Məhkəmə qərarları › İş №2-2(102)-294/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-294/2020

16.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-294/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-in cavabdehlər ləğv prosesində olan”Cavabdeh1” ASC-ə və 13 saylı Dövlət Notariat Kontoruna qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və ipoteka qeydlərinin ləğv edilməsi” barədə iddiası, müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkilova Briliant Əhməd qızının cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-ə və 13 saylı Dövlət Notariat Kontoruna qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və ipoteka qeydlərinin ləğv edilməsi” barədə iddiası, müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkilov İsa Teymur oğlunun cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-ə, Cavabdeh3, 13 saylı Dövlət Notariat Ko ntoruna və X3 qarşı “ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab olunması və ipoteka qeydlərinin ləğv edilməsi” tələblərinə dair iş üzrə QƏRAR Açar sözlər: Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı MMC-in vəkili Vəkil1, Cavabdeh1 ASC-in vəkili Vəkil4 iştirakı ilə, İddiaçı MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkilov İsa Teymur oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Koll egiyasının 2020-ci il 10 iyun tarixli 22(103)-105/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən xx xxxxxx 2016-cı il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC xx xxxxxx 2004-cü ildə qeydiyyata alınmış, VÖEN **********1 nömrəsi verilmiş və qanuni təmsilçi X4 qeyd olunmuşdur. 2. xx xxxx 2016-cı il tarixdə Cavabdeh1 ASC ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında 03/7 nömrəli kredit müqaviləsi bağlanmışdır.

3. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc verən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-ə xammal və avadanlığın alınması məqsədilə borc alana 12.900.000 manat məbləğində kredit verməsini öhdəsinə götürmüşdür.

4. İpoteka saxlayan Cavabde h1 ASC, ipoteka qoyan İddiaçı MMC və borc alan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli ipoteka müqaviləsinin notarial təsdiq olunmuş surətindən görünür ki, ipoteka predmeti olan İddiaçı MMC-ə xüsusi mülkiyyət hüquqi ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X17 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsi xx xxxx 2016-cı il tarixli, 03/7 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər.

5. Müqavilənin 3-cü bəndinə əsasən ipoteka ilə yüklü olunmuş əmlakın ümumi dəyəri 18.500.000 manat məbləğində qiymətləndirilmişdir.

6. Həmin müqaviləni Cavabdeh1 ASC-in adından X14, İddiaçı MMC-in adından Vəkilov İsa Teymur oğlunun əvəzinə Bakı şəhəri 29 saylı dövlət notariat kontorunda 23.08.201-ci il tarixdə verilmiş 9237 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh3 və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-in adından Demir Barış müqavilənin şərtləri və vəzifələri ilə tanış olduqdan sonra imzaları ilə təsdiq etmişlər.

7. Müqavilə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun dövlət notariusu X10 tərəfindən təsdiq olunmuş və 3M-244 saylı reyestr nömrəsi ilə qeyd edilmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Səbail rayonu, X17 küçəsi 7 ünvanında yerl əşən xüsusi mülkiyyətli, 7 mərtəbədən ibarət, ümumi sahəsi 9461,3 kv.metr qeyri-yaşayış binası tam payla İddiaçı MMC-ə məxsusdur, bu barədə 2012-ci il 5 oktyabr tarixində daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 4283 nömrəli vərəqində qeydiyyata alınmışdır. 9. 2016-cı il 05 iyul tarixli ipoteka saxlayan Cavabdeh1 ASC, ipoteka qoyan İddiaçı MMC və borc alan “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan İddiaçı MMC-ə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X17 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1157,9 kv.m (üçüncü mərtəbə və 6-ci mərtəbə restoran) hissəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2012-ci il 5 oktyabr tarixli Çıxarışı, seriya RX № 0062447, reyestr № **********25-06301, qeydiyyat №**********) 2016-cı il 14 iyun tarixli kredit müqaviləsinə əsasən 2.500.000 manat və 2016-cı il 02 iyul tarixli kredit müqaviləsinə əsasən 6.000.000 manat məbləğində verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən olunmuş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər.

10. Müqavilənin 3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın ümumi dəyəri 12.500.000 manat məbləğində qiymətləndirilmişdir.

11. Həmin müqaviləni Cavabdeh1 ASC-in adından X14, İddiaçı MMC-in adından Vəkilov İsa Teymur oğlunun əvəzinə Bakı şəhəri 29 saylı dövlət notariat kontorunda 2011-ci il 23 avqust tarixində verilmiş 9237 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh3 və “xxxxxxxxxxxxxx” MMC-in adından X12 müqavilənin şərtləri və vəzifələri ilə tanış olduqdan sonra imzaları ilə təsdiq etmişlər.

12. Müqavilə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun dövlət notariusu X10 tərəfindən təsdiq olunmuş və 3M-245 saylı reyestr nömrəsi ilə qeyd edilmişdir.

13. Ləğv prosesində olan Cavabdeh1 ASC-in ləğvedicisi X1 tərəfindən “X7 və İnşaat” MMC-ə, Tağıyev Məmmədhəsən Böyükağa oğluna və İddiaçı MMC-in təsisçisi Vəkilov İsa Teymur oğluna ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli **********627 saylı və ləğv prosesində olan Cavabdeh1 ASC-in ləğvedicisi X1 tərəfindən “xxxxxxxxxxxxxx” MMC-ə, “xxxxxxxxxxxxxx” MMC-in direktoru X11 və İddiaçı MMC-in təsisçisi Vəkilov İsa Teymur oğlu na xx xxxxxx 2018ci il tarixli **********626 saylı xəbərdarlıq məktubları əlavə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı MMC cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-ə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinə əlavə və dəqiqləşdirilmə təqdim edərək, cavabdehlər qismində Cavabdeh1 ASC və 13 saylı Dövlət Notariat Kontoru göstərilməklə, İddiaçı MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış 2016-cı il 05 iyul tarixli 3M/244 nömrəli və 2016-cı il 05 iyul tarixli, 3M/245 nömrəli ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə tinin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 15. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 yanvar tarixli 2-2(81)470/2019 saylı qərardadı ilə İddiaçı MMC-in irəli sürdüyü iddia ərizəsi üzrə “X7 və İnşaat” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

16. Daha sonra Vəkilova Briliant Əhməd qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, cavabdehlər qismində ləğv prosesində olan Cavabdeh1 ASC və 13 saylı Dövlət Notariat Kontoru göstərilməklə, İddiaçı MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış 2016-cı il tarixli 05 iyul tarixli 3M/244 nömrəli və 2016-cı il 05 iyul tarixli 3M/245 nömrəli ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab olunması və yüklülüyün qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 17. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 iyun tarixli qərardadı ilə Vəkilova Briliant Əhməd qızı müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb olunmaqla, iddia ərizəsi icraata qəbul edilmişdir. 18. 2019-cu il 25 iyun tarixli məhkəmə baxış iclasında İddiaçı MMC-in irəli sürdüyü iddia ərizəsi üzrə notarius X10 və “xxxxxxxxxxxxxx” MMC məhkəmə icraatına müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində c əlb olunmuşdur.

19. Daha sonra Vəkilov İsa Teymur oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, cavabdehlər qismində ləğv prosesində olan Cavabdeh1 ASC, 13 saylı Dövlət Notariat Kontoru, Cavabdeh3 və xüsusi notarius X5 göstərilməklə, İddiaçı MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış 2016-cı il 05 iyul tarixli 3M/244 nömrəli və 2016-cı il 05 iyul tarixli 3M/245 nömrəli ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab olunması və yüklülüyün qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etm işdir. 20. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 avqust tarixli qərardadı ilə iş üzrə məhkəmə icraatına Vəkilov İsa Teymur oğlu müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb olunmaqla, onun iddia ərizəsi icraata qəbul edilmişdir. 21. 2019-cu il 24 sentyabr tarixli məhkəmə baxış iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi məhkəmə icraatına müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.

22. İddiaçı MMC iddia tələbini və iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, "İddiaçı’’ MMC-in tam pay hüquqlu yeganə təsisçisiVəkilov İsa Teymur oğludur. Təsisçi olaraq İsa Vəkilov MMC-in ümumi yığıncağının 2004-cü il 15 oktyabr tarixli qərarı ilə MMC- in mülkiyyətində olan əmlak barəsində tam səlahiyyətli şəxs kimi sərəncam vermək, ipoteka ilə yüklü etmək, bütün özgəninkiləşdirmə müqavilələrini bağlamaq və s. hüquqlar direktor Səftərov Cavanşirə həvalə olunmuşdur. Təsisçi yaşlı insan olduğundan MMC-in fəaliyyətinin təşkil edilməsi və idarə olunmasında direktor məsuliyyət daşımışdır. Sonradan məlum olmuşdur ki, MMC-in əmlakı Cavabdeh1 ASC-də ipoteka ilə yüklü olunub. Bununla bağlı, MMC-ə həmin bankın ləğvedicisindən məktub gəldiyini bildirmişdir. Təsisçi İsa Vəkilovdan bu barədə soruşduqda, o, MMC-in hər hansı əmlakını Cavabdeh1 ASC-də və ümumiyyətlə, heç bir bankda ipoteka ilə yüklü etmədiyini və etsəydi bu müqaviləni onun tərəfindən ediləcəyini bildirmişdir. "İddiaçı’’ MMC-in mülkiyyətində olan əmlak Mərkəzi Bankda da onların xəbəri və razılığı olmadan ipoteka olduğundan, bu barədə Nəsimi rayon Məhkəməsinə iddia qaldırılıb və iddiaya mahiyyəti üzrə baxılır. Həmin iddia zamanı da təsisçinin oğulları Müşfiq və Cavabdeh3 təsisçinin və həyat yoldaşının xaricdə olan zaman müəyyən əqdlər bağlamaq barəsində qabaqcadan razılaşdırmaqla verdiyi etibarnamələr əsasında MMC-in əmlakı barəsində əqd bağladıqlarından və bu əqdlər təsisçinin şəxsi əmlakları ilə bağlı olmadığından məhkəmə mübahisəsinin predmetini təşkil etmişdir. Amma İddiaçı MMC, nə təsisçi İsa Vəkilov, nə də ki, onun həyat yoldaşı heç vaxt MMC-in mülkiyyətindəki əmlakları “Cavabdeh1" ASC-də ipoteka ilə yüklü etməyiblər. Hətta MMC-in təsisçisi İsa Vəkilov oğlanlarından bu məsələyə aydınlıq gətirilməsini tələb etdikdə, onlar MMC-in mülkiyyətindəki əmlakların Mərkəzi bank dan götürülmüş kreditlərə görə ipoteka qoyulmasına etibarnamə əsasında razılıq verərək, əqd bağladıqlarını bildirmiş, ancaq heç zaman MMC-in mülkiyyətində olan əmlakların Cavabdeh1 ASC-ə ipoteka qoyulması məqsədi ilə nə təsisçi İsa Vəkilovun, nə də ki, onun həyat yoldaşının adından hər hansı razılıq verilməsi barədə məlumatsız olduqlarını bildirmişlər. Nəzərə alınmalıdır ki, təsisçi olaraq MMC-in mülkiyyəti barəsində sərəncam vermək səlahiyyəti ümumi yığıncağın 2004-cü il 15 oktyabr tarixli qərarı ilə yalnız direktora verilmişdir. Notariat iş materiallarında Vəkilova Briliant Əhməd qızının əmlakın ipoteka qoyulmasına dair razılıq ərizəsi isə saxtadır. Çünki, Vəkilova Briliant Əhməd qızının etibarnamə əsasında təmsil edən oğlu Cavabdeh3, məhz 2015-ci il 20 noyabr tarixində **********377 b arkot nömrəli razılıq ərizəsi ilə MMC-in əmlakının Azərbaycan Respublikası Mərkəzi Bankına ipoteka qoyulmasına razılığı olub, ancaq eyni barkot nömrəsi ilə saxtakarlıq olunaraq guya hər hansı banka ipoteka qoyulmasına razılıq verilməsi qeyd edilib.olunub və ən maraqlısı da araşdırma zamanı şahid qismində dindirilmiş Cavabdeh3 MMC-in əmlakının Cavabdeh1 ASC-ə ipoteka qoyulması ilə bağlı anası Vəkilova Briliantın yerinə hər hansı razılıq vermədiyini göstərib.Necə ola bilər ki, bu müqavilə bağlanmadan 7 ay öncə artıq razılıq verilsin. Ləğv prosesində olan Cavabdeh1 ASC-in ləğvedicisi Azərbaycan X1 “xxxxxxxxxxxxxx” MMC-ə və İddiaçı MMC-ə xəbərdarlıq məktubu göndərmişdir. Həmin məktubla tanış olan zaman müəyyən olunmuşdur ki, “xxxxxxxxxxxxxx” MMC Cavabdeh1 ASC-dən kredit götürüb və İddiaçı MMC əmlakını bu kreditə təminat olaraq ipoteka edib. Şirkətin vəkilinin sorğusuna cavabda yenə 13 saylı Notariat Kontorunda İddiaçı MMC ilə Cavabdeh1 ASC arasında 2016-cı il 05 iyul tarixli 3 M/245 nömrəli ipoteka müqaviləsinin bağlandığı bilidirilmiş, notariat işi ilə tanış olan zaman da eyni saxta razılıq ərizəsindən istifadə edildiyi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkilova Briliant Əhməd qızı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Vəkilov İsa Teymur oğlu ilə birgə nikahda olduğu dövrdə o yeganə təsisçisi olduğu İddiaçı MMC-i təsis edib. Təsis payının 50%-i ümumi birgə mülkiyyət olaraq Vəkilova Brilliant Əhməd qızının payını təşkil edir. Həmin MMC-i n öz mülkiyyətində olan əmlaklar barəsində sərəncam vermək səlahiyyəti onun da razılığı ilə MMCin direktoruna həvalə olunmuşdur. Hal-hazırda müəyyən edilmişdir ki, MMC-in əmlakı tanımadığı şəxslərin bank kreditlərinə görə ipoteka ilə yüklü olunub. 2015-ci il 20 noyabr tarixində **********377 barkot nömrəli razılıq ərizəsini MMC-in əmlakının Azərbaycan Respublikası Mərkəzi Bankına ipoteka qoyulmasına razılıq olub və o həmin razılıq ərizəsinin adından oğlu Cavabdeh3 tərəfindən verildiyindən məlumatlıdır. Eyni barkot nömrəsi həmin tarix ilə saxtakarlıq edilərək guya hər hansı banka ipoteka qoyulmasına razılıq verməsi tamamilə qanunsuzdur. Adından Cavabdeh3 2015-ci il 20 noyabr tarixli **********377 barkot nömrəli razılıq ərizəsində ipotekaya Mərkəzi Bankının xeyrinə qoyulması konkret göstəril ib. Mübahisələndirilən ipoteka müqaviləsi 2016-cı il 05 iyul tarixində bağlanıb. Qeyd olunanlara əsasən Vəkilova Brilliant adından saxta razılıq ərizəsi ilə birgə mülkiyyətində olan MMC-in əmlakları ipoteka ilə yüklü olunub, və buna görə də İddiaçı MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış 2016-cı il 05 iyul tarixli 3M/244 nömrəli və 2016-cı il 05 iyul tarixli 3M/245 nömrəli ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab olunması və yüklülüyün qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur.

24. Müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkilov İsa Teymur oğlu ərizəsini onunla əsasland ırmışdir ki, o, İddiaçı MMC-in tam pay hüquqlu yeganə təsisçisidir. Təsisçi olaraq MMC-in idarə olunmasını ümumi yığıncağın qərarı ilə qanuni təmsilçi və direktor olan Səftərov Cavanşir həyata keçirir. Eləcə də ümumi yiğıncağın 2004-cü il 15 oktyabr tarixli qərarı ilə MMC-in mülkiyyətində olan əmlak barəsində tam səlahiyyətli şəxs kimi sərəncam vermək, ipoteka ilə yüklü etmək, bütün özgəninkiləşdirmə müqavilələrini bağlamaq və s. hüquqlar direktora həvalə olunmuşdur. O, yaşlı insan olduğundan MMC-in bir sözlə fəaliyyətinin təşkil olunması və idarə edilməsini direktor məsuliyyət daşımışdır. Direktor ona məlumat vermişdir ki, MMC-in əmlakı Cavabdeh1 ASC-ə guya onun tərəfindən ipoteka ilə yüklü olunub. Direktor bu barədə MMC-ə bankdan məktub gəldiyini bildirmişdir. O, direktora MMC-in hər h ansı əmlakını ipoteka ilə yüklü etmədiyini və etsəydi bu müqaviləni onun tərəfindən olunacağını bildirmiş, amma hazırda məlum olmuşdur ki, oğlu olan Cavabdeh3 ona fiziki şəxs kimi verdiyi baş etibarnamədən istifadə edərək, ona və direktora bu barədə heç bir məlumat vermədən MMC-in əmlakını tanımadığı “X8 və İnşaat” MMC-in və “xxxxx” LTD MMC-in bankdan götürdüyü kreditə təminat olaraq Cavabdeh1 ASC-ə ipoteka ilə yüklü etmişdir. Hərçənd ki, oğul kimi ona verdiyi etibarnamə yalnız Vəkilov İsa Teymur oğlunu xaricdə olan zaman zərurət olduqda, atasını dövlət və özəl təşkilatlarda təmsil etmək və konkret göstəriş olduqda isə yalnız fiziki şəxs kimi mülkiyyətindəki əmlakları özgəninkiləşdirilmək olmuş, ancaq Cavabdeh3 isə atasının təsisçi olduğu MMC-in mülkiyyətində olan əmlak barəsində ipoteka m üqaviləsi bağlamaqla qanunun tələblərini pozmuş, çünki həmin etibarnamə üzrə səlahiyyətlər yalnız fiziki şəxs kimi mülkiyyəti barəsində hər hansı hərəkətin olunmasını özündə əks etdirir. Təsisçi olaraq MMC-in mülkiyyəti barəsində sərəncam vermək səlahiyyəti ümumi yığıncağın 2004-cü il 15 oktyabr tarixli qərarı ilə direktora verilmişdir. Cavabdeh3 əmlakı ipoteka ilə yüklü etməsi barədə nə MMC-in direktoruna, nə də ki, atasına, eləcədə Vəkilov İsa Teymur oğlunun həyat yoldaşı Vəkilova Brillianta belə məlumat verməmişdir. Cavabdehin MMC-in başqa hüquqi və fiziki şəxslər qarşısında müqavilə münasibətlərində olmasını, öhdəliklər daşımasını nəzərə almadan əmlakı yüklü etməsi hazırda MMC-in fəaliyyətini qeyri-mümkün etmişdir. MMC-in başqa şəxslərlə bağlanmış müqavilələr üzrə öhdəliklərini icra et məmiş kredit münasibətlərinə girməyə, mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməyə səlahiyyəti olmadığı halda, əmlakın ipoteka qoyulmasına razılığın isə ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olmağını nəzərə almadan cavabdeh Vəkilov İsa Teymur oğlunun xəbəri və razılığı olmadan bağladığı ipoteka müqaviləsi bağlandığı andan etibarsızdır və heç bir hüquqi nəticə yarada bilməz. Qeyd olunmalıdır ki, onun Cavabdeh3 verdiyi etibarnamə konkret əmlak üzrə saləhiyyətlər göstərilməyən baş etibarnamədir. Eləcə də, həmin etibarnamə ilə Cavabdeh3 İddiaçı MMC-in əmlakını ipoteka ilə yüklü etməyə səlahiyyətsiz olmaqla öz mənfəətləri barəsində əqd bağlamış və İddiaçı MMC tanımadığı başqa hüquqi şəxslərin aldığı kreditə görə nəticədə maraqlarından kənar əmlakının yüklü olunması problemi ilə üzlə şmişdir ki, bu hal yolverilməzdir. Qeyd edilənlərə əsasən İddiaçı MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış 2016-cı il 05 iyul tarixli 3M/244 nömrəli və 2016-cı il 05 iyul tarixli 3M/245 nömrəli ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab olunması və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-in Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. 25. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 14 mart tarixli, 2-2(81)470/2019 saylı qərardadı ilə iş üzrə zərurət yarandığından tərəflər arasında bağlanmış 2016cı il 5 iyul tarixli ipoteka müqaviləsi ilə bağlı olan notariat işinin 29-cu səhifəsindəki ərizədə qeyd olunmuş imzanın və əlyazmasının Cavabdeh3 məxsus olduğunun müəyyən edilməsi iş üçün əhəmiyyətli o lduğundan məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur.

26. Məhkəmə Ekspertiza Mərkəzinin 2019-cu il 11 iyun tarixli 10555 saylı ekspert rəyinin tədqiqat hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş işin 120-ci vərəqəsində Vəkilova Brilliant Əhməd qızının adından olan 2015-ci il 20 noyabr tarixli ərizənin kserosurətində (ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Mərkəzi bankına və onun hər hansı hər hansı bir filialına kreditin təminatı üçün ipoteka (girov) qoyulmasına razıyam) əks olunmuş imza və “Cavabdeh3” əlyazmaları; Notariat hərəkətlərinin qeyd olunması üçün 2015-ci ilə dair 7E nömrəli reyestr jurnalının 41-ci vərəqəsində “7377” sırada Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Cavabdeh3 ” əlyazmaları-Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 3M-244 nömrəli notariat işinin 29-cü vərəqəsində Vəkilova Brilliant Əhməd qızının adından olan 2015-ci il 20 noyabr tarixli ərizədəki (Bakı şəhəri, Səbail rayonu, X17 küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış binasının hər hansı bir banka ipoteka (girov) qoyulmasına razıyam) imza və “Cavabdeh3” əlyazmaları –Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 27. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 oktyabr tarixli, e-2-2(81)470/2019 nömrəli qətnaməsi ilə iddiaçı "İddiaçı" MMC-in və müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkilov İsa Teymur oğlunun iddia tələbləri təmin olunmuş, ipoteka saxlayan İddiaçı MMC, ipoteka qoyan Cavabdeh1 ASC və borc alan “X7 və İnşaat” MMC arasında bağl anmış 2016-cı il 05 iyul tarixli, reyestrdə 3M/244 nömrə ilə qeydiyyata alınmış və ipoteka saxlayan İddiaçı MMC ipoteka qoyan Cavabdeh1 ASC və borc alan “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış 2016-cı il 05 iyul tarixli, reyestrdə 3M/245 nömrə ilə qeydiyyata alınmış ipoteka müqavilələri bağlandığı andan etibarsız hesab olunmuş və yüklülüyün qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydləri ləğv olunmuş, müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkilova Briliant Əhməd qızının iddiası təmin edilməmişdir. Məhkəmə-xətşünaslıq ekspertizanın tədqiqat dəyəri olan cəmi 138 manatın 34,5 manat hissəsi cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-dən, 34,5 manat hiss əsi Cavabdeh3, 34,5 manat hissəsi 13 saylı Dövlət Notariat Kontorundan və 34,5 manat hissəsi X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur (hakim Aytən Oruczadə).

28. Məhkəmə müəyyən etmişdir ki, mübahisələndirilən ipoteka müqavilələri qanunvericiliyin tələblərinə uyğun bağlanmamış, ipoteka qoyan qismində ipoteka müqavilələrini imzalayan şəxs Cavabdeh3 bu səlahiyyətə malik olmamışdır.

29. Həmin məhkəmə həm də belə qənaətə gəlmişdir ki, İddiaçı MMC-in təsisçisi və müstəqil tələb irəli sürən Vəkilov İsa Teymur oğlunun MMC-ə məxsus mülkiyyətin ipoteka ilə yüklü olunmasına dair müqavilə bağlanmasından xəbəri olmamış, MMC tərəfindən bununla bağlı hər-hansı bir şəxsə, o cümlədən, Cavabdeh3 etibarnamə verilməmişdir. Bağlanıl mış ipoteka müqavilələrindən yalnız 2018-ci il 27 noyabr tarixində bank tərəfindən götürülmüş kredit müqavilələri üzrə yaranmış borcun qaytarılması barədə xəbərdarlıq məktublarını aldıqdan sonra məlumatlı olmuşlar.

30. Buna görə də ipoteka saxlayan İddiaçı MMC ipoteka qoyan Cavabdeh1 ASC və borc alan “X7 və İnşaat” MMC arasında bağlanmış 2016-cı il 05 iyul tarixli, reyestrdə 3M/244 nömrə ilə qeydiyyata alınmış və həmçinin, ipoteka saxlayan İddiaçı MMC ipoteka qoyan Cavabdeh1 ASC və borc alan “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış 2016-cı il 05 iyul tarixli, reyestrdə 3M/245 nömrə ilə qeydiyyata alınmış ipoteka müqavilələri bağlandığı andan etibarsız hesab olunmalı və restitusiya baş verməli-yüklülüyün qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanı nda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydləri ləğv olunmalıdır.

31. Müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkilova Brilliant Əhməd qızının iddia tələbi ilə bağlı məhkəmə vurğulamışdır ki, İddiaçı MMC-in və müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkilov İsa Teymur oğlunun iddia tələbləri ilə eynilik təşkil etsə də, Vəkilova Brilliant Əhməd qızının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.

32. Həmin qətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 43.1, 64.1, 87.1, 271.1, 331, 337-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 76.1, 76.2, 77.1 78.1, 80, 119.1, 217.4-cü maddələrinə istinad edilməklə əsaslandırılmışdır.

33. Cavabdeh LPO Cavabdeh1 ASC-in ləğvedicisi X1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin qismən iddianın təmin edildiyi hissədə ləğv olunması və həmin hissədə iddianın rədd edilməsinə dair ədalətli qərarın qəbul edilməsi xahiş edilmişdir.

34. Müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkilova Briliant Əhməd qızı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qət namənin onun iddiasının rədd edildiyi hissədə ləğv olunmasını və iddianın təmin olunmasına dair ədalətli qərarın qəbul edilməsi xahiş olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 iyun tarixli 2-2(103)-105/2020 saylı qətnaməsi ilə üçüncü şəxs Vəkilova Briliant Əhməd qızının apellyasiya şikayəti təmin olunmamış, cavabdeh LPO Cavabdeh1 ASC-in apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 oktyabr tarixli, 2-2(81)470/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi qismən- İddiaçı MMC-in və üçüncü şəxs Vəkilov İsa Teymur oğlunun iddia tələblərinin təmin edildiyi hissədə ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul olunaraq İddiaçı MMC-in və üçüncü şəxs Vəkil ov İsa Teymur oğlunun iddia tələbləri rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (Sədrlik edən və məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və C.Yusifov).

36. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini belə əsaslandırmışdır ki,Vəkilova Brilliant Əhməd qızının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Mübahisələndirilən ipoteka müqaviləsi ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, X17 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası Vəkilov İsa Teymur oğlunun deyil, hüquqi şəxs İddiaçı MMC-in xüsusi mülkiyyətində olan əmlak olduğundan Vəkilova Brilliant Əhməd qızı həmin əmlak üzərində hər hansı paya malik deyil. İpoteka müqavilələri bağlanarkən Vəkilova Brilliant Əhməd qızının razılığı tələb olunmadığından məhkəmə B.Vəkilovanın iddia tələbinə hüquqi qiymət verilməsi üçün müqavilələrin rəsmiləşdirilməsi zamanı Vəkilova Brilliant Əhməd qızının adından verilmiş razılıq ərizəsindəki imzanın kim tərəfindən icra edilməsinin araşdırılmasını zəruri hesab etmir.

37. Bu məhkəmə daha sonra hesab etmişdir ki, mübahisələndirilən ipoteka müqavilələrini İ.Vəkilovun adından imzalamış Cavabdeh3 verilmiş 2011-ci il 23 avqust tarixli etibarnamədə İddiaçı MMC-ə deyil, İ.Vəkilovun özünə məxsus olmuş əmlaklar üzərində sərəncam vermək və bununla bağlı əqdlər bağlamaq hüquqlarının etibar edildiyi qeyd olunduğundan Cavabdeh3 həmin etibarnamə əsasında İddiaçı MMC-ə məxsus əmlakı ipoteka ilə yüklü etməyə haqlı olmamış, ona etibar olunmuş səlahiyyətlərdən k ənara çıxmışdır.

38. Cavabdeh3 imzaladığı ipoteka müqavilələri həqiqətən Vəkilov İsa Teymur oğlunun məlumatı və iradə ifadəsi olmadan bağlanmış olsaydı, İ.Vəkilov bu barədə xəbər tutduqdan sonra etibardan süi-istifadə etdiyinə və etibar olunmuş səlahiyyətlərdən kənara çıxmaqla təsisçisi olduğu hüquqi şəxsin mənafeyinə uyğun olmayan əqd bağladığına görə oğlu Cavabdeh3 verdiyi 2011-ci il 23 avqust tarixli (xx.xx.2031-ci il tarixədək müddəti olan) etibarnaməni ləğv etməli idi. Halbuki hazırki halda məhkəməyə nümayəndə qismində Cavabdeh3 verilən etibarnamənin ləğv olunması barədə hər hansı sübut əlavə edilməmişdir.

39. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, Cavabdeh3 ilə Vəkilov İsa Teymur oğlu arasında ailə münasibətlərinin olması, hər ikisinin Cavabdeh1 ASC-in səhmdarları sı rasında olması, Cavabdeh3 ifadəsinə əsasən ata və anasının tez-tez xaricdə olması ilə əlaqədar ona əmlaklar bağlı sərəncam verilməsi üçün etibarnamələr verilməsi təsdiq edir ki, Cavabdeh3 İ.Vəkilovun adından bağladığı əqdlər iradəsinə uyğun olmuşdur. İpoteka müqavilələrinindaşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı nəzərə alınarsa İddiaçı MMC-in 3 il ərzində öz əmlakının ipoteka ilə yüklü edilməsi barədə məlumatının olmaması inandırıcı hesab edilmir.

40. Həmin məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 350, 354.1, 354.2-ci maddələrinə və "B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenum unun 2020-ci il 12 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

41. Məhkəmənin qətnaməsi Vəkilova Briliant Əhməd qızına 2020-ci il 3 iyul tarixində, LPO Cavabdeh1 ASC-ə, X3 2020-ci il 13 iyul tarixində, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna 2020-ci il 14 iyul tarixində göndərilmiş və iddiaçının və üçüncü şəxsin kassasiya şikayəti 2020-ci il 18 avqust tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

42. İddiaçı MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkilov İsa Teymur oğlu həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. İş materiallarına və ərizələrin mə hkəməyə təqdim olunduğu tarixə və 2018-ci il 27 noyabr tarixində bank tərəfindən kredit müqavilələri üzrə yaranmış borcun ipoteka predmetlərinə yönəldiləcəyi barədə xəbərdarlıq məktubunu aldıqdan sonrakı müddətə baxdıqda tam açıq aşkar görünür ki, hər hansı müddət pozuntusundan söhbət getmir.

44. İddiaçı MMC və İ.T.Vəkilov qanunsuz müqavilələrdən 2018-ci il 27 noyabr tarixində məlumat əldə ediblər və dərhal məhkəməyə müraciət ediblər.

45. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

46. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa v ə ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

47. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, İddiaçı MMC-in 3 il ərzində əmlakının yüklü olmasının bilməməsi inandırıcı deyil. Qanunun aliliyi, sübutların mötəbərliyi, mümkünlüyü baxımından apellyasiya kollegiyasının bu mövqeyi də absurd və əsassızdır.

48. Çünki istər fiziki şəxslər, istərsə də hüquqi şəxslər öz əmlaklarının həbsdə olubolmamasını və yüklü olub-olmamasını özlərinə müəyyən hüquqi hərəkətlər etmək zərurəti yarandıqda müəyyən edə bilərlər, bütün fiziki və hüquqi şəxslər əmlaklarını hər ay, gün notariuslarda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ndə Forma 1 almaqla mütəmadi yoxlamalıdırlar.

49. İ.Vəkilovun fiziki şəxs olaraq ölkədən xaricdə olduqda onun razılığı və məlumatı olmaqla hərəkət etməsi ilə bağlı oğlu Cavabdeh3 etibarnamə verməsi faktdır və işin mübahisəsiz halıdır. Həmin etibarnamənin istər verilməsi, istərsə də təyinatı məhkəməyə iddia qaldırılanda iddia ərizəsində qeyd olunmuşdur.

50. Belə olan halda həmin etibarnamənin ləğvi İ.Vəkilov üçün heç bir nəticə verməyəcək. Çünki Cavabdeh3 özünün də məhkəmədə iddia tələbini etiraf edən ərizəsində də qeyd olunduğu kimi özünün tanıdığı Şirkətin milyonluq kreditinə hüquqi şəxsin əmlakını yüklü edib və o borcla təsisçisi olduğu hüquqi şəxsin fəaliyyəti iflic olub.

51. Apellyasiya kollegiyası qəbul etdiyi qətnamədə əsassız mülahizələrini faktlara yox məhz bu cür ifadələrlə “Cavab deh3 ilə Vəkilov İsa Teymur oğlu arasında ailə münasibətlərinin olması, hər ikisinin "Cavabdeh1” ASC-in səhmdarları sırasında olması, Cavabdeh3 ifadəsinə əsasən ata və anasının tez-tez xaricdə olması ilə əlaqədar əmlaklarla bağlı sərəncam verilməsi üçün etibarnamələr verilməsi təsdiq edir ki, Cavabdeh3 İ.Vəkilovun adından bağladığı əqdlər iradəsinə uyğun olmuşdur” qeyd etməsinin əsassızlığını müəyyən edəsiniz.

52. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və bilməli olduğu gündən başlanır.

53. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq olunur.

54. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair“ xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd olunur ki, iddia institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

55. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahatında kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi prosessual hüquq normalarının tələbləri pozulduğunu bildirdi.

56. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu, apellyasiya məhkəməsinin işə baxarkən heç bir maddi və prosessual hüquq pozuntusuna yol vermədiyini bildirdi, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

57. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müd dətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

58. İş üzrə cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

59. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş fak tiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

49. Hüquqi şəxsin orqanları... 49.4. Hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının b azar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması....”. Maddə

331. Yazılı əqd 331.1. Yazılı əqd onu n məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 331.2. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər....”. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla öd əməlidir. Maddə

339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndi rmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyar ı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin birbirinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna z idd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə

347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər....”. Maddə

350. Əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasının nəticələri Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə

367. Müddət anlayışı 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır....” Maddə

372. İddia müddəti anlayışı... 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Notariat haqqında” AZƏRBAYCAN RESPUBLİKASİNİN QANUNU Maddə

35. Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi, fəaliyyət qabiliyyətinin və imzalarının həqiqiliyinin yoxlanılması Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkət lərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Notarius və müvafiq icra hakimiyyəti orqanı idarələrin, müəssisələrin, təşkilatların onlara məlum olan vəzifəli şəxslərinin şəxsi müraciətləri zamanı alınmış və həqiqiliyi şübhə doğurmayan imzalarının nümunələri vardırsa, həmin vəzifəli şəxslərin hər dəfə gəlməsini tələb etməyə bilərlər. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

60. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

62. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

63. Məhkəmə kollegiy ası iddia müddəti ilə bağlı kassasiya şikayətinin dəlilinə dair bildirir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandı rılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

64. Mülki Məcəllənin 367.1-ci maddəsinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.

65. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

66. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır.

67. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir.

68. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir.

69. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür.

70. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imka nı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur.

71. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

72. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

73. Məhkəmə hesab edir ki, İddiaçı MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs İ.Vəkilov 2016-cı il 05 iyul tarixli 3M/244 nömrəli və 2016-cı il 05 iyul tarixli 3M/245 nömrəli ipoteka müqa vilələrini mübahisələndirməyə subyektiv hüquqları olsa da həmin müqavilələrin məhkəmə qaydasında etibarsız hesab olunması üçün 2019-cu ildə iddia qaldırmaqla qanunla nəzərdə tutulmuş müddəti ötürmüşlər.

74. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs İ.Vəkilov Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürdüklərinə görə iddia tələbləri rədd olunmalıdır.

75. Bundan başqa, Cavabdeh3 ilə Vəkilov İsa Teymur oğlu arasında ailə münasibətlərinin olması, həmçinin onların hər ikisinin Cavabdeh1 ASC-in səhmdarları sırasında olması faktının mövcudluğu kassasiya şikayətinin bununla bağlı dəlilləri əsasında Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 iyun tarixli 2-2(103)105/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

76. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 iyun tarixli 22(103)-105/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar