Məhkəmə qərarları › İş №2-2(102)-304/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-304/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-304/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, alqı-satqı müqaviləsi və müqavilə üzrə dəbbə pulu tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 yanvar tarixli 2-2(103)-104/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh MMC ilə İddiaçı MMC arasında 2023-cü il 10 iyul tarixdə bağlanmış MR/05/23 saylı alqı-satqı müqaviləsinin: - 1.1-ci bəndinə əsasən satıcı bu müqaviləyə əlavə razılaşmalarda adı, sayı (miqdarı), vahidinin qiyməti, ümumi dəyəri və digər xüsusiyyətləri qeyd olunan malları alıcıya satır, alıcı isə həmin malların dəyərini satıcıya ödəyir. - 3.2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndinə görə, malları təhvil-təslim aktı və ya qaimə-faktura və ya elektron-qaimə əsasında alıcıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək satıcının vəzifəsidir. - 3.2.5-ci bəndinə əsasən, müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulması na yol verilməməsini öhdəsinə götürür. - 3.3.1-ci bəndinə əsasən alıcı müqavilənin 3.2-ci bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini satıcıdan tələb edir. - 4.1-ci bəndinə əsasən, malın alıcıya təqdim edilməsi müddəti bu müqavilənin 2.1-ci bəndinə görə, alıcı tərəfindən avans ödənişi edildiyi tarixdən sonra 25 (iyirmi beş) təqvim günü ərzində həyata keçirilir. Tərəflərin qarşılıqlı razılığı ilə bu müddət fərqli şəkildə müəyyən edilə bilər. - 4.2-ci bəndinə əsasən, malın müqavilə şərtlərinə uyğun olaraq daşınması və çatdırılması satıcı tərəfindən həyata keçirilir. - 4.3-cü bəndinə əsasən, alıcı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən malın qaimə faktura və ya elektron-qaimə və ya təhvil-təslim aktı ilə t əhvil alındığı an malın təhvil verilmə və qəbul edilmə anı hesab edilir. - 8.2-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. - 8.3-cü bəndinə əsasən, müqavilə üzrə tərəflərin öz öhdəliklərinin icra etməməsi səbəbilə, hər hansı tərəfin yaranacaq bütün zərərlərini, əldən çıxmış faydanı öhdəliyi vaxtında icra etməmiş tərəf ödəyəcəkdir. - 10.1-ci bəndinə əsasən, bu müqavilə qarşılıqlı qaydada imzalandığı andan hüquqi qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. Müqavilənin müddətinin bitməsinə 30 (otuz) gün qalmış tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi ilə bağlı qarşı tərəfə yazılı şəkildə bildiriş göndərmədiyi təqdirdə, müqavilə eyni müddətə uzadı lmış hesab olunur. 2. 2023-cü il 10 iyul tarixində MR/05/23 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan razılaşmaya əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların (beton) növü, sayı və qiyməti ümumi dəyəri ƏDV daxil 153.250 manat dəyərində malların satılması ilə bağlı razılaşmışlar. Satılacaq malların yekun qiymətinin 100 faiz hissəsinin alıcı tərəfindən ödənilməsi hazırkı razılaşma imzalandıqdan və mallar təhvil-təslim edildikdən sonra geci 7 iş günü ərzində həyata keçiriləcək. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 3. 2023-cü il 5 iyun tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan razılaşmaya əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, sayı və qiyməti ümumi dəyəri ƏDV daxil 11.700 manat dəyərində malların satılma sı ilə bağlı razılaşmışlar. Satılacaq malların yekun qiymətinin 100 faiz hissəsinin alıcı tərəfindən ödənilməsi hazırki razılaşma imzalandıqdan və mallar təhvil-təslim edildikdən sonra geci 7 iş günü ərzində həyata keçiriləcək. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. Cavabdeh MMC tərəfindən 2023-cü il 10 iyul tarixində MR/05/23 nömrəli alqı-satqı müqaviləsi üzrə (28.080 manat ƏDV daxil) 184.080 manat dəyərində 2023-cü il 26 sentyabr tarixli EBDP seriyalı 126790 saylı, (10.800 manat ƏDV daxil) 70.800 manat dəyərində 2023-cü il 28 noyabr tarixli EBDT seriyalı 764698 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə göndərilmişdir. 2023-cü il 28 noyabr tarixli EBDT seriyalı 764698 saylı elektron qaimə sistem tərəfindən təsdiqlənmişdir. 2023-cü i l 26 sentyabr tarixli EBDP seriyalı 126790 saylı elektron qaimə təsdiqlənmişdir. 5. 2023-cü il 5 dekabr tarixli ödəniş tapşırığına görə, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 40.000 manat məbləğində “EBDP 126790 seriyalı elektron qaimə üzrə” təyinatlı ödəniş edilmişdir. 6. 2023-cü il 17 noyabr tarixli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 60.000 manat məbləğində “konteynerlərin hazırlanması üçün avans” təyinatlı ödəniş edilmişdir. 7. "xxxx" ASC tərəfindən verilmiş İddiaçı MMC-yə məxsus bank hesabından çıxarış məlumatlarına əsasən, 2023-cü il 8 sentyabr tarixində İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 100.000 manat məbləğində avans köçürülmüşdür. 8. “Azlift” şirkətinin logistika xidməti blankına əsasən, şirkət tərəfindən 2023-cü ilin iyulu nda 19 ədəd konteyner, oktyabr ayında isə 1 ədəd konteyner Horadizdən Laçın rayonu Bəylik kəndinə, 3 ədəd konteyner 2023-cü ilin oktyabrında Horadizdən Hadruta, 2023-cü ilin sentyabr-dekabr aylarında 39 ədəd konteyner Horadizdən Qubadlıya və 2023cü ilin aprelində 5 ədəd konteyner Horadizdən Qubadlıya daşınmışdır.

9. Fotoşəkillərdə quraşdırılmış vəziyyətdə və quraşdırılmaqda olan konteynerlər, video görüntülərdə tırlarda konteynerlərin və ləvazimatlarının daşınması, habelə quraşdırılmış konteynerlərin görüntüləri əks olmuşdur.

10. İddiaçı MMC Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda qanunvericililklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkə məsindəki icraat

11. İddiaçı MMC-nin (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 200.000 manat əsas, 10.000 manat dəbbə, 495 manat dövlət rüsumu, cəmi 210.495 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən müqavilənin cədvəldə qeyd olunan bəndinin tələbləri pozulmuş nəticədə müqavilədən irəli gələn öhdəliklər üzrə cədvəldə qeyd olunan məbləğdə borc yaranmışdır. Ödənişin həyata keçirilməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı mal təqdim olunmamışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən mallar təhvil verilməyərək öhdəlik icra olunmamışdır. Cavabdeh işin icrasını gecikdirdiyi üçün ödənilmiş məbləğin geri qaytarılması tələb edilmiş lakin buna baxmayaraq cavabdeh işi icra etməmiş və ödənilmiş məbləği geri qaytarmamışdır.

13. X1 məhkəməyə verdiyi izahatında mübahisənin tərəfləri olan şirkətlər ilə müqavilə münasibətlərinin olduğunu, pəncərə istehsalı və montajı xidməti göstərdiyini bildirmişdir. Verilən suallara cavab olaraq şahid iddiaçı ilə müqavilədən irəli gələn kommersiya münasibətlərinin olduğunun, konteynerlər üçün plastik qapı və pəncərə hazırlandığını, 44 ədəd konteynerin “X3” MMC adından Horadizdən Laçına göndərildiyini, 40 ədəd konteynerin isə cavabdeh adından Qubadlıya, 3 ədəd isə Hadruta göndərildiyini, cavabdehin adından aralarında olan işgüzar münasibətlər və kömək məqsədilə göndərdiyini bildirmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 11 sentyabr tarixli e-2-2(113)- 2833/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən ƏDV xaric 63.500 manat məbləğində borcun, dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

15. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 2023-cü il 10 iyul tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 200.000 manat məbləğində avans ödənilmiş, cavabdeh tərəfindən isə iddiaçıya cəmi ƏDV xaric 216.000 manat dəyərində konteynerlərin təqdim edilməsinə dair elektron qaimələr göndərilmişdir.

16. Cavabdeh tərəfindən məhkəməyə 67 ədəd konteynerlərin daşınmasına dair aktlar təqdim edilsə də, həmin aktlardan hazırkı mübahisəyə aid olmayan aktları çıxdıqda (20 ədəd Laçına təqdim edilmiş konteynerlər, 2024-cü ilin aprelində Qubadlıya təqdim edilmiş 5 ədəd konteyner və Hadruta təqdim edilmiş 3 ədəd konteyner) müəyyən edilir ki, iş materiallarında mübahisəli müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya cəmi 39 ədəd konteynerin təqdim edilməsinə dair aktlar mövcuddur.

17. Cavabdeh iddiaçıya evakuator vasitəsilə də konteynerlərin təqdim edildiyini iddia etsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, təqdim edilmiş fotoşəkillərdə evakuator vasitəsilə konteynerlərin daşınması öz əksini tapsa da, həmin şəkillərə əsasən neçə ədəd konteynerlərin, kim tərəfindən, nə vaxt göndərilməsini müəyyən etmək qeyri-mümkündür.

18. Beləliklə, cavabde h tərəfindən iddiaçıya mübahisəli elektron qaimələrə əsasən cəmi 39 ədəd yataqxana konteynerlərin təqdim edilməsi (EBDP seriyalı 126790 saylı elektron qaiməyə əsasən hər birinin ƏDV xaric dəyəri 3.500 manatdır), ümumilikdə dəyərləri ƏDV xaric 136.500 manat olan yataqxana konteynerlərinin təqdim edilməsi öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı tərəfindən ödənilmiş ƏDV xaric 63.500 manat (200.000-136.500) məbləğində qabaqcadan ödənişin müqabilində iddiaçı tərəfindən malların təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı həmin qabaqcadan ödənişin qaytarılmasını tələb etməkdə haqlıdır.

19. Məhkəmə 10.000 manat "dəbbə pulu"na dair iddia tələbini təmin etməmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1, 445.7, 448.1, 567, 599.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 106.3cü maddələrinə istinadla əsaslandırmışdır.

21. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-cü il 16 yanvar tarixli 2-2(103)-104/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – T.Mahmudova və E.Həsənov).

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razı laşmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə sübutları mümkünlük, aidlik və mötəbərlilik meyarları üzrə düzgün qiymətləndirmiş, tərəflər arasında işin faktiki hallarını sübutlara əsasən müəyyən etmiş, həmin hallara dair düzgün normaları tətbiq etmiş, nəticə olaraq əsaslı və qanuni qənaətə gəlmişdir.

24. Cavabdeh müqavilə üzrə öhdəliklərinin tərəfindən icra edilməsini sübuta yetirmək üçün aktları təqdim etməsi tərəflər arasında təhvil-təslimin bu formasının seçilməsini göstərir. Tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən alıcı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən malın qaimə faktura və ya elektron-qaimə və ya təhvil-təslim aktı ilə təhvil alındığı an malın təhvil verilmə və qəbul edilmə anı hesab edilir. Göründüyü kimi təhvil-təslimin üsulları bir neçə varia ntda təsbit edilmişdir. Tərəflər arasında işgüzar praktika ilə təhvil-təslim aktının seçilməsi və istifadə edilməsi müəyyən edilmişdir.

25. İş materiallarında olan sübutlara əsasən cavabdehin irəli sürdüyü dəlillər təkzib edilmiş, iddia tələbində qeyd edilənlər qismən təsdiq edilmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

26. Beləliklə, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiy i nəticəni MM-in 385.1, 442, 443.1, 445.1, 448.1, 567, 568.1, 599.3 və 600.4-cü, MPM-in 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

28. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. MM-in 385.2, 425.1, 425.2 və 467-ci maddələri üzrə - İddiaçının 200.000 manat məbləğində tələb irəli sürməsi müqavilənin icrasında maraqlı olmaması və əsassız varlanma niyyəti ilə izah olunmalıdır. İddiaçının məhkəmədə konteynerlərin təqdimatı və ödənişlərlə bağlı verilən suallara ziddiyyətli və qeyri-dəqiq cavablar verməsi bu məqsədi təsdiqləyir. Cavabdeh tərəfindən təhvil-təslim aktları, fotoşəkillər, video görünt ülər və şahid ifadələri təqdim olunduğu halda, iddiaçının malların təqdim olunmadığını iddia etməsi və müxtəlif vaxtlarda edilən ödənişləri qarşılıqlı inama əsaslandırması hüquqi baxımdan əsassız və qeyri-ciddi qiymətləndirilməlidir.

30. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə, cavabdeh tərəfindən təqdim olunmuş video və fotoşəkilləri mötəbər sübut kimi qiymətləndirməmiş, onların obyektivliyinə şübhə ilə yanaşdığı halda, yerində baxış da təyin etməmişdir. Halbuki videogörüntülər konteynerlərin iddiaçıya təqdim edildiyini və onların müqavilə üzrə göstərilən ərazidə yerləşdiyini təsdiq edir. Əgər konteynerlər təqdim edilməmişdirsə, iddiaçı tərəfindən onların kim tərəfindən və nə zaman gətirildiyinə dair sübut təqdim edilməli idi, lakin bu edilməmişdir. Bundan əlavə, müxtəlif vaxtlarda hissəvi öd ənişlərin həyata keçirilməsi də təqdimatın gerçəkliyini təsdiqləyən hüquqi əhəmiyyətli hal kimi qiymətləndirilməli idi.

31. Kassasiya şikayətinin “Digər məsələlər” hissəsində qeyd edilmişdir ki, məhkəmələr sübutları obyektiv və ədalətli şəkildə qiymətləndirməmiş, cavabdeh tərəfindən təqdim edilmiş videogörüntü, şəkil və şahid ifadələri formal yanaşma ilə araşdırılmışdır. X4 konteynerlərin manipulyator vasitəsilə daşındığını, özü tərəfindən yükləndiyini və sonuncu konteynerin təhvil verildiyini təsdiqləmiş, lakin bu ifadə qətnamədə natamam və təhrif olunmuş formada əks etdirilmişdir. Qətnamədə yalnız 40 konteynerin təqdim olunduğu nəticəsinə gəlinməsi, mövcud ifadələrə ziddir. Müqavilənin 4.3-cü bəndinə əsasən, elektron qaimə malların təhvil verilməsi və qəbul edilməsinin əsas sübutudur. 20 23-cü il 26 sentyabr və 2023-cü il 28 noyabr tarixli qaimələrdən biri iddiaçı tərəfindən təsdiqlənmiş, digərinə isə etiraz bildirilməmişdir. 2023-cü il 5 dekabr tarixli 40.000 manatlıq ödəniş isə malların təhvilinin tamamlandığını göstərir. Bu hallar müəyyən edilsə də, məhkəmə onları hüquqi nəticə kimi nəzərə almamış, iddiaçının "inam əsaslı ödəniş" izahatına əsaslanmaqla əsassız mövqe tutmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, məhkəmə iclaslarının “formal” olması barədə iddialar əsassızdır. Bakı Kommersiya Məhkəməsində 8 iclas (5-i hazırlıq, 3-ü baxış), Bakı Apellyasiya Məhkəməsində isə 2 baxış iclası keçirilmişdir. Cavabdeh bu iclaslarda iştirak etmiş, öz mövqeyini ifadə etmək, sübutlar təqdim etmək və mübahisələndirmək imkanı qazanmışdır.

33. Sübutların məhkəmələr tərəfindən kifayət qədər və obyektiv şəkildə araşdırılması təmin olunmuşdur. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfin şahid kimi təqdim etdiyi şəxs barəsində özü dəfələrlə onun cavabdehin əməkdaşı və ortağı olduğunu vurğulamışdır. Bu fakt, həmin şəxsin ifadələrinin qərəzsizliyinə ciddi şübhə yaradır və onun ifadələrinin tərəfsiz sübut hesab edilməsinə əsas vermir. Bundan başqa, cavabdeh tərəf tərəfindən təqdim olunmuş video-görüntülər, elektron qaimələr, ödəniş sənədləri və digər materiallar məhkəmələr tərəfindən işin predmeti olan münasibətlərin hərtərəfli araşdırılması məqsədilə dərin təhlil edilmişdir.

34. Təhvil-təslim aktlarının iddiaçıya aidiyyəti sübuta yetirilməmişdir. Cavabdeh kassasiya şik ayətində “Azlift” şirkətinin təhvil-təslim aktlarına istinad etsə də, bu aktların iddiaçı ilə hansı hüquqi və faktiki əlaqəsinin olduğu sübuta yetirilməmişdir. Təhvil-təslim aktlarında cavabdehin və ya onun adından çıxış edən şəxslərin mövcudluğu, sifarişçi və ya alıcı qismində təqdim olunması nə təqdim edilən sənədlərdə, nə də digər sübutlarda əks olunmamışdır.

35. Ümumiyyətlə kassasiya şikayətinin təhlili göstərir ki, şikayət açıq-aşkar vaxt udmaq, süründürmək məqsədi ilə verilmişdir. Kassasiya şikayətində yeni sübut və hüquqi əsas göstərilməmişdir. Cavabdeh kassasiya şikayətində sadəcə aşağı instansiya məhkəmələrinin qətnamələrini tənqid etmiş, lakin kassasiya instansiyasına xas olan hüquqi arqumentlərə istinad etməmişdir. Cavabdeh faktiki halların yenidən qiymətləndirilməsinə çalışaraq, kassasiya instansiyasının səlahiyyətlərini aşır. Hüquqi arqumentlərin göstərilməməsi isə şikayətin təmin olunmaması üçün əsasdır. Kassasiya baxışının hədləri

36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların y oxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) ba şa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər....” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

39. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üz rə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

41. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

42. Kassator özünün kassas iya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə, xüsusilə də iddiaçıya məhkəmənin müəyyən etdiyindən artıq sayda konteynerlər təqdim olunmasını əsaslandıra bilməmişdir.

43. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 39) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq et miş, MPM-in 217.1-ci maddəsinə (bax § 39) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

44. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 yanvar tarixli 2-2(103)-104/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 yanvar tarixli 2-2(103)-104/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar