Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-302/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 dekabr tarixli 2-2(103)-1267/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı M MC (bundan sonra- “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra - “cavabdeh”) arasında 2016-ci il 11 noyabr tarixli, 0032XF-GM/16 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi” (bundan sonra - “0032XF-GM/16 saylı müqavilə”) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” (iddiaçı) Müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan əlavələrində göstərilmiş malları “Alıcı”ya (cavabdeh) satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.5.-ci maddəsinə əsasən “Alıcı” əlavədə göstərilmiş malların dəyərinin 50% hissəsini əvvəlcədən, digər 50% hissəsini isə malların təhvilindən sonra nağd və ya köçürmə yolu ilə 30 (otuz) iş günü ərzində ödəməlidir.
2. Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında 19 ədə d aktla (43 nömrəli aktla-5.039,92 manat, 44 nömrəli aktla-25.744,79 manat, 47-nömrəli aktla-18.789,87, 48nömrəli aktla- 14.709,88 manat, 49-nömrəli aktla-10.569,97, 50-nömrəli aktla-18.375,05 manat, 51- nömrəli aktla- 6.780,02 manat, 52- nömrəli aktla- 3000,03 manat, 53- nömrəli aktla- 600,01 manat, 54-nömrəli aktla- 14.595,16 manat, 55 - nömrəli aktla- 5.985 manat, 56-nömrəli aktla12.840,01 manat, 56/1-nömrəli aktla-12.420,21 manat, 57- nömrəli aktla- 17.370,17 manat, 58nömrəli aktla- 6.105,08 manat, 59-nömrəli aktla-8.610,11 manat, 60- nömrəli aktla-27.298,83 manat, 61-nömrəli aktla- 15.541,35 manat, 62 nömrəli aktla-14.136,01 manat ƏDV daxil dəyərdə mallar) 2019-cu il 8 avqust -2020-ci il 19 oktyabr tarixlərində bu mallar satıcı tərəfindən təhvil verilmiş və alıcı tərəfindən qəbul edil miş, Müqavilə və aktlar tərəflərin səlahiyyətli imzası və möhürü ilə təsdiq olunmuşdur.
3. Cavabdehin iddiaçıya olan borcunu təsdiq etmək üçün tərəflər arasında 2021-ci il 12 yanvar tarixində “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə Aktı” tərtib olunmuş və hər iki hüquqi şəxs tərəfindən imzalanmış və möhürlənmişdir. Bu akta əsasən tərəflər arasında olan borcun məbləği 209,647.05 manat təşkil edir. 4. 2021-ci il 7 aprel tarixli 1863 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 209.647,05 manat məbləğində borc pulun 10 gün müddətində ödənilməsini xahiş etmiş, əks təqdirdə borcun məcburi qaydada ödənilməsini təmin etmək üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir.
5. İş materiallarında olan 2021-ci il 26 aprel tarixli, 1878 saylı maliyyə arayışından görünür ki, cavabdeh in 220.716,41 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 2021-ci il 21 may tarixində cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, aralarında bağlanmış 0032XF-GM/16 saylı müqaviləyə əsasən 209.647,05 manat məbləğdə əsas borcun, 11.069,36 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, toplam 220.746,41 manat məbləğdə vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini yuxarıda göstərilən (bax §§ 1, 3-5) hallarla əsaslandırmışdır.
8. İddia tələbinin maddi hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 427.3, 427.4, 430.1, 441.4, 442.1, 443.1, 445.1, 448.1, 448.2, 1096-ci maddələri rəhbər tutulmaqla əsasl andırılmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 avqust tarixli, e-2-2(113)-2755/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, əsas borc üzrə 209.647,05 manat, 5.000 manat cərimə borcu olmaqla, cəmi 214.647,05 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov).
10. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi t ərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
11. Cavabdehin 2021-ci il 12 yanvar tarixli üzləşmə aktı ilə etiraf etdiyi və mübahisəli olmayan 209.647,05 manat əsas borcuna münasibətdə iddiaçı tərəfindən tələb edilən cərimənin məbləği 5000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.
12. Məhkəmə öz qətnaməsini MM-in 5.3, 425, 462.1, 467, 600.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh 2021-ci il 29 sentyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbini rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 dekabr tarixli 22(103)-1267/2021 saylı qətnaməsi i lə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - 5.000 manat cərimə borcunun tutulması hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin olunmamış və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – A.Tanrıverdiyev və V.Baxışova).
15. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, şifahi alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, tərəflər arasında bərqərar olmuş işgüzar adətlərə uyğun olaraq malların təhvilindən sonra nağd və ya köçürmə yolu ilə 30 iş günü ərzində icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yarana borcunu iddiaçıya ödəməlidir.
16. Bu mənada apellyasiya şikayətinin alqı-satqı müqaviləsinin müddətinin 2017-ci il 11 noyabr tarixində başa çatması barədə dəlili əsaslı deyil. MM alqı-satqı müqaviləsinin mütləq yazılı formada bağlanmasını tələb etmir. Odur ki, 2019-cu il 8 avqust - 2020-ci il 19 oktyabr tarixlərində cavabdehə malların təhvil verilməsi ilə bağlı tərəflər arasında şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik-hüquq münasibətləri yaranmışdır, həmin münasibətlərə MM-in alqı-satqı müqaviləsini tənzimləyən müddəaları tətbiq edilir.
17. Birinci instansiya məhkəməsinin cavabehdən 5.000 manat cərimə borcunun tutulması ilə əlaqədar gəldiyi nəticə isə düzgün ol mamışdır. İddiaçı bu tələbini 2016-cı il 11 noyabr tarixli alqısatqı müqaviləsinin 4.1.3-cü bəndi ilə əsaslandırır, lakin adıçəkilən müqavilə 1 il müddətə bağlandığından, cavabdehə malların təhvil verildiyi 2019-cu il 8 avqust - 2020-ci il 19 oktyabr tarixlərində qüvvədə olmamışdır. Başqa sözlə, iddiaçının cərimə məbləğini cavabdehdən tələb etməsi üçün qüvvədə olan müqavilə şərti artıq mövcud deyildi.
18. İddiaçı cərimə borcu tələbini faktiki cəhətdən müqavilə şərti ilə əsaslandırdığı və birinci instansiya məhkəməsi də məcburi olaraq iddianın faktiki əsası kimi həmin hüquqi fakta qiymət verdiyi üçün, apellyasiya baxışında MM ilə nəzərdə tutulan digər əsaslardan çıxış edilərək, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə əlavə vəsaitlərin tutulması məsələsi müzakirə oluna bilməz. Bu o halda mümkün ola bilərdi ki, iddiaçı konkret faktiki əsas göstərmədən ümumi qaydada pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə ona vurulan zərəri tələb edərdi. Belə bir hal mövcud olmadığı üçün, iddia cərimə borcunun tutulması hissədə rədd edilməli idi.
19. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə cərimə borcu qismən təmin hissədə qanunsuz və əsassızdır, cavabdehin apellyasiya şikayəti həmin hissədə qətnamənin qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə həmin hissədə ləğv edilməli, eyni hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia sözügedən hissədə rədd olunmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə öz qətnaməsini MM-in 399.1, 399.4, 427. 2, 427.3, 427.4, 442, 448.1, 448.2, 567, 600.4-cü, MPM-in 14.2, 53, 77.1, 217.1, 217.3, 372.2, 372.4, 384.0.2, 385.1.4, 390-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin(bundan sonra-“KMP”) “MPM-in 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
21. Cavabdeh 2022-ci il 25 fevral tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçı 2022-ci il 14 mart tarixində kassasiya şikayəti verərək qətnamənin - cavabdehdən 5000 manat cərimənin tutulması barədə iddianın təmin olunmaması hissəsində ləğ v edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 11 aprel tarixli, 2-2(102)-302/2022 saylı qərardadı ilə iddiaçının kassasiya şikayəti mübahisələndirilən məbləğ 5000 manat, yəni prosessual qanunvericiliklə kassasiya qaydasında mübahisələndirilə bilən məbləğdən aşağı olduğundan geri qaytarılmışdır (sədrlik edən - B.Qəribov, hakimlər - B.Məmmədli və İ.Dadaşov) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. MM-in 399.3-cü maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası tərəflər arasında bağlanmış 2016-cı il 11 noyabr tarixli alqı-satqı müqaviləsinin müddətinin 2017-ci il 11 noyabr tarixində başa çatdığını nəzərə almamışdır. Sonradan m üqavilə müddətinin uzadılması ilə bağlı hər hansı razılaşma olmamışdır. Buna görə də sonradan aparılan alqı-satqı əməliyyatlarına 2016-ci il 11 noyabr tarixli müqavilənin şərtləri tətbiq oluna bilməzdi. Lakin apellyasiya məhkəməsi alqı-satqı müqaviləsinin müddətinin 2017-ci il 11 noyabr tarixində başa çatması barədə dəlilin əsaslı olmaması qənaətinə gəlmişdir. Belə ki, apellyasiya məhkəməsi MM-də alqısatqı müqaviləsinin mütləq yazılı formada bağlanmasını tələb olunmadığını göstərmişdir. Odur ki, 2019-cu il 8 avqust - 2020-ci il 19 oktyabr tarixlərində cavabdehə malların təhvil verilməsi ilə bağlı tərəflər arasında şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik-hüquq münasibətləri yaranmışdır, həmin münasibətlərə MM-in alqı-satqı müqaviləsini tənzimləyən müddəaları t ətbiq edilir. Halbuki, MM-in 399.3-cü maddəsinin tələbinə əsasən Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 2016-cı il 11 noyabr tarixli alqı-satqı müqaviləsinin müddəti uzadılmamışdır. Belə ki, müqavilənin 6.1-ci maddəsində müqavilə 1 il müddətində qüvvədədir. Buna baxmayaraq, apellyasiya məhkəməsi qeyd olunan hallara münasibət bildirib düzgün hüquqi qiymət verməmişdir.
25. MM-in 399.1, 399.4, 500 və 600.4-cü maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi mübahisəyə qeyd edilən maddələri tətbiq edərək “alqı-satqı müqaviləsinin müddətinin 2017-ci il 11 noyabr tarixində başa çatması barədə dəlili əsaslı deyil. Belə ki, MM alqısatqı müqaviləsinin mütləq yazılı formada bağlanmasını tələb etmir. Odur ki, 2019-cu il 8 avqust 2020-ci il 19 oktyabr tarixlərində cavabdehə malların təhvil verilməsi ilə bağlı tərəflər arasında şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik-hüquq münasibətləri yaranmışdır, həmin münasibətlərə MM-in alqı-satqı müqaviləsini tənzimləyən müddəaları tətbiq edilir” göstərməklə apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab etmişdir.
26. Tərəflər arasında bağlanmış alqı–satqı müqaviləsinin 2017-ci il 11 noyabr tarixində başa çatmışdır. Həmin tarixdən sonra tərəflər arasında heç bir müqavilə və müddətin uzadılması ilə bağlı əlavə bağlanmamışdır. Həmin müqavilə ilə isə satın alınmış malla rın dəyəri ödənilmişdir. İddiaçının iddiasının hüquqi əsasını təşkil edən sifarişlər isə həmin müqavilənin tərkib hissəsi olmamışdır.
27. MM-in 399.1-ci maddəsinin tələbi pozulmuşdur.Apellyasiya məhkəməsi qeyd edilən maddənin pozulmasına yol verərək, həmin maddi hüquq normasını mübahisəyə tətbiq etməli olduğu halda tətbiq etməmişdir.
28. MPM-in 14.1-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edil mişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müdd əalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.... 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin ye rinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində n əzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
34. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....”
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Prosessual Məcəllənin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarında qeyd edilmişdir ki, “Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanmasında məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda § 24-28 ) iş materialları ilə birgə araşdraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual pozuntulara yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında alğı-satqı münasibətləri mövcud olmuş, həmçinin sonradan 20192020-ci illərdə aktlar əsasında malların alış-verişi, yəni tərəflər arasında alğı-satqı münasibətləri davam etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında yazılı alğı-satqı müqaviləsinə zərurət olmadan şifahi razılaşma əsasında alğı-satqı münasibətlərinin davam etməsinə dair gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, tərəflər arasında iddiaçının iddia etdiyi müddətinin 2017-ci il 11 noyabr tarixədək nəzərdə tutulmuş müqavi lədən sonra da, 2019-2020-ci illərdə malların təhvil verilməsi və alıcı tərəfindən qəbul olunması ilə bağlı aktlar əsasında alğı-satqı münasibətləri davam etmiş, həmçinin cavabdehin iddiaçıya 209.647,05 manat borcunun olması tərəflər arasında bağlanmış və onların imza və möhürləri ilə təsdiq olunmuş 2021-ci il 12 yanvar tarixli üzləşmə aktı ilə də öz təsdiqini tapmışdır.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin müddətinin başa çatmasına dair dəlili ilə bağlı bildirir ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavi lədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
39. Maddi hüquq normasının məzmunundan göründüyü kimi, müqavilədə onun müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olmasını yalnız onda belə şərtin mövcud olması ilə əlaqələndirmişdir. Belə şərtin mövcud olmadığı müqavilə isə öhdəliyin icrasının qurtardığı anadək qüvvədədir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə mülki qanunvericiliklə nəzərdə tutulmuş belə bir şərt mövcud olmadığından belə alğı-satqı müqaviləsinin müqavilədə onun müddətinin qurtarması ilə öhdəliklərin xitamı ilə nəticələnən müqavilələ eyni müstəviyə çıxarılması və belə şərtin nəzərdə tutulub-tutulmamasının əhəmiyyətsizləşdirilməsi ilə nəticələnə bilər.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüququ normalarının tələblərini pozmamış, işdə olan sübutlara düzgün qiymət vermişdir və kassasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
41. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 dekabr tarixli 22(103)-1267/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.