Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-301/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARD A D İ 16.07.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçı şirkətin vəkilləri Vəkil1 və X4, cavabdeh MMC-nin vəkili X2 iştirakı ilə, İddiaçı İtaliya Respublikasının hüquqi şəxsi olan “xxxx” Şirkətinin cavabdeh Azərbaycan Respublikası hüquqi şəxsi olan Cavabdeh MMC-yə qarşı müqavilədən irəli gələn borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 09 aprel 2019-cu tarixli qərardadından cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.02.2019-cu il tarixli qərardadı ilə (hakim A.Oruczadə; iş No 2-2(81)-293/2019) cavabdeh MMC tərəfindən verilmiş “iş məhkəmə aidiyyətinin pozuntusu ilə icraata qəbul edildiyindən icraata xitam verilməsinə” dair vəsatətin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu tarixli qərardadı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və V.Baxışova; iş № 21(103)-247/2019) cavabdeh MMC-nin şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmi n qərardaddan cavabdeh MMC kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı İtaliya Respublikasının hüquqi şəxsi olan “xxxx” Şirkəti cavabdeh Azərbaycan Respublikası hüquqi şəxsi olan Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1.611.109 avro və həmin pulun ödənilməməsi üçün bank uçot dərəcəsinə uyğun olaraq 53.703 avro olmaqla, cəmi 1.664.812 avro pulun cavabdeh MMC-dən tutularaq iddiaçı şirkətə ödənilməsi; 14.12.2016-cı il tarixli müqavilə və 20.07.2017-ci il tarixdə imzalanmış “xxxx”na əsasən görülməli işlərin həyata keçirilməsinə cavabdeh MMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılması; işlər görülüb bitirildikdən sonra 14.12.2016-cı il tarixli müqavilə və 20.07.2017-ci il tarixdə də imzalanmış “xxxx”na əsasən ödənilməl i olan 10%-in, yəni 1.172.817 avro pulun cavabdeh MMC-dən tutularaq iddiaçı şirkətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şirkət ilə cavabdeh MMC arasında bağlanılmış 14.12.2016-cı il tarixli “Bağ ərazinin peyzajına dair müqavilə”nin şərtlərinə əsasən, iddiaçı şirkət tərəfindən cavabdeh MMC-nin sifarişi ilə Bilgəh qəsəbəsində 6 hektar torpaq sahəsində inşa edilmiş bağ sahəsində xidmət göstərilməli və bunun əvəzində cavabdeh MMC tərəfindən 6.357.813 avro məbləğində pul vəsaiti ödənməli idi. 20.07.2017-ci il tarixdə iddiaçı şirkət ilə cavabdeh MMC arasında bağlanılmış 2-ci X5 görə, cavabdeh MMC tərəfindən iddiaçı şirkətə 5.370.364 avro pul vəsaiti ödənilməli idi. Razılaşmalara əsasən ümumi məbləğin 30%-i depozit qismində əvvəlcədən, daha 30%-i ikinci mərhələdə, 30%-i işlərin görülüb qurtarmasından sonra və qalan 10%-i isə qarantiya müddətinin başa çatmasından sonra ödənməli idi. 14.12.2016-cı il tarixli müqavilə üzrə ödənilməli olan pul vəsaitinin 90%-i cavabdeh MMC tərəfindən iddiaçı şirkətə ödənilsə də, 20.07.2017-ci il tarixli müqaviləyə əsasən ödənilməli olan pulun 30%-i işlərin görülüb qurtarılmasına və 2018-ci ilin iyul ayında bağlanmış sonuncu müqavilədə nəzərdə tutulmuş xeyli məbləğ təşkil edən tikinti materialları gətirilməsinə baxmayaraq, cavabdeh MMC tərəfindən iddiaçı Şirkətə ödənilməmişdir. 2017-ci ilin noyabr ayından etibarən əsas işlər görülüb yekunlaşdıqdan sonra iddiaçı şirkətin əməkdaşlarına əraziyə daxil olub işləmək üçün məhdudiyyətlər yaradılmış, 2018-ci ilin iyul ayından s onra isə ümumiliklə icazə verilməmişdir. Cavabdeh MMC tərəfindən son tamamlama işlərinin aparılması və bundan sonra hər 2 müqavilə üzrə ödənilməli olan pulun 10%-i iddiaçı şirkətə ödənilməli olduğu halda heç bir əsaslı səbəb olmadan işlərin yekunlaşdırılmasına imkan verilməmişdir. Cavabdeh MMC tərəfindən iddiaçı şirkətin gətirdiyi mallarla onların razılığı olmadan işlər görülmüşdür. Bu isə tərəflər arasında imzalanmış müqavilənin şərtləri ilə ziddiyət təşkil edir. Eyni zamanda cavabdeh Azərbaycan Respublikası hüquqi şəxsi olanCavabdeh MMC ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçı şirkətin iddia ərizəsinin baxılmamış saxlanılması və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh MMC ilə iddiaçı şirkət arasında bağlanmış 14 dekabr 2016-cı il tarixli müqavilədə məhkəmə aidiyyəti müəyyən edilmişdir. Müqavilədə birbaşa göstərilmişdir ki, tərəflər arasında tətbiq edilməli hüquq, həmçinin mübahisələrə dair məhkəmə aidiyyəti İngiltərə və Uels qanunvericiliyi tətbiq edilməklə həmin ölkələrin məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Həmin müqavilənin 28-ci bəndinə əsasən, müqavilənin qüvvədə olma müddəti, təfsiri və icrası İngiltərə və Uels qanunvericiliyi ilə tənzimlənir. Həmin müqavilənin 29-cu bəndinə müvafiq olaraq tərəflərin hər biri İngiltərə və Uels məhkəmələrinin müstəsna yurisdiksiyasına tabe olacaqlarını öhdələrinə götürürlər. Tərəflər arasında bağlanmış bu müqavilə üzrə nəinki məhkəmə aidiyyəti şərtlərinin dəyişdirilməsi, hətta onun istənilən müddəalarına dəyişikli k və əlavələr edilməsi yalnız müqavilə tərəflərinin qarşılıqlı razılığı ilə onların səlahiyyətli nümayəndələrinin imzaladıqları yazılı formada tərtib edilməklə mümkündür. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh MMC ilə iddiaçı şirkət arasında yaranmış mübahisələr üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikasının məhkəmələrinə aid deyildir və məhkəmə bu halları nəzərə almadan həmin iddia ərizəsi üzrə iddianın mümkünlüyü haqqında qərardad qəbul etməklə icraat başlamışdır. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh MMC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu tarixli qərardadından kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qərardadın ləğv edilməsinə; iddia ərizəsinin b axılmamış saxlanılması və icraat xitam verilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaların tələbləri pozulmuş, bunun da nəticəsində əsassız və qanunsuz qərardad qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ İddiaçı şirkət kassasya şikayətinin dəlillərinə dair yazılı etiraz ərizəsi ilə müraciət edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin dəlilləri əsassız olduğundan, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. TƏRƏFLƏRİN İZAHATLAR İ Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh MMC-nin vəkili AAAAAAAAAAkassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu tarixli qərardadının ləğv edilməsinə; iddia ərizəsinin baxılmamış saxlanılması və icraat xitam verilməsinə dair yeni qərar qəbul edilməsinixahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkilləri Vəkil1 və A.Məmişov kassasiya şikayəyinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası məruzəçini, iş üzrə tərəflərin vəkillər inin izahatlarını dinləyib, işin materiallarını və kassasiya şikayətin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 417.15-ci maddəsinə görə, olaraq kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.3-cü və 259.0.8.- 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamam ilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1 - 261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 418.3-cü maddəsinə müvafiq olaraq prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, belə hesab etmişdir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış olan, “Bağ ərazisinin peyzajına dair” 14.12.2016-cı il tarixli müqavilədən yaranmışdır. Həmin müqavilənin predmetinə daxil olan işlər və xidmətlər Azərbaycan Respublikasının ərazisi ndə yerləşən bağ sahəsində həyata keçirilməli olan işlərdir. Sözügedən müqavilədə mübahisəyə İngiltərə və Uels məhkəmələri tərəfindən baxılmalı olduğuna dair bənd nəzərdə tutulsa da, bu şərtin hansı zərurətdən irəli gəldiyi qeyd edilməmiş, konkret beynəlxalq məhkəmənin yurisdiksiyası seçilməmişdir. İddiaçı şirkətin İngiltərədə və Uelsdə qeydə alınmış hüquqi şəxs olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. O, cümlədən tərəflər arasında İngiltərə və Uels məhkəmələri tərəfindən baxılmış və ya icraatda olan məhkəmə mübahisəsi olması iş materiallarından müəyyən olunmur. Ona görə də, mübahisənin yarandığı müqavilənin məzmununa əsasən, onun Azərbaycan Respublikası ərazisində icra edilməli olmasını, eyni zamanda iş materiallarına əsasən, cavabdeh hüquqi şəxsin hüquqi ünvanını əsas götürə rək, hazırkı işə Azərbaycan Respublikasının məhkəməsi tərəfindən baxılmalıdır. Belə olan halda cavabdeh MMC-nin ərizəsi əsassız olduğundan 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 40.1 və 40.2-ci maddələrinə əsasən, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun. Həmin Məcəllənin 440.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri mülki və iqtisadi mübahisələr üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu ye r və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 440.2-ci maddəsinə görə, məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 443.0.7-ci maddəsinə uyğun olaraq iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilənlər əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, 14 dekabr 2016-cı il tarixili müqavilədə tərəflər məhkəmə aidiyyəti məsələsini həll edərkən, tərəflər arasında tətbiq edilməli hüququn, həmçinin mübahisələrə dair məhkəmə aidiyyətinin İngiltərə və Uels qanunvericiliyi tətbiq edilməklə, həmin ölkələrin məhkəmələrinin səlahiyyətinə aid edildiyi barədə razılığa gəlmişlər. Belə ki, həmin müqavilənin 28-ci bəndinə əsasən, müqavilənin qüvvədə olma müddəti, təfsiri və icrası İngiltərə və Uels qanunvericiliyi ilə tənzimlənir. Həmin müqavilənin 29-cu bəndinə müvafiq olaraq tərəflərin hər biri İngiltərə və Uels məhkəmələrinin müstəsna yurisdiksiyasına tabe olacaqlarını öhdələrinə götürürlər. Həmçinin həmin müqavilənin 21-ci bəndinə görə, hazırki müqaviləyə yalnız tərəflərin lazımi şəkildə səlahiyyət verdikləri nümayəndələri tərəfindən yazılı şəkildə və imzalanmış halda düzəliş edilə bilər. Göründüyü kimi, müqavilə üzrə məhkəmə aid iyyəti şərtlərinin dəyişdirilməsinə yalnız qarşılıqlı razılaşma əldə olunduqda və yazılı şəkildə mümkün idi. Lakin tərəflər arasında belə razılıq əldə olunmadan, müqavilə üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası məhkəmələrinə aid edilmədən, iddiaçı şirkət hazırki iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə isə bu halları nəzərə almadan iddia ərizəsi üzrə iddianın mümkünlüyü haqqında qərardad qəbul etməklə icraat başlamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 28-ci maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar. Həmin Məcəllənin 2 9-cu maddəsinə müvafiq olaraq məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə nəzərdə tutulan hallarda, işdə iştirak edən şəxslərin yazılı razılığı ilə münsiflər məhkəməsinin həllinə verilə bilər. Hazırki halda da tərəflər Azərbaycan Respublikasının və İtaliya Respublikasının hüquqi şəxsləri olaraq, aralarında bağladığları müqavilədə üçüncü ölkənin məhkəmələrini (arbitrajını) münsif (arbitr) kimi müəyyənləşdirmişlər. Digər tərəfdən Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu məsələyə hüquqi qiymət vermiş apellyasiya instansiya məhkəməsi aidiyyətin dəyişdirlməsinə yol verildiyini əsaslandırmaq üçün Azərbaycan Respublikası MPM-nin 40.1 - 40.3-cü maddələrinə istinad etsə də, həmin Məcəllən in 40.4-cü maddəsini nəzərə almamışdır. Halbuki, qeyd edilən maddəyə uyğun olaraq mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1 - 40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Bunan başqa, iddiaçı şirkətin iddia ərizəsini icraata qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.5-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, həmin maddəyə əsasən, qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, məhkəmə iddia ərizəsini baxılmamış saxlyır. Qeyd olumalıdır ki, müxtəlif prosessual hüquq normalarında münsiflər məhkəməsi və arbitraj məhkəməsi bərabər məhkəm ə qurumu kimi müəyyənləşdirilir. Yuxarıda qeyd olunduğu kimi, mübahisəli 14 dekabr 2016-cı il tarixli müqavilədə tərəflər arasında tətbiq edilməli hüquq, həmçinin mübahisələrə dair məhkəmə aidiyyəti İngiltərə və Uels qanunvericiliyi tətbiq edilməklə həmin ölkələrin məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsində icraata xitam vermə əsasları göstərilmişdir. Həmin maddəyə görə iş üzrə icraata xitam verilməsi işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının elə bir üsulunu nəzərdə tutur ki, bu zaman məhkəmə prosesinin gedişində məhkəməyə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququnun olmadığını və ya onun belə bir hüququnun itirildiyini təsdiq edən və qanunvericilikdə bilavasitə göstərilmiş hallar yaranır və ya belə halların mövcu d olması aşkara çıxır. İş üzrə icraata xitam verilməsi də ərizənin baxılmamış saxlanılması kimi işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının üsullarından biridir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsinin əsaslarından biri işin məhkəmədə baxılmalı olmamasıdır. Bu o deməkdir ki, iş məhkəmədə baxılmalı deyildirsə, hakim bu halda iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina haqqında qərardad çıxarmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə müvafiq olaraq hakim ərizəni qəbul etməkdən imtina barədə əsasl andırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Lakin iş məhkəmədə baxılmalı olmadığı halda iddia ərizəsi səhvən baxılmaq üçün məhkəmənin icraatına qəbul edilmişdirsə, bu zaman həmin ərizəyə əsasən məhkəmədə başlanmış işin icraatına xitam verilməlidir. Apellyasiya instansiya məhkəməsi öz qərardadın Azərbaycan Respublikası MPM-nin 40.2-ci maddəsinə istinadən onunla əsaslandırmışdır ki, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Apellyasiya instansiya məhkəməsinin gəldiyi yanlış qənaətə görə, tərəflər arasında əvvəllər bağlanmış olan hər hansı müqavilənin bəndi kimi, bu müqavilədən yaranan mülki işlərə və mübahisələrə münasibətdə məhkəmə aidiyyətinə dair razılaşma təsbit edilmiş olsa da, konkret mübahisənin meydana çıxdığı hər bir halda aidiyyətlə bağlı ayrıca saziş bağlanmalıdır, habelə tərəflər arasında yarana biləcək istənilən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsini ehtiva edən sazişlər bağlana bilməz, belə saziş bağlanmış olduqda isə ona istinadən ərazi aidiyyətinin dəyişdirilməsinə yol vermək olmaz.mişdir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 40.3-cü maddəsində təsbit olunmuş, "saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun” müddəasına istinad edərək qeyd olunan normanın mənasına görə iş və ya mübahisə məhkəmənin icraatına qəbul olunduqdan sonra ona məhkəmə işi və ya mübahisəsi demək olduğunu, yalnız belə olan halda yazılı formada müqavilə aidiyyəti barədə sazişin ərazi aidiyyətinin dəyişdirilməsinə səbəb ola bilməsi kimi şərh etmişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsi qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və iqtisadi mübahisələr üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 440.2-ci maddəsinə əsasən məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. Bununla bağlı apellyasiya instansiya məhkəməsi əsassız olaraq hesab etmişdir ki, hazırkı mübahi sə tərəflər arasında bağlanmış 14 dekabr 2016-cı il tarixli “Bağ ərazisinin peyzajına dair müqavilədən” yarandığından və həmin müqavilənin predmetinə daxil olan işlər-xidmətlər Azərbaycan Respublikasının ərazisində yerləşən bağ sahəsində həyata keçirilməli olan işlər olduğundan, Azərbaycan Respublikası MPM-nin 443.0.7-ci maddəsinə görə, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qərardadı əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnam ə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərardadın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadın ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu tarixli qərardadı ləğv edilməli; iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR C avabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu tarixli qərardadı ləğv edilsin. İş üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-301/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-301/2019
16.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver