Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-30/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası «xxxx» MMC cavabdehə qarşı iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi. QƏRAR GİRİŞ HİSSƏ 21.01.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili, cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin cavabdehə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-323/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ndən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı «xxxx» MMC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 17.252,96 manat əsas və 850 manat dəbbə pulu, cəmi 18.102,96 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2016-cı ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı malları cavabdehin sifarişinə əsasən onun anbarına çatdırılmasını, cavabdeh isə həmin malların dəyərini ona ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq iddiaçı müxtəlif tarixlərdə qaimə faktura əsasında malları cavabdehə təhvil vermiş, lakin sonuncu tərəfindən onların dəyəri tam ödənilməmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə tərəflər arasında imzalanmış üzləşmə aktına əsasən cavabdeh 23.147,34 manat məbləğində borclu olmasını etiraf etmiş, bundan 8487,38 manat mal şəklində, 14659,96 manat pul şəklində borcu olduğu müəyyən edilmişdir. 14659,96 manat pul şəklində olan borc 8505 manat müqavilə üzrə verilən malların satışından əldə olunan məbləğ, qalan məbləğ isə cavabdehlə mağazanın vitrininə reklam məqsədilə yerləşdirilməsi üçün verilmiş içki məhsullarının dəyəridir. Belə ki, həmin mallar cavabdeh tərəfindən satılmışdır, bu səbəbdən məbləğ mal şəklində deyil, pul şəklində göstərilmişdir. Lakin xx.xx.2018-ci il tarixdə aktda göstərilən 8487,38 manat dəyərində olan mallardan, yalnız 5894,38 manat dəyərində mal şəklində qaytarılmış, qalan hissələr (14 659,96 manat pul və qalıq mal) qaytarılmamışdır. Beləliklə də ümumilikdə cavabdehin borcu 17 252,96 manat təşkil etmişdir. Cavabdeh iddianı qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-127/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi (hakim – E.M.Mustafayev) ilə iddia təmin edilərək cavabdehdən 17.252,96 manat əsas və 850 manat dəbbə pulu, cəmi 18.102,96 manat məbləğində pulun tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasıya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-323/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi (sədrlik edən və məruzəçi hakim – C.A.Yusifov, hakimlər – V.M.Ağayev və A.B.Nuriyeva) ilə cavabdehin apellyasiya şikayəti təmin ed ilmiş,2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-127/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı «xxxx» MMC-nin əsas borcun və dəbbə pulunun tutulması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmiş, məhkəmə sübutların qiymətləndirilməsində səhvlərə yol vermiş, işi tam, hərtərəfli və obyektiv tədqiq etməmişdir. Belə ki, tərəflər arasında sifariş əsasında satıcının ona məxsus olan malların alıcıya verilməsi barədə xx xxxxxx 2016-cı tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı (satıcı) malı cavabdehin (alıcı) mülkiyyətinə verməyi, alıcı isə aldığı malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə bağlı ilk bilik və təcrübəsini iddiaçı şirkətdə əldə etmişdir, bir müddət sonra o, xoş niyyətlə şirkətdən ayılıb, X şərab evini açıb, müstəqil şəkildə sahibkarlıq fəaliyyətinə başlamışdır. Etibarlılıq və dostluq münasibətlər zəminində şərab tədarükü ilə bağlı əməkdaşlıq etməyə və cavadbehin bu işdə ona yardımçı olmaq xahişini nəzərə alaraq, iddiaçı cavabdehin işlətdiyi mağazaya çoxlu sayda müxtəlif çeşidli şərablar yerləşdirmişdir. Bunda məqsəd alıcıların cəlb edilməsi, mal satışının artırılması, biznesin və qarşılıqlı əməkdaşlığın uğ urlu həyata keçirilməsi olmuşdur. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə şirkətə 23147,34 manat borcu yaranmışdır. Bu barədə xx xxxxxx 2017-ci il tarixdə üzləşmə akt tərtib edilmiş, aktı şirkətin icraçı direktoru və cavabdeh imzaları ilə təsdiq etmişlər. Bundan sonra, xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən 5894,38 manat məbləğində mal qaytarılmışdır, şirkətə 17 252,96 manat borcu qalmışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçı cavabdehin ona 17,252 manat məbləğində borcunun təsdiqi kimi, iddiaçı və cavabdeh tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli akta istinad etmişdir. Lakin həmin həcmdə malların cavabdehə təhvil verilməsi barədə qaiməfakturalar məhkəməyə təqdim edilməmişdir. Elektron qaimə-fakturalarda göstərilən məlumatlar m alın cavabdehə təhvil verildiyini təsdiq edici məlumatlar kimi qiymətləndirilə bilməz. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh məhkəmə baxışının hər bir mərhələsində iddiaçıya həmin məbləğdə borclu olduğunu etiraf etmişdir, bu borcun olmasını inkar etməmişdir, yalnız həminborcun iddiaçıya qaytardığını bəyan etmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, sözügedən xx.xx.2017-ci il tarixli akt imzalandıqdan sonra cavabdeh ilə iddiaçının satış təmsilçisi X1 arasında xx.xx.2017-ci il tarixdə imzalanmış akta əsasən 8750 manat məbləğində pul, 12 ədəd qaimə fakturalar əsasında isə 12.277,17 manat məbləğində malları iddiaçının satış təmsilçisi X1 qaytarmışdır. Məhkəmə şahid X1 izahatına qiymət verərkən AR MPM-nin 80, 88 və 106-cı maddələrinin tələblərini pozmuşdur. Belə ki, şahid X1 xxxx MMC-nin heç bir zaman əməkdaşı olmamışdır. Məhkəmə iclasında izahat vermiş X1 xxxx MMC-də hansı əsaslarla işləməsini izah edə bilməmişdir, onun şirkətlə əmək və ya xidmət müqaviləsi olmamışdır, onun həmin şirkətdə işləməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. Cavabdehlə şahid arasında imzalanmış “qaimə-fakturalarda“ iddiaçının nə imzası, nə möhürü mövcud deyildir. “Qaimə-fakturalar” nəzərdən keçirildiyində müəyyən olunur ki, tarixləri müxtəlif göstərilən fakturaların sıra nömrələri ardıcıllıqla düzülmüşdür, yəni xx.xx tarixli fakturanın nömrəsi *****,xx.xx fakturanın nömrəsi isə ****** kimi göstərilmişdir. xx.xx tarixində isə 10 ədəd qaimə tərtib olunması göstərilmişdir. Göründüyü kimi cavabdehin təqdim etdiyi sənədlər formal və tələsik tərtib olunmuşdur. Bu “sə nədlərin” iddiaçıya heç bir aidiyyəti olmadığı halda, məhkəmə onları yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərini pozaraq, sübut kimi qəbul edib qiymət vermişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (iddiaçı) ona məxsus olan məhsulları siyarişçinin yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında sifarişçinin anbarına çatdırır; Həmin Müqəavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti qaimə fakturaya əsasən müəyyən olunur. Apellyasiya məhkəməsi işin faktiki hallarının araşdırılması ilə bağlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı hazırıkı iddia tələbind ə cavabdehin ona 17 252,96 manat borclu olduğunu iddia etsə də, həmin həcmdə malların onun anbarında müqavilənin qeyd olunan şətlərinə müvafiq təhvil verilməsini təsdiq edən qaimə fakturalar mövcud deyildir. (Belə qaimə fakturalardan məhkəməyə, yalnız 2 ədəd, cəmi 1999,20 manat məbləğində (925,15 + 1074,05) malların çatdırılmasına dair 429778 vəvə 429777 saylı - 29.032016-cı il tarixli qaiməfakturanın kserosurətini təqdim etmişdir). İddiaçı cavabdehin 17 252,96 manat məbləğində borcunun təsdiqi kimi iddiaçının inzibati işlər üzrə direktoru X2 və cavabdeh X şərab evinin rəhbəri X3 arasında xx xxxxxx 2017-ci il imzalanmış Akta istinad edir ki, həmin Aktda da göstərilir ki, «xx xxxxxx 2017-ci il tarixinə sonuncunun 8487,38 manat mal şəklində, 14659,96 manat pul şəklində, toplandıqda 23.147,34 manat məbləğində borcu vardır.» Bununla əlaqədar apellyasiya məhkəməsi qeyd etmişdir ki, qeyd olunan həcmdə malların təhvil-təslimi ilə bağlı qaimə-faktura iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, sözügedən xx xxxxxx 2017-ci il tarixdə akt imzalandıqdan sonra cavabdeh ilə iddiaçının satış təmsilçisi X1 arasında xx xxxxxx 2017-ci il tarixdə imzalanmış akta əsasən cavabdeh iddiaçının satış təmsilçisi X1 8750 manat ödəniş etmişdir. Eyni zamanda, işdə olan 1 ədəd xx.xx.2017-ci il, 1 ədəd xx.xx.2017-ci il, 1 ədəd xx.xx.2017-ci il tarixli, 1 ədəd xx.xx.2018ci il tarixli və 8 ədəd xx.xx.2018-ci il tarixli (cəmi 12 ədəd) qaimə fakturanın kötüyündən görünür ki, cavabdeh X3 həmin qaimə fakturalara əsasən 12.277,17 manat məbləğində malları iddiaçının satış təmsilçsi X1 qayta rmışdır. Bununla bağlı olaraq birinci instansiya məhkəməsində xx xxxxxx 2019-cu il tarili məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində də təsdiq etmişdir ki, cavabdeh malları qaytaranda alıb, «xxxx» MMC-də anbar sexinə verirdi. Beləliklə də apellyasiya məhkəməsi işin halları ilə bağlı olaraq müəyyən etmişdir ki, xx xxxxxx 2017-ci il tarixdən sonra cavabdeh tərəfindən iddiaçıya 8750 manat pul şəkilində ödəniş edildiyi, 12.277,17 manat məbləğində isə mallar qaytarıldığı, cəmi 20927 manat ödəniş olunduğu müəyyən olunur. İddiaçının tələbindən isə bunun tamamilə əksi olaraq, ziddiyyətli şəkildə 8487,38 manat pul şəklində 14659,96 manat pul şəklində ona qaytarıldığı bildirilir. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının cavabdehin anbarına malların çatdırdığını əsa slandırıcı sübut kimi iddia ərizəsinə əlavə etdiyi elektron vergi hesab fakturalarında göstərilən məlumatlar həmin həcmdə mal-materialın cavabdehə həqiqətən təhvil verildiyini təsdəq edeci məlumatlar kimi qiymətləndirilə bilməz. Çünki, elektron vergi hesab fakturalarının qanunvericiliklə müəyyən olunan doldurulma qaydası vardır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 №-li qərarına əsasən «Elektron vergi hesab fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları»nın 4.5-ci bəndinə əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdələr), təhvil-təslim aktları və s) əsasında doldurulmalı və bu barədə mə ldumat elektron vergi hesab-fakturasının «Əsas» rekvizitində öz əksini tapmalıdır. Təsdiqedici sənədlər olmadıqda, elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron vergi hesab fakturalarda təsbit olunan həcmdə malların cavabdehə təqdim olunmasını təsdiq edən qaimə fakturalar iddiaçı tərəfindən təqdim olunmamışdır. Deməli, həmin elektron vergi hesab fakturalarda olan məlumatlar mötəbər məlumatların kimi qəbul ediliməsi istisna olunur. Belə olan halda, iddiaçının cavabdehdən onun xeyrinə 17252,96 manat əsas və 850 manat dəbbə pulu, cəmi, 18.102,96 manat borcun tutulması barədə iddia tələbində haqsız olduğu sübuta yetirilir. Cavabdehin kassasiya şikayətinin əsas dəlilləri məhkəmə tərəfindən işin fakt iki hallarının düzgün müəyyənləşdirilməməsi ilə bağlı olmuşdur. Aşağıda göstərilənlərə əsasən kollegiya kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəisnə əsasən isə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Göstərilən normaların mənasına görə birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq kassasiya məhk əməsində işə mahiyyəti üzrə baxılmır, yəni sübutlar qəbul edilmir, işin faktiki halları araşdırılmır, sübutlara hüquqi qiymət verilmir. İşə kassasiya qaydasında baxan məhkəmə öz qərarında müəyyən edilməmiş və yaxud da rədd edilmiş halları müəyyən etmək və ya sübuta yetirilmiş kimi qəbul etmək, bu və ya digər sübutların mötəbərliyi və yaxud da mötəbər olmaması məsələlərinə dair, bir sübutun digər sübut üzərində üstünlüyü barədə qərar vermək hüququna malik deyildir. Kassasiya məhkəməsi əvvəlki məhkəmə instansiyalarından müəyyən edilmiş işin faktiki hallarından çıxış etməklə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. Lakin bu zaman kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyənləşdirilməsi zamanı sübutl arın toplanılmasına, yoxlanılmasına, mümkünlüyünə, aidiyyətinə və qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə əməl edilib-edilmədiyini nəzərə alır. Bu mənada, hazırkı işin halları baxımdan kollegiya nəzərə alır ki, iş uzrə tərəflərin mübahisələndirdikləri işin faktiki halının müəyyənləşdirilməsi zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların toplanılmasına, yoxlanılmasına, mümkünlüyünə, aidiyyətinə və qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə riayət edilmişdir. Ona görə də, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarının aydınlaşdırılmamasına dair dəlillər üzrə araşdırma apara bilməz. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərə findən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-323/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-30/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-30/2020
21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver