Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-299/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X1 Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddiadan imtina olunması, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı X1 Cavabdehə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 yanvar tarixli 2-2(103)-128/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraatda olarkən iddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə ərizə nəzərdən keçirilərək aşağıdakı qərar qəbul edilmişdir. İş üzrə məhkəmə icraatı
1. İddiaçı X2 (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı mallara görə 392.767,29 manat pulun, gecikdirilmiş 318.997,65 manat borcuna görə 2023-cü il 1 yanvar tarixdən başlayaraq 2024-cü il 1 oktyabr tarixədək olan müddətə illik 5 faiz olmaqla 27.910 manatın manatın, gecikdirilmiş 73.769,64 manat borcuna 2023-cü il 10 sentyabr tarixdən başlayaraq 2024-cü il 10 oktyabr tarixədək olan müddətə illik 5 faiz olmaqla 3.991 manat pulun tutulması, 22 ədəd 50 litrlik 300 BAR təzyiqli balonun (22 ədəd X 476 manat) cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin balonlar olmadı qda isə onların dəyəri olan 10.472 manat pulun, məhkəməyə ödənilmiş 715 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 2.950 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 oktyabr tarixli e-2-2(113)-4602/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2018-ci il 7 sentyabr tarixli müqaviləyə əsasən əsas borc üzrə 392.767,29 manat məbləğində pulun, borcun 318.997,65 manat hissəsinə illik 5% hesablanmaqla 3.987,47 manat məbləğində pulun, borcun 73.769,64 manat hissəsinə illik 5% hesablanmaqla 922,12 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 22 ədəd 50 litrlik 300 BAR təzyiqli balonların cavabdehdən alınaraq iddiaçıya verilməsi, q ətnamə icra olunan vaxt 22 ədəd 50 litrlik 300 BAR təzyiqli balonlar olmadıqda isə onların dəyəri olan 10.472 manat məbləğində pulun, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 687,68 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – K.Hüseynov).
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – “müqavilə üzrə hesablanan, əsas borc üzrə 392.767,29 manat və borcun 318.997,65 manat hissəsinə illik 5% hesablanmaqla 3.987,47 manat, borcun 73.769,64 manat hissəsinə illik 5% hesablanmaqla 922,12 manat pul məbləğləri” hissəsində ləğv edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməs inin Kommersiya Kollegiyasının 2025-ci il 16 yanvar tarixli 2-2(103)-128/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
5. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
6. Kassasiya şikayəti icraata qəbul olunmuş, iş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasında yazılı icraat qaydasında baxışa təyin edilmişdir.
7. Sonradan iddiaçı tərəf elektron məhkəmə sisteminə ərizə daxil edərək bildirmişdir ki, cavabdeh tərəfindən mübahis ə üzrə borc ödənildiyi və öhdəlik qalmadığı üçün, iddiaçı iddiadan imtina edərək, bunun nəzərə alınmasını xahiş edir. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında göstərilmişdir: “… dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verm əsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, m əhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa;...” “Maddə
262. İcraata xitam verilmə qaydası və nəticələri... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir....” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu m addələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 52.1-ci maddəsinin (bax § 9) tələblərinə əsaslanaraq qeyd olunmasını zəruri hesab edir ki, qanunla iddiadan imtina edilməsi iddiaçının hüququ olaraq müəyyən olunmuşdur. Əgər iddiadan imtina edilirsə, o zaman kassasiya instansiyası məhkəməsi MPM-in 417.1.5-ci maddəsinə (bax § 9) əsasən, iş üzrə icraata xitam verə bilər. MPM-in 262.4-cü maddəsinə (bax § 9) görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübah isə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
11. Nəzərə alınmalıdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasını n Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarı - bax § 8).
12. O da qeyd olunmalıdır ki, MPM-in 52.5-ci maddəsinin (bax § 9) tələblərinə görə, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır.
13. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının öz iddiasından imtinasının qəbul edilməməsi üçün hər hansı prosessual əsas mövcud deyildir; bu səbəbdən də həmin imtina qəbul olunmalı və apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi MPM-in 261.0.4 və 417.1.5-ci maddələrində (bax § 9) nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam ver ilməlidir.
14. Şərh edilənlərə əsasən və MPM-in 261.0, 261.0.4, 417.1 və 417.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 yanvar tarixli 2-2(103)-128/2025 nömrəli qətnaməsi ləğv edilsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.