Məhkəmə qərarları › İş №2-2(102)-294/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-294/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-294/2021 01.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi; prosessual müddətlə bağlı apellyasiya mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İsmayıl Xəlilov və Aqil Abbasovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının qanuni təmsilçisi Əhməd Səmədzadənin, nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Koll egiyasının 2021-ci il 16 may tarixli 2-2(103)-609/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. "Voyaj Stor” MMC ilə (bundan sonra iddiaçı) Cavabdeh MMC (bundan sonra cavabdeh) arasında 2017-ci il 15 mart tarixdə 56 saylı subagent müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1-ci bəndinə əsasən bu müqaviləyə əsasən agent ("Voyaj Stor” MMC) mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə (Cavabdeh MMC) verir, subagent isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğlərin bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödənişini həyata keçirəcəyini öhdəsinə götürür.

3. Müqavilənin 2.4.10-cu bəndinə əsasən, subagent bu müqavilənin şərtlərinə əsasən ona təqdim edilmiş “LOGİN” (və ya “PAROL”) məlumatlarının itirilməsi və ya digər şəxslərə ötürülməsi (səbəbindən asılı olmavaraq) zamanı baş verə biləcək-istənilən neqativ hallara görə məsuliyyət daşıyır.

4. Müqavilənin 5.1-ci bəndinə əsasən, agent tərəfindən bütün aviadaşımaların satışı bu müqavilənin müddəalarına uyğun olaraq, daşıyıcının daşımalar üzrə qüvvədə olan qaydalarına, tariflərinə, sərəncam və təlimatlarına müvafiq şəkildə həyata keçirilməlidir. Agent müntəzəm olaraq özü və ya subagentin daşımaların satışı barədə sorğularına cavab olaraq, subagenti qüvvədə olan qaydalar, tariflər, habelə bu qayda və tariflərin dəyişməsi barədə zəruri informasiya ilə təchiz edəcəkdir.

5. Müqavilənin 7.5-ci bəndinə əsasən, tərəflərdən birinin (işçilərin, vəzifəli şəxslərin, qulluqçuların, xidməti personalın və s.) qanunsuz hərəkətləri, səhlənkar davranışı, qəsdi və yaxud ehtiyatsızlığı nəticəsində digər tərəfə dəymiş ziyan tam həcmdə ödənilməli, tərəflərin yazılı şəkildə, qarşılıqlı razılığı ilə məsuliyyət aradan qaldırıla bilər.

6. Müqavilənin 12.1-ci bəndinə əsasən, müqavilə hər iki tərəfin imzaladığı andan qüvvəyə minir və 2019-cu il 14 mart tarixinədək qüvvədədir.

7. Müqavilənin 12.2-ci bəndinə əsasən, müqavilə tərəflərin yazılı razılığı, habelə qüvvədə olan qanunvericilik və hazırkı müqavilə ilə nəzərdə tutulmuş digər hallarda dəyişdirilə və ya ona xitam verilə bilər.

8. Müqavilənin 12.3-cü bəndinə əsasən, agentin 3 gün öncədən hazırkı müqavilənin icrasından subagentə yazılı xəbərdarlıq göndərməklə imtina etmək hüququ vardır. Əgər bildirişdə müqavilənin ləğvi daha gec müddətə nəzərə alınmayıbs a, müqavilə subagentin agentdən bildiriş aldığı andan 3 gün sonra pozulmuş hesab edilir.

9. Müqavilənin 12.4-cü bəndinə əsasən, subagentin 3 gün öncədən hazırkı müqavilədən agentə yazılı bildiriş göndərməklə imtina etmək hüququ vardır. Əgər bildirişdə müqavilənin ləğvi daha gec müddətə nəzərə alınmayıbsa, müqavilə subagentin agentdən bildiriş aldığı andan 3 gün sonra pozulmuş hesab edilir.

10. Müqavilənin 12.5-ci bəndinə əsasən, tərəflərdən hər hansı birinin müqaviləyə xitam vermək haqqında bildirişi, yerinə yetirilməmiş və ya yarımçıq qalmış öhdəliklər fonunda baş verə bilməz.

11. Müqavilənin 12.6-cı bəndinə əsasən, müqavilədə qeyd edilməyən digər məsələlər tərəflərin qarşılıqlı razılığı ilə yazılı razılaşmalar və ya əlavələr əsasında icra olunuacaqdır.

12. Həmin müqavilənin tərəflərin re kvizitləri və ünvanları hissəsində Cavabdeh MMC-nin e-mail ünvanı “Elektron ünvan 1” olaraq qeyd edilmişdir. 13. 2020-ci il 26 oktyabr tarixli 61.1-119 nömrəli “Aeroflot-Rossiyskiye Avialinii” PSC tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubunda **********731; **********732; **********733; **********734; **********596; **********630; **********631 nömrəli aviabiletlərin həyata keçirildiyini bildirmişdir. 14. "xxxx" QSC tərəfindən təqdim edilmiş 2020-ci il 3 noyabr tarixli 12/5447 nömrəli arayışdan görünür ki, arayışa əlavə edilmiş qoşmada qeyd olunan aviabiletlər üzrə 15681,73 manat (15131,94 manat uçuşdan istifadə edən sərnişinlərin aviabiletlərindən daxil olan məbləğ +549,79 manat aviabiletlərin qaytarışından tutulan cərimə məbləği) pul vəsaiti "xxxx" QSC-yə ödədiyi qeyd olunm uşdur. 15. “X4” şirkəti tərəfindən təqdim edilmiş 2020-ci il 22 dekabr tarixli, 1105 nömrəli məktuba əlavə edilmiş arayış-qoşmada qeyd olunan aviabiletlər üzrə uçuşu həyata keçirən şəxslərin adları, istifadə vəziyyət, biletlərin nömrələri, istifadə vəziyyəti, qiyməti, qaytarılması ilə bağlı məlumatlar verilir. Müəyyən olunur ki, həmin biletlər üzrə 50659,59 manat vəsaitdən istifadə olunmuş, 1473 manat məbləğində vəsait qaytarılmışdır.

16. İddiaçı tərəfindən 2020-ci il 24 iyun tarixdə pretenziya qaydasında cavabdehə müraciət edilərək 5 gün müddətində 63.793 manat borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

17. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2020-ci il 29 okt yabr tarixli, ********* saylı məktubunda deyilir ki, xxxxx nömrəli cinayət işi üzrə cavabdeh 27 yanvar 2020-ci il tarixdə otel və aviabiletlərə görə ödənilmiş külli miqdarda pul vəsaitinin həmin MMC-nin xəzinəsinə mədaxil edilməməsi əsasına görə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bundan başqa, 2020-ci il 21 iyul tarixli məhkəmə-mühasibatlıq ekspertinin rəyindən görünür ki, X1 (bundan sonra N.Məmmədova) Cavabdeh MMC-də işlədiyi müddətdə, yəni 2019-cu il 1 avqust tarixdən 2019-cu il 31 avqust tarixədək iddiaçıdan 68355,19 manat dəyərində aviabiletlər sifariş vermişdir.

18. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti”tərəfindən verilən əmək müqavilələri barədə məlumatdan görünür ki, X1 və adları iddiaçı tərəfindən təqdim edilən votsap yazışmal arında adları çəkilən şəxslər sözü gedən dövrdə Cavabdeh MMC-nin əməkdaşları olub. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017ci il 15 mart tarixli müqavilə üzrə yaranmış 63.793 manat əsas borc məbləği, borcun vaxtında ödənilmədiyinə görə 2017-ci il 15 mart tarixli müqavilə üzrə hesablanmış 193.952 manat məbləğində dəbbə pulu, bank uçot faiz dərəcəsi kimi hesablanmış 4720 manat məbləğində pul, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3189 manat, işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 100.000 manat, hüquqi xidmətə görə ödənilmiş 1500 manat, dövlət rüsumuna görə ödənilmiş 31 manat olmaqla, cəmi 367.185 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 2017-ci il 15 mart tarixli müqavilə üzrə yaranmış 68.355 manat əsas borc məbləği, borcun vaxtında ödənilmədiyinə görə müqavilə üzrə hesablanmış 300.078 manat məbləğində dəbbə pulu, bank uçot faiz dərəcəsi kimi hesablanmış 4956 manat, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3418 manat, işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 100.000 manat, hüquqi xidmətə görə ödənilmiş 1500 manat, dövlət rüsumuna görə ödənilmiş 31 manat olmaqla, cəmi 478.338 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2017-ci il 15 mart tarixli subagent müqaviləsi imzalanmışdır. Həmin müqavilənin tələblərinə görə agent mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə vermiş, subagent isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğlərin bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı tərəfindən öhdəlikləri yerinə yetirilmiş, sərnişin daşımaları satışı üzrə hüquqlar cavabdehə verilmiş, cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 63.793 manat məbləğində avidaşımalar üzrə satış həyata keçirilmişdir. Lakin, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş, müqavilə üzrə yaranmış 63.793 manat məbləğində borcu iddiaçıya ödəməmiş, beləliklə, iddiaçıya 2017-ci il 15 mart tarixli subagent müqaviləsi üzrə 63.793 manat həmçinin məbləğində əsas borcu yaranmışdır. 2017-ci il 15 mart tarixə əsas borcun 68.355 manat təşkil etməsi qeyd olunmuşdur (bax §20).

22. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 fevral tarixli, e-2-2(113)160/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 66.341 (altmış altı min üç yüz qırx bir) manat əsas borc, gecikdirilmiş müddət üçün hesablanmış 2000 (iki min) manat dəbbə pulu, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3317 (üç min üç yüz on yeddi) manat və dövlət rüsumunun əvəzi olaraq 4,50 manat (dörd manat əlli qəpik) olmaqla, cəmi 71.662,50 manat (yetmiş bir min altı yüz altmış iki manat əlli qəpik) məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Dövlət rüsumunun 25,50 manat (iyirmi beş manat əlli qəpik) hissəsi iddiaçıya aid edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim Z.Axundova).

23. Cavabdeh biletlərin işçisi N.Məmmədova tərəfindən müəssisənin məlumatı olmadan satıldığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericilyin tələblərinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilədə qeyd olunmuşdur ki, tərəflərdən birinin (işçilərin, vəzifəli şəxslərin, qulluqçuların, xidməti personalın və s.) qanunsuz hərəkətləri, səhlənkar davranışı, qəsdi və yaxud ehtiyatsızlığı nəticəsində digər tərəfə dəymiş ziyan tam həcmd ə ödənilməlidir və tərəflərin yazılı şəkildə, qarşılıqlı razılığı ilə məsuliyyət aradan qaldırıla bilər.

24. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 445.2, 449.1, 449.4, 462, 467, 739.1, 739.2, 1099.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə – MPM) 14.2, 77, 88, 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

25. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. Qətnamədən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiy a Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 may tarixli 2-2(103)-609/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-22(113)-160/2021 saylı 2021-ci il 8 fevral tarixli qətnaməsindən cavabdehin şikayəti üzrə apellyasiya qeyri-mümkün sayılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – C.Yusifov və R.Qurbanov).

28. Apellyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi”rəsmi qaydada verildiyi”gündən 1 ay müddətində verilə bilər. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-160/2021 saylı 2021-ci il 8 fevral tarixli qətnaməsinin tam mətni 2021-ci il 10 mart tarixdə əsas sənəd kimi sistemə və tərəflərin nümayəndələrinin, o cümlədən cavabd ehin 2020-ci il 10 avqust tarixli etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Qətnamənin cavabdehə rəsmi təqdim edilmə tarixi nümayəndənin elektron kabinetinə yerləşdirildiyi tarix olduğundan, cavabdeh qətnamədən 2021-ci il 24 aprel tarixdə apellyasiya şikayəti verməklə qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddəti ötürmüş, müddətin bərpası barədə ərizə verilməmişdir.

29. Məhkəmə bu qənaətini MPM-in 10-1.1, 10-1.2, 10-1.3, 10-1.5, 3.1, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

31. Mülki Prosessual Qanunvericiliyin tələblərinə görə məhkəmə aktları rəsmi qaydada verilməlidir, həmçin in kommersiya mübahisələri üzrə məhkəmə sənədləri işdə iştirak edən şəxslərin elektron kabinetində yerləşdirilməli və bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada, yəni elektron poçt, sms və digər vasitələrlə həmin tərəfə çatdırılmalıdır. Hazırkı halda, birinci isntansiya məhkəməsi qətnaməsini cavabdehin elektron kabinetində yerləşdirməmiş, nümayəndənin elektron kabinetində yerləşdirsə də bu barədə ona elektron qaydada məlumat verilməmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

32. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olun masını xahiş etmişdir.

33. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi və vəkili cavabdehin kassasiya şikayətinin dəlillərinə etiraz etmiş, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisəl əndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələr i üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəm ə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz....”. Maddə

360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

38. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

39. Məhkəmə kollegiyası kassatorun kassasiya şikayətində qeyd etdiyi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və qanuni qərardadının ləğv olunmasına əsas ola bilməz.

40. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, apelly asiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya isə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (MPM 362, 366).

41. Maddələrin məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət işə baxmış məhkəməyə göndərilməli, daha sonra apellyasiya məhkəməsi həmin şikayətin icraata qəbul edilməsi üçün onun mümkünlüyünün əsaslarını yoxlamalıdır.

42. Apellyasiya şikayətinin mümkünlüyünün prosessual əsaslarını MPM-in 360 və 3 61-ci maddələrində müəyyən edilmiş qaydalar təşkil edir. Həmin qaydalara riayət olunmaması apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün hüquqi əsasdır.

43. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

44. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayətinin mümkün hesab olunması üçün müəyyən edilmiş dairədə məsələlərin yoxlanılması təşkil edir ki, onların nəticəsi olaraq apellyasiya məhkəməsi şikayətin icraaata qəbul edilib-edilməməsinə qiymət verməlidir.

45. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılmasının prosessual əsasları MPM-in 10-1, 216.5, 227.4, 263.5-1-ci və dig ər maddələrində əks olunmuşdur.

46. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 47. 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

48. İstinad olunan normanın məzmunundan göründüyü kimi, qanunverici kommersiya mübahisələri üzrə məhkəmə icraatı zamanı məhkəmə sənədlərinin proses iştirakçılarına elektron kabinet vasitəsilə çatdırılmasını və bu zaman elektron qaydada təqdim edilmiş sənədlərin d igər qaydada verilməsinin tələb oluna bilinmədiyini nəzərdə tutmuşdur.

49. Həmçinin, MPM-in 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.

50. Hazırkı halda, cavabdehi məhkəmədə 2020-ci il 8 avqust tarixli order və cavabdehin direktoru tərəfindən imzalanmış 2020-ci il 10 avqust tarixli etibarnamə əsasında vəkil və nümayəndə kimi Vəkil təmsil etmiş, o XXX elektron poçt ünvanı ilə qeydiyyatdan keçməklə 2019-cu il 18 mart tarixdə elektron məhkəmə informasiya sistemində şəxsi kabineti yaradılmışdır. Həmçinin, cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə da 2 020-ci il 30 iyul tarixdə elektron məhkəmə informasiya sistemində şəxsi kabineti yaradılmışdır.

51. Hazırkı halda, birinci instansiya məhkəməsinin qətnaməsi əsas sənəd kimi 2021-ci il 10 mart tarixdə cavabdehin qanuni təmsilçisi XXX və onun nümayəndəsi və vəkili Vəkil məxsus elektron kabinetdə yerləşdirilmişdir. Lakin, cavabdeh tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti prosessual qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməklə 2021-ci il 24 aprel tarixdə verilmişdir.

52. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 may tarixli, 2-2(103)-609/2021 sayl ı qərardadın ləğv olunması üçün əsas ola bilməz.

53. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 may tarixli, 2-2(103)-609/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar