Məhkəmə qərarları › İş №2-2(102)-291/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-291/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-291/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı x1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, muzd tələbi, real zərər, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı x1 Cavabdeh qarşı “podrat müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair ilk iddia və Cavabdeh x1 qarşı “maddi zərər və əldən çıxmış faydanın tutulması” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-76/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X2” MMC ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 10 mart tarixli 010-S saylı soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti “X2” MMC-nin (sifarişçi) sifarişi əsasında Cavabdeh (icraçı) tərəfindən Qax rayonu Əlibəyli kəndi ərazisində 30 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir.

2. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 90 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razıl aşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1.000 manat, müqavilənin ümumi dəyəri 90.000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir.

3. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri, ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.

4. Müqavilənin icrası ilə əlaqədar 2022-ci il 17 mart tarixli ödəniş tapşırığı ilə 13.500 manat, 2022-ci il 7 aprel tarixli ödəniş ta pşırığı ilə 4.500 manat və 2022-ci il 28 iyul tarixli ödəniş tapşırığı ilə 6.000 manat olmaqla ümumilikdə 24.000 manat məbləğində avans, 2022-ci il 4 may tarixli elektron qaimə ilə 22.146 manat, 2022-ci il 6 iyun tarixli elektron qaimə ilə 16.587,38 manat, 2022-ci il 10 iyul tarixli elektron qaimə ilə 863,75 manat və 2022-ci il 17 avqust tarixli elektron qaimələrlə 345,50 manat və 140 manat dəyərində toxum, gübrə, dərman vasitələri Cavabdeh təhvil verilmişdir.

5. Cavabdeh 2022-ci il 5 sentyabr tarixli elektron qaimə ilə 950 manat dəyərində soya toxumunu geri qaytarmış, 2022-ci il 14 dekabr tarixli elektron qaimə ilə 7.488,34 manat dəyərində soya paxlası məhsulunu “X2” MMC-yə təhvil vermişdir. 6. “X2” MMC-nin adı dəyişdirilərək x1 olmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhk əməsindəki icraat

7. «x1” (bundan sonra - “iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək soya paxlası istehsalı və alqı-satqısı barədə 2022ci il 10 mart tarixli 010-S saylı müqaviləyə əsasən 55.644,21 manat qalıq borc məbləğinin və 400 manat mediasiya xərcinin əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki halları ilə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, 24.000 manat avans qismində həyata keçirilən ödəniş də daxil olmaqla cavabdehə ümumilikdə 63.132,55 manat məbləğində vəsait ödənilməsinə baxmayaraq sonuncu tərəfindən cəmi 7.488,34 manat dəyərində məhsul təhvil verilməklə müqavilə ilə üzərinə düşən öhdəliklər icra edilməmişdir. Bununla da cavabdeh müqavilə öhdəliyini tam yerinə yetirmədiyindən onun ödənilməmiş 55.644,21 manat qalıq borcu qalmışdır.

9. Cavabdeh iddiaçıya qarşı 2023-cü il 11 iyul tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək soya məhsulunun istehsalı zamanı çəkilmiş xərclər üçün 14.220 manat maddi zərər və 46.701 manat əldən çıxmış fayda olmaqla cəmi 60.921 manat məbləğində pulun və 272,76 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 30 ha torpaq sahəsinin 10 ha hissəsindən məhsul əldə etmişdir. Geri qalan 20 ha torpaq sahəsində bitiş olmamışdır. Bu barədə iddiaçının nümayəndələrinə telefon vasitəsilə məlumat verilmiş, iddiaçının əməkdaşları bununla bağlı akt tər tib ediləcəyini bildirsələr də, heç bir akt tərtib edilməmişdir. Eyni zamanda məhsulun yetişdirilməsi üçün avans puldan əlavə özü 14.220 manat xərc çəkmişdir. Lakin iddiaçı tərəfindən məhsulun alınması gecikdirildiyi və 20 ha torpaq sahəsində məhsul bitmədiyi üçün ona 14.220 manat maddi zərər və müqaviləyə 2 nömrəli əlavəyə əsasən 46.701 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 60.921 manat zərər dəymişdir.

11. Bundan əlavə iddiaçı sentyabr-oktyabr aylarında məhsulun tam yetişmədiyini bildirərək məhsulun vaxtında biçilməsi üçün razılıq verməmişdir. Bu səbəbdən 2022-ci il 17 oktyabr tarixində o, və digər fermerlər tərəfindən məhsulun yetişib-yetişməməsi ilə bağlı Qax rayon DAİM-nə müraciət etmişlər. 2022-ci il 26 oktyabr tarixində mərkəzin bitkiçilik sektorunun müdiri və Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi və X1 rayon mərkəzinin rəisinin iştirakı ilə sahələrə baxış keçirilmiş və məhsulun yetişməsi barədə rəy verilmişdir. Bu barədə sifarişçiyə məlumat versələr də, təxminən 1 ay sonra məhsul biçilərək təhvil alınmışdır. Bununla da sifarişçi şirkət məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olmuş və nəticədə məhsulun çox az hissəsini təhvil alaraq ona qeyd olunan məbləğlərdə ziyan vurmuşdur.

12. Birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmə hazırlıq iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, 24.000 manat məbləğində avans, 39.132 manat dəyərində isə toxum və gübrə almışdır. Bu vəsaitlərlə əkin və qulluq işləri görmüşdür. Məhsulu yetişdirdikdən sonra biçmək üçün iddiaçıya müraciət etmiş, lakin onlar məhsulu biçmədikləri üçün məhsul yararsız hala düşmüşdür.

13. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 2 avqust tarixli e-2-2(117)-684/2023 nömrəli qətnaməsi ilə ilk iddia tələbi təmin edilərək 55.644,21 manat borc və 400 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənilməmiş 256,93 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, cavabdehin qarşılıqlı iddiasının rədd edilməsi, cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 272,76 manat dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir (hakim R.Məcidov).

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınm ış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh tərəfindən təhvil verilmiş məhsulun dəyəri, avans verilən borc və satılmış gübrə, toxumun dəyərini tam ödənmədiyindən, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.

15. İlkin iddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında bağlanmış 10 mart 2022-ci il tarixli 010-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Qax rayonu Əlibəyli kəndi ərazisində 30 ha sahədə soya paxlası əki nlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 90 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 90000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlə r və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.

16. Müqavilənin icrası ilə əlaqədar 16 mart 2022-ci il tarixli ödəniş tapşırığı ilə 13.500 manat, 05 aprel 2022-ci il tarixli ödəniş tapşırığı ilə 4.500 manat və 22 iyun 2022-ci il tarixli ödəniş tapşırığı ilə 6.000 manat olmaqla ümumilikdə 24.000 manat məbləğində avans, 04 may 2022-ci il tarixli elektron qaimə ilə 22.146 manat, 06 iyun 2022-ci il tarixli elektron qaimə ilə 16.587,38 manat, 10 iyul 2022-ci il tarixli elektron qaimə ilə 863,75 manat və 17 avqust 2022-ci il tarixli elektron qaimə ilə 345,50 manat və 140 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilm işdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini qismən yerinə yetirməməklə borcunu tam ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır.

17. Elektron qaimə fakturalara münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, işin materiallarındakı sənədlərlə, yəni malların təhvil qəbul aktları, habelə cavabdehin 2 0 iyul 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə mal (toxum, gübrə, dərman) təhvil verilmişdir.

18. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, cavabdeh məhsulun yetişdirilməsi üçün 14.220 manat xərc çəkdiyini bildirsə də ümmiyyətlə sonuncu tərəfindən xərc çəkilməsi və çəkilmiş xərcin də məhz həmin məbləğdə olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, həmçinin 30 ha torpaq sahəsinin 20 ha hissəsində məhsulun yetişməməsinin məhz cəmiyyətin təqsiri ucbatından baş verməsini sübut edə bilməmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752. 1 və 752.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 78.1 və 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-76/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənmər uzəçi hakim E.Hüseynov, hakimlər G.Cavadova və V.Məlikov).

22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin “cavabdehin müqavilə üzrə üzərinə düşənləri icra etməsi və məhsulun vaxtında yetişməməsi, iddiaçının təqsirindən məhsulun yığılmasının gecikdirilməsi, yetişmiş məhsulun sahədə qalaraq xarab olması və yığılmış məhsulun isə iddiaçının almaqdan imtina etməsi səbəbli verilmiş toxum, gübrə və avans məbləğini geri ödəyə bilməməsi” ilə bağlı dəililinə münasibətdə qeyd etmişdir ki, cavabdeh həmin halları təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.

23. Eyni zamanda apellyasiya şikayətinin “iddiaçının məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı dü şməsinə səbəb olması və buna görə də məhsulu təhvil almaqdan imtina etməsi” dəlillərini təsdiq edən sübutlar işə baxan məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilədə məhsulun məhz iddiaçı tərəfindən biçilməsi ilə bağlı onun üzərinə öhdəlik qoyulmamış, sadəcə olaraq müqavilədə 3 nömrəli əlavədə məhsulun biçini ilə bağlı qiymət göstərilmiş və cavabdeh də həmin qiymətlə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən zərurət yarandığı halda cavabdehin müraciəti əsasında dəyəri ödənilmək şərtilə sifarişçi olan iddiaçı məhsulun biçinini həyata keçirə bilər. Cavabdeh (icraçı) yalnız məhsulun sifarişçi cəmiyyət tərəfindən vaxtında biçilməməsinə və təhvil alınmamasına istinad edir ki, həmin dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, icraçı Cavabdeh tərəfindən sifarişçi cəmiyyətə məhsulun biçini ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

24. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş rəyə münasibətdə onu qeyd etmişdir ki, əvvəla Qax rayon DAİMnin bitkiçilik sektorunun müdiri və Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi və X1 rayon mərkəzinin rəisinin həmin rəyi müvafiq olaraq işlədikləri müəssisənin adından tərtib və təsdiq etmək səlahiyyətləri olsaydı, bu zaman qanunvericiliyin tələbinə uyğun şəkildə həmin vəzifəli şəxslərin imzaları müvafiq olaraq işlədikləri idarənin möhürləri ilə təsdiq edilməliydi. Lakin hazırki rəy möhürlərlə təsdiq edilməyərək yalnız həmin şəxslərin vəzifəli şəxs qismində deyil, adi vətəndaşlar k imi imzaları ilə təsdiq edilmişdir. Bundan başqa əgər həmin rəy qanunvericiliyin tələbinə uyğun tərtib edilmiş və məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş olsaydı belə, rəylə yalnız məhsulun artıq yetişməsi müəyyən edilmişdir ki, icraçının məhsul yetişdikdən sonrakı hərəkətləriməhsulun biçilməsi və təhvil verilməsi üçün sifarişçi cəmiyyətə müraciət edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı saymışdır.

25. Apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinin tələblərinə əməl etməməsi ilə bağlı olmuşdur. Həmin dəlilə münasibətdə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilənin həmin bəndində göstərilmişdir ki, sifari şçi əkinlərin sığorta haqqını ödəyir. Müqavilənin qeyd olunan bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı və iddiaçı isə onun dəyərini ödəməlidir.

26. İşin materiallarında iddiaçı tərəfindən yerində monitorinq keçirilməsi barədə hesabatlar və fotoşəkillər olduğundan məhkəmə apellyasiya şikayətinin sifarişçi tərəfindən məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməməsi barədə dəlili ilə də razılaşmamışdır.

27. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin işə apellyasiya qaydasında baxılarkən verdiyi, sifarişçinin icraçıya təqdim etdiyi toxumun keyfiyyətinin müəyyən edilməsi və sertifikatı (mənşəyi) barədə mütəxəssis rəyinin alınması, eyni zamanda toxumun məhsuldarlığı, toxumun böyüməsinin (inkişaf etməsinin) icraçının bitkiyə (toxuma) düzgün qulluq etməməsindən, yoxsa toxumun keyfiyyətundən, torpaq sahəsinin mineral tərkibindən, o cümlədən iqlim şəraitindən asılı olub olmamasının müəyyən edilməsi üçün məhkəmə bioloji ekspertizasının keçirilməsi barədə vəsatətinə münasibət bildirərək qeyd etmişdir ki, soya paxlası bitkisi birillik bitkidir. İşin materiallarından da göründüyü kimi tərəflərlər arasında mübahisə 2022-ci ildə yaranmışdır. Yəni, soya paxlası məhsulu 2022-ci ildə əkilib becərildiyindən vəsatətdə qoyulmuş sualların cavablandırılmasının mümkün olmayacağı əvvəlcədən bəllidir. Eyni zamanda i şin materiallarına iddiaçı tərəfindən cavabdehə əkmək üçün verdiyi soya toxumunun sertifikatı (mənşə məlumatları) əlavə edilmişdir. Həmin sertifikatda toxumun laborator müayinəsinin nəticələri öz əksini tapmışdır.

28. Həmin sertifikatdan (mənşə məlumatları) görünür ki, iddiaçı tərəfindən cavabdehə əkmək üçün yüksək keyfiyyətli toxum verilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, bitişin zəif olması toxumun keyfiyyəti ilə deyil, lazımi qaydada aqrokimyəvi və aqrotexniki xidmətin olmaması ilə bağlı olmuşdur.

29. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş fakt lardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 21.1, 21.2, 385.1, 386.1, 442, 445.2.1, 448.1, 448.2, 752.1 və 752.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli qərarına; MPM-in 14.2, 77.1, 78.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

31. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. MM-in 5.3, 16.1, 448.2 və 556.2-ci maddələrinin tələbləri pozulmuşdur-məhkəmə müqavil ə üzrə tərəflərin öz hüquq və vəzifələrini vicdanla həyata keçirib keçirmədiyini araşdırmamış, tərəflər arasında bağlanmış “soya paxlası istehsalı və alqı-satqısı” barədə müqaviləni düzgün təfsir etməmişdir. Əslində müqavilə təfsir edilərkən tərəflər arasında bağlanmış müqavilə üzrə tərəflərin öhdəliklərin icrasının mahiyyətinə baxmaq lazımdır. Məhkəmə iş üzrə tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsini podrat müqaviləsi kimi təfsir etməkdə haqlı olmamışdır. İş üzrə müqavilə münasibətlərinə görə, tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsində öhdəliyin icrasının mahiyyətinə (yəni soya məhsulunun istehsalına) daha çox xidmət müqaviləsi sayılan tapşırıq müqaviləsi uyğun gəldiyindən həmin müqavilə haqqında normalar tətbiq olunmalı idi. Podrat müqavilə sində öhdəliyin icrasının mahiyyətinə görə, podratçı konkret nəticənin əldə olunmasına təminat verir. Lakin tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsində cavabdehin öhdəliyi soya məhsulunun istehsalı olmaqla əkinçilik nəticəsində kənd təsərrüfatı məhsullarının əldə edilməsində isə icraçı tərəfindən təminat verilə bilməz. Nəticədə soya məhsulu torpaqdan əldə olunan məhsuldur və o, hər hansı üsulla hazırlanmır.

33. Müqavilənin 5.2-ci bəndində məhsul istehsalını bu Müqaviləyə 3 saylı Əlavədə öz əksini tapmış müddətlərə və ardıcıllığa uyğun olaraq icra etmək icraçının vəzifəsi kimi qeyd olunmuşdur. Müqaviləyə 3 saylı Əlavəyə görə, məhsulun yığımı, yəni biçimi yalnız dəndə nəmliyin miqdarı 13-14% olduqda mümkündür. Bu da onu göstərmişdir ki, dəndə nəmliyin miqdarını icraçı deyil, yalnız sifarişçinin nümayəndəsi baxış keçirdikdən və dəndəki nəmliyin miqdarı yoxlandıqdan sonra biçilməlidir. Lakin sifarişçi tərəfindən texniki şərtlər pozulduğuna görə məhsul biçimi gecikmişdir. Apellyasiya məhkəməsi iddia ərizəsində tələb edilən borc məbləğinin iddiaçıya ödənilməməsində cavabdehin təqsirli olub-olmadığını araşdırmadan əsassız olaraq cavabdehin iddiaçı qarşısında borclu olması qənaətinə gələrək apellyasiya şikayətini təmin etməmişdir. Halbuki, tərəflər arasında bağlanmış 2022-ci il 10 mart tarixli 010-S nömrəli müqavilənin müddəti 2022-ci il 1 oktyabr tarixində başa çatmasına və həmin Müqavilənin 4.1 və 6.6-cı bəndlərinə əsasən sifarişçi (iddiaçı) məhsulu icraçıdan (cavabdeh) biçildikdən sonra əkin sahəsində yerində təhvil almalı olmasına baxmayaraq, sifarişçi mə hsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olmuş və nəticədə məhsulu təhvil almaqdan imtina etmişdir.

34. Müqavilənin pozulmasında və borcun yaranmasında cavabdehin təqsiri olmamışdır. Əksinə həmin Müqavilənin şərtləri sifarişçi tərəfindən pozulduğu üçün cavabdehə soya məhsulunun istehsalı zamanı əlavə çəkilmiş xərclər üçün 14.220 manat maddi zərər və 46.701 manat əldən çıxmış fayda olmaqla cəmi 60.921 manat məbləğlərdə maddi zərər vurmuşdur. Bundan başqa müqavilənin 6.5-ci bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Sifarişçi müqavilənin bəndlərinə riayət etməmiş, yəni məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməmiş, hər hansı nöqsan olduğu halda bu barədə cavabd ehə heç bir xəbərdarlıq edilməmişdir. Buradan isə görünür ki, iddiaçı müqavilənin bəndlərinin pozulmasında maraqlı olmuşdur.

35. MPM-in 9, 14.1, 66, 76, 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdurapellyasiya instansiyası məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsində iddiaçı verdiyi izahatında 24.000 manat məbləğində avans, 39.132 manat dəyərində isə toxum və gübrə aldığını, bu vəsaitlərlə əkin və qulluq işləri gördüyünü, məhsulu yetişdirdikdən sonra biçmək üçün iddiaçıya müraciət etdiyini, lakin iddiaçı məhsulu vaxtında təhvil almadığı üçün məhsulun yararsız hala düşdüyünü bildirsə də, məhkəmə cavadehin izahatında göstərdiyi xüsusatları araşdırmadan bir hazırlıq iclası keçirməklə tələsik bir qətnamə qəbul etmişdir. Eyni zamanda, apellyasiya məhkəməsinə sübutların əldə edilməsi və müvafiq mütəxəssis, o cümlədən ekspert rəyinin alınması ilə bağlı vəsatətlərlə müraciət olunsa da, məhkəmə heç bir əsaslandırma aparmadan vəsatətləri təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını t ələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilm əməsi. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayars a, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....” “Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.....”

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli qərarının müvafiq müddəala rında aşağıdakılar nəzərdə tutulur:...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidi.

41. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərə flərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 43. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfində n qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

44. Cavabdeh kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair bu qərarın 32-ci bəndində qeyd olunan dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab e dir ki, MM-nin podrat müqaviləsinin anlayışını müəyyən edən 752-ci maddəsinin məzmunundan (məzmunu üçün bax bu qərarın 39-cu bəndi) əkinçilik məhsullarının hazırlanmasının (istehsalının) podrat müqaviləsinin predmeti ola bilməyəcəyi istisna edilməmişdir.

45. Cavabdehin istinad etdiyi xidmət müqaviləsinə gəldikdə, həmin növ müqavilə münasibətlərini tənzimləyən normalar MM-də nəzərdə tutulmadığından, qanunun analogiyası qaydasında, MM-nin həmin münasibətlərə mahiyyəti üzrə daha yaxın olan tapşırıq müqaviləsinə dair müddəaları tətbiq edilir. Belə ki, podrat müqaviləsindən fərqli olaraq, istər xidmət, istərsə də tapşırıq müqavilələrinin predmetini hər hansı maddiləşmiş konkret nəticənin əldə olunması deyil, müəyyən işin görülməsinin özü təşkil edir. Yəni, xidmət və tapşırıq müqavilələrinin icr asında sifarişçi üçün əhəmiyyətli olan əsas məqam iş prosesinin özüdür. Bu baxımdan tapşırıq müqaviləsinin anlayışını müəyyən edən MM-in 777.1-ci maddəsində (mətni üçün bax bu qərarın 39-cu bəndi) “konkret nəticə əldə olunmasına təminat vermədən” ifadəsi işlədilmişdir.

46. Baxılan iş üzrə isə, hər iki tərəf-həm sifarişçi (iddiaçı), həm də icraçı (cavabdeh) bilavasitə soya məhsulunun əldə olunmasında maraqlıdır. Belə ki, müqavilə şərtlərinə əsasən sifarişçinin (iddiaçının) iqtisadi marağı keyfiyyətli soya məhsulunu əldə etmək, icraçının (cavabdehin) marağı isə məhsulun yetirdirilməsi üçün iddiaçı tərəfindən verilmiş vəsaitin qaytarılmasından sonra alqı-satqı qaydalarına əsasən daha çox məhsul satmaqdan ibarətdir.

47. Qeyd olunmalıdır ki, MM-in 752-ci məzmunundan aydın olur ki, podrat müqavi ləsinə uyğun olaraq əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Baxılan işdə, podratın predmetini məhz əvəz edilən əşyanın-soya məhsulunun yetişdirilməsi təşkil etmişdir. Lakin gözlənilən nəticə alınmadığından, alqı-satqı qaydalarının tətbiqinə əsas olmamışdır.

48. Məhkəmə kollegiyası göstərilənlərə əsasən cavabdehin kassasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmır və hesab edir ki, tərəflər arasındakı müqavilə münasibətlərinin xarakterinə işə baxan məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilmişdir.

49. Kollegiya cavabdehin kassasiya şikayətinin bu qərarın 33-34-cü bəndlərində qeyd edilən, apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquq i qiymətləndirmə ilə razılaşır (bax yuxarıda bu qərarın 22-24-cü bəndləri) və hesab edir ki, gəlinən nəticə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, işin müəyən edilmiş faktiki hallarına tətbiq edilən maddi hüquq normalarının tələblərinə, eləcə də MPMnin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmə tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir

50. Cavabdeh kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh tərəfindən verilmiş vəsatətə həm ayrıca akt şəklində qərardadda (i.v 170-172), həm də qətnamədə hüquqi q iymət verilmiş, MPM-in 97.1-ci maddəsinin (bax bu qərarın 26-27-ci bəndləri) tələblərinə əməl edilmişdir.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

52. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-76/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar