Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-291/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDAD (məhkəmə aidiyyəti barədə) iş № 2-2(102)-291/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il 27.08.2020 Açar sözlər: məhkəmə aidiyyətinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İsmayıl Xəlilov və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Könül Həbibovanın iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsini n xx xxxxxx 2020-ci il tarixli, 2-2(117)-311/2020 saylı qərardadı əsasında məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış ünvan 1 ünvanında yerləşən, sahəsi 220.6 kv.m təşkil edən, 80 saylı idman malları mağazası və 261.2 kv.m torpaq sahəsinin alqı-satqısına dair xx xxxx 2018-ci il tarixli, 3931 saylı müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 3450 manat məbləğində vəsaitin sat ıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-i il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ünvan 1 ünvanında yerləşən, sahəsi 220.6 kv.m təşkil edən 80 saylı idman malları mağazası və 261.2 kv.m torpaq sahəsi tərəflər arasında bağlanılmış xx xxxx 2018-ci il tarixli, 3931 saylı alqı-satqı müqaviləsinə əsasən 17.500 manata cavabdehə satılmışdır. Cavabdeh müqavilə ilə müəyyən edilmiş satış qiymətindən 3450 manat ödəmiş, 14.050 manat məbləğin ödənilməsini isə müqavilə ilə müəyyən edilmiş müddətdə həyata keçirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən, onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və dövlət mülkiyyətində qalmışdır. Bu səbəbdən, həmin əmlakın cavabdehin faktiki sahibliyində qalması qanunsuzdur. Şəki Rayon Məhkəməsinin 2(075)-950/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim Elçin Mehdiyev) mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, mülki işə kommersiya məhkəməsində baxılmalıdır. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(117)-311/2020 saylı qərardadı ilə (hakim Rüfət Məcidov) mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh fərdi sahibkar statusu olan fiziki şəxs olsa belə, tərəflər arasında yaranmış mübahisə hüquq münasibətlərinin xarakterinə görə mülki mübahisə olmuşdur. Gəldiyi nəticəni məhkəmə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37, Azərbaycan Respublikası MPM-nin 24.1, 24.2, 31.1, 32.3, 32.7-ci maddələri ilə əsaslandırmışdır. Hüquqi məsələlər İş materiallarını araşdıraraq mülki, kommersiya və inzibati kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən mülki iş mahiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. “ Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxx 2019-cu il tarixli 604 saylı Fərmanında sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulmuşdur (3.1 bənd). “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun: - 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak i stifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.(Oxşar anlayış Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13 və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.37-ci maddələrində də verilmişdir.) - 10.2-ci maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 1-ci maddəsinin “Qeyd”inə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisəl ər başa düşülür; - 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; - 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; - 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; - 26.2.-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti i lə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sadalanmış normaların məzmunundan müəyyən olunur ki, kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. Bu mübahisələr həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Beləliklə, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır. Birinci amil üzrə qeyd olunmal ıdır ki, cavabdehin 11 saylı Ərazi Vergilər Baş İdarəsində uçota alınmış vergi ödəyicisi olan fiziki şəxs olması iş materialları ilə öz təsdiqini tapmış, onun fəaliyyət növü isə “bitkilərin çoxaldılması (əkilməsi)” kimi qeyd olunmuşdur. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə gəldikdə isə, məhkəmə kollegiyası aşağıdakıların bildiilməsini zəruri hesab edir. Məsələyə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq mübahisə predmeti anlayışı açıqlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, mübahisənin predmeti iddianın predmeti ilə eyniləşdirilə bilməz. Mübahisənin predmeti nisbətən daha geniş anlayışdır. Belə ki, işin məhkəmə baxışı zamanı cavab deh tərəfindən qarşılıqlı iddia irəli sürülə bilər, həmin iddianın da predmeti Mülki Prosessual Məcəllənin 220.3 və 264.0.3-cü maddələrinin məzmununa uyğun olaraq, məhkəmə qərardadları və qətnamələrində mübahisə predmetinin tərkib hissəsi kimi göstərilməlidir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı, əsas iddia ərizəsində göstərilməsindən, yaxud sonradan işə baxılması əsnasında meydana gəlməsindən asılı olmayaraq, işin ədalətli həlli üçün əhəmiyyət kəsb edən bir sıra mübahisəli məsələlərin həllinə yol verilir. Bu baxımdan mübahisənin predmeti dedikdə, yalnız əsas iddianın deyil, eyni zamanda qarşılıqlı iddianın və üçüncü şəxsin iddiasının predmeti, habelə tərəflərdən heç birinin qaldırmadığı, lakin məhkəmə tərəfindən müstəqil olaraq, maddi və prosessual hüquq normalarının tələbləri və m övcud məhkəmə təcrübəsi nəzərə alınmaqla həll edilən məsələlər də başa düşülməlidir. Bu mövqeyi rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, mübahisəli müqavilənin cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, əşya hüququ ilə bağlı olduğu mübahisənin predmetinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadığı anlamını yaratmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında əşya hüququna verilmiş təfsirinə görə, mülki hüququn ən mühüm sahələrindən biri olan əşya hüququ maddi nemətlərin fiziki və hüquqi şəxslərə, dövlət və bələdiyyəyə məxsusluğu ilə bağlı yaranan münasibətləri tənzimləyən hüquq normalarının məcmusundan ibarət olmaqla, özündə mülkiyyət, sahiblik və məhdud əşya hüquq institutlarını birləşdirir.... Yəni əşyanın mülkiyyətçisi, qanuni sahibi və ya məhdud əşya hüququnun sahibi hər kəsdən həmin əşyaya dair hüquqlarını pozmamağı tələb etmək səlahiyyətinə malikdir. Göstərilən hüquqi əsasları nəzərə almaqla məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin predmetinə əşyanın mülkiyyətçisi, qanuni sahibi və ya məhdud əşya hüququnun sahibinin həmin əşyaya dair hüquqlarını pozmamağı tələbi aid ola bilər ki, həmin tələbin əşya hüququ olduğu əsası ilə sahibkarlıq fəaliyyətinə aid olmadığı nəticəsinə gəlmək mümkün deyildir. Baxılan məsələyə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti hüquq münasibətlərinin xarakteri ilə əlaqəli şəkildə təhlil olunmaqla, mübahisənin məhkəmə aidiyyatı müəyyən olunmalıdır. İddia tələbinin əsaslandığı hallardan göründüyü kimi, qeyri-yaşayış sahəsinin alqıs atqısı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-i il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. «Azərbayca n Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı»nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli Fərmanının preambulasında göstərilmişdir ki, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək, iqtisadiyyatda aparılan struktur islahatlarını, sahibkarlığın inkişafını və sağlam rəqabət mühitinin formalaşdırılmasını sürətləndirmək, iqtisadiyyata investisiyalar cəlb etmək yolu ilə onun səmərəliliyinin artırılmasına nail olmaq məqsədi ilə qəbul edilmişdir. Həmin Proqramın: - 1.1-ci maddəsinə əsasən, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dö vlət Komitəsidir (bundan sonra — Əmlak Məsələləri Dövlət Komitəsi); - 4.4.1-ci maddəsinə əsasən, dövlət əmlakının hərraclar vasitəsi ilə satışı özəlləşdirilən əmlakın onun barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada pul müqabilində özgəninkiləşdirilməsidir. Göstərilmiş müddəaların tələbləri baxılan məsələyə münasibətdə onu ehtiva edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin anlamında adi şəraitdə bağlanan müqavilə deyildir, çünki həmin müqavilə dövlət əmlakının özələşdirilməsi məqsədilə bağlanmış, sonuncu məsələnin mənası isə sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması və digər məqsədl ərə nail olmaqdan ibarətdir. Gösətilmiş münasibətlərdə iddiaçı dövlətə məxsus əmlakı alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilməsində səlahiyyətli şəxsdir, yəni əşyanın mülkiyyətçisi qismində çıxış edir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri dövlət əmlakının özələşdirilməsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə ilə bağlanmış müqavilənin ləğvi ilə bağlı olduğundan, mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu ha llarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25, 26, 31 və 32.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi və daşınmaz əmlakın geri qaytarılması” tələbinə dair mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-291/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-291/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver