Məhkəmə qərarları › İş №2-2(102)-300/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-300/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-300/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-300/2021 Bakı şəhəri 2021-ci il 23 iyul Açar sözlər: elektron qaiməyə əsasən satılmış malın dəyərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil3 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı "elektron qaiməyə əsasən satılmış malın dəyərinin ödənilməsi" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 2-2(103)-299/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ: 1. 2018-ci il 10 iyul tarixli 498067 saylı, 2018-ci il 23 sentyabr tarixli 270088 saylı, 2018-ci il 23 sentyabr tarixli 270082 saylı, 2018-ci il 14 noyabr tarixli 066623 saylı və 2018-ci il 6 noyabr tarixli 396891 saylı elektron qaimələrə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 24.604,51 manat dəyərində qarışıq mallar verilmişdir.

2. Elektron sistemdən çıxarışdan görünür ki, qeyd olunan elektron qaimələr Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron sistemi tərəfindən avtomatik təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraa t 3. 2019-cu il 3 iyun tarixində İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMCyə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə, 2019-cu il 16 iyul tarixdə isə iddianın dəyişdirilməsinə dair ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən ödənilməmiş qaiməyə görə yaranmış olan cəmi 17.002,96 (on yeddi min iki manat, doxsan altı qəpik) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə verilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən cavabdehə ayrı-ayrı vaxtlarda müxtəlif mallar təqdim edilmiş, sonuncu tərəfindən isə onun bank hesabına yaranmış olan borclara görə müxtəlif vaxtlarda ödəniş edilmişdir. Lakin cavabdehin 2018ci il 10 iyul tarixli 498067 saylı qaiməyə görə 3168,9 manat, 2018-ci il 23 sentyabr tarixli 270088 saylı saylı qaiməyə görə 4301 manat, 2018-ci il 23 sentyabr tarixli 270082 saylı qaiməyə görə 1875,70 manat, 2018-ci il 23 oktyabr tarixli 066623 saylı qaiməyə görə 5504,18 manat, 2018-ci il 6 noyabr tarixli 396891 saylı qaiməyə görə 2153,43 manat olmaqla, ümumilikdə 17.002,96 manat borcu yaranmışdır. Qaimə-fakturalar qəbul edildikdən sonra mallar cavabdehə təqdim edilmişdir. Borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət edilsə də, nəticə əldə edilməmişdir.

5. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 445, 449-cu maddələrinə istinad etsə də, iddianın dəyişdirilməsinə dair ərizəsində heç bir maddi hüquq normasına istinad etməmişdir. 6. 2019- cu il 27 avqust tarixdə cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, 2018ci il 10 iyul tarixli 498067 saylı, 2018-ci il 23 sentyabr tarixli 270088 saylı saylı, 2018-ci il 23 sentyabr tarixli 270082 saylı, 2018-ci il 23 oktyabr tarixli 066623 saylı, 2018-ci il 6 noyabr tarixli 396891 saylı qaimələrə görə 17002,96 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasna dair iddia tələbinin tam həcmdə rədd edilməsni xahiş etmişdir.

7. Etirazda cavabdeh bildirmişdir ki, iddiaçının tələb etdiyi məbləğ əsassız və etibarsız qaimələrə əsasən yaranmışdır. Belə ki, iddiaçı elektron qaimələr tərtib edərək, müəssisənin şəxsi hesab vərəqəsinə göndərmiş, onlar tərəfindən bununla bağlı hər hansı əməliyyat aparılmadığı üçün sistem tərəfindən avtomatik təsdiqlənmişdir.

8. Azərb aycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixi 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları”nın (bundan sonra mətndə “Qaydalar”) 3.9-cu bəndinə əsasən, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Cavabdeh bunu əsas gətirərək, həmin qaimələr üzrə malları onlara təqdim etdiyini, borc yarandığını bildirmişdir. Lakin “Qaydalar”ın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura – bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxsərə təqdim edilən ilkin uçot sənədidir. “Qaydalar”ın 2-2-ci bəndinə əsasən, elektron qaimə-fakturalarda əks olunmalı olan məlumatlar göstərilmişdir.

9. Qeyd olunan normalardan göründüyü kimi, elektron qaimələr malların həqiqətən verildiyini təsdiq edən sənəd kimi çıxış edə bilməz, elektron qaimə ilkin uçot sənədidir və hər hansı sənəd əsasında doldurulur. Cavabdehin təqdim etdiyi elektron qaimələrin əsas hissəsində hər hansı sənəd göstərilməmiş, sadəcə “№-li müqaviləyə əsasən” qeyd olunmuşdur. “Qaydalar”ın 1.3-cü bəndinə əsasən, bu qaydalara uyğun tərtib edilməyən elektron qamə-faktura mal (iş, xidmət) təqdim edilm əsinin rəsmiləşdirilməsinə əsas vermir. Bu halda isə elektron qaimə düzgün tərtib edilməmiş, əsas bölmələrində hər hansı sənəd göstərilməmşdir. Buna görə də təqdim olunan elektron qaimələr əsassız və etibarsızdır. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-ci il 2 sentyabr tarixli e-2-2(82)718/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Ə.Ələkbərov).

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehə elektron qaydada qaimələrin göndərilməsi və onların iddiaçı tərəfindən təsdiq edilməsi, malların təhvil alınması halının sübutu kimi qəbul edilmir və bunlar iddiaçıya nə qədər vəsait ödənilməli olduğunu bildirir. Lakin həmin məbləğdə vəsaitin nəyin əsasında yaranmasını, bu elektron qaimələrin malların təhvil təslimini bildirən hansı sənədlər əsasında tərtib ol unmasını göstərən sübutlar məhkəməyə təqdim edilməmişdir.

12. Bundan əlavə, tərəflər arasında müqavilə mövcud olmamışdır. Həmçinin, qanunvericilik elektron qaimə-fakturanı ilkin uçot sənədi kimi qəbul edir və onun malların alıcıya təqdim olunması barədə məlumatları əks etdirən sənədlər əsasında doldurulmasını, əks halda onların mal qəbulunun rəsmiləşdirilməsinə əsas vermədiyini nəzərdə tutur.

13. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 567, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə, “Qaydalar”ın 1.2, 1.3, 2.2, 3.9-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

14. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv ed ilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 23 yanvar tarixli e-2-2(103)-26/2020 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 sentyabr tarixli e-2-2(82)-718/2019 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 3.168,9 manat pulun, 7 manat dövlət rüsumunun tutulması qət edilmişdir (sədrlik edən hakim V.Baxışova, hakimlər H.Həmidov və E.Nağıyeva).

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində hazırki iş üzrə tərəflər arasında müqavilə müna sibətləri mövcud olmamasını bildirsə də, cavabdehin işdə iştirak edən nümayəndəsinin tərəflər arasında müqavilə münasibətlərinin olmasının inkar etməməsi və şahid F.Qırxlarovun eyni məzmunlu ifadəsi bu tərəflər arasında alqı-satqı ilə bağlı münasibətlərin olduğunu təsdiq edən sübutlardır.

17. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş, "xxxx" ASC-dəki bank hesabından çıxarışa əsasən müəyyən edilir ki, 498067 nömrəli 2018-ci il 10 iyul tarixli elektron qaimə üzrə göndərilmiş mallara görə cavabdeh tərəfindən 30 avqust 2018-ci il tarixdə 1.000 manat ödəniş həyata keçirilmiş, malların dəyərindən 3.168,9 manat isə ödənilməmişdir. Cavabdeh qeyd edilən qaimə üzrə qismən ödəniş həyata keçirdiyindən, həmin qaimə əsasında göndərilən malları təhvil aldığını təsdiq etmişdir.

18. Bununla əlaqəda r cavabdehin işdə iştirak edən nümayəndəsi yuxarıda sözügedən elektron qaimə üzrə 1.000 manat ödənişin mühasibin səhvi nəticəsində həyata keçirilməsini, həmin elektron qaimə üzrə malların təhvil verilməməsini göstərsə də, bu etirazı ilə bağlı məhkəməyə hər hansı sübutu (qarşı tərəfə ödənişin səhvən həyata keçirilməsi, vəsaitin geri tələb edilməsi, düzgün olmayan elektron qaimənin ləğv edilməsi və ya dəyişdirilməsi və s. barədə) təqdim edə bilməmişdir. Ona görə də, iddia 498067 nömrəli 2018-ci il 10 iyul tarixli elektron qaimə üzrə göndərilmiş mallara görə 3.168,9 manat qalıq borcun cavabdehdən tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir.

19. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə göndərilmiş digər elektron qaimələr üzrə malların təhvil verildiyinə dair sübutlar olmadığ ından iddia qalan hissədə əsassızdır.

20. İddiaçının məhkəmə iclaslarında verdiyi izahatdan görünür ki, cavabdeh tərəfindən malların sifarişi telefonla edildiyindən, yazılı sifariş sənədi tərtib edilməmişdir. Şahid F.Qırxlarov 2018-ci ilin oktyabr-noyabr aylarında iddiaçıdan mal alaraq cavabdehin anbarına təhvil verildiyini göstərsə də, şahidin 2018-ci ilin oktyabr ayında cavabdehdə işləməsi əmək kitabçası ilə təsdiq olunmur.

21. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası MM-in 567, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 119.1, 372.2, 385.1.4, 433.1, 568.1, 569.1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qa ydasının 3.3, 3.15, 3.16, 4.1, 4.3, “Qaydalar”ın 1.3, 2.6-cı bəndlərinə istinad etməklə əsaslandırmışdır. 22. 2020-ci il 10 aprel tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam həcmdə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. 23. 2020-ci il 1 may tarixdə iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 13 oktyabr tarixli, 2-2(102)-183/2020 saylı qərarı ilə iddiaçı və cavabdehin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 23 yanvar tarixli e-2-2(103)-26/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən hakim A.Hüseynov, hakimlər B.Məmmədli və S.Hüseynova).

25. Qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində gəldiyi nəticəni əsaslandırmaq üçün göstərdiyi dəlillər bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə bir tərəfdən hər hansı müqavilə, təhvil-təslim aktı və ya başqa rəsmi sənəd olmadığı halda iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısına dair uzun müddətdir ki, işgüzar münasibətlərin olduğu və bu münasibətlər üzrə iddiaçının cavabdehə malların satdığını, cavabdehin isə həmin malları tə hvil alaraq dəyərini ödədiyini faktlar kimi, tam olaraq qəbul etmişdir. Digər tərəfdən isə, eyni üsulla həyata keçirilmiş alqı-satqı əməliyyatları ilə bağlı iddiaçının 5 elektron qaiməsini fakt kimi qəbul etməmiş, bu qaimələrdə göstərilən malların cavabdehə təhvil verilməsinin sübut edilmədiyini hesab etmişdir.

26. İddia tələbini qismən təmin etmiş apellyasiya instansiyası məhkəməsi 2018ci il 10 iyul tarixli, 498067 saylı elektron qaimə üzrə 3.168,9 manat məbləğində ödənilməmiş borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət edərək, faktiki olaraq həmin elektron qaimədə qeyd edilən malların cavabdehə təhvil verilməsi faktını təsdiqləsə də, eyni formalı digər 5 elektron qaiməyə fərqli yanaşaraq, onlarda qeyd olunan malların cavabdehə təhvil verilmədiyini hesab edərək, qalan hissədə iddianı təmin etməmişdir.

27. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən həmin 5 elektron qaimə “Qaydaları”ın, habelə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun alınması Qaydası”nın pozulması ilə tərtib edilmiş və belə olan halda yalnız həmin hüquqi sənədlərin mövcudluğu malların həqiqətən də iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini sübut edə bilməz.

28. Apellyasiya instansiyası məhkəməsi eyni “qüsurlarla” tərtib edilmiş 2018-ci il 10 iyul tarixli, 498067 saylı elektron qaiməni əsaslı və qanuni olduğunu, həmçinin onda əks olunan malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməməsinin sübut olduğunu hesab etmişdir. Bu isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ziddiyyə tli olduğunu göstərir.

29. Məhkəmə öz qərarını Azərbaycan Respublikası MM-in 385.1, 442-ci maddələrinə, “Qaydaları”n 1.3, 2.6, Azərbaycan Respublikası Prezidentinin 1460 saylı, 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun alınması Qaydası”nın 3.3, 3.15, 3.16, 4.1, 4.3-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 2-2(103)-299/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 sentyabr tarixli e-2-2(82)718/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir (sədrlik e dən hakim R.Qurbanov, hakimlər C.Yusifov və Vəkil2).

31. Məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir.

32. Tərəflər arasında Azəraycan Respublikası MM-in 567-ci maddəsinə uyğun olaraq şifahi alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək və zifəsini yerinə yetirməmişdir.

33. Məhkəmə öz qərarını “Qaydalar”ın 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.

34. Məhkəmə sənədlərinin proses iştiraklarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa görə, məhkəmənin qətnaməsi cavabdehə məxsus elektron kabinetdə 2021-ci il 12 mart tarixdə yerləşdirilmişdir. 35. 2021-ci il 8 may tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli, 22(103)-299/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri:

36. İşin materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, həmin elektron qaimələr Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron sistemi tərəfindən avtomatik təsdiq edilmişdir. Yəni iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr cavabdeh tərəfindən yox, sistemin özü tərəfindən avtomatik olaraq təsdiq edilmişdir. Qaimənin avtomatik təsdiqi bu prosesin “cavabdehə məlum olması və cavabdeh tərəfindən aparılması” iddiasını aradan qaldırır. Cavabdehin sistemə nəzər yetirmədiyi günlərdə qaimələr avtomatik olaraq təsdiq olunmuşdur.

37. Tərəflər arasında yaranan münasibətlər zamanı qüvvədə olan “Qaydalar”ın 3.9-cu bəndinə əsasən, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Cavabdeh bunu əsas gətirərək qaimələr üzrə malları iddiaçıya təqdim etdiyini, buna görə də borc məbləği yarandığını və həmin məbləğin ödənilməli olduğunu bildirir.

38. Lakin həmin “Qaydalar”ın 1.2, 2.2, 2.2.4, 2.6-cı bəndlərinə əsasən, elektron qaimə fakturalar malların həqiqətən təhvil verildiyini təsdiq edən sənəd kimi çıxış edə bilməz, elektron qaimə ilkin uçot sənədidir və hər hansı əsas sənəd əsasında doldurulur (bax mətndə yuxarıda 9-cu bənd).

39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində tərəflərin arasında şifahi müqavilənin olmas ı göstərilmişdir. Lakin şifahi müqavilənin olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası MM-in 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. İşin hallarından isə müəyyən etmək olur ki, cavabdeh tərəfindən əqdin bağlanması, hüquq münasibətlərinin yaranması üçün heç bir iradə bəyanı gerçəkləşdirilməmişdir. Elektron qaimənin mövcud olması və sistem tərəfindən avtomatik təsdiqlənməsi hansısa öhdəliyin mövcudluğundan xəbər verə bilməz. Əgər elektron qaimə cavabdeh tərəfindən təsdiqlənsə idi, bu zaman həqiqətən də cavabdeh tərəfindən hər hansı iradə ifadəsinin olduğu və tərəflər arasında münasibətin olmasından söz gedə bilərdi.

40. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbacan Respublikası M Min 324.4, 567-ci maddələrinə, “Qaydalar”ın 1.2, 1.3, 2.2, 2.2.4, 2.6-cı bəndlərinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Cavabdeh 5 gün müddət ərzində cavabdeh elektron qaimə-fakturalara dair etirazını təqdim edə bilərdi. Hətta, 5 günlük müddətin bitməsindən sonra da cavabdeh iddiaçı və vergi xidmətinə yazılı müraciət edib elektron qaimələri mübahisələnirə bilərdi. Lakin cavabdeh elektron qaimələrin ləğv edilməsi üçün heç bir tədbir görməmiş, iddiaçıya və vergi xidmətinə müraciət etməmişdir.

42. İşin materialında kifayət qədər sübutlar var ki, tərəflər arasında uzun müddət həqiqətən şifahi alqı-satı müqaviləsi və işgüzar münasibətlər olmuşdur. Bunların əsasında iddiaçı cavabdehə dəfələrlə müxtəlif məbləğli identik mallar satmış, bununla bağlı elektron qaim əni sistemdə yerləşdirmişdir. Cavabdeh isə həmin elektron qaimələr əsasında iddiaçıya ödənişlər etmişdir. Dəyəri ödənilən həmin elektron qaimələrdə də müqavilə nömrəsi olmamışdır. Cavabdeh eyni formada həyata keçirilmiş, yəni dəyəri ödənilmiş və ödənilməmiş alqı-satqı, ödəmə və sənədləşmə prosedurları arasındakı fərqi izah edən hər hansı sübut təqdim etməmişdir. Ona görə də bu iki hüquq münasibəti arasında hər hansı fərqin mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim edilmədiyindən, cavabdehin elektron qaimələrdə göstərilən malların dəyərini ödəmək öhdəliyinin mövcud olmasını inkar edən dəlilləri mülahizə xarakterli olub tamamilə qanunsuz və əsasssızdır.

43. Həmçinin, apellyasiya instansiyası məhkməsində aparılmış məhkəmə araşdırması zamanı şahid qismində izahat vermiş F.Qırxlarov cav abdeh MMC-də sürücü işlədiyini, 2018-ci ilin sentyabr-noyabr aylarında (mübahisəli elektron qaimələrin tərtib edildiyi tarixlər) iddiaçıdan malların təhvil alaraq cavabdehin səlahiyyətli şəxslərinə təhvil verdiyini etiraf etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

44. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

45. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bil dirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). İİ. KASSASİYA ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

46. Kassasiya şikayətləri MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində verilmiş, şikayətlərin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir. 47.İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu tam yoxlanılacaqdır (MPM-in 403 və 416cı maddələri). 48.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

49. Azərbaycan Respublikası Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

324. Əqd anlayışı və onun növləri... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borc lu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtl əri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

50. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (zamana görə qüvvədə olmuş) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

176. Elektron vergi hesab-fakturaları 176.1. Bu Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin elektron vergi hesab-fakturası verməyə hüququ yoxdur.... 176.

3. Vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur. 176.4. ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə qaimə-faktura və ya elektron qaimə-faktura və ya qəbz və ya çek verilə bilər. Nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq, aparılan əvəzləşdirilmə etibarsız hesab edilir.”

51. Zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tari xli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə” Qaydaları müvafiq müddəaları aşağıdakılar nəzərdə tutulmuşdur. “... 2.1. Elektron vergi hesab-fakturası- bu Qaydalara əlavədəki məlumatları özündə əks etdirilməklə elektron formada hazırlanan sənəddir. 2.2. Elektron vergi hesab-fakturalarının seriyaları və nömrələri Azərbaycan Respublikasının Vergilər Nazirliyində tətbiq edilən X1 Sistemi (AVİS) vasitəsilə verilir. 2.3. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. 2.4. Elektron vergi hesab-fakturasında aşağıdakı məlumatlar ək s etdirilir: vergi ödəyicisinin və alıcının (sifarişçinin) adı; vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi; yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı; vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan əməliyyatın həcmi; aksizli mallarda aksizin məbləği; vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği; elektron vergi hesab-fakturasının verilmə tarixi; elektron vergi hesab-fakturasının nömrəsi; ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisinin qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və nömrəsi; elektron vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı. 3.1. Elektron vergi hesab-fakturasının uçotu hər bir əlavə dəyər vergisini n ödəyicisi üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin X1 Sistemi vasitəsilə həyata keçirilir. Elektron vergi hesab-fakturalarının təkrarlanmasına yol verilmir. eyni seriyada və eyni nömrədə 3.2. Elektron vergi hesab-fakturası yalnız əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatdan keçmiş şəxslər tərəfindən təqdim edilə bilər.... 4.5. Elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Təsdiqedici sənədlər olmadıqda, elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas v ermir. 5.1. Elektron vergi hesab-fakturası vergi ödəyicisi (satıcı) tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsi tərəfindən avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutusu) ötürülür. 5.2. Vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir....”

52. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

53. İşin məhkəmələr tərəifndən müəyyən edilmiş hallarına görə Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə cavabdehə göndərilmiş 2018-ci il 10 iyul tarixli 498067 saylı, 2018-ci il 23 sentyabr tarixli 270088 saylı saylı, 2018-ci il 23 sentyabr tarixli 270082 saylı, 2018-ci il 14 noyabr tarixli 066623 saylı, 2018ci il 6 noyabr tarixli 396891 saylı elektron qaimələrə əsasən iddiaçı tərəfindən cavabdehə cəmi dəyəri 24.604,51 manat olan qarışıq mallar təqdim edilmişdir.

54. İddiaçı həmin elektron qaimələrə əsasən təqdim olunmuş mallara görə 17.002,96 manat borcun qalmasına istinadla hazırki iddianı qaldırmış, cavabdehin sözügedən qaimələrin bir qismi üzrə ödəniş etməsinə baxmayaraq qalan qismi üzrə borcun ödənilməməsini göstərmişdir.

55. Cavabde h həmin elektron qaimə-fakturalarına əsasən malın ona təhvil verilməməsini göstərsə də, işə baxmış məhkəmələrə alınmış mallara görə iddiaçıya hissəvi ödəniş aparılmasının səbəblərinə dair mötəbər sübutları təqdim etməmişdir (bax yuxarıda 17-18-ci bəndlər).

56. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimə fakturaları təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina etməməsini və mübahisəli elektron qaimə-fakturaların tərtib edildiyi vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 saylı 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinin tələblərini (bax yuxarıda 50-ci bənd) nəzərə alaraq belə qənaətə gəlmişdir ki, tərəfl ər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq şifahi alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyalarınr qiymətini satıcıya ödəmək vəzifəsini yerinə yetirməmişdir.

57. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanunvericiliyin mübahisəli münasibətləri tənzimləyən maddi hüquq normalarına (bax yuxarıda 49-51-ci bəndlər) uyğun hesab edir və cavabdehin kassasiya şikayətinə münasibətdə aşağıdakı qiymətləndimənin aparılmasını zəruri hesab edir.

58. Zamana görə qüvvədə olmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”ın tələblərinə əsasən, vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir və ele ktron qaimə-faktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur (bax yuxarıda mətndə 49-cu bənd).

59. Göründüyü kimi, qanunvericilik cavabdehin ona təqdim edilmiş elektron qaimə fakturaları ilə bağlı 5 gün ərzində dəqiqləşdirilmiş əməliyyat aparmaq imkanını nəzərdə tutumuşdur. Lakin kassasiya şikayətində cavabdehin də qeyd etdiyi kimi, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimə-fakturalar barəsində onun tərəfindən heç bir dəqiqləşdirilmiş əməliyyat aparılmamış, eləcə də, elektron qaimə fakturalarını təq dim etmiş iddiaçıya etiraz ünvanlanmamışdır. Nəzərə alınmalıdır ki, həmin fakturalar cavabdeh üçün həm də vergi öhdəliyi yaratmışdır.

60. Bu səbəbdən məhkəmə kollegiyası sözügedən elektron qaimə fakturalarında nəzərdə tutulmuş dəyərdə malın təqdim olunmamasına dair cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

61. Cavabdehin kassasiya şikayətində göstərdiyi digər dəlil onunla bağlı olmuşdur ki, elektron qaimə-fakturalar həqiqətən malların təhvil verildiyini təsdiq edən sənəd kimi çıxış edə bilməz, elektron qaimə ilkin uçot sənədidir və hər hansı əsas sənəd əsasında doldurulur (bax yuxarıda mətndə 38-ci bənd).

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız və malların təhvil verilmədiyi qənaətinə gəlinməsi üçün yetərsiz hesab edərək bildirir ki, “Azərba ycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada həyata keçirilir. Yuxarıda sadalanmış normaların məzmunundan müəyyən olunur ki, EVHF-nin uçotu hər bir əlavə dəyər vergisinin ödəyicisi üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin X1 Sistemi vasitəsilə həyata keçirilir. EVHF-nin eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. EVHF-nin hazırlanaraq qeydə alındığı tarix həmin elektron vergi hesab-fakturasının verilmə tarixi sayılır və bu tarix EVHF-da proqram təminatı vasitəsilə avtomatik olaraq qeyd olunur. Aydın olduğu kimi EVHF tamamilə avtoma tlaşdırılmış formada hazırlanır və alıcıya göndərilir.

63. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 2-2(103)-299/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar