Məhkəmə qərarları › İş №2-2(102)-295/2017

Ali Məhkəmə Qərar — İş №2-2(102)-295/2017

22.08.2017 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-295/2017 22.08.2017 ALİ MƏHKƏMƏ Surəti 2-2(102)-295/2017 Azərbaycan Respublikası adından QƏRAR 22 avqust 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sarıyev Rauf Həsən oğlunun katibliyi, Cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil iştirakı ilə İddiaçı-nin (bundan sonra iddiaçı) cavabdeh “xxxx” ASC-yə (bundan sonra cavabdeh) qarşı “5.000 manat pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-225/2017 saylı, 29 mart 2017-ci il tarixli qətnaməsindən cavabdehin ve rdiyi kassasiya şikayətinə baxaraq müəyyən etdi: MB**********4 saylı sığorta şəhadətnaməsinə görə, “Kia Rio” markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 11.12.2013-cü il tarixdən 11.12.2016-cı il tarixədək “Avtokasko” (avtonəqliyyat vasitələrinin sığortası) sığorta növü ilə sığortalanmışdır. Şəhadətnamədə ümumi sığorta məbləği 15.000 manat, şərtsiz azadolma məbləği hər hadisə üzrə 200 manat, sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsi tam məhv olmuş hesab edildikdə, azadolma məbləği sığorta məbləğinin 10% miqdarında tətbiq olunması müəyyən edilmişdir. 08.08.2015-ci il tarixdə Kürdəxanı-Zabrat şossesində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə cavabdehdə sığortalanmış “VAZ-2106” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 yolnəqliyyat hadisəsi törətmiş və nəticədə ME**********4 saylı şəhadətnamə ilə iddiaçıda sığortalanmış “Kia Rio” markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. 10.08.2015-ci il tarixli avtomobilin qəza nəticəsində tam zərərə uğramasına dair akta əsasən baş vermiş hadisə nəticəsində “Kia Rio” markalı avtomobilin yararsız vəziyyətə düşmüş ehtiyat hissələri və təmir xərcləri ümumi 9.107,4 manat məbləğində müəyyən edilmiş və avtomobilin təmir edilməsi mümkün olmadığından avtomobil tam məhv olmuş hesab edilmişdir. İddiaçının qəzaya uğramış avtomobilin qalıq hissələrinin qiymətləndirmə aktına əsasən avtomobilin qalıq hissələrinin dəyəri 3.000 manat məbləğində müəyyən edilmişdir. Sabunçu RPİ TB-nin iddiaçıya təqdim etdiyi 13.08.2015-ci il tarixli, 9/4016 saylı arayışa əsasən “VAZ-2106” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü C.N.Vəliyev yol-nəqliyyat hadisəsində zərərvuran tərəf qismində iştirak etmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ DYPŞ-nin əməkdaşı tərəfindən tərib olunmuş 19.08.2015 tarixli, 532533 saylı “İnzibati xəta haqqında” protokola əsasən C.N.Vəliyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 19.08.2015 tarixli, inzibati xəta haqqında protokolu və arayışa əsasən 08.08.2015-ci il tarixdə KürdəxanıZabrat şossesində “VAZ-2106” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Kia Rio” markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, C.N.X4 Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi təklif olunmuşdur. Sığorta aktından və 27 avqust 2015-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən MB**********4 saylı sığorta şəhadətnaməsi üzrə faydalanan şəxsə (Bank VTB (Azərbaycan) QSC) ümumilikdə 6.000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı tələfindən 04.09.2015-ci il tarixli və 07.12.2015-ci il tarixli məktublarla cavabdehə müraciət olunaraq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə uyğun olaraq 5.000 manat məbləğində pul vəsaitinin iddiaçının müvafiq bank hesabına köçürülməsi xahiş edilmiş, cavabdehin 17.09.20 15-ci il tarixli və 16.12.2015-ci il tarixli məktublarında onun hadisənin səbəblərini müəyyən etmək imkanından məhrum olması və mənafelərinin əhəmiyyətli dərəcədə pozulması əsas gətirilərək sığorta ödənişinin verilməsindən imtina olunması qeyd olunmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 5.000 manat sığorta ödənişinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 430.1, 448.1, 936.1, 936.5, 1096, 1097 və 1114-cü maddələrinə istinad edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, MB********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış “Kia Rio” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərərvuran X5 ilə mülki məsuliyyətini sığortalayan cavabdeh arasında 24.01.2015-ci il tarixli sığorta müqaviləsi bağlanmış və “VAZ-21061” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Sığorta olunan C.N.Vəliyev 08.08.2015-ci il tarixdə təxminən saat 22:30da həmin avtonəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətdiyini və nəticədə “Kia Rio” markalı avtomobilə maddi ziyan dəydiyi barədə məlumat verməmiş, hadisə tarixindən bu günə qədər sığorta tədbirlərinin həyata keçirilməsi xahiş edilməmi şdir. Sığorta olunan C.N.Vəliyev tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1ci maddəsinin tələblərinə əməl olunmadığına görə hadisənin səbəblərini və dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam məhrum olması ilə əlaqədar cavabdehin mənafeləri əhəmiyyətli dərəcədə pozulduğu üçün baş vermiş hadisə ilə bağlı “İcbari sığortalar haqqında” Qanunun 21.1 -ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.1-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina olunur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-2(81)-1990/2016 saylı iş)27 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X9-məruzəçi, X6 və X3, 2-2(103)-225/2017 saylı iş) 29 mart 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2016-cı il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Sığortalanmış “Kia Rio” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yolnəqliyyat hadisəsi nəticəsində maddi zərərvuran X5 ilə mülki məsuliyyətin, sığortalayan cavabdeh arasında 24 yanvar 2015-ci il tarixli sığorta müqaviləsi bağlanmış və “VAZ21061” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Sığorta olunan C.N.Vəliyev 08.08.2015-ci il tarixdə təxminən saat 22:30da həmin avtonəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətdiyi və nəticədə “Kia Rio” markalı avtomobilə maddi ziyan dəydiyi barədə məlumat verməmiş, hadisə tarixindən bu günə qədər sığorta tədbirlərinin həyata keçirilməsi xahiş edilməmişdir. Sığorta olunan C.N.Vəliyev tərəfindən Mülki Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl olunmadığına görə hadisənin səbəblərini və dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam məhrum olması ilə əlaqədar cavabdehin mənafeləri əhəmiyyətli dərəcədə pozulduğu üçün baş vermiş hadisə ilə bağlı “İcbari Sığortalar haqqında” Qanunun 21.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.1-ci maddəsinə əsasən sığort a ödənişinin verilməsindən imtina olunmuşdur. Lakin işə baxan məhkəmələr, həmin maddələrin tələblərinə əhəmiyyət vermədən, yalnız X2 məsuliyyət daşıması barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 19.08.2015 tarixli inzibati xəta haqqında protokolunun mövcudluğuna istinad edərək, cavabdehin dəlillərini əsassız hesab etmişdir. Halbuki, məhkəmənin istinad etdiyi inzibati xəta haqqında protokola Mülki Məcəllənin 935.1.5-ci maddəsində müəyyən edilmiş faktları təkzib və ya təsdiq edən sənəd kimi baxıla bilməz. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına kassasiya şikayətinə dair e tiraz göndərərək şikayətin əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə 08 avqust 2015-ci il tarixdə Bakı şəhəri Kürdəxanı-Zabrat şossesində zərərvuran “xxxx” ASC-də „avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası“ üzrə sığorta olunmuş “VAZ-2106” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobi lin sürücüsü C.N.Vəliyev yol-nəqliyyat hadidəsi törətmiş, nəticədə İddiaçı tərəfindən „Avtokasko“ (avtonəqliyyat vasitələrinin sığortası) sığorta növü ilə sığortalanmış “Kia Rio” markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi, hər iki avtomaşının sığorta olunması və VAZ2106” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü C.N.Vəliyevin inzibati xəta hadisəsi törətməsi işdə olan sənədlərlə təsdiq olunur. Baş vermiş sığorta hadisəsi ilə bağlı iddiaçı 6.000 manat sığorta ödənişi etmişdir. İddiaçı cavabdehə müraciət edərək “İcbari sığortalar haqqında” Qanunun 56-cı maddəsinə uyğun olaraq 5.000 manat məbləğində pul vəsaitinin onun bank hesabına köçürülməsini xahiş etmiş, cavabdeh ödənişi etməkdən imtina etmişdir. C avabdehin imtinasının və kassasiya şikayətinin dəlillərinə görə sığorta olunan C.N.Vəliyev yol-nəqliyyat hadisəsi törətməsi, hadisə nəticəsində “Kia Rio” markalı avtomobilə ziyan dəyməsi barədə onlara məlumat verməmiş, bu səbəbdən də hadisənin səbəblərini və dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olmuşdur. Mülki Məcəllənin 935.1.5-ci maddəsinə əsasən belə hal sığorta ödənişi edilməsindən imtina üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.3-cü maddəsinə əsasən bu Məcəllənin 935.1.5-ci maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz. Mülki Məcəllənin 935.1-ci maddəsində qeyd edilir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imitna edir: zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi (935.1.5-ci maddə). Mülki Məcəllənin 925.5-ci maddəsinə görə əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səb əb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda (925.5.1-ci maddə); sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə (925.5.2-ci maddə); digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda (925.5.3-cü maddə). Göründüyü kimi, qanunvericiliyə görə sığorta hadisəsinin və sığorta məbləğinin aşkar faktlarla sübut olunması təsdiqini tapdığı halda, sığortaçının zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması onu sığorta ödənişindən azad etmir. Apellyasiya instansiyası məhkəməsində isə sığorta hadisəsinin baş verməsi və sığorta məbləği işdə olan sənədlərlə sübuta yetmişdir. “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinə görə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair məbləğ 5.000 manatdır. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı, subroqasiya hüququndan, zərərvuran şəxsin özünə və (və ya) müvafıq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ, bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən hə min ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bəhs olunan hüquq normalarına əsasən iddiaçının baş vermiş sığorta hadisəsi nəticəsində ödədiyi 5.000 manatı subroqasiya qaydasında zərər vurmuş avtomobilin sürücüsü C.N.Vəliyevin məsuliyyətini sığortalamış cavabdehdən tələb hüququ olduğundan, kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-225/2017 nömrəli, 29 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: İmza var İmza var İmza var “05” səhifə düzdür Hakim Rahib Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar