Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-305/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı XXX Firmasının cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-305/20 Bakı şəhəri xx xxxxxxx 2020-ci il 06.10.2020 Açar sözlər: pul tələbi, iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh “X4 və xxx” ASC-nin vəkili xx iştirakları ilə, İddiaçı XXX Firmasının nümayəndəsi xxxlı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-103/2020 saylı qətnaməsindən v erilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı XXX Firması (bundan sonra mətndə iddiaçı) cavabdeh “X4 və xxx” ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxx 2012-ci il tarixli, 04/2012 saylı alğı-satqı müqaviləsi üzrə cavabdehə təqdim edilmiş malların 148.592 manat məbləğində dəyərinin tutulması və ya həmin malların, yəni müqavilə əsasında təqdim edilmiş xx xxx 2011-ci il tarixli müqavilənin 1 saylı Əlavəsində göstərilən malların ondan alınaraq geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, tərəflər arasında bağlanmış xx xxx 2012-ci il tarixli, 04/2012 saylı alğı-satqı müqaviləsi əsasında xx xxxxxx 2012-ci il tarixdə iddi açı tərəfindən cavabdehə ümumi dəyəri 148.592 manat olan mal təqdim edilmişdir. Malların təhvil verilməsinə dair hər iki tərəfin nümayəndəsi tərəfindən təsdiq olunmuş qaimə-faktura tərtib edilmişdir. Lakin cavabdeh satılmış malların dəyərini ödəməmiş, müqavilə üzrə öhdəlikərinin icrasından boyun qaçırmışdır. Cavabdeh və iddiaçı 148.592 manat borcun olduğunun etirafına dair xx xxxxxxx 2013-cü il tarixli və xx xxxxxxx 2016-cı il tarixli üzləşdirmə aktları imzalanmışdır. Cavabdehə sonuncu dəfə xx xxx 2019-cu il tarixdə pretenziya məktubu göndərilərək öhdəliyin icra olunması tələb olunsa da, sonuncu tərəfindən malların dəyəri ödənilməmiş və mallar geri qaytarılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(82)968/2019 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə ödənişin mallar tam qəbul edildikdən sonra həyata keçirilməli olması müəyyən edilsə də, cavabdeh tərəfindən hər hansı ödəniş aparılmamışdır. Hazırkı tələb üzrə iddia müddətinin axımı xx xxxxxx 2012-ci il tarixdə başladığı halda, iddiaçı 2019-cu ildə, yəni iddia axımının başladığı tarixdən 7 il keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini buraxmışdır. Borcun gələcəkdə ödəniləcəyinə dair heç bir vədi əks etdirməyən, tələbkarda belə bir əminlik yaratmayan qarşılıqlı hesablaşma sənədləri olan üzləşmə aktlarının imzalanması isə borcun etiraf edilməsinə yönəldilən real hərəkət kimi qəbul edilə bilmə z. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-103/2020 saylı qətnaməsi ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Cahangir Yusifov və Raqib Qurbanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. “X4 Birliyi” TASC xx xxxxxx 2011-ci il tarixdə D-3352 nömrəsi ilə dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxx 2018-ci tarixli, 15 0 nömrəli sərəncamına əsasən “X4 və xxx” ASC-yə çevrilmiş və bununla əlaqədar dövlət reyestrində dəyişiklik edilmişdir. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx xxx 2012-ci il tarixli, 04/2012 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı həmin müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyada göstərilən malları təyin olunmuş qiymətlərlə alıcıya satmağı, alıcı isə alınan malların dəyərini malların qaiməsi əsasında tam qəbulundan sonra ödəməyi öhdəsinə götürmüşdür. xx xxx 2012-ci il tarixli alğı-satqı müqaviləsinə 1 saylı Əlavədə məhsulların adları, ölçü vahidi, miqdarı, vahidin manatla qiyməti, ümumi məbləği göstərilmiş və təqdim edilməli olan mallara görə ödənilməli olan ümumi məbləğin 61.532 manat olması müəyyən edilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsd iq edilmişdir. Cavabdeh tərəfindən Həsən Əhədova xx xxx 2012-ci il tarixli, 04/2012 saylı müqavilə üzrə malların təhvil alınması üçün xx xxxxxx 2012-ci il tarixdə vəkalətnamə verilmişdir. xx xxxxxx 2012-ci il tarixli, BXİ seriyalı, 192877 saylı qaimə-fakturanın kötüyündən görünür ki, iddiaçı tərəfindən cavabdehə 148.592 manat məbləğində mal təhvil verilmişdir. Tərəflər arasında imzalanmış xx xxxxxxx 2013-cü il tarixli və xx xxxxxxx 2016-cı il tarixli üzləşdirmə aktlarından görünür ki, cavabeh iddiaçıya xx xxxxxxx 2016-cı il tarixə olan borcunun məbləğinin 148.592 manat olduğunu təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı XXX Firması ilə “X4 və xxx” ASC (əvvəlki adı “X4 Birliyi” TASC) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 04/2012 saylı alqı- satqı müqaviləsinə cavabdeh “X4 və xxx” ASC-nin iddiaçıya olan 148.592 manat borcu ödənilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, müqaviə münasibətlərindən irəli gələn tələb üzrə iddia müdətinin axımı xx xxxxxx 2015ci il tarixdə bitmiş, borc üzrə isə heç bir ödəniş edilmədiyindən iddia müddətinin axımı kəsilməmişdir. Cavabdeh tərəfin imzaladığı üzləşmə aktlarında borcun ödəniləcəyi barədə vəd ifadə edilmədiyi üçün, həmin aktlar iddia müddətinin axımının kəsilməsinə əsas olan etirafedici hərəkətlər kimi qiymətləndirilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli “X1 Xamuşininin şikayəti üzrə Azərbaycan Respubliası Ali Məhkəməsi İqtisadi Mübahisələrə dair İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hüququnun cavabdeh tərəfindən pozulduğunu müəyyən etsə də, lakin iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi təmin olunmamışdır. Halbuki, xx xxxxxxx 2013-cü il və xx xxxxxx x 2016-cı il tarixli “Üzləşdirmə aktlarında” cavabdeh borcunun olmasını etiraf etmişdir. Belə olan halda qanunvericilikdə nəzərədə tutulmuş 3 illik müddət ötürülmədən (müddət xx xxxxxxx 2019-cu il tarixdə bitir) iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Müqavilənin bağlandığı tarixdən üzləşmə aktının tərtib edildiyi tarixədək olan müddət iddia müddətinə daxil edilməməli və üzləşmə aktının tərtib edildiyi tarixdən sonra iddia müddəti hesablanmalıdır. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 374.2, 380.1, 380.2, 385.1, 386.1, 389.1, 425.1, 425.2, 427.2, 430.1, 442, 567, 568.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli, “L.Binnətovanın şikayəti üzrə Azərbaycan Respubliakası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kolle giyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”, xx xxxx 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 380.0.4-cü maddələrinin şərh edilməsinə dair” və xx xxxx 2004-cü il tarixli X1 Xamuşininin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi Mübahisələrə dair İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarlarına istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikay ətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, üzləşdirmə aktlarında borcun ödəniləcəyi barədə vəd ifadə edilmədiyi üçün, həmin aktlar iddia müddətinin axımının kəsilməsinə əsas olan etirafedici hərəkətlər kimi qiymətləndirilmədiyindən, iddia müddəti xx xxxxxx 2015-ci il tarixdə bitmişdir ki, iddiaçı bu müddətdən sonra iddia qaldırmışdır. Bu mövqeyi mübahisələndirən iddiaçı kassasiya şikayətində bildirmişdir ki, cavabdeh tərəfindən borcun etiraf edildiyini təsdiq edən üzləşdirmə aktına əsasən iddia müddətinin axımı xx xxxxxxx 20 19-cu il tarixdə bitdiyi üçün, məhkəməyə müraciət etmək üçün mülki qanunvericilikdə nəzərədə tutulmuş 3 illik müddət ötürülməmişdir. Məhkəmə kollegiyası dəlillə bağlı aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdığı hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına qiymət verilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmad ığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarı) Göstərilən hüquqi əsasa uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına görə tərəflər arasına alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmış, iddiaçı öz öhdəliklərinin icrasını təqdim etdiyi səndlərlə sübuta yetirmiş, cavabdeh tərəfindən isə müqavilə üzrə üzərinə götürülmüş öhdəliklərin icra edilməməsi müəyyən olunmuşdur. Habelə, cavabdeh tərəfindən qeyd edilmiş mə sələlər mübahisələndirilməmişdir. Beləliklə, tərəflər arasında müqavilədən irəli gələn münasibətlərin yaranması işin mübahisə edilməyən halına aiddir və bu hissədə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qənaəti ilə razılaşdığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): - 367.1-ci maddəsinə əsasən, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır; - 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; - 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; - 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; - 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; - 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. - 377.2-ci maddəsinə əsaəsn, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Sadalanmış normaların məzmununa əsasən mülki qanunvericilik müəyyən edilmiş müddət ərzində başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnu müdafiə edir ki, müqavilə münasibətlərində bu müddət üç il təşkil edir. Müddətin axımı icra müddəti müəyyən edilmiş öhdəliklər üzrə həmin müddət bitdikdə başlanır və həmin andan şəxs öz hüququnun pozulduğunu bilməlidir. İddia müddətinin tətbiqinin mümkünlülü mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında aparılmalıdır. İşin hallarına görə, tərəflər arasında yaranmış müqavilə münasibətlərinin xx xxx 2012-ci il tarixinə aid olmaqla, onların icrasının iddiaçı tərəfindən xx xxxxxx 2012-ci il tarixində həyata keçirildiyi və müqavilə şərtlərinə əsasən xx xxxxxx 2012-ci il tarixdən cavabdehin öhdəliyinin icra edilməsi müddətinin axımının başlanması müəyyən edilmişdir. İddi a müddəti xx xxxxxx 2015-ci il tarixdə bitmişdir ki, iddiaçı bu müddətdən sonra iddia qaldırmışdır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, apellyasiya məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. İddia müddətinin axımının kəsilməsinə müasibətdə Mülki Məcəllədə aşağıdakı qaydalar müəyyən olunmuşdur - 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; - 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini (1), həm də öhdəliyə əsas verənşəkildə (2) etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhd əliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Göstərilmiş maddələrin tələbləri mübahisəli məsələyə münasibətdə belə izah olunur ki, iddia müddətinin axımının kəsilməsi halına borclu şəxsin borcu etiraf edilməsini göstərən hərəktlərin edilməsi aiddir ki, tərəflər arasında mövcud borcun etirafı haqqıda mücərrəd müqavilənin bağlanması belə hərəkət kimi qiymətləndirilə bilər. Lakin həmin müqavilə müvafiq şərtlərə cavab verdiyi halda borclunun borcunun etiraf edilməsi kimi qəbul olun bilər. Müqavilə şərtlərinə isə həmçinin borcun etiraf edilməsi (1) ilə yanaşı öhdəliyə əsas verən şəkil də (2) etiraf edilməsi aiddir. Yəni müqavilədə borclunun öhdəliyi müəyyən edildiyi təqdirdə onlar borcun etirafı kimi qiymətləndirilməlidir. Cavabdehin borcunun etirafı kimi istinad etdiyi xx xxxxxxx 2013 və xx xxxxxxx 2016-cı il tarixli “Üzləşmə aktları” tərəflər arasında bağlanmış borclunun borcunu etiraf edən müqavilə kimi o vaxt qiymətləndirilə bilərdi ki, əgər həmin razılaşmada borclu başlıca müqavilədən irəli gələn öz borcunun mövcudluğunu təsdiq etməklə yanaşı üzərinə həmin borcun ödənilməsini və yaxud hər hansı müddət ərzində müəyyən məbləğlərlə, və yaxud müəyyən edilmiş müddət ərzində bütövlükdə ödənilməsi öhdəliyini üzərinə götürmüş olsaydı. Lakin həmin aktlarda yalnız cavabdehin borcunun mövcudluğu əks olunduğundan, onlar iddia müddətinin axımının kəsilməsinə əsas olan borclu şə xsin borcu etiraf edən hərəkət kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası bu hissədə apellyasiya məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə ilə razılşadığını qeyd edir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı XXX Firmasının nümayəndəsi xxxlı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-103/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-305/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-305/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver