Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-304/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızını sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli, 22(10 3)-1079/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Tərəflər arasında imzalanmış 2019-cu il 27 mart tarixli, 005/19 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı (Cavabdeh MMC) sifarişçini (İddiaçı MMC) etiketlər, ribbonlar və müxtəlif şəkildə çap məhsulları ilə təchiz edir və xidmətlər göstərir, sifarişçi isə həmin malları və xidmətləri alır. Təchiz ediləcək malların və xidmətlərin təsviri, miqdarı, zəmanət müddəti, təchizat müddəti və şərtləri, həmçinin qiymətləri və ödəniş şərtləri satınalma sifarişində və ya xidmət sifarişində göstəriləcəkdir (bundan sonra - SS və XS).
2. Müqavilənin 2.9-cu bəndinə əsasən icraçı təchiz etdiyi malları və xidmətləri lazımi qaydada rəsmiləşdirir və Sifarişçiyə təh vil verir; 4.2-ci bəndinə əsasən SS/XS-də ödəniş şərtləri tərəflər arasında razılaşdırılmayıbsa, sifarişçi təchiz edilmiş malların və göstərilmiş xidmətlərin dəyərini icraçı tərəfindən təqdim edilmiş hesab-faktura və tərəflərin imzaladığı təhvil-təslim aktı əsasında 15 təqvim günü ərzində icraçının bank hesabına ödəyir. 3. 2019-cu il 27 mart tarixli müqaviləyə 1 nömrəli əlavədə məhsulların qiymətləri müəyyən olunmuşdur. Əlavənin 1.3-cü bəndinə əsasən, tərəflər arasında ödəniş qaydası hesab-faktura təqdim edildikdən sonra həyata keçirilir.
4. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 015 nömrəli hesab-faktura əsasında tərtib edilmiş 6.120 manat dəyərində EAAS ***308 nömrəli 2019-cu il 1 aprel tarixli, 016 nömrəli hesab-faktura əsasında tərtib edilmiş 17.865 manat dəyərində EAAS ***763 nömrəli 2019-cu il 3 aprel tarixli, 022 nömrəli hesab-faktura əsasında tərtib edilmiş 6.891,84 manat dəyərində EAAT ***722 nömrəli 2019-cu il 18 aprel tarixli, 028 nömrəli hesab-faktura əsasında tərtib edilmiş 14.290 manat dəyərində EAAU ***198 nömrəli 2019cu il 6 may tarixli, 024 nömrəli hesab-faktura əsasında tərtib edilmiş 7.735 manat dəyərində EAAU ***590 nömrəli 2019-cu il 23 may tarixli, 035 nömrəli hesab-faktura əsasında tərtib edilmiş 22.308,24 manat dəyərində EAAV ***172 nömrəli 2019-cu il 7 iyun tarixli, 037 nömrəli hesab-faktura əsasında tərtib edilmiş 7.655 manat dəyərində EAAW ***291 nömrəli 2019-cu il 21 iyun tarixli, 041 nömrəli hesab-faktura əsasında tərtib edilmiş 8.423,36 manat dəyərində EAAW ***973 nömrəli 2019-cu il 3 iyul tarixli, 045 nömrəli hesab-faktura əsasında tərtib edil miş 20.006,4 manat dəyərində EAAW ***499 nömrəli 2019-cu il 8 iyul tarixli, 0152 nömrəli hesab-faktura əsasında tərtib edilmiş 14.161,45 manat dəyərində EAAY ***278 nömrəli 2019-cu il 15 avqust tarixli, 062 nömrəli hesabfaktura əsasında tərtib edilmiş 22.516,75 manat dəyərində EAAZ ***899 nömrəli 2019-cu il 6 sentyabr tarixli, 078 nömrəli hesab-faktura əsasında tərtib edilmiş 21.972 manat dəyərində EAAB ***250 nömrəli 2019-cu il 21 oktyabr tarixli, 086 nömrəli hesab-faktura əsasında tərtib edilmiş 16.935 manat dəyərində EAAC ***018 nömrəli 2019-cu il 4 noyabr tarixli, 091 nömrəli hesab-faktura əsasında tərtib edilmiş 1.730 manat dəyərində EAAD ***705 nömrəli 2019-cu il 2 dekabr tarixli elektron qaimələr təqdim edilmiş, elektron qaimələr İddiaçı MMC tərəfindən təsdiq olunmuşdur.
5. Qeyd edi lən elektron qaimələrin tarix və nömrələrinə istinad olunmaqla, həmin elektron qaimələrlə tələb olunan məbləğlərdə ödənişlər İddiaçı MMC tərəfindən "xxxx" ASC-dəki hesabından 2019-cu il 6 may tarixli **********82074 nömrəli, 2019-cu il 4 aprel tarixli **********49158 nömrəli, 2019-cu il 9 aprel tarixli **********53214 nömrəli, 2019cu il 23 aprel tarixli **********67084 nömrəli, 2019-cu il 3 iyun tarixli **********06390 nömrəli, 2019-cu il 11 iyun tarixli **********12024 nömrəli, 2019-cu il 24 iyun tarixli **********24214 nömrəli, 2019-cu il 5 iyul tarixli **********34864 nömrəli, 2019-cu il 9 iyul tarixli **********38606 nömrəli, 2019-cu il 20 avqust tarixli **********80686 nömrəli, 2019-cu il 10 sentyabr tarixli **********98522 nömrəli, 2019-cu il 24 oktyabr tarixli **********39197 nömr əli, 2019-cu il 8 noyabr tarixli **********56650 nömrəli, 2019-cu il 12 dekabr tarixli **********87368 nömrəli ödəniş tapşırıqları vasitəsilə Cavabdeh MMC-nin "xxxx" ASC-dəki hesabına köçürülmüşdür. 6. "xxxx" MMC-nin 2021-ci il 11 mart tarixli aktında göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2019-cu il 27 mart tarixli 005/19 saylı alqısatqı müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə çap məhsullarına görə 188.860 manat 94 qəpik pul vəsaiti ödəsə də, cəmi 79.910 manat 60 qəpik məbləğində məhsul almışdır. Nəticədə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 108.700 manat 34 qəpik borcu qalmışdır. 7. 2021-ci il 18 fevral tarixli pretenziya məktubu ilə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müraciət olunaraq, 108.829,29 manat məbləğində pulun 7 gün ərzində ödənilməsi tələb ol unmuş, əks halda bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2019-cu il 27 mart tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən vurulmuş ziyanın əvəzi kimi 108.829,29 (bir yüz səkkiz min səkkiz yüz iyirmi doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 27 mart tarixli 005/19 saylı müqaviləsinə əsasən icraçı etik etlər, ribbonlar və müxtəlif şəkildə çap məhsulları ilə təchiz etməyi və xidmətlər göstərməyi, sifarişçi isə həmin malları və xidmətləri almağı öhdəsinə götürmüşdür. Təchiz ediləcək malların və xidmətlərin təsviri, miqdarı, zəmanət müddəti, təchizat müddəti və şərtləri, həmçinin qiymətləri və ödəniş şərtləri “satınalma sifarişində və ya xidmət sifarişində" göstəriləcəkdir (bundan sonra “SS” və “XS” adlandırılacaqdır). SS və XS vahid nömrəyə malik olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcəkdir. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə sifariş verilən malların pulu təqdim edilmiş ödəmə sənədlərinə əsasən ödənilir və sifariş verənə mallar alıcının müəyyən etdiyi yerdə təhvil-təslim aktına əsasən təhvil verilir. Müqavilənin 4.2-ci bəndinə əsasən SS/XS -də ödəniş şərtləri tərəflər arasında razılaşdırılmayıbsa, sifarişçi, təchiz edilmiş malların və göstərilmiş xidmətlərin dəyərini İcraçı tərəfindən təqdim edilmiş hesab-faktura və tərəflərin imzaladığı təhvil-təslim aktı əsasında 15 təqvim günü ərzində icraçının bank hesabına ödəyir.
10. Lakin daxili yoxlama aparılarkən məlum olmuşdur ki, 108.829,29 manat dəyərindəki malların pulu ödənilsə də, həmin mallar cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmişdir. İddiaçı tərəfindən cavabdehə ödənilmiş 108.829,29 manat məbləğində pulun geri qaytarılması ilə bağlı pretenziya məktubu göndərilmişdir. Eyni zamanda, müqavilə üzrə ödənilmiş malların təhvil verilməməsi ilə bağlı cavabdehlə şifahi danışıqlar aparılmışdır. Lakin cavabdeh pulu ödənilmiş malların iddiaçıya təhvil verildiyini və bu səbəbdən hər hansı öhdəliyinin olmadığını iddia etmişdir. Buna baxmayaraq cavabdeh bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir.
11. Müqavilə üzrə mübahisəli mallardan başqa digər malların təhvil-təslimi təsdiq olunsa da və bununla bağlı müvafiq sənədləşdirmələr mövcud olsa da, məhz dəyəri 108.829,29 manat olan malların cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi hər hansı sənədlə təsdiq olunmur. Cavabdeh bunu inkar edir və iddiaçı tərəfindən göndərilən pretenziya məktubunu alsa da, bu vaxtadək həmin pretenziyaya cavab verməmişdir. İddiaçı şirkətin artıq həmin mallara marağı itmişdir və həmin malların cavabdeh tərəfindən təhvil verilməsinə lüzum yoxdur. Bu səbəbdən alıcı olaraq ödənilmiş pulu vurulmuş ziyan kimi geri tələb etmək hüququ var.
12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 442, 443.1, 443.2, 452.2, 575.1, 575.2, 752.1-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyun tarixli, e-2-2(113)2343/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim A.Əliyeva).
15. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına (bax §1-7) istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin materiallarındakı ödəniş tapşırıqlarına əsasən, hər bir ödəniş üzrə həmin ödənişə əsas olmuş e-qaimə qeyd olunmaqla, iddiaçı tərəfindən həmin vəsait cavabdehə ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış e-qaimələr təsdiq edilmiş və onun əsasında ödəniş olunmuşdur.
16. İddiaçının mallar təhvil verilmədən dəyərinin ödənilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdə həmin məbləğin beh, avans olması öz təsdiqini tapmamış, eyni zamanda müqavilədə belə şərt nəzərdə tutulmamışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən SS/XS-də ödəniş şərtləri tərəflər arasında razılaşdırılmayıbsa, sifarişçi təchiz edilmiş malların və göstərilmiş xidmətlərin dəyərini icraçı tərəfindən təqdim edilmiş hesab-faktura və tərəflərin imzaladığı təhvil-təslim aktı əsasında 15 (on beş) təqvim günü ərzində icraçının bank hesabına ödəyir. İddiaçı tərəfindən ödənişin edilməsi malın alınması, xidmətin göstərilməsinin onun tərəfindən qəbulu kimi qiymətləndirilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni MM-in 425.2, 442-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“ MPM”) 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli, 2-2(103)-1079/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Məmmədov, hakimlər R.Qurbanov və V.Baxışova).
20. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, mübahis əli hüquq münasibətinə MM-in 21, 442, 567-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1, 176.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 2.6, 3.9-cu bəndlərinin tələbləri baxımından qiymət vermişdir.
21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmənin qiymətləndirməsi ondan ibarət olmuşdur ki, audit yoxlamasının 2021-ci il 11 mart tarixli aktı iddiaçının təqdim etdiyi sənədlər və izahatlar əsasında tərtib olunmuşdur. Həmin akt "xxxx" ASC-nin anbardarının və satınalmalar üzrə mütəxəssisinin izahat və hərəkətləri əsasında tərtib olunmuşdur ki, adıçəkilən hüquqi şəxsin hazırkı mübahisənin tərəflərinə aidliyi müəyyən ol unmur.
22. Məhkəmə şikayətin müqavilənin 4.2-ci bəndinə istinad edən dəlilini də əsassız hesab edərək göstərmişdir ki, həmin bəndində təchiz edilmiş malların və göstərilmiş xidmətlərin dəyərinin icraçı tərəfindən təqdim edilmiş hesab-faktura və tərəflərin imzaladığı təhvil-təslim əsasında 15 təqvim günü ərzində sifarişçi tərəfindən icraçının bank hesabına ödənilməsi nəzərdə tutulmuşdur ki, sözügedən bəndin şərtlərinə əməl olunmuşdur. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş elektron qaimə-fakturalar iddiaçı tərəfindən təsdiq edilmiş, daha sonra isə həmin qaimələrdə əks olunan məbləğlər bank vasitəsilə cavabdehə ödənilmişdir. “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə görə, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elek tron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir, 2.6-cı bəndinə əsasən isə, “Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə- fakturanın “Əsas” rekvizitində öz əksini tapır.” Odur ki, məhkəmə hesab etmişdir ki, qeyd olunanlar məhkəmədə mübahisəli məhsulların iddiaçıya təqdim edilməsindən başqa hər hansı digər qənaət formalaşdırmır. Çünki, iddiaçının təhvil almadığı mallara görə elektron qaimə-fakturaları əvvəl təsdiq edib, daha sonra ödəniş etməsi a ğlabatan və inandırıcı görünmür. Bu həm də ona görə məhkəmədə iddiaçının dəlillərinə qarşı tənqidi münasibət formalaşdırmışdır ki, iddiaçı 2019-cu ilin aprel ayından dekabr ayınadək 14 dəfə elektron qaimə-fakturaları təsdiq edib, bank ödənişlərini həyata keçirmiş, lakin bu 14 dəfədən bir dəfəsində belə olsa məhsulların anbara daxil olub-olmadığını yoxlamamışdır.
23. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 10 yanvar tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
24. Həmin qətnamədən iddiaçı tərəfindən 2022-ci il 21 fevral tarixində kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayə tinin dəlilləri
25. MM-in 570, 627 və 630-cu maddələrinin tələbləri pozulmuşdur-tərəflər arasında bağlanmış müqavilənin 2.9-cu bəndində qeyd olunur ki, cavabdeh təchiz etdiyi malları və xidmətləri lazımi qaydada rəsmiləşdirir və iddiaçıya təhvil verir. Müqavilənin tələblərindən göründüyü kimi cavabdeh müqavilə üzrə “İcraçı” tərəf kimi malların göndərilməsini və təhvil verilməsini rəsmiləşdirməlidir. Lakin cavabdeh tərəfindən müqavilənin bu bəndinin mübahisəli mallara münasibətdə icrası hər hansı mötəbər sübutla təsdiq olunmamışdır.
26. Mülki qanunvericilikdə əşyanın alıcıya vermək vəzifəsinin icra edilmiş sayılmasının əsasları müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə satıcı malı müqavilənin 4.2-ci bəndinə əsasən təhvil verdikdə, müqavilə üzrə öhdəliyini i cra etmiş sayılır. Lakin satıcının müqavilə üzrə öz vəzifəsinin icra edilməsini təsdiq edən hər hansı sübut olmadığı halda, məhkəmə kollegiyası iddiaçı tərəfindən qaimə üzrə ödənişin həyata keçirməsini əsas tutaraq öhdəliyi cavabdeh tərəfindən icra edilmiş hesab etmişdir. Halbuki, belə bir yanaşma MM-in 570-ci maddəsinin tələblərinə ziddir.
27. MPM-in 80 və 81-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya məhkəməsi malların cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi halını müəyyən etsə də, bunu təsdiq edən mötəbər, təkzibolunmaz hər hansı sübuta istinad etməmişdir. Əksinə, məhkəmə ehtimal xarakteri daşıyan hallara (mallara dair ödənişin edilməsi onların təhvil alınması kimi qiymətləndirilməlidir) əsaslanaraq düzgün olmayan nəticəyə gəlmişdir.
28. Apellyasiya instansiya məhkəməsi ap ellyasiya şikayəti üzrə öz hüquqi mövqeyini yalnız hüquqi əsası olmayan sözlərlə əsaslandırmışdır. Məhkəmənin gəldiyi nəticənin əsassızlığı onunla bağlı olmuşdur ki, "xxxx" ASC hazırkı işə aidiyyəti olmasa da, müqavilə üzrə malların təhvil-təslimi müqavilənin şərtinə əsasən həmin ASC-nin yerləşdiyi yerdə, yəni anbarda həyata keçirilirdi. Malların harada təhvil-təslim edilməsi hazırki işin mabahisəsi hesab edilmir. Mübahisənin əsas predmetini malların anbara cavabdeh tərəfindən təhvil verilməməsi təşkil edir və bu səbəbdən araşdırma da məhz bu hallarla bağlı aparılmalı idi. Müqaviləyə əsasən malların təhvil-təslim yeri iddiaçının müəyyən etdiyi yer, yəni "xxxx" ASC-nin anbarı olduğu üçün yoxlama da həmin yerdə aparılmalı idi. Yoxlamanın nəticəsi ilə razı olmayan cavabdeh tərəf malların tə hvil verilməsinə dair sübutlar təqdim etmək əvəzinə, sadəcə olaraq məntiqə əsaslanır və onlara qarşı irəli sürülmüş tələbləri məntiqli saymır.
29. Digər tərəfdən, cavabdeh ümumiyyətlə həmin audit aktının mötəbərliyini mübahisələndirməmiş, məhkəmədə iddiaya etirazında malların təhvil verilməsini iddia etmişdir. Cavabdeh etirazının əsası kimi elektron qaimə üzrə ödənişlərin iddiaçı tərəfindən həyata keçirilməsini göstərmişdir. Halbuki, mallara dair ödənişlərin həyata keçirilməsi cavabdeh tərəfindən öhdəliyin icra edilməsi anlamına gəlmir. Malların təhvil verilməsi yalnız müqaviləyə əsasən təhvil-təslim aktı ilə həyata keçirilməli idi və malları bu qaydada təhvil vermək cavabdehin bilavasitə müqavilə üzrə öhdəliyidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. II. HƏDLƏRİ Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
31. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib -etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 570.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satı cının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallard a satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. “Maddə
627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür”. “Maddə
630. Malların göndərilməsi qaydası 630.1. Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 630.2. Gön dərmə müqaviləsində alıcının mal göndərənə malları mal alanlara yollamaq (vermək) haqqında göstərişlər (yollama sərəncamı) vermək hüququnun nəzərdə tutulduğu halda mal göndərən malları yollama sərəncamında göstərilmiş mal alanlara yollayır (verir). 630.3. Yollama sərəncamının məzmunu və alıcı tərəfindən onun mal göndərənə verilməsi müddəti müqavilə ilə müəyyənləşdirilir. Əgər müqavilədə yollama sərəncamının verilməsi müddəti nəzərdə tutulmayıbsa, o, mal göndərənə göndərmə dövrünün çatmasına ən geci otuz gün qalmış verilməlidir. 630.4. Alıcının yollama sərəncamını müəyyənləşdirilmiş müddətdə verməməsi mal göndərənə ya göndərmə müqaviləsinin icrasından imtina etmək, ya da alıcıdan malları ödəməyi tələb etmək hüququ verir. Bundan başqa, mal göndərən yollama sərəncamının verilməməsi ilə əlaqəd ar dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər”.
35. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur (qeyd edilən redaksiya 2019-cu il 29 noyabr tarixli 1704VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilmişdir).” “Maddə
176. Elektron vergi hesab-fakturaları 176.1. Bu Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyya t aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin elektron vergi hesab-fakturası verməyə hüququ yoxdur (2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 176-cı maddə ləğv edilmişdir).”
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə ləğv edilmişdir) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətl əri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir, “2. Elektron qaimə-fakturanın tərtib edilməsi... 2.6. Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” rekvizitində öz əksini tapır.”
37. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 39. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfin dən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
40. İşə baxan məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin § 25-26-da göstərilən, maddi hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, şikayətdə MM-ni n istinad olunan 570-ci maddəsi müqavilədə ayrı qaydanın nəzərdə tutulmadığı halda satıcının əşyanı vermək vəzifəsinin icrası məqamını, 627-ci maddəsi göndərmə müqaviləsinin anlayışını, 630-cı maddəsi isə malların göndərilmə qaydasını tənzimləyir (bax yuxarıda §34). Baxılan işdə tərəflər malın təqdim edilmə qaydasını bağladıqları 2019-cu il 27 mart tarixli 005/19 saylı müqavilənin 2.9 və 4.2-ci bəndlərində müəyyən etmişlər. Həmin bəndlərə əsasən təchiz edilmiş malların və göstərilmiş xidmətlərin dəyəri tərəflərin imzaladığı təhvil-təslim aktı əsasında sifarişçi (iddiaçı) tərəfindən icraçının (cavabdehin) bank hesabına ödəyir.
41. İşin məhkəmələr tərəfindən müəyyən edilən, mübahisələndirilməyən hallarına görə cavabdeh tərəfindən iddiaçıya cəmi dəyəri 188.610,94 manat dəyərində malın təqdim edilməsinə dair cavabdeh tərəfindən elektron qaimə verilmiş, həmin malların dəyəri iddiaçı tərəfindən bank hesabı vasitəsilə ödənilmişdir.
42. Nəzərə alınmalıdır ki, elektron qaimə-faktura elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir (bax yuxarıda §36 ).
43. İlkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübuti əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli «HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyası na və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Qərarında göstərilmişdir ki, «... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir».
44. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən dəyəri ödənilmiş və təqdim edilməsi mübahisə doğurmayan mallara dair yalnız elektron qaimə fakturala r təqdim olunmuş, hər iki tərəfin imzaladığı təhvil-təslim aktı tərtib edilməmişdir. 45.Göründüyü kimi, tərəflər arasında 2019-cu il 27 mart tarixli 005/19 saylı müqavilənin 2.9 və 4.2-ci bəndləri mövcud olsa da, onların qarşılıqlı münasibətlərində yaranmış praktika ondan ibarət olmuşdur ki, müqavilə üzrə malların təqdim olunması və müvafiq dəyərin ödənilməsi üçün yalnız elektron qaimənin təqdim olunması kifayətdir.
46. İddiaçı özü də kassasiya şikayətində onun tərəfindən mübahisələndirilməyən malların təhvil-təslim aktı əsasında təhvil alınıb-alınmamasına istinad etməmiş, bununla da mübahisələndirilməyən hissədə iddiaçı tərəfindən tərtib edilmiş elektron qaimə-fakturaları malların təhvil verilməsini təsdiq edən sənəd kimi qəbul etmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edilənləri, o cüm lədən iddiaçının cavabdeh tərəfindən tərtib edilmiş elektron qaimə-fakturaları heç bir dəqiqləşdirilmə aparmadan təsdiq etməsini və şərtləşdirilmiş ödənişləri həyata keçirməsini nəzərə alaraq, kassasiya şikayətinin “cavabdeh tərəfindən müqavilənin 2.9-cu bəndinin mübahisəli mallara münasibətdə icrasının hər hansı mötəbər sübutla təsdiq olunmaması”, müqavilənin 4.2-ci bəndi (bax yuxarıda §2) üzrə vəzifələrin cavabdeh tərəfindən icra edilməməsi səbəbindən, MM-nin 570,627,630-cu maddələrinin pozulmasına dair dəlilləri ilə razılaşmır.
47. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
48. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişd irilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
49. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli, 2-2(103)-1079/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: İ.A.Dadaşov K.N.Abiyeva B.F.Qəribov