Məhkəmə qərarları › İş №2-2(102)-29/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-29/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-29/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 iyul tarixli 2-2(105)-91/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Alıcı Cavabdeh (VÖEN **********) ilə satıcı İddiaçı MMC arasında bağlanmış 2019cu il 5 aprel tarixli *** nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcının dövri sifarişləri əsasında, müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə, müqavilənin Əlavələri olan "Malların təsnifatı və qiymətlərin razılaşdırma rrotokolları” ilə müəyyən edilmiş məişət avadanlıqlarını satır və alıcıya təhvil verir.

2. Həmin müqavilənin 2.1-ci bəndinə görə müqavilə üzrə malların dəyəri, təchiz müddəti və ödəniş şərtləri müqavilənin, ayrılmaz tərkib hissəsi olan "Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolları” ilə müəyyən edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən əgər satıcı bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə avadanlıqların təchizini gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə qiymətinin 1 faizi həcmində alıcıya cərimə ödəməlidir. Lakin bu cərimələrin ümumi məbləği müqavilə qiymətinin 10 faizindən artıq olmamalıdır.

3. Alqı satqı müqaviləsinə aşağıdakı protokollar əlavə edilmişdir: - Alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavə olan 2019-cu il aprel tarixli «Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolu»nda ümumi məbləği 7.271,16 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2019-cu il 12 aprel tarixli 545 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 7.271,16 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfi ndən alıcı Cavabdeh ƏDV daxil olmaqla 7.271,16 manat dəyərində malın verilməsi ilə əlaqədar 2019-cu il 13 aprel tarixli EAAT seriyalı 070007 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 2 nömrəli Əlavə olan 2019-cu il 1 may tarixli «Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolu»nda ümumi məbləği 7.651,12 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2019-cu il 1 may tarixli 640 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 7.651,16 manat olan mallar Cavabdeh təhvil verilm işdir. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 7.651,16 manat dəyərində malın verilməsi ilə əlaqədar 2019-cu il 2 may tarixli EAAT seriyalı 873476 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 3 nömrəli Əlavə olan 2019-cu il 12 iyun tarixli «Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolu»nda ümumi məbləği 7.875,32 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2019-cu il 12 iyun tarixli 930 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 7.875,32 manat olan mal lar Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 7.875,32 manat dəyərində malın verilməsi ilə əlaqədar 2019-cu il 13 iyun tarixli EAAV seriyalı 756319 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 4 nömrəli Əlavə olan 2019-cu il 17 iyul tarixli «Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolu»nda ümumi məbləği 9.806,98 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2019-cu il 17 iyul tarixli 1223 nömrəli qaimə fakturaya əsasən ümumi mə bləği 9.806,98 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 9.806,98 manat dəyərində malın verilməsi ilə əlaqədar 2019-cu il 22 iyul tarixli EAAX seriyalı 470385 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 4/1 nömrəli Əlavə olan 2019-cu il 5 avqust tarixli «Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolu»nda ümumi məbləği 12.423,04 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2019-cu il 5 avqust tarixli 1346 nöm rəli qaimə fakturaya əsasən ümumi məbləği 12.423,04 manat olan mallar Cavabdeh təhvil verilmişdir. 2019-cu il 20 sentyabr tarixli 247 nömrəli qaiməyə əsasən 661,98 manat dəyərində mal Cavabdeh tərəfindən qaytarılmışdır. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 11.761,06 manat dəyərində malın verilməsi ilə əlaqədar 2019-cu il 20 sentyabr tarixli EBAA seriyalı 112859 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 5 nömrəli Əlavə olan 2019-cu il 16 avqust tarixli «Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolu»nda ümumi məbləği 5.275,78 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqda n sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2019-cu il 16 avqust tarixli 1405 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 5.275,78 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 5.275,78 manat dəyərində malın verilməsi ilə əlaqədar 2019-cu il 19 avqust tarixli EAAY seriyalı 680061 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 7 nömrəli Əlavə olan 2019-cu il 3 sentyabr tarixli «Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolu»nda ümumi məbləği 8.814,6 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyə rinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2019-cu il 3 sentyabr tarixli 1531 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 8.814,6 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 8.814,6 manat dəyərində malın verilməsi ilə əlaqədar 2019-cu il 4 sentyabr tarixli EAAZ seriyalı 387817 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 8 nömrəli Əlavə olan 2019-cu il 30 oktyabr tarixli «Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolu»nda ümumi məbləği 19.921,94 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qey d olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2019-cu il 30 oktyabr tarixli 1856 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 19.921,94 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 19.921,94 manat dəyərində malın verilməsi ilə əlaqədar 2019-cu il 31 oktyabr tarixli EBAB seriyalı 896347 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 9 nömrəli Əlavə olan 2019-cu il 22 noyabr tarixli «Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolu»nda ümumi məbləği 6.605,64 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabd eh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2019-cu il 22 noyabr tarixli 1944 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 6.605,64 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 6.605,64 manat dəyərində malın verilməsi ilə əlaqədar 2019-cu il 25 noyabr tarixli EBAC seriyalı 901469 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 10 nömrəli Əlavə olan 2019-cu il 26 dekabr tarixli «Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolu»nda ümumi məbləği 8.339,06 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satı cı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2019-cu il 26 dekabr tarixli 2132 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 8.339,06 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 8.339,06 manat dəyərində malın verilməsi ilə əlaqədar 2019-cu il 26 dekabr tarixli EBAE seriyalı 439588 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 11 nömrəli Əlavə olan 2020-ci il 29 yanvar tarixli «Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolu»nda ümumi məbləği 6.736,62 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2020-ci il 30 yanvar tarixli 91 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 6.736,62 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 6.736,62 manat dəyərində malın verilməsi ilə əlaqədar 2020-ci il 31 yanvar tarixli EBAF seriyalı 731202 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 12 nömrəli Əlavə olan 2020-ci il 29 aprel tarixli «Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolu»nda ümumi məbləği 9.291,32 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2020-ci il 29 aprel tarixli 407 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 9.291,32 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 9.291,32 manat dəyərində malın verilməsi ilə əlaqədar 2020-ci il 8 may tarixli EBAJ seriyalı 674293 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 13 nömrəli Əlavə olan 2020-ci il 13 may tarixli «Malların təsnifatı və qiymətlərin razılaşdırma protok olu»nda ümumi məbləği 2.044,94 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2020-ci il 13 may tarixli 484 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 2.044,94 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 2.044,94 manat dəyərində malın verilməsi ilə əlaqədar 2020-ci il 15 may tarixli EBAJ seriyalı 948959 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 14 nömrəli Əlavə olan 2020-ci il 8 iyun tarixli «Malların təsnifatı və qiymə tlərin razılaşdırma protokolu»nda ümumi məbləği 7.055,22 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2020-ci il 8 iyun tarixli 698 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 7.055,22 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 7.055,22 manat dəyərində malın verilməsi ilə əlaqədar 2020-ci il 9 iyun tarixli EBAK seriyalı 924259 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 15 nömrəli Əlavə olan 2020-ci il 2 iyul tarixli «M alların təsnifatı və qiymətlərin razılaşdırma protokolu»nda ümumi məbləği 13.165,26 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2020-ci il 2 iyul tarixli 913 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 13.165,26 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 13.165,26 manat dəyərində malın verilməsi ilə əlaqədar 2020-ci il 3 iyul tarixli EBAL seriyalı 920932 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 16 nömrəli Əlavə ol an 2020-ci il 10 iyul tarixli «Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolu»nda ümumi məbləği 21.008,72 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2020-ci il 10 iyul tarixli 966 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 21.008,72 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 21.008,72 manat dəyərində malın verilməsi ilə əlaqədar 2020-ci il 14 iyul tarixli EBAM seriyalı 359266 nömrəli elektron qaimə təqdim olunmuşdur. - Alqı-satqı müqaviləsinə 17 nömrəli Əlavə olan 2020-ci il 6 avqust tarixli «Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolu»nda ümumi məbləği 12.241,32 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 2020-ci il 6 avqust tarixli 1059 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 12.241,32 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 12.241,32 manat dəyərində malın verilməsi ilə əlaqədar 2020-ci il 6 avqust tarixli EBAN seriyalı 344092 nömrəli elektron qa imə təqdim olunmuşdur. 4. "xxxx" ASC-nin 2022-ci il 22 sentyabr tarixli məktubuna əsasən Cavabdeh tərəfindən "xxxx" ASC-də mövcud olan bank hesabı vasitəsilə 2019-cu il 13 mart tarixindən 2022-ci il 24 avqust tarixinə qədər İddiaçı MMC-yə 109.402,60 manat həcmində vəsait ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 55.463,46 manat məbləğində əsas borcun, 5.546,35 manat məbləğində cərimənin, 400 manat məbləğində mediasiya xərcinin, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manatın tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslan dırılmışdır ki, 2019-cu il 5 aprel tarixində tərəflər arasında *** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən satıcı iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdehə dövri sifarişlər əsasında müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə, müqavilənin əlavələri olan “Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolları” ilə müəyyən edilmiş məişət avadanlıqlarını satır və alıcıya təhvil verir. Həmin müqavilənin şərtlərinə uyğun olaraq 2019-cu il 13 aprel tarixdən 2020-ci il 6 avqust tarixədək iddiaçı tərəfindən cavabdehə malların təsnifatı və qiymətlərin razılaşma protokolları (bax §3) əsasında 165.528 manat məbləğində məişət texnikası satılaraq təhvil verilmişdir. Beləliklə, cavabdeh iddiaçıdan 2019-cu il 13 mart tarixdən 2020-ci il 6 avqus t tarixədək 165.528 manat məbləğində məişət texnikası almışdır. Lakin cavabdeh satılmış məişət texnikası üçün iddiaçıya yalnız 110.064,58 manat ödəmiş, qalan 55.463 manat pulu ödəməkdən boyun qaçırmışdır. Bununla əlaqədar, iddiaçı cavabdehə 2020-ci il 29 dekabr tarixdə xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda satılmış məişət texnikası üçün ən qısa müddətdə qalan 55.463,46 manat məbləğində pulun qaytarılması xahiş edilmişdir. Bir müddətdən sonra cavabdeh iddiaçının ünvanına ərizə göndərərək bildirmişdir ki, iddiaçı onun adına VÖEN açaraq fərdi sahibkar kimi qeydiyyatdan keçmiş, sonra onun adına vergi sənədləri, kodlar, ASAN imza nömrəsi və onunla bağlı bütün məlumatlar, həmçinin kassa və pul məbləğləri, mallar iddiaçının istifadəsində və sərəncamında qalmışdır. Beləliklə, cavabdeh iddiaçı ilə arasında olan müqavilənin şərtlərini pozaraq, alınmış məişət texnikası üçün borcun bir hissəsinin qaytarılmasından imtina edir. Müqavilənin 4.3-cü bəndinə əsasən, əgər alıcı müqavilə ilə müəyyən edilmiş müddətlərdə avadanlıqların dəyərinin ödənilməsini gecikdirərsə, hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 1 faizi həcmində satıcıya cərimə ödəməlidir. Lakin bu cərimənin ümumi məbləği müqavilə qiymətinin 10 faizindən artıq olmamalıdır. Beləliklə, borcun əsas məbləği 55.463,46 manat, cərimənin məbləği isə 5.546,35 təşkil edir. 7. 2022-ci il 2 noyabr tarixində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə verərək, tərəflər arasında bağlanmış 2019-cu il 5 aprel tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə edilmiş 2020-ci il 13 may tarixli 13 nömrəli, 2020-ci il 8 iyun tarixli 14 nömrəli, 2020-ci il 2 iyul tarixli 15 nömrəli, 2020-ci il 10 iyul tarixli 16 nömrəli və 2020-ci il 6 avqust tarixli 17 nömrəli əlavələrə əsasən tərtib edilmiş elektron qaimələr əsasında cavabdehə təhvil verilmiş malların dəyəri olan 55.543,78 manat pul vəsaiti, həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə 5.000 manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərci və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqı olmaqla, ümumilikdə 61.243,78 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 442, 448.1, 449.1, 462.1 və 598.3 -cü maddələrinə istinad etmişdir.

9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.

10. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 25 aprel tarixli e-2-2(119)-85/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir (hakim X.Tağıyev).

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 14 iyun tarixli 4/742 nömrəli ekspert rəyinə əsasən, kommersiya işinin müqaviləyə 2019cu il 1 may tarixli 2 nömrəli Əlavə olan malların təsnifatı və qiymətlərin razılaşma protokolunda “Alıcı:” qrafasından aşağıda yerləşən “Fiziki şəxs” qrafasındakı imza, 2019cu il 1 may tarixli 640 nömrəli qaimə fakturada “/Cavabdeh/” yazısının yuxarı hissəsində yerləşən "Təhvil aldı:” qrafasındakı imza, 2019-cu il 30 oktyabr tarixli 1856 nömrəli qaimə fakturada /Cavabdeh/” yazısının yuxarı hissəsində yerləşən "Təhvil aldı:” qrafasındakı imza, müqaviləyə 2019-cu il 30 oktyabr tarixli müqaviləyə 8 nömrəli əlavə olan malların təsnifatı və qiymətlərin razılaşma protokolunun 1-ci vərəqinin sağ hissəsindəki imza, 2-ci vərəqində “Alıcı:” qrafasından aşağıda yerləşən “Fiziki şəxş” qrafasındakı imza-cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.

12. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 2 noyabr tarixli e-2-2(119)-85/2022 saylı qərardadı iş üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir (hakim H.Alıyeva).

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023cü il 7 fevral tarixli 4/1730 nömrəli ekspert rəyinə əsasən, 2019-cu il 5 aprel tarixli *** saylı “Alqı-satqı müqaviləsi”nin sonunda “Alıcı” qrafasındakı imza, müqaviləyə 1 nömrəli əlavə olunan 2019-cu il 12 aprel tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 3 nömrəli əlavə olunan 2019-cu il 12 iyun tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 4 nömrəli əlavə olunan 2019-cu il 17 iyul tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 4/1 nömrəli əlavə olunan 2019-cu il 5 avqust tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 5 nömrəli əlavə olunan 2019-cu il 16 avqust tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 7 nömrəli əlavə olunan 2019-cu il 3 sentyabr tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 9 nömrəli əlavə olunan 2019-cu il 22 noyabr tarixli malların təsnifatı və qiymə tlərin razılaşma protokolunda, 10 nömrəli əlavə olunan 2019-cu il 26 dekabr tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 11 nömrəli əlavə olunan 2020-ci il 29 yanvar tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda,12 nömrəli əlavə olunan 2020-ci il 29 aprel tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 13 nömrəli əlavə olunan 2020-ci il 13 may tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 14 nömrəli əlavə olunan 2020-ci il 8 iyun tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 15 nömrəli əlavə olunan 2020-ci il 2 iyul tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 16 nömrəli əlavə olunan 2020-ci il 10 iyul tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda,17 nöm rəli əlavə olunan 2020-ci il 6 avqust tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda “Alıcı: Cavabdeh” qrafalarındakı imzalar, 2019-cu il 12 aprel tarixli 545 nömrəli qaimə fakturada, 2019-cu il 12 iyun tarixli 930 nömrəli qaimə fakturada, 2019-cu il 17 iyul tarixli 1223 nömrəli qaimə fakturada, 2019-cu il 5 avqust tarixli 1346 nömrəli qaimə fakturada, 2019-cu il 16 avqust tarixli 1405 nömrəli qaimə fakturada, 2019-cu il 3 sentyabr tarixli 1531 nömrəli qaimə fakturada, 2019-cu il 22 noyabr tarixli 1944 nömrəli qaimə fakturada, 2019-cu il 22 noyabr tarixli 2132 nömrəli qaimə fakturada, 2020-ci il 30 yanvar tarixli 91 nömrəli qaimə fakturada, 2020-ci il 29 aprel tarixli 407 nömrəli qaimə fakturada, 2020-ci il 13 may tarixli 484 nömrəli qaimə fakturada, 2020-ci il 8 iyun tar ixli 698 nömrəli qaimə fakturada, 2020-ci il 2 iyul tarixli 913 nömrəli qaimə fakturada, 2020-ci il 10 iyul tarixli 966 nömrəli qaimə fakturada, 2020-ci il 6 avqust tarixli 1059 nömrəli qaimə fakturada “Təhvil aldı:” qrafalarındakı imzalar cavabdeh tərəfindən icra olunmuşdur.

14. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahdağ Ticarət Mərkəzində satıcı işləmiş X2 və sürücü işləmiş X1 ifadələrində Cavabdeh Şahdağ Ticarət Mərkəzində satıcı kimi işlədiklərini bildirmişlər.

15. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 3 mart tarixli e-2-2(119)-6/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 27.890,4 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 300 manat məbləğində xidmət haqqı və 400 manat məblə ğində mediasiya xərci olmaqla,cəmi 29.090,4 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim H.Alıyeva).

16. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 2019-cu il 5 aprel tarixli *** nömrəli alqı-satqı müqaviləsi bağlanmış və ümumilikdə 164.866,06 manat dəyərində müvafiq mallarında cavabdehə təhvil verilməsi barədə müqaviləyə 17 əlavə olan malların təsnifatı və qiymətlərin razılaşdırma protokolları və müvafiq qaimə fakturalar tərtib edilmişdir. "xxxx" ASC-nin 2022-ci il 22 sentyabr tarixli məktuba və həmin məktuba əlavə olunmuş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən "xxxx" ASC-də mövcud olan bank hesabı vasitəsilə 2019-cu il 13 mart tarixindən 2022-ci il 24 avqust tarixinə qədər iddiaçıya cəmi 109.402,60 manat həcmində vəsait ödənilmişdir.

17. Bundan əlavə 2022-ci il 14 iyun tarixli 4/742 nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, 7.651,12 manat dəyərində malın verilməsi barədə sözügedən müqaviləyə 2 nömrəli əlavə olan 2019-cu il 1 may tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolu və həmin tarixli 640 nömrəli qaimə faktura, eyni zamanda 19.921,94 manat dəyərində malın verilməsi barədə 8 nömrəli əlavə olan 2019-cu il 30 oktyabr tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolu və həmin tarixli 1856 nömrəli qaimə faktura cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Buna görə məhkəmə belə qənaətə gəlmişdir ki, həmin sənədlər 27.573,06 manat məbləğində malın cavabdehə təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi nəzərə alına bilməz. Cavabdehin aldığı mallara görə iddiaçıya ödəmədiyi vəsait 27.890,4 (164.866,06 manat-109.402,60 manat27.573,06 = 27.890,4 manat) manat təşkil edir.

18. Məhkəmə MM-nin 462.1, 465.2 və 467-ci maddələrinə istinadla qeyd etmişdir ki, iddianın cavabdehdən “5000 manat manat məbləğində cərimə tutulması” tələbinə aid hissə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimənin məbləği azaldılaraq, cavabdehdən 500 (beş yüz) manat məbləğində cərimə tutulmalıdır.

19. Məhkəmə gəldiyi nəticəni həmçinin MM-in 385.1, 425.1, 427.3, 442, 567, 600.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 88, 119.1, 119.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışd ır.

20. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində, qətnamənin dəyişdirilməsi və iddia tələblərinin bütünlüklə təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.

21. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən-iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 iyul tarixli 2-2(105)-91/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 3 mart tarixli e-2-2(119)-6/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışd ır (sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər A.Süleymanova və F.Məmmədov).

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış 05 aprel 2019-cu il tarixli, *** nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı ümumilikdə 61.243,78 manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ona istinad etmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, alınmış məişət texnikası üçün borcun bir hissəsinin qaytarılmasından imtina edir. Birinci instansiya məhkəməsi cavabdehin aldığı mallara görə iddiaçıya ödəmədiyi vəsaitin 27890,4 (164,866,06 manat-109402,60 manat27573,06=27.890,4 manat) manat təşkil etdiyini müəyyən etmişdir.

24. Həmin qətnamədən hər iki tərəfin verdiyi apellyasiya şikayəti üzrə, məhkəmə ilk öncə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qiymətləndirmə apararaq göstərmişdir ki, cavabdeh ona istinad edir ki, ümumiyyətlə onun adından əməliyyatlar aparılmasından məlumatlı olmamışdır, Cavabdeh məxsus Asan imza həmişə Orxan Xucamovda olmuş və Asan imza ilə bütün elektron əməliyyatları təsdiq etmişdir.

25. Məhkəmə bu dəlilləri əsassız hesab edərək qeyd etmişdir ki, alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında 05 aprel 2019-cu il tarixli *** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, Cavabdeh özü də qeyd etdiyi kimi, elektron imzası olmuş və bildirmişdir ki, həmin imzadan Orxan Xucamov istifadə etmişdir. Bu onu təsdiq edir ki, cavabdeh özü yol vermişdir ki, həmin imzadan istifadə olunsun, cavabdehə məxsus elektron imza davamlı olaraq ondan başqa ki mdəsə səhvən və ya təsadüfdən ola bilməzdi. Cavabdehin həmin əməliyyatlardan məlumatlı olmaması barədə dəlili həm də o səbəbdən əsassızdır ki, işin materiallarında cavabdeh tərəfindən imzalanmış çoxsaylı qaimə fakturalar, qiymətlərin razılaşma protokolları və 05 aprel 2019-cu il tarixli, *** nömrəli alqı-satqı müqaviləsi mövcuddur.

26. Bundan başqa, işin materiallarının 30-cu səhifəsində cavabdehin İddiaçı MMC-nin direktoruna ünvanlanmış izahatı mövcuddur. İzahat aşağıdakı məzmunda olmuşdur: “Yazıb sizə bildirirəm ki, mən Cavabdeh İddiaçı MMC-nin Şahdağ TM-nin radiotexnika şöbəsində satıcı vəzifəsində işləmişəm. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi cavabdeh olduğum şöbənin aşağıda siyahı şəklində göstərilən malları satıb kassadan kənar şəxsən TM-nin rəhbərliyinin xəbə ri olmadan gizli şəkildə mənimsəmişəm.. Yuxarıda yazdıqlarım və malların adlı siyahısının məbləği 8036 öz imzamla təsdiq edirəm.”

27. Məhkəmə qeyd etmişdir ki, müvafiq sənəd qüsurla, yazı səhvləri ilə tərtib olunsa da, sənədin məzmunu ilə cavabdehin iddiaçıya borcu olmasını etiraf etməsi birmənalı görünür.

28. Bundan başqa, cavabdehin İddiaçı MMC-nin direktoruna ünvanlanmış ərizəsində cavabdeh göstərmişdir ki, onun adından VÖEN açılmış, sahibkar kimi qeydiyyatdan keçirilmiş, adından özünün məlumatsız olduğu əməliyyatlar aparılmışdır. Bu səbəbdən aidiyyəti orqanlara müraciət ediləcəkdir.

29. Məhkəmə cavabdehin bu dəlillərini inandırıcı və məntiqli hesab etməmişdir. Belə ki, cavabdehin vergi əməliyyatları barədə məlumatların məhkəməyə təqdim olunması üçün xx.xx.2019-cu il tarixdən xx.xx.20 21-ci il tarixədək Cavabdeh tərəfindən təsdiq edilmiş onlayn alış aktları, həmin tarixlər üzrə cavabdehə məxsus idxal və ixrac yük gömrük bəyannamələri, ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, gəlir vergisi bəyannaməsi barədə məlumatlar, xx.xx.2019xx.xx.2022-ci il tarixlərdə şəxsi hesab vərəqindən çıxarış məlumatlarının 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur. 30. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə Cavabdeh şəxsi hesab vərəqəsindən çıxarış və ödənilmiş vergilər, MDSS, İTS haqları barədə məlumatlar təqdim olunmuşdur. Şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh tərəfindən göstərilən dövr üzrə sadələşdirilmiş vergi ödəyicisi kimi, məcburi dövlə t sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödənişlər edilmiş, vergi orqanına ödənilməmiş borcu qalmamışdır.

31. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından görünür ki, cavabdeh ilk öncə ümumiyyətlə onun adından saxta əməliyyatlar aparıldığını, heç bir imzadan xəbəri olmadığını bildirmiş, daha sonra isə sahibkar kimi fəaliyyət göstərəcəyi barədə iddiaçının rəhbərliyinin onu məlumatlandırdığını qeyd etmişdir. Protokollardan o da görünür ki, cavabdeh ziddiyyətli ifadələr vermiş, bir tərəfdən heç nədən xəbəri olmadığını, adından qanunsuz, saxta əməliyyatlar aparıldığını bildirmiş, digər tərəfdən isə özünün adına VÖEN, Asan imza olduğunu təsdiqləmişdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehin adına bankda hesab açıldığı, özünün bank vasitəsilə ödənişlər etdiy i məlum olmuşdur. İddiaçının rəhbərliyinə ünvanlanmış etirafedici izahatla bağlı isəcavabdeh həmin sənədi gah hədə qorxu təsiri altında, gah da həmin sənədin əhəmiyyətsiz olduğunu iddiaçı MMC-nin rəhbər işçiləri ona bildirdikdən sonra yazdığını bildirmişdir.

32. Beləliklə iki illik müddət ərzində cavabdehin davamlı sənədlərə imza etməsi, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olması, adına bank hesabı açılması, bankda şəxsən ödənişlər etməsi, adına olan elektron imzadan xəbərdar olması apellyasiya şikayətinin dəlillərinin əsassızlığına dəlalət edir.

33. Cavabdeh tərəfindən məhkəmə mübahisəsi gedən dövr ərzində onun adına olan sənədlərin saxtalaşdırıldığı, özünün xəbəri olmadan ona məxsus elektron imzadan qanunsuz istifadə olunması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etm əsi də müəyyən olunmur.

34. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin dəlillər də əsassızdır. Belə ki, məhkəməyə təqdim olunmuş 14 iyun 2022-ci il tarixli 4/742 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, 7651,12 manat dəyərində malın verilməsi barədə sözügedən müqaviləyə 2 nömrəli əlavə olan 01 may 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolu və həmin tarixli 640 nömrəli qaimə faktura, eyni zamanda 19921,94 manat dəyərində malın verilməsi barədə 8 nömrəli əlavə olan 30 oktyabr 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolu və həmin tarixli 1856 nömrəli qaimə faktura Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Bu səbəbdən həmin sənədlər 27573,06 manat məbləğində malın cavabdehə təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi nəzərə alına bilməz. İddiaçı tərəfindən tələbin həmin hissədə əsaslılığı ilə bağlı heç bir sübut təqdim olunmamışdır.

35. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün MPM-nin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydı n və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür.

37. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 329, 385.1, 389, 425.1, 427.2, 442, 567, 600.1, 600.4-cü maddələrinə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 1 və 27.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin iddiaçı tərəfindən veril miş apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

39. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin qismən-iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

40. MM-in 600-cü maddəsinin tələbi pozulmuşdur-belə ki məhkəmə tərəfindən vergi orqanına verilmiş sorğu zamanı cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddianın təmin edilməmiş hissəsi üzrə alınmış malların satılması barədə vergi orqanına bəyannamə təqdim edildiyi eləcə də həmin malların ca vabdeh tərəfindən satıldığı və əldə edilmiş gəlirdən sadələşdirmiş verginin ödənildiyi məlum olmuşdur. Nəticə etibarı ilə cavabdeh özü tərəfindən iddianın təmin edilməmiş hissəsi üzrə malların təhvil-təslim sənədləri imzalanmasa da, həmin malların cavabdeh tərəfindən e-qaimələr əsasında qəbul edildiyi, satılması barədə vergi orqanına bəyannamə təqdim edildiyi və həmin malların satılmasından əldə edilmiş gəlirə görə vergi ödənilməsi apellyasiya instansiyasında nəzərə alınmamış nəticədə norma düzgün tətbiq edilməmişdir.

41. MPM-in 88, 217, 385-ci maddələrinin tələbləri pozulmuşdur-məhkəmə tərəfindən qərar qəbul edilərkən cavabdeh özü tərəfindən iddianın təmin edilməmiş hissəsi üzrə malların təhvil-təslim sənədləri imzalanmasa da həmin malların cavabdeh tərəfindən eqaimələr əsasında qəbul edi ldiyi, satılması barədə vergi orqanına bəyannamə təqdim edildiyi və həmin malların satılmasından əldə edilmiş gəlirə görə vergi ödənilməsi barədə təsdiq edilmiş sübutlara obyektiv yanaşmadan, hərtərəfli və tam tədqiq etmədən qiymət verilmişdir. Bundan başqa, işin hallarına, apellyasiya instansiya məhkəməsi özünün əldə etdiyi sübutlara düzgün hüquqi qiymət verməmişdır. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

42. MM-in 567, 600.1, 600.4-cü maddələrinin tələbləri pozulmuşdur-həmin normaların məzmunundan görünür ki, normalar alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyir. Tərəflər isə faktiki olaraq, işçi və işəgötürən kimi əmək münasibətlərində olmuşlar. Cavabdeh iddiaçının tabeliyində olan, ondan aylıq maaş alan işçi olmasına baxmayaraq, onun adından böyük maddi əməliyyatlar icra edilmiş, müxtəlif vaxtlarda mahiyyətini bilmədiyi bəzi sənədlərə ona imza atdırılmışdır. Tərəflər arasında faktiki olaraq alqı-satqı müqaviləsindən irəli gələn heç bir öhdəlik hüquq münasibətləri yaranmamışdır. X4, İsmayıl Şixəliyev cavabdehin faktiki olaraq satıcı olmasını, bütün idarəetmənin iddiaçının əlində olmasını, cavabdehin adına olan vergi sənədlərinin, kodların, asan imza nömrəsinin və onunla bağlı bütün məlumatların, həmçinin kassa və pul məbləğlərinin, malların həmişə iddiaçının əməkdaşlarının istifadəsində və sərəncamında olmasını, sonuncu dəfə kassa aparatı, hesabat və maliyyə sənədləri, eyni zamanda malların, texnikanın iddiaçının səlahiyyətli nümayəndələri tərəfindən iddiaçıya məxsus digər “Atlant” adlı ticarət mərkəzinə aparılmasını təsdiq etm işlər. Borcların qarşılıqlı üzləşməsi ilə bağlı aktdan görünür ki, iddiaçının mühasibi Rəhim Cəfərov adlı şəxslə Şahdağ TM-in mühasibi Xucamov Orxan adlı şəxslər borcların qarşılıqlı üzləşməsi ilə bağlı akt tərtib edirlər. Məhkəməyə təqdim edilmiş 2020-ci il 9 fevral tarixli aktda qeyd edilmişdir ki, Şahdağ TM-in direktoru M.Paşayev, baş mühasibi O.Xucamov, satış meneceri V.Valehov, baş xəzinədar G.Nuriyeva Radiotexnika şöbəsinin satıcısı cavabdehdir (özləri qeyd edirlər ki, cavabdeh satıcıdır). 43. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun 2022-ci il 20 aprel tarixli Qərarının hüquqi mövqeyinə uyğun qətnamə qəbul olunmamışdır. Hazırkı tərəflərin faktiki qarşılıqlı münasibətlərinə və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsuluna düzgün qiymət verilməmiş, iddia tələbi işdəki digər sübutlarla əlaqəli şəkildə düzgün araşdırılmamışdır. Qeyd olunmalıdır ki, iş materiallarında cavabdehin faktiki olaraq işçi kimi iddiaçı MMC-də işləməsi barədə kifayət qədər sübut vardır. Bütün sənədlərdə onun satıcı olaraq göstərilməsi bunu bir daha təsdiq edir. İddiaçının mühasibi Rəhim Cəfərov, Şahdağ TM-nin mühasibi Orxan Xucamov, Şahdağ TM-nin direktoru Mübariz Paşayev, satış meneceri Valeh Valehov daima yoxlama, inventarizasiya, təftiş aparmışlar. Əgər cavabdeh iddiaçı tərəfin qələmə verdiyi kimi həqiqətən fərdi sahibkar idisə, nəy ə görə adları yuxarıda qeyd edilən şəxslər onu daima yoxlamış, təftiş aparmış, bütün sənədlərdə onun adı “Satıcı olaraq qeyd edilmişdir. Cavabdehə məxsus asan imza isə həmişə iddiaçının əməkdaşı Orxan Xucamovda olmuş və asan imza ilə bütün elektron əməliyyatları təsdiq etmişdir. Məhkəmənin istinad etdiyi §26-da göstərilən həmin izahat məhkəməyə cavabdeh tərəfindən təqdim edilmişdir. Həmin sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilərkən məqsəd Şahdağ TM-nin iddiaçıya məxsusluğunu, cavabdehin isə iddiaçının Şahdağ TM-in radiotexnika şöbəsində satıcı vəzifəsində işlədiyini göstərmək olmuşdur. İzahatın məzmunundan da iddiaçının direktoruna ünvanlandığı açıq aydın görünür. Bu səbəbdən cavabdeh tərəfindən təqdim edilmiş həmin izahata cavabdehin iddiaçıya borcu olmasını etiraf etməsi kimi hü quqi qiymət verilməsi düzgün deyildir.

44. MPM-in 62.1, 76.2, 88, 175.1, 186.2, 217.3 və 217.4-cü maddələrinin tələbləri pozulmuşdur-qeyd edilən prosessual hüquq normasının tələbinə əsaslanaraq, şahidlərin məhkəmə prosesinə dəvət edilməsinə baxmayaraq gəlmədikləri üçün 110 manat cərimə edilməsi, ikinci dəfə gəlmədikdə isə məcburi qaydada gətirilməsinin təmin edilməsi cavabdeh tərəfindən xahiş edilsə də, vəsatəti təmin edilməmişdir. Bütün yoxlama-təftiş sənədlərində iddiaçının mühasibi Rəhim Cəfərovun, Şahdağ TM-in mühasibi Orxan Xucamovun, Şahdağ TM-nin direktoru Mübariz Paşayevin, satış meneceri Valeh Valehovun adlarının keçməsinə baxmayaraq, həmin şəxslər məhkəməyə şahid kimi cəlb edilməmiş, mübahisənin düzgün həlli məqsədi ilə işin ədalətli həlli baxımından önəmli olmasına baxmayaraq, i şin halları barədə məlumatı olan həmin şəxslərin ifadələri alınmamışdır. İş üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılması üçün adları yuxarıda qeyd edilən şahidlərin məhkəmə prosesinə dəvət edilərək şahid qismində ifadə vermələri barədə vəsatət təmin edilsə də, həmin şahidlər dəfələrlə məhkəmə iclasına dəvət olunsalar da, məhkəməyə gələrək ifadə verməkdən yayınmışlar. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

46. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxl anılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredito run isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur....” “Maddə

442. Öhdəliyin icra edi lməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

49. Azərbaycan Respublikası “Elektron imza və elektron sənəd haqqında” Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Əsas anlayışlar 1.1 Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir:... 1.1.4.Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər;... 1.1.6.Elektron imza sahibi (bundan sonra - imza sahibi) - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət ver miş şəxs adından çıxış edən fiziki şəxs;... 1.1.20.Elektron sənədi göndərən (bundan sonra - Göndərən) - elektron sənəd dövriyyəsi vasitəsi istisna olmaqla, özü tərəfindən və ya adından elektron sənəd göndərilən fiziki və ya hüquqi şəxs;...” “Maddə

27. Elektron sənədin göndərilməsi və alınması 27.1. Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir....”

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qə tnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 52. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanu nun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

53. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair dəlillərini əsaslandıraraq ona istinad etmişdir ki, cav abdeh iddianın təmin edilməmiş hissəsi üzrə malların təhvil-təslim sənədlərini imzalanmasa da, həmin malların cavabdeh tərəfindən e-qaimələr əsasında qəbul edildiyi, satılması barədə vergi orqanına bəyannamə təqdim edildiyi və həmin malların satılmasından əldə edilmiş gəlirə görə vergi ödənilməsi nəzərə alınmamışdır.

54. Məhkəmə kollegiyası həmin dəlilləri apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, 2019-cu il 5 aprel tarixli alqı-satqı müqaviləsinin 1 və 2-ci bəndlərinin tələbinə əsasən tərəflər malların alıcıya təhvil verilməsini şərtləşmişlər. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə malların dəyəri, təchiz müddəti və ödəniş şərtləri müqavilənin, ayrılmaz tərkib hissəsi olan "Malların t əsnifatı və qiymətlərin razılaşdırma protokolları” ilə müəyyən edilir.

55. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, 27.573,06 manat məbləğində malın cavabdehə təhvil verilməsi ilə bağlı iddiaçının təqdim etdiyi müqaviləyə 2 nömrəli əlavə olan 2019-cu il 1 may tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolu, həmin tarixli 640 nömrəli qaimə faktura, eyni zamanda malın verilməsi barədə 8 nömrəli əlavə olan 2019-cu il 30 oktyabr tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolu, həmin tarixli 1856 nömrəli qaimə faktura cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Buna görə də həmin sənədlər məhkəmələr tərəfindən qeyd olunan dəyərdə malın cavabdehə təhvil verildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilməmişdir.

56. Məhkəmə koll egiyası hesab edir ki, məhkəmələrin qiymətləndirməsi həm müqavilənin istinad olunan bəndlərinin şərtlərinə, həm də MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

57. Mübahisəli məbləğdə malların elektron qaimə ilə təhvil verilməsinə gəldikdə, nəzərə alınmalıdır ki, elektron qaimə-faktura elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir.

58. İlkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübuti əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli «HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kolleg iyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Qərarında göstərilmişdir ki, «... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir».

59. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hazırki iddianın əsaslı olan hi ssəsində mallar yalnız elektron qaimə fakturalarla təqdim olunmamış, həm də cavabdeh tərəfindən imzalanmaqla, sonuncuya təqdim olunmuşdur.

60. Göründüyü kimi, tərəflər arasında 2019-cu il 5 aprel tarixli müqavilənin «malların dəyəri və ödəniş şərtləri»ni müəyyən edən 2-ci bəndinə müvafiq olaraq, qarşılıqlı münasibətlərdə yaranmış işgüzar praktika da ondan ibarət olmuşdur ki, müqavilə üzrə mallar müvafiq qaydada alıcıya təhvil verilməlidir. Lakin iddianın təmin olunmayan hissəsində belə təhvil-təslimin olmadığı müəyyən edilmişdir.

61. Cavabdehin vergi orqanına təqdim etdiyi vergi bəyannamələri ilə bağlı qeyd edilməlidir ki, müvafiq vergi bəyannaməsi yalnız iddiaçıdan alınmış mallar üzrə deyil, ümumiyyətlə fərdi sahibkar olan cavabdehin vergi tutma obyekti olan əməliyyatları üzrə tərtib edil diyindən, məhkəmə kollegiyası hesab edir ki, həmin vergi bəyannamələri məhkəmə tərəfindən qiymətləndirilərkən hər hansı maddi və prosessual hüquq normalarının pozulması halına yol verilməmişdir.

62. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 81-ci maddəsi).

63. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla, həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmışdır. Məhkəmə kollegiyası həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq hazırkı qərarın 29-32-ci bəndlərində verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının t ətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır, həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə zərurət görmür.

64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.

65. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 iyul tarix li, 2-2(105)-91/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.F.Qəribov A.Ə.Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar