Məhkəmə qərarları › İş №2-2(102)-305/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-305/2019

24.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-305/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 18 saylı Vəkil Bürosu) iştirakları ilə,İ.Muradovun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-27/2019 saylı qətnaməsindən “xx xx” MMC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı ASC cavabdeh “xxxx” MMC-yə qarşı xxx 2017-ci il tarixdə məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları»na müvafiq olaraq İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış xxx 2013-cü il tarixli **** nömrəli müqaviləyə əsasən, cavabdehin, dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafik inə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 713.400,0 manat olan 170 ha sahədə damcılı suvarma sistemləri avadanlıqlarını lizinqə götürdüyünü, müqavilə üzrə texnoloji avadanlıqların ümumi 45.000,0 manat məbləğində ilkin ödənişini apardığını, qalan məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də, cavabdehin üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirmədiyini, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə xxx 2017-ci il tarixədək ödəməli olduğu 267.540 manat məbləğdən 111.000 manat məbləğində ödəniş apardığını, müqavilə üzrə həmin tarixədək 156.540 manat borcu qaldığını, cavabdehə borc məbləğinin ödənilməsi barədə pretenziyalar göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyinin tam şəkildə yerinə yetirilmədiyini, tərə flər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (İddiaçı ASC) lizinq alandan (“xxxx” MMC) borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malik olduğunu, buna əsasən ödəniş qrafiki üzrə 01.01.2017-ci il tarixədək olan borcun məbləğinin 156.540,0 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləğinin isə 52.664,0 manat təşkil etdiyini göstərərək, 156.540,0 manat əsas borcun, 52.664,0 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 209.234,0 manat məbləğin “xxxx” MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(82)-642/2018 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh “xxxx” MMC-dən 277.140 manat əsas borc, 5.000 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 282.170 manatın tutularaq İddiaçı ASC-yə ödənilmiş, iddia qalan hissədə rədd edilmişdir (hakim Z.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (E.Nağıyeva sədrlik edən və məruzəçi, V.Baxışova və H.Həmidov) 19 fevral 2019-cu il tarixli, 2-2(103)27/2019 saylı qətnaməsi ilə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2018ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası xxx 20 19-cu il tarixli qətnaməsindən “xxxx” MMC və onun vəkili Vəkil oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə iş materiallarına əlavə olunmuş lizinq müqaviləsinin 4.1-ci maddəsinə istinad edərək ödəniş qrafikini əsas götürmüş və iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsində qeyd etdiyi məbləğin cavabdehdən tutulmasını qət etmiş, məhkəmə bu nəticəyə gələrkən həmin tarixə olan borc məbləğini indiyə qədər aparılmış ödənişləri tam və ətraflı ar aşdırmamış, bundan əlavə məhkəmə həmin müqaviləyə əsasən qətnamədə heç bir əsaslandırma aparmadan cavabdehin üzərində 5.000 manat məbləğində cərimə borcu saxlamışdır ki, həmin məbləğ də tənasübsüz surətdə yüksəkdir, xxx 2019-cu il tarixli, 01 nömrəli ödəniş tapşırığı ilə əlaqədar cavabdeh tərəfindən 194.700.00 manat ödənilmiş, bunu təsdiq edən sənədlər işə baxan məhkəməyə təqdim edilmiş, bundan əlavə xxx 2019-cu il tarixdə cavabdeh tərəfindən qətnamə üzrə 50.000 manat məbləğində ödəniş edilmiş və hazırda cavabdehin iddiaçıya borcu 37.470 manat borcu mövcuddur, məhkəmə birtərəfli qaydada işi araşdırdığından iş materiallarına əlavə edilmiş sənədlərə qiymət verməmiş, iddia olunan borc məbləğinin mövcud olub-olmadığını araşdırmadan səhv nəticəyə gəlmişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil oğlu məhkəmə kolegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən izahatı dinlənilmədi. Əsalandırıcı hissə Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdeh “xxxx” MMC-ninnümayəndəsi və vəkili Vəkil oğlunun izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-27/2019 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli, 468 nömrəli sərəncamı ilə yaradılmı ş, “Lizinq verən” İddiaçı ASC (VÖEN- **********, Hüquqi ünvanı – ünvan 1 qanuni təmsilçisi- X5, qeydiyyata alındığı tarix- 28.01.2005-ci il) və “Lizinq alan” “xxxx” MMC (VÖEN-**********, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin, ev 13, mənzil 4, qanuni təmsilçisi – X7, qeydiyyata alındığı tarix- 30.05.2007-ci il) arasında xxx 2013-cü il tarixdə bağlanmış lizinq müqaviləsinə əsasən, lizinq verən ümumi dəyəri 713.400 manat olan Goranboy rayonunda 170 ha sahədə (layihə əsasında 158 ha sahədə avadanlıqlar tam quraşdırılmış, qalan 12 ha sahə Bakı-Ceyhan qaz-boru kəməri olan sahəyə düşdüyündən digər sahəyə keçirilərək quraşdırılması işləri davam etdirilir) damcılı suvarma sistemi üçün avadanlıqların quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildik dən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 (doqquz) il müddətə lizinqə verir, Lizinq alan 158 ha sahədə quraşdırılmış avadanlığın dəyərindən 45.000 (qırx beş min) manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan 12 ha sahədə quraşdırılacaq avadanlığın ilkin ödənişini işlər tam başa çatdıqdan sonra ödənilməsini, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür, əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır, texnoloji avadanlığa mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur, xxx 2012-ci il tarixli aktla, İddiaçı ASC-nə məxsus Goranboy rayonu ərazisində 170 ha torpaq sahəsində quraşdırılmış damcılı suvar ma sisteminin avadanlığı lizinqə alana təhvil verilmiş, İddiaçı ASC “xxxx” MMC-yə xxx 2013-cü il və xxx 2014-cü il tarixdə pretenziya qaydasında bildirişlər göndərərək, İddiaçı ASC ilə aralarında bağlanmış 14.02.2013-cü il tarixli, **** nömrəli müqavilə üzrə 26.340.0 və 106.740 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə tələb olunan məbləğin, hesablanmış cərimənin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi, eləcə də müqavilələrin ləğv edilərək lizinq obyekti olan avadanlığın saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmiş, İddiaçı ASC-nin 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə ünvanladığı xxx 2017-ci il tarixli, ***** saylı məktubda, tərtib olunmuş ödəniş qrafiki üzrə 01.01.2017-ci il tarixədək 267.540,00 ( manat ödəməli olduğu halda 111.000,00 manat ödəniş olunmuşdur. “xxxx” MMC-nin xxx 2017-ci il tarixə borcunun 156.540,00 manat, lizinq müqaviləsinin 4.2 bəndinə əsasən hesablanmış cərimənin 52.664,00 manat təşkil etdiyi göstərilmişdir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, xxx 2012-ci il tarixli akta əsasən, İddiaçı ASC-nə məxsus Goranboy rayonu ərazisində 170 ha torpaq sahəsində quraşdırılmış damcılı suvarma sisteminin avadanlığı lizinqə alana təhvil verilməsi barədə İddiaçı ASC ilə “xxxx” Şirkətinin bağladığı 32/11 nömrəli xxx 2011-ci il tarixli satınalma müqaviləsinin tərkib hissəsi olan aşağıda göstərilən texniki təsnifat əsasında Goranboy rayonu ərazisində 170 ha sahənin 158,3 ha sahəsində quraşdırma işləri tam başa çatdırılıb və istismara hazırdır, qalan 11,7 ha sahədən Bakı-Ceyhan boru kəməri keçdiyindən quraşdırma işlərinin aparılması mümkün olmadığından yeni ərazidə layihələndirmə işləri aparılır və yaxın vaxtlarda quraşdırma işlərinə başlanmalıdır, quraşdırılıb başa çatdırılmış 158,3 ha sahənin kompüter sistemində nasazlıq (bir proqramdan digər proqrama avtomatik keçmir və normal təzyiqi vermir) yaranmışdır ki, icraçı şirkətin mütəxəssisləri tərəfindən ən yaxın vaxtlarda aradan qaldırılmalı, qalan quraşdırılmış damcılı suvarma sistemi avadanlığı lizinqə alan Bakı şəhər sakini X1 istifadəyə tam hazır işlək vəziyyətdə təhvil verilmişdir Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edi r, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər, cavabdeh “xxxx” MMC-nin lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və lizinq müqaviləsi üzrə əsas borcun və ona hesablanmış cərimə pulunun ödənilməməsi, işin mübahisəsiz halları olmaqla, həmin faktlar iş materialları ilə də öz təsdiqini tapdığından, işin hallarını, müqavilə üzrə ödənilməli olan əsas borcun məbləği nəzərə alınaraq, dəbbə pulunun məbləği azaldılaraq 5.000 ( beş min ) manat məbləğində müəyyən edilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarına əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh qətnamənin iddianın təmin edilmiş hissəsindən şikayət verdiyindən, iddiaçı isə qətnamənin iddianın təmin edilməmiş hissəsindən apellyasiya şikayəti vermədiyindən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verm əli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məcəllənin 748-1.12.4-cü maddəsinə uyğun olaraq lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutula n ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən, Cavabdeh-nin 2017-ci il tarixə əsas borcu 156.540 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 52.664,40 manat təşkil edir, lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasə n cavabdeh “xxxx” MMC-nin xxx 2018-ci il tarixədək 277.140 manat əsas borcu yaranmışdır. Apellyasiya Məhkəməsi, iddiaçı tərəfindən tələb edilən 52.664 AZN məbləğində cərimə dəbbə puluna münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (İddiaçı ASC) lizinq alandan (“xxxx” MMC ) borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir və lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən, “xxxx” MMC-nin xxx 2018-ci il tarixə 277.140 manat əsas borcu və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 52.664,40 manat təşkil edir. Azərbaycan R espublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya Məhkəməsi, işin hallarını, müqavilə üzrə ödənilməli olan əsas borcun məbləğini nəzərə alaraq, birinci instansiya məhkəməsinin dəbbə pulunun məbləğinin azaldılaraq 5.000 ( beş min) manat məbləğində müəyyən edilməsini qanuni hesab etmişdir. Cavabdehin kassasiya şikayətində qeyd edilm işdir ki, məhkəmə həmin müqaviləyə əsasən qətnamədə heç bir əsaslandırma aparmadan cavabdehin üzərində 5.000 manat məbləğində cərimə borcu saxlamışdır ki, həmin məbləğ də tənasübsüz surətdə yüksəkdir. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 467-ci maddəsinə müvafiq olaraq tənasüb müəyyənləşdirilərkən qanunverici kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərinin nəzərə alınmalı olduğunu müəyyən etmiş və iş materiallarına əsasən cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında icra edilməməsi təsdiq edildiyindən, məhkəmə kollegiyası ödənilməsi gecikdirilmiş xxx 2018-ci il tarixədək olan 277.140 277.140 manat məbləğində əsas borcun qarşılığında 5.000 manat cərimə borcunun tənasübsüz surətdə yüksək olmadığı nəticəsinə gəlir. Apellyas iya məhkəməsi həmçinin apellyasiya baxışı zamanı cavabdehin vəkilinin məhkəməyə təqdim etdiyi xxx 2019-cu il tarixli, 01 nömrəli ödəniş tapşırığının surəti ilə əlaqədar qeyd etmişdir ki, cavabdeh tərəfindən apellysiya şikayətinə borc məbləğinin ödənilməsi ilə bağlı hər hansı bir sənəd əlavə edilməmiş, ödəniş tapşırığında 194.700.00 manat ödənişin təyinatı olaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-642/2018 saylı, xxx 2018-ci il tarixli qətnaməsinin icrası qeyd edildiyindən, həmin məbləğlər də qətnamənin icrası mərhələsində nəzərə alına bilər. Cavabdeh kassasiya şikayətində həmçinin xxx 2019-cu il tarixdə cavabdeh tərəfindən qətnamə üzrə 50.000 manat məbləğində ödəniş edildiyini göstərsə də buna dair şikayətə hər hansı sənəd əlavə etməmişdir və məhkəmə kollegiyası qeyd etm əyi zəruri hesab edir ki, qətnamə çıxarıldıqdan sonra aparılmış və rəsmi bank sənədləri ilə öz təsdiqini tapan ödənişlər məhz qətnamənin icrası zamanı nəzərə alınmalıdır və qətnamə üzrə sonradan ödənişlərin aparılması isə məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə, iddia tələbinin qismən təmin edilməsi barədə nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh “xxxx” MMC-nin lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini, müqavilə üzrə əsas borcun və ona hesablanmış cərimə məbləğinin vaxtında ödənilmədiyini, cavabdeh “xxxx”xxxx” ASC vasitəsilə xxx 2019-cu il tarixli, 01 nömrəli ödəniş tapşırığı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsinin icrası üzrə ödədiyi 194.700.00 manatın məhz qətnamənin icrası mərhələsində nəzərə alınmalı olduğunu qeyd edərək, kassasiya şikayətinin bununla bağlı dəlilərini əsassız hesab edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, sübutlar isə düzgün qiymətləndirildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-27/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103 )-27/2019 saylıqətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar