Məhkəmə qərarları › İş №2-2(102)-299/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-299/2019

21.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-299/2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı-nin Cavabdeh-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-299/19 Bakı şəhəri 21 avqust 2019-cu il 21.08.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, Cavabdeh-nin direktoru XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli, 2-2(103)-134/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14350,0 manat əsas borcun, 9978,0 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 24358,0 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 01 aprel 2013-cü il tarixli, 251-L/13 saylı lizinq müqaviləsi ləğv edilərək lizinq obyekti olan 1 ədəd AGFST-8000 markalı duru gübrəsəpənin saz vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2-2(82)218/2018 saylı qiyabi qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 avqust 2018-ci il tarixli, 2-2(82)218/2018 saylı qərardadı ilə (hakim Zaur Tağıyev) cavabdehin ərizəsi təmin edilmiş, məhkəmənin 19 fevral 2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 14350,0 manat əsas borcun, 9978,0 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 24358,0 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2-2(82)218/2018 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia qismən, 14.250 manat əsas borc, 900 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 15.280 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin olunmuşdur. Hə min qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli, 2-2(103)-134/2019 saylı qətnaməsi ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Cahangir Yusifov) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehdən 7570 manat əsas borc, 900 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8500 manat vəsaitin iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. “Lizinq verən” adladırılacaq İddiaçı-nin Nizamnaməsi əsasında fəaliyyət göstər ən İdarə Heyətinin sədri X2 və digər tərəfdən bundan sonra “Lizinq alan” adlandırılacaq Cavabdeh-nin direktoru X3 arasında 01 aprel 2013-cü il tarixdə bağlanmış lizinq müqaviləsinə əsasən, duru gübrə səpən (10 tonluq, AGFST-8000, 32300,0 manat) kənd təsərrüfatı texnikasının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə ödəniş qrafikinə göstərilən müddətdə lizinqə verir. İddiaçının 01 aprel 2013-cü il tarixli, 398/ü saylı əmrinə əsasən, cavabdehin direktorunun etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X1 01 aprel 2013-cü il tarixli sifarişinə və 01 aprel 2013-cü il tarixli, 251-L/13 saylı lizinq müqaviləsinə əsasən, duru gübrə səpən kənd təsərrüfatı texnikası ona lizinqə verilmişdir. Texnikanın verilməsi müvafiq qaydada sə nədləşdirilmiş, texnikanın ümumi dəyərindən 3.230 manat ödənildiyinin nəzərə alınması, lizinq layihələrinin icrası şöbəsinin müdiri T.Sadıxova və Ucar RTB-nin müdiri M.Tağıyevə əmrin icrasının təmin edilməsi və əmrin icrasına nəzarət İdarə Heyətinin sədr müavini Aydın Əzizova tapşırılmışdır. 01 aprel 2013-cü il tarixli, 251-L/13 saylı lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin 2017-ci ilin İİİ rübünün sonuna borcu 14.350 mant və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 9.977,90 manat təşkil edir. İddiaçı cavabdehə 14 noyabr 2016-cı il tarixdə pretenziya qaydasında bildiriş göndərərək, tərəflər arasında bağlanmış müqaviləyə əsasən kənd təsərrüfatı texnikasının lizinqə götürülməsini, həmin texnikaya görə ödəniş qrafik i üzrə 01 iyul 2016-cı il tarixədək 10.550 manat borcun yarandığı bildirilmişdir. Müqavilə üzrə 10.550 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə tələb olunan məbləğin, hesablanmış cərimənin məcburi qaydada alınaraq İddiaçı-yə ödənilməsi, eləcə də müqavilənin ləğv edilərək lizinq obyekti olan avadanlığın saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, 01 may 2015-ci il tarixdən fiziki və hüquqi şəxslər tərəfindən İddiaçı-dən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 f aizi həcmində güzəştlərin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, texnikanın ilkin qiymətinə 40 faiz güzəşt və ödənilən ilkin ödəniş nəzərə alınmaqla ödəniş qrafikinə əsasən cavabdehdən ödənilməmiş 15 rübün məbləği olaraq 7570 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsinin dəbbə pulunun tutulması hissəsi ilə apardığı qiymətləndirmə ilə razılaşmışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 273 saylı qərarının 3-1-ci bəndi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılm ası barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, iddia məbləği reallığı əks etdirməmiş və əsas və faiz borcları çox yüksək göstərilmişdir. Məhkəmə bunu nəzərə almayaraq işə birtərəfli yanaşmışdır. Apellyasiya məhkəməsinin qətnaməsində tam hüquqlu məhkəmə kimi apellyasiya qaydasında işə baxılması nəticəsində işin hallarının araşdırılması və araşdırmanın nəticəsi kimi işin hansı faktiki hallarının müəyyən edilməsi göstərilməmiş, bununla da apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid prosessual qanunveriliyin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüq uq normalarına riayət etməsini yoxlayır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 372.1, 372.7-ci maddələrinə istinad edilmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. 20 avqust 2019-cü il tarixdə daxil olmuş ərizə ilə cavabdehin vəkili və nümayəndəsi üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməməsi əsası ilə iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, texnikanın ilkin qiymətinə 40 faiz güzəşt və ödənilən ilkin ödəniş nəzərə alınmaqla ödəniş qrafikinə əsasən cavabdehdən ödənilməmiş 15 rübün məbləği olaraq 7570 man at iddiaçının xeyrinə tutulmalıdır. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliklə onun səlahiyyətinə aid olan – işin hallarının araşdırılması qaydasına riayət etməmiş, yüksək göstərilmiş əsas və faiz borclara birtərəfli yanaşmışdır. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): - 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə bo rcludur; - 748-1.12-ci maddəsinə əsaəsn, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə (748-1.12.4). Müddəaların mənası belə izah olunur ki, lizinq müqaviləsinin mahiyyətinə görə lizinq əmlakı lizinq alana verilməli və bunun müqabilində sonuncu müvafiq məbləği dövriliklə ödəməlidir. Həmin dövrilik müəyyən məbləğin müəyyən müddət ərzində ödənilməsini nəzərdə tutur və lizinq alan ardıcıl olaraq iki dəfə bu qaydaya riayət etmədiyi halda, lizinq verənin aşağıdakı hüquqları yaranır: lizinq müqaviləsini ləğv etmək; pul məbləğləri ni tələb etmək; lizinq obyektini geri almaq. İşin hallarından göründüyü kimi, tərəflər arasında göstərilmiş müddəalara əsasən bağlanmış lizinq müqaviləsindən irəli gələn münasibətlər yaranmış və iddiaçı qanunvericiliyin bu tələblərinə uyğun olaraq tələblərini irəli sürmüşdür. Cavabdehin mübahisələndirdiyi məsələ müqavilə üzrə ödənilməli olan məbləğlərlə bağlıdır. Apellyasiya məhkəməsi müəyyən etdiyi məbləğlərin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqəverilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında 273 saylı, 13 avqust 2014-cü il tarixli qərarına istinad etmişdir. Həmin qərarın: - 3-1-ci bəndinə əsasə n, 2015-ci il mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilsin; - 6-cı bəndinə əsasən, bu qərar 5 (beş) il müddətində qüvvədədir. Müddəaların tələblərinə görə yalnız 01 may 2015-ci il tarixindən başlayaraq və yalnız suvarma sistemləri dəstinin və avadanlığının lizinq yolu ilı alqı-satqısı zamanı müvafiq güzəştlərin 5 il müddəti ərzində tətbiq edilməsi nəzərdə tutulmuşdur. Halbuki, işin hallarına görə tərəflər arasında bağlanmış müqavilənin tarixi 01 aprel 2013-cü il tarixinə aid olmaqla, lizinq yolu ilə alınan ava danlıq “duru gübrə səpən” kənd təsərrüfatı texnikası olmuşdur. Qeyd edilənlər isə o nəticəni yaradır ki, apelyasiya məhkəməsi tərəfindən cavabdehdən tutulmalı olan məbləğ müəyyən edilərkən tətbiq eidlmiş hüquq işin hallarına uyğun deyildir. Apellyasiya şikayətində isə cavabdeh istinad olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin13 avqust 2014-cü il tarixli qərarının 2-ci bəndinə əsaslanmaqla bildirmişdir ki, tərəflər arasında yeni lizinq müqaviləsi bağlanmış və müvafiq güzəştlər tətbiq edilmişdir. Belə ki, göstərilmiş qərarın: - 2-ci bəndinə əsasən, bu qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qra nt hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin zərəri hesabına güzəşt tətbiq edilsin. Bu maddədə güzəştlərin tətbiqi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına həyata keçirilməsi və qərarın qəbul edildiyi tarixdən əvvəl bağlanmış lizinq müqavilələrinə və müvafiq lizinq predmetini təşkil edən kənd təsərrüfatı texnikasına aid olduğu nəzərdə tutulmuşdur. Qeyd edilmiş halı, yəni tərəflər arasında lizinq müqaviləsi ilə bağlı yeni şərtlərin mövcud olmasına əsaslanmaqla cavabdeh tutulması müəyyən edilmiş məbləğləri apellyasiya şikayətində mübahisələndirmişdir. Lakin apellyasi ya məhkəməsi tərəfindən apellyasiya şikayətində bildirilmiş dəlillərə hər hansı bir qaydada qiymət verilməmiş, halbuki qətnamədə məhkəmə apellyasiya şikayətinin dəlillərinin araşdırmasını bildirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası kassasiya şikayətində cavabdehin prosessual qanunvericiliyin apellyasiya məhkəməsinin səlahiyyətlərinə dair tələblərinin pozulması ilə bağlı bildirdiyi dəlili ilə razılaşdığını qeyd edir. Kassasiya şikayətinin “faiz borcunun” yüksək olması dəlilinə münasibətdə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı faiz borcunun tutulması barədə tələbini irəli sürməmişdir. Ehtimal oluna bilər ki, “faiz borcu” kimi cavabdeh dəbbə pulu qismində tutulması qət olunmuş cərimə məbləğini mübahisələndirmişdir. Belə ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 467-ci madd əsinə əsaslanmaqla dəbbə pulunun məbləğini müəyyən etmişdir. Həmin maddəyə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddənin tələbinə görə dəbbə pulunun məbləğinə qiymətin verilməsi işin hallarından asılı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, əsas borc məbləğinin müəyyən edilməsi işin halına aid olduğundan, lakin onu müəyyən edərkən apellyasiya məhkəməsi səhv hüququ tətbiq etdiyindən, dəbbə punun məbləğinə yeni işin hallarına uyğun olaraq qiymət verilməlidir. Aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəm əsi düzgün olmayan maddi-hüquq normalarını tətbiq etmiş, müvafiq maddi-hüquq normalarının tətbiqi üçün isə işin halları tam müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; - 418.2-ci maddəsinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; - 386-cı maddəsinə əsaəsn, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; - 419.2.11-ci maddəsinə əsaəsn, iş yeni məhkəmə baxışına verilərsə, yerinə yetirilməli olan hərəkətlər kassasiya instansiyası məhkəməsinin qərarında göstərilməlidir. Sadalanmış maddələrə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, işin yenidən baxışı zamanı cavabdehin apellyasiya şikayətində bildirilmiş əsaslar yoxlanılmaqla işin halları müəyyən edilməli və onlara müvafiq qiymət verilərək, qərar qəbul edilməlidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslıdır. Şərh olunan lara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh-nin direktoru XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli, 2-2(103)-134/2019 saylı qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar