Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-295/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: pul tələbi 13.07.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İddiaçı “İddiaçı ” MMC-nin nümayəndəsi və vəkilinin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli 22(103)-293/2021 say lı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan 2019-cu il 21 may tarixli 2019/6639-01 nömrəli alğı-satqı müqaviləsindən və qeyd olunan müqavilənin əlavələrindən görünür ki, müqaviləyə əsasən İddiaçı MMC (bundan sonra – “ST”) Argentina mənşəli Soya Şrotunu (230400001 TNVD kodu) alıcı “Cavabdeh" MMC-yə (bundan sonra – “ZB”) satmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 2019-cu il 21 may tarixli 1 saylı, 2019-cu il 3 iyun tarixli 2 saylı, 2019-cu il 15 iyun tarixli 3 saylı, 2019-cu il 24 iyun tarixli 4 saylı, 2019-cu il 7 avqust tarixli 5 saylı və 2019-cu il 15 noyabr tarixli 6 saylı Əlavələrinə əsasən ümumi dəyəri 271.593,70 manat olan Soya Şrotu ZB-yə satılmış və mallar göndərilmişdir. 2. 2019-cu il 21 may tarixli 2019/6639-01 nömrəli alğı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən, keyfiyyətə dair bütün iddialar göndərmə günündən 10 iş günündən gec olmayaraq verilir. Alıcı tərəfindən göstərilən müddətdə əsaslandırılmış yazılı reklamın bəyan edilməməsi malların iddiasız qəbul edilməsi kimi başa düşülür. Müqavilənin 5.1-ci bəndinə əsasən, tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda birinci gündən etibarən hər geçikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0.2 % miqdarında penya ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə tərəflərin imzalandığı andan qüvvəyə minir və 2019-cu 31 dekabr tarixinədək etibarlıdır. Müqaviləyə 1, 2, 3, 4, 5, saylı Əlavələrin 3.1-ci bəndinə əsasən, faktiki göndərilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən eti barən 35 təqvim günü, 6 saylı Əlavənin 3.1-ci bəndinə əsasən, 30 təqvim günü müddətində həyata keçirilir.
3. İş materiallarında olan Seriya: EBAD № 024004, Seriya: EBAC № 884190, Seriya: EBAC № 623995 elektron qaimələrindən görünür ki, 2019-cu il 26 noyabr tarixində 22.968 manat dəyərində, 2019-cu il 25 noyabr tarixində 48.690 manat dəyərində, 2019-cu il 18 noyabr tarixində isə 45.549 manat dəyərində mal satılmışdır.
4. İş materiallarında olan 2020-ci il 17 fevral və 2020-ci il 3 mart tarixli üzləşmə aktlarından görünür ki, ST tərəfindən ZB-yə ümumi dəyəri 271.593,70 manat olan məhsul satılmış, bu məhsulun 154.385,71 manat dəyəri ödənilmiş, ZB-nin 117.208 manat borcu qalmışdır.
5. İş materiallarında olan 2020-ci il 14 may tarixli 35/2020 nömrəli etiraz məktubundan görünür ki, ST ZB-yə 2020 -ci il 21 may tarixinə kimi 196.447 manat borcu könüllü olaraq ödəməyi təklif etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. ST 2020-ci il 19 iyun tarixində ZB-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ZB-dən 2019-cu il 21 may tarixli alğı-satqı müqaviləsinə və ona edilmiş 2019-cu il 21 may tarixli 1 saylı, 2019-cu il 3 iyun tarixli 2 saylı, 2019-cu il 15 iyun tarixli 3 saylı, 2019-cu il 24 iyun tarixli 4 saylı, 2019-cu il 7 avqust tarixli 5 saylı və 2019-cu il 15 noyabr tarixli 6 saylı əlavələrə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 117.208 manat, 26.442 manat penya, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqı, ümumilikdə 144.180, 40 manat pul vəsaitinin tutularaq ST-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi yuxarıda §§ 1-5-də göstərilən hallarla və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 445.1, 445.2.1, 448.2, 462.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 121.1-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.
8. ZB 2020-ci il 27 avust tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək STnin ZB-yə qarşı ilk iddiasının əsassız hesab edilərək rədd edilməsi, ZB-nin ST-yə qarşı qarşılıqlı iddiasının təmin edilməsi və ST-nin göndərdiyi malı müqaviləyə uyğun malla əvəzləşdirməsi, həmçinin ST-nin təqsiri nəticəsində ZB-yə dəymiş 170.000 manat ziyan məbləğinin, eyni zamanda ödənilmiş 30 manat dövl ət rüsumunun ST-dən tutularaq ZB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində göstərildiyi kimi, ST ilə ZB arasında bağlanmış 2019-cu il 21 may tarixli №2019/6639-01 saylı alğı-satqı müqaviləsinə və ona edilmiş əlavələrə əsasən, ST tərəfindən ZB-nın ünvanına “Soya şrotu” (“Mal”) göndərilmişdir. Sözügedən “Mal” anbara qəbul olunduqdan sonra müqavilə şərtlərinə uyğun olaraq onun ümumi dəyərinin bir hissəsi ST-nin hesabına ödənilmişdir. Həmin “Mal” istifadə olunmağa başlandıqdan bir qədər sonra onun keyfiyyətinin Azərbaycan Respublikasının baytarlıq və fitosanitar tələblərinə, o cümlədən adı çəkilən müqavilənin 4.1-ci maddəsində göstərilən tələblərə (Malın keyfiyyəti Azərbaycan Respublikasının bayt arlıq və fitosanitar tələblərinə uyğundur) uyğun olmadığı aşkar olunmuşdur. Belə ki, toyuqlara həmin soya şrotu verildikdən sonra toyuqlarda az mənimsəmə, zəhərlənmə, bəzi hallarda isə kütləvi tələfat müşahidə edilmişdir. Bundan sonra “Mal”dan istifadə edilməsi, həmçinin onun dəyərinin qalıq hissəsinin ödənişi dayandırılmışdır. “Mal”ın qalığının bir hissəsi indiyədək anbardadır və ondan istifadə mümkün deyil. Bu səbəbdən istehsalatda müəyyən gecikmələr baş vermiş, keyfiyyətlə bağlı alıcılardan çoxsaylı şikayətlər daxil olmuş və ənənəvi alıcıların əksəriyyəti məhsulları almaqdan imtina etmişlər. Nəticədə ZB-yə 170.000 manat məbləğdə maddi ziyan dəymişdir. 2020-ci il 14 may tarixində ST ZB-yə 35/2020 nömrəli etiraz məktubu ünvanlayaraq 2020-ci il 21 may tarixinə kimi ST-ya olan 196.447 manat “borcu” könüllü olaraq ödəməyi təklif etmişdir. 2020-ci il 21 may tarixində ST-yə etiraz məktubu pretenziya ünvanlayaraq bütün bunları göstərib onların təqsiri nəticəsində ZB-yə dəymiş ziyan məbləğini 2020-ci il 4 iyun tarixinə kimi ödənilməsi, həmçinin ST-yə bu günə qədər edilmiş ödənişlərin geri qaytarılması və ya göndərdikləri malın müqaviləyə uyğun keyfiyyətli malla əvəzləşdirilməsi xahiş edilsə də, heç bir nəticəsi olmamışdır. Həmçinin ST tərəfindən göndərdiyi malın Azərbaycan Respublikasının baytarlıq və fitosanitar tələblərinə uyğun olması barədə indiyə qədər heç bir sübut təqdim edilməmişdir, buna görə də əgər bununla bağlı hər hansı bir sübut varsa, onu təqdim etmələri istənilsə də, buna məhəl qoyulmamışdır. Belə olan halda ZB-nin ST-yə hər hansı borcunun olmasından söhbət gedə bilməz.
10. Qarşılıqlı iddia tələbi MM-in 581.1, 587.1.1, 587.1.2, 587.1.3, 587.2.1, 587.2.2, 587.4, 588ci maddələrinə istinad edilərək əsaslandırılmışdır.
11. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli 2-2(113)-1761/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, ZB-dən 117.208 manat məbləğində əsas borc, 11.700 manat məbləğində dəbbə pulu, 500 manat hüquqi xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat pulun tutularaq ST-yə ödənilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə tələbi təmin edilməmiş, qarşılıqlı iddia rədd edilmişdir (hakim – A.Əliyeva).
12. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 12.1. ST ilə ZB arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, ST tərəfindən üzərinə düş ən öhdəliklər yerinə yetirilmiş, lakin ZB isə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. 2019-cu il may və noyabr ayları, həmçinin 2020-ci ilin fevral və mart aylarını əhatə edən dövrlərdə ümumi dəyəri 271.593,70 manat olan məhsul satılmış, bu məhsulun 154.385,71 manat dəyəri ödənilmiş, 117.208 manat ZB-nin borcu qalmışdır. 12.2. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci maddəsinə əsasən, ödənilməmiş malın dəyərinin gecikdirildiyi hər gün üçün 0,2 % həcmində dəbbə pulu ödəməlidir. ST qeyd edilən müqavilə şərtinə əsasən, ZB-dən 26.442 manat məbləğində dəbbə pulunun tutulmasını xahiş etmişdir. İşin halları, müqavilə üzrə ödənilməli olan əsas borcun məbləği nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq 11.700 manat məbləğində müəyyən edilməlidir. 12.3. İş materiallarında n görünür ki, ST-nin nümayəndəsinə hüquqi xidmətin göstərilməsi ilə bağlı 500 manat məbləğində vəsait ödənilmişdir. Həmin xərcin əvəzi olaraq ZB-dən ST-nin xeyrinə 500 manat məbləğində pul tutulmasını ağlabatandır. 12.4. ZB ST-nın göndərdiyi malı müqaviləyə uyğun malla əvəzləşdirməsi, həmçinin ST-nın təqsiri nəticəsində ZB-yə dəymiş 170.000 manat ziyan məbləğinin ödənilməsini tələb etsə də, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilədə satılan əşyanın qüsurları ilə bağlı tələb etmə müddəti müəyyənləşdirilmişdir. Bundan əlavə, müqaviləyə əsasən satılmış mallara görə ümumilikdə 154.385,71 manat ödənilmiş, üzləşmə aktı heç bir qeyd şərt olmadan təsdiq edilmiş və əsas iddia üzrə verilmiş elektron hesab fakturalar mübahisəsiz olaraq qəbul edi lmişdir. Halbuki elektron hesab fakturalar alındıqda əgər hər hansı bir mübahisəli məsələlər varsa, onları qəbul etməkdən imtina etmək hüququna malikdir.
13. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 442, 443, 449, 462, 467, 567, 598-ci, MPM-in 119.1, 121.1, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
14. ZB 2020-ci il 22 dekabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli 2-2(103)293/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli e-2-2(113)-1761/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov, V.Baxışova).
16. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 16.1. Tərəflər arasında MM-in 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və MM-in 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar ZB-yə verilmiş, ZB isə həmin əşyaların dəyərini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. 16.2. ZB də həmin halları etiraf edir, lakin bildirir ki, mallar keyfiyyətsiz olduğuna görə, o, ST-yə qalan 117.208 manat məbləğində ödənişi etməkdən imtina etmişdir. 16.3. Tərəflər arasında bağlanmış 2019-cu il 21 may tarixli alqı-satqı müqaviləsinin 4.2-ci bəndi ndə nəzərdə tutulmuşdur ki, keyfiyyətə dair bütün iddialar göndərmə günündən 10 iş günündən gec olmayaraq verilir. Alıcı tərəfindən göstərilən müddətdə əsaslandırılmış yazılı reklamın bəyan edilməməsi malların iddiasız qəbul edilməsi kimi başa düşülür. 16.4. Lakin ZB həmin müddətdə malların keyfiyyəti ilə bağlı etiraz verməmişdir. Bu hal isə onun tərəfindən ST-nin göndərdiyi malların bəyənməsi və keyfiyyətlə bağlı etirazının olmaması kimi qəbul edilir. 16.5. Bundan başqa mallar göndərildikdən 2 aydan çox müddət keçdikdən sonra tərəflər arasında 2020-ci il 17 fevral və 2020-ci il 3 mart tarixli üzləşmə aktları tərtib olunmuş və həmin aktlara əsasən ZB ST-yə 117.208 manat borcunun olmasını etiraf etmişdir. 16.6. Dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. 16.7. İşin halları, yəni ZB tərəfindən alınan malların dəyəri, aparılmış ödənişlər, malların təhvil verilmə tarixi və ST-nin məhkəməyə müraciət etdiyi tarix nəzərə alınmaqla birinci instansiya məhkəməsi düzgün olaraq 26.442 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas borcun 10 faizi məbləğində, yəni 11.700 manat müəyyənləşdirmişdir. 16.8. Eyni zamanda, qarşılıqlı iddia aşağıdakı səbəblərdən əsassızdır. 16.9. MM-in 587.2.1-ci maddəsinin məzmunundan da göründüyü kimi alıcının aldığı əşyanı müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ o halda yaranır ki, ilk növbədə alınan əşya keyfiyyətsiz olsun və ya onun keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuş olsun. Lakin yuxarıda qeyd olunduğu kimi ZB-nin malların keyfiyyəti ilə bağlı dəlilləri əsassızdır. Belə olan halda isə həmin malların digərləri ilə əvəzləşdirilməsi üçün hər hansı əsas mövcud deyil və həmin iddia tələbləri rədd edilməlidir. 16.10. Həmçinin zərərin əvəzinin ödənilməsi barədə tələblər də əsassızdır. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən MM-in 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən MM-in 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırki işdə ST tər əfindən öz öhdəliklərinin pozması halı müəyyən edilmir. Belə olan halda isə ona qarşı zərərlə bağlı tələb irəli sürülməsi əsassızdır.
17. Məhkəmə bu qənaətini MM-in 21.2, 443, 462.1, 467, 567, 587.2.1, 598.2, 600.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. ZB 2021-ci il 19 aprel tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
19. Verilmiş keyfiyyətsiz malın əvəzində öz hüquqlarından istifadə etməklə ZB haqlı surətdə lazımi keyfiyyətdə olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini istəmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə, ZB həmi n halları etiraf edir, lakin bildirir ki, mallar keyfiyyətsiz olduğuna görə, o, ST-yə qalan 117.208 manat məbləğində ödənişi etməkdən imtina etmişdir. Bu hissə ilə bağlı bildiririk ki, əgər ZB aldığı mallara görə pulu ödəmək fikrində deyildisə, hansı səbəbdən alınmış malın ən çox hissəsini ödəmişdir. Əgər belə bir fikri var idisə, əvvəldən müqavilədə bütün pulların hiss-hissə verilməsinin yazılmasını tələb edə bilərdi. Deməli, aldığı malın əvəzində bütün pulları ödəmək fikri olmuşdur, lakin aldığı malın keyfiyyətsiz olduğunu gördükdən sonra öz qanuni hüquqlarından istifadə etməklə qarşı tərəfdən keyfiyyətsiz malın keyfiyyətlisi ilə əvəz edilməsini tələb etmişdir. Bu, ZB-nin hüququ, ST-nin isə vəzifəsidir ki, həmin malları yenisi ilə əvəz etsin. Mallar ZB-nin anbarına qəbul olunduqdan sonra müqavilə şərtlərinə uyğun olaraq onun ümumi dəyərinin bir hissəsi ST-nin hesabına ödənilmiş, lakin mal istifadə olunmağa başlandıqdan bir qədər sonra onun keyfiyyətinin baytarlıq və fitosanitar tələblərinə, o cümlədən müqavilənin 4.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadığı aşkar olunmuş, toyuqlara soya şrotu verildikdən sonra toyuqlarda az mənimsəmə, zəhərlənmə, bəzi hallarda isə kütləvi tələfat müşahidə edilmişdir. Bundan sonra maldan istifadə edilməsi, həmçinin onun dəyərinin qalıq hissəsinin ödənişi dayandırılmışdır. Malın qalığının bir hissəsi indiyədək anbardadır və ondan istifadə mümkün deyil. Bu səbəbdən istehsalatda müəyyən gecikmələr baş vermiş, keyfiyyətlə bağlı alıcılardan çoxsaylı şikayətlər daxil olmuş və ənənəvi alıcıların əksəriyyəti məhsulları almaqdan imtina etm işlər. Nəticədə ZB-yə 170.000 manat məbləğdə maddi ziyan dəymişdir. Müqavilədə 10 gün müddət nəzərdə tutulmuşdursa, alıcının keyfiyyətsiz malı qəbul etməsi, külli miqdar ziyan çəkməsi, üstəlik keyfiyyətsiz mala görə qalan pul məbləğini də satıcıya ödəməsi tam məntiqsiz fikirdir. MM-ə görə keyfiyyətli mal vermək satıcının öhdəliyidir. ST göndərdiyi malın Azərbaycan Respublikasının baytarlıq və fitosanitar tələblərinə uyğun olması barədə indiyə qədər heç bir sübut təqdim edilməmişdir. Borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini də tələb edə bilməz.
20. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı m addəsinin 1-ci bəndinə, MM-in 581.2, 582.1, 582.2, 582.3, 584.2, 587.2.1, 587.2.2-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. ST-nin vəkili kassasiya şikayətini qəbul etmədiyi, dəlillərin əsassız olduğunu bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. Cavabdeh tərəfinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şik ayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. ZB apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
27. MM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır...” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsu liyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzi nin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icra sı üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə q aydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri... 587.2.Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:... 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin....” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyan ı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 598.5. alğı-satqı müqaviləsinə uyğun olaraq satıcının alıcıya təkcə onun ödədiyi əşyaları deyil, digər əşyaları da verməyə borclu olduğu hallarda satıcının ixtiyarı var ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əvvəl verilmiş əşyaların hamısı tam ödənilənədək həmin əşyaların verilməsini dayandırsın.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
28. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.”...” “Maddə
121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma g örə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini, iş material larını araşdıraraq, ST-nin vəkilinin izahatını dinləyərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ədalətli və əsaslıdır.
30. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassatorun dəlili (bax yuxarıda § 19) ilə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir.
31. Kassatorun bütün dəlilləri malların keyfiyyətsizliyi ilə bağlıdır. Həmin dəlillər eynilə apellyasiya baxışında da müzakirə predmeti olmuş və apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində bu dəlillər üzrə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun şəkildə düzgün hüquqi qiymətləndirmə aparmışdır.
32. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşaraq təkrarçılığa yol vermədən, əlavə olaraq aşağıdakılar bildirməyi məqs ədəmüvafiq hesab edir.
33. Kassator qeyd edir ki, ST göndərdiyi malın Azərbaycan Respublikasının baytarlıq və fitosanitar tələblərinə uyğun olması barədə indiyə qədər heç bir sübut təqdim edilməmişdir.
34. Halbuki tərəflər arasında bağlanmış müqavilədə ST-nin göndərdiyi malın Azərbaycan Respublikasının baytarlıq və fitosanitar tələblərinə uyğun olması barədə sənəd təqdim etməsi vəzifəsi ümumiyyətlə nəzərdə tutulmamışdır.
35. Alqı-satqı müqavilələrinin 2.6-cı bəndindən aydın olur ki, satıcının malla birlikdə alıcıya təqdim etməli olduğu sənəd yalnız tərəzi çekidir. Qeyd edək ki, analoji müddəa müqaviləyə əlavələrdə də öz əksini tapmışdır.
36. İşin materialları ilə alıcının müqavilədə nəzərdə tutulmuş müddətdə aldığı mala etiraz etdiyi müəyyən edilmədiyindən, həmin müqavilələrə görə, mallar satıcı tərəfindən iddiasız qəbul edilmiş hesab olunmalıdır.
37. Kassator göstərir ki, malın qalığının bir hissəsi indiyədək anbardadır və ondan istifadə mümkün deyil. Bu səbəbdən istehsalatda müəyyən gecikmələr baş vermiş, keyfiyyətlə bağlı alıcılardan çoxsaylı şikayətlər daxil olmuş və ənənəvi alıcıların əksəriyyəti məhsulları almaqdan imtina etmişlər. Nəticədə ZB-yə 170.000 manat məbləğdə maddi ziyan dəymişdir.
38. Məhkəmə kollegiyasının qənaəti belədir ki, əvvəla, malın qalığının bir hissəsinin indiyədək anbarda olması, istehsalatda müəyyən gecikmələrin baş verməsi işə baxan məhkəmələr tərəfindən müəyyən olunmamış, kassator öz şikayətində də bununla bağlı tutarlı dəlillər gətirməmişdir. Bununla belə, kassatorun həmin dediklərinin həqiqət olduğu hətta ehtimal olunsa belə, bu faktların məhz satılmış malın keyfiyyətsizliyi üzündən baş verməsini təsdiq edən mötəbər sənədlər də işin materiallarında yoxdur, kassator öz şikayətində bununla bağlı da tutarlı dəlillər gətirməmişdir. Belə olan halda malın anbarda qalması, istehsalatda gecikmələrin baş verməsi ZB tərəfindən biznes fəaliyyətinin düzgün təşkil olunmaması ilə də bağlı ola bilərdi.
39. Bundan başqa, ST tərəfindən təqdim olunmuş məhz hansı mal partiyasının və ya bu partiyanın hansı hissəsinin keyfiyyətsiz olduğu, yəni konkret olaraq hansı tarix(lər)də satılmış malın hansı hissəsinin ZB-də etiraz doğurması da işin materiallarından və kassasiya şikayətindən məlum olmur.
40. Həmçinin keyfiyyətlə bağlı alıcılardan çoxsaylı şikayətlər daxil olmasına, ənənəvi alıcıların əksəriyyətinin məhsulları almaqdan imtina etməsinə, nət icədə ZB-yə 170.000 manat məbləğdə maddi ziyan dəyməsinə gəldikdə isə, konkret olaraq hansı tarixlərdə neçə alıcıdan neçə şikayətlər daxil olduğu, nə qədər müştəri tərəfindən hansı həcmdə məhsuldan imtina olunması, ZB tərəfindən məhsulun satışının nə qədər aşağı düşməsi, ZB-yə zərər dəyməsi faktı, bu zərərin həcminin 170.000 manat məbləğində olması da işin materialları ilə müəyyən olunmur və kassasiya şikayətindən də görünmür.
41. Ümumiyyətlə, kassator öz şikayətində qeyd etdiyi dəlillərə bağlı təsdiqedici mötəbər sənədləri işə birinci instansiya və apellyasiya instansiyasında baxılarkən təqdim etməmiş, həmin hallar işə baxan məhkəmələr tərəfindən müəyyən olunmamışdır.
42. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qanunvericiliyinə tələblərinə uyğun, düzgün nəticəyə gəlmişdir.
43. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli 22(103)-293/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.