Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-300/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadiKollegiyasının İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinin Cavabdeh MMC-yə qarşı vergi borcunun ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 13 mart 2019-cu il tarixli 2-2(103)-197/2019 qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 29 may 20 19-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinin Cavabdeh MMCyə qarşı cavabdehdən dövlət büdcəsinə olan 26393,65 manat borcun tutulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 10 dekabr 2018-ci il tarixli iş № 2-2(82)-1298/2018, (sədrlik edən hakim R.Kərimli) qərardadı ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qərardadını ləğv edərək, cavabdehdən dövlət büdcəsinə olan 2639 3,65 manat borcun tutulmasına dair qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 13 mart 2019-cu il tarixli iş № 2-2(103)-197/2019 (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Baxışova) qərardadı ilə birinci instansiya məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin 13 mart 2019-cu il tarixli qərardadı əsassızdır.Əvvəla, məhkəmə 13.03.2019-cu il tarixli, 2-2(103)-197/2019 saylı qərardadı ilə iddiaçının iddiası üzrə icraata xitam verilməsinin əsası kimi vergi, faiz və maliyyə sanksiyası üzrə borcun tutulması barədə iddia tələbinə dair işə məhkəmə qaydasında baxılmalı olmaması göstərilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, vergi orqanının vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun reallaşdırılması qaydası Vergi Məcəlləsinin 89-90-cı maddələri ilə müəyyən edilmişdir, başqa sözlə, məhkəmənin fikrincə vergi orqanı tərəfindən vergi öhdəliyi o zaman məhkəmə qaydasında alına bilər ki, bu siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması yolu ilə təmin edilmiş olsun. Vergi orqanı məhkəməyə yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmək hüququ na malikdir. Məhkəmənin mövqeyinin əsaslı olmaması ilə bağlı bildirir ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün şərh etməmişdir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 54-VQD nömrəli Qanununa əsasən Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əlavə və dəyişiklik edilmiş, həmin Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Qeyd edilən dəyişikliklərdən sonra 23.1.15-1-ci maddəyə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış ə mlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddənin tələbindən də göründüyü kimi vergi orqanı istər siyahıya alınmış əmlakın açıq hərracda satılması, istərsə də hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldıra bilər və bu hüquq heç bir halla məhdudlaşdırılmır. Beləliklə, müəyyən edilir ki, işə baxan məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq etdiyi normaları düzgün təfsir etməmiş və iş üzrə təqdim olunmuş sübutları düzgün qiymətləndirməyərək iş üzrə yekun nəticəyə gələrkən prosessual hüquq normalarını pozmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətin də Bakı Apelyasiya Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2-2(103)-197/2019 saylı qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2-2(103)-197/2019 saylı qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İ nzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçınınkasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 13 mart 2019cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 13 mart 2019-cu il tarixli, 22(103 )-197/2019 saylı qərardadı ilə, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi,birinci instansiya məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Vergi Məcəlləsinin 89.1, 89.9-89.10, 90.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsinin qəbul edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-179/19 saylı 13 mart 2019-cu il tarixli qərardadı ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə aydınlaşdırılmalı olan məsələ vergi ödəyicilərinin dövlət büdcəsinə olan vergi borcunun (əsas vergi borcu, faizlər və maliyyə sanksiyaları) alınması barədə iddia tələblərinə məhkəmədə baxılmalı olub-olmamasıdır. Vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergilərdən qazanılan vəsaitlər dövlətdə müxtəlif məqsədlər üçün istifadə olunur. Onlara müharibə xərcləri, qanunların həyata keçirilməsi, ictimai nizam-intizamı qoruyub saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur, tenderlər və s. həyata keçirmə, ictimai işlər və dövlətin saxlanılmasını aid etmək olar. O cümlədən vergilərdən əldə olunan gəlir xalqın rifahına və ictimai xidmətlərə sərf edilir ki, bu xidmətlərin içərisində təhsil sistemi, s əhiyyə, sosial təminat, ictimai nəqliyyat, enerji təchizatını sadalamaq olar. Bütün qeyd olunanlar vergilərin dövlət büdcəsinə vaxtında ödənilməsinin təmin edilməsini labüd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi vergilərin tam və vaxtında ödənilməsinə nəzarət etməyi vergi orqanlarının vəzifələrinə aid etmişdir. Göründüyü kimi, vergiləri vaxtında ödəmək vergi ödəyicisinin vəzifəsi olduğu kimi, onların tam və vaxtında ödənilməsinə nəzarət etmək də vergi orqanlarının vəzifəsidir. Eyni zamanda iddia ərizəsindən göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinin iddia tələbi Cavabdeh MMC-nin dövlət büdcəsinə ödənilməmiş 26393,65 manat məbləğində vergi borcunun cavabdehdən alınması barədədir. Vergi Məcəlləsinin “V ergi orqanlarının hüquqları” adlanan 23-cü maddəsinin 23.1.15-1-ci bəndinə əsasən həqiqətən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Lakin bu maddi norma ümumi xarakter daşıyır, yəni vergi orqanının vergilər üzrə borclarının və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olmasını təsbit edir. Bunun konkret təzahürü və qaydası isə Vergi Məcəlləsinin 89.1-ci maddəsi ilə müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi orqanlarının vergi borclarının dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün müxtəlif üsullar nəzərdə tutulmuşdur. Bununla yanaşı, vergi ödəyicilərinin borclarının vaxtında dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün qanunvericilik borcların tutulmasına müəyyən vaxt məhdudiyyəti qoymuşdur ki, bunun da məqsədi vergi orqanlarının bu sahədə olan nəzarətinin səmərəliliyini artırmaq və dövlət büdcəsinin, dolayı yolla isə vergilərdən əldə edilən gəlirlər hesabına maliyyələşən əhəmiyyətli sahələrin maliyyə təminatını vaxtında təmin etməkdir. Hazırkı iş üzrə iddi açı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin əsası kimi göstərmişdir ki, cavabdeh borcu könüllü şəkildə dövlət büdcəsinə ödəməmiş, cavabdehin siyahıya alınacaq daşınmaz və daşınar əmlakı mövcud deyildir. Bu səbəblərdən iddiaçı hazırkı iddia tələbi ilə borcun cavabdehdən məhkəmə qaydasında tutulmasını tələb edir. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, yaranmış vergi borclarının dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən verilən icra sənədi məhkəmə qaydasında vergi borclarının tutulmasından daha səmərəli vasitədir. Belə ki, hazırkı iş üzrə vergi orqanı tərəfindən vergi ödəyicisi barədə hesablanmış və tələb olunan məbləğ vergi ödəyicisi tərəfindən mübahisələndirilmir. İş materiallarında vergi ödəyicisinin ondan tələb olunan məbləği inzibati və ya məhkəmə qaydasında mübahisələndirməsinə dair sübut yoxdur. Başqa sözlə, vergi orqanının hazırkı iddiasının mahiyyəti mübahisələndirilməyən vergi borcunun vergi ödəyicisindən tutulması ilə bağlıdır ki, həmin borcun tutulması ilə bağlı ən səmərəli vasitə vergi orqanı tərəfindən icra orqanına borcun tutulması ilə bağlı icra sənədinin verilməsidir. Belə olan halda, hazırkı işdə tərəflər arasında borc məbləği mübahisələndirilmədiyindən məhkəmə qaydasında borcun vergi orqanının xeyrinə tutulması ilə prosedur lüzumsuz olaraq dövlət büdcəsinə vergilərin vaxtında ödənilməsi prosesini yubadır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, vergi ödəyiciləri tərəfindən mübahisələndirilməyən vergi borclarının dövlət büdcəsinə alınması məqsədilə vergi orqanları tərəfindən qal dırılan iddialar vergilərin dövlət büdcəsinə ödənilməsi prosesinin müddətini lüzumsuz olaraq uzatdığından, bu qəbildən olan borcların tutulması məqsədilə vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsinin və “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq icra orqanına icra sənədinin verilməsi daha məqbuldur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 sentyabr 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qəra r qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergi Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Beləliklə apelyasiya instansiyası məhkəm əsinin hazırkı iş üzrə mövqeyi yuxarıda sadalanan hüquq normalarının tələblərinə uyğundur. Bütün yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 13 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli 22(103)-197/19 saylı qərardadı dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Z
Məhkəmə qərarları › İş №2-2(102)-300/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-300/2019
19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver