №2-2(102)-289/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-289/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-289/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “xxxx” Azərbaycan-X1 Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-289/20 Bakı şəhəri xx xxxxxxxx 2020-ci il 22.09.2020 Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəkili Vəkil2 iştirakları ilə, Cavabdeh ASC-nin (hüquq varisi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ag entliyi) İdarə Heyətinin sədri xxxtərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-cı il tarixli, e-22(103)-43/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “xxxx” Azərbaycan-Türkiyə Müştərək-Müəssisəsi (bundan sonra mətndə iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 216.398 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, qətnamənin çıxarılacağı gün bank uçot dərəcəsini əsas götürərək 216.398 manat pul məbləğindən istifadə etdiyi üçün, minimal bank faizi dərəcəsi ilə illik 7 faiz olmaqla hesablanmış 15.147,86 manat məbləğində faizin və məcburən bankdan götürülmüş kredit məbləği üçün 16 faiz hesabı ilə ödənilmiş 14.33 3 manat məbləğində pul vəsaitinin, cəmi 245.878,86 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2-289 saylı qərardadı ilə Cavabdeh ASC onu hüquq varisi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra mətndə cavabdeh) ilə əvəz edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, tərəflər arasında xx xxxxx 2017-ci il tarixdə bağlanmış müqavilə ilə əlavə 1-12-də göstərilən 1145 ədəd asılan və qoşulan texnikaların satınalınması, icraçının 5.709.336,51 manat (3.060.650 avro) məbləğində qiymət təklifi və ödənilmə üsulu barədə razılığa gəlinmişdir. Hər iki tərəf müqavilə üzrə öhdəlikləri tam hə cmdə icra etmişdir. Bundan sonra, tərəflər arasında müqavilə münasibətləri davam etdirilərək, 1.781.260 manat dəyərində 170 ədəd kənd təsərrüfatı texnikasının satınalınması barədə iddiaçı ilə cavabdeh arasında xx xxxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Mallar cavabdehə təhvil verilsə də, sonuncu cəmi 1.564.862 manat ödəmiş, 216.398 manat məbləğində borcu cavabdeh ödəməmişdir. Borc məbləği müəssisədə böyük maliyyə çətinlikləri yaratdığı üçün, bankdan 200.000 manat illik 16 faizlə kredit xətti açdırmaq məcburiyyətində qalmışdırlar. Hazırkı tarixə gədər 14.333 manat yalnız kredit faizi ödənilmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçı ilə müqavilə əsasında 5.709.336,51 manat məbləğində texniknın satınalınması ilə bağlı razılıq əldə edilmişdir. İddiaçı texn ikanı təhvil vermiş, lakin məzənnə fərqi nəticəsində 216.398,35 manat məbləğində iddiaçıya artıq ödəmə aparmışdır. Həmin dövrdə Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnəyə uyğun olaraq cəmi 5.925.508,35 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. Artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı pretenziya məktubu ilə iddiaçıya müraciət edilmişdir. İddiaçı məktublarında artıq ödənilmiş vəsaiti borc kimi qəbul etsə də, artıq həmin vəsaiti geri qaytarmamışdır. Bunula da, iddiaçı xx xxxxx 2017-ci il tarixli satınalma müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icrta etməmişdir. Cavabdeh tərəfindən artıq ödənilmiş 216.398,35 manat məbləğində vəsait iddiaçının rəsmi xahişi əsasında xx xxxx 2018-ci il tarixli müqavilə üzrə ödənişlər zamanı əvəzləşdirilmişdir. 2 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(82)894/2019 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə iddiaçının ödənilməsini tələb etdiyi borc tərəflərin razılığına əsasən cavabdehin qarşılıqlı tələbi ilə əvəzləşdirildirildiyindən və bununla da cavabdehin öhdəliklərinə xitam verildiyindən, iddiaçı həmin öhdəliyin icrası barədə tələb irəli sürməkdə haqlı olmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, e-2-2(103)-43/2020 saylı qətnaməsi ilə (sədrlik edə n hakim Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 216.398 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə “qətnamənin çıxarılacağı gün bank uçot dərəcəsini əsas götürərək 216.398 manat pul məbləğindən istifadə etdiyi üçün minimal bank faizi dərəcəsi ilə illik 7 faiz olmaqla hesablanmış 15.147,86 manat məbləğində faizin və məcburən bankdan götürülmüş kredit məbləği üçün 16 faiz hesabı ilə ödənilmiş 14.333 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində rədd edilməsi qət edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığ ı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 18/18 saylı “Texnikaların satınalınması barədə” müqavilədən görünür ki, sifarişçi bu müqavilənin tərkib hissəsi olan əlavə 1-2-də göstərilən texniki təsnifata və şərtlərə uyğun 170 ədəd kənd təsərrüfatı texnikasının satınalması barədə bu müqaviləyə 3 nömrəli əlavədə göstərilən malların qiymət cədvəlinə uyğun olaraq icraçının 178126,0 manat məbləğində qiymət təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların komplektləşdirilmiş şəkildə 90 gündən gec olmayaraq bu müqaviləyə 45 nömrəli əlavələrdə göstərilən müddətdə və qaydada sifarişçinin Təchizat bazalarına boşaldıb təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 5.1- ci maddəsinə əsasən icraçı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları bu müqavilədə göstərilən qaydada və ünvanda boşaldıb sifarişçiyə təhvil verməlidir. Sifarişçi təhvil-təslim aktına imza etdikdən sonra mallar qəbul edilmiş sayılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehin İdarə Heyətinin sədr müavini Aydın Əzizova ünvanlanan xx xxxx 2018-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçı 14/17 saylı, xx xxxxx 2017-ci il tarixli müqaviləyə əsasən yaranmış 216.358,35 manat borc vəsaitini xx xxxx 2018-ci il tarixli, 18/18 saylı müqavilədə ödəniş zamanı nəzərə almağı xahiş etmişdir. Ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən xx xxxxx 2018-ci il tarixdə 712.504 manat məbləğində, xx xxxx 2018-ci il tarixdə 91.462 manat məbləğində, xx xxxx 2018-ci il tarixdə 760.896 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Elektron işə əlavə edilmiş iddiaçının xx xxxx 2019-cu il tarixli, MÇ/87 saylı pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən xx xxxx 2018-ci il tarixli, 18/18 saylı müqavilə üzrə 216.358,35 manat məbləğində borcun 44.550 manat hissəsinin iddiaçının digər müqavilə üzrə (1175-GL/17 saylı güzəşt müqaviləsi) olan borcuna çıxılması, qalan 171.848 manat məbləğin müəssisənin bank hesabına köçürülməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi sonuncu müqavilə üzrə yaranmış borcla bağlıdır ki, həmin müqavilə üzrə iddiaçı malları cavabdehə təhvil vermiş, lakin sonuncu iddiaçının hesabına malların dəyəri olan 1.781.260,0 manatdan cəmi 1.564.862 manat ödəmişdir. Mübahisəli məbləğin ödənilməsinə dair cavabdehin öhdəliyinə tələblərin əvəzləşdirilməsi yolu ilə xitam verilməsi ilə bağlı qeyd edilmişdir ki, tərəflər arasında yaranmış münasibət müqavilə münasibətidir. Müqavilə əsasında qiymət müəyyən olunaraq təqdim olunacaq malların malın təqdim olunduğu vaxt mövcud məzənnə bankın müəyyən etdiyi satış məzənnəsinə uyğun həyata keçiriləcəyi razılaşdırılmışdır. Müqavilə ilə müəyyən olunmuş məbləğin məktub əsasında əvəzləşdirilməsi yaxud dəyişdirilməsi Mülki Məcəllənin müddəalarına ziddir. İddia tələbinin faiz borcu ilə bağlı hissəsi isə sübut təqdim edilmədiyi üçün təmin edilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.1.2, 385.1, 389.1, 389.3, 421, 442, 445.2.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, xx xxxxx 2017-ci il tarixli, 14/17 saylı satınalma müqaviləsi üzrə artıq ödənilmiş vəsait iddiaçı tərəfindən borc kimi qəbul edilərək, xx xxxx 2017-ci il tarixli, 18/18 saylı satınalma müqaviləsində ödəniş kimi nəzərə alınmışdır. Buna baxmayaraq, apellyasiya instansiyası sübut kimi qiymətləndirilən sənədlərə düzgün hüquqi qiymət verməyərək ehtimala əsaslanmışdır. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 77.1, 217.1, 217.3, 417.1.4, 418.1-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 2.1-ci bəndinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili prosessual məsələ ilə bağlı mövqeyinin bildirilməsinə münasibətdə həmin məsələnin məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, prosesin digər iştirakçıları məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respubl ikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin: - 418.4.-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətn aməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə; - 418.5-ci maddəsinə əsasən, bu Məcəllənin 418.4.1 - 418.4.3-cü və 418.4.6418.4.9-cu maddələrində nəzərdə tutulmuş halların mövcudluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinin pozulmasına səbəb olan qətnamənin qəbul edilməsi prosessual hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməklə, şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün əsasdır. İddia tələbi iddiaçı və cavabdeh arasında bağlanmış müqavilə öhdəliklərinin icra edilməməsi ilə bağlıdır. İsitnad edilən müqavilədən göründüyü kimi, həmin müqaviləni “İcraçı” qismində “xxxx” Azərbaycan-Türkiyə Müştərək-Müəssisəsinin Baş direktoru Çingiz Məmmədov imzanamışdır. “Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan” göründüyü kimi, xx xxx 2016-cı il tarixinə müəssisənin qanuni təmsilçisi kimi Çingiz Məmmədov qeyd olunmuşdur. Həmin müəssisənin Nizamnaməsinin: - 4.6-cı bəndinə əsasən, müəssisənin fəaliyyətinə cari rəhbərlik müəssisənin icraedici orqanı və qanuni təmsilçilik funksiyasınan malik olan Direktor tərəfindən həyata keçirilir; - 4.7-ci bəndinə əsasən, Direktor mü əssisənin adından vəkalətnaməsiz fəaliyyət göstərir, müəssisənin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərə münasibətdə, o cümlədən məhkəmədə müəssisəni təmsil edir, (...), rəsmi sənədləri imzalayır (...). İddia ərizəsindən göründüyü kimi, həmin iddia “xxxx” Azərbaycan-Türkiyə MüştərəkMüəssisəsinin icraçı direktoru Şakir Qənbərovun adından qaldırılmış, iddianın elektron qaydada imzalamaq səlahiyyəti Vəkil1 etibarnamə əsasında onun tərəfindən verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik ol ubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İfadə edilmiş bu mövqeyi əsas tutmaqla, iddiaçının adından iddia qaldırmış şəxsin belə hüquqa malik olub-olmaması yoxlanılarkən məhkəmə kollegiyası aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin: - 14 9.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; - 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; - 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin vəya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir; - 74.2-ci maddəsinə əsaəsn, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə a ktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir; - 69.3-cü maddəsinə əsasən, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur; - 4.1-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Müddəaların tələbləri belə izah edilir ki, iddia ərizəsi buna səlahiyyəti olan nümayəndə tərəfindən i mzalanmalıdır. Hüquqi şəxs nümayəndəsi vasitəsilə təmsil olunduqda bu barədə etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası və möhürü vurulmaqla təsdiq olunmalıdır. Müvafiq qaydada təşkilatın rəhbərinin səlahiyyətinin də təsdiq olunması müəyyən edilmişdir. İddia ərizəsinin imzalanması səlahiyyəti həmin etibarnamədə xüsusi göstərilməlidir.Bu qaydalara riayət etməklə hüquqi şəxslər məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilərlər. Yuxarıda əks olunanlardan göründüyü kimi, iddiaçı olan hüquqi şəxsin nizamnaməsində qanuni təmsilçilik funksiyasına malik olan şəxs kimi Direktor müəyyən edilmiş və yalnız onun tərəfindən müəssisənin adından vəkalətnaməsiz fəaliyyət göstərməsi, məhkəmədə müəssisəni təmsil etmək və rəsmi sənədləri imzala maq səlahiyyəti verilmişdir. Təqdim olunmuş sənədlərdə müəssisənin qanuni təmsilçisi kimi Çingiz Məmmədov qeyd edilmiş, lakin iddia ərizəsində, etibarnamədə və apellyasiya şikayətində icraçı direktor kimi göstərilmiş Şakir Qənbərovun səlahiyyətləri hər hansı bir qaydada öz təsdiqini tapmamışdır. Beləliklə, iddiaçı müəssisəyə aid işdə olan sənədlər “xxxx” Azərbaycan-X1 adından iddia qaldırmış şəxsin belə hüquqa malik olmaması qənaətini yaradır ki, bu hal öz növbəsində “xxxx” Azərbaycan-X1 işdə iştirak etməyə cəlb edilməmiş şəxs kimi iddia qaldırmaq hüququna dair onun hüquqlarının pozulmasına səbəb olan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Təsvir edilmiş prosessual vəziyyətlə bağlı İnsan Hüquqiları üzrə Avropa Məhkəməsi xx xxxxxx 2008-ci il tarixli “Kolovanqinanın Rusiya Federasi yasına qarşı” işi (76593/01 saylı ərizə) üzrə qərarında bildirmişdir ki, ədalət mühakiməsi hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə sıx bağlı olub, məhkəmə müdafiəsi hüququnun aspektlərindən biridir. Məhkəmə müdafiəsi hüququ mütləq olmayıb, məhdudlaşdırıla bilər. Lakin bu məhdudiyyətin tətbiqi şəxsin ədalət mühakiməsinə hüququnun mahiyyətinə xələl gətirməklə məhdudiyyətə səbəb olmamalıdır. Onlar qanuni məqsədə xidmət etməli, tətbiq edilən vasitə və qüdülən məqsəd arasında proporsionallığın ağlabatan əlaqəsi movcud olmalıdır (20-ci bənd). Məhdudiyyətin məqsədi ilə əlaqədar Avropa Məhkəməsi hesab etmişdir ki, iddia ərizəsinin imzalanması və verilməsi səlahiyyətlərinin etibarnamədə göstərilməsi nümayəndə tərəfindən sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır, ədalət mühakiməsinin layiqincə həyata keçirilməsi marağına cavab vermiş olur (25-ci bənd). İddia ərizəsinin imzalamaq və vermək hüququ öz təbiətinə görə və mümkün nəticələrinə görə iddiadan imtina etmək, iddia tələbini dəyişdirmək və yaxud iddianı etiraf etmək kimi prosessual hərəkətlərlə eynilik təşkil edir (24-cü bənd). Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iddiaçının adından iddia qaldırmış şəxsin buna hüququnun olubolmamasının yoxlanılması üçün yuxarıda əks olunmuş məsələ araşdırılmalı və mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq qiymət verilərək, qərar qəbul edilməlidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayəti qətnamənin ləğv olunması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417,418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh ASC-nin (hüquq varisi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) İdarə Heyətinin sədri xxxtərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-cı il tarixli, e-2-2(103)-43/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Al

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar