Məhkəmə qərarları › İş №2-2(102)-3/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-3/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-3/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh firmasına qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: subpodrat müqaviləsindən irəli gələn borcun ödənilməsi GİRİŞ HİSSƏ Hakimlər: 11.03.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X2 ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi ilə, Cavabdeh firmanın nümayəndələri X1, X3 və vəkili Vəkil iştirakı ilə, İlk İddiaçı MMC-nin Cavabdeh firmasına və 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və “AAAAAAAAAA” LTD şirkətinə qarşı subpodrat müqaviləsindən irəli gələn borcun ödənilməsi haqqında ilkin iddia, Cavabdeh firmasının İddiaçı MMC-yə qarşı subpodart müqaviləsi üzrə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh firması tərəfindən verilmiş kassasiya şikayətinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İlk İddiaçı MMC Cavabdeh firmasına və 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və “AAAAAAAAAA” LTD şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qırmadaş təpəsinin sonuncu hissəsinin (meyl və plitə olmayan) düzəldilməsi üzrə iş həcmləri No AT-P-01/014 saylı müqaviləsində xx.xx.2015-ci il tarixli X6 07-yə əsasən 14 0.000 manat, demobilizasiya işlərinin aparılması ilə əlaqədar 75.000 manat, cəmi bu iki iş üzrə 210.000 manat və 10% cərimə 21.000, cəmi 231.000 manat, boşdayanmalar üzrə ümumi məbləği 2.592,2 və 3.197,4 manat (ƏDV-siz), cəmi 12.789,6 manat, ümumilikdə cavabdeh firmadan 243.789,6 manatın tutulub iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zaman Cavabdeh firması İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, İddiaçı MMC-dən subpodrat müqavilələri üzrə görülən işlərlə əlaqədar firma tərəfindən artıq ödənilən 362.118 manatın və 65.118,24 manat ƏDV-nin, cəmi 427.299,24 manat vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməs i ilə (hakim İ.Bayramova; iş No 2-2(82)-11/2018) ilkin iddianın qismən təmin edilməsi; Cavabdeh firmasından 231.000 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 231.030 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi; ilkin iddianın qalan hissəsinin təmin edilməməsi; Cavabdeh firmasının qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.Seyidova, hakimlər KAbiyeva və V.Məmmədov, iş № 2-2(103)340/2018) Cavabdeh Firmasının apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən K.Bədəlov, hakimlər İ.Dadaşov və S.Hüseynova, iş № 2-2(102)88/2019) Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğ edilməsi; işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alıınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Baxışova, hakimlər E.Nağıyeva və E.Nəbiyev, iş № 2-2(103)-386/2019) Cavabdeh Firmasının apellyasiya şikayətinin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin cərimə borcunun tutulması hissəsində də yişdirilməsi; cavabdeh Cavabdeh firmasından İddiaçı MMC-nin xeyrinə 16.000 manat cərimə, 215.000 manat müqavilə üzrə əsas borc olmaqla, cəmi 231.000 manat pulun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmşdir. Həmin qətnamədən narazı qalan cavabdeh firma kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh firmasının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə əsas sız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh firmanın vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsini ləğv edərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh firmanın nümayəndələri H.Süleymanov və R.Səlimov vəkilin dediklərinə uyğun izahat vermişlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçı MMC-nin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPMnin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, podratçı - Cavabdeh firması ilə subporatçı - İddiaçı MMC arasında bağlanmış xx.xx.2014-ci il tarixli AT-P-01/14 saylı, xx.xx.2014-cü il tarixli AT-P-04/014 saylı Subpodrat müqavilələrinə və xx.xx.2015-ci il tarixli İcarə müqaviləsinə əsasən subplratçı həmin müqavilələrə uyğun olaraq və layihə sənədləri əsasında podratçının Türkan qəsəbəsində tərsanə slipinin tikintisində qaya süxurundan ibarət dəniz dibinin dərinləşdirilməsi, qırmadaş layının tökülməsi və hamarlanması, qazma doldurma svayların və rostverklərin tikintisi işlərinin həyata keçirilməsini, podratçı isə bu işlərin razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Sonradan xx.xx.2014-cü il tarixli AT-P-01/14 saylı “Subpodrat müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi barədə” xx.xx.2014-cü il tarixli 1 nömrəli, xx.xx.2015-ci il tarixli 2 nömrəli, xx.xx.2015-ci il tarixli 3 nömrəli, xx.xx.2015-ci il tarixli 4 nömrəli, xx.xx.2015-ci il tarixli 5 nömrəli, xx.xx.2015-ci il tarixli 6 nömrəli, xx.xx.2015-ci il tarixli 7 nömrəl i, eləcə də, xx.xx.2014-cü il tarixli AT-P-04/014 saylı Subpodrat müqaviləsinə xx.xx.2015-ci il tarixli 1 nömrəli, xx.xx.2015-ci il tarixli 2 nömrəli Əlavələr imzalanmaqla görüləcək işlərin həcmi və dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında artırılmışdır. Araşdırıan qətnamədən göründüyü ktmi, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, İddiaçı MMC həmin müqavilə və əlavələr üzrə görülmüş aşağıdakı işlərin dəyərinin Cavabdeh firması tərəfindən ödənilməsini tələb etmiş və 1-ci instansiya məhkəməsi tərəfindən bu tələblər təmin edilmişdir: 1) Qırmadaş təpəsinin sonuncu hissəsinin (meyl və plitə olmayan) düzəldilməsi işlərinin görülməsi ilə əlaqədar 140.000 manat; 2) Demobilizasiya və avadanlığın demontajına görə 75.000 manat; 3) Ödənişin gecikdirilməsinə görə 21.000 manat cərimə. İddiaçı MMC tərəfindən demobilizasiya və avadanlığın demontajına görə tələb olunan 75.000 manatın Cavabdeh firması tərəfindən ödənilməli olduğu xx.xx.2014-cü il tarixli subpodrat müqaviləsinə xx.xx.2015-ci il tarixdə edilmiş 2 saylı “Əlavə Razılaşma”da nəzərdə tutulmuşdur. İşə apellyasiya qaydasında yenidən baxılarkən Cavabdeh firmasının nümayəndələri təsdiq etmişlər ki, forma 2 aktını təsdiq etməsələr də həmin işin görüldüyünü qəbul edirlər. Həmin məbləğ ona görə ödənilməmişdir ki, qarşı tərəfə təsdiq edilmiş forma-2 sənədləri üzrə artıq ödənişlər edilmişdir. Qırmadaş təpəsinin sonuncu hissəsinin (meyl və plitə olmayan) düzəldilməsi işlərinin görülməsi ilə əlaqədar 140.000 manatın ödənilməsi Subpodrat müqaviləsi üzr ə xx.xx.2015-ci il tarixdə imzalanmış 07 nömrəli “Əlavə Razılaşma”da nəzərdə tutulmuşdur. Həmin əlavəyə əsasən slipin son hissəsində -32,53 səviyyəyədək qırmadaş qatının 20 m X 7 m ölçüdə tökülməsi, üstün hamarlanması, ümumi çəkisi 7 ton olan, iki hissədən ibarət metal konstruksiyasının quraşdırılması və birləşdirilməsi, relslərin üzərində tormoz tumbalarının quraşdırılması işlərinin görülməsinə görə (metal konstruksiya (relslər ilə birlikdə) və tormoz tumbaları podratçı tərəfindən təmin olunur) İddiaçı MMC-yə Cavabdeh firması tərəfindən 140.000 manat ödənilməsi nəzərdə tutulmuşdur. Bu işin görülməsi barədə forma-2 aktı Cavabdeh firması tərəfindən təsdiq edilməmişdir. Hazırki iə baxmış Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, təsdiq edilməmiş forma-2 aktlar ında qeyd edilmiş işlərin həqiqətən görülüb- görülmədiyini məhkəmə yerində müayinə keçirməklə və iş üzrə əlavə ekspertiza təyin etməklə müəyyən etməlidir. İşə apellyasiya qaydasında baxılarkən tərəflərin nümayəndələrinin izahatlarına əsasən müəyyən edilmişdir ki, 07 nömrəli “Əlavə Razılaşma”da nəzərdə tutulmuş işlər suyun altında icra edilmişdir. Bundan əlavə cavabdeh firmanın nümayəndələri təsdiq etmişlər ki, həmin işlərin görüldüyünü mübahisələndirmirlər, lakin işlər İddiaçı MMC tərəfindən deyil, İsrail şirkətinin özü tərəfindən icra edilmişdir. Göründüyü kimi, 07 nömrəli “Əlavə Razılaşma”da nəzərdə tutulmuş işlərin icra edilməsi işin mübahisəsiz halı olduğundan işin icra edilib-edilmədiyinin müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən yerində müayinə və ya əlavə ekspertiza təyin edilməs inə zərurət yoxdur. Bundan əlavə, işin mübahisəsiz halıdır ki, layihə əsasında ümumi iş (gəmilərin tərsanə tikintisi) tam başa çatdırılaraq sifarişçi Dövlət Sərhəd Xidmətinə təhvil verilmiş və müqavilə üzrə hər hansı işin görülməməsi, qüsurlarla bağlı podratçıya sifarişçiyə pretenziya bildirilməsi iş materialları ilə müəyyən olunmur. Belə olan halda araşdırılmalı olan məsələ 07 nömrəli “Əlavə Razılaşma”da nəzərdə tutulmuş işlərin hansı şirkət tərəfindən icra edildiyinin müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunmalıdır ki, İddiaçı MMC Qırmadaş təpəsinin sonuncu hissəsinin düzəldilməsi işlərinin yerinə yetirilməsinin ona həvalə edildiyinə sübut olaraq subpodrat müqaviləsinə 07 nömrəli “Əlavə Razılaşma”nı məhkəməyə təqdim etdiyindən, həmin razılaşma ləğv edilmədiyi halda razılaşmada nəzərdə tutulmuş işlərin digər şirkət tərəfindən icra edildiyini sübut etmək vəzifəsi bunu iddia edən Cavabdeh firmasının üzərinə düşür. Cavabdeh firması tərəfindən isə nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə bu barədə mötəbər sübut təqdim edilməmişdir. İşə birinci instansiya qaydasında baxılarkən xx.xx.2018-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh firmasının nümayəndəsi hakimin sualına cavab olaraq göstərmişdir ki, 140.000 manat dəyərində iş tam olaraq İddiaçı MMC tərəfin dən icra olunmuşdur, lakin materialın həcmi 1578 m3 artıq göstərilmişdir. İddiaçı MMC onlara qarşı iddia qaldırmasaydı onlar artıq ödəməni tələb etməzdi (i.c.2, i.v.135). İşə yenidən apellyasiya qaydasında baxılarkən Cavabdeh firmasının nümayəndəsi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, sifarişçi, yəni “AAAAAAAAAA” LTD şrkəti tormoz tumbalarını quruda quraşdırmış, İddiaçı MMC isə metal konstruksiyanın kranla qaldırılıb suya qoyulmasını həyata keçirmişdir. Nümayəndə bu izahatı ilə 07 nömrəli “Əlavə Razılaşma”dakı işin qismən İddiaçı MMC tərəfindən görüldüyünü təsdiq etmişdir. İddiaçı MMC tərəfindən istifadə edilmiş materialın həcminin və dəyərinin müqavilədə və forma-2 aktlarında artıq göstərilməsi, 07 nömrəli “Əlavə Razılaşma”da nəzərdə tutulmuş işlərin digər şirkət tərəfindən g örüləcəyi barədə Cavabdeh firmasının qarşı tərəfə pretensiyası və ya rəsmi müraciəti məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.2-ci maddəsinə müvafiq olaraq, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 753.3-cü maddəsinə görə, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetir məyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Göründüyü kimi, xx.xx.2015-ci il tarixdə imzalanmış 07 nömrəli “Əlavə Razılaşma”da nəzərdə tutulmuş işlərin İddiaçı MMC tərəfindən deyil, digər şirkət tərəfindən icra olunduğuna dair Cavabdeh firmasının mülahizələri məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmadığından, o cümlədən xx.xx.2015-ci il tarixli 2 saylı “Əlavə Razılaşma”ya əsasən icra edildiyi mübahisələndirilməyən demobilizasiya və avadanlığın demontajı işlərinə görə İddiaçı MMC-yə 75.000 manat ödənilməli olduğu müəyyən edildiyindən iş üzrə qəbul edilmiş qətnamə həmin məbləğlərin Cavabdeh firmasınd an İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində əsaslıdır. xx.xx.2014-cü il tarixli müqavilənin 8.2-ci bəndinə əsasən, podratçı bu müqavilənin 1.1-ci bəndində göstərilən işlərin icrasının dəyərini müqavilənin 2.2., 2.3., 2.4-cü və 2.5 bəndlərində nəzərdə tutulmuş qaydada və müddətdə ödəmədiyi və 4.3.11-ci bəndində nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi halda gecikdirilmiş hər gün üçün subpodratçıya bu müqavilənin 2.2-ci bəndində nəzərdə tutulan ümumi məbləğin 0,1%, lakin müqavilənin ümumi məbləğinin 10%-dən çox olmamaqla cərimə ödəyir. Müqavilənin bu şərtinə əsasən İddiaçı MMC qarşı tərəfdən pul öhdəliyinin vaxtında icra edilməməsinə görə cərimə tutulmasını tələb etməkdə haqlıdır. Lakin işə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, iddianın məbləği hesablanarkən həm iddiaçı MMC, həm də işə baxmış məhkəmə tərəfindən riyazı hesablamada səhvə yol verilmişdir. Belə ki, ilkin iddia üzrə qarşı tərəfdən 21000 manat cərimə tutulması xahiş olunsa da, müqavilə üzrə 215.000 manat əsas borcla birlikdə, cəmi 231.000 manat pulun tutulması tələb edilmişdir. Belə olan halda tələb olunan cərimə məbləğinin 21.000 manat deyil, 16.000 manat təşkil etdiyi müəyyən olunur (231.000-215.000=16.000). Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 1-ci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə cavabdeh firmadan tutulmuş borc məbləğinin cəmi 231.000 manat olduğu, qətnamənin ilkin iddia üzrə iddiaçı M MC tərəfindən mübahisələndirilmədiyi və bu məbləğin 215.000 manatının əsas borc məbləği olduğu nəzərə alınmaqla, qətnamə cərimə borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdeh firmadan tutulmalı olan cərimə məbləği 16.000 manat məbləğində müəyyən edilməlidir. Qarşılıqlı iddianın rədd edilməsi barədə 1-ci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə aşağıdakılara əsasən qanuni və əsaslıdır. İşin mübahisəsiz halıdır ki, Cavabdeh firmasının İddiaçı MMC-dən geri tələb etdiyi ƏDV ilə birlikdə 427.299,24 manat vəsait təsdiq edilmiş forma-2 aktları üzrə ödənilmiş məbləğdir. Yəni, ödənilmiş məbləğlər üzrə iş həcminin yerinə yetirildiyi Cavabdeh firması tərəfindən təsdiq və qəbul edilmişdir. Qarşılıqlı iddia bununla əsaslandırılmışdır ki, aparılmış daxili araşdırma zamanı subpodrat müqavil ələri üzrə layihə sənədlərinə əsasən işin həcmi 2851,3 kub.m olduğu halda, İddiaçı MMCnin 4429,5 kub.m iş görməklə layihə sənədlərindən kənara çıxdığı, bununla da tərəflər arasında bağlanmış müqavilənin 4.1.1-ci bəndinin tələbini pozduğu müəyyən edilmişdir. Qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində İddiaçı MMC tərəfindən tələb olunan məbləğ üzrə işlərin görülmədiyi deyil, layihədən kənara çıxılmaqla görüldüyü iddia olunmuşdur. Kassasiya şikayətində isə Cavabdeh firması qeyd edilən əsaslardan fərqli əsas göstərərək qeyd etmişdir ki, İddiaçı MMC rəsmi razılıq olmadan layihə sənədindən kənara çıxmamış, yalnız artıq vəsait əldə etmək məqsədi ilə gördüyü işin həcmini süni olaraq artırmışdır. Belə ki, 4429,5 kub.m qırmadaş çınqılının gətirilməsinə dair qaimə sənədləri İddiaçı MMC tə rəfindən təqdim edilməmişdir. İşin həcminin və dəyərinin artırılması layihə sənədlərindən kənara çıxılmasını nəzərdə tutmur. Tərəflər arasında bağlanmış Subpodrat müqaviləsinin 4.1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, subpodratçı bu müqavilədə nəzərdə tutulmuş subpodrat işlərini müəyyən olunmuş layihə, smeta və müddət çərçivəsində icra etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilənin 2.6-cı bəndində nəzərdə tutulmuşdur ki, subpodrat işlərinin gedişində əlavə işlər görmək zərurəti ortaya çıxarsa, podratçı işlərin smeta dəyərini artıraraq vəsaitin ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, layihə üzrə görüləcək işlərin əvvəlcədən tərtib edilmiş vahid smeta sənədi olmamış, smeta sənədləri görüləcək işlərin həcminə müvafiq olaraq tərəflər arasında razılaşdırılmışdır. Təsdiq edilmiş forma-2-lər üzrə İddiaçı MMC görülmüş işlərin dəyəri razılaşdırılmış smeta sənədlərinə uyğun olmuş, razılaşdırılmış smetadan kənara çıxma halı olmamışdır. İşə 1-ci instansiya məhkəməsi tərəfindən baxılarkən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, xx xxxxxx 2017-ci il tarixli 12806/12825 saylı rəyində qeyd edilmişdir ki, Cavabdeh firması (podratçı) ilə İddiaçı MMC (subpodratçı) arasında bağlanmış subpodrat müqaviləsi əsasında subpodratçıya təqdim edilmiş layihə sənədlərinə əsasən, Türkan qəsəbəsində tərsanə slipinin tikintisində slipin səthinə 2819,1 kub.m qırmadaş-qum layının tökülməsi və hamarlanması işlərinin həyata keçirilməsi nəzərdə tutulduğu müəyyən edilmişdir. İşlərin həyata keçirilməsi zamanı normativ sənədlərə əsasən artırılm alara yol verilə bilən hədd işin materiallarına əlavə edilmiş layihə sənədlərində öz əksini tapmamışdır. Mail hissə və KR 70 rels yolu ilə birlikdə slipin ümumi uzunluğunun 132,1 m olduğu müəyyən edilmişdir. Rəydə həmçinin qeyd edilmişdir ki, Türkan qəsəbəsində tərsanə slipinin tikintisinə baxış keçirilməsi mümkün olmadığından Cavabdeh firması tərəfindən təsdiq edilməmiş 2 saylı Fomalarda göstərilən işlərin İddiaçı MMC tərəfindən görülüb-görülməməsini və İddiaçı MMC tərəfindən slipin tikintisinə faktiki sərf olunmuş çaydaşının və çınqılın həcminin, slipin qeometrik ölçüləri və normativ sənədlərdə nəzərdə tutulan sərfiyyat normaları həmçinin su dibinin dərinləşdirilməsi işləri aparılarkən normativlər üzrə layihədən kənara çıxma hallarının nəzərdə tutulduğu, eləcə də tikinti işlərinin gedişi ndə su dibinin dərinləşdirilməsi layihəsində dəyişikliklərin edilməsi, çaydaşının və çınqılın tökülmə hündürlüyü və slipin üst hissəsinin hamarlaşdırılması işlərinin həyata keçirilməsi nəzərə alınmaqla hesablanan material həcmini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, qarşılıqlı iddia ərizəsində istinad edilən halları sübut etmək vəzifəsi (sübutetmə yükü) Cavabdeh firmasının üzərinə düşdüyündən İddiaçı MMC-dən təsdiq edilmiş forma-2 aktları üzrə mal-materialların alınması, daşınması, işlərin görülməsi ilə bağlı çəkilmiş xərclərlə bağlı sübutlar tələb edilə bilməz. Belə ki, forma-2 aktları təsdiq edildikdən sonra subpodratçı tərəfindən həmin sənədlərin saxlanılmasına zərurət olmamışdır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi akt lara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 770-ci maddəsinə müvafiq olaraq, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Mülki Məcəllənin tələblərinə əsasən, podrat müqaviləsi üzrə nəzərdə tutulmuş işin icra edildiyi sifarişçi tərəfindən həmin işlərin qəbul edilməsi ilə təsdiq edildiyindən məhkəmə tərəfindən Cavabdeh firmasının təsdiq etdiyi forma-2 aktlarında nəzərdə tutulmuş işlərin subpodratçı tərəfindən həqiqətən görüldüyünü təsdiq edən mötəbər sübut kimi qəbul edilməlidir. Mübahisənin mötəbər sübutlarla təsdiq olunan hər hansı halının araşdırılması üçün həmin sübutun mötəbərliyinə əsaslı şübhə olmadan əlavə sübutlar toplanması və ekspertiza təyin edilməsi məhkəmə tərəfindən zəruri hesab edilmir. İş faktiki olaraq görülmədiyi halda forma-2 aktlarının Cavabdeh firması tərəfindən təsdiq edilməsi və işlərin dəyərinin ödənilməsi inandırıcı hesab edilmir. Qeyd edlənlərə görə, 1-ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdeh Cavabdeh firmasından İddiaçı MMC-nin xeyrinə 16.000 manat cərimə olmaqla, cəmi 231.000 manat pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabd eh firmanın kassasiya şikayətində qeyd edlənlər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün qismən əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh firmasının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar